1.6. Gecə saatlarında nasaz işıqlanması olan liftdən istifadə etməməli. Bu zaman
sadəcə telefon işığına etibar edilməməli.
1.7. Kabinəyə yüklənəcək yüklər həmişə tarazlaşdırılmalıdır.
1.8.Lift hərəkət etdikdə, yüklər qoyulduğu yerdən sürüşməməli və aşmamalıdır. Buna diqqət yetirilməlidir.
1.9. Liftdən istifadə kitabçası və diqqət verilməsi lazım olan məlumatlar, liftin mərtəbədə dayanacağlarında yerləşdirilməli, xəbərdarlıq lövhələri əlavə edilməlidir.
1.10. Mühərrik otağının giriş qapısı və ya qapağı bağlanmalı və kilidlənməlidir. Bağlana bilmədiyi təqdirdə lazımlı tədbirlər görülməlidir.
1.11. Mühərrik otağındakı işıq normada və daimi işlək vəziyyətdə olmalıdır.
1.12. Mühərrik otağında yanğınsöndürmə balonu olmalıdır.
1.13. Binanın təmizlənməsi zamanı suyun liftin quyu boşluğuna girməsinin qarşısı alınmalıdır. Su daxil olsa belə, bütün təhlükəsizlik tədbirləri görülərək düzgün şəkildə təmizlənməlidir.
1.14. Liftlərin asma trosları mütəmadi yoxlanılmalıdır. Aşınmış (istismar müddətini bitirmiş, köhnəlmiş) tros varsa, qısa müddətdə dəyişdirilməli və dəyişdirmə prosesinə qədər lift təhlükəsizlik üçün bağlanmalıdır.