Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi azərbaycanin mi



Yüklə 115.5 Kb.
PDF просмотр
tarix10.06.2017
ölçüsü115.5 Kb.

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi 

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI 



ŞİRİN MİRZƏYEV-70 

   

Vətənpərvərlik ədəbiyyatının təbliği 

Bakı – 2017 

                                                                                    Şirin Mirzəyev-70 

 



 

 

 



 

 

 

 

 

 

 

Onlar ad-san, şan-şöhrət üçün 

vuruşmurdular.  

Onlar müqəddəs amal, müqəddəs vətə

torpağının toxunulmazlığı uğrunda 

vuruşurdular.  

Onlar vətən yolunda əziz canlarından 

keçəndən sonra “Milli Qəhrəman” adını 

aldılar. 

 

 



 

 

 

 

 

 

 

 

 

                                                                                    Şirin Mirzəyev-70 

 



 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI                              

PREZİDENTİNİN FƏRMANI 

 

 

 

Azərbaycan  Respublikasının  suverenliyinin  və  ərazi  bütövlüyü-

nün  qorunmasında,  Vətənimizin  torpaqlarının  erməni  işğalçılarından 

müdafiə  edilməsində  gedən  döyüşlərdə  qəhrəmanlıqla  vuruşaraq  gös-

tərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun 

şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə 

 POLKOVNİK-LEYTENANT ŞİRİN VƏLİ OĞLU MİRZƏYEVƏ      

(ölümündən  sonra)  “AZƏRBAYCANIN  MİLLİ  QƏHRƏMANI”    adı 

verilsin. 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

HEYDƏR ƏLİYEV 

 

Bakı şəhəri, 16 sentyabr 1994-cü il 

 

 

 

 

 

 

 


                                                                                    Şirin Mirzəyev-70 

 



 

 

 

      

Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir. 

     Nə də yıldızlar kibi parlayıb sönməməkdir. 

     Sızlarsa da könüllər şəhidlərin yasından, 

     Qoşar adım getməli onların arxasından. 

     Qəhrəmanlıq-içərək acı ölüm tasından, 

     İrəliyə atılmaq və sonra dönməməkdir! 

                                             Nihal Adsız

 

 

 

Ş

irin Mirzəyevin həyatı və keçdiyi 

döyüş yolu 

 

Azərbaycan  qəhrəmanlar  yurdu,  igidlər  məskənidir.  Vətənin  müqəddəsliyi  öz 

millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Azad 

və  müstəqil  olmayan  vətəndə  azad  vətəndaş  da  ola  bilməz.  Vətən  uğrunda  canından 

keçən qəhrəmanlar isə heç vaxt unudulmur. Məhz unudulmayan belə qəhrəmanlardan 

biri  də Dağlıq  Qarabağ  müharibəsində  torpaqlarımızın  azadlığı  uğurunda  canından 

keçən əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyevdir. O, 1947-ci il yanvar 

ayının  5-də  Xankəndində  dünyaya 

göz açmış, Nizami adına beynəlmiləl 

orta  məktəbi  bitirdikdən  sonra  hərbi 

xidmətə  yola düşmüşdür. Bir  müddət 

Bakıda  yerləşən  Daxili  Qoşunlar 

alayında xidmət etmiş və 1967-ci ildə 

Leninqrad  (indiki  Sankt-Peterburq) 

şəhərindəki Ali Siyasi Hərbi məktəbə 

qəbul  olmuşdur.  1971-ci  ildə  hərbi 

təhsilini  müvəffəqiyyətlə  başa  vurub 

təyinatla  İrəvana  göndərilmiş,  beş  il 

orada  xidmət  etdikdən  sonra  Bakıya 


                                                                                    Şirin Mirzəyev-70 

 



 

qayıtmışdır.  1988-ci  ildə  Hərbi  Siyasi  Akademiyada  təhsil  alaraq,  Daxili  Qoşunlar 

alayında  15  illik  xidmət  yolu  keçmişdir.  1991-ci  ildə  qəlbində  alovlanan  Vətən 

məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirmişdir. Özü də elə bir vaxtda 

ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991- ci ilin oktyabr 

ayında bütün maneələrə və təqiblərə baxmayaraq polkovnik-leytenant Şirin Mirzəyev 

respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o 

dövr  üçün  çox  zəruri  bir  addım  idi. Artıq 1992-ci  ilin  may  ayında  üç  tabordan  ibarət 

alay  yaradıldı.  Ş.Mirzəyev  Ağdam  rayonunun  həm  hərbi  komissarı,  həm  də  alay 

komandiri kimi  məsul  vəzifələri  çox  bacarıqla  yerinə  yetirirdi. 1992-ci  il  mart  ayının 

28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan 

tabor  yaradıldı  və  ürəyi  Vətən  sevgisilə  çırpınan  podpolkovnik  Şirin  Vəli  oğlu 

Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. Artıq 1992-

ci  ilin  may  ayında  üç  tabordan  ibarət  alay  yaradıldı.  Ş.Mirzəyev  Ağdam  rayonunun 

həm  hərbi  komissarı  və  həm  də  alay  komandiri  kimi  məsul  vəzifələri  çox  bacarıqla 

yerinə  yetirirdi.  Əzabkeş  sərkərdə  Ş.Mirzəyev  həmişə  ön  xəttə  olurdu.  Onun  bu 

keyfiyyəti  alayın  bütün  üzvlərini  cəsarətləndirirdi.  İlk  anlar  könüllülük  prinsipi  ilə 

gələn döyüşçülər bir qədər ərköyünlük edirdilər. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, 

hərbi  qanunlara  ciddi  riayət  etməsi,  hər  bir  əsgərə  fərdi  qayğısı  və  tələbkarlığı 

sayəsində bütün nöqsanlar aradan qaldırıldı.  

Ş. Mirzəyevin döyüş yolu respublikada örnək ola biləcək bir yoldur. Məhz onun 

sərkərdəlik  qabiliyyəti  nəticəsində  Fərrux,  Pircamal,  Qazançı,  Ballıqaya,  Qaraşlar, 

Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad 

olundu, Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilirdi. 

O,  18  iyun  1992-ci  ildə 

Sırxavənd  istiqamətində  apa-

rılan  döyüş  əməliyyatı  zamanı 

minaya  düşərək  həlak  olmuş,

 

iyunun  20-də  Bakı  şəhərində 



Şəhidlər  Xiyabanında  dəfn 

edilmişdir.  Ölümündən  sonra 

Azərbaycan 

Respublikasının 

suverenliyinin  və  ərazi  bütöv-

lüyünün  qorunmasında,  Vətə-

nimizin  torpaqlarının  erməni 

işğalçılarından  müdafiə  edil-

məsində 

gedən 


döyüşlərdə 

qəhrəmanlıqla  vuruşaraq  gös-

tərdiyi şəxsi igidlik və şücaətə, 

öz müqəddəs əsgəri və xidməti 

borcunun  yerinə  yetirilməsində  göstərdiyi  misilsiz  xidmətlərə  görə  Azərbaycan 


                                                                                    Şirin Mirzəyev-70 

 



 

Respublikası  Prezi-dentinin  16  sentyabr  1994-cü  il  tarixli  203  saylı  fərmanı  ilə 

polkovnik-leytenant  Mirzəyev  Şirin  Vəli  oğluna  ölümündən  sonra  “Azərbaycanın 

Milli  Qəhrəmanı”  adı  verilmişdir.  1993-cü  il  fevral  ayının  5-də  isə  Şirin  Mirzəyevin 

şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru  ləğv edildi.  

Qəhrəmanın  adını  əbədiləşdirmək  və  yaddaşlara  həkk  etmək  məqsədilə    Bakı 

şəhərinin  Nizami  rayoninda  adına  küçə  var.  Xidmət  etdiyi  836-cı  hərbi  hissənin 

həyətində abidəsi qoyulmuşdur.  

Ailəli idi. İki övladı - qızı, oğlu yadigar qalmışdır.  

Yanvarın  5-i  Milli  Qəhrəman,  Azərbaycan  xalqının  sevimlisi,  polkovnik-leyte-

nant  Şirin  Mirzəyevin  doğum  günüdür.  Milli  Qəhrəman  yaşasaydı  bu  il  70  illlik 

yubileyini  öz  yaxınları  ilə  qeyd  birlikdə  qeyd  edəcəkdi. İndi  isə  onun  yaxınları  ilə 

birlikdə bütün  Azərbaycan xalqı onu yad edir və müqəddəs  ruhu qarşısında  ehtiramla 

baş  əyir.  Qəhrəmanlar  və  onların  qəhrəmanlıqları  heç  vaxt  unudulmur.  Qədirbilən 

xalqımız    Ana  Vətənin  azadlığı,  doğma  diyarın  istiqlalı,  müqəddəs  torpağın  şərəfi, 

qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır. Onları şərəf 

və qeyrət simvolu kimi xatırlayıaraq  gənc nəslə nümunə kimi təqdim edir

.

 



Vətənpərvərlik  ədəbiyyatının  təbliği  məqsədilə  əsas  oxucu  qrupununu  gənclər 

təşkil  edən  Cəfər  Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanasının  İnformasiya-

resurs  şöbəsi    Azərbaycan  xalqının  qəhrəmanlıq  tarixinə  adı  əfsanəvi  sərkərdə  kimi 

yazılan    Şirin  Mirzəyevin  70  illik  yubileyi  münasibətilə    “Qəhrəmanlar  unudulmur”  

adlı biblioqrafik vəsait  tərtib edib. Vəsait 4 hissədən ibarətdir: Şirin Mirzəyevin həyatı 

və  keçdiyi  döyüş  yolu;  Ş.  Mirzəyev  haqqında  kitablarda;  Dövri  mətbuatda;  İnternet 

saytlarında.  

Bu  vəsaiti  tərtib  etməkdə 

məqsədimiz  Milli  Qəhrəmanın 

haqqında  olan  ədəbiyyatı  ge-

niş  oxucu  auditoriyasına  və 

əsasən  də  gənclərə  çatdırmaq-

dır. 

        


Vətən 

bizim 


varlığımız, 

fəxrimiz,  qürurumuzdur.  Vətən 

uğrunda,  onun  azadlıq  və 

istiqlaliyyəti  yolunda  canını 

qurban  verən,  xalqın  rifahı  və 

xoşbəxtliyi  naminə  şəhid  olan 

qəhrəmanlar  isə heç vaxt unu-

dulmur,  öz  ölümləri  ilə  ölümsüzlüyə  qovuşurlar. Onlar    xalqımızın  qəlbində  əbədi 

yaşayır, gələcək nəslə örnək kimi həmişə xatırlanır və xatırlanacaq. 

 


                                                                                    Şirin Mirzəyev-70 

 



 

 

Şirin Mirzəyev haqqında 



Kitablarda: 

1.  Abbasoğlu,  Baxşeyiş.  Ağdam  ağrıları                 

/  B.  Abbasoğlu.-  Bakı:  Şuşa  nəşriyyatı, 

2003.- 152 s. 

     Kitabda  1988-ci  ilin  fevral  ayından 

alovlanmış 

Ermənistan-Azərbaycan 

müharibəsində  5  il  gecəli  –  gündüzlü 

düşmənin  qarşısında  basılmaz  qalaya 

çevrilmiş  Ağdam  rayonunun  ağrı-acıları, 

onun  itkiləri,  vurulan  ziyanları,  habelə 

qəhrəmanlıqları  xalqımızın  qürur  və 

iftixar  rəmzinə  çevrilən  igid  və  cəsur 

şəhid  ağdamlı  döyüşçülərin  və  mülki 

vətəndaşların  haqqında  məlumat  əks 

olunub. 

Kitabda  Azərbaycanda  silahlı  qüvvə-

lərimizin  formalaşmasında  əvəzsiz  xid-

mətləri  olan,  Ağdam  rayonunda  ərazi 

özünümüdafiə  taborunu    yaratmış  çəsur 

alay komandiri Şirin Mirzəyevin keçdiyi 

döyüş yolundan da  bəhs olunur. 

 

2.  Abbasoğlu,  Baxşeyiş.  Qəhrəmanlıq 

zirvəsinin  fatehi  /  B.  Abbasoğlu;  Red.: 

V.Quliyev.- Bakı: Şuşa, 2006.- 160 s. 

     Kitabda  Azərbaycanın  Milli  Qəhrə-

manı, polkov-nikleytenant Şirin Vəli oğlu 

Mirzəyevin  Qarabağ müharibəsindəki saf 

və  təmiz,  gələcək  nəsillər  üçün  rəşadət, 

mərdlik,  Vətənə  sədaqət  timsalı  olacaq 

həyat yolundan bəhs olunur. 

 

 

 


                                                                                    Şirin Mirzəyev-70 

 



 

 

3.  Cəsur  sərkərdə  /Ağdamım-qibləgahım: 

Birinci  kitab  /  Red.  S.  Ağayev;  Tərt.ed.           

S. Əlibəyli .- Bakı: Şuşa, 2001.- S.87-91. 

    C.Əlibəylinin  tərtib  etdiyi  “Ağdamım-

qibləgahım”    adlı  kitab  Azərbaycanın  cənnət 

guşəsi, indi isə xain düşmənlərin işğal altında 

olan  Ağdam  şəhəri  və  ağdamlılar  haqqında 

yazılmış ilk kitabdır.  

     Kitab  bir  neçə  bölmədən  ibarətdir  və 

kitabın    “Milli  Qərəmanlar”    bölməsində 

“Cəsur sərkərdə” adlı yazıda öz ömrünü hərb 

sənətinə  həsr  edən,  Vətənini  canından  çox 

sevən  və  onun  azadlığı  yolunda  son  nəfə-

sinədək  döyüşərək şəhid olan Azərbay-canın 

Milli  Qəhrəmanı  Şirin  Vəli  oğlu  Mirzə-

yevdən, onun döyüş yolundan bəhs olunur.  

       

 

4. Əlamətdar və tarixi günlər təqvimi  

 

2017  /  baş  red.  K.Tahirov;  red.  G.Səfərəli-



yeva;  məsul  katib  N.  Alışova;  M.F.Axundov 

adına  Azərbaycan  Milli  Kitabxanası.-  Bakı, 

2016.-  430  s.    “Əlamətdar  və  tarixi  günlər 

təqvimi”  1961-ci  ildən  nəşr  edilir.  Təqvimdə 

son dövrlərdə cəlb olunduğumuz müharibə ilə 

əlaqədar  torpaqlarımızın  azadlığı  uğrunda 

gedən  döyüşlərdə    göstərdiyi  igidliyə  görə 

Azərbaycanın  Milli  Qəhrəmanı  adını  alan 

Vətən  övladları haqqında   bölmə  də  yer  alıb. 

Təqvimdə  hər  ay  yubiley  yaşı  olan  Milli 

Qəhrəmanlar  üçün  səhifə  ayrılıb.  Bu  gün 

haqqında  söhbət  açdığımız    Milli  Qəhrəman 

Şirin  Mirzəyevin  70  illiyi  ilə  ilə  əlaqədar 

kitabın 24-cü səhifəsində onun şəkli, həyatı , 

keçdiyi  döyüş  yolu,  adının  əbədiləşdirilməsi 

və haqqında olan ədəbiyyatın siyahısı da verilmişdir. Kitabın tam  mətni google.az və 

anl.az saytlarında da yerləşdirilib.  


                                                                                    Şirin Mirzəyev-70 

 



 

 

5.  Əliyev,  Oqtay  Bəndalı  oğlu. Heydər 



Əliyev  və Azərbaycanın  Milli Qəhrəmanları- 

Müqəddəs amal / O.B.Əliyev,  N.O. Abbasov; 

red.    Ə.Ə.Amaşov.-  Bakı:  Ərgünəş,  2015.- 

360 s. 


 

Kitabda  Ümummilli  Liderimiz  Heydər 

Əliyevin və Azərbaycan Respublikasının Pre-

zidenti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Koman-

danı  İlham  Əliyevin  ölkəmizin  ərazi  bütöv-

lüyü  uğrunda  mərdlik  və  şücaət  göstərərək 

Azərbaycanın  Milli Qəhrəmanı  adına  layiq 

görülmüş  şəhid Milli  Qəhrəman  ailələri  və 

yaşayan   Milli   Qəhrəmanlarla  görüşlərində 

dövlət  tərəfindən  onlara  göstərilən  diqqət  və 

qayğıdan bəhs edilir.  

 

    6.   Əsgərov, Vüqar. Mirzəyev Şirin             

/ V.Əsgərov. Azərbaycanın Milli Qəhrəman-

ları.- Bakı: Respublika Xatirə Kitabı Redak-

siyası, 2005. -251 s. 

      Bu  kitabın  həcmi  kiçik  olsa  da,  siqləti, 

məna  tutumu  böyükdür.  Burada  Azərbaycanın 

adını  ucadan-uca  tutan  209  qəhrəman  başbaşa 

verib. Hər birinin öz döyüş hünəri, rəşadəti, öz 

tərcümeyi-halı... Onların hamısını eyni məqsəd, 

eyni  amal  birləşdirirdi:  Azərbaycanın  suveren-

liyi,  dövlətçiliyi  və  torpaqlarımızın  bütövlüyü! 

Azərbaycanın  Milli  Qəhrəmanları  barədə  çox 

yazılıb, ekrandan, efirdən çox deyilib, ayrı-ayrı 

kitablar buraxılıb, sənədli filmlər çəkilib. Lakin 

ilk  dəfə,  onların  hamısını  “bir  dam  altında” 

toplayan bu kitab gərgin zəhmət bahasına başa 

gəlib.  Kitabı  Qarabağ  müharibəsinin  iştirakçısı  Vüqar  Əsgərov  neçə  müddət 

respublikamızın  əksər  rayonlarına  gedərək  qəhrəmanların  doğmaları,  yaxınları, 

dostları, tanışları ilə görüşmüş və zəngin faktlar toplayaraq  yazmışdır.  



                                                                                    Şirin Mirzəyev-70 

 

10 



 

 

Kitabda  Vətən  darda  olarkən  ilk  çağrışına  səs  verərək  döyüş  meydanına  atılan, 



silahlı  qüvvələrimizin  formalaşıb  təşəkkül  tapmasında  misilsiz  xidmətləri  olan,  öz 

ömrünü  hərb  sənətinə  həsr  edən,  torpaqlarımızı  azad,  sərhədlərimizi  bütöv  görmək 

arzusu ilə yaşayan, erməni quldurlarına qarşı son nəfəsinədək mərdliklə döyüşən cəsur 

sərkərdə,  Azərbaycan  xalqının  Milli  Qəhrəmanı 

Şirin  Mirzəyev  haqqında  məlumatlar  da  veril-

mişdir. 


7.  Heydər  Əliyev  və  Azərbaycanın  Milli  Qəh-

rəmanları  /  red.  N.  Məmmədov  [et  al.]  ;  foto:    

R. Bağırov,  O. Aydınoğlu. - Bakı: Abşeron Nəşr 

MMC, 2013. - 224 s.  

         

Kitabda  Azərbaycan  Respublikasının  ərazi 

bütövlüyü uğrunda mərdlik və şücaət göstərərək 

Azərbaycanın  Milli  Qəhrəmanı  adına  layiq  gö-

rülmüş 193 şəhid Milli Qəhrəman ailələri və 18 

sağ  Milli  Qəhrəmanlarla  Ümimmilli  Liderimiz 

Heydər    Əliyevin  görüşlərindən,  onlara  göstəri-

lən diqqət və qayğıdan bəhs edilir. 



 

8.  İbadoğlu,  İbrahim.  Sərkərdə  /  İ.  İbadoğlu  ; 

red.  R.  Kərimoğlu  ;  fot.  Ə.  Qafarov.  -  Bakı  : 

Adiloğlu, 2013. - 236 s.  

       Kitabda  Azərbaycanın  Milli  Qəhrəmanı  pol-

kovnik-leytenant  Şirin  Mirzəyevin keçdiyi  qısa, la-

kin mənalı və şərəfli həyat yolundan və Azərbaycan 

ordusunun təşəkkülündə göstərdiyi misilsiz xidmət-

lər,  həm  də  Qarabağ  döyüşlərinə  dair  çox  maraqlı 

faktlar  yer  alıb.  Belə  kitablar  millət  yolunda  fəda-

karlıq etmiş insanları tanıtmaq üçün çox önəmlidir. 

Şirin  Mirzəyev  də  daxil  olmaqla,  Milli 

Qəhrəmanlar  sözün  əsl  mənasında  əməldə  vətəni 

sevənlərdir.  Gənclərimiz  Şirin  Mirzəyev  başda 

olmaqla,  həmin  şəxslərdən  örnək  götürməlidirlər. 

Çünki hələ torpaqlarımız işğal altındadır və belə bir 

şəraitdə Milli Qəhrəmanların tanınmasına, təbliğinə 

böyük ehtiyac var. 

 


                                                                                    Şirin Mirzəyev-70 

 

11 



 

 

9. 

Quluzadə,  Ələmdar.  Alay  koman-

diri  /Ə.Quluzadə;  Red.:  A.  Rüstəmli.- 

Bakı: Ozan, 1999.- 80 s. 

     Kitab  müəllifin  yaxından  tanıdığı, 

döyüş  bölgələrində  dəfələrlə  görüş-

düyü,  Azərbaycanın  Milli  Qəhrəmanı, 

polkovnik-leytenant 

Ş.V.Mirzəyevin 

mənalı  həyatının,  döyüş  yolunun  mü-

əyyən  məqamlarını  bədii  lövhələrlə 

özündə əks etdirir. Terrorçuluğa xüsu-

si  meylli  millət  kimi  özlərini  dünyaya 

tanıtmış  ermənilərin  işləri  düşəndə 

göstərdikləri  simasızlıqları  və  mənə-

viyyatsızlıqları  şairin  “Alay  koman-

diri” poemasında geniş işıqlandırılıb. 



 

10. 

Mirzəyev Şirin Vəli oğlu /Azərbaycanın Milli 

Qəhrəmanları:  biblioqrafiya  /Azərb.  Milli  Kitab-

xanası;  tərt.  ed.  H.M.Həmidova.-  Bakı,  2008.- 

S.147-149.  

      Sizə  təqdim  olunan  bu  bu  biblioqrafik  vəsait 

Vətənimizin 

tarixində, 

millətimizin 

ürəyində 

özlərinə  ölməzlik  abidəsi  ucaldan  Azərbaycanın 

Milli Qəhrəmanlarına həsr edilmişdir. 

       Biblioqrafiyada  1992-2007-ci  ilin  may  ayına 

qədər  kitab,  məcmuə  və  dövri  mətbuat  səhifə-

lərində  dərc  edilmiş  publisistik  məqalələr  və  bədii 

ədəbiyyat nümunələri toplan-mışdır. 

      Vəsaitdə  materiallar  Milli  Qəhrəmanların  so-

yadlarının  əlifba  sırası  ilə  verilmişdir.  Kitabda  

əfsanəvi  qəhrəman  Şirin  Mirzəyevin  Milli  Qəhrə-

man  adına  layiq  görülməsi  haqqında  Azərbaycan 

Respublikası  Prezidentinin  Fərmanı,    onun  qəhrə-

manlıqlarını tərənnüm edən kitab və dövri mətbuat 

materiallarının  biblioqrafik  siyahısı  ilə  tanış  ola 

bilərsiniz. 

 

 



                                                                                    Şirin Mirzəyev-70 

 

12 



 

 

 11. Seyidzadə, M. Mirzəyev Şirin Vəli oğlu                       

/ M. Seyidzadə. Milli qəhrəmanlar zirvəsi      . - 

Bakı  :  CBS  Polygraphic  Production,  2010.  – 

S.160. 

 

        Kitab  Azərbaycanın Milli Qəhrəmanlarına həsr 



edilmişdir.  Kitabda  torpaqlarımızın,  dövlətçiliyimi-

zin  toxunulmazlığı,  elindən-obasından  didərgin 

salınmış yurddaşlarımızın müdafiəsi uğrunda müba-

rizə  apararaq,  misilsiz  igidliklər  göstərən  Azər-

baycanın  Milli  Qəhrəmanlarının  həyat  yolu,  döyüş 

bölgələrində  göstərdikləri  şücaətləri  işıqlandırılır. 

Kitabda    Azərbaycan  hərb  tarixində  xüsusi  xidmət-

ləri  olan  palkovnik-leytenant  Şirin  Vəli  oğlu 

Mirzəyevin  həyatı  və  keçdiyi  döyüş  yolu  haqqında 

yazı da yer alıb. 

 

 

 



 

12.  Şirin  Mirzəyev  //Azərbaycan  Respublikası 

Xatirə Kitabı: 20 cilddə: ensiklopediya /AMEA; 

baş  red.  N.R.Hacızadə.-  Bakı,  2010.-  C.X.- 

S.444.  

     Bu  kitab  İkinci  Dünya  Müharibəsində,  hərbi 

münaqişələrdə,  Çexoslovakiya,  Macarıstan,  Əf-

qanıstan  hadisələrində,  20  yanvar  1990-cı  il 

qırğınında,  torpaqlarımızın  bütövlüyü  uğrunda 

gedən döyüşlərdə, Qarabağ müharibəsində həlak 

olmuş,  itkin  düşmüş  vətən  övladlarının  -  Azər-

baycanın şanlı oğul və qızlarının əziz xatirəsinə 

həsr olunub. 

 

 

 

 


                                                                                    Şirin Mirzəyev-70 

 

13 



 

 

Dövri mətbuatda: 

1.  Sevinc.  Vətənin  müdafiəsinə  hazıram  /  Sevinc.-  2016.-  18  fevral.-  S.13.-  Qeyd: 

Ağdam  rayonu  Quzanlı  qəsəbəsində  eyniadlı  tədbirdə  Milli  Qəhrəman  Şirin 

Mirzəyevə həsr edilmiş “Diqqət mən 301-əm” adlı sənədli film göstərilib. 

2.  Milli  Qəhrəmanlara  həsr  edilən  filmlər  orta  məktəbdə  nümayiş  olunur    //  Mədə-

niyyət.-  2016.-  26  fevral.-S.3.-  Qeyd:  Xocalı  soyqırımının  24-cü  ildönümü 

ərəfəsində  Mədəniyyət  və  Turizm  Nazirliyinin  təşkilatçılığı  ilə  Sabunçu 

rayonundakı 113 saylı orta məktəbdə “Salnamə” sənədli filmlər studiyasında lentə 

alınan, "Vətənim mənim” və “Şirin Mirzəyev” filmlərinin nümayişi haqqında. 

3.  Verdizadə,  Seymur.  Şirin  Mirzəyevin  son  döyüşü  /  S.  Verdizadə  //  İki  sahil.  - 

2014.-20 avqust. - № 147. - S. 12. 



4. Kərimoğlu, Rey.  Mühasirədən qurtuluş, ağacdan sallanan cəsəd, 301-in son əmri... 

/  R.  Kərimoğlu.-  Ədalət.-2013.-  16  aprel.-  S.6.-  Qeyd:  Toraqlarımızın  müdafiəsi 

üçün şücaət göstərmiş döyüşçü Şirin Mirzəyev haqqında. 

5. Kərimoğlu,Rey.  Buz bağlamış şəhid qanı, ermənilərin içində gizli əməliyyat  / R. 

Kərimoğlu // Ədalət.- 2012.- 14 noyabr.- S.4.- Milli Qəhrəman Şirin Mirzəyev haq-

qında.   

6.  Kərimoğlu,  Rey.  “Dağlının”    son  məlumatı  /  R.  Kərimoğlu  //  Ədalət.-  2012.-  12 

may.-  Mirzəyev  haqqında  S.6.-Qeyd:  Azərbaycanın  Milli  Qəhrəmanı  mərhum 

polkovnik-leytenant Şirin 

7. Milli Qəhrəmanlarımız  // Palitra.-2012.- 6 yanvar.-S. 11.- Qeyd: Elgiz Kərimov, 

Şirin Mirzəyev və Naiq Yusifov haqqında. 



8.  Salman,  Zaur.  İgid  ölər,  adı  qalar:  Qarabağ  uğrunda  döyüşlərdə  həlak  olmuş, 

polkovnik-leytenant Şirin Mirzəyev haqqında //525-ci qəzet.- 2011.- 17 iyun.-S.8. 

 

9. Mehdixanlı T. Onun adı yaddaşlara yazılıb //Azərbaycan.-2004.-23 iyul.-S.5.  

 

10.  Ülviyyə.  Qarabağı  xilas  etmək  istəyən  sərkərdə.  //  Yeni  Azərbaycan.-2002.-20 

iyul.-S.11.  

 

11. Məsimoğlu İ. Ruhun şad olsun, Şirin! //Azərbaycan ordusu.-2000.-3 oktyabr.-S.2.  

 

 


                                                                                    Şirin Mirzəyev-70 

 

14 



 

 

12.  Mirzəyev  Ş.  “...Müdafiə  xətti  möhkəm  olmasa...”:  Ağdam  rayon  ərazi 

özünümüdafiə  batalyonunun komandiri  ilə  müsahibə /  Müsahibəni apardı:  K.Aslan  

//Azərbaycan ordusu.-1994.-11 oktyabr.  

 

13.  Azərbaycan  Respublikasının  Müdafiə  Nazirliyinin  hərbi  qulluqçularına 

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: Azərbaycan Respublikası 

Prezidentinin  Fərmanı,  16  sentyabr  1994-cü  il  //Azərbaycan.-  1994.-  21  sentyabr.- 

S.1. 


 

14. Qəhrəman adın mübarək, Şirin Mirzəyev! //Azərbaycan ordusu.-1994.-11 oktyabr.  

 

15. İbrahim İ. Sərkərdə / İ. İbrahim //Azərbaycan ordusu.-1994.-10 avqust.  

 

16. Mərzili A. Şirin Mirzəyev deyirdi ki... / A. Mirzəli // Ədalət.-1993.-19 iyun.  

 

17. Asif  M.Şirin Mirzəyevin özünün müdafiə batalyonu niyə dağıldı? ona görə dağıldı 

ki... / M. Asif // Ədalət.-1993.-18 fevral.  

 

18. Behbudzadə H. Şəhidlərimiz: Ş.Mirzəyev haqqınd / H. Behbudzadə  //Yeni fikir.-

1992.-23 iyul.-S.6.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                    Şirin Mirzəyev-70 

 

15 



 

 

 

 

Şirin Mirzəyev haqqında internet saytlarında: 

 

preslib.az                                       ryl.az 

ru.wikipedia.org                           apa.az 

az.wikipedia.                                 org axar.az 

damm.az                                       ok.ru 

qaziler.az                                       az-az.facebook.com 

musavat.com                                 youtube.com 

modern.az                                     xeber.azeri.net 

adam.az                                         myvideo.az 

lent.az                                             axar.az 

tarix.info                                    anl.az 

milliqehremanlar.az                 xankendi.az 

myaghdam.wordpress.com 

 

 



 

 

 

 

 

 

 

 

 

 

                                                                                    Şirin Mirzəyev-70 

 

16 



 

 

Şəhidlər – tarixin daş yaddaşı, nəsillərin nəsillərə, bu günün 

gələcəyə əbədi  yadigarı! 

 

Şəhidlər – qəlbimizdəki əqidə, məslək, qeyrət, sədaqət, 



dözüm, məhəbbət məşəli! 

 

Şəhidlər - xalqın milli qüruru, milli iftixarı, əzəməti ! 

 

Şəhidlər – ölməz dastanların qəhrəmanları, hərarətli şeirlərin 



şah misraları, ehtiraslı nəğmələrin nəqarətləri! 

 

Şəhidlər  mənsub  olduqları  xalqın  şərəfidir,  üzağlığıdır,  baş 



tacıdır! 

 

Şəhidlər xalqın tarixinin sirdaşıdır, əsrin ünvanıdır! 



 

Şəhidlər xalqın bu gündən sabaha deyəcəyi sözdür! 

 

Şəhid adı hər bir addan ucadır! 



 

Bu adın ucalığı əlçatmazdır, ünyetməzdir! 

 

Bu adı qazananlarımızın ölümü kədər deyil, iftixardır! 



 

 

 

 

 

 

 

 

                                                                                    Şirin Mirzəyev-70 

 

17 



 

 

Tərtibçi:         İnformasiya-resurs şöbəsinin böyük kitabxanaçısı  

             Məmmədova Tamella 

 

 

 

 

Ünvan: 

Az 1065, Yasamal rayonu, Bakı şəhəri N.Nərimanov küç., 203 

Е-mail: ryl.az@mail.ru       

 

 



URL: www.ryl.az 

 

 



Əlaqə telefonları: 

(+994 012) 538 02 47 

                    538 54 57  

                    538 93 54 



 

 

 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə