Azərbaycan Respublikası Elm və Təhsil Naziri-Cənab Emin Əmrullayevə, Şəki-Zaqatala Regional Təhsil



Yüklə 187,27 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix22.01.2023
ölçüsü187,27 Kb.
#80198
  1   2
AR Təhsil Nazirlinə məktub HQ



Azərbaycan Respublikası Elm və Təhsil Naziri-Cənab Emin Əmrullayevə , Şəki-Zaqatala Regional Təhsil
İdarəsi üzrə , Şəki rayon Əlyar kənd ümumi orta məktəbinin direktoru Vəliyev Samir tərəfindən
MÜRACİƏT 
Əziz və Hörmətli , Cənab Nazir. Məlum olduğu kimi şagirdlərimizin vətənpərvər ruhda
böyüdülməsi müstəqil ölkəmizin prioritet istiqmətlərindəndir.Şagirdlərin vətənpərvərlik ruhunda
böyüməsi işinin mühüm istiqamətlərindən birini heç şübhəsiz təhsil müəssisələrində aparılan
təlim-tərbiyə işi təşkil edir. Vətənpərvər hisslərə malik gənclər yetişdirmək cəmiyyətin bütün
sahələrində təbliğ edilməli və qarşıda duran bir vəzifə kimi qiymətləndirilməlidir.Bu amal müstəqil
ölkəmizin daha da inkişaf etməsi , vətənpərvər şagirdlərə , vətəndaşlara malik olmasında mühüm 
amildir. Bu proses Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Şəki rayon, Əlyar kənd ümumi orta
məktəbində daima diqqət mərkəzində saxlanmışdır.Heç də təsadüfü deyildir ki indiyə qədər 
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında Şəki rayon , Əlyar kəndinin
aşağıda adları sadalanan 6 məzunu şəhid olmuşdur: 
1.Vəliyev Elxan Zaməddin oğlu-I Qarabağ müharibəsi şəhidi 
2.Allahverdiyev Cövdət Qurban oğlıu- I Qarabağ müharibəsi şəhidi 
3.Tağıyev Rahim Qara oğlu-Aprel müharibəsi şəhidi 
4.Əhmədov Qalib Rəşid oğlu-II Qarabağ müharibəsi şəhidi 
5.Ələsgərzadə Sənan Muxtar oğlu- II Qarabağ müharibəsi şəhidi 
6.Səlimli Bakıxan Alim oğlu- II Qarabağ müharibəsi şəhidi 
II Qarabağ müharibəsi şəhidləri olan Əhmədov Qalib Rəşid oğlunun, Ələsgərzadə Sənan Muxtar 
oğlunun, Səlimli Bakıxan Alim oğlunun şəxsən müəllimi olmuşam və onların vətənpərvər ruhda
tərbiyə olunmasında böyük əməyim olubdur. 
Məlumdur ki, müharibə qanunlarına görə döyüşün taleyinin həll olunmasımnda ən mühüm 
amillərdən biri havada üstünlüyə malik olmaqdır.Bu sahədə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin xüsusi qoşun növü olan Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin xidmətləri
böyükdür. İndiyə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında Azərbaycan 
Respublikası Hərbi Hava Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları şəhid olmuşdur: 
1.Qurbanov Vaqif-Baş leytenenat 
2.Gözəlov Xalid- Baş leytenenat 
3.İsmayılov Əbubəkr- Baş leytenenat 
4.Musazadə Təbriz-mayor 
5.Vəlizadə Ürfan- mayor 


6.İsmayılov Bəkir-mayor 
7.Nudirəliyev Zaur-polkovnik 
8.Nağıyev Fərid- Baş leytenenat 
9.Atakişiyev Rəşad-Polkovnik leytenant 
10.Cəlilov Feyruz- Baş leytenenat 
11.Qasımov Ramiz- Polkovnik leytenant 
12.Cavadov Füzuli- polkovnik 
13.Nəzirov Emil- Polkovnik leytenant 
14.Həsəniov Elmir- mayor 
15.Əhmədov Elburus-mayor 
16.Mayılov Emil-mayor 
17.Məmmədov Murad-mayor 
18.Əliyev Emil-mayor 
19.Əhmədxanov Ceyhun-kapitan 
20.Bayramlı Cavid- kapitan 
21.Əliyev Xəyyam- kapitan 
22.Qaraisayev Teymur- kapitan 
23.Süleymanov Abdulla-leytenant 
24.Nağıyev Fərid- Baş leytenant 
25.Qasımov Abbas-mayor 
Azərbaycan Respubliksının ərazi bütövlüyünün qorunmasında şəhid olan bütün hərbi qulluqçuların
o cümlədən şəhid pilotlarımızın müqəddəs ruhları daima qəlbimizdə yaşayacaqdır. 
Əziz və Hörmərli ,Cənab Nazir.Məlum olduğu kimi hər il Azərbaycan Respublikasında 14 fevral-
Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur. Şəki rayon Əlyar kənd ümumi orta
məktəbinin kollektivi olaraq 14 fevral-Hərbi pilotlarımızın həyatında xüsusi əhəmiyyətə malik bu tarixi
günü onlarla birgə qeyd etmək bizim üçün cox qürurverici olardı. Bu məqsədlə 14 fevral tarixində
Şəki rayonu Əlyar kəndinin səmasında Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin arsenalında
yer alan döyüş təyyarələrinin aviaşousunu izləmək hamımızın həyatında silinməz bir iz buraxar.Bu
ideyanın həyata keçirilməsi Təhsil və Müdafiə strukturlarının sıx əməkdaşlığını ,Azərbaycan müəlliminin, 


Azərbaycan şagirdinin daima ordusunun, əsgərinin, hərbi pilotunun yanında olduğunu bir daha sübut
edər. Digər mühüm amil budur ki, bu ideyanın həyata keçirilməsi gələcək hərbi pilotlarımızın 
yetişməsində , bu sahəyə şagirdlərimizin sevgisinin yaranmasımnda böyük əhəmiyyətə malikdir. 
Ümumiyyətlə bu cür aviaşouların təşkili dünya praktikasında çox müsbət nəticələri ilə müşahidə 
olunmuşdur. II Qarabağ müharibəsində qələbənin qazanılmasında mühüm rolu olan " Bayraktar TB-2"
pilotsuz uçuş aparatının kontruktoru, "Baykar Makina" şirkətinin texniki direktoru Səlcuq Özdəmir
oğlu Bayraktarın dediyi kimi döyüş təyyarələrinin aviaşoularının keçirilməsi gələcəyin hərbi
pilotlarının yetişməyində böyük rola malikdir. Bu bir faktdır ki qardaş Türkiyə Respublikasında bir
türk məktəblisinin Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinə yazdığı məktub komandanlıq
tərəfindən maraqla qarşılanmış və operativ olaraq Konya ərazisindən " Solotürk-F-16 " aviasiya
qrupu havaya qaldırılmış və şagirdin xahişi yerinə yetirilmişdir. Və bu gün Türkiyə Hərbi Hava 
Qüvvələri dünya miqyasında ən yüksək nailiyyətlərə malik qüvvələrdən biridir və vaxtilə Türkiyə
Hərbi Hava Qüvvələrinə məktub yazan şagird bu gün Türkiyə Respublikası Hərbi Hava Qüvvələrində
rəhbər vəzifədə çalışır. 
(
https://youtu.be/_8wQw_WwMBY
)
Mən belə düşünürəm ki döyüş təyyarələrinin havaya qaldırılması asan bir proses deyil və bu
prosesdə bütün detallar hərbi aviasiaya mütəxəssisləri tərəfindən analiz edilir və proses dövlət
səviyyəsində həll olunur. Lakin görünür aviaşouların təşkili - bu günün şagirdlərindən gələcəyin
hərbi pilotlarının seçilməsində, hərbi aviasiyaya böyük sevginin yaranmasında güclü vasitəyə malik
olduğuna görə Türkiyə Respublikası Hərbi Hava Qüvvələri kimi professional birlik tərəfindən bu
amillər yüksək qiymətləndirilmiş, hətta rəhbər komandanlıq səviyyəsində "
Solotürk-F-16 " aviasiya
qrupunun səmaya qaldırılmasına icazə verilmişdir. 
14 fevral- Hərbi pilotlarımızın həyatında xüsusi əhəmiyyətə malik bu tarixi gündə Şəki rayon Əlyar
kəndinin səmasında döyüş təyyarələrimizin aviaşousunun reallaşması gələcəyin hərbi pilotlarının: 
gələcəyin Zaur Nudirəliyevlərinin, Rəşad Atakişiyevlərinin, Ramiz Qasımovlarının, Vaqif
Qurbanovlarının, Nəzirov Emillərin, Musazadə Təbrizlərin, Vəlizadə Ürfanların , Məmmədov
Muradların və s yetişməsində böyük stimul ola bilər.Çünki bu kənd Şəhidlər kəndidir. 

Yüklə 187,27 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin