Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə3/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   2   3   4   5   6   7   8   9   ...   541
III. Hüquqlar

6. 


Tibb müəssisənin rəhbərinin aşağıdakı hüquqları vardır:

6.1.    qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar 

vermək, onların icrasına nəzarəti həyata keçirmək;  

6.2.  kadrların seçilməsi və yerləşdirilməsini həyata keçirmək,  onları müəyyən 

olunmuş qaydada vəzifəyə təyin və azad etmək;

6.3.


müəssisənin işçilərini həvəsləndirmək və tənbeh etmək;

6.4.  müəssisənin adından çıxış etmək,  onu təmsil etmək;

6.5.  əhaliyə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi üzrə təkliflər vermək;

6.6.  öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri əldə etmək  və istifadə etmək

2



6.7.  müəssisənin   fəaliyyəti   ilə   bağlı   məsələlərin   müzakirə   olunduğu 

konfranslarda və müşavirələrdə iştirak etmək;

6.8.  müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq;

6.9.  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək 

hüquqlarından istifadə etmək. 

IV.  Məsuliyyət

7. 


Tibb müəssisəsinin rəhbəri aşağıdakılara görə məsuliyyət daşıyır: 

7.1.  ona həvalə olunmuş vəzifə öhdəliklərinin həyata keçirilməsinə

7.2.  normativ-hüquqi aktların və rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının 

vaxtında və peşəkar  səviyyədə yerinə yetirilməsinə;

7.3.  maddi,   maliyyə   və   kadr   ehtiyatlarından   səmərəli   və   effektiv   istifadə 

edilməsinə;

7.4.  daxili intizam, sanitariya və əksepidemik rejimə, yanğın təhlükəsizliyi və 

təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;

7.5.  mövcud   normativ-hüquqi   aktlarla   nəzərdə   tutulmuş   sənədləşdirmənin 

aparılmasına;

7.6.  müəssisənin   fəaliyyəti   barədə   statistik   və   digər   hesabatların   vaxtında 

təqdim olunmasına;

7.7.  tibb heyəti tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və vəzifə 

öhdəliklərinin yerinə yetirilməsinə;

7.8.  göstərilən tibbi yardımın keyfiyyətinə görə;

8. 


Tibb müəssisənin rəhbəri əmək intizamının, qanunvericilik və normativ-

hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq 

dərəcəsinin asılı olaraq  intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə 

bilər.   




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin