9
DİAQNOSTİKA
Hipertenziv vəziyyətlər
Hipertenziya
Hipertenziya diaqnozu sistolik arterial təzyiq ≥140 mm.c.süt.
və/və ya diastolik arterial təzyiq birinci ölçülmədə ≥ 110 mm.c.süt.,
və ya iki ölçülmədə ≥ 90 mm.c.süt. olduqda qoyulur. (C)
Ağır hipertenziya
Ağır hipertenziya diaqnozu sistolik arterial təzyiq ≥160 mm.c.süt.
və/və ya diastolik arterial təzyiq birinci ölçülmədə ≥ 120 mm.c.süt.,
və ya iki ölçülmədə ≥ 110 mm.c.süt. olduqda qoyulur. (C)
Proteinuriya
Normal inkişaf edən hamiləlik zamanı böyrəklər vasitəsilə zülalın
xaric olunması artır. Lakin proteinuriya, 24 saat müddətində və ya 4
saatlıq intervalla götürülmüş 2 sınaqda sidikdə zülalın miqdarı 300
mq-a bərabər, və ya ondan çox olduqda patoloji sayılır.
Bundan başqa, sidik-ifrazat sisteminin infeksiyalarını istisna
etmək lazımdır. Hamilə qadınlarda patoloji proteinuriya daxili
orqanların zədələnməsinin ilkin əlaməti sayılır.
Hər bir hamilə qadın proteinuriyanın müəyyən olunması
məqsədilə müayinə olunmalıdır.
(C)
Preeklamsiyanın inkişaf riski aşağı olan qadınlarda
proteinuriyanı müəyyən etmək
üçün zolaq testdən istifadə
oluna bilər. (C)
Test-zolaq üsulu ilə sidikdə zülalı təyin etdikdə +≥1 (+≥0,3q/l
sutkalıq sidikdə) nəticəsi proteinuriyanı təsdiq edir.
(B)
Preeklampsiya riski yüksək olan qadınlarda proteinuriyanı
müəyyən etmək üçün daha dəqiq testlərin (sutkalıq sidikdə
zülalın səviyyəsi) aparılması məsləhətdir. (B)
Ödemlər
Orta dərəcəli ödemlər hamiləliyi fizioloji keçən hamilə qadınların
50-80%-də müşahidə olunur. Ödemlə müşayiət olunmayan
preeklampsiya ana və uşaq üçün ödemlə müşayiət olunan
preeklampsiyaya nisbətən daha təhlükəlidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.