Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Ürəkkeçmə, istilik və günəş zərbələrində ilk yardım



Yüklə 458,42 Kb.
səhifə34/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   30   31   32   33   34   35   36   37   ...   112
TTT — копия

8. Ürəkkeçmə, istilik və günəş zərbələrində ilk yardım

  1. Ürəkkeçmə vəziyyətində (əlamətləri: başkicəllənmə, ürəkbulan­ma, sifətin ağarması, hava çatışmamazlığı, gözlərin qaranlıqlaşması, huşun itməsi) olan zərərçəkəni təmiz havada elə uzandırmaq lazımdır ki, başı bədəndən aşağı, ayaqları isə yuxarı olsun; çünki urəkkeçmə zamanı qan birdən-birə beyindən çəkilir. Sonra zərərçəkəni paltarının yaxasını açmalı, soyuq su içirtməli və spirt iylətməli. Başa soyuq islatma və buz qoymaq olmaz.

  2. Qızmar (bürkülü), günəşli havada uzun müddət başı açıq olduqda günəş zərbəsi baş verə bilər. Günəş zərbəsində adamın başı ağrıyır, üzü qızarır, ürəyi bulanır, qəflətən zəiflik yaranır və başı kicəllənir. Bu zaman xəstəni sərin, kölgəli yerdə uzandırıb paltarının yaxasını açmalı, başını və sinəsini islatmalı, başına soyuq kompres qoymalı, su içirməlidir.

  3. İsti, boğanaq otaqda uzun müddət olduqda istilik zərbəsi baş verə bilər. İstilik zərbəsinə məruz qalmış adamda güclü başağrısı, güclü tərləmə, ürək döyüntüsü əmələ gəlir, ağır hallarda isə şüur itir, sifət ağarır və dəri quruyur. İstilik zərbəsində zərərçəkəni sərin yerdə uzandırmalı, paltarının yaxasını açmalı, su içirməli, üzünü və sinəsini islatmalı. Başına soyuq kompres və ya buz qoymağa icazə verilmir. Xəstənin nəfəsi zəifdirsə və ya kəsilmişdirsə, ona süni nəfəs vermək lazımdır.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin