Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi



Yüklə 74.76 Kb.
tarix22.05.2017
ölçüsü74.76 Kb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Biləsuvar rayon Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin
metodikia və məlumat biblioqrafiya Şöbəsi


Xalq şairi Zəlimxan Yaqubun anadan

olmasının 65 illiyi münasibətilə


Biləsuvar -2015




Ərənlər, ulu kəslər səf çəkərək düzülüb.

Qabaqca peygəmbərlər, sonra şairlər gəlir
Nizami Gəncəvi
Yaqubov Zəlimxan Yusif oğlu-1950 ci il yanvarın 21-də Gürcüstan SSRİ Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirdikdən sonra S.M. Kirov adına ADU – nin kitabxanaçılıq fakultəsində təhsiı almışdır.

Ədəbi fəaliyyətinə 1966-cı ildə “Oələbə bayragı” rayon qəzetində çap etdirdiyi “Şota Rustavili” adlı ilk şeri ilə başlamışdır. Elə o vaxtdan fəal yaradıcılıqla məşgul olmuşdur. Ə. Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulmuşdur.

1983 cü ildən Yazıçılar İttifaqının üzvüdur. 1995-ci ildə Məmməd Araz ədəbi mükafatı, “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram”, “Ziyarətin qəbul olsun” kitablarına görə isə H.Z. Tagıyev adına mükafata layiq görülüb. “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” Ordeni ilə təltif edilmişdir.

2008-ci il avqust ayının 29 da Azərbaycan aşıqlarının V-ci qurultayında Azərbaycan aşıqlar birliyinin sədri seçilib.

2005-ci ildə Xalq şairi fəxri adına layiq görülüb. Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində,Səudiyyə Ərəbistanında,Almani yada,Amerikada, İsveçdə, İsveçrədə, Qırgızıstanda, Türkiyədə, Fransada və İranda səfərdə olub. Yaradıcılığı bütöv Azərbaycan, bütöv Türk dünyası tərəfindən sevilən, ümumxalq məhəbbəti qazanan xalq şairi Z.Yaqubun Azərbaycan poeziyasının əsrlərin yaddaşlarından süzülüb gələn ahəngini modem şerdə öz əksini tapmasında da rolu çox böyük və hətta əvəzolunmazdır. Onun ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Əbədiyyət dastanı” Azərbaycan xalqının gələcək nəsilləri üçün mənəvi güvənc, iftixar və qürur mənbəyi olaraq klassik poeziyamızın ölməz əsərləri ilə bir sırada daim yaşamaq hüququ qazanıb.

Xalq şairi Z. Yaqub 2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası

Elmlər Akademiyasının “Türk dünyasına hidmət” mükafatına layiq görülərək həmin akademiyanın fəxri doktoru seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 yanvar 2010-cu il tarixli sərəncamı ilə xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 60 illiyi münasibətilə “Şərəf ”ordeninə layiq görmüşdür..

Şairin özünəməxsusluğu, onun şerlərinin, adının oxucular arasında hörmət qazanması ona ictimai mükafatdır. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar.

Z. Yaqub məhz belə şairlərdəndir. Həssas oxucu ilk baxışdan müəllifin mövzu dairəsinin genişliyini, rəngarəngliyini duyur, başa düşür.

Xalq şairi Gürcüstan Respublikasının Borçalı mahalında dünyaya göz açsa da onun Azərbaycan yurdu, əlli milyonluq sevəni var.

Füzuli sevgisindən, Xətai mətanətindən, aşıq Ələsgər, aşıq Alı ruhundan, öz xalqından mənəvi dəstək, ilham alan, qüdrətlənən Z. Yaqub yaradıcılıgı təkrar olunmazdır, bənzərsizdir

Nə alim doguldum, nə də ki, dahi,

Peşiman da deyiləm gələn günümə.

Əliboş aparma ilahi məni,

Dogulan günümdən ölən günümə.

Xalq şairi Zəlimxan üçün kitabxana müqəddəs bir yerdir. Müəllimə peyğəmbərə bərabər varlıq kimi hörmət edən, kitabı “Quran” qədər müqəddəs tutan şair bu hissi belə izah edir: “Qələm mənim üçün Allahın danışan dilidir”

Sənət və şəxsiyyət zirvəsinə ucalan, “ocaq bizim, pir bizim, qıfıl bizim, açar bizim, hikmət

bizim, sirr bizim deyən” Azərbaycan tarixindən, mənəviyyatının zənginliyindən xəbər verən

şerləri ilə qəlbləri oxşayan Zəlimxan Yaqub gözəlliyə həmişə möhtac olduğunu poeziyanın dili ilə açıqlayır. Bu gözəlliyin, məhəbbətin ünvanı isə müxtəlifdir. Bəlkə dünyanın cənnətməkan diyarı olan Azərbaycanı özü üçün vətən seçən, Şuşasızlıqdan, qürbət həsrətindən bagrı qübar bağlayan, alışan,yanan, bənzərsiz Xan, Bülbüldür şairə ilham verən...

“Yaşın nə fərqi var ki”... sözləri elə bil poeziya ümmanından güc alan Zəlimxan yaradıcılıgı üçün nəzərdə tutulub. Çünki, əqidəsinə sadiq qalan bir vətəndaş kimi şeirləri ilə həmişə yaradıcılığında önəm verdiyi həqiqətin, ədalətin, Vətənə xidmətdən yaranan ülvi hisslərin təbliğatçısı kimi çıxış edir.Ən başlıcası isə başqalarından fərqli olaraq etiraf etməyi bacarır.

Tanrının bəxş etdiyi ömür payının altımış beş illiyini arxada qoyan şair yaradıcılığının intibah dövrünü yaşasa da hələ ürəyi doludur, deyilməmiş nə qədər sözü var.

Millətimi saz anladar, saz anlar,

Saza baxsın tariximi yazanlar

söyləyən Z. Yaqub el sənətinin qüdrətini çox şerlərində vəsf edib. Sazın, sözün vəhdətindən qaynaqlanan şerləri xalqın dillər əzbəri olmuşdur.
Neçə dəfə pəncərədən daş gəlib,

Neçə dəfə xumar gözdən yaş gəlib,

Sevən kəslər allaha da xoş gəlib,

Gözəl dünya gözəllərin var olsun.


Z.Yaqub oxucu sarıdan ən varlı, zəngin oxucu sayına malik olan şairlərimizdəndir.

Həmişə olduğu kimi bu gün də oxucular onun şerlərini sevə-sevə oxuyurlar.


Sənin nə ki, sazın-sözün, özün də,

Seirsən, məna var hər bir sözündə.


Hacı Saləddin

Z. Yaqub sözü eldən güc, seldən qanad alır:

Keçilməz dərələr keçilməsəydi,

Aşılmaz zirvələr aşılmasaydı,

Yeldən qanad açıb, seldən güc alıb,

Ruhum küləklərə qovuşmasaydı,

Mən hardan bilərdim şairlik nədir?
Z.Yaqub Azərbaycan poeziyasında heyrət duyğusu ilə qeyrət duyğusunu birləşdirərək yeni bir üslub yaratdığını belə tərənnüm edir:
Heyrət ilə qeyrəti yoğurdular yapdılar.

Və ölümlü dünyada bir ölməzlik tapdılar.


Bu gün hər bir Azərbaycanlı kimi Z. Yaqub da ruhunu bir məqam üstündə kökləyir:

Azərbaycanın ərazi büyövlüyü bərpa olunsun, Qarabağ qubarı, nisgilimiz ürəklərdən silinsin, xalqımız rahat, firavan yaşasın.

Biz oxucular, bütün kitabxana işçiləri Xalq şairimiz Z. Yaquba can sağlığı arzulayırıq, deyirik ki, ulu ozan, qopuzunuzla, sazlı-sözlü çələnginizlə həmişə, hər bir elin, obanın sevimlisi olaraq qalacaqsınız, ürəklərdə yeriniz var.


Zəlimxan Yaqub yaradıcılıgının kitabxanalarda təbligi və

65 illik yubileyi ilə bağlı kitabxanalarda keçiriləcək tədbirlər
Xalq şairi Z. Yaqubub anadan olmasının 65 illik yubileyi ilə bağlı bütün mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda müxtəlif səpgidə tədbirlər keçiririlməkdədir. Bu tədbirlərə oxucu konfransı, kitab təqdimatı, sual- cavab gecəsi, dəyirmi masa, şer gecəsi, ədəbi-bədii gecəni misal gətirmək olar .Kitabxanada tərtib olunmuş sərgiləri kitabxananın güzgüsü hesab etmək

olar. Hər kitabxanada şairin həyat və yaradıcılıgından bəhs edən zəngin sərgilər tərtib etmək olar. Sərgidə şairin seçilmiş əsərləri, ayrı-ayrı əsərləri, onun haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qazet-jurnal məqalələrindən istifadə etmək olar. Sərgiyə belə başlıqlar vermək olar:

1. Zəlimxan Yaqub --- 65

2. Xalqın sevimli şairi

3. Allahın istedadla təltif etdiyi şair

4. Sazla, sözlə çaglayan, daşan şair və s.


Tərtib olunmuş sərgidə veriləcək sitatlar:
“Ömrüm boyu pərəstiş etdiyim şəxslər müəllimlərdir,

bir də kitabxanaçılar olub”

Z. Yaqub
“Zəlimxanın şerləri, əsasən xalqımızın həyat, məişət ənənələrindən

onun yaradıcılığından, şer dilindən qidalanır”

Osman Sarıvəlli
“Azərbaycan bir nəğmədir, sözü mənim ürəyimdə,

Eşqi uca zirvələrdə, özü mənim ürəyimdə”


Z. Yaqub
“Zəlimxan Yaqub çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli

nümayəndələrindən biridir”


Xəlil Rza Ulutürk.
Kitabxanalarda keçirilən maraqlı tədbirlərdən biri də icmaldır.

Şairin maraqlı əsərlərindən birini seçib onun haqqında ətraflı məlumat verilir.

Sonra həmin əsər üzrə müzakirə keçirilir. İcmalın məqsədi həmin əsərə, bütövlükdə şairin yaradıcılığına qarşı marağı artırmaqdır.

Od aldığım ocaqlar” əsərinin qısa icmalını veririk:

Bu əsər oxucunun xəyalını Qarabağın yaşıl düzlərinə, Şahdağının qızıl darağlı,əbədi qarlı zirvəsinə çəkib aparır. Bu vətən məhəbbəti bizi kövrək bənövşələr, təzə yarpaqlanmış söyüd ağacları, moruq kolları ilə bəzənmış ucsuz- bucaqsız yollara aparır, dogmalarımızın izlərində dolaşırıq, illərin arxasından əks-sədasını eşidirik. Həm də Azərbaycan torpağından bir ovuc aparıb, göz yaşları ilə isladıb, qürbət eldə qəbir torpagına qatdığımız itginləri, müharibənin qurbanı olmuş igidlərimizi, ana-bacılarımızı düşünürük.

Gülə bilməz nəsillərin üzünə,

Quru yerin astarı nə üzü nə,

Düz istərəm Qarabagın düzünə,

Dag istərəm Şah dagına bənzəyə.
Əziz oxucular bu əsəri oxumagı sizə tövsiyə edirik.

Kitabxanalarda Z. Yaqubun seçilmiş əsərlərindən, orta və böyük yaş qurup

oxucular üçün “Gözəl dünya, gözəllərin var olsun” adlı poeziya gecəsi keçirmək olar. Poeziya gecəsində şairin sözlərinə yazılmiş mahnılar səsləndirilməlidir. Şair haqqında yazıçılar, ədəbiyyatşünaslar, şairlər öz ürək sözlərini söyləyə bilər. Eyni zamanda yuxarı sinif şagirdləri, kitabxananın fəal oxucuları şairin şerlərindən əzbər söyləyə bilərlər.

Z. Yaqub vətənə, xalqa torpağa və insanlara bağlı məhəbbət şairidir.

O, ürəyi yandıqca qələminə əl atır. Onun “Görüş” şerində oxuyuruq:

Ötmədi mənasız, hədər bir anım,

Odlu duygularla qaynadı qanım,

Sevgidən kərəmtək alışdı canım,

Sevənlər baş əydi külümün üstə.
Poeziya gecəsində məktəblilər, kitabxananın fəal oxucuları şairin bir neçə şerlərini əzbər söyləyə bilə

Kitabxanalarda keçirilən ən maraqlı, çox oxucu cəlb olunan tədbirlərdən biri də ədəbi-bədii gecədir. Bu tədbiri müxtəlif başlıqlar altında keçirmək olar:


“Z. Yaqubun poeziya çələngi”

“Parlaq istedad şahibi”

Poeziya gülşənində sazla, sözlə gəzən şair”

“Saz həvəsli,yaz nəfəsli sənətkar”və s.


Ədəbi-bədii gecəyə məktəblilər, müəllimlər, şair və yazıçılar, kitabxananın fəal oxucuları və s. oxucu quruplarını dəvət etmək olar.

Ədəbi-bədii gecənin ssenarisini təqdim edirik:


Poeziya gülşənində sazla, sözlə gəzən şair”

(ədəbi-bədii gecə)
I Aparıcı: Xalq şairi Z. Yaqubun anadan olmasının 65 illik yubileyi ilə baglı olaraq

keçirilən ədəbi - bədii gecənin qonaqlarını və bütün tədbir iştirakçılarını

salamlayıq: Z. Yaqub bütün Azərbaycan xalqı, böyük türk dünyası tərəfindən sevilən-seçilən sənətkardır. O, xalqımızın böyük sevgisini, ağır dərdini dərindən duymağı, sənətkarlıqla şeirlərinə gətirməyi yaxşı bacarır. Yurduna, yuvasına, ana südü, ata sümüyü ilə bağlı şairin əsərlərində xalq məhəbbəti xüsusi bir ahənglə səslənməkdədir

Otum bitib suyum axmaz dünyada

Düçar olsam nifrətinə bu xalqın.

II Aparıcı: Hər bir şair öz zəmanəsində yazdıqları ilə insanların qəlbinə yol taparaq,

özünü hər kəsə sevdirərək,onlar tərəfindən qəbul olunmurlar, bu baxımdan Z. Yaqub çox xoşbəxt sənətkardır. Çünki o, öz sənətkarlıgı ilə təkcə Azərbaycanda yox, bütün türkdilli ölkələrdə insanların sevimlisidir. Şairin mayası sazla, sözlə yogrulub. Sazın bağrından qopan odu, alovu, tellərindən süzülən zümzüməni onun şerlərindən eşitmək olar. Zəlimxan sazla baş-başa verib pıçıldaşanda adama elə gəlir ki, iki şer vurgunu bir-biri ilə dərdləşir, bir- birinin hayına, dadına çatır.

Saz yaşayır zillər, bəmlər içində,

Ötən çaglar, gələn dəmlər içində,

Bir aləmdi, bu aləmlər içində,

Bizdən sonra qalana bax, qalana.
Bu arada bir saz havası dinlənilir.

I Aparıcı: Çaldıgı sazın təranəsi, oxudugu şerin hikməti, dayandığı xitabət kürsüsünün ədalətli səsi, elin, obanın qeyrətidir Zəlimxan Yaqub. Onda olan aşiqlik qüdrəti, şairlik gücü, vətənpərvərlik hissi yaşayıb-yaratmaqda daim şairin yardımçısı olur.

Həyatın yolları yayla qış kimi

İstidi, bürküdü, borandı, qardı

Mənim taleyimi, gələcəyimi

Düşünə- düşünə saçın agardı


Bu misralarda atanın övladı yolunda əzab ,əziyyətindən, ən əsası onun gələcəyi haqqında,daşınıb, düşünməsindən atanın balasına məhəbbətindən, qaygısından, ağaran saçla rından söz açılır.

Oğul da atanın çəkdiyi əməyin əvəzində deyir:


Necə saçlarını agartmışamsa,

Elə də üzünü ağardacagam.

Üz ağardan övladlar doğma vətənin baş tacıdır.
II Aparıcı: Vaxtı ilə təbiət vurğunu olan ulu sənətkarımız Aşıq Ələsgərin”Ölsün

Ələsgərtək qulların daglar” misrası dövrümüzün o tay, bu tay adlı dərdin

də xalq şairi Zəlimxanın könül nəgməsində başqa bir məna kəsb edir:
Sənin ki, dərdin var bir Təbriz qədər,

Niyə yaşayırsan öl, ay Zəlimxan.


Bu misralar xalqın kədər yükündən dogan və qəlbindən gələn haraydır. O, nə şəhid qəbirlərinin artmasına dözə bilir, nə şəhid analarının fəryadına nə də vətən torpagının düşmən tərəfindən tapdalan masına:

Yagıları yurda qoysa bu millət,

Torpagını darda qoysa bu millət

Qanımızı yerdə qoysa bu millət

Mən bu xalqa yön çevirən deyiləm.
I Apaıcı: Şairin məhəbbət mövzusunda yazdıgı şerlər içərisində özünəməxsus yer tutan, parlaq lirizmi ilə seçilən, özünün də etiraf etdiyi kimi, ən çox sevdiyi “Bu yaşıl agacın altı bizimdir” şeridir.
Kök üstə budağı neçədi bildim,

Budaqda yarpağı neçədi bildim,

Salxımı, saçağı neçədi bildim,

Bu yaşıl ağacın altı bizimdir.


Bu sevgi, bu layla bu beşik bizim

Çəkər növbəmizi bu keşik bizim,

Nəyimizə lazım ev-eşik bizim,

Bu yaşıl ağacın altı bizimdir.


II Aparıcı: Ana təbiətə vurğunluq, doğma yurda tükənməz sevgi, motivləri, ənənəvi olaraq Z. Yaqub poeziyasında öncül yerlərdən birini tutur və onun yaradıcılıgının ana xəttini təşkil edir. Bu yerdə iki məktəbli səhnəyə daxil olur:
I Məktəbli: Aran da, yaylaq da doğmadır mənə

Qəlbimi dağlara verməsəm ölləm,

Yazda çiyələyi, yayda yarpızı,

Payızda morugu dərməsəm ölləm.

Hər kimin qar düşsə yayda yadına,

Vüqarlı zirvələr çatar dadına,

Bizim o dağların ölməz adına,

Şeirdən bir çələng hörməsəm ölləm.


( Tədbirin bu yerində şairin sözlərinə yazılmış bir mahnı dinlənilir.)
II Məktəbli: Ruhumun təbiətlə yaman tutur söhbəti

Hara uçub qonursa can deyib can eşidir,

Səsi eşidilməyən qarışqa səsini də,

Ürəkdə tellər düyür, damarda qan eşidir


Azadlıq ağrısını,qovğalar çəkən başın,

Təbiətdi məlhəmi ağlın, ruhun, yaddaşın

Ruhum hopur canına, dağın, qayanın, daşın,

Bir Zəlimxan can deyir, min Zəlimxan eşidir


I Aparıcı: Zəlimxan Yaqub həm də rəssamdır. “danışığı təbiətin dilidir” Özü də rəssamların çəkə bilmədiklərini çəkir. Məələn :baharın bir-birindən gözəl əlamətləri var, düşünürsən ki, bütün dövrlərdə, şairlərin, ustad aşıqların diqqət mərkəzində olan bu mövzuda yeni sözmü demək olar? Lakin Zəlimxan deyir, özü də gör necə deyir:

Açılıb dağların çatılan qaşı,

Sevincdən süzülür gözümün yaşı.
Zəlimxan Yaqubun deyimi bənzərsizlər içində bənzərsizdir.

II Aparıc: Bəli, bütün poeziyası elin, obanın, məmləkətin daşından gülündən, agacından da, otundan- suyundan da,havasından- şehindən də, küləyindən- tufanından da qızından-oğlundan da nə yazır yazsın, hamısının mayasında işıq var, həyat eşqi var, ona görə də Zəlimzan Yaqubun qoşmaları, gəraylıları, təcnisləri,poemaları, dastanları, bir sözlə yazdıgı nə varsa insanın ürəyinə bulaq suyu kimi yayılır, qanını coş durur. Hansısa bir gözələ üz tutanda deyir:

Belə gülü hər gülüstan bitirməz,

Hər torpaq da bu neməti bitirməz.

Zəlimxansız dünya bir şey itirməz,

Allah səni pənahında saxlasın.


Və yaxud Qarabağ nisgilimizi yazanda Koroğlu tək nərə çəkərək , hər kəsi ayaga qalxmağa səsləyir:

Bu gecə yuxuma girmişdi Şuşa,

Cabbar ağlayıydı, Xan ağlayırdı,

Dönmüşdü qanadı qırılmış quşa,

Qarabağ başabaş qan ağlayırdı.
I Aparıcı: Əziz qonaqlar gecəmizi bir saz havası ilə bitiririk-, sevimli şairimiz Zəlimxan Yaquba can sağlığı, yeni - yeni yaradıcılıq uğurları, bahar ətirli şerlərinin davamını yazmağı arzulayırıq. Arzu edirik ki, şəhərimizin bütün kitabxanalarında belə gecələr keçirilsin, şair və yazıçılarımız həmişə oxucular tərəfindən sevilsin, unudularaq yaddaşlardan silinməsinlər.

son


Mərkəzi kitabxananın məlumat-biblioqrafiya şöbəsi tərəfindən

hazırlanmış ədəbiyyat siyahısını sizə təqdim edirik




  1. Zəlimxan Yaqub. Seçilmiş əsərləri. II cilddə. I cild-Bakı,

“Şərq-Qərb”, 2006-248 Səh.

  1. Zəlimxan Yaqub. Seçilmiş əsərləri II cilddə. Iicild-Bakı,

“Şərq-Qərb” 2006-288 Səh.


  1. Zəlimxan Yaqub Ziyarətin qəbul olsun.

şerlər və poemalar. Bakı, Gənclik 1991. 232 Səh.

  1. Zəlimxan Yaqub. Bir əli torpaqda, bir əli haqda.

B. Azərbaycan Bakı, “Azərbaycan” nəşriyyatı 1997- 488 Səh.

5. Zəlimxan Yaqub Yolun eldən başlanıb.

Bakı, Yazıçı 1981. 71 Səh.

6. Zəlimxan Yaqub. Biz bir eşqin butasıyıq.

Bakı, Yazıçı, 1989-192 Səh.


  1. Zəlimxan Yaqub Peyğəmbər(poema)

Bakı, “Pedaqogika” nəşriyyatı, 2009-320 Səh.

Zəlimxan Yaqub haqqında:




  1. Zəlimxan Yaqubdan yazılanlar(məqalələr toplusu)

Bakı, “Vətən” nəşriyyatı, 2004 - 400 Səh.

  1. Zəlimxan Yaqub. Azərbaycan sovet yazıçıları(ədəbi sorğu kitabı)

Bakı, Yazıçı, 1987 –250 Səh.

  1. Zəlimxan Yaqub. Azərbaycan yazıçıları(Ensklopedik məlumat

kitabı) “Önər” nəşriyyatı, 1995 – 214

Tərtib edən: Biləsuvar rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin

Metodika və məlumat biblioqrafiya şöbəsinin



müdiri: Səfərova Məhsəti


Redaktor: Mərkəzləşdirilmiş kitabxana sisteminin Metodika və məlumat

biblioqrafiya şöbəsinin böyük metodisti: Qurbanli Rəvanə


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə