AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix07.01.2017
ölçüsü0,53 Mb.
#4750
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

MAG STRATURA  MƏRKƏZ  

Ə

lyazması hüququnda 

 

 

HƏSƏNOVA VÜSALƏ RÜFƏT QIZI   



(Magistrantın a.s.a.) 

 

“BƏZ  ƏRZAQ MƏHSULLARININ EKOLOJ  TƏHLÜKƏS ZL K 



GÖSTƏR C LƏR N N TƏDQ Q ” mövzusunda 

 

 



 

 

MAG STR  D SSERTAS YASI 



 

xtisasın şifri və adı:              “Metrologiya, standartlaşdırma və  

         sertifikasiya mühəndisliyi” 



 

xtisaslaşmanın şifri və adı:  060647 – “Metrologiya, standartlaşdırma və  

         sertifikasiya mühəndisliyi” 



 

 

 

Elmi rəhbər: 

Magistr proqramının rəhbəri: 

t.e.n., dos. Rəhimov Namiq Kərim oğlu 

t.e.n., dos.Rəhimov Namiq Kərim oğlu 

                  



 

 

Kafedra müdiri:   t.e.n., dos. Aslanov Zabit Yunus 

  

                               

 

 



 

 

BAKI – 2016 





MÜNDƏR CAT 

səh. 

Giriş ..............................................................................................................  3 

I. ƏDƏB YYAT  CMALI ..........................................................................  8 

I FƏSIL. 

Ekoloji təmiz qida məhsulları və onların qida 

zəhərlənmələri və qarşılıqlı əlaqəsi ....................................  8 

1.1. 


Ekoloji təmiz qida məhsulları ................................................  8 

1.2. 


Qida məhsullarının təhlükəsizliyinin ekoloji aspektləri .........  11 

1.3.  


Qida məhsullarının ekoloji sertifikatlaşdırılması ..................  17 

1.4. 


Ə

rzaq xammalının və qida məhsullarının bioloji və kimyəvi 

təbiətli maddələrlə çirklənməsi .............................................  24 

1.5. 


Qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin 

idarəetmə sistemləri ...............................................................  30 

1.6. 

Yeyinti qatqıları və onların qida məhsulları istehsalında 



istifadəsinin elmi-nəzəri əsasları ...........................................  34 

 

 



 

II. EKSPER MENTAL H SSƏ .................................................................  45 

II FƏSIL.  Tədqiqatların materialları və metodları ............................  45 

2.1. 


Tədqiqat obyekti .....................................................................  45 

2.1.1. 


Tədqiqat metodları .................................................................  45 

2.2. 


Süd və kəsmik kimi qida məhsullarının fiziki-kimyəvi və 

mikrobioloji üsullarla tərkib və keyfiyyətinin tədqiqi ...........  46 

 

 

 



III. NƏT CƏLƏR N MÜZAK RƏS  .......................................................  58 

III FƏSIL.  Ekoloji təmiz süd və süd məhsullarının keyfiyyətinin 

təmini yolları ........................................................................  58 

3.1. 


Kəsmiyin istehsal prosesi .......................................................  58 

3.2. 


Keyfiyyət sisteminin müəssisədə tədqiqinin alqoritmi ..........  62 

3.3. 


Böhranlı nəzarət nöqtələrinin monitorinq sistemi .................  66 

Nəticə və təkliflər ........................................................................................  68 

stifadə edilmiş ədəbiyyat siyahısı ..............................................................  69 

Xülasə ............................................................................................................   

Резюме


 ……………………………………………………………………..   

Summary …………………………………………………………………..   

 

 



 

 



Giriş 

 

Qidalanma əhalinin sağlamlığını təmin edən əsas amillərdən biridir. Düzgün 

qidalanma insanların normal inkişafını, sağlamlığının təmin olunmasını və insanın 

ə

traf  mühitə  alışmasına  şərait  yaradır.  Qidalanmada  ən  əsas  amil  qida  məhsulları 



istehsalında sağlam qidalanma konsepsiyasına müvafiq olaraq ölkəmizdə son illər 

yüksək  keyfiyyətli  qida  məhsulları  istehsalına  xüsusi  diqqət  verilməklə  istehsal 

olunan  məhsulların  keyfiyyəti  bütün  ölkələrdə  olduğu  kimi  dövlət  standartlaşma 

sisteminə  daxil  edilən  standartlara  uyğun  nizamlanır.  Bu  standartlar  qanun 

daxilində  xammal,  materiallara,  yarımfabrikatlara  və  hazır  məhsullara  göstərilən 

vahid texniki tələbləri müəyyənləşdirir. 

Müasir  dövrdə  istehsal  edilən  qida  məhsullarının  ekoloji  təhlükəsizliyiğ  də 

mühüm  əhəmiyyət  kəsb  edir.  Müasir  dünya  okeanı  çoxsaylı  axarla  mövcud 

olmaqla  müxtəlif  yüksək  toksiki  kimyəvi  maddələr  və  neft  məhsullarla  zəngin 

olub, fitoplanktonları məhv etməklə planetimizdə oksigenin miqdarının azalmasına 

gətirib  çıxarır.  Bu  isə  öz  növbəsində  flora  və  faunanın,  meşələrin,  çayların,  yaşıl 

örtüyün çirklənməsinə və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. 

Atmosferin  sənaye  tullantıları  ilə  çirklənməsi  turşulu  yağışların  yağmasına, 

kənd  təsərrüfatı  kulturalarının  məhsuldarlığının  aşağı  düşməsinə  səbəb  olmaqla 

ə

rzaq  xammalının  mineral  gübrələrin  istifadə  edilməsi  hesabına  yüksək  toksiki 



suda həll olan metal üzvi birləşmələri, o cümlədən ağır metallar bütövlükdə bir çox 

hallarda bitkilərin məhv olmasına gətirib çıxarır. 

Kənd təsərrüfatı  istehsalında hər  yerdə  uzun  müddət  ərzində pestisidlərin və 

mineral  gübrələrin,  xüsusilə  tərkibində  azotlu  maddələrin  olması  litosferanı, 

hidrosfera və atmosferi ərzaq xammalını və qida məhsullarını isə ksenobiotiklərlə, 

superekototoksikantlarla çirkləndirir. Su kəmərindəki su qida məhsullarının böyük 

bir hissəsinin başlıca inqrediyenti olması məhsullarda yad cins kimyəvi maddələrlə 

zənginləşməsinə gətirib çıxarır. 

Çirklənmiş  qida  məhsullarının  istifadə  edilməsi  nəticəsində  insan 

orqanizminin  bioloji  immun  müdafiəsi  zəifləməklə  insanın  sağlamlığına  mənfi 



təsir göstərir.  nsan qidalanmasında məhsulların təhlükəsizliyi ekoloji amillərlə çox 

bağlıdır. 

Hal-hazırda  müasir  dövrdə  ekoloji  problemin  həllində  qida  məhsullarının 

keyfiyyəti  çox  mühüm  rol  oynayır.  Məhsullarda  toksiki  qida  qatqıları  insan 

orqanizmində sağlamlığa təhlükə törədirdi. Təbii ki, bu problem dünya miqyasında 

ə

nənəvi  qida  məhsulları  ilə  yanaşı,  yeni  qida  məhsulları  üçün  elmi-tədqiqat 



işlərinin aparılmasını tələb edirdi. 

Ekoloji  problemlərin  həllində  “antropoekologiya”  normativini  müəyyənləş-

dirmək  vacib  olub,  mənaca  (yunanca  logos  –  söz,  öyrənmə;  insan  ekologiyası) 

ə

sasını  təşkil  edəni  ətraf  mühitin  keyfiyyəti  sayılır  ki,  insanın  ekoloji,  sosial  və 



iqtisadi amillərə uyğunluğunu müəyyənləşdirir. 

Ə

traf mühitin keyfiyyəti barədə obyektiv mülahizə sürmək üçün onun təyini 



texniki ölçmələr, ekspert qiymətləndirilmə və nəzəri hesabatlar aparılmaqla alınmış 

nəticələr etalon və normativlərlə müqayisə olunur. 

Məlumdur  ki,  ətraf  mühitin  keyfiyyətinin  normalaşdırılması  təkcə  müvafiq 

normativlərin  tərtibini  nəzərdə  tutmur  və  eyni  zamanda  onların  həyata  keçiril-

məsini də nəzərdə tutur. Ətraf mühitin monitorinqi mövcud normativlərə müvafiq 

olaraq mühitin fiziki, kimyəvi və bioloji parametrlərinə nəzarət etməklə insanların 

və  digər  canlı  orqanizmlərin  sağlamlığına  təhlükə  yarada  və  zərər  yarada  biləcək 

şə

rait  barədə  xəbərdarlıq  etməklə  onun  qarşısını  almaqdır.  Monitorinq  ayrı-ayrı 



obyektlər,  proseslər  və  ətraf  mühitin  təzahürləri  üzrə  aparılır.  Ətraf  mühitin 

monitorinqinin aparılmasına ehtiyac artmaqda davam edir, belə ki, hər il dünyada 

30 minə qədər yeni kimyəvi maddələr istehsal olunur. Aydındır ki, hər bir mövcud 

kimyəvi  maddə  və  yenidən  hazırlanmış  kimyəvi  maddələrə  monitorinq  aparmaq 

praktiki  olaraq  qeyri-mümkündür,  bu  baxımdan  da  nəzarət  ancaq  zərərli  maddə-

lərin  miqdarının  azalması  üzrə  həyata  keçirilir  (Avropa  Komissiyasının  məlu-

matına  görə  AŞ  –  10%-ə  qədər),  bu  göstərici  kifayət  qədər  ətraf  mühitin  vəziy-

yətini  əks  etdirməklə  real  şəkildə  sənayenin  inteqral  neqativ  təsirini  aşağı  salmış 

olur. 


nsanın həyat fəaliyyətinin mühüm tərəfi qidalanma olub, həyat və sağlamlıq 

prosesini  təmin  edir.  Qidalanma  insan  orqanizminin  əsas  fizioloji  tələbatlarını 

ödənilməsi,  onun  formalaşmasını,  funksiya  etməsini  və  ətraf  mühitin  əlverişsiz 

təsirinə  davamlılığını  təmin  etməkdir.  Kifayət  qədər  kəmiyyət  nisbətində, 

keyfiyyət  nisbətində  tam  qiymətli  və  ekoloji  –  gigiyenik  təhlükəsiz  nisbətdə 

qidalanma səmərəli və ya balanslaşdırılmış kimi xarakterizə olunur. 

Mövcud  və  praktiki  cəhətdən  həyat  fəaliyyəti  zamanı  ekoloji  əlverişsiz  şə-

raitdə  qida  xammalı  və  məhsulları  insan  orqanizmi  üçün  yad  cins  müxtəlif  mad-

dələrlə çirklənməsi insan orqanizmi üçün böyük təhlükə yaradır. Insan orqanizmini 

qida ilə birlikdə daha ola biləcək toksiki maddələrdən qorumaq üçün qida maddə-

lərinin tərkibində bioloji təbiətli çirkləndiricilər və digər kimyəvi maddələrin miq-

darını  göstərən  kompleks  normativlər  hazırlanmaqla  təkmilləşdirilməkdədir.  Bu 

normativlər  həm  də  çirkləndirici  maddələrin  miqdarını  reqlament  halında  göstər-

məklə insanların sağlamlığını qorumağa və gələcək nəslin sağlamlığının keşiyində 

dura biləcək elmi-əsaslandırılmış normativləri yaratmağa imkan yaradacaqdır. 

Hal-hazırda bir sıra ölkələrdə qida məhsullarının tərkibində pestisidlərin, qida 

qatqıların, yüksək toksiki inqrediyentli polimer və qablaşdırıcı materiallar, eləcə də 

ağır  metalların  yol verilə  biləcək  miqdarını təyini üzrə  elmi-metodiki  yanaşmalar 

tərtib edilməklə istifadə edilməkdədir. 

Birləşmiş  Millətlər  Təşkilatı  nəzdindəki  Ərzaq  və  Kənd  təsərrüfatı  təşkilatı 

(FAO) və Dünya Səhiyyə Təşkilatı (DST) BMT-nin ətraf mühit proqramı əsasında 

qida  məhsullarının  təhlükəsizliyini  təmin  etmək  məqsədi  ilə  aşağıdakı  toksiki 

çirkləndirici  maddələrin  mövcudluğu  üzrə  mütləq  nəzarətin  aparılması  tövsiyə 

olunmuşdur: 

-

 bioloji təbiətli çirkləndiricilər – bakteriyalar və bakterial toksinlər, viruslar, 



mikotoksinlər: aflatoksinlər, sitrininlər, fuzariotoksin, patulin; 

-

 kimyəvi çirkləndiricilər – metallar: antimon, arsen, kadmium, xrom, kobalt, 



qurğusun,  civə,  nikel,  mis  və  onların  duzları;  pestisidlər;  ditikarbamatlar, 

metilbromidlər, üzvi xlor və üzvi fosfor birləşmələri: asbestlər, ftoridlər, nitratlar, 



nitritlər, dioksinlər və dioksinə bənzər birləşmələr, poliaromatik karbohidrogenlər, 

vinilxlorid, antibiotiklər, hormonal preparatlar;  

-

 radioizotoplar – sezium – 137, stronsium – 90, yod – 131. 



Göründüyü  kimi,  ərzaq  xammalının  və  qida  məhsullarının  keyfiyyətinə  və 

təhlükəsizliyinə  nəzarət  çox  vacib  bir  problem  olmaqla  insanın  səmərəli 

qidalanması  üçün  ətraf  mühitin  əlverişsiz  amillərinin  insan  orqanizminin  immun 

sisteminə təsirinin öyrənilməsi olduqca vacibdir. 

Bu baxımdan, işimizin məqsədi respublikamızda ərzaq məhsullarının ekoloji 

təhlükəsizliyini  təmin  etmək  məqsədi  ilə  və  xüsusən  süd  və  süd  məhsullarının 

ekoloji  qiymətləndirilməsi  məqsədi  ilə  onların  tərkibi  öyrənilməklə  ekoloji 

sertifikatlaşdırılma sisteminə müvafiq yeni XASSP sistemi elementlərinə müvafiq 

normativlərə uyunlaşdırmaq olmuşdur. 

Azərbaycanın  qida  sənayesinin  müəssisələrində  istehsal  olunan  məhsulların 

keyfiyyətinin  idarə  edilməsi  və  təhlükəsizliyinin  qorunması  və  ekoloji  təmiz 

məhsulların  istehsalı  olduqca  aktual  əhəmiyyət  kəsb  etməklə  bu  məhsulların 

XASSP (NASSR) normalarının tələblərinə cavab verməsi olduqca vacibdir. 

Bu  cəhəti  nəzərə  alaraq  işimizin  əsas  məqsədi  “Sevimli  Dad”  məhdud 

məsuliyyətli  cəmiyyətin  istehsal  etdiyi  süd  məhsullarının  kimyəvi  tərkibinin 

öyrənilməsi  və  XASSP  sistemi  elementlərinin  tərtibi  aspektləri  olub,  malların 

ekoloji təhlükəsizliyinin bir sıra göstəricilərinin öyrənilməsi olmuşdur. 

Yuxarıda  göstərilənləri  nəzərə  alaraq  dissertasiya  işində  aşağıdakı  əsas 

müddəaların öyrənilməsi qarşıda məqsəd qoyulmuşdur: 

-

 ekoloji  təmiz  qida  məhsulları  və  onların  qida  zəhərlənmələri  ilə  qarşılıqlı 



ə

laqəsi; 


-

 yeyinti  qatqıları  və  onların  qida  məhsulları  istehsalında  istifadəsinin  elmi-

nəzəri əsasları; 

-

 qida məhsullarının ekoloji sertifikatlaşdırılması; 



-

 “Sevimli Dad” MMC XASSP sisteminin elementlərinin tərtibatı; 

-

 Süd  məhsullarında  mikroorqanizmlərin  və  ağır  metalların  ekoloji  qiymət-



ləndirilməsi. 



Elmi yenilik. Aparılmış tədqiqatlar nəticəsində biz ilk dəfə süd məhsullarında 

ekoloji  monitorinq  aparılmışdır.  Keyfiyyətdən  asılı  olaraq  süd  məhsullarının 

istehsalı  zamanı  onların  sanitar-mikrobioloji  göstəriciləri  nəzərdən  keçirilmişdir. 

lk  dəfə  onların  tərkibində  ağır  metalların  miqdarı  üzrə  kompleks  tədqiqatlar 

aparılmışdır. 

ş

in  praktiki  əhəmiyyəti  heyvanat  təbiətli  ekoloji  təhlükəsiz  qida  məhsulları 



istehsalı üzrə kompleks tədbirlərin işlənilməsi üçün müəssisə standartlar sisteminin 

hazırlanması üçün tövsiyə olunur.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 



I. ƏDƏB YYAT  CMALI 

I FƏS L. EKOLOJ  TƏM Z Q DA MƏHSULLARI VƏ ONLARIN Q DA 

ZƏHƏRLƏNMƏLƏR  VƏ QARŞILIQLI ƏLAQƏ 

 

1.1. Ekoloji təmiz qida məhsulları 

 

Qidanın  ekoloji  effekti  bioloji,  mədəniyyət  və  davranış  mexanizmləri  ilə 



təzahür  olunur.  Qida  orqanizmdə  mühüm  fizioloji  prosesləri  tənzimləyir.  Ekoloji 

təmiz  ərzaq  məhsulları  o  məhsullar  hesab  edilir  ki,  onların  tərkibində  zərərli 

maddələrin miqdarı adi “standart” məhsullarda keyfiyyət göstəricilərinə uyğundur. 

Ekoloji  təmiz  məhsullar  əlavə  mineral  maddələr,  pestisidlər  və  digər  texnogen 

təsirlər  olmadan  təmiz  sahələrdə  becərilmiş  qida  xammalından  və  ya  təbii 

xammaldan müasir texnologiya əsasında hazırlana bilər. 

Rkoloji təmiz məhsullar aşağıdakı tələbatlara cavab verməlidir: 

-

 birincisi,  xammalın  istehsalı  olan  yerlər  ekoloji  təhlükəsizlik  tələbatlarına 



cavab verməlidir; 

-

 ikincisi, heyvandarlıq, balıqçılıq istehsalında xammalın emalı və hazır məh-



sullar ekoloji təmiz məhsullara uyğun olub, sanitar standartlara cavab verməlidir. 

Sənayedə  istehsalın  industriallaşdırılması  ilə  bağlı  yeni  təbiət  resurslarını 

qoruyan  texnologiyaların  tətbiqi  son  illərdə  artdığı  üçün  ətraf  mühitin  çirklən-

məsinə və insan orqanizminin texnogen təbiətli ağır metallarla zənginləşməsinə gə-

tirib  çıxarır  (VV.Snakin,  1998;  M. .Rabinoviç,  A.R.Tahirova,  1999;  E.N.Qonça-

rova, 1999; S.F.Tyutikov, 2000). 

Kənd  təsərrüfatının  intensivləşdirilməsi,  kənd  təsərrüfatı  məhsullarının 

onların  emal  üsullarının  və  saxlanılması  şəraitinin  qeyri-mükəmməl  olması 

heyvanat  mənşəli  qida  məhsullarında  mikroorqanizmlərin,  o  cümlədən  patogen 

mikroorqanizmlərin,  metabolitlərin  və  toksinlərin  toplanmasına  gətirib  çıxarır 

( .P.Danilenko,  1998;  A.M.Əhmədov,  1972;  V. vanov,  V.Voropagev,  1995; 

B.S.Sençenko, 1998; N.Q.Komarov, 1998; L.S.Kavruk, V.M.Yurkov, 1999). 



Birinci  növbədə  xüsusi  təhlükəli  maddələrdən  ekotoksikantlar  kimi  civə, 

arsen, kadmium, qurğuşun, mis və sinki göstərmək olar. 

Son  illər  qida  məhsullarının  istehsal  texnologiyasının  intensiv  inkişafı  ilə 

ə

laqədar  böyük  miqdarda  yeni  qida  qatqıları  əmələ  gəlmişdir  ki,  bu  zaman  ətraf 



mühitin  kəskin  surətdə  çirklənməsi  də  davam  edir.  Bu  səbəb  isə,  öz  növbəsində 

xüsusi beynəlxalq qanunverici qaydaların yaradılması zərurətini yaratmışdır. Artıq 

bu  qanunlar  Avropa  Şurası  tərəfindən  qəbul  edilməklə  ərzaq  məhsullarının 

təhlükəsizliyinin qorunmasını təmin edir. 

Qida  məhsullarını  onların  bioloji  və  qida  qiymətliliyi  xarakterizə  edir.  Qida 

qiymətliliyi  ümumi  anlayış  olmaqla  onun  təşkilindəki  qidalı  maddələrin  insan 

orqanizmi  tərəfindən  mənimsənilməsini  və  orqanoleptiki  keyfiyyətlərini  özündə 

göstərir.  Daha  yüksək  qida  qiymətliliyi  məhsulun  balanslaşdırılmış  qidalanma 

prinsipinə uyğun olmaqla tərkibində əvəzolunmaz qida maddələrinin olmasının bir 

mənbəyi  kimi  hesab  edilir.  Enerji  qiymətliliyi  məhsulda  qida  maddələrinin  – 

zülalların,  yağların,  mənimsənilən  karbohidratların,  üzvi  turşuların  miqdarı  ilə 

müəyyən  olunur.  Bioloji  qiymətlilik  isə  məhsulda  ən  əsas  zülalların  keyfiyyəti, 

aminturşularının  tərkibi  və  onların  orqanizm  tərəfindən  həzm  edilərək  mənim-

sənilməsi əks olunur. 

Təbii halda istifadə edilən məhsulların miqdarı məhduddur və bunlara əsasən 

təzə tərəvəzlər, meyvələr, giləmeyvələr, qoz və bal kimi məhsulları göstərmək olar. 

Ə

ksər  məhsullar  isə  emal  olunduqdan  sonra  istifadə  olunur  ki,  bunlara  misal 



olaraq, kolbasa, çörək-bulka və qənnadı məmulatlarını, turş süd məhsullarını və s. 

göstərmək  olar.  Məhsulun  keyfiyyəti  –  dövlət  standartlarına  uyğun  müəyyən 

məhsulun yararlılığının yekun xüsusiyyətidir. 

Ekoloji təmiz qida məhsullarının xüsusi qaydada təsnifatı verilir və bu zaman 

onların  ümumi  xarakterik  əlamətləri  və  istifadə  olunma  xüsusiyyətlərinə  görə 

qruplara bölürlər: 

1) süd və süd məhsulları; 


10 

2) ət və ət məhsulları; 

3) balıq, balıq məhsulları və dəniz məhsulları; 

4) yumurta və yumurta məhsulları; 

5) yeyinti yğları; 

6) yarma və makaron məmulatları; 

7) un, çörək və çörək-bulka məmulatları, kəpəkli məmulatlar; 

8) meyvə və tərəvəzlər (gilələr, qoz) təzə və emal olunmuş göbələk; 

9) şəkər və onun əvəzediciləri, bal, qənnadı məmulatları; 

10) konservlər və konsentratlar; 

11) tamlı məhsullar (çay, qəhvə, ədviyyatlar, qida turşuları); 

12) mineral sular. 

Təhlükəsiz  ekoloji  məhsulunun  istehsalı  kənd  təsərrüfatı  fəaliyyətində  ən 

mühüm  bir  vəzifə  sayılır.  Ekoloji  təmiz  məhsulu  3  əsas  parametrə  görə  təyin 

edirlər: 

1) ekoloji təmiz xammal; 

2) ekoloji təmiz inqrediyentlər; 

3) texnoloji proses. 



Ekoloji  təmiz  xammal.

  Üzvi  təsərrüfatlar  mineral  gübrələr,  herbisidlər, 

insektisidlər,  funqisidlər  istifadə  etmirlər.  Bu  zaman  zərərvericilərlə  mübarizədə 

bioloji  və  fiziki  üsullardan  istifadə  edilməklə  yanaşı,  ultrasəs,  tələ  və  s. 

vasitələrdən  istifadə  olunur.  Bir  çox  aqrotexniki  üsulları  və  əməliyyatları  əl 

vasitəsilə aparmaqla bitki və torpağa zərər gətirməmək şərti ilə həyata keçirilir. 



Ekoloji təmiz inqrediyentlər

. Xammaldan başqa məhsulun tərkibinə müxtəlif 

inqrediyentlər  daxil  olur  ki,  onlarsız  mürəkkəb  tərkibli  məhsulun  hazırlanması 

qeyri-mümkündür.  Bunlara  içliklər,  aşqarlar,  rəngləyicilər,  konservantlar  aiddir. 

Ekoloji  təmiz  inqrediyentlər  kimi  təbii  xammal  alınmışlar  hesab  olunmaqla  bu 

zaman  sintetik  elementlərdən  istifadə  olunmur.  Məsələn,  konservləşdirilmədə 

üzüm və ya alma sirkəsi istifadə olunur. 


11 

Qiymətliliyindən başqa ekoloji təmiz inqrediyentlər bəzi çatışmamazlıqlara da 

malikdir. Belə ki, təbii rəngləyicilər temperaturun təsirinə davamsız olub, zəif rəng 

xüsusiyyətləri və istehsalı olduqca baha başa gəlir. 



Texnoloji  proses. 

Ekoloji  təmiz  xammal  qoruyucu  fiziki  üsullarla  emal 

olunmaqla tərkibində maksimal dərəcədə qida maddələrinin saxlanılmasına çalışıb, 

bu zaman kimyəvi rafinələşdirmə, dezodorirləşdirmə, hidrogenizləşdirmə, radiasi-

ya şüalanması qəti qadağandır. Süni və sintetik şirinləşdiricilər, konservantlar, aro-

matizatorlar,  eləcə  də  məhsulların  minerallaşdırılması  və  vitaminləşdirilməsi, 

genetik modifikasiya olunmuş inqrediyentlərin istifadəsi də qadağandır. 

Avropa və Amerikada tərkibində kənd təsərrüfatı və yeyinti kimyası olmayan 

məhsullar  olduqca  məşhur  olmaqla,  onları  “orqanik”  yəni  üzvi  ekoloji  təmiz 

məhsullar  hesab  edirlər.  Üzvi  qida  məhsulları  istehsalının  bütün  hissələri  hər  il 

ciddi  sertifikasiya  sistemini  keçirlər.  Bu  zaman  bütün  üzvi  məhsulları  qablaş-

dırılma qutularındakı işarələrlə bilmək olur. 

Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, ekoloji təmiz qida məhsul-

larının istehsalında torpaq iqlim şəraiti, suyun və ətraf mühitin çirklənmə amilləri, 

xammalın,  tədarükü,  istehsal  texnologiyasının  rejimləri  və  digər  amillər  əsas  rol 

oynayır. 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin