Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü0,96 Mb.
#3921

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

kollegiyasının 12 iyun 2009-cu il tarixli  

17 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

 

 

 

 

 

 

ANAFİLAKTİK ŞOK ÜZRƏ  

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2009 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

52.5 


A 69 

 

 



 

 

 



 

 

 



 

 

 



A 69   Anafilaktik şok üzrə klinik protokol. – 28 səh. 

 

2



Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə  Tədbirlər proqramı 

əsasında tərtib edilmişdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

A.Axundbəyli – ATU-nun I daxili xəstəliklər və 

reanimatologiya kafedrasının müdiri, professor, t.e.d. 

İ.İsmayılov – ATU-nun I daxili xəstəliklər və reanimatologiya 

kafedrasının professoru, t.e.d. 

A.Ağayeva – ATU-nun daxili xəstəliklərin propedevtikası 

kafedrasının assistenti, t.e.n. 

F.Həsənov – M.A.Topçubaşov adına Elmi Cərrahiyə 

Mərkəzinin anesteziologiya- reanimasiya şöbəsinin rəhbəri 

R.Abdullayeva – ATU-nun farmakologiya kafedrasının 

assistenti, İnnovasiya və Təchizat Mərkəzi dərman vasitələrinin 

planlaşdırılması və rasional istifadəsi şöbəsinin müdiri 

Z.Mustafayeva – Səhiyyə Sektorunda İslahatlar Layihəsinin 

İcra Qrupu, səhiyyə siyasəti, monitorinq və qiymətləndirmə 

üzrə koordinator 

R.Məmmədov – İctimai Səhiyyə və İslahatlar Mərkəzi təlim-

resurs şöbəsinin müdiri 

 

Rəyçi: 

K.N.Hacimuradov – ADHTİ-nin Anasteziologiya və 

reanimatologiya kafedrasının müdiri, professor, t.e.d. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

4

İxtisarların siyahısı 



AÇF 

 – angiotenzin çevirən ferment 



ASİT 

 – allergen spesifik immunoterapiya 



 

 – anafilaktik şok 



AT 

 – arterial təzyiq 



DV 

 – dərman vasitələri 



ExoKQ 

 – exokardioqrafiya 



EKQ 

 – elektrokardioqrafiya 



XBT-10 

 – Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış) 



KTÇ 

 – kəskin tənəffüs çatışmazlığı 



KFK 

 – kreatinfosfоkinaza  



 

 – kəskin damar çatışmazlığı 



KT 

 – kompüter tomoqrafiya 



QKS 

 – qlükokortikosteroidlər 



MVT  

– 

mərkəzi venoz təzyiq 



RKT 

 – randomizasiya olunmuş klinik tədqiqatlar 



UİX 

 – ürəyin işemik xəstəliyi 



Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası



 

Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

6

 Protokol allerqoloq-immunoloqlar, anestezioloq-reanimatoloqlar, 



təcili tibbi yardım həkimləri, cərrahlar, stomatoloqlar, ilkin səhiyyə 

xidmətləri səviyyəsində çalışan terapevtlər, ailə  həkimləri üçün 

nəzərdə tutulmuşdur. 

 

Protokolun məqsədləri 

 

Sübutlu təbabət prinsiplərinə  əsaslanmış müasir metodlar tətbiq 



etməklə  AŞ-nin diaqnostika, müalicə  və profilaktikasının 

təkmilləşdirilməsi 

 

AŞ ilə bağlı ölüm hallarının azaldılması 



ÜMUMİ MÜDDƏALAR

 

Anafilaktik şok (AŞ): 

 

həyat üçün təhlükə yaradan kəskin böhranlı vəziyyətdir 



 

sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir 



 

orqanizmdə dərin hipoksiya yaradır  



 

həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir.  



AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş 

orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun 

hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması 

nəticəsində əmələ gəlir (B)



Epidemiologiya 

Anafilaktik  şok,  əksərən allergik xəstəliklərdən  əziyyət çəkən 

şəxslərdə inkişaf edir (A)

Atopik xəstəlikləri olan şəxslərdə anafilaktik şokun inkişaf etmə 

tezliyi daha yüksəkdir (C)

Anafilaktik şok hospitalizə olunmuş 3000 xəstədən 1-də qeydə alınır. 

Dərman mənşəli anafilaktik şokdan ölüm göstəricisi 25%-ə qədər 

çatır. 


İnsekt (arı sancması) anafilaksiyası  səbəbindən ölüm göstəricisi 

1 000 000 əhaliyə 0,4-2 hadisə təşkil edir.  

Anafilaksiya hər yaş qrupunda rast gəlir. Qida etiologiyalı 

anafilaksiya əsasən uşaqlarda, dərman mənşəli isə daha çox böyüklərdə 

müşahidə olunur. Yaşlı insanlarda yanaşı  xəstəliklərin olması 

səbəbindən anafilaktik reaksiyadan ölüm riski daha yüksəkdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Etiologiya 

Anafilaktik şok vəziyyətini aşağıdakı səbəblər törədə bilər: 

 

Dərman preparatları (antibiotiklər, vitaminlər, albumin, 



benzodiazepin preparatları, yerli anestetiklər, iltihab əleyhinə 

geyri-steroid preparatları) 

 

Heteroloji (heyvan qanından alınmış) zərdablar, vaksinlər  



 

Zərqanadlı həşəratların zəhəri  



 

Qida allergenləri (toyuq yumurtası, süd, soya, balıq və  dəniz 



məhsulları, araxis və s.)  

 



Bitki tozcuqları allergenləri  

 



Lateks allergenlər (cərrahi əlcəklər, endotraxeal borular) 

 



Soyuğa qarşı reaksiyaya meylli şəxslərdə soyuğun təsiri ilə bağlı 

amillər 


 

Qida allergenlərinin təsirindən sonra fiziki gərginlik   



 

Qeyri-adekvat aparılmış ASİT  



Bəzən AŞ-nin səbəbini təyin etmək mümkün olmur, belə ki, bir 

çox hallarda idiopatik AŞ IgE asılı olmayan xarakterli olur. 



Patogenez 

Əvvəlcədən sensibilizasiya olmuş orqanizmə allergenin daxil 

olması bioloji aktiv maddələrin külli miqdarda ifraz edilməsinə və bu 

fonda anafilaktik şokun inkişafına gətirib çıxarır. Mediatorların 

ifrazının sürətlənməsi immun və qeyri-immun yolla baş verə bilər. 

Anafilaktik reaksiya – konkret maddəyə qarşı sensibilizasiya 

olmuş şəxslərdə sürətli immun reaksiyadır. 

Anafilaktoid reaksiyalar mediatorların bazofil və tosqun 

hüceyrələrdən ifrazı  nəticəsində qeyri-immun mexanizmlərin işə 

düşməsi ilə baş verir.  

Anafilaktik və anafilaktoid reaksiyalar inkişaf mexanizmlərinə 

görə fərqlənsələr belə, klinik əlamətləri tam bənzərdir (С)

Anafilaktoid reaksiyalar rentgenkontrast maddələr, dekstranlar, 

analgetiklər, iltihab əleyhinə qeyri-steroid preparatlar, AÇF 

inhibitorları, tubokurarin, hiperosmolyar maddələr, tiopental-natrium 

və s. tətbiq edərkən inkişaf edə bilər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



RİSK AMİLLƏRİ 

 



Anamnezdə allergik xəstəliklər. 

 



Dərman preparatlarının uzun müddət, xüsusən də, təkrar kurslar 

ilə istifadə olunması, depo-preparatların istifadəsi, 

polipraqmaziya. 

 



Penisillinə qarşı sensibilizasiya mənbəyi olan dermatomikozların 

mövcudluğu (epidermofitiya).  

 

Dərman preparatlarının parenteral, xüsusən venadaxili üsulla 



yeridilməsi.  

 



Allergenlə peşə ilə əlaqədar uzun müddətli təmas. 

AŞ zamanı letal nəticənin risk amilləri: 

 



Anamnezdə allergik xəstəliklər, xüsusən müalicəyə  çətin tabe 

olan bronxial astma (C) 

 

Epinefrinin (adrenalinin) gec tətbiq edilməsi (C) 



 

AŞ törədən preparatın parenteral yolla daxil edilməsi (B) 



TƏSNİFAT 

XBT-10 üzrə təsnifat 

Т78.0 Qidaya qarşı patoloji reaksiya hesabına yaranan anafilaktik şok. 

Т78.2 Qeyri-müəyyən anafilaktik şok.  

Т80.5 Zərdab yeridilməsi ilə əlaqəli olan anafilaktik şok.  

Т88.6 Adekvat təyin olunmuş  və düzgün tətbiq edilmiş  dərman 

vasitəsinə qarşı patoloji reaksiya nəticəsində baş verən 

anafilaktik şok. 

Gedişi xüsusiyyətlərinə görə 

 

Kəskin bədxassəli gediş 



 

Kəskin xoşxassəli gediş 

 

Ləng gediş 



 

Residivləşən gediş 

 

Abortiv gediş 



Kəskin bədxassəli (ildırımvari) anafilaktik şok  kəskin 

başlanğıc, AT-nin sürətlə düşməsi (diastolik AT-nin 0 mm c.süt. 

qədər düşməsi), huşun dərin pozulması, tənəffüs çatışmazlığı ilə 

səciyyələnir.  İldırımvari  şokun gedişinin fərqli xüsusiyyəti –   şok 



əleyhinə intensiv terapiyaya qarşı rezistentlik   dərin komatoz 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

9

vəziyyətədək proqressiv inkişafdır. Həyati vacib orqanların 



zədələnməsi ilə əlaqədar, adətən ilk dəqiqə və ya saatlarda ölüm baş 

verir.  


Aparıcı klinik sindromdan – kəskin tənəffüs çatışmazlığı (KTÇ) 

və ya  kəskin damar çatışmazlığı (KDÇ)   asılı olaraq, AŞ-nin 



ildırımvari gedişinin variantları ayırd edilir.  

KTÇ sindromu üstünlüyü ilə gedən AŞ zamanı qəflətən əmələ 

gələn və artan zəiflik, hava çatışmazlığı, döş qəfəsində sıxıntı, üzücü 

öskürək, ekspirator təngnəfəslik, pulsasiya edən baş  ağrıları, ürək 

nahiyəsində  ağrı, qorxu hissi qeyd olunur. Dəri örtüklərinin kəskin 

avazıması  və sianozu, ağız nahiyəsində köpük, çətinləşmiş fitvari 

tənəffüs və nəfəs vermə zamanı quru xırıltılar müşahidə edilir. Üzün 

və bədənin digər hissələrinin angionevrotik ödemi inkişaf edə bilər. 

Sonradan, KTÇ-nin proqressivləşməsi  əlamətləri davam etdikdə  və 

kəskin böyrəküstü vəzi çatışmazlığı simptomları  əlavə olunduqda, 

letal nəticə baş verə bilər. 



KDÇ inkişafı ilə gedən AŞ  zəiflik, qulaqlarda küy, şiddətli 

tərləmə ilə müşahidə olunan qəfil başlanğıc ilə  səciyyələnir. Dəri 

örtüklərinin getdikcə artan solğunluğu, AT-nin proqressiv sürətdə 

enməsi, sapvari nəbz, ürək tonlarının kəskin zəifləməsi qeyd olunur. 

Bir neçə dəqiqədən sonra huşun itməsi, qıcolmaların əmələ gəlməsi 

mümkündür. Letal nəticə ürək-damar çatışmazlığı  əlamətlərinin 

güclənməsi fonunda baş verir.  

Xoşxassəli anafilaktik şok zamanı AT-nin tədricən və mülayim 

dərəcədə enməsi, huşun alaqaranlıq olması, tənəffüsün cüzi 

pozulması müşahidə edilir. Adətən  şok  əleyhinə  tədbirlər müsbət 

effekt verir və proqnoz yaxşı olur. 



Ləng gedişli anafilaktik şok damar tonusunun tədricən bərpa 

olunması ilə  fərqlənir. Ona görə  də uzun müddət (bir neçə günə 

qədər) adrenomimetiklərin yeridilməsi və onların dozasının tədricən 

azaldılaraq dayandırılması tələb olunur. 



Residivləşən anafilaktik şok dalğavari gedişi ilə  səciyyələnir. 

İlk müsbət nəticədən müəyyən vaxt (bəzən 6-8 saat) sonra 

hemodinamik pozğunluqlar təkrarlanır. Təkrar pisləşmə daha ağır 

gedişi və müalicəyə rezistentliyi ilə fərqlənir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

10

Abortiv anafilaktik şok  ən xoşxassəli formadır. Özünü əsasən 

asfiksik variantda nümayiş etdirir, zəif hemodinamik pozğunluqlar 

ilə gedir, qarşısı asan alınır.  



Anafilaksiyanın klinik təzahürlərinə görə 

Anafilaksiyanın klinik təzahürlərindən asılı olaraq, anafilaktik 

şokun 5 gediş variantı ayırd edilir: 

 

Hemodinamik variant 



 

Asfiksik variant 

 

Serebral variant 



 

Abdominal variant 

 

Dəri və selikli qişaların yanaşı zədələnməsi ilə gedən variant 



Hemodinamik variant  kəskin ürək-damar çatışmazlığı 

simptomlarının üstünlüyü ilə keçir: tezləşmiş  zəif nəbz, dəri 

örtüklərinin solğunluq ilə əvəz olunan  hiperemiyası, şiddətli tərləmə, 

arterial təzyiqin enməsi, huşun itməsi.  



Asfiksik variant – tənəffüs orqanları funksiyasının 

pozğunluqları üstünlük təşkil edir (bronxospazm, qırtlaq ödemi, ağ 

ciyər ödemi). 

Serebral variant. Xəstələrdə psixomotor oyanıqlıq, qorxu hissi, 

qıcolmalar, beyin ödemi simptomları (baş  ağrıları, qusma, 

epileptiform tutmalar, hemiplegiya, afaziya və s.) qeyd olunur.  

Abdominal variant – mədə-bağırsaq pozğunluqları üstünlük 

təşkil edir (ürəkbulanma, qusma, kəskin qarın klinikası  dərəcəsinə 

kimi inkişaf edən mədə-bağırsaq ağrıları). 

Dəri və selikli qişaların yanaşı zədələnməsi ilə gedən variant – 

intensiv qaşınma, urtikar səpgi, Kvinke ödemi, o cümlədən, qırtlağın 

ödemi.  

Hemodinamik pozğunluqların intensivliyinə görə 

Hemodinamik pozğunluqların intensivliyindən asılı olaraq, AŞ-

nin 4 ağırlıq dərəcəsi mövcuddur:  

 

Yüngül 



 

Orta ağır  

 

Ağır  


 

Çox ağır  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

11

Anafilaktik  şokun ağırlıq dərəcəsi, allergenin orqanizmə daxil 



olmasından sonra şokun hansı vaxt ərzində əmələ gəlməsi ilə birbaşa 

bağlıdır (C)

Ən çox ölüm halları ildırımvari formada və allergenin orqanizmə 

daxil olmasından sonra 3-10 dəqiqə  ərzində baş verən  şok zamanı 

rast gəlir. 

DİAQNOSTİKA 

Anafilaktik  şokun diaqnozu klinik əlamətlərin və anamnestik 

məlumatların düzgün qiymətləndirilməsi  əsasında qoyulur. 

Anafilaktik şokun əlamətləri və ağırlıq dərəcəsi allergenin növündən 

asılı olmur. 

Anamnez 

Çox zaman allerqoloji anamnezin toplanması  kəskin vəziyyətin 

aradan qaldırılmasına yönəlmiş terapiya aparıldıqdan sonra 

mümkündür. Anamnez toplayarkən aşağıdakı sualların 

cavablandırılması vacibdir:  

 

Əvvəllər allergik reaksiyalar olubmu? 



 

Onları nə törətmişdi?  

 

Onlar nə ilə təzahür edirdi?  



 

Müalicə məqsədi ilə hansı preparatlardan istifadə olunmuşdu 

(antihistaminlər, qlükokortikosteroidlər, adrenalin və s.)?  

 

Bu dəfə allergik reaksiyanın inkişafı  nə ilə  əlaqədardır (adi 



rasiona daxil olmayan qida məhsulu, həşəratın sancması, 

dərman qəbulu və s.)?  

 

Xəstə hansı özünümüalicə  tədbirlərindən istifadə etmiş  və 



onlar nə dərəcədə effektli olmuşdur?  

AŞ diaqnozu aşağıdakı üç klinik meyar mövcud olduqda 

ehtimal olunur:  

 



Şok simptomlarının qəflətən başlanması 

və sürətlə 

proqressivləşməsi  

 



Tənəffüs və/və ya ürək-qan damar sistemində  həyatı  təhlükəli  

pozuntular  

 

Dəri və/və ya selikli qişaların zədələnməsi (hiperemiya, övrə, 



Kvinke ödemi)  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

12

Nəzərə almaq lazımdır ki, dəri və selikli qişaların təcrid olunmuş 



şəkildə  zədələnməsi AŞ deyil; sürətlə proqressivləşən  şok dəri və 

selikli qişalar zədələnmədən inkişaf edə bilər; mədə-bağırsaq traktı 

pozuntuları müşahidə oluna bilər (qusma, qarın nahiyəsində  ağrılar, 

diarreya). 



Tənəffüs yolları keçiriciliyinin pozuntuları  qırtlaq və dilin 

tənəffüsü v udmanı çətinləşdirən ödemi, səs tutqunluğu və stridor ilə 

təzahür olunur.  

Tənəffüs pozğunluğu təngnəfəslik, fitvari tənəffüs, ağır hallarda 

diffuz sianoz və tənəffüsün dayanması şəklində üzə çıxır.  



Qan dövranı pozuntuları əlamətləri solğunluq, soyuq yapışqan 

tər, taxikardiya, bradikardiya (çox zaman qan dövranı  fəaliyyətinin 

dayanmasından əvvəl qeyd olunur), hipotoniya, miokardın işemiyası 

(EKQ ilə təsdiqlənir) və ürək dayanmasıdır.  

Yuxarıda göstərilənlər sonda beyin qan dövranının pozulması 

nəticəsində nevroloji pozğunluqlara gətirib çıxara bilər. Xəstələrdə 

psixomotor oyanıqlıq, klonik qıcolmalar, ölüm qorxusu, huşun 

pozulması və ya itirilməsi qeyd oluna bilər. 



Digər orqanlar tərəfindən təzahür edən anafilaksiya əlamətləri 

qaraciyər venalarının saya əzələlərinin spazmı, qarın boşluğu 

damarlarının genişlənməsi və onlarda qanın depolaşması, sidik kisəsi 

və bağırsaqların saya əzələlərinin spazmı (qeyri-ixtiyarı sidik ifrazı 

və defekasiya), uşaqlığın saya əzələlərinin spazmı (uşaqlıq yolundan 

qanlı ifrazat), hemorragik fəsadların inkişafı ilə  nəticələnən 

hipokoaqulyasiya ola bilər.   

AŞ-nin  ən qorxulu simptomları – tənəffüs yollarının ödemi 

nəticəsində  tənəffüsün çətinləşməsi və arterial təzyiqin progressiv 

enməsidir. Bunların hər biri adekvat müalicə aparılmadıqda fatal 

nəticəyə gətirib çıxara bilər (A).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

13

AŞ-nin ağırlıq dərəcəsi 

AŞ-nin ağırlıq dərəcəsi hemodinamik pozuntuların qabarıqlığı ilə 

müəyyənləşir.  



I dərəcə (yüngül) – inkişaf müddəti bir neçə dəqiqədən 2 saata 

qədər olur. Sistolik AT 90 mm c.süt.-na qədər enir. Xəstənin huşu 

aydındır, qaşınma, övrə, baş  ağrıları, baş gicəllənməsi, baş 

nahiyəsində istilik hissi, qulaqlarda küy, taxikardiya, artan zəiflik 

qeyd olunur. Bu vəziyyət  şok  əleyhinə terapiya ilə asanlıqla aradan 

qaldırılır.  



II dərəcə (orta ağır):  sistolik AT 90-70, diastolik – 40 

mm.c.süt.-dan aşağıdır. Huşun itməsi dərhal baş vermir və ya qeyd 

olunmur. Taxikardiya, aritmiya, kəskin zəiflik qeyd edilir. Qırtlağın 

ödemi və bronxospazm hesabına asfiksiya, qusma, qeyri-ixtiyari 

sidik ifrazı və defekasiya baş verə bilər. 

III dərəcə (ağır): huşun itməsi, kəskin tənəffüs və ürək-damar 

çatışmazlığı (təngnəfəslik, sianoz, stridoroz tənəffüs, sapvari nəbz, 

sistolik AT kəskin sürətdə 60 mm.c.süt-dan aşağı enir, diastolik AT 

təyin olunmaya bilər) ilə  təzahür edir. Şok  əleyhinə terapiya çox 

zaman az effektivdir.  

IV dərəcə (çox ağır): ildırımvari  şəkildə kollaps (solğunluq, 

sianoz, sapvari nəbz, AT-in sıfıra qədər kəskin  şəkildə enməsi), 

komatoz vəziyyət (huşun itməsi, qeyri-ixtiyari sidik ifrazı  və 

defekasiya, göz bəbəklərinin genişlənməsi və  işığa reaksiya 

verməməsi), sonda ürək və  tənəffüs fəaliyyətinin dayanması baş 

verir. 


Əsas və əlavə diaqnostik meyarlar 

 



Huşun səviyyəsinin qiymətləndirilməsi (yuxululuq, huşun 

itməsi).  

 

Dəri örtükləri və selikli qişaların vəziyyətinin qiymətləndirilməsi 



(solğun və  bəzən sianotik, eritema, səpgi, ödem, rinit, 

konyunktivit simptomlarının aşkar edilməsi) 

 

Udma və  tənəffüsün qiymətləndirilməsi (udmanın çətinləşməsi, 



KTÇ əlamətləri) 

 



Nəbzin xarakteri (sapvari, ritmin pozulması  və s.) və arterial 

təzyiqin ( 30-50 mm c. süt. qədər aşağı enməsi) təyini.  

 

Qusma, qeyri-ixtiyari defekasiya və/və ya sidik ifrazı, uşaqlıq 



yolundan qanlı ifrazat kimi simptomların təyini.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

14

Laborator tədqiqatlar və digər müayinələr 

 

Anafilaksiya klinik diaqnozdur və laborator tədqiqatlara 



əsaslanmır. Diaqnoz tipik klinik mənzərə  və allergenin bilinən 

təsiri haqqında məlumatlar  əsasında dəqiqləşdirilir. Laborator 

tədqiqat reaksiyanın ağırlıq dərəcəsini qiymətləndirməkdə 

yardımçı  əhəmiyyətə malikdir, həmçinin  şübhəli hallarda 

differensial diaqnostikanın aparılması üçün tətbiq olunur (C)

 



Anafilaktik reaksiya zamanı yeganə potensial faydalı 

təxirəsalınmaz tədqiqat, tosqun hüceyrələrin zərdab 

triptazalarının təyinidir  (В). Triptaza, həm anafilaktik, həm də 

anafilaktoid reaksiyalar zamanı tosqun hüceyrələrdən ifraz 

olunur. Onun qan zərdabının tərkibindəki səviyyəsi, xəstənin 

vəziyyətinin ağırlıq dərəcəsi ilə korrelyasiyada olur.  

 

Şok vəziyyətinə qarşı yönəlmiş terapiya ilə eyni vaxtda aşağıdakı 



laborator tədqiqatlar aparılır: 

 

Qanın ümumi analizi (bəzi hallarda hematokritin artması qeyd 



olunur), respirator və metabolik asidozun, su-elektrolit 

balansının və intensiv terapiyanın adekvatlığının 

qiymətləndirilməsi üçün turşu-qələvi müvazinəti, рН, РаСО

2



рО

2

-nin təyini, qanın laxtalanma sisteminin müayinəsi.  



 

Qanda ümumi və spesifik IgE təyin etməklə, allerqoloji 

müayinənin aparılması mümkündür. Daha ətraflı allerqoloji 

müayinə reaksiyanın aradan qaldırılmasından sonra aparılır. 

Dəri testləri 6 həftədən az olmayan müddətdən sonra keçirilir 

(D)

Laborator tədqiqatlardan başqa, daimi olaraq xəstənin 

vəziyyətinin monitorinqi həyata keçirilir: fizikal müayinə, EKQ, AT-

yə  nəzarət, auskultasiya, zərurət olduqda – mərkəzi venoz təzyiqin 

təyini və digər instrumental müayinə üsulları.  

Ürək-damar sisteminin monitorinqi  ağır gedişli anafilaktik şok 

və ciddi kardiovaskulyar patologiyası olan xəstələrdə, xüsusən 

davamlı olaraq adrenoblokatorlar qəbul etmiş şəxslərdə aparılır (B)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

15

DİFFERENSİAL DİAQNOSTİKA 

Tənəffüs pozuntuları, arterial hipotoniya və ya huşun pozulması 

ilə müşayiət olunan bütün xəstəliklərlə differensial diaqnostikanın 

aparılması zəruridir (C)

Anafilaktik şok diaqnozu qoyarkən arterial hipotenziya, tənəffüs 

pozğunluqları və huşun pozulması ilə müşayiət olunan bütün kəskin 

xəstəliklər (miokard infarktı, ağ ciyər arteriyasının 

tromboemboliyası, kəskin ürək-damar çatışmazlığı, hipovolemiya, 

hipoqlikemiya, kəskin dərman zəhərlənmələri, sepsis, epilepsiya, 

günvurma, beyin qan dövranının pozulması  və s.) ilə differensial 

diaqnostika aparılmalıdır. 



Diaqnoz Ehtimal 

olunan 

əlamətlər 

Miokard infarktı 

Döş arxasında anginoz ağrılar ilə 

müşayiət edilir, ağır formalarında 

kardiogen şoka xas olan 

aritmiyalar, kəskin sol mədəcik 

çatışmazlığı üzə çıxır. Diaqnozu 

dəqiqəşdirmək üçün EKQ

ExoKQ müayinələri aparılmalı və 

qanda fermentlər (KFK MB-

fraksiyası, tropanin) 

yoxlanmalıdır. 

Ağ ciyər arteriyasının 

tromboemboliyası 

Qəflətən döş qəfəsinin müəyyən 

nahiyəsində ağrı, öskürək, 

təngnəfəslik, qanhayxırma baş 

verir. Diaqnozu dəqiqləşdirmək 

üçün döş qəfəsinin rentgen 

müayinəsi, spiral KT, 

angiopulmonoqrafiya edilir. 

Müxtəlif mənşəli kəskin ürək-

damar çatışmazlığı 

Ürək-damar sisteminə aid 

göstəricilər (EKQ, ExoKQ və s.) 

öyrənilməli və anamnezdə ola 

bilən xəstəliklər (qüsurlar, 

miokarditlər, ÜİX, damar 

patologiyaları) nəzərə alınmalıdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

16

Hipovolemiya 



Qusma, diarreya, üzücü poliuriya 

olub-olmaması müəyyən 

edilməlidir.  

Hipoqlikemiya 

Anamnezlə (diabet, aclıq, 

pankreatit, xroniki böyrək 

çatışmazlığı) yanaşı qanda şəkər 

yoxlanmalıdır 

Kəskin dərman zəhərlənmələri 

Anamnezə, klinik əlamətlərə və 

toksiki-kimyəvi analizə əsasən 

təsdiq və ya inkar edilir. 

Septik şok 

İnfeksiya mənbəyinin olması, 

hərarət (yaxud hipotermiya), 

titrətmə, tərləmə, mikrosirkulyator 

və hemostaz pozğunluqlarının 

müşahidə olunması diaqnozun 

qoyulmasına əsas verir. 

Nevroloji xəstəliklər 

Beyin qan dövranının kəskin 

pozulması, epilepsiya, beynin 

kəskin iltihabi xəstəlikləri və s. 

zamanı özünəməxsus aparıcı 

beyin əlamətləri meydana çıxır. 

Diaqnoz əlavə müayinələr 

(likvorun müayinəsi, baş beynin 

kompüter tomoqrafiyası və s.) 

əsasında dəqiqləşdirilir. 

AŞ-nin MÜALİCƏSİ  

AŞ – təxirəsalınmaz  şəkildə qiymətləndirmə  və müdaxilə  tələb 

edən, həyat üçün təhlükəli vəziyyətdir (А).  

Ağırlıq dərəcəsindən asılı olmayaraq AŞ zamanı hospitalizasiya, 

reanimasiya və intensiv terapiya şöbəsində müalicə mütləq göstərişdir. 

Yardım zamanı bütün preparatların inyeksiyası ilk növbədə  əzələ 

daxilinə (daha tez icra olunmasının mümkünlüyü baxımından) 

edilməlidir. Yalnız bundan sonra periferik və ya mərkəzi venaların 

kateterizasiyası  və sonrakı  dərmanların vena daxilinə vurulması 

məqsədəuyğundur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

17

AŞ ilə xəstənin aparılması alqoritmi 



Təxirəsalınmaz yardım: 

 



Ayaq nahiyələrini azca qaldıraraq xəstəni uzanıqlı  vəziyyətə 

gətirmək, dilin arxaya sallanması, asfiksiya və qusuntu kütlələri 

ilə aspirasiyanın qarşısını almaq məqsədi ilə başını yan tərəfə 

çevirmək, alt çənəni irəli çəkmək. Təmiz havanın daxil olmasını 

təmin etmək və ya imkan varsa, oksigen terapiyası aparmaq. 

 



Tənəffüs pozulması olan xəstələrdə  tənəffüsün asanlaşması 

məqsədi ilə oturaq vəziyyətə üstünlük verilə bilər.  

 

Hamilə qadınlarda kaval kompressiyanın qarşısını almaq məqsədi 



ilə onların sol böyrü üstə uzadılması.  

Allergenin orqanizmə daxil olmasının qarşısının alınması 

zəruridir: 

 



Allergenin parenteral daxil olması zamanı allergen daxil olan 

yerdən (lokalizasiya imkan verirsə) yuxarı, 30 dəqiqədən çox 

olmayan müddətə, arteriyaları sıxmadan turna bağlamaq (hər 10 

dəqiqədən bir turnanı zəiflətməklə); 

 

İnyeksiya və ya sancma yerinin ətraflarına "xaçvari" şəkildə (baş, 



boyun,  əl və  pəncələr istisna olmaqla) 5,0 ml izotonik natrium-

xlorid məhlulu ilə qarışdırılmış 0,1%-li 0,5 ml epinefrin 

(adrenalin) inyeksiya etmək (mümkün olduqda venadaxili – 

hipoperfuziya!); 

 

Arı sancması zamanı neştəri bıçaq, dırnaq mişarı və ya dırnağın 



özü ilə dəri səthi üzərində sürüşən hərəkətlərlə çıxarmaq (D)

 



Allergen xüsusiyyətli dərmanlar burun yollarına və ya 

konyunktival kisəyə düşərsə, onları axar su ilə yumaq;  

 

Allergenin peroral qəbulu zamanı xəstənin mədəsinin yuyulması 



məsləhət deyil. 

Şok əleyhinə tədbirlər:  

Adrenalin seçim preparatı olaraq şokun ilkin əlamətləri aşkar 

edilən kimi yeridilməlidir (AT-yə  nəzarətlə). Adrenalin inyeksiyası 

hətta  şokun diaqnozuna şübhə olduqda belə  həyati göstərişlə 

aparılmalıdır (C)

Adrenalinin uzun iynə ilə, bud nahiyəsinin ön-yan səthinə, 

əzələdaxili yeridilməsi daha yaxşıdır. Preparatın  əzələdaxili 

yeridilməsi digər daxil edilmə yolları (dərialtı, inhalyasion, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

18

sublinqval) ilə müqayisədə daha üstündür, çünki bu yol preparatın 



maksimal dərəcədə tez və tam absorbsiyasına nail olmağa imkan 

verir (C).  

Adrenalin 0,3-0,5 ml (0,3-0,5 mq) dozada ə/d yeridilir. Yaxşı olar ki, 

preparatın 0,1-0,2 ml-i allergenin təsir etdiyi tərəfə və 0,3 ml-i isə əks 

tərəfin bud nahiyəsinə yeridilsin. Zərurət olduqda preparat təkrarən hər 

5 dəqiqədən bir, maksimum 1,2 mq dozaya qədər yeridilə bilər. 

Davamlı hipotoniya zamanı vena daxilinə adrenalinin 1:10 000  

nisbətində olan məhlulunun yeridilməsi göstərişdir (1:1000 



nisbətində  həll olunmuş  məhlulu bu şəkildə v/d tətbiq etmək 

olmaz!). Bu məqsədlə 1:1000 nisbətində olan 1 ml adrenalin məhlulu 

10 ml fizioloji məhlulda həll edilir. Alınmış məhlul (1:10 000) 5-10 

dəqiqə ərzində  AT-yə nəzarətlə v/d yeridilir. 

Böhranlı  vəziyyətlərdə adrenalin məhlulunun v/d infuziyasına 

başlanılır. Bunun üçün 1:1000 nisbətində olan 1 ml adrenalin 

məhlulu 250 ml 5%-li qlükoza məhlulunda və ya 0,9%-li natrium-

xlorid və ya Ringer məhlulunda qarışdırılır (alınmış adrenalin 

məhlulunun qatılığı 4 mkq/ml təşkil edir). İlk daxil etmə sürəti – 1 

mkq/dəq təşkil edir. Effektiv nəticə əldə edilmədikdə və əks-təsirlər 

olmazsa, dozanı 4 mkq/dəq qədər artırmaq olar. 

AŞ zamanı  hətta nisbi əks-göstərişlər olduqda belə adrenalin 

həyati göstərişlə  tətbiq edilir, çünki potensial fayda mümkün 

risklərdən əhəmiyyətli dərəcədə yüksəkdir (C)

Adrenalinə kifayət kədər müsbət cavab reaksiyası olmadıqda, 

noradrenalin (ilkin doza 0,05-0,1 mkq/kq/dəq), yaxud vazopressin 

(2-10 BV v/d – cavab alana qədər), yaxud qlükaqon (1-2 mq v/d – 

cavab alana qədər) tətbiq edilməsi tövsiyə olunur. Qlükaqonun 

tətbiqi anamnezində beta-blokatorların qəbulunu qeyd edən 

pasiyentlərə xüsusilə göstərişdir.   

Adrenomimetiklərin istifadəsi ilə yanaşı orta dozalarda 



qlükokortikosteroidlər tətbiq edilir.  QKS seçimi prinsipial deyil, 

aşağıdakı preparatlardan biri göstərilən ekvivalent dozalarda istifadə 

olunur:  

 

Deksametazon 8-32 mq; 



 

Hidrokortizon 250 mq; 

 

Prednizolon 90-120 mq; 



 

Betametazon 8-32 mq. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

19

QKS-lər anafilaksiya, müxtəlif lokalizasiyalı ödemlər, 



bronxoobstruktiv sindromun tezliklə aradan qaldırılması  və 

anafilaktik reaksiya dalğalarının profilaktikası üçün əhəmiyyətlidir. 

Müalicəyə cavab verməyən və ya vəziyyəti qeyri-sabit olan 

xəstələrdə qanın həcminin kolloid və kristalloid mayelərlə adekvat 

tənzimlənməsi və pasiyentlərin xəstəxanaya təcili çatdırılması 

zəruridir (B)

Kolloid və kristalloid məhlullar dövr edən qanın maye həcmini 

bərpa etmək, hemokonsentrasiyanı normallaşdırmaq və AT-ni 

effektiv  şəkildə sabitləşdirmək məqsədi ilə infuziya edilir. 

Venadaxili yol mövcud olduqda, venadaxili infuzion terapiya təxirə 

salınmadan həyata keçirilir. 1000 ml fizioloji məhlulun yeridilməsi 

tövsiyə olunur, bu zaman məhlulun ilk 500 ml-i sürətlə infuziya 

edilir. Kiçik molekullu dekstran və ya Ringer məhlulunun 

yeridilməsi də mümkündür. İnfuziya edilən mayenin miqdarı AT və 

mərkəzi venoz təzyiqin (MVT) göstəriciləri, həmçinin xəstənin 

ümumi vəziyyətinə əsasən müəyyən edilməlidir.  

Antihistamin preparatlar AŞ-nin müalicəsində ikinci sıra 

vasitələrə aiddir. Antihistamin preparatlar ilə terapiya AT-nin tam 

sabitləşməsi və AT-ni artıran preparatların yeridilməsinin 

dayandırılması fonunda aparılır. 1%-li dimedrol məhlulu, yaxud 

tavegil və ya 2%-li suprastin məhlulu ə/d və ya v/d üsulla yeridilir. 

Fenotiazin törəmələrinin (pipolfen, diprazin) qabarıq hipotonik 

effekti, mərkəzi sinir sisteminə göstərdiyi ləngidici təsir və 

sensibilizasiyaedici qabiliyyəti ilə əlaqədar olaraq, onların anafilaktik 

reaksiyaların müalicəsində parenteral tətbiqi məqsədəuyğun sayılmır.  

Adrenalin yeridilməsinə baxmayaraq bronxoobstruktiv sindrom 

davam edərsə, bu zaman 2,5-5 mq dozada (zərurət olduqda təkrar 

edilir) salbutamol, yaxud albuterol ilə (inhalyasion və ya v/d) 

bronxolitik terapiyanın aparılması göstərişdir. Bu zaman 20 dəqiqə 

ərzində v/d 5-6 mq/kq dozada aminofillin yeridilməsi də 

mümkündür. Ürək ritminin pozğunluqları ehtimalı ilə əlaqədar olaraq 

onu ehtiyatla tətbiq etmək lazımdır.  

AŞ-nin penisillin istifadəsi nəticəsində inkişafı zamanı 1 000 000 

TV dozada penisillinazanın ə/d yolla yeridilməsi göstərişdir. Bisillin 

təyini fonunda şok yaranıbsa, penisillinazanın 2 sutkalıq intervalla 3 

dəfə istifadə edilməsi mümkündür.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

20

Qırtlaq ödemin əlamətləri başlansa( stridoroz tənəffüs, asfiksiya ) 



situasiyadan aslı olaraq traxeyanın intubasiyası, krikotireotomiya 

yaxud traxeostomiya aparılmalıdır. 

Tənəffüs və ürək fəaliyyəti dayandıqda dərhal ürək-ağciyər 

reanimasiyasına başlanmalıdır.  



Sonrakı mərhələdə həyata keçirilən tədbirlər: 

Anafilaktik  şok keçirmiş  xəstələr  əlamətlərin tam aradan 

götürülməsindən sonra 6 saatdan az olmayan müddət ərzində həkim 

nəzarəti altında olmalıdırlar. Nəzarətin məqsədi  şokun residivinin 

olub-olmamasının monitorinqidir.  

Pasiyentin xəstəxanada daha uzun müddət qalması  aşağıdakı 

hallarda tələb olunur:  

 



Davamlı hipotoniya ilə müşayiət olunan ağır gedişli anafilaktik 

şok, xüsusən etioloji amil təyin olunmayan zaman  

 

Anamnezində ağır bronxial astma olan pasiyentlər  



 

Allergenin uzun müddətli təsiri zamanı  



 

Anamnezdə residiv gedişli anafilaksiya epizodu olduqda  



Stasionar müalicənin müddəti hemodinamik göstəricilərin tam 

sabitləşməsi və anafilaksiyanın digər  əlamətlərinin aradan 

qaldırılmasının müddətindən asılıdır. Adətən bu müddət 1 gündən 10 

günədək təşkil edir. 

Stasionarda hər 6 saatdan bir 1-2 mq/kq dozada prednizolon, 

pasiyentin çəkisinə görə hesablanmış 5-10 ml/kq dozada qlükoza və 

ya fizioloji məhlul ilə infuzion terapiya aparılır; venadaxili 

antihistamin preparatlar yeridilir. Davamlı hipotoniya zamanı arterial 

təzyiqə nəzarətlə (AT> 90 mm c. süt. saxlamaqla) dopamin (400 mq 

preparat 500 ml fizioloji məhlulda həll edilir və 2-20 mkq/kq/dəq 

sürətlə yeridilir) və ya qlükaqon (şırnaq üsulu ilə 15 mq 5 dəq., sonra 

damcı üsulu ilə 5-15 mkq/dəq) arterial təzyiqin davamlı 

sabitləşməsinə qədər yeridilir.  

Daha sonra prednizolon ilə hormonal terapiya 10-15 mq dozada 

7-10 gün ərzində peroral olaraq davam etdirilir; ikinci nəsil 

antihistamin preparatlar təyin edilir (loratadin, setirizin və s.); 

böyrək, qaraciyər, ürək və digər həyati  əhəmiyyətli orqanların 

funksiyasına nəzarət olunur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

21

Pasiyentin vəziyyəti sabitləşdikdən sonra xəstənin sensibilizasiya 



spektrini dəqiqləşdirmək məqsədi ilə  in vitro allerqoloji müayinə 

aparılır. Anafilaktik şokun inkişaf səbəbi aşkar olunduqdan sonra 

xəstəyə, üzərində mövcud allergik reaksiyalar haqqında məlumat, 

kəskin allergik reaksiya baş verdiyi zaman təxirəsalınmaz yardım 

tədbirləri qeyd olunmuş "Allergik xəstənin pasportu" verilir. 

Anamnezdə zərqanadlıların sancması və ya soyuğa qarşı reaksiyalar 

mövcud olduqda, pasportda bu haqda müvafiq qeydlər edilməlidir. 

Sonradan xəstənin ASİT terapiyası aparılması haqqında qərar qəbul 

edən allerqoloq/immunoloqun nəzarəti altında müayinə olunması 

məsləhətdir. Eyni zamanda aşağıda göstərilmiş hallarda da xəstənin 

allerqoloq/immunoloq nəzarəti altında qalmağı zəruridir:  

 

Diaqnoz şübhəlidir və ya tam deyil; 



 

Əlamətlər residiv verir və ya nəzarətə tabe olmur; 

 

Həkim göstərişlərinə əməl edilməsində kömək zəruridir; 



 

Allergen faktorların dəqiqləşdirilməsində yardıma ehtiyac 

vardır; 

 

Xəstə profilaktika üçün gündəlik preparatlara ehtiyac duyur; 



 

Müalicənin məqsədinə tam nail olunmayıb; 

 

Anafilaksiya digər patoloji vəziyyət ilə fəsadlaşır; 



 

Anafilaksiya psixoloji amillər ilə fəsadlaşır; 

 

Xəstə məsləhət üçün müraciət edir. 



Stasionardan çıxmazdan  əvvəl xəstə  həkim müayinəsindən 

keçməlidir.  Şok  əlamətlərinin təkrarlanması zamanı klinikaya 

qayıtmaq haqqında ona dəqiq göstərişlər verilməlidir. Evdə  qəbul 

etmək üçün xəstəyə antihistamin preparatlar və 3 gün ərzində peroral 

steroidlər təyin edilir. Bu, urtikar övrə hallarında və  şok  əlamətləri 

residivinin preventiv terapiyası üçün zəruridir.  



Pasiyentin dərman qutusunda olması tələb edilən dərmanlar 

0,1%-li adrenalin, prednizolon (deksametazon), tavegil və 

aminofillin məhlulları, steril şprislər. Hər preparatdan ən azı 4-5 

ampul olmalıdır. Anafilaktik şok baş verdikdə müalicə  tədbirləri 

qaydası haqqında xəstəyə göstərişlər verilir. 

Pasiyentin təlimi 

Keçirilmiş anafilaktik şokdan sonra xəstə allerqoloq-immunoloq 

nəzarəti altında olmalıdır. Xəstəliyin təbiəti, onun profilaktikası 

tədbirləri, müalicə üsulları haqqında xəstə ilə söhbət aparılmalıdır.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

22

Anamnezdə  zərqanadlıların sancması  və ya soyuğa qarşı 



reaksiyalar mövcud olduqda, xəstənin özü ilə daimi olaraq şok 

əleyhinə  dəst gəzdirməsi zərurəti qeyd olunur. Xəstəyə inyeksiya 

texnikasını öyrətmək, bud nahiyəsinin ön-yan üçdə bir hissəsinin 

dərin qatına adrenalinin 0,1%-li məhlulunun 0,3-0,5 ml dozada 

yeridilməsini qeyd etmək lazımdır. Zərurət olduqda inyeksiyanı 20-

30 dəqiqədən sonra təkrar etmək olar. Fövqəladə hallarda preparatın 

yeridilmə yerini geyimdən azad etmədən və spirt ilə silmədən 

adrenalini paltarı deşib keçməklə yeritmək olar. Adrenalin 

inyeksiyasını anafilaksiyanın ilk simptomları zamanı  təcili etmək 

lazımdır.  Əvvəllər xəstədə  həşərat sancmasına qarşı  həyat üçün 

təhlükəli reaksiyalar baş vermişdirsə, o, simptomları gözləmədən, 

sancmadan dərhal sonra adrenalin daxil etməlidir.  



ANAFİLAKTİK ŞOKUN PROFİLAKTİKASI  

Allergiyadan  əziyyət çəkən bütün xəstələrə öz yanlarında 

içərisində adrenalin olan şpris-tübiklər gəzdirmələrini məsləhət 

görmək lazımdır. Hər bir xəstənin allerqoloji anamnezini ətraflı 

toplamaq lazımdır. Bununla yanaşı, orqanizmin gizli sensibilizasiyası 

və istənilən farmakoloji preparata qarşı  şok vəziyyətinin inkişafı da 

mümkündür.  

Profilaktik tədbirlər etioloji amil ilə müəyyənləşir. Zərqanadlı 

həşəratların zəhərinə qarşı allergik reaksiyaların profilaktikası üçün 

həşəratların zəhərindən alınmış allergenlər ilə spesifik immun 

terapiyası aparılır. Spesifik immun terapiyası allergik reaksiyası IgE 

mexanizmli olan pasiyentlərdə aparılır. Sancma ehtimalını 

əhəmiyyətli dərəcədə azaltmaq və ya ondan tamamilə qaçmaq üçün, 

xəstə bir sıra sadə təhlükəsizlik qaydalarına riayət etməlidir:  

 

Arı  pətəklərindən və  həşəratların digər toplanma yerlərindən 



(bazarlar, zibilxanalar) uzaq olmaq;  

 



Ot üzərində ayaqyalın gəzməmək (həşəratı basmaq təhlükəsi 

səbəbindən);  

 

Arıların bal yığma mövsümündə evdə  pəncərələri tor ilə 



pərdələmək;  

 



Açıq yerlərdə qidalanmamaq və qida hazırlamamaq (qida arıları 

cəlb edir);  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

23



 

Arıların bal yığma mövsümündə  ətirli maddələrdən istifadə 

etməmək (ətirlər, saç üçün laklar, şampunlar və s. həşəratları cəlb 

edir);  


 

Bağ  və ya bostanlarda işləyərkən bədənin çox az hissəsini açıq 



saxlamaq, qalın parçadan şalvar və uzun qollu paltarlar, ayaqlara 

isə qalın altlıqlı ayaqqabı geymək, baş örtüyündən istifadə etmək 

vacibdir;  

 



Arı sancması zamanı neştəri barmaqlar ilə tutaraq çıxarmaq 

olmaz, çünki bu zaman zəhər kisəsi sıxılır və qalmış  zəhər 

yaradan sorulur.  Neştəri bıçaq, dırnaq mişarı və ya dırnağın dəri 

səthi üzərində sürüşkən hərəkətləri vasitəsilə xaric etmək 

lazımdır.  

 



Dərmandan AŞ keçirmiş xəstələrə müəyyən dərman preparatları 

və ya həlledicilərin təkrar daxil edilməsindən ölüm təhlükəsinin 

olması haqqında xəbərdarlıq edilməlidir. Dərman preparatına 

qarşı  təyin edilmiş  həqiqi allergiya zamanı  həmin preparatın, 

onun daxil olduğu müxtəlif kompleks preparatların və onunla 

eyni kimyəvi qrupdan olan bütün preparatların tətbiqi qadağan 

olunur.  

 



Qida məhsuluna qarşı  allergik reaksiya zamanı bu qida məhsulu 

ömürlük və ya uzun illər müddətinə rasiondan çıxarılır.  

Xəstələrə özləri ilə identifikasiya kartları  və ya anafilaksiyaya 

meyllilik və onun səbəb agenti qeyd olunmuş qolbaqlar gəzdirmək 

tövsiyə edilir. Yadda saxlamaq lazımdır ki, AÇF inhibitorları  və 

beta-blokatorlar qəbul edən xəstələrdə anafilaksik reaksiyaların 

inkişaf riski yüksəkdir (С)

PROQNOZ 

Anafilaktik  şokun proqnozu ciddidir. Onun nəticəsi gedişinin 

ağırlığı, digər orqan və sistemlərin yanaşı gedən xəstəliklərinin 

mövcudluğu, müalicənin adekvatlığı  və vaxtında aparılmasından 

asılıdır. Letal nəticənin əsas səbəbləri kəskin ürək çatışmazlığı, kəskin 

tənəffüs çatışmazlığı, həyati vacib orqanlara qansızmalar, trombozlardır.  

Keçirilmiş anafilaktik şokdan sonra miokardit, hepatit, 

qlomerulonefrit və sinir sisteminin diffuz zədələnməsi 

(demiyelinizəedici proses) kimi fəsadlar inkişaf edə bilər. Təkrar 

anafilaktik  şok halları zamanı  xəstəliyin ağırlıq dərəcəsi artır.

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



ƏLAVƏ №1 

AŞ zamanı ilk yardım alqoritmi 

 

Xəstədə kəskin anafilaksiya mövcudluğu mümkündür 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Xəstənin vəziyyətinin əlavə müayinəsi və müalicənin davamı: 

1.

 

Təkrarən adrenalin vurulması; 



2.

 

QKS, vazopressin, glukaqon və s. tətbiqi zərurətinin təyini; 



3.

 

Laborator müayinə, o cümlədən, triptaza səviyyəsinin təyini zərurəti; 



4.

 

Hospitalizasiya. 



Yox 

Yox 

Yox 

Xəstənin müayinəsi: 



Kəskin anafilaksiya 

aşkar edilirmi?

Anafilaksiyanın gecikmiş fazasını 

vaxtında aşkar etmək məqsədi ilə 

xəstənin vəziyyətinin monitorinqi. 

Xəstənin allerqoloq/immunoloq 

məsləhətinə göndərilməsi.

Başqa diaqnozun təyini və 

ya anafilaksiyanın atipik 

aşkar edilməsi. 

Tətbiq zərurətinin təyini: 

adrenalin, QKS, 

antihistamin preparatları. 



Müsbət klinik cavab var?

1.

 



Adrenalinin daxil edilməsi. 

Zərurət olduqda: 

2.

 



Ürək fəaliyyəti və tənəffüsün 

bərpası. 

3.

 

Nəfəs ilə О



2

 alınması. 

4.

 

Venadaxili maye yeridilməsi. 



5.

 

Bronxodilatatorun nəfəs ilə 



alınması. 

6.

 



İntubasiya və traxeostomiyanın 

həyata keçirilməsi. 



Müsbət klinik cavab var? 



Yox 

Xəstənin müayinəsi: havaötürücü 

yolların, tənəffüs, ürək-damar 

sistemi orqanlarının və s. vəziyyəti. 



Həyat üçün təhlükəli əlamətlər 

mövcuddurmu?

Yox 

Hə 

24

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

25

ƏLAVƏ №2 



IgE-asılı AŞ inkişafında rolu sübut olunmuş allergenlər 

Tam zülal allergenlər 

 



Qida – yumurta, inək südü, qoz, xərçəngkimilər, molyusklar, 

paxlalılar 

 

Zəhərlər – arılar və s. 



 

Vaksinlər – qızılca, qrip, tetanus 



 

Hormonlar – insulin, kortikotropin, tireotropin 



 

Antizərdablar – at qlobulini, antitimositar, antilimfositar qlobulin, 



zəhərlərə qarşı 

 



Fermentlər – streptokinaza, hemopapain 

 



Lateks – cərrahi əlcəklər, endotraxeal borular 

 



Allergen ekstraktlar – ev tozu, otların tozu, heyvan kəpəyi.  

Haptenlər 

 



Antibiotiklər: penisillinlər, sefalosporinlər və s.  

 



Əzələ relaksantları 

 



Vitaminlər – tiamin 

 



Sitostatiklər – sisplatin, siklofosfamid, sitozin, arablenozid 

 



Opiatlar 

Polisaxaridlər 

 



Dekstranlar 

 



Dəmirtərkibli dekstranlar 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

26

ƏLAVƏ №3 



Çarpaz-reaksiyalı DV cədvəli 

Penisillinlər 

(Benzilpenicillin) 

Bütün təbii, yarımsintetik, dürant penisillinlər, 

sefalosporinlər (50% hallarda, xüsusən, 

birinci nəsil preparatlar), pivə, maya, qursaq 

pendirləri, kombikorm ilə yetişdirilmiş quş və 

heyvan əti 

Levomisetin 

(Chloramphenicol) 

Bütün levomisetin qrupu, antiseptik məhlul,  

sintomisin 



Sulfanilamidlər 

Hipotiazid, furosemid, triampur, bukarban, 

orabet, butamid, novokain, dikain, anestezin, 

paraamino-azobenzol, novokainamid, 

bellastezin, biseptol, almagel-A, solutan, 

PASK, karboanhidraza inhibitorları 

(azetazolamid), antabus 

Streptomisin 

(streptomycin) 

Aminoqlikozidlər qrupu 

Tetrasiklin 

(tetracycline) 

Rondomisin, metasiklin, morfosiklin, 

oletetrin, kombikorm ilə yetişdirilmiş quş və 

heyvan əti 

Aspirin 

(Acetylsalicilic acid)

Digər qeyri-steroid iltihab əleyhinə preparatlar, 

analgin, reopirin, butadion, teofedrin, skutamil-

C, brufen, baralgin, antastman, sitramon, sarı 

rəngli qida boyası – tartrazin 



Etilendiamin 

Prometazin, aminofillin, tripellenamin, 

şokolad, kakao, kola, krem konservantları, 

məlhəm konservantları 



İnsulin 

Mal əti, donuz əti, protamin, sink 



Pipolfen 

(Promethazine) 

Fenotiazin sıra preparatları (aminazin, 

frenolon, teralen) 



Teofillin 

(Theophylline) 

Suprastin 

Fenobarbital 

(Phenobarbital) 

Bütün barbituratlar qrupu, teofedrin, 

antastman, valokardin, pentalgin 



Virus vaksinləri 

Yumurta, toyuq, ördək, ev dovşanı, 

antibiotiklər (gentamisin) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

27

ƏLAVƏ №4 



Müalicənin "tipik" səhvləri  

 



Ağır kəskin allerqozlar və bronxoobstruktiv sindrom zamanı 

təkcə antihistamin preparatlarının təyini  əsassız vaxt itkisinə 

gətirib çıxarır. 

 



Kiçik dozalı qlükokortikosteroidlərin gecikmiş  təyini və ya 

əsassız tətbiqi proqnozu pisləşdirir və  ağır kəskin allergik 

xəstəliklərin əlamətlərinin aradan qaldırılması müddətini uzadır. 

 



Kalsium-qlükonat, kalsium-xlorid, natrium-tiosulfat, hemodez 

kimi preparatların tətbiqi, onların effektsiz olması  və  kəskin 

allerqozun proqnozuna göstərdiyi əvvəlcədən bəlli olmayan təsirə 

görə tövsiyə edilmir. 

 

Diprazinin (pipolfen) istifadəsi hipotoniyanın dərinləşməsi ilə 



təhlükəlidir. 

 



Topik inhalyasion qlükokortikosteroidlərin istifadəsindən imtina 

qırtlağın allergik stenozu və bronxospazm zamanı aparılan 

terapiyanın effektini azaldır. 

 



Allergik ödemlər zamanı ilgək diuretiklərinin istifadəsi ciddi 

səhv hesab olunur, çünki xəstənin vəziyyətinin pisləşməsinə 

gətirib çıxarır. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

28

Ədəbiyyat: 

1.

 

Anaphylaxis guidelines for children's services.-2007. – access 



mode: http//www.community.nsw.gov.au 

2.

 



Emergency treatment of anaphylactic reactions - guidelines 

for healthcare providers. Resuscitation Council.-2008.– 

access mode: http//www.resus.org.uk  

3.

 



EMS Evidence Based Protocols . – access mode: 

 http//www.emergency.medicine.dal.ca

4.

 

Lieberman P. Use of epinephrine in the treatment of 



anaphylaxis. Curr Opin Allergy Clin Immunol.- 2003 Aug; 

3(4): 313-8-Medline 

5.

 

Scandinavian Clinical Practice Guidelines on the diagnosis, 



management and follow-up of anaphylaxis during 

anaesthesia. - 2007. – access mode:  

http//www.ingentaconnect.com

6.

 



Stephen C Dreskin, G William Palmer. Anaphylaxis. - 2005.– 

access mode: http//www.emedicine.medscape.com 

7.

 

The diagnosis and management of anaphylaxis: An updated 



practice parameter. - 2005. – access mode:  

http//www.guideline.gov

8.

 

Дранник Г.Н. Клиническая иммунология и аллергология. 



- 2003.- 604 стр. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Document Outline

  • Doc6.doc
  • 25 Anaphylactic shock A5.doc

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin