Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə



Yüklə 403.91 Kb.
Pdf просмотр
səhifə1/4
tarix23.12.2016
ölçüsü403.91 Kb.
  1   2   3   4

 

 



 

Azərbaycan Respublikası Prezidentinin 

2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə 

təsdiq edilmişdir 

 

                                                            



Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə 

mübarizəyə dair 2015-2020-ci illər üçün 

 

STRATEGİYA 



 

1. Giriş 

 

            Qeyri-infeksion xəstəliklər (bundan sonra - QİX) xroniki gedişi və dərin ictimai-sosial mahiyyəti ilə 



xarakterizə edilən, yoluxucu olmayan xəstəliklər qrupuna aiddir. Tütündən istifadə, spirtli içkilərdən sui-

istifadə, qeyri-sağlam qidalanma, fiziki passivlik kimi ümumi risk amilləri nəticəsində yaranan QİX əksər 

ölkələrdə xəstəlik yükünün böyük hissəsinin və vaxtsız ölümlərin əsas səbəbidir. Bu xəstəliklər qrupunda 4 

əsas  patologiya  üstünlük  təşkil  edir:  ürək-damar  xəstəlikləri,  onkoloji  xəstəliklər,  xroniki  obstruktiv 

ağciyər xəstəlikləri və şəkərli diabet. 

            Ümumdünya Səhiyyə Təşkilatının (bundan sonra - ÜST) məlumatına əsasən,  dünya üzrə yoluxucu 

xəstəliklərdən  ölənlərin  sayının  növbəti  illərdə  azalması  gözlənildiyi  halda,  QİX-dən  ölənlərin  sayının 

2030-cu ilədək artması proqnozlaşdırılır. 



 

 



 

Hesablamalara  görə  ürəyin  işemik  xəstəliyinin  və  beyin-damar  xəstəliklərinin  80%-nə  tütündən  istifadə, 

spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma və fiziki passivlik kimi davranış risk amilləri səbəb 

olur.  Qeyd  edilən  risk  amilləri  dörd  əsas  metabolik  və  ya  fizioloji  dəyişikliyə  gətirib  çıxarır:  yüksək  qan 

təzyiqi,  piylənmə  ilə  nəticələnən  artıq  bədən  çəkisi,  hiperqlikemiya  (qanda  şəkərin  artması)  və 

hiperlipidemiya  (qanda  piylərin  artması).  Artıq  çəki  və  piylənmə  də  öz  növbəsində  qan  təzyiqi,  qanda 

xolesterol və triqliserid səviyyələrinə mənfi metabolik təsir göstərə bilər. 

            Dünyada  hər  il  təxminən  6  milyon,  o  cümlədən  tütün  çəkən  5,4  milyon  və  tütün  tüstüsünün 

təsirinə ikincili məruz qalan 600 min insan tütünlə bağlı səbəblərdən dünyasını dəyişir.   Spirtli içkilərdən 

sui-istifadə  nəticəsində  il  ərzində  baş  verən    3,3  milyon    ölüm  hadisəsinin  yarısı  məhz  QİX  ilə  bağlıdır. 

Bununla  yanaşı,  dünyada    hər  il  3,2  milyon  insan  fiziki  passivlik,  o  cümlədən  təqribən  2,8  milyon  insan 

artıq bədən çəkisi və ya piylənmə səbəbindən ölür.   

            Problemin  həlli  məqsədi  ilə  ÜST  tərəfindən  2000-ci  ildən  başlayaraq  bir  neçə  mühüm  sənəd,  o 

cümlədən  QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Qlobal Strategiya qəbul olunmuşdur. ÜST-nin 

Avropa  üzrə  Regional  Komitəsinin  2011-ci  il  sentyabrın  12-15-də  Bakıda  keçirilən    61-ci  sessiyasında 

2012-2016-cı illər üçün QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Avropa Strategiyasının icrasına 

dair Fəaliyyət Planı qəbul olunmuşdur.  

            2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının keçirdiyi yüksəksəviyyəli görüşdə qəbul  edilmiş siyasi 

bəyannamədə bu təşkilatın üzvü olan ölkələrin üzərinə QİX-in qarşısının alınması və müalicəsi üçün milli 

çoxsahəli    planların  gücləndirilməsi    məqsədi  ilə    genişmiqyaslı  tədbirlər    həyata  keçirmək  öhdəliyi 

qoyulmuşdur.  Həmin  siyasi  bəyannaməni  nəzərə  alaraq,  2013-2020-ci  illər  üçün  QİX-in  qarşısının 

alınması və bu xəstəliklərə nəzarət üzrə ÜST-nin Qlobal Fəaliyyət Planı təsdiq edilmişdir.  



 

 



 

             2013-cü  ilin  dekabr  ayında  ÜST-nin    Aşqabad  şəhərində  keçirilən  və  Avropa  regionunda  QİX-in 

qarşısının alınması və onlarla mübarizəyə həsr olunan konfransında “Sağlamlıq-2020 siyasəti kontekstində 

qeyri-infeksion  xəstəliklərin  qarşısının  alınması  və  onlarla  mübarizə  üzrə  Aşqabad  bəyannaməsi”  qəbul 

olunmuş  və    ölkədə  bu  istiqamətdə  milli  səviyyəli  strategiyaların  və  tədbirlər  planlarının  hazırlanması  və 

tətbiqi zərurəti bir daha vurğulanmışdır.   

            Azərbaycan  Respublikası  Prezidentinin  2012-ci  il  29  dekabr  tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş 

“Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasına  əsasən    Azərbaycan  Respublikasında  qeyri-

infeksion xəstəliklərlə    mübarizəyə  dair    2015-2020-ci  illər  üçün  Strategiya  (bundan  sonra  –  Strategiya) 

hazırlanmışdır. 

  

         2. Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət 



 

           Son  10  ildə  ölkəmizdə  qan  dövranı  sistemi  xəstəlikləri  5%,  tənəffüs  üzvlərinin  xəstəlikləri  11%, 

endokrin  sistemi xəstəlikləri  2,5  dəfə,  o  cümlədən şəkərli  diabet  3,7  dəfə, sinir  sistemi  xəstəlikləri 15%, 

bədxassəli  yenitörəmələr  30%

   

artmışdır.  Qeyd  olunan  müddət  ərzində  dünya  üzrə  QİX  ilə  xəstələnmə 



halları  təxminən 14% artmışdır.   

          Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəbləri  QİX-

dir.  Xəstələnmənin  strukturunda  50%-dən  artıq  QİX,  o  cümlədən  qan  dövranı  sistemi  xəstəlikləri  17,6%, 

tənəffüs sistemi  xəstəlikləri 15%, endokrin sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 2,7% təşkil 

edir. Avropa regionu üzrə isə bu xəstəliklər xəstəlik yükünün 77%-nə barabərdir. 

          Ölümün  səbəbləri  arasında  QİX  əsas  yer  tutur.  Avropa  ölkələrində  ölüm  hallarının  86%-i,  

Azərbaycanda  isə 79,6%-i yuxarıda göstərilən 4 xəstəlik sinfi üzrə ölümün payına düşür. Birinci yerdə qan 


 

 



 

dövranı  sisteminin  xəstəlikləri  (59,8%),  2-ci  yerdə  bədxassəli  yenitörəmələr  (12,5%),  3-cü  yerdə  isə 

tənəffüs orqanlarının xəstəlikləri (2%) durur.  

            Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  QİX  ilə  bağlı  apardığı  araşdırmalar  nəticəsində 

müəyyən edilmişdir ki, Azərbaycanda QİX-in böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki 

və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır.  

            Tədqiqatlar  göstərir  ki,  ölkəmizdə  kişilərin  təxminən  50%-i  tütündən  istifadə  edir,  onların 

əksəriyyətində  (93%-də)  belə  istifadə  gündəlik  xarakter  daşıyır,  böyüklərin  14,3%-i  spirtli  içkilərdən 

mütəmadi istifadə edir.  Avropa regionunda isə bu göstəricilər müvafiq olaraq  29% və 20% təşkil edir.   

             Yaşı  18-dən  yuxarı  olan  əhali  arasında  artıq  çəki  və  piylənmə  müvafiq  olaraq  35,8%  və  21,9% 

təşkil  edir.  Piylənmədən  kişilərə  nisbətən  daha  çox  qadınlar  əziyyət  çəkirlər  (müvafiq  olaraq  16,4%  və 

27,2%).    Bu  risk  amilinin  yayılması  1980-2008-ci  illər  arasında  dünya  üzrə  iki  dəfə  artmışdır.  Son 

hesablamalara görə, Avropa regionunda əhalinin 50%-i artıq çəkidən, kişilərin 20%-i və qadınların 23%-i 

isə piylənmədən əziyyət çəkir.  

           Tədqiqatların  nəticələrinə  görə,  Azərbaycanda  əhalinin  yalnız  6,4%-i  məqsədli  şəkildə  idmanla 

məşğul olur.  

          Azərbaycan  zəngin  tərəvəz  və  meyvə  məhsulları  ilə  məşhur  olsa  da,  əhalinin  40%-dən  çoxu  bu 

məhsullardan gündəlik istifadə etmir. Yaş qrupları, cinslər arasında ciddi fərq olmadan əhalinin əksəriyyəti 

(84,9%-i)  gün  ərzində  ÜST  tərəfindən  tövsiyə  edilən  miqdardan  az  meyvə-tərəvəz  istifadə  etdiyini 

bildirmişdir. Ev təsərrüfatlarının yarıdan çoxunda (54%) doymamış yağlardan istifadə edilir. 

            Azərbaycanda  yaşı  18-dən  yuxarı  olan  şəxslər  arasında  hipertoniyanın  (bütün  mərhələləri  daxil 

olmaqla) yayılması 39,4% təşkil etmişdir.  Avropa regionunda bu göstərici orta hesabla 40%-dir. 



 

 



 

             Ölkəmizdə  hazırda  əhalinin  hər  100  min  nəfərinə  şəkərli  diabetdən  əziyyət  çəkən    2053  nəfər 

düşdüyü halda, Avropa regionunda bu göstərici 3560 nəfər  təşkil edir.  

 

         3. Ölkənin sosial-iqtisadi inkişafı baxımından Strategiyanın əsaslandırılması 



 

          QİX-in  qarşısının  alınması  və  onlara  nəzarət  problemlərinə  insan  potensialının  inkişafının  sosial, 

iqtisadi və ətraf mühit aspektləri ilə qarşılıqlı əlaqədə baxılmalıdır.    

          QİX-in  və  onların  risk  amillərinin  yayılma  səviyyəsinin  təhsil,  iş,  gəlir  və  gender  kimi  sosial 

amillərdən bilavasitə asılılığı sübuta yetirilmişdir. Beləliklə, QİX-in yayılmasının qarşısını almaq üçün zəruri 

tədbirlər  insanların  sağlamlıqla  bağlı  davranışlarına  təsir  edən  geniş  amillərə  -  doğulduğu,  böyüdüyü, 

yaşadığı, işlədiyi, yaşa dolduğu şəraitə, eləcə də cəmiyyətə, sosial-iqtisadi amillərə yönəldilməlidir.   

           QİX  ayrı-ayrı  fərdlərin  və  ev  təsərrüfatlarının  sosial-iqtisadi  vəziyyətinə  də  mənfi  təsir    göstərir. 

Qeyri-sağlam  davranış,  fiziki  zəiflik,  əlillik,  QİX  ilə  bağlı  səhiyyə  xidmətlərinə  sərf  olunan  bilavasitə  və 

dolayı  xərclər  ev  təsərrüfatları  gəlirlərinin  itirilməsinə  səbəb  olur.  Səhiyyə  xidmətlərinin  QİX  ilə  bağlı 

xərcləri çox yüksəkdir və onların davamlı artması gözlənilir.  

           Dövlət tərəfindən QİX-ə sərf edilən böyük xərclər makroiqtisadiyyata öz mənfi təsirini göstərməklə, 

yoxsulluğun azaldılması təşəbbüslərinə də mane ola bilər.  

           Bundan əlavə, QİX və yoxsulluq qapalı dairə yaradır ki, yoxsulluq insanları QİX-lə bağlı davranış risk 

amillərinin  təsirinə  məruz  qoyur,  QİX-in  yaranması  isə  öz  növbəsində  ailələri  yoxsulluğa  sürükləyən 

başlıca qüvvəyə çevrilir.  



 

 



 

          QİX-in  uzunsürənliyi  və  yayılmasında  gözlənilən  artım  onların  iqtisadiyyata  təsirinin  kumulyativ 

şəkildə güclənməsi ehtimalına əsas verir. İqtisadi təhlillərə əsasən QİX-in yayılmasının hər 10% artımı illik 

iqtisadi inkişaf göstəricilərinin 0,5% azalması ilə müşahidə olunur. 

            Qeyd  edilməlidir  ki,  QİX  ilə  mübarizə  tədbirlərinə  çox  da  böyük  olmayan    həcmdə    maliyyə  sərf 

etməklə,  QİX  epidemiyasının  qarşısını  almaq    mümkündür.  Lakin  QİX  yükünün  artmasına  səbəb  olan 

sağlamlıqla bağlı problemlərin həlli təkcə səhiyyə sektorunun səyləri nəticəsində mümkün deyildir. QİX-in 

qarşısının alınması və bu xəstəliklərə nəzarət məsələlərinin hərtərəfli həlli səhiyyə, sosial, kənd təsərrüfatı, 

maliyyə,  ticarət,  nəqliyyat,  şəhərsalma,  təhsil  və  mədəniyyət  kimi  bütün  müvafiq  sahələrin    birgə  iştirak 

etdikləri vahid strategiyanın həyata keçirilməsini tələb edir.  

           QİX-ə  qarşı  mübarizə  üzrə  ÜST-nin  tövsiyə  etdiyi  səmərəli  tədbirlərin  geniş  tətbiqi  iqtisadi 

cəhətdən fəal əhali qrupunda vaxtından əvvəl ölüm hallarının  azaldılması, əlilliyin və məhsuldarlıq itkisinin 

qarşısının alınması,  həyat  keyfiyyətinin  yaxşılaşdırılması və  insan  resurslarının  inkişafına  dəstək    yolu  ilə 

davamlı  iqtisadi  artımın  təmin  edilməsi,  əhalinin  gəlir  əldə  etmək  imkanlarının  genişləndirilməsi,  sosial 

cəhətdən    həssas  qrupların  sosial  müdafiəsinin  gücləndirilməsi,  səhiyyə  sahəsində  əsas  xidmətlərin 

keyfiyyətinin  yüksəldilməsi  və  onları  əldə  etmək  üçün  bərabər  imkanların  yaradılması  kimi  strateji 

məqsədlərə nail olunmasına töhfə verəcəkdir.  

            Eyni zamanda, ölkədə  QİX ilə səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsi bu xəstəliklərin  

stasionar  müalicəsi  üçün    xərclənən  büdcə  vəsaitinə  xeyli  qənaət  etməyə  və  onu  digər  zəruri  səhiyyə 

problemlərinə sərf etməyə imkan verəcəkdir. 

            QİX-in  qarşısının  alınması  və  onlara  nəzarət  üzrə  tədbirlər  “Azərbaycan  2020:  gələcəyə  baxış” 

İnkişaf  Konsepsiyasının  insan  kapitalının  inkişafı  sahəsində,  əhalinin  yüksəkkeyfiyyətli  tibbi  xidmətlərlə 

təmin  edilməsinə  və  bu  xidmətlərin  müxtəlif  sosial  qruplar,  o  cümlədən  aztəminatlı  ailələr  və  yoxsul 


 

 



 

vətəndaşlar  üçün  əlçatanlığı  daxil  olmaqla,  əsas  prioritetlərə  nail  olunmasına  da  şərait  yaradacaqdır.  Bu 

tədbirlər əhalinin sağlamlığının və rifahının daha çox yüksəldilməsi, ictimai səhiyyənin gücləndirilməsi və 

əhali üçün əhatəli, ədalətli, davamlı və yüksəkkeyfiyyətli səhiyyə sistemlərinin təmin edilməsi məqsədi ilə 

üst-üstə düşür. 

            Strategiya Azərbaycanda QİX-in qarşısının alınması və onlara nəzarət üzrə 2015-2020-ci illər üçün  

ümumiləşdirilmiş  və  səmərəli  tədbirlərə  dair  rəhbərliyi  və  ümumi  strateji  çərçivəni  müəyyən  edən  rəsmi 

sənəddir. Strategiyanın həyata keçirilməsi QİX ilə bağlı vaxtından əvvəl ölüm hallarının,  əhalinin ayrı-ayrı 

qrupları  arasında  sağlamlığın  qeyri-bərabərliyinin  azaldılmasına  və  xəstəlik  yükünün  xeyli  dərəcədə 

ixtisarına  imkan  yaradacaqdır.  Bununla  bərabər,  QİX-in  risk  amillərinin  azaldılması  və  əhalinin  həssas 

qrupları  üçün  xüsusi  tibbi  və  sosial  qayğı  göstərilməsinə  imkan  verən  çoxsahəli  yanaşmanı  ehtiva  edən 

Strategiya  Azərbaycanda  insanların  həyat  keyfiyyətinin  yaxşılaşdırılmasına  və  gözlənilən  sağlam 

uzunömürlülüyün  artmasına  da  səbəb  olacaqdır.  Eləcə  də,    Strategiyanın  tətbiqi  məhsuldarlığın 

artırılmasına, daha səmərəli insan resurslarına, daha sağlam yaşadolmaya, xəstəliklər və sosial ödəmələrlə 

bağlı  xərclərin  ixtisarına  və  fərdi  xərclərin  azalmasına  töhfə  verməklə,  iqtisadiyyatın  davamlı  inkişafına 

dəstək ola bilər.  

 

                                                    4. Strategiyanın məqsədi 



 

           Strategiyanın əsas məqsədi Azərbaycanda  həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər 

vasitəsilə  əhalinin  sağlamlığının  yaxşılaşdırılmasına,  o  cümlədən    QİX  ilə  bağlı  vaxtından  əvvəl  ölüm 

hallarının mümkün qədər azaldılmasına nail olmaqdır. 

 


 

 



 

                                                      5. Prioritet sahələr 

 

         5.0. Strategiyanın prioritet sahələri aşağıdakılardır: 



 

         5.0.1. QİX ilə mübarizə üzrə tədbirlərin tənzimlənməsi və davamlı maliyyələşdirmənin təmin edilməsi 

vasitəsilə QİX-in profilaktikası üzrə strateji idarəetmənin təkmilləşdirilməsi;  

         5.0.2. səhiyyə sisteminin bütün səviyyələrində QİX-in qarşısının alınması və bu xəstəliklərə nəzarətlə 

bağlı  bərabərlik  prinsipinə  əsaslanan,  əlçatan  və  keyfiyyətli  xidmətlərdən,  o  cümlədən  səmərəli  skrininq 

proqramları,  profilaktika,  müalicə,  reabilitasiya  və  palliativ  qayğıdan  istifadə  etməklə,  əhalinin  bu 

xidmətlərlə hərtərəfli əhatə olunması istiqamətində irəliləyişə nail olunması; 

         5.0.3. QİX ilə bağlı tədbirlərin monitorinqi və qiymətləndirilməsi daxil olmaqla, QİX-in və onların risk 

amillərinin  qarşısının  alınması  və  həmin  xəstəliklərə  nəzarət  üzrə  informasiya  sistemlərinin 

gücləndirilməsi. 

 

 

 



6. Hədəflər (2020-ci il üçün, 2014-cü illə müqayisədə) 

 

       6.0. Strategiyanın hədəfləri aşağıdakılardır: 



        

       6.0.1. tütündən istifadənin  10% azaldılması;   

       6.0.2. gündəlik duz istehlakının adambaşına 5 qramadək azaldılması; 


 

 



 

       6.0.3. böyüklər arasında fiziki passivliyin 10%-dək azaldılması; 

       6.0.4. piylənmənin yayılmasında artımın qarşısının alınması;  

       6.0.5. şəkərli diabetin yayılmasının artım tempinin azaldılması; 

        6.0.6.  hipertoniya  ilə  xəstələnmə  səviyyəsinin  stabilləşdirilməsi  və  azalma  tendensiyasına  nail 

olunması; 

        6.0.7.  ilkin  səhiyyə  səviyyəsində  QİX-in  müalicəsi  üçün  əsas  dərman  preparatları  və  diaqnostik 

texnologiyalarla əhalinin ən azı 90%-nin əhatə olunması.  

 

7. Vəzifələr 



 

          7.0. Strategiyanın    hədəflərinə   nail   olmaq   üçün  aşağıdakı   vəzifələrin     yerinə yetirilməsi 

nəzərdə tutulur:  

 

          7.0.1.  QİX-in  qarşısının  alınması  və  onlara  nəzarət  üzrə  birgə  tədbirlərin  həyata  keçirilməsi  və 



əlaqələndirilməsi üçün səmərəli sahələrarası əməkdaşlıq mexanizminin yaradılması  

   


         QİX-in  yaranmasının  şərtləndirici  amillərinin  əksəriyyəti  səhiyyə  sahəsi  ilə  bağlı  olmadığından  bu 

xəstəliklərlə əlaqədar sağlamlıq göstəricilərinə müsbət təsiri təmin etmək üçün sahələrarası məqsədyönlü 

tədbirlərin həyata keçirilməsi və əlaqələndirilməsi zəruridir. QİX-in  qarşısının alınması və onlara nəzarət 

üçün  nəzərdə  tutulmuş  büdcə  vəsaitindən  səmərəli  istifadə  baxımından  da  bütün  aidiyyəti  dövlət 

orqanlarının    planlaşdırma,  rəhbərlik,  nəzarət  və  dövlət  siyasətinin  qiymətləndirilməsi  prosesinə  cəlb 

edilməsi ilə yüksəksəviyyəli çoxsahəli  mexanizmin yaradılması vacibdir. 



 

 

10 



 

 

          7.0.2.  QİX-in  risk  amillərinin  (tütündən  istifadə,  spirtli  içkilərdən  sui-istifadə,  qeyri-sağlam 



qidalanma,  fiziki  passivlik)  azaldılması  üçün  bərabərlik  prinsipinə  əsaslanan  səmərəli  tədbirlərin  həyata 

keçirilməsi 

  

          QİX-in  risk  amillərinin  azaldılması  üçün  görülən  işlərin  məqsədi  hər  kəs  üçün  sağlam  olmaq  



imkanlarının  təmin  edilməsi  və  əhali  arasında  sağlamlığın  qeyri-bərabərliyinin  azaldılmasıdır.  Buraya  

çoxsahəli    tədbirlər,  o  cümlədən  dövlət  səviyyəsində  tədbirlərin    hazırlanması,  ictimaiyyətin  səfərbərliyi, 

ətraf  mühitlə  bağlı  tədbirlər,  səhiyyə  sisteminin  təşkili  və  xidmətlərin  göstərilməsi,  qanunvericilik  və 

tənzimləmə üzrə proqramlar daxildir.  

          Strategiya  kənd  təsərrüfatı,  maliyyə,  ticarət,  nəqliyyat,  şəhərsalma,    təhsil  və  idman  kimi  bir  çox 

sahələrdən həm dövlət, həm də qeyri-dövlət tərəfdaşların (tütün sənayesi istisna olmaqla) cəlb edilməsini 

tələb edir.  

 

          7.0.3.  QİX-in  qarşısının  alınması  və  onlara  nəzarətin  yaxşılaşdırılması  üçün  inteqrasiya  olunmuş 



tibbi  xidmətlərin,  o  cümlədən  ilkin  profilaktika,  skrininq  və  erkən  aşkarlanma,  müalicə,  reabilitasiya 

tədbirlərinin və palliativ qayğının gücləndirilməsi 

 

          QİX-ə  qarşı  mübarizənin  həyata  keçirilməsi  üzrə  Strategiya,  səmərəli  profilaktik  (ilkin  profilaktika, 



skrininq  və  yüksək  risk  qruplarına  aid  əhali  arasında  QİX-in  erkən  aşkarlanması),  müalicə,  reabilitasiya 

xidmətlərinin və palliativ xidmətlərin göstərilməsini təmin edir. Yaxşı idarə edilən inteqrasiya olunmuş QİX 

ilə mübarizə sahəsində  xidmətlər səhiyyə sisteminin hər bir səviyyəsində bütün əhaliyə əlverişli, əlçatan və 


 

 

11 



 

bərabərlik prinsipinə əsaslanan səhiyyə xidmətlərinin göstərilməsini və xəstələnmənin, əlilliyin, vaxtından 

əvvəl ölümün azaldılmasını təmin edir. QİX üzrə inteqrasiya olunmuş Strategiyanın həyata keçirilməsi, QİX-

in  uzunsürənliyinə  və  belə  xəstəliklərə  nəzarətə  xüsusi  diqqət  yetirməklə  səhiyyə  sisteminin  bütün 

səviyyələrində  tibbi  xidmətlərin  gücləndirilməsi  və  əhalinin  bu  xidmətlərlə  hərtərəfli  əhatə  edilməsinin 

yaxşılaşdırılması  pasiyentlərin  sağlamlıq  hüquqlarını  təmin  edir.  Büdcə  vəsaiti  bütün  tibb  müəssisələrinə 

QİX-in qarşısının alınması Strategiyasına uyğun olaraq bölünməlidir.  

 

           7.0.4.  Gender  və  sosial  amillər  nəzərə  alınmaqla,  QİX-in  azaldılması,  onlara  nəzarət  üçün 



informasiya imkanlarının təkmilləşdirilməsi və tədqiqatların dəstəklənməsi  

  

          Mükəmməl  fəaliyyət  göstərən  səhiyyə  informasiya  sistemi  aparılan  siyasətin  səmərəliliyinin  və 



proqramların təsirinin qiymətləndirilməsi, QİX-in və onların əsas risk amillərinin dinamikasının izlənilməsi 

üçün  zəruri  vasitələri  təmin  etməklə,  bu  xəstəliklərə  qarşı  mübarizəyə  yönəldilmiş  tədbirlərin  həyata 

keçirilməsi  prosesini  gücləndirir.  Bu  sahədə  aparılan  tədqiqatlar  QİX-in  qarşısının  alınması  və  onlara 

nəzarət  üçün  gender,  yaş  və  digər  sosial  amillərə  əsaslanan  siyasətin  gücləndirilməsi  üzrə  ən  düzgün 

qərarların  qəbul  olunmasına  imkan  yaradır.  Belə  bir  informasiya  sisteminin  əsasının  qoyulması  və 

fəaliyyətinin  təmin  edilməsi  üçün  ictimai  səhiyyə  sahəsində  aparılan  tədqiqatlara  kifayət  qədər  maliyyə 

vəsaiti ayrılmalıdır.  

  

          7.0.5.   Monitorinq və qiymətləndirmə sisteminin yaradılması 



  

 

 

12 



 

           Strategiyanın vəzifələrinin icrasının qiymətləndirilməsi üçün proses və nəticə indikatorları müəyyən 

edilməlidir.  Burada  Strategiyanın  qarşısında  qoyulan  hədəflər  əsas  götürülməli,    zəruri  göstəricilər  üzrə 

mütəmadi  monitorinq  həyata  keçirilməlidir.  Monitorinq  və  qiymətləndirmə  sistemi  Strategiyanın  icrasının 

qiymətləndirilməsi,  problemlərin  aşkar  edilməsi,  aradan  qaldırılması  və  müvafiq  tədbirlərin  həyata 

keçirilməsi üçün lazım olan  məlumatları təmin etməlidir. 

 

                                       8. Strategiyanın həyata keçirilməsi 



  

            Bu  Strategiyanın  icrası  üzrə  əsas  fəaliyyət  istiqamətləri  həm  səhiyyə  sisteminin,  həm  də  digər 

aidiyyəti  dövlət  qurumlarının  hazırlığı  nəzərə  alınaraq,  islahatların  məqsədini  və  strateji  istiqamətlərini, 

onların  reallaşdırılması  üçün  keçiriləcək  tədbirləri,  icraya  məsul  dövlət  orqanlarını,  eləcə  də  icra 

müddətlərini  müəyyən edir. 

 

Strategiyanın  icrasının  gedişi  barədə  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi  ildə  iki  dəfə 



Azərbaycan Respublikasının Nazirlər Kabinetinə  hesabat təqdim edəcəkdir.  

 

 



 

 

9. Strategiyanın icrası üzrə əsas fəaliyyət istiqamətləri 



 

9.1. QİX-in qarşısının alınması və onlara nəzarət üzrə birgə tədbirlərin həyata keçirilməsi və 

əlaqələndirilməsi üçün səmərəli sahələrarası əməkdaşlıq mexanizminin  yaradılması 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə