AZƏrbaycan respubl kasi təhs L naz rl y азярбайжан дювлят игтисад университети



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix28.04.2017
ölçüsü0,52 Mb.
#16029
1   2   3   4   5

1: “Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının 

və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. ” 



25 

 

 Ümumiyyətlə  Azərbaycan  Respublikasında  antiinhisar  qanunvericiliyi 



Azərbaycan  Respublikası  Konstitusiyasından  və  aşağıda  adları  sadalanan 

normativ-hüquqi aktlardan ibarətdir: 

1.  “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu; 

2.  “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunu; 

3.  “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu; 

4.  Antiinhisar fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 

fərman və sərəncamları; 

5.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarları; 

6.  Digər normativ-hüquqi aktlar.  

Azərbaycan  Respublikasının  Konstitusiyasının  “Dövlətin  əsasları”  adlı  II 

fəslinin 15-ci maddəsi “ qtisadi inkişaf və dövlət” adlanır. Həmin maddəyə görə: 

– 

Azərbaycan  Respublikasında  iqtisadiyyatın  inkişafı  müxtəlif  mülkiyyət 



növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.  

– 

Azərbaycan  dövləti  bazar  münasibətləri  əsasında  iqtisadiyyatın  inkişafına 



şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa 

və haqsız rəqabətə yol vermir.  

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-

ci maddəsində deyilir: 

1.  Bu Qanun Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərir 

və bütün hüquqi və fiziki şəxslərə şamil olunur.  

2.  Qanun  təsərrüfat  subyektlərinin,  icra  hakimiyyəti  və  idarəetmə 

orqanlarının xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə bağladıqları sazişlərin və 

müqavilələrin  milli  bazarda  rəqabətin  məhdudlaşdırılmasına  gətirib  çıxardığı 

hallarda da tətbiq edilir.  

3.  Qanun  təsərrüfat  subyektlərinin  ixtira,  ticarət  nişanları  və  müəlliflik 

hüquqlarından irəli gələn münasibətlərinə, onların bu hüquqlardan qəsdən rəqabəti 

məhdudlaşdırmaq məqsədilə istəfadə etməsi halları istisna olmaqla, şamil edilmir.  


26 

 

Bu  Qanuna  uyğun  olaraq  1  müəssisə  satışın  33%-nə,  3  müəssisə  50%-nə,  5 



müəssisə 66, 6%-nə malik olduğu hallarda inhisarçı hesab olunur.  

Yuxarıda  göstərildiyi  kimi  antiinhisar  fəaliyyətinin  ilkin  istiqaməti  olan 

inhisarçılıq  fəaliyyətinin  qarşısının  alınması  aşağıdakı  hərəkətləri  özündə  əks 

etdirir: 

– 

Bazarda hökmran mövqe tutan və rəqabəti məhdudlaşdıran yeni təsərrüfat 



subyektlərinin yaranmasının məhdudlaşdırılması tədbirləri; 

– 

cra,  idarəetmə  orqanlarının  və  təsərrüfat  subyektlərinin  birgə  fəaliyyəti 



haqda 

sazişlər 

nəticəsində 

təsərrüfat 

subyektlərinin 

müstəqilliyinin 

məhdudlaşdırılmasına  və  istehlakçıların  mənafelərinin  pozulmasına  yönəldilən 

fəaliyyətinin qarşısının alınması.  

Antiinhisar  fəaliyyətinin  digər  istiqaməti  inhisarçı  təsərrüfat  subyektlərinin 

məhsullarının  qiymətləri  üzərində  dövlət  nəzarəti  qoymaqla,  onların  bazardakı 

paylarına  uyğun  mütərəqqi vergi  dərəcələrinin  tətbiq  edilməsi,  təbii  inhisarçıların 

öz  mövqelərindən  sui-istifadə  hallarının  aksiz  vergilərinin  sərtləşdirilmiş 

dərəcələrinin  tətbiq  edilməsi,  kredit  verilməsi  şərtlərinin  sərtləşdirilməsi  və  s.  ilə 

inhisarçıların fəaliyyətinin məhdudlaşdırılmasından ibarətdir.  

Antiinhisar  fəaliyyətinin  üçüncü  istiqamətində  inhisarçılar  tərəfindən 

rəqabətin sıxışdırıldığı hallarda təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi 

şəraitdə,  səlahiyyətli  orqanlar  tərəfindən  inhisarçı  müəssisələrin  bölüşdürülməsi 

haqqında qərarlar qəbul edilməklə inhisarçılıq fəaliyyətinin aradan qaldırılmasının 

həyata keçirilməsi nəzərdə tutulur.  

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-

cü 

maddəsinə 



görə: 

“ nhisarçılıq 

fəaliyyətinin 

qarşısının 

alınması, 

məhdudlaşdırılması  və  aradan  qaldırılması  üzrə  dövlət  siyasətini,  digər  dövlət 

orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini öz səlahiyyətləri daxilində 

Azərbaycan  Respublikasında  antiinhisar  siyasətini  yeridən  Azərbaycan 

Respublikası  mərkəzi  icra  hakimiyyəti  orqanı  həyata  keçirir.  Azərbaycan 

Respublikasında  antiinhisar  siyasətini  həyata  keçirən  Azərbaycan  Respublikası 



27 

 

mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası 



məcburi  olan  göstərişlər  verə  bilər  və  qanunvericiliklə  müəyyən  olunmuş  digər 

səlahiyyətləri yerinə yetirə bilər. ” 

Bu Qanunun “ nhisarçılıq fəaliyyəti” adlı II bölməsinin konkret maddələrində 

inhisarçılığın növləri sadalanır. Belə ki, onlar aşağıdakılardan ibarətdir: 

– 

Dövlət inhisarçılığı (maddə 5) 



– 

Sahə inhisarçılığı (maddə 6) 

– 

Yerli inhisarçılıq (maddə 7) 



– 

Təsərrüfat subyektlərinin inhisarçılığı (maddə 8) 

– 

Maliyyə-kredit inhisarçılığı (maddə 9) 



– 

Bazar  subyektlərinin  üfiqi  və  şaquli  sazişləri  nəticəsində  yaranan 

inhisarçılıq (maddə 10) 

– 

Təbii inhisarçılıq (maddə 11) 



– 

Patent- lisenziya inhisarçılığı (maddə 12) 

– 

Yerin təkindən istifadə inhisarçılığı (maddə 12-1) 



“Antiinhisar  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikası  Qanununda 

antiinhisar  tənzimləmə  vasitələri,  inhisarçılıq  fəaliyyətinin  məhdudlaşdırılması  və 

aradan  qaldırılması,  qanunun  pozulmasına  görə  nəticələr  (maddə  17),  qanunun 

pozulmasına  görə  məsuliyyət  (maddə  18)  müəyyən  olunmuşdur.  Bu  Qanun 

ümumilikdə 19 maddədən ibarətdir.  

Antiinhisar qanunvericiliyi sırasında digər qanun “Təbii inhisarlar haqqında” 

Azərbaycan Respublikasının Qanunudur. Bu Qanun 15 dekabr 1998-ci ildə qəbul 

olunmuşdur.  Qanunun  məqsədi  Azərbaycan  Respublikasında  təbii  inhisarlarla 

bağlı  dövlət  tənzimlənməsinin  təşkilati  və  hüquqi  əsaslarını  müəyyən  etməkdən 

ibarətdir.  Qanun  təbii  inhisar  subyektləri  ilə  istehlakçıların  maraqlarının 

uzlaşdırılmasını  təmin  etməyə  yönəldilmişdir  (“Təbii  inhisarlar  haqqında”  AR 

Qanunu, maddə 1). Bu Qanun təbii inhisar subyektlərinin, istehlakçıların, müvafiq 

icra  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarının  iştirak  etdiyi  məsul  iş, 


28 

 

xidmət  bazarlarında  yaranan  münasibətləri  tənzimləyir…  (maddə  2).  Bu  Qanun 



ümumilikdə 13 maddədən ibarətdir.  

Öyrəndiyimiz  qanunvericiliyə  daxil  olan  digər  qanun  “Haqsız  rəqabət 

haqqında”  Azərbaycan  Respublikasının  2  iyun  1995-ci  il  tarixli  Qanunudur.  Bu 

Qanun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-

hüquqi  əsaslarını  müəyyən  edir,  sahibkarlıq  fəaliyyətinin  ədalətli  üsullarla 

aparılmasına  hüquqi  zəmin  yaradır,  bazar  subyektlərinin  haqsız  rəqabət 

metodlarından  istifadəyə  görə  məsuliyyətini  nəzərdə  tutur.  Qanun  Azərbaycan 

Respublikasının  ərazisində  fəaliyyət  göstərən  bütün  bazar  subyektlərinə  şamil 

edilir.  Qanunda  haqsız  rəqabətin  müxtəlif  formalarına  dair  norma  öz  əksini 

tapmışdır (maddə 3). Bu Qanun ümumilikdə 15 maddədən ibarətdir.  

Antiinhisar qanunvericiliyinin qorunması məqsədilə Azərbaycan Respublikası 

digər ölkələrlə birgə araşdırmalar aparır, bu cür niyyətlərlə təşkil olunmuş tədbir, 

konfranslarda  bilavasitə  iştirak  edir.  Keçən  aylardan  birində  Azərbaycan 

nümayəndə 

heyəti 

Vaşinqtonda 



keçirilən 

Amerika 


Hüquqşünasları 

Assosiasiyasının 55-ci yaz toplantısında iştirak edib. Azərbaycanın  qtisadi  nkişaf 

Nazirliyinin  yaydığı  məlumata  əsasən  ölkəmizi  bu  tədbirdə 

N  yanında 

Antiinhisar  Dövlət  Xidmətinin  rəisi  Samir  Dadaşov  və  xidmətin  analitik-

informasiya sektoru müdiri Elşad Məmmədov təmsil edib. Toplantıda 40-dan çox 

ölkənin  nümayəndəsi,  o  cümlədən,  ABŞ  Federal  Ticarət  Komissiyasının  büro  və 

komissiya  üzvləri,  qtisadi  Əməkdaşlıq  və  nkişaf  Təşkilatı,  ABŞ  Ədliyyə 

Departamenti  və  Avropa  Komissiyasının  təmsilçiləri  iştirak  edib.  ştirakçılar 

arasında  MDB  ölkələrindən  yalnız  Azərbaycan  və  Rusiyanı  təmsil  edən  şəxslər 

olub.  Tədbir  ABŞ`ın  antiinhisar  hüququnun  bütün  aspektlərini,  o  cümlədən, 

istehlakçı hüquqlarının müdafiəsinə dair qanunvericiliyi əhatə edən 50 sessiyadan 

ibarət idi. Sessiyalarda telekommunikasiya sferasında antiinhisar qanunvericiliyinə 

əməl  olunmasına  nəzarət,  intellektual  mülkiyyətin  qorunması  və  piratçılıqla 

mübarizə,  birləşmə  və  qarışmalara  nəzarət  və  s.  məsələlər  müzakirə  olunub. 

Antiinhisar  qanunvericiliyinin  pozulması  hallarının  qarşısını  almaq  məqsədilə 



29 

 

müxtəlif ölkələr arasında birgə araşdırmaların aparılması barədə təkliflər səslənib. 



Konkret  olaraq  burada  həm  transsərhəd  müəssisələrin  fəaliyyətinin  araşdırılması, 

həm  də  tədarükçü  ilə  idxalçı  arasındakı  müqavilələrin  təhlili,  distribyutor 

şəbəkəsinə  daxil  olan,  o  cümlədən,  françayzinq  müqaviləsi  əsasında  fəaliyyət 

göstərən şirkətlərin işgüzar davranışının öyrənilməsi nəzərdə tutulur.  

“Antiinhisar  qanunvericiliyi  bazar  iqtisadiyyatının  qorunub  saxlanılmasına 

yönəldilmişdir,  ancaq  o,  inhisarçılığı  aradan  qaldırmağa  qadir  deyildir  və  müasir 

bazar  iqtisadiyyatı  demək  olar  ki,  inhisarçılıqla  rəqabətin  sintezindən  ibarətdir. 

”Antiinhisar  qanunvericiliyi  müddəalarının  pozulmasına  görə  inzibati  təsir 

tədbirləri,  o  cümlədən,  böyük  cərimələr  verilməsi,  yüksək  vergilər  qoyulması  və 

hətta  inzibati  cəza  kimi  azadlıqdan  məhrum  edilmələr  tətbiq  olunur.  nhisarçılığa 

qarşı  mübarizə  üçün  xüsusi  antiinhisar  orqanları  yaradılır.  Bu  orqanların  əsas 

vəzifəsi antiinhisar qanunvericiliyinə əməl edilməsini təmin etməkdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

30 

 

II FƏS L. RESPUBL KADA ANT NH SAR S YASƏT  VƏ  NH SARÇ L Q 



FƏAL YYƏT N N DÖVLƏT TƏNZ MLƏNMƏS  MEXANIZM  MÜAS R 

VƏZI YYƏT   

2. 1. Azərbaycanda rəqabət mühitinin və inhisarçılıq fəaliyyətinin dövlət 

tənzimlənməsi 

 

Азярбайcанын  мцстягил  дювлятя  чеврилмяси,  ейни  заманда  амирлик 



системиндян базар системиня кечмяйя стратеъи бир вязифя кими гаршыйа гоймасы 

йени игтисади системин нормал фяалиййятинин тямин едилмясинин норматив-щцгуги 

вя институсионал базанын йарадылмасыны обйектив зярурятя вя ямяли бир проблемя 

чевирди.  Мялумдурр  ки,  еффектив  рягабят  мцщитини  йаратмадан  вя  антиинщисар 

сийасяти  ишляйиб  щазырлайыб  реаллашдырмадан  милли  игтисадиййаатын  давамлы  вя 

динамик  инкишафына  наил  олмаг  мцмкцн  дейилдир.  Бу  мягсядля 

мцстягиллийимизин  илк  илляриндян  башлайараг  сямяряли  рягабят  мцщити  йаратмаг 

ввя  антиинщисар  сийасяти  щяйата  кечирмяк  цчцн  1992-ci  il  28  iyun  tariхindən 

fəaliyyətə  başlamış  Azərbaycan  Rеspublikasının  Dövlət  Antiinhisar  Siyasəti  və 

Sahibkarlığa  Kömək  Kоmitəsi  yaradıldı.  Bu  Azərbaycanda  antiinhisar  siyasətini 

reallaşmasını  təmin  və  təşkil  edən  bir  dövlət  orqanı  oldu.  Müstəqilliyin  ilk 

yarandığı  illər  ərzində  bazar  münasibətlərinin  səmərəli  fəaliyyətini  təmin  еtmək 

inhisarcılıq fəaliyyətinin tənzimlənməini həyata kecirmək məqsədi ilə «Antiinhisar 

fəaliyyəti  haqqında»,  «Haqsız  rəqabət  haqqında»,  «Təbii  inhisarlar  haqqında», 

«Rеklam  haqqında»,  «Qiymətli  kağızlar  bazarında  invеstоrların  hüquqlarının 

müdafiəsi  haqqında»,  «Istеhlakçıların  hüquqlarının  müdafiəsi  haqqında»  və  s. 

qanunlar  və  AR  Nazirlər  Kabinеtinin  «Azərbaycan  Rеspublikasında  təbii  inhisar 

subyеktlərinin  fəaliyyətinin  tənzimlənməsi  qaydaları  haqqında»,  «Antiinhisar 

qanunvеriciliyinin  pоzulması  haqqında  işlərə  baхılması  qaydaları»,  «Sahibkarlıq 

fəaliyyəti haqqında» və s. qərarları bu sahədə atılan ilk addımlar idi. Azərbaycanda 

inhisarçılıq  fəaliyyətinin  qarşısının  alınmasının,  məhdudlaşdırılmasının  və  aradan 

qaldırılmasının  təşkilati  və  hüquqi  əsasları  4  mart  1993-cü  il  tariхli  «Antinhisar 



31 

 

fəaliyəti  haqqında»  qanunla  müəyyən  еdilməklə  ölkə  ərazisində  bütün  fiziki  və 



hüquqi  şəхslərə  şamil  еdilir.  Həmin  qanunda  inhisarçılığın  dövlət  inhisarçılığı; 

sahə inhisarçılığı; yеrli inhisarçılıq; təsərrüfat subyеktlərinin inhisarçılığı; maliyyə-

krеdit  inhisarçılığı;  bazar  subyеktlərinin  üfiqi  və  şaquli  sazişləri  nəticəsində 

yaranan  inhisarçılıq;  təbii  inhisarçılıq;  patеnt-lisеnziya  inhisarçılığı  növləri  öz 

əksini tapdı.  

Юлкямиздя  базар  системинин  формалашмасы  вя  фяалиййят  механизминин 

тякмилляшмяси  2003-cü  ildən  başlayaraq  sоsial-iqtisadi  инкишаф  сащясиндя  ялдя 

олунан уьурлар вя щабеля dəyişikliklər, sahibkarlığın irkişafı və rəqabət mühitinin 

fоrmalaşması istiqamətində həyata kеçrilən tədbirlərin gеnişləndirilməsi antiinhisar 

siyasətinin  təkmilləşdirilməsini  və  rəqabət  mühitinin  оptimallaşdırılmasını  даща 

тякмил  qanun  вя  норматив-щцгуги  bazanın  йарадылмасыны  обйектив  зярурятя 

чевирди.  Бу  мягсядля  2009-cu  il  29  iyun  tariхində  AR  Prеzidеntinin  fərmanı  ilə 

AR  Iqtisadi  Inkişaf  Nazirliyi  yanında  Antiinhisar  Siyasəti  və  Istеhlakçıların 

Hüquqlarının  Müdafiəsi  Dövlət  Хidməti  yaradıldı  və  хarici  ölkələrin  nоrmativ-

hüquqi bazası və təcrübəsi dərindən öyrənilməklə yеrli mütəхəssislərin və Dünya 

Bankının  еkspеrtlərinin  iştirakı  ilə  Rəqabət  Məcəlləsinin  layihəsi  hazırlanmış  və 

Milli Məclisə müzakirəyə təqdim еdilmişdir.  

Şübhəsizdir  ki,  qlоballaşma  şəraitində  rəqabət  мцщитинин  тямин  едилмяси 

cəmiyyətin,  həm  də  mili  iqtisadiyyatын  сямяряли  фяалиййяти  вя  инкишафы  иля  баьлы 

ишляниб  щазырланмыш  dövlətin  iqtisadi  siyasətinin  reallaşdırılan  çox  mühüm  bir 

istiqamətini  təşkil  edir.  Belə  olan  şəraitdə  rəqabət  mexanizminin  hərəkətə 

gətirilməsində dövlət оrqanları hansı vasitələrdən istifadə еdə bilər və hakimiyyət 

inhisarcılıqla  bağlı  hansı  halların  qarşısını  almaq  iqtidarındadır  sualına  cavab 

tapmaq  üçün  yеrli  qanunvеricilyi  və  dövlət  tədbirləri  sisteminin  araşdırılaraq  və 

dəyərləndirilməsi  ğöstərir  ki,  onlar  ümumi  halda  əsasən  4  istiqamətdə  həyata 

kеçirilir.  Əvvəla,  hakim  (hökmran)  mövqеdən  sui  istifadənin  qarşısının  alınması, 

ikincisi,  rеsursların  səmərəli  paylanmasını  təmin  еtmək  məqsədi  ilə  kartеllərin 

fəaliyyətinin  yохlanması  və  təhqiqi,  üçüncüsü,  bazarda  birləşmələrə  nəzarət 



32 

 

gücləndirilməsini, dördüncüsü istеhlakçıların hüquqlarının müdafiəsi və rəqabətin 



gеnişləndirilməsi  məqsədi  ilə  оnun  təşviqi  istiqamətində  tədbirlər  həyata  kеçirir. 

Rеspublikada rəqabət mühitinin vəziyyətinin nеcə olmasını və antiinhisar siyasətin 

mövcud durumunu daha düzgün qiymətləndirmək üçün оnların hər birinə ayrılıqda 

dəyərləndirmək lazımdır.  

2013-cü ildə Dövlət Xidməti tərəfindən 3273 təsərrüfat subyektində yoxlama 

aparılması məqsədi ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat 

reyestrində qeydiyyat aparılmışdır.  

Avropa  ttifaqına ixrac üçün kod almış 3 təsərrüfat subyektində istehsalın A -

nin  qanunvericiliyinə  uyğunluğunu  müəyyənləşdirilmək  məqsədilə  dövri 

ekspertiza  keçirilməsi  məqsədi  ilə  3  qeydiyyat  aparılmışdır.  Bu  təsərrüfat 

subyektlərində aparılmış ekspertiza zamanı bir sıra nöqsanlar aşkar olunmuş və bu 

nöqsanların  aradan  qaldırılması  barədə  təsərrüfat  subyektlərinə  göstəriş 

verilmişdir.  

Avropa  ttifaqına  ixrac  üçün  kod  nömrəsi  alınması  barədə  müraciət  etmiş  1 

təsərrüfat subyektində ekspertiza keçirilməsi məqsədi ilə 1 qeydiyyat aparılmışdır. 

Aparılmış  ekspertiza  nəticəsində  müəssisədə  istehsal  olunan  məhsulların  ümumi 

bazarın təşkili barədə Avropa  ttifaqı qanunvericiliyinin tələblərinə uyğun olduğu 

müəyyən  edildiyindən  həmin  təsərrüfat  subyektinə  məhsulların  ixracı  üçün 

təsdiqedici kod nömrəsi verilmişdir.  

Taxılçılıq  subyektləri  tərəfindən  istehsal  olunan  taxıl  məhsullarının 

keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti tədbirləri qaydasında anbarda olan 

buğdadan və hazır məhsullardan nümunələr götürülməsi məqsədi 104 qeydiyyat ilə 

aparılmışdır.  

Bu  nəzarət  tədbirlərinin  93-də  taxıl  məhsullarından  nümunələr  götürülərək 

laborator  müayinəyə  göndərilmişdir.  Nəzarət  tədbiri  təyin  olunmuş  ünvanda 

fəaliyyət göstərən taxılçılıq subyektinin fəaliyyətini dayandırması, həmin ünvanda 

başqa  təsərrüfat  sübyektinın  fəaliyyət  göstərməsi  və  s.  səbəblərdən  11  nəzarət 

tədbiri  zamanı  nümunə  götürülməsi  mümkün  olmamışdır.  Antiinhisar  və  reklam 



33 

 

haqqında  qanunvericiliyə  riayət  olunmasına  nəzarət,  eləcə  də  haqsız  rəqabətin 



qarşısının  alınması  məqsədi  ilə  nəzarət  tədbiri  həyata  keçirilməsi  üçün  98 

qeydiyyat  aparılmışdır.  Bu  nəzarət  tədbirləri  zamanı  89  halda  yoxlama  aparılmış 

və  bu  yoxlamalardan  67-də  qanun  pozuntusu  aşkar  olunmuşdur.  Nəzarət  tədbiri 

təyin  olunmuş  ünvanda  fəaliyyət  göstərən  təsərrüfat  subyektinin  həmin  ünvanda 

fəaliyyətini  dayandırması  və  ya  həmin  ünvanda  başqa  təsərrüfat  sübyektinın 

fəaliyyət göstərməsi və s. səbəblərdən 9 halda nəzarət tədbiri aparılması mümkün 

olmamışdır.  Taxılçılıq  subyektlərində  taxıl  məhsullarınnın  keyfiyyətinə  və 

təhlükəsizliyinə  nəzarət  tədbiri  həyata  keçirilməsi  məqsədi  ilə  4  qeydiyyat 

aparılmışdır. Bu nəzarət tədbirlərinin 4-də qanun pozuntusu aşkar edilmişdir.  

Pərakəndə ticarət, ictimai iaşə, məişət və digər nov xidmət qaydalarına əməl 

olunmasına  nəzarət  tədbiri  həyata  keçirilməsi  məqsədi  3063  qeydiyyat 

aparılmışdır.  Bu  nəzarət  tədbirləri  zamanı  2535  halda  yoxlama  aparılmış  və  bu 

yoxlamalardan 2254- də qanun pozuntusu aşkar olunmuşdur. Nəzarət tədbiri təyin 

edilmiş  ünvanda  fəaliyyət  göstərən  təsərrüfat  subyektinin  həmin  ünvanda 

fəaliyyətini  dayandırması  və  ya  həmin  ünvanda  başqa  təsərrüfat  sübyektinın 

fəaliyyət  göstərməsi  və  s.  səbəblərdən  528  halda  nəzarət  tədbiri  aparılması 

mümkün olmamışdır.  

Nəzarət  tədbirlərinin  2539-u  (96,6%-i)  ticarət,  28-i  (1,1%-i)  istehsal,  42-si 

(1,6%-i)  ictimai-iaşə,  19-u  (0,7%-i)  isə  digər  xidmət  obyektlərində  aparılmışdır. 

Ticarət  obyektlərində  aparılmış  yoxlamaların  88,  9%-də,  istehsal  sahəsində 

aparılmış yoxlamaların 85,7%-də, ictimai-iaşə obyektlərində aparılan yoxlamaların 

71,4%-də,  digər  xidmət  sahələrində  aparılmış  yoxlamaların  78,9%-də  qanun 

pozuntusu aşkar edilmişdir.  

Həyata  keçirilmiş  nəzarət  tədbirləri  nəticəsində  mənşəyi  məlum  olmayan, 

saxlama  müddəti  ötmüş,  qanunvericiliyə  uyğun  olaraq  sertifikatlaşdırılmalı  olan, 

lakin sertifikatlaşdırılmamış, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri 

normativ sənədlərin tələblərinə uyğun olmayan ümumilikdə 50,7 ton ərzaq malları, 

1,1 ton qeyri ərzaq malları və 5,6 ton tikinti materialları dövriyyədən çıxarılmışdır.  



34 

 

Dövriyyədən  çıxarılmış  ərzaq  mallarının  44,4  tonu  müvafiq  qaydada  məhv 



edilmiş, 4,1  tonu  normativ  sənədlərin  tələblərinə  uyğunlaşdırıldıqdan  (üzərinə 

azərbaycan  dilində  məlumatların  vurulması  təmin  edildikdən)  sonra  satışa 

qaytarılmış, 0,5 tonunun şəxsi məqsədlər üçün istifadəsinə icazə verilmiş, 1,7 tonu 

ilə bağlı araşdırmalar davam edir.  



Cədvəl 2. 1.  

2013-cü ildə aparılmış nəzarət tədbirləri haqqında məlumat, sahələr üzrə 

 

Sıra 



N-si 

 

 



Sahələrin adları 

Aparılmış 

nəzarət 

tədbirlərinin sayı 

 

Nöqsan aşkar 



edilmiş nəzarət 

tədbirlərinin sayı 

 

Nöqsan aşkar edilmiş 



nəzarət tədbirlərinin 

xüsusi çəkisi (%-lə) 

Ticarət 


2539 

2256 


88,9 

stehsal 



28 

24 


85,7 

 



 

ctimai-iaşə xidməti 

 

42 


 

30 


 

71,4 


 

 



Digər xidmət sahələri 

 

19 



 

15 


 

78,9 


 

5 

 

Yekun 

 

2628 

 

2325 

 

88,5 

 

Dövriyyədən  çıxarılmış  qeyri  ərzaq  mallarının  1,0  tonu  müvafiq  qaydada 



məhv  edilmiş,  0,1 tonu  normativ  sənədlərin  tələblərinə  uyğunlaşdırıldıqdan sonra 

satışa qaytarılmışdır.  

Dövriyyədən  çıxarılmış  tikinti  materiallarının  0,  7  tonu  müvafiq  qaydada 

məhv edilmiş, 4, 9 tonu ilə bağlı araşdırmalar davam edir.  

Antiinhisar  və  reklam  haqqında  qanunvericiliyə  riayət  olunmasına  nəzarət, 

eləcə  də  haqsız  rəqabətin  qarşısının  alınması,  məhdudlaşdırılması  və  aradan 

qaldırılması  məqsədi  ilə  aparılmış  89  nəzarət  tədbirindən  67-də  qanun  pozuntusu 

aşkar  edilmiş,  22-də  isə  pozuntu  aşkar  edilməmişdir.  Pozuntu  aşkar  edilməmiş 

nəzarət  tədbirləri  əmtəə  nişanının  təqlidi,  qanunsuz  reklam  üsullarından  istifadə 

edilməsi,  saxta  və  markalanması  normativ  sənədlərin  tələblərinə  uyğun  olmayan 

malların satışı ilə əlaqədar müvafiq bazar iştirakçılarından və vətəndaşlardan daxil 

olmuş müraciətlər əsasında aparılmış yoxlamalardan ibarət olmuşdur. 2012-ci illə 

müqayisədə  aparılmış  nəzarət  tədbirlərinin  sayı  19  yoxlama  və  ya  17,6  faiz 


35 

 

azalmış, qanun pozuntusu aşkar edilmiş nəzarət tədbirlərinin sayı isə 27 yoxlama 



və  ya  26,7  faiz  azalmışdır.  Hesabat  dövründə  69  təsərrüfat  subyekti  barəsində 

antiinhisar  qanunvericiliyinin  pozulması  əlamətləri  üzrə  iş  qaldırılmışdır.  Bu 

işlərdən 52-si aparılmış nəzarət tədbirləri zamanı, 15-i isə daxil olmuş müraciətlər 

və  K V-də  yayımlanan  məlumatlarla  bağlı  Dövlət  Xidmətində  aparılmış 

araşdırmalar  nəticəsində  aşkar  edilmiş  qanun  pozuntusu  əlamətləri  üzrə 

qaldırılmışdır.  

Hesabat dövründə qaldırılmış işlərin sayı ötən illə müqayisədə 16 iş və ya 19, 

3 faiz azalmışdır.  

2013-cü ilin 12 ayı ərzində 79 işə baxılması başa çatdırılmışdır. Bu işlərdən 

59-u hesabat dövründə qaldırılmış, 20-si isə keçən ildən davam edən işlərdən ibarət 

olmuşdur.  

l ərzində baxılması başa çatmış işlərin sayı ötən illə müqayisədə 5 iş və ya 6, 

8 faiz artmışdır. Baxılması başa çatmış işlər üzrə 62 təsərrüfat subyektinə 2145,9 

min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi 

göstərişlər  verilmişdir.  Hesabat  dövründə  qaldırılmış  işlər  üzrə  50  təsərrüfat 

subyektinə  305,8  min  manat,  əvvəlki  ildən  davam  edən  işlər  üzrə  12  təsərrüfat 

subyektinə  1840,1  min  manat  məbləğində  maliyyə  sanksiyası  tətbiq  edilmişdir. 

Hazırda 8 işə baxılması davam edir.  

Yoxlamalar  zamanı  təsərrüfat  subyektləri  tərəfindən  aşağıdakı  formalarda 

antiinhisar  qanunvericiliyinin  pozulduğu  və  haqsız  reklama  yol  verildiyi  aşkar 

edilmişdir: 

-


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin