İstehsal imkanları
Yuxarıda qeyd olunduğu kimi hazırda Penitensiar Xidmətə daxil olan cəza çəkmə
müəssisələrində istehsal potensialı olsa da, isehsal sahələrinə aid olan qurğular, avadanlıqlar və
binalar fiziki və mənəvi baxımdan aşınmışdır və iri və müasir tələblərə cavab verən istehsalat
imkanlarına malik deyildir. Lakin iri həcmli və davamlı dövlət sifarişlərinin olacağı təqdirdə qısa
müddət ərzində yenidən qurma işlərinin həyata keçirilməsi, avadanlıq və qurğuların yenilənməsi,
zəruri kadr potensialının formalaşdırılması mümkündür.
Məsələn, Penitensiar Xidmətin 4 saylı Cəza çəkmə müəssisəsində (Qadın müəssisəsi) tikiş
sexində dəzgahlar köhnədir və müasir standartlara cavab vermir. Davamlı dövlət sifarişinin
olacağı təqdirdə bu müəssisədə istehsalı genişləndirmək və istehsal olunan malların keyfiyyət
göstəricilərini qaldırmaq mümkündür.
Digər müəssisələrdə də analoji vəziyyətdir. Lakin sifaişlərin olması vəziyyəti tədricən
normallaşdıra bilər. Aparılan araşdırmaların nəticələrinə əsaslanaraq bu gün üçün cəza çəkmə
müəssisələrinin çərçivəsində aşağıdakı sifarişləri yerinə yetirmək imkanındadır:
• Təhsil müəssisələri üçün mebel, o cümlədən partalar, şkaflar, uşaq bağçaları üçün
çarpayılar və s.;
• Ordu üçün mebel, o cümlədən çarpayılar, postellər;
• Ordu üçün geyimlər;
• Dövlət sifarişi ilə tikilən binalar üçün plastik qapı və pəncərələr;
• İnfrastruktur üçün nəzərdə tutulan məhsullur, o cümlədən yol nişanları;
Bunlar hazırda müəssisələrin mövcud potensialla yerinə yetirə biləcəyi sifarişlərin yalnız bir
qismidir.
Eyni zamanda müəssisələrin kənd təsərrüfatı üçün müxtəlif təyinatlı avadanlıqlar (üzüm dirəklər,
kənd təsərrüfatı alətləri və s.) istehsal etmək potensialı vardır.
Bir çox müəssisələrdə xüsusi qabiliyyəti olan məhkumlar fərdi qaydada əl işlərindən ibarət
müxtəlif hədiyyələr, o cümlədən stolüstü oyun vasitələri, tikmə və toxunma məhsullar
hazırlyırlar ki, bu da həm ölkə daxili istehlak, həm də xarici turistlərin istehlakı üçün tələb
olunur.
Dostları ilə paylaş: |