ARB-406 qəza radiobuyları 406.025MHs tezliyində şüalandırma tdirlər. Hər 50 saniyədən bir
onlar 5Vt gücündə və 0.5san uzunluğunda ötürmə işləyib hazırlayırlar. Ötürmə aparıcı tezliklər
blokundan və istifadəçi tipinin kodlarından (təyyarə, gəmi və s.), QRB-nin sahibkarı olan ölkənin adından
və gəmiyə verilmiş identifikasiya nömrəsindən ibarətdir. Radiobuy həmçinin 121.5MHs tezliyində
siqnallar şüalandırmalıdır, hansı ki, hava gəmilərinin tuşlandırılması üçün xidmət göstərir. Radiobuy, 24
saat ərzində onun dayanaqlı işləməsini təmin edən muxtar qidalanmaya malikdir. Buy, metal
konstruksiyalar (arakəsmələr, göyərtə və s.) ilə ekranlaşdırılmış otaqlardan başqa, salda, qayıqda və ya
gəminin açıq hissəsində olarkən işləyə bilir. O, müsbət üzmə qabiliyyətinə malikdir və açıq su səthində
işləyə bilir.
Buy gəmidə quraşdırıldığı yerdən əl ilə ayırma mexanizminə və 4m dərinliyə batarkən işə düşən
avtomatik ayıran hidrostatik qurğuya malikdir. Sərbəst olaraq su üzərinə çıxdıqdan sonra buy avtomatik
olaraq işə düşür.
Buy, onu yedəyə almağa və ya gəmidə, qayıqda və ya xilasedici salda bərkidilməyə şərait
yaradan üçün üzən lin ilə təchiz olunur. Müxtəlif istehsalçıların buraxdıqları radiobuylar konstruktiv
quruluşlarına görə fərqlənirlər. Onlardan bəzilərini işə salmaq üçün buyu bərkitməsindən ayırmaq və
çevirmək kifayətdir; digərləri isə üç vəziyyətli “Söndürülüb”-“Test”-“İşə salınıb” dəyişdiriciyə
malikdirlər, həm də sonuncu vəziyyət təsadüfi işə salmadan civ vasitəsilə mühafizə olunur.
İşə salınmaya nəzarət etmək üçün işıq indikatoru nəzərdə tutulmuşdur.
Gəmi heyətinin hər üzvü KOSPAS-SARSAT sisteminin radiobuyundan istifadə etməyə
öyrədilməlidir. KOSPAS-SARSAT sistemi tərəfindən ARB-406 radiobuyunun siqnalının qəbul edilməsi
axtarış-xilasetmə əməliyyatının başlanılması üçün əsasdır.
Dostları ilə paylaş: