“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası



Yüklə 47,77 Kb.
Pdf görüntüsü
tarix05.05.2017
ölçüsü47,77 Kb.
#16891

“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası 

Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” 

Sazişin təsdiq edilməsi barədə 

  

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



  

Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası 

Konstitusiyasının  95-ci  maddəsinin  I  hissəsinin  4-cü  bəndini  rəhbər 

tutaraq qərara alır: 

“Azərbaycan  Respublikası  Hökuməti  ilə  Tacikistan  Respublikası 

Hökuməti  arasında  bitki  karantini  sahəsində  əməkdaşlıq  haqqında”  2014-

cü il oktyabrın 16-da Düşənbə şəhərində imzalanmış Saziş təsdiq edilsin. 

  

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 



 

Bakı şəhəri, 16 dekabr 2014-cü il

 

№ 1127-IVQ



 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası 

Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında

 

 

 

SAZİŞ

 

 



 

Bundan  sonra  “Tərəflər”  adlandırılacaq  Azərbaycan  Respublikası  Hökuməti  və 

Tacikistan Respublikası Hökuməti,

 

karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının 



alınması sahəsində əməkdaşlığın əhəmiyyətini dərk edərək,

 

Tərəflər  arasında  ticarət  əlaqələrinin  inkişafı  və  kommersiya  müqavilələrinin  həyata 



keçirildiyi zaman öz ölkələrinin ərazilərini karantin tətbiq edilən zərərli orqanizmlərin daxil 

olmasından və yayılmasından qarşılıqlı olaraq qorumaq maraqlarından çıxış edərək,

 

bitki  karantini  sahəsində  əməkdaşlığı  davam  etdirmək  və  genişləndirmək,  dövlət 



karantin tədbirlərinin əlaqələndirilməsini təmin etmək istəyini rəhbər tutaraq,

 

aşağıdakılar barədə razılığa gəldilər:



 

 

 

Maddə 1

 

 

 



Bu  Sazişdə  istifadə  edilən  terminlər  Tərəflərin  milli  qanunvericiliklərinə  riayət  etmək 

məqsədi ilə aşağıdakı mənaları daşıyır:

 

“zərərli  orqanizm”  -  bitki  və  bitkiçilik  məhsullarına  zərərli  olan  bitkilərin,  heyvanların  və 



patogen agentlərin istənilən növü, növün dəyişmiş forması və ya biotipi;

 

“karantin tətbiq edilən zərərli orqanizm” - təhlükəyə məruz qalmış ərazidə hələlik mövcud 



olmayan  və  yaxud  mövcud  olaraq  məhdud  dairədə  yayılmış,  rəsmi  mübarizə  obyektinə 

çevrilmiş və həmin ərazi üçün potensial iqtisadi əhəmiyyətə malik zərərli orqanizm;

 

“bitkilər” - toxum və genetik material daxil olmaqla, canlı bitkilər və onların hissələri;



 

“bitkiçilik  məhsulları”  -  emal  olunmamış  bitki  mənşəli  material  (dən  də  daxil  olmaqla), 

habelə  öz  təbiətinə  və  ya  emal  üsuluna  görə  zərərli  orqanizmlərin  introduksiyası  və 

yayılması təhlükəsini yarada bilən emal olunmuş məhsullar;

 

“karantin  nəzarətində  olan  material”  -  xüsusilə  beynəlxalq  yükdaşımalar  zamanı  zərərli 



orqanizmlərin  məskunlaşmasına  və  ya  yayılmasına  şərait  yaradan,  fitosanitar  tədbirlərinin 

aparılmasını  tələb  edən  istənilən  bitki,  bitkiçilik  məhsulu,  saxlanma  yeri,  qablaşdırma 

materialı,  nəqliyyat  vasitəsi,  konteyner,  torpaq  və  hər  hansı  digər  orqanizm,  obyekt  və  ya 

material.

 

 

 



Maddə 2

 

 



 

Bu  Sazişin  müddəalarının  həyata  keçirilməsi  və  əlaqələndirilməsi  üçün  Tərəflərin 

səlahiyyətli orqanları aşağıdakılardır:

 

Azərbaycan  Respublikası  tərəfindən  -  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı 



Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti,

 

Tacikistan  Respublikası  tərəfindən  -  Tacikistan  Respublikasının  Kənd  Təsərrüfatı 



Nazirliyinin Bitki Karantini və Fitosanitariya üzrə Dövlət Müfəttişliyi Xidməti.

 

 



 

Maddə 3

 

 



 

Tərəflər  milli  qanunvericiliyə  uyğun  beynəlxalq  fitosanitar  və  ya  təkrar  ixracat 

fitosanitar  sertifikatları  verilən  karantin  nəzarətində  olan  məhsulların,  materialların  və 

obyektlərin qarşılıqlı razılaşdırılmış siyahılarını mübadilə edirlər.

 

Tərəflər  bu  Sazişin  ayrılmaz  hissəsi  olan  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərin 



siyahılarına  (əlavə  1  və  2)

[1]


 müvafiq  olaraq,  qüvvədə  olan  milli  qanunvericiliyə  uyğun,  öz 

ölkələrinin ərazilərinə karantin tətbiq edilən zərərli orqanizmlərin daxil olmasının qarşısının 

alınması üçün bütün lazımi tədbirləri görəcəklər.

 

Tərəflərin  səlahiyyətli  orqanları  karantin  tətbiq  edilən  zərərli  orqanizmlərin 



siyahılarına gələcəkdə əlavə və ya dəyişikliklər edə bilərlər.

 

Əlavə  və  ya  dəyişikliklər  barədə  digər  Tərəfin  səlahiyyətli  orqanları  məlu-



matlandırılacaq.

 

Əlavə  və  ya  dəyişikliklər  bu  barədə  məlumatın  alındığı  andan  dərhal  sonra  qüvvəyə 



minir. 

 

 



 

Maddə 4

 

 



 

Tərəflər  bir  ölkədən  digər  ölkəyə  göndərilən  karantin  nəzarətində  olan  materialların 

idxal, ixrac və tranziti üzrə milli qanunvericilikləri ilə təsdiq edilmiş fitosanitar qaydalarına 

riayət etməyi öhdələrinə götürürlər.

 

 

 



Maddə 5

 

 



 

Tərəflər  bitki  karantini  sahəsində  səmərəli  əməkdaşlığı  təmin  etmək  məqsədi  ilə 

qüvvədə  olan  milli  qanunvericiliyə  müvafiq  olaraq  aşağıdakı  öhdəlikləri  üzərlərinə 

götürürlər:

 

-  bir  Tərəfin  dövlətinin  ərazisindən  digər  Tərəfin  dövlətinin  ərazisinə  karantin 



nəzarətində olan materialların idxalı, ixracı və tranziti zamanı karantin tətbiq edilən zərərli 

orqanizmlərin daxil olmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək;

 

-  Azərbaycan  Respublikasının  və  Tacikistan  Respublikasının  ərazilərində  bitki 



karantini tədbirlərini tənzimləyən qayda və əsasnamələrin mübadiləsini həyata keçirmək;

 

-  Tərəflərin  dövlətlərinin  ərazilərində  karantin  tətbiq  edilən  zərərli  və  digər  xüsusi 



təhlükəli orqanizmlərin qeydə alınması və yayılması barədə məlumat mübadiləsi aparmaq.

 

 



 

Maddə 6

 

 



 

Bir  Tərəfin  dövlətinin  ərazisindən  digər  Tərəfin  dövlətinin  ərazisinə  idxal  edilən 

karantin  nəzarətində  olan  materialların  hər  yük  partiyası  ixrac  edən  ölkənin  milli 

qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  milli  bitki  mühafizəsi  təşkilatı  tərəfindən 

verilən fitosanitar və ya təkrar ixracat fitosanitar sertifikatı ilə müşayiət edilməlidir. Sertifikat 

karantin  nəzarətində  olan  materialların  idxal  edən  Tərəfin  müəyyən  olunmuş  fitosanitar 

normalarına  cavab  verməsini  təsdiq  etməlidir.  Bitki  və  bitkiçilik  məhsullarının  idxalı  milli 

qanunvericiliyin müddəalarına müvafiq olaraq verilən idxalçı dövlətin idxal karantin icazəsi 

ilə tənzimlənir.

 

Tərəflərin  səlahiyyətli  orqanları  milli  və  beynəlxalq  tələblər  ilə  müəyyən  edilən 



karantin  nəzarətində  olan  materialların  ayrı-ayrı  partiyalarının  idxalı  zamanı  bu  cür 

materialların fitosanitar vəziyyətinə dair əlavə şərtlər qoymaq (zərərsizləşdirilmə, yeni tara, 

kənar  qarışıqların  və  torpağın  olmaması,  yuyulma,  hermetiklik  və  s.)  hüququnu  özlərində 

saxlayırlar.

 

Karantin  nəzarətində  olan  materialların  tranziti  Tərəflərin  dövlətlərinin  milli 



qanunvericiliyinə  və  iştirakçısı  olduqları  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  həyata 

keçirilir.

 

 

 



Maddə 7

 

 



 

Fitosanitar  karantin  nəzarətində  olan  məhsulların,  materialların  və  obyektlərin 

Tərəflərdən  birinin  dövlətinin  ərazisindən  ixracı  zamanı  qablaşdırma  materialı  kimi  15 

nömrəli  Fitosanitar  Tədbirləri  üzrə  Beynəlxalq  Standarta  (İSPM  15)  uyğun  olaraq  xüsusi 

işləmədən keçmiş ağacdan olan qablaşdırma materialları tətbiq ediləcəkdir. Karantin tətbiq 

edilən  zərərli  orqanizmlərin  daşıyıcıları  ola  bilən  digər  bitkiçilik  məhsullarından  (quru  ot, 

küləş,  püfə,  yarpaq)  əlavə  qablaşdırma  materialı  kimi,  Tərəflərin  qabaqcadan  razılığı 

olmadan istifadə edilməyəcəkdir.

 


Tərəflərdən birinin dövlətinin ərazisindən digər Tərəfin ərazisinə karantin nəzarətində 

olan materialların daşınmasında istifadə olunacaq nəqliyyat vasitələri əsaslı təmizlənməli və 

zərurət yarandıqda zərərsizləşdirilməlidir.

 

 



 

Maddə 8

 

 



 

Fitosanitar  nəzarəti  zamanı  karantin  tətbiq  edilən  zərərli  orqanizmlər  aşkar  edildiyi 

halda,  karantin  nəzarətində  olan  material  ixracatçı  ölkəyə  geri  qaytarılmalı  və  ya 

zərərsizləşdirilməlidir,  əgər  zərərsizləşdirmənin  nəticələri  qənaətbəxş  deyilsə,  onda  yük 

sahibinin  hesabına  emal  edilməli  və  ya  müvafiq  sənədlərin  rəsmiləşdirilməsindən  sonra 

məhv olunmalıdır.

 

Məhsul,  material  və  obyektlər  fitosanitar  və  ya  təkrar  ixracat  fitosanitar  sertifikatı  ilə 



müşayiət  olunmadıqda  geri  qaytarılmalıdır,  onların  geri  qaytarılması  mümkün  olmadıqda, 

aparılmış  karantin  ekspertizaları  və  laboratoriya  analizlərinin  nəticələri  əsasında 

zərərsizləşdirilə,  emal  edilə,  dövlət  mülkiyyətinə  təhvil  verilə  və  ya  milli  və  beynəlxalq 

fitosanitar normalarına və qanunvericilik qaydalarına riayət edilməklə məhv edilə bilər, hər 

bir  ayrı  halda  Tərəflərin  səlahiyyətli  orqanları  bu  barədə  13  nömrəli  Fitosanitar  Tədbirləri 

üzrə Beynəlxalq Standartın (İSPM 13) tələblərinə uyğun olaraq məlumatlandırılmalıdır.

 

 

 

Maddə 9

 

 

 



Bu  Sazişin  həyata  keçirilməsi  ilə  bağlı  praktiki  məsələlərin  həlli  üçün  Tərəflərin 

səlahiyyətli orqanları, zərurət olduqda, birgə görüşlər təşkil edirlər.

 

 

 



Maddə 10

 

 



 

Tərəflər,  qarşılıqlı  razılıq  əsasında,  bu  Sazişə  onun  ayrılmaz  tərkib  hissəsi  olan  və 

ayrıca  protokollar  formasında  rəsmiləşdirilən  əlavə  və  dəyişikliklər  edə  bilərlər.  Qeyd 

olunan protokollar bu Sazişin 13-cü maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

 

 

 

Maddə 11

 

 

 



Bu  Sazişin  müddəalarının  təfsiri  və  tətbiqi  ilə  bağlı  fikir  ayrılıqları  Tərəflər  arasında 

məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.

 

 

 



 

 

Maddə 12

 

 

 



Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən 

irəli gələn hüquq və öhdəliklərə təsir etmir.

 

 

 



Maddə 13

 

 



 

Bu  Saziş  onun  qüvvəyə  minməsi  üçün  zəruri  olan  dövlətdaxili  prosedurların  yerinə 

yetirilməsi  barədə  Tərəflərin  diplomatik  kanallarla  sonuncu  yazılı  bildirişinin  alındığı 

tarixdən qüvvəyə minir.

 


Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu müddətin bitməsinə ən 

azı 6 (altı) ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallarla digər Tərəfə yazılı 

şəkildə  məlumat  verməzsə,  onun  qüvvəsi,  avtomatik  olaraq,  növbəti  beşillik  müddətlərə 

uzadılacaqdır.

 

Düşənbə  şəhərində  16  oktyabr  2014-cü  il  tarixində,  hər  biri  Azərbaycan,  tacik  və  rus 



dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.

 

Bu  Sazişin  müddəalarının  təfsirində  fikir  ayrılığı  yarandığı  təqdirdə,  rus  dilindəki 



mətndən istifadə ediləcəkdir.

 

 



 

Azərbaycan Respublikası

 

Tacikistan Respublikası

 

Hökuməti adından

 

Hökuməti adından

 

(imza)

 

(imza)



 

 

 



 

Yüklə 47,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin