4.3.1. Kapillyar qanaxmanın dayandırılması Yaralanmış kapillyarlardan qan ən kiçik damcılarla məsamədə olduğu
kimi sızır. Bədənin istənilən yerində bu qanaxmanı dayandırmaq üçün tənzif
tamponunu yaralı yerə qoyub sıxmaq və yaxud bir qədər sıxan steril sarğı qoymaq
lazımdır.
4.3.2. Venoz qanaxmanın dayandırılması Venoz damarlarının yaralanması zamanı qan tünd qırmızı rəngdə bərabər
şırnaqla axır. Əgər ətrafdakı (əldə və ya ayaqda) venalar yaralanıbsa, onu dərhal
yuxarı qaldırmaq və sonra sıxıcı steril sarğı qoymaq lazımdır.
4.3.3. Arterial qanaxmanın dayandırılması Arteriya yaralanan zaman al rəngə malik olan qan, kəsilən şırnaqla qüvvə
ilə, sanki fontan kimi yuxarı atılır. İnsanın bədənində bir sıra nöqtələr var, harada
ki, qan damarlarını sümüklərə sıxmaq olar. Ən mühüm gicgah, ənsə, çənə, sağ
yuxu, körpücükaltı, qoltuqaltı, çiyin, dirsək, sağ bud, sol bud, qabaq qamış, arxa
qamış arteriyalarıdır.
140
Şəkil 4.1. Arteriyaların sıxılma yerləri: 1 - gicgah; 2 - ənsə; 3 – çənə; 4 - sağ yuxu; 5 - sol yuxu; 6 - körpücükaltı; 7 –qoltuqaltı; 8 – çiyin; 9 – mil; 10 – dirsək; 11 – sağ bud; 12 – sol bud; 13 – qabaq qamış; 14 – arxa qamış; Ən mühüm arteriyaların əl ilə sıxılma yerləri şəkil 4.1-də göstərilmişdir.
Gicgah nahiyəsində qanaxma zamanı gicgah arteriyasını gözün xarici küncündən 2
barmaq məsafəsində göz ilə qulaq arasında gicgah sümüyünə sıxmaq lazımdır
(şəkil 4.2).
Şəkil 4.2. Gicgah nahiyəsindən arterial qanaxma zamanı gicgah arteriyasının sıxılma yeri 141
Yanaqda qanaxma zamanı alt çənə arteriyasını alt çənə küncündən 3
barmaq məsafəsində sümüyə sıxmaq lazımdır (şəkil 4.3).
Şəkil 4.3. Yanaq və ya ağız nahiyəsindən yaralanma zamanı