AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 15.3 Mb.
Pdf просмотр
səhifə5/6
tarix13.06.2017
ölçüsü15.3 Mb.
1   2   3   4   5   6

 

 

 

  

54

3.2. XX əsrin sonu - XXI əsrin əvvəllərində geyimlərin ornamental 



xüsusiyyətləri 

 

Azərbaycanın  milli  kostyumu  XX  əsrlərdə  çox  dəyişmişdir.  O  vaxt  kişi 

geyimləri  dekorasiya  və  konturlarında  bəzi  fərqliliklər  olmaqla  Qafqaz  xalqlarının 

geyimlərinə  bənzəyirdi.  Əldə  toxunma  parçadan  geniş  şalvar,  kobud  parçadan 

toxunmuş kitel formalı köynək, arxalıq adlanan sətin və ya pambıq parçadan kaftan 

kəndli geyiminin əsas elementlərini təşkil edirdi. Kostyum papaq, yun corab və əldə 

düzəldilmiş  ayaqqabı  ilə  tamamlanırdı.  Hamının  qış  geyimi  olan  çuxa  və  "kürk 

adlanan" dəri gödəkcə əldə etməyə imkanı çatmırdı. XX əsrdə şəhər sakinləri Avropa 

tipli  şalvar  geyinməyə  öyrəşmələrdə,  kostyumun  qalan  elementləri  ənənəvi  olaraq 

qaldı.  Bu  əsrdə  şəhər  sakinlərinin  ayaqqabıları  yerli  dizayn  elementləri  ilə  daha 

Avropa modalı idi. 

Həmin  dövrün  Azərbaycan  qadınlarının  geyimi  daha  özünəməxsus  olaraq 

sosial statusa və etnik qrupa görə fərqlənirdi. Qadın geyimlərinin rəng çalarında açıq 

rənglər üstünlük təşkil edirdi. Qadın geyimlərinin əsas elementləri uzun, geniş, qat-

qat yubka ilə geyilən  mitkal, pambıq, sətin və ya ipəkdən hazırlanmış kitel formalı 

köynəkdən ibarət idi. Saç düzümü kisə formasında kəsilərək ipək ləçəklə örtülürdü. 

Ayaqqabılar  kişi  başmaqları  kimi  kustar  üsulla  düzəldilmiş  yun  və  ya  ipək  corabla 

geyilirdi. Qadın kostyumları baş, boyun, sinə və ələ taxılan daş – qaşla bəzədilirdi. 

Şə

hərdə qadınlar küçədə çadrasız gəzməzdilər və adətən sifətlərini xüsusi örtük olan 



rübəndlə örtərdilər. Kəndlərdə isə  qadınlar  üzlərinin  az hissəsini ləçəklə  örtürdülər. 

Qadın kostyumunun vacib hissəsi xırda pul və gümüş toqqa ilə bəzədilmiş geniş dəri 

kəmər idi. XX əsrin əvvəllərindən Azərbaycanda əsas etibarilə müxtəlif çeşidli saya 

və naxışlı ipək parçalar istehsal edilirdi. Bu əsrlərdə Azərbaycanın Şimal əyalətində 

ə

n keyfiyyətli ipək parçalar Şamaxı şəhərində və ona yaxın olan üç kənddə – Baskal, 



Müci,  Zeyvədə  toxunurdu.  XX  əsrin  əvvəllərində  bədii  tikmələr  üçün  əsas  rolu 

oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi. Onlar, Şamaxıda, 

Basqalda, Şəkidə, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. 

Bədii  tikmə  üçün  yerli  ipək  və  yun  saplardan  və  yerli  basmaqəliblərdən  istifadə 



  

55

olunurdu. Boyama üçün bitki mənşəli boyayıcılar işlədilirdi. Bədii tikmə məmulatları 



ornamental  motivlərin  zənginliyi  və  müxtəlifliyi  ilə  fərqlənirdi.  Azərbaycan  bədii 

tikmələrində  ən  çox  işlədilən  bitki  motivləri  qızılgül,  nərgiz,  qərənfil,  lalə,  zanbaq, 

meyvə ağaclarının yarpaqları – nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif 

formalı yarpaqlardır. Şəkidə XX əsrin əvvələrində işlənmiş tikməni qeyd etmək olar. 

Qara  mahud üzərində  təkəldüz tikməli  stilizə  edilmiş  nəbati ornamentlər  simmetrik 

təkrarlanır.  Əsas  rəngləri:  qırmızı,  narınc,  yaşıl  və  mavidir.  Qədimdən  dövrümüzə 

qədər  ornamentlərin  müxtəlif  növlərindən  geniş  istifadə  olunmuşdur.  Geyimlərdə 

bugün də istifadə olunan ornamentlər sırasına buta, qərənfil, lalə, yarpaq, qönçə və s. 

daxildir.  Bu  naxışlardan  buta  daha  çox  istifadə  olunan  ornamentlərdəndir.  Qərənfil 

naxışı  da  Azərbaycan  dekorativ  sənətində  ən  geniş  yayılan,  yeni  üslubun 

xüsusiyyətlərini  özündə  daşıyan  elementlərdəndir.  Ornamentin  bir  digər  növü  isə 

beşləçəkli  elementidir.  XX  əsrin  əvvəlində  kəpənək  qalstuk  dəbə  mindi.  Onun 

yaranma  tarixini  Puççininin  “Madam  Baterflay”  operasının  premyerası  ilə 

ə

laqələndirirlər.  O  zaman  böyük  səs–küy  yaratmış  operanın  musiqisini  ifa  edən 



simfonik  orkestrin  bütün  üzvləri  məhz  kəpənək  qalstukda  tamaşaçıların  qarşısına 

çıxmışdılar. 1924–cü ildə toxucu Ces Lenqedorf kətanın üç hissəsindən ibarət hazırkı 

müasir qalstuku ortaya çıxarır. Aradan 12 il keçir və çox mühüm bir ziyafətə tələsən 

Vindzor  Hersoqu  öz  qalstukunu  tələm  tələsik  bağlayaraq  çağırıldığı  yerə  yollanır. 

Qadın  paltarlarında  düymələrdən  çox  istifadə  olunurdu.  Qadınları  bir  qayda  olaraq 

kənizləri geyindirdiyindən onlara rahat olsun deyə düymələri qulluqçulara görə sağ 

tərəfə  düzməyə  başladılar.  O  vaxtdan  düymələr  kişi  paltarlarında  sol,  qadın 

paltarlarında  isə  sağ  tərəfə  tikilib.  Qadın  geyimlərinin  müxtəlif  istiqamətlərdə 

bağlanması  orta  əsrlərə  söykənir.  Onda  Avropada  düymələr  bəzək  əşyaları  kimi 

istifadə  edilirdi  və  bahalı  metallardan  hazırlanırdı.  Fil  dişi,  gümüş  və  qızıldan 

hazırlanan düymələr cəmiyyətdə yüksək təbəqəni təcəssüm etdirirdi. Belə israfçılığı 

yalnız adlı – sanlı ağalar özünə rəva görə bilərdilər. Kişilərin paltar düymələri sağdan 

tikilirdi.  Tuniklər  də  XX  əsrin  I  yarısına  qədər  sola  bağlanıb.  Müasir  dövrdə  həm 

kişilərin, həm də qadınların qarderobunda baş örtüklərinə nadir hallarda rast gəlinir. 

Lakin  illər  boyu  şlyapa  və  papaqlar  az  qala  incəsənətin  bir  növü  hesab  edilib. 


  

56

Yaradılması  və  geyinilməsi  xüsusi  bir  zövq  tələb  edən  bu  baş  örtükləri  əsilzadəlik 



rəmzi  sayılıb  və  geyimləri  tamamlamaqda  böyük  rol  oynayıb.  Tarixən  şlyapalar 

müxtəlif  məqsədlər  üçün  istifadə  olunub.  Məsələn,  Avropanın  bir  çox  ölkələrində 

subay,  ərdə  və  dul  olan  qadınlar  üçün  müxtəlif  formalı  şlyapalar  mövcud  olub. 

Lentinin  uzunluğu,  krujevasının  rəngi,  dairəsinin  ölçüsü  və  hündürlüyü  də  o  dövr 

üçün  mühüm  əhəmiyyət  daşıyırdı.  Baş  örtükləri  nəinki  geyim  tərzinə,  hətta  fəsilə 

uyğun  dəyişirdi.  Şlyapa  geyinmək  məcburiyyəti  bir  zamanlar  dünyanın  bir  çox 

ölkələrində,  həmçinin  Türkiyə,  Rusiya  və  ngiltərədə  də  mövcud  olub.  Hazırda  isə 

yalnız  monarxiyanın  mövcud  olduğu  ölkələrdə  şlyapa  geyinmək  dəbi  qorunub 

saxlanıb.  Müxtəlif  ziyafət,  dini  bayramlar,  ənənəvi  olaraq  keçirilən  at  yarışlarında 

monarxların  şlyapada  görünməsi  şərtdir.  Lakin  burada  da  bir  sıra  məhdudiyyətlər 

var.  Belə  ki,  kral  ailəsi  öz  şlyapa  seçimində  bayağı  rənglərdən  və  formalardan 

istifadə edə bilməz. XIX əsr bu baş örtüyünün qızıl dövrü adlandırılır. Həmin əsrdə 

müxtəlif  forma  və  ölçüdə,  dizayn  və  rəngdə  şlyapalar  hazırlandı  və  qadınlar  onu 

geyimin bir hissəsi kimi qarderoblarına daxil etdilər.  

XX  əsrdə  əfsanəvi  Koko  Şanel  və  Elza  Skyaparellinin  sayəsində  şlyapalar 

podiuma  gəldi.  Şanel  şlyapalara  zərif  və  yığcam  görkəm  verir,  Elza  isə  Salvador 

Dalinin  əsərlərindən  təsirlənərək  yeni  modellər  yaradırdı.  Avropa  mədəniyyətinin 

təsiri  altına  düşərək,  şlyapalar  tədricən  geniş  vüsət  almağa  başladı.  Çariça 

Yekaterianın  dövründə  Rusiyada  şlyapa  istehsalına  başlanıldı.  Böyük  populyarlıq 

qazanan  keçə  papaqların  əsas  özəlliyi  küləkli  və  yağışlı  havadan  sonra  yenidən 

asanlıqla öz formasına qayıtması idi. Birinci dünya müharibəsi hər şeyə, o cümlədən 

dəbə  də  təsirini  göstərdi.  Qadınların  daha  işgüzar  və  ciddi  görkəm  almaları  işi 

çətinləşdirdi. Artıq şlyapa geyinən qadın zərif yox, zəif təsir bağışlamağa başladı. Bir 

çox  qadınların  saçlarını  kəsdirməsi  isə  az  qala  inqilab  idi.  "Tok"  adlanan  baş 

örtükləri  qısa  saç  düzümünü  gizlətməyin  ən  yaxşı  yolu  oldu.  Dahi    modelyer  Pol 

Puarenin XX əsr modasının yaranması və inkişafında böyük rolu olmuşdur. P.Puare 

Şə

rq  və  neo-ampir  stilində  bir  çox  yeni  populyar  qadın  şalvarları,  donlar  yaradır. 



Birinci dünya müharibəsi dövründə işləyən qadınlar üçün rahat kostyumun olmasını 

tələb  edirdi.  Bu  dövr  geyimlərində  yubkalar  qısaldılmış,  biçim  sadələşmiş, 



  

57

funksional  bağlama  və  detallar  yaranmışdır.  Modelyer  Qabriel  Şanel  də  öz 



növbəsində  moda  dünyasında  böyük  dəyişikliklər  etmiş,  yeniliklər  gətirmişdir.  O, 

sadə funksional trikotajdan modellər təklif edirdi. Qadın geyimlərinin modaya uyğun 

gəlməsi  üçün  onların  konstruksiya  və  texnologiyasının  sadələşdirilməsi  tələb 

olunurdu. Bu dövrdə modellərinin dekorativliyinə və zənginliyinə görə bir – birində 

fərqlənən moda evləri açıldı.  dman geyimlərinin modelləşdirilməsi ilə ixtisaslaşmış 

Elza  Şkyapelli  öz  avanqard  kolleksiyaları  ilə parisliləri  valeh edirdi.  O,  sürrealistik 

motivlərdən  istifadə  edərək,  tamaşaçını  təəccübləndirməyə  çalışırdı.  kinci  Dünya 

müharibəsi illərində də süni materiallardan geniş istifadə olunurdu. Bu dövrdə Moda 

teatrı  yaradılmışdır. Kristian  Diorun  məhz  bu dövrdəki  fəaliyyəti  moda  dünyasında 

çox dəyişikliklər etmişdir. Kristian Dior öz kolleksiyaları ilə qadınlığı, romantikliyi, 

eleqantlığı  qaytarmış,  incə  belli,  ətəyi  geniş  yubkalar  yaratmışdır.  Ümumiyyətlə 

K.Dior yubkanın uzunluğunun artırılmasının və korsetin qaytarılmasının tərəfdarı idi. 

Bu  dövrdə  Şanel  öz  kolleksiyasında  rahat,  hamıya  yaraşan,  hər  yerə  geyilə  bilən 

kostyumlar  təqdim  etdi.  Qadınlar  tərəfindən  gunumuzdə  də  geniş  istifadə  olunan 

aksessuarı moda dünyasına ilk dəfə Şanel gətirmişdir. XX əsrin ortalarında pret – a – 

porte meydana gəldi. Pret – a – portenin ilk salonu Parisdə açılmışdır. Bu dövrdə pret 

– a – porte əsasən kasıb təbəqə üçün nəzərdə tutulan, keyfiyyəti nisbətən aşağı olan 

geyim  sayılırdı.  Elə  həmin  dövrdə  moda  sənayesində  dizayner,  stilist  kimi  yeni 

ixtisaslar  yarandı.  Mini  qadın  geyimlərinin  kolleksiyasını  ilk  dəfə  ingiltərəli 

modelyer  Meri  Kuant  nümayiş  etdirir.  v  San  Loran  da  o  dövrün  qabaqcıl 

modelyerlərindən  biri  olub,  klassik  qadın  geyimlərini,  smokinqləri,  smokinq  tipli 

donları  və s. yaratmışdır. Bəhs edilən dövrdə cins uniforma əvəzi istifadə olunmağa 

başladı  və  kütləviləşdi.  XXI  əsrdə  bir  çox  modelyerlər  geyimlərlə  yanaşı,  interyer 

predmetlərinin  dizaynı  ilə  də  məşğul  olmağa  başladılar.  Müasir  dövrdə  dizaynerlər 

mədəniyyəti, dizaynı və geyimi daha sıx birləşdirir və əlaqələndirirlər.    

 

 

 


  

58

3.3. XXI əsr geyimlərində ornamental kompozisiyaların istifadəsinə dair 



tövsiyyələ

 

XX  əsrdə  artıq  müxtəlif  geyim  stilləri  yarandı  ki,  bunlara  klassik,  romantik, 



idman,  folklor  və  s.  stillər  daxildir.  Bu  üslublar  XX  əsrin  bütün  dövrlərdəki 

geyimlərdə bu və ya digər dərəcədə vardır və XXI əsrdə də öz aktuallığını itirməyib. 

Müasir kostyumdakı hər bir ənənəvi üslubun öz əlamətləri və xüsusiyyətləri vardır.  

Ümumiyyətlə  üslub  geyimin  vahid  obrazlı  təzahürünü  təmin  edən  ifadəli 

üsulların və bədii vasitələrin məcmusudur. Üslub bilavasitə dəblə bağlıdır, lakin, dəb 

daima  dəyişir,  üslub  isə  daimilik  və  sabitliklə  səciyyəvidir.  Müasir  dəb  klassik 

üslubu  əsas  kimi  götürür.  Bu  üslubun  vətəni  ngiltərə  olduğundan  “ingilis”  üslubu 

adlandırırlar.  Klassik  geyim  həmişə  təbii  yun,  kətan,  qarışıq  parçalar    kimi  yaxşı, 

keyfiyyətli materiallardan hazırlanır.  

Romantik üslub daha çox tarixi kostyuma meyillidir və əsasən formanı, biçimi, 

dekorativ işləməni, obrazlılığı əks edir. Romantik üslublu geyim fomasına görə çox 

müxtəlifdir.  O,  incə,  bədənə  sıx  oturan,  həcmli,  yüngülcə  sallana  bilən,  bədən 

boyunca  yayılan,  uzun,  karkasların  köməkliyi  ilə  saxlanan  təmtəraqlı  formada  ola 

bilər. 


Romantik  üslubda  təbii  ipək,  yaxud  viskoz  kimi  yüngül,  axarlı,  yumşaq 

plastikaya  malik  parçalardan,  bərk  və  həcmli  formalar  yaradan  zərxara,  orqanza, 

kapron  parçalar  və  digər  bir  çox  sintetik  parçalardan  və  müxtəlif  dekorativ 

elementlərdən  –  büzmələr,  volanlar,  jabo,  krujevalar,  bağlar,  tikmələr  və  s.  istifadə 

olunur.  

dman  geyimi  hazırlanarkən  istifadə  olunan  parçalar,  öz  yaxşı  gigiyenik 

xüsusiyyətləri ilə seçilir, bu parçalar qiqroskopik, suyu, havanı keçirən, gipoallergik 

olurlar.  dman geyiminə başlıca tələb fəal hərəkətləri üçün rahatlıq və komfort təmin 

etməkdir.  Rahatlığın nəzərə  alınması  baxımından belə geyimlərdə  ciblər,  klapanlar, 

paqonlar,  qayışda  halqa,  toqqa  kimi  funksional  detallar  yer  alır.  Çox  zaman  idman 

geyimi  tikmə  və  basma  firma  işarələri  və  simvollarla,  sırınma,  dekorativ  tikişlə 

bəzədilir. 



  

59

Folklor  üsluba  mənsub  olan  müasir  geyim  müxtəlif  xalqların  milli 



kostyumlarının  ruhunda  hazırlanır  və  onların  əsas  cəhətləri  kimi  sadəliyi  və  biçim 

rasionallığını, rahatlığı və forma funksionallığı, çox qatlığı, yüksək dekorativliyi əsas 

götürürlür. Etnik üslublu müasir geyim üçün olan aksessuarlar, parlaq bijuteriyalar, 

şə

rf və yaylıqlar, kəmərlər, müxtəlif baş geyimləri və ayaqqabılar, toxunma corabın 



istifadəsi və s. səciyyəvidir. 

Müasir  geyimlərdə  milli  çalarların  olması  dekorativ  elementlərin  dizaynında 

yüksək  qiymətləndirilir  və  adət  ənənələrə  bağlayır.  Dünya  modelyerlərinin 

Azərbaycan  geyimlərinə  xas  olan  dizayn  elementlərinə,  paltar  üzərində  şəbəkəli, 

ornamental  naxışların  salınması,  bəzəklərdə  qaşlardan,  muncuqlardan  istifadə 

edilməsi,  dəmir  pullarla  geyimin  dekorlaşdırılması,  qol,  sinə,  ətək  hissələrinin 

elementlərinə,  milli  geyim  aksessuarlarına  edilən  müraciət  Avropa  və  Azərbaycan 

geyimlərinin yaxınlaşmasına səbəb olmuşdur. (Şəkil 4.) 

 XX  əsrin  sonları  –  XXI  əsrin  əvvəllərinə  doğru  klassik  stil  transformasiya 

olunaraq müasirləşir və neoklassik stili yaranır. Modelyerlər müasir dövr geyimləri 

ilə  etnik  motivləri  sintez  edərək  maraqlı  kolleksiyalar  yaratmağa  başladılar. 

Ölkəmizdə  etnik  çalarlı,  zəngin  ornamental  kompozisiyalı  müasir  geyimləri 

modelyerlər  öz  kolleksiyalarında  yaradırlar.  Geyim  kolleksiyalarında  milli  geyim 

elementləri ilə müasir üslub arasında uğurlu ahəngdarlıq yaradan Fəxriyyə Xələfova 

bu geyimlərə tarixi ruh vermişdir. 

XXI  əsrin  moda  tarixində  öz  izlərini  qoyan  Azərbaycan  modelyerləri 

beynəlxalq  müsabiqələrə  dəvət  edilir,  onların  əməkləri  moda  biliciləri  tərəfindən 

yüksək  qiymətləndirilir  və  xarici  modelyerlər  tərəfindən  bizim  etnik 

elementlərimizdən istifadə olunur.      

Etnik elementlərdən istifadə etmək üçün ipək, yun saplar və yerli istehsala aid 

möhürlü  nişancıqlardan  istifadə  olunur  və  naxış  qoyulmuş  məmulatlar  ornamental 

motivlərin  zənginliyi  və  rəngarəngliyi  ilə  seçilir.  Azərbaycan  naxışlarının  ən  çox 

sevilən motivləri qızılgül, nərgiz, qərənfil, lalə, liliya və meyvə ağaclarının  çiçəkləri, 

eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri 

düz  və  sınıq  xətlər,  ziqzaqlar,  üçbucaqlar,  dördbucaqlılar,  altı  və  səkkizguşəli 


  

60

gülşəkilli  bəzəklər,  kiçik  romblar,  ulduzlar  və  rəmzi  günəş  təsvirləridir.  Naxışlarda 



quş təsvirlərinə daha çox yer verilir. Bunlar bülbül, tovuz quşu, göyərçin, tutuquşu, 

hop–hop,  qarğa,  qırqovul,  dişi  bildirçin,  kəklik  və  sairdir.  Çox  tez–tez  quş 

cütlüklərinin təsvirinə rast gəlinir ki, bu da ən qədim və sevilən ornament motividi. 

Quşları  adətən  ya  bir–birini  sevən  tərzdə,  ya  da  dalaşmış  şəkildə  (məhəbbət  və 

ayrılıq  rəmzi)  təsvir  edir,  heyvanlar  aləmindən  isə  naxış  tikmələrdə  ən  çox 

ceyranları,  tısbağaları,  ilan–əjdahaları,  atları  təsvir  edirlər.  Azərbaycanda  müasir 

dövr  geyimlərində    parlaq  bəzəklərlə  tikmə,  muncuqla,  möhürlənmiş  piləklərlə, 

kökləmə  ,  applikasiya,  spiralşəkili  tikmə  və  file  üzərində  iş  geniş 

yayılmışdır.Kökləmə  tikməsinə  yun  geyimin  bəzədilməsi  zamanı  təsadüf  olunur. 

Mirvari  və  muncuqla  tikmələr  böyük  maraq  oyadır  ki,  onlarla  ta  qədimdən 

günümüzədək  kostyum  ünsürlərini,  məişət  əşyalarını  və  s.  bəzəyirlər.  Parlaq 

bəzəklərlə  tikmə,  bəzəklərin  parça  üzərində  rəngli  ipək  saplarla  çəkilmiş  rəsmin 

cizgiləri  üzərində  tikilməsidir.  Applikasiya  və  spiral  tikmənin  nisbətən  cavan 

üsullarıdır.  Nadir  hallarda  təsadüf  olunan  file  üzərində  iş  və  mereykanın  tətbiq 

dairəsi geniş deyil. Əl işinin bu növü daha çox salfet, dəsmal və üz üçün örtüklərin 

bəzədilməsi  üçün  səciyyəvidir.  Bu  gün  Azərbaycanın  bir  çox  şəhərlərində  tikmə 

sahəsində qədim məktəblər qorunub saxlanır. 

Ə

nənəvi Azərbaycan geyimləri hazırda ancaq bayramlarda, festivallarda, oyun 



ansambllarında, eləcə də tarixi əsərlərin kinoteatrlarda göstərilməsində istifadə edilir. 

Geyim  tariximizin  öyrənilməsi,  analizi  bununla  bitmir,  bu  çox  böyük  tədqiqat  işi 

tələb edir. (Şəkil 4.) 

Hər şey inkişaf edir, dəyişir, eləcə də dəbin qanunları. Hər dəfə eyni formada, 

eyni  görkəmdə,  eyni  stildə  geyinmək  dəbdə  monotonluğa  gətirib  çıxarır.  Ən  dəbli 

insanlar öz geyim formalarını gündən – günə dəyişməyə çalışır. Tanınmış modelyer, 

dizayner, hətta psixoloqlar belə hesab edirlər ki, bu hər bir insanın həyat tərzinə, iş 

ə

msalına və bəzən də xarakterinə təsir edir. Aparılan təcrübələr də göstərir ki, belədə 



ə

trafdakılar  da  sizi  yaxşı qəbul  edir.  Müxtəlif üslubları,  müxtəlif stilləri birləşdirib, 

geyinərək, insan öz obrazını da formalaşdırır.  

Hər bir mövsümün öz naxışı, öz ornamenti, öz bəzək gülləri var. (Şəkil 1.) 



  

61

Geyimlərdə, 



xüsusilə 

qadın 


kostyumlarında 

ə

sasən 



ornamental 

kompozisiyalardan  istifadə  olunur.  Saya  geyimlər  nə  qədər  gözəl,  yaraşıqlı 

görünsələr də, onların hər mövsümdə xüsusi naxışlara, bəzəkli güllərə ehtiyacı var. 

Yay  mövsümünün  əsas  bəzəyi  şübhəsiz  ki,  güllü  –  çiçəkli  naxışlardır.  Bu  naxışlar 

geyimlərə  xüsusi  formada  vurulur.  Bunların  bir  çox  növləri  var:  basma,  tikmə, 

toxunma,  boyama  və  sair.  (Şəkil  3.)  Şübhəsiz  ki,  hər  bir  xalqın  geyim  növlərində 

milli ornamentlərdən istifadə olunur. Çox vaxt geyimdə hər hansı bir naxışı görəndə, 

onun  hansı  xalqa  mənsub  olduğu  o  dəqiqə  aydınlaşır.  Bu  sırada  şərq  ornamentləri 

xüsusi üstünlük təşkil edir. Ümumiyyətlə, bütün dövrlərdə istər Şərq, istərsə də Qərb 

ölkələrində  xüsusilə  geyimlərin  estetik  dəyərini  artırmaq  üçün  ornamental 

kompozisiyalara müraciət edilir.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


  

62

NƏT CƏ VƏ TƏKL FLƏ



 

Geyimlər  insanın  daxili  aləminin  xarici  təzahürüdür.  nsanların  geyimlərinə 

baxaraq,  onların  xarakteri,  xasiyyəti,  daxili  aləmi  haqqında  ilkin  qənaətə  gəlmək 

mümkündür.  Amma  bəzən  daxili  aləmlə  geyim  tərzi  üst  –  üstə  düşməyə  də  bilər.  

Psixoloqların  fikrincə,  seçilən  geyimlə  xarakterin  çox  zaman  əlaqəsi  olmasa  da, 

geyimlər  insanlar  haqqında  müəyyən  fikirlərin  yaranmasına  səbəb  ola  bilir.  

         Bütövlükdə 

mədəniyyətin 

formalaşmasında 

olduğu 


kimi, 

geyim 


mədəniyyətində  amillərin (ümumi  dünyagörüşü  amili ilə  yanaşı  adət-ənənə,  ümumi 

mühit,  dini  dünyagörüşü  və  fikirlər,  iqtisadi  amil)  hər  biri  bir  –  biri  ilə  sıx 

bağlıdır. Paltarlarinsanın  duyğu  dünyasını,  eyni  zamanda  başqalarının  bizə  qarşı 

fikirlərini dəyişə bilər. Geyim bizim haqqımızda bizdən öncə məlumat verir. 

Bütün xalqların geyimlərində müasir geyimlərlə milli geyimlərin sintezi özünə 

yer tapıb. Lakin bütün bunları incə zövqlə, peşəkarlıqla, ifrat dərəcəyə çatdırmamaq 

şə

rti ilə yerinə yetirmək lazımdır.  



Milli  geyim  elementlərinin  muasir  geyimlərdə  istifadəsi  son  illər  yerli 

modelyerlərin qarşısında duran mühüm problemlərdədir. Iqtisadiyyatın iri addımlarla 

inkişaf  etdiyi  dövrdümüzdə  milli  çalarlı  geyimlərə  insanlarda  marağin  artırılması 

tikiş müəssisələrinin iş tempinin artması, beləliklə gələn gəlirin isə bu sahənin daha 

da yüksəlməsinə xidmət edə bilər. 

Ümumiyyətlə, ornamental kompozisiyaların müasir geyimlərdə istifadəsi xalq 

yaradıcılığının  qorunması  və  gələcək  nəsillərə  çatdırılması  deməkdir.  Həm  də 

xalqımızın zəngin yaradıcılığının xarici vətəndaşlara aşılanması deməkdir.  

 

 

 

 

 


  

63

ST FADƏ OLUNMUŞ ƏDƏB YYAT S YAHISI 



 

1.

 



 Paşayev B. S., Ağamalıyeva Y. Ç., L. H. Məmmədova, Moda və kostuyumun 

tarixi,  Bakı, 2009 

2.

 

Dünyamalıyeva S.S., Azərbaycan geyim mədəniyyəti tarixi, Bakı, 2002 



3.

 

Dünyamalıyeva  S.S.  Moda  tarixi  və  dünya  xalqlarının  milli  geyimləri,  Bakı, 



2003  

4.

 



Dünyamalıyeva  S.S.  Azərbaycan  geyimlərinin  bədii  –  dekorativ 

xüsusiyyətləri, Bakı, 2013 

5.

 

Qasımova



 

E.N.,  Məmmədova

 

L. H.  Kostyumun kompozisiyası , Bakı, 2013 



6.

 

Paşayev



 

B. S. Parça və geyim məmulatlarının bədii layihələndirilməsi,  Bakı, 

2004 

7.

 



Orucov Ə.V. Geyimlərin konstruksiya edilməsində kompozisiyanın rolu 

8.

 



Саламатова

 С.М. Констуирование одежды, Москва, 1998 

9.

 

Труханова



 А.Т., Семдеков Р.Р. Новая одежда из старой, Москва, 2001 

10.


   Kərimov L. Azərbaycan xalçası. Bakı - Leninqrad, 1961 

11.


   Əfəndi R. Azərbaycan xalq sənəti. Bakı, 1984 

12.


   Kərimov K. Azərbaycan incəsənəti. Bakı, 1992 

13.


   Dünyamalıyeva  S.S.  Qədim  dövr  Azərbaycan  geyimlərindən  müasir  geyim 

modellərinin  hazırlanmasında istifadə formaları, Bakı, 2003 

14.

   Гулиев Г. А. «Азербайджанские вышивки». Советская этнография, № 2, 



1953, AН СССР 

15.


   Rasim Əfəndiyev, Azərbaycanın maddi mədəniyyət nümunələri, Bakı, 1960 

16.


   Rasim Əfəndiyev, Azərbaycanın el sənəti, Bakı, 1971 

17.


   Dünyamalıyeva  S.S.  Orta  əsr  dekorativ  tətbiqi  sənət  nümunələrində  geyim 

elementlərinin təsviri, Bakı, 1997 

18.

   Велиев Ф.И. Материальная культура западной зоны Азербайджана в ХХI 



– ХХ вв., Ленинград, 1990 

  

64

19.



   Буткевич Л.М., История орнамента, Москва, 2008 

20.


   Степанова А.П., Теория орнамента, Ростов – на – Дону, 2011 

21.


   Абдуллаева Н.А., Ковровое искусство Азербайджана, Баку, 1971 

22.


   Горина  Г.С.,  Народные  традиции  в  моделировании  одежды,  Москва, 

1994 


23.

  Черемных  А.И.,  Основы  художественного  проектирования  одежды, 

Москва

, 1968 


24.

  Чернышев О.В., Формальная композиция, Минск,1999 

25.

  www.google.com  



   

 

 



Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə