AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 15.3 Mb.
Pdf просмотр
səhifə2/6
tarix13.06.2017
ölçüsü15.3 Mb.
1   2   3   4   5   6

1.3.

  Ornamentin tipləri və üslubları 

 

Ornamentlər  elementlərin  forma  və  quruluşuna  görə  bu  və  ya  digər  tiplərə 

bölünürlər:  

Həndəsi  ornament.  Həndəsi  elementli  ornamentlər  müxtəlif  dövr  və  xalqlar 

üçün  xarakterikdir.  Bu  tip  ornamentlər  çox  sadə  formaya  malik  olmağına 

baxmayaraq  öz  estetik  dəyərini  hələ  də  saxlayır.  Həndəsi  elementlərin  bir-birini 

dəqiq və verilmiş qaydada əvəz eləməsi bu ornamentlərin əsasını təşkil edir. Bu cür 

ornamentlər əsasən digər ornament tipləri ilə birlikdə istifadə olunur. Ornamentlərdə 

istifadə olunan bir çox həndəsi formalar təbiətdən götürülmüş elementlərdir. Məsələn 

yunan əyri xəttləri - dalğanı, dairə - günəşi, şəbəkə - suyu simvolizə edir. (Şəkil 5.) 

Nəbati ornament. Nəbati ornamenti həndəsi oramentdən sonra ən geniş istifadə 

olunan  ornament  tipidir.  Əsasən  nəqqaşlıqda  istifadə  olunan  nəbati  ornamenti 

müxtəlif  dövrlərdə  müxtəlif  xalqlar  tərəfindən  özünə  məxsus  şəkildə  təsvir  olunub. 

Erkən  orta  əsrlərdə  -  üzüm  yarpağı  və  üçyarpaq,  borokko  dövründə  -  lalə,  müasir 

dövrdə  -  zanbaq  və  s.  xüsusilə  geniş  istifadə  olunan  nəbati  ornamentlərdir.  Nəbati 

ornament  element  baxımından  çox  zəngin  olması  ilə  yanaşı,  müxtəlif  variantlı 

kompleks motivlərə malikdir. (Şəkil 6.) 

Kalliqrafik  ornament.  Kalliqrafik  ornament    naxışın  ən  vacib  tiplərindən  biri 

olub,  əsasən  Qurani  Kərimdən  ayələr  və  yaxud  da  hədislərdən  sitatlar  əsərə  həkk 


  

15

edilən zaman istifadə olunur. Bu naxışlar həmçinin ayrı-ayrı hərflər, bütöv cümlələr, 



atalar sözləri, şüar və s. formasında olur. Bu ornament daha çox qədim fars, yapon, 

çin  və  ərəb  incəsənəti  üçün  xarakterikdir.  Bunun  əsas  səbəblərindən  biri  bu 

ə

lifbaların  hərflərinin  elastik  olmasıdır.  Bu  hərflərin  nəbati  ornamentlərlə  işlənmiş 



kompozisiyaları yüksək dekorativ effektə malikdir. 

Fantastik  ornament.  Ornamentin  əsas  elementlərini  mifik,  fantastik  varlıqlar 

təşkil edir. Məsələn təkbuynuz, uçan atlar, əjdahalar, müxtəlif fantastik quşlar, şirlər 

və  s.  Fantastik  ornamentdən  müxtəlif  dövrlərdə  daha  çox  nəqqaşlıqda,  memarlıqda 

və s. istifadə olunub. 

Heyvan  motivli  ornament.  Nəbati  ornamentində  bitki  təsviri  olduğu  kimi, 

heyvan motivli ornamentdə də təbiətdə olan heyvan və quşların sadə təsvirlərinə rast 

gəlmək  olar.  Heyvan  motivli  ornamentlə  nəbati  ornamentinin  bir  yerdə 

işlənməsindən  zəngin  effektə  malik  kompozisiyalar  yaranır.  Tarix  boyu  belə 

kompozisiyalardan daha çox memarlıqda istifadə olunub. 

Heraldika ornamenti. Bu ornamentdə istifadə olunan əsas elementlər bunlardır: 

gerblər,  döyüş  atributları,  silah  -  sursat,  məşəl  və  s.;  musiqi  və  teatr  sənətinin 

atributları -  lira,  truba,  maskalar,  pərdələr  və  s.  Heraldika ornamenti  elementlərinin 

mürəkkəbliyi  və  dəqiqliyi  ilə  digərlərindən  fərqlənir.  Ornamentin  mürəkkəbliyinin 

ə

sas  səbəbi  burada  istifadə  olunan  alətlərin,  silahların  və  s.  dəqiqlik  tələb  edən 



mürəkkəbliyinin  olmasıdır.  Bu  cür  elementləri  orijinala  oxşamağı  üçün 

sadələşdirmək mümkün deyil. Heraldika ornamentindən daha çox tematik stendlərin 

tərtibatında,  hərbiçiyə,  musiqiçiyə,  sənətçiyə  məxsus  hədiyyə  qutularının  üzərində 

istifadə olunur. 

Peyzaj  ornamenti.  Bu  ornamentin  əsas  obyekti  müxtəlif  təbiət  təsvirli 

motivlərdir: dağlar, ağaclar, qayalar, şəlalələr və s. Peyzaj ornamentindən daha çox 

memarlıq elementləri və heyvan ornamentləri ilə birlikdə istifadə olunur. Yaponiya 

və Çinin dekorativ tətbiqi – sənətində xüsusilə inkişaf etmişdir. 

Əş

ya ornamenti. Əşya ornamenti antik Romada yaranan və sonrakı dövrlərdə 



də geniş istifadə olunan ornament növüdür. Bu ornamentin əsasınıda hərbi heraldika, 

məişət əşyaları, musiqi və teatr incəsənətinin atributları və s. durur.     



  

16

Üslub dedikdə bir – birindən quruluşuna görə fərqlənən elementlərin harmonik 



vəhdəti başa düşülür. Üslubların yaranması prosesində tətbiqi incəsənətdə yeni-yeni 

ornament  motivləri  və  dekorativ  həllər  yarandı.  Ümumiyyətlə  üslublar  incəsənətin 

tələb  və  qanunlarına  uyğun  olaraq  müxtəlif  dövrlərdə  və  millətlərdə  özünə  məxsus 

olmuşdur. (Şəkil 7,8.) Ornament üslubları bunlardır:   

-  misir  ornamenti.  Uzun  illər  ərzində  Misir  tətbiqi  incəsənətində  yaranan 

ornament  motivləri  qorunmuş,  təkrarlanmış  və  öz  estetikliyini  saxlamışdır.  Misir 

ornamentində  daha  çox  dini  təsəvvürləri  və  simvolik  mənaları  ilə  ətraf  aləmi  əks 

etdirən  elementlərdən  istifadə  olunurdu.  Onlar  dekorda  daha  çox  ilahə  sidanın 

atributu olan lotos gülündən istifadə edirdilər ki, simvolik mənası saflıq, müdriklik, 

ruhi  və  fiziki  sağlamlıqdır.  Onun  özünü  günəşə,  ləçəklərini  isə  günəşin  şüalarına 

bənzədirlər.  Ornamentdə  həmçinin  əzvay  təsvirindən  istifadə  edirdilər  ki,  onun  da 

mənası  o  biri  dünyadakı  həyatı  simvolizə  edir.  Ümumiyyətlə  Misir  ornamentində 

papirus,  qamış,  zanbaq  və  s.  bitkilərdən  istifadə  olunur.  Qədim  Misirdə  xurma, 

kokos, tut, göyəm, akasiya, yulğun, çinar ağaclarına hörmətlə yanaşır, onlara həyatın 

başlanğıcının  simvolu  kimi  baxırdılar.  Dekora  həmçinin  yapaqdan  düzəlmiş 

çələnglər,  üzüm  yarpaqları,  xurma  dəstələri,  ağac  qabıqları  da  daxildir.  Misir 

dekorunda  heyvan  motivlərindən  meymun,  antilop,  balıq,  ilan,  vağ  quşu,  qaz, 

qartaldan  istifadə  olunurdu.  Ornamentlərin  bu  cür  yerləşməsi  misirlilərin  sonsuz 

həyat düşüncələrinə uyğun gəlirdi. Burada hər dekor elementinin öz simvolik mənası 

var idi. Bu səbəbdən onların ornamentlərini mətn kimi oxumaq olur. Məsələn, misir 

xaçı Anx həyat mənasını verir. Misirlilər dekorda həndəsi ornamentlərdən də istifadə 

edirdilər. Bunlar daha çox düz, əyri, dalğalı xətlər, dama - dama, tor, nöqtə və s. idi. 

Relyefləri, rəsmləri rəngləmək üçün istifadə olunan rənglər şərti və lokal olması ilə 

seçilirdi. Bu rəsmlərdə daha çox istifadə olunan rənglər sırasında qırmızı, qara, sarı, 

ağ, göy, bəzən də yaşıl rəngə rast gəlinirdi. Tünd, kontrast rənglərdən əsasən həndəsi 

ornamentlərin  rənglənməsi  zamanı,  zərif  tonlardan  isə  bitkilərlə  zəngin  naxışlarda 

istifadə edilirdi;  

-  yunan  ornamenti.  Yunan  ornamentində  bir  çox  hallarda  misir,  assuriya 

ornamentinin  xüsusiyyətlərindən  istifadə  olunub.  Buna  baxmayaraq  hər  bir  yunan 


  

17

ornamenti  özünəməxsus  xüsusiyyətləri  ilə  fərqlənir.  Bu  ornamentlərdə  yüngüllük, 



harmoniklik,  sadəlik  ön  planda,  simvolik  mənaları  isə  arxa  plandadır.  Yunan 

ornamentinin  əsasında  dəqiq  həndəsi  formaların  simmetrikliyi,  düz  və  horizantal 

xətlər  və  s.  dayanır.  Ornamentin  əsas  formaları  az  olsa  da  onların  öz  aralarında 

yaratdığı  formalar  sonsuzdur.  Əvəllər  yunan  ornamentində  şərq  motivlərindən 

istifadə olunsa da, klassik dövrdə onlar təbiət motivləri və həndəsi formalar ilə əvəz 

olunmağa başladı. Burada kvadrat və dairəvi ioniklərdən, şəbəkələrdən, əyri və oval 

ornamentlərdən  geniş  istifadə  olunurdu.  Korinf  orderi  ilə  birgə  yaranan  palmet 

ornamentindən  də  dekorda  istifadə  etmişlər.  Bitki  motivli  ornamentlərdə  tez  –  tez 

ə

zvay yarpağına, su bitkilərinə, üzüm və zeytun ağacı təsvirlərinə rast gəlmək olar. 



Heyvan motivli ornamentlərdə isə ən geniş yayılan öküz başı təsviridir. Antik qırmızı 

vaza klassik antik üslubunun ən gözəl nümunələrindəndir. Qədim Yunan parçaları öz 

yüksək  dekorativ  keyfiyyətilə  seçilirlər.  Yunanlar  dekorativ  parçanı  hazırlayan 

zaman  qırmızı,  mavi,  narıncı,  yaşıl,  qəhvəyi  rənglərlə  boyamışlar.  Bəzi  yaşayış 

binalarının divarları qırmızı, ağ, mavi rənglərlə horizantal şəkildə boyanırdı. Yunan 

ustaları mebellərin ayaq formalarına xüsusi diqqət yetirirdilər. Ümumiyyyətlə qədim 

Yunan mədəniyyətinin dünya mədəniyyətinin inkişafına böyük təsiri olmuşdur;  

-  roma  ornamenti.  Roma  ornamenti  yunan  ornamentinin  təsiri  altında  inkişaf 

etmişdir.  Romalılar  imperiya  dövründə  yunan  və  etrusk  incəsənətindən  çox 

bəhrələnmiş və əsasən dekorda tətbiq etmişdilər. Romalıların sələfi olan etruskların 

incəsənəti bir çox xalqların mədəniyyətinin təsirinə məruz qalmışdılar. E.ə. IV əsrdə 

etrusk  incəsənətində  klassik  üslub  yaranır.  Amma  e.ə.  III  əsrdən  başlayaraq  etrusk 

incəsənəti,  roma  incəsənətinin  içinə  qarışaraq  itir.  Belə  təsirlər  daha  çox  etrusk 

ornamentində öz əksini tapır. Etrusk tətbiqi incəsənətini bəzəyən ornament motivləri 

içərisində heyvan, palmet, qanadlı şir motivlərinə, yunan miflərindən hissələrə və s. 

rast  gəlmək  olar.  Bürüncdən  hazırlanan  tətbiqi  sənət  nümunələrinə  daha  çox 

dekorativ  qravür  və  relyeflərdə  təsadüf  olunur.  Etrusklar  dekorativ  incəsənət 

nümunələrindən  əsasən  qrafik  ornamentə  meyilli  idilər.  Dairə  və  xaç  formaları 

etruskların  parçalarında  ən  çox  işlənən  naxışlardır.  Bəzi  plaş  və  donların 

hazırlanması  zamanı  dairəvi  naxışlar  işlədilir,  bəzən  də  parça  kontrast  rəngdə  sadə 



  

18

xətlərlə  bəzədilirdi.  Roma  dekorunun  ən  fərqləndirici  xüsusiyyətlərindən  biri  onun 



material  və  formalarının  mürəkkəbliyi  və  zənginliyidir.  Romalılar  arxitektura 

elementlərindən  korinf  orderinə  və  akant  motivinə  üstünlük  verirdilər.  Akant 

ornamenti yarpaq motivlərindən ibarət olub, ayıpəncəsini xatırladan naxış növüdür. 

Onlar  həmçinin  müxtəlif  palıd  yarpağı,  şam  qozası,  palma,  üzüm,  lalə  kimi  bitki 

motivli ornamentləri birləşdirərək çox hissəli mürəkkəb kompazisiyalar yaradırdılar.  

 

 



1.4.

  Azərbaycan dekorativ tətbiqi sənət sahələrində tətbiq olunan 

ornamentlərin növləri 

 

Dekorativ  tətbiqi  sənət  əsərləri  növlərinə  xalçaçılıq,  batika,  qobelen, 



dulusçuluq,  toxuma  və  bədii  tikmə,  zərgərlik,  bədii  şüşə,  bədii  oyma  və  s.  aiddir. 

Dulusçuluq  gilin  xüsusi  formaya  salınması  və  xüsusi  bişirilməsi  ilə  bağlı  peşədir. 

Dulusçuluq  istehsalatın  üç  istiqamətini  əhatə  edir:  adi  tikinti  kərpicinin  istehsalı; 

müxtəlif  gil  qabların  və  istehsalat  məmulatlarının  istehsalı;  fayans  və  farfor 

məmulatlarının istehsalı. 

Dulusçuluq  Azərbaycanda  sənətkarlıq  istehsalınm  ən  qədim  sahələrində  olub, 

bu  günə  qədər  öz  əhəmiyyətini  saxlamışdır.  Mütəxəssislər  sənətin  bu  sahəsinin 

meydana  çıxmasını  neolit  dövrünə  aid  edirlər.  Əvvəllər  əsasən  qadınların  məşğul 

olduğu  dulusçuluq  eneolit  dövründə  tətbiq  edilən  bir  sıra  texniki  nailiyyətlər 

nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdir. 

Orta  əsrlərin  sonlarından  başlayaraq  Azərbaycanda  dulusçuluq  istehsalı  daha 

yüksək  səviyyəyə  çatmışdı.  Monqol  işğalına  qədər  davam  etmiş  bu  yüksəliş 

dövründə dulusçuluqda güclü kəmiyyət və keyfıyyət dəyişikliyi baş vermişdi. Ayaqla 

hərəkətə  gətirilən  çarxın  meydana  gəlməsi,  müxtəlif  dulusçuluq  mərkəzlərində  şirli 

qablar  istehsalının  başlanması,  dulus  kül  rələrinin  kütləvi  şəkildə  tətbiq  edilməsi 

yüksək keyfıyyətli saxsı məmulatının istehsalı üçün daha əlverişli şərait yaradırdı. 

Bu dövrdə  saxsı  qabların  yayılması  Azərbaycanın  demək  olar ki, bütün şəhər 

və vilayətlərini əhatə edirdi. Bir çox yaşayış məntəqələrində, o cümlədən Beyləqanda 



  

19

aparılan  arxeoloji  qazıntılar  nəticəsində  Azərbaycanda  şirəsiz  və  şirli  qablar 



istehsalının  yüksək  səviyyədə  olduğunu  sübut  edən  çoxlu  materiallar  aşkar 

edilmişdir. 

Xanlıqlar  dövrünə  aid  arxiv  sənədlərində  və  digər  yazılı  mənbələrdə 

Azərbaycanın  Şamaxı,  Şəki,  Ərdəbil,  Təbriz,  Naxçıvan,  Gəncə,  Ordubad  və  s. 

şə

hərlərində  saxsı  məmulatının  istehsalı  barədə  məlumat  verilir.  Bu  məlumatlardan 



aydın  olur  ki,  Şəki  xanlığının  bir  çox  kəndlərində  və  Nuxada  gil  qablar 

hazırlayırdılar.  Digər  xanlıqlarla  müqayisədə  Naxçıvan  xanlığında  saxsı  qablar 

istehsalı  haqqında  məlumat  daha  çoxdur.  Lakin  əksər  hallarda  bu  məlumatlar  bir-

birlərini təkrar edirlər. Dulusçuluq istehsalının Bakıda da mövcud olması ehtimalını 

irəli  sürürlər.  Şəhərin  ətrafındakı  müxtəlif  növ  gil  yataqları  burada  saxsı  qabların 

istehsalı  üçün  şərait  yaradırdı.  1946-cı  ildə  şəhərin  qala  hissəsində  V.N.Leviatov 

tərəfindən  aparılmış  qazıntı  işləri  zamanı  XVII-XVIII  əsrlərə  aid  edilən  xeyli 

miqdarda şirli qablar-kasa, boşqab, badya və s. tapılmışdır ki, bunların da əksəriyyəti 

yerli istehsalın məhsulları idilər. 

Bütün  orta  əsrlər  boyu  saxsı  qablar  istehsalının  əsas  mərkəzlərindən  olmuş 

Gəncədə də bu sənət sahəsi yaşayır. Ətraf ərazilərdən əldə edilən əla növ gil şəhərdə 

fəaliyyət  göstərən  iki  böyük  dulusçuluq  emalatxanasında  emal  edilərək,  yüksək 

keyfiyyəti  olan  saxsı  məhsullarına  çevrilirdilər.  Təbriz  və  Ərdəbil  şəhərləri  də 

dulusçuluq  istehsalının  əsas  mərkəzləri  kimi  öz  mövqelərini  saxlamaqda  davam 

edirdilər. Bu şəhərlərin ətrafındakı zəngin gil yataqları saxsı məmulatlarının istehsalı 

üçün əlverişli şərait yaradırdı. Xanlıqlar dövründə saxsı qablar istehsalı ilə daha çox 

kəndlərdə məşğul olurdular. Ərdəbilin Cəcin, Talıb qışlağı, Dövlətabad kəndlərində 

satış üçün müxtəlif ölçülü saxsı qablar istehsal edirdilər. 

Bədii  oyma  -  dekorativ  sənətin  ən  qədim  və  ən  geniş  yayılmış  növlərindən 

biridir.  Daş,  ağac,  sümük  və  başqa  materiallar  üzərində  işlənir.  Azərbaycanın  ən 

qədim  məskənlərində  olan  daş  üzərində  oymaları  bədii  oyma  sənətinin  ilkin 

nümunələri kimi göstərmək olar. 

Xalçaların inkişafı tarixi şərti olaraq 4 əsas dövrə bölünür: Birinci – inkişafın 

ilkin  dövrüdür.  Bu  dövrün  məmulatları  çox  sadə  və  naxışsız  idi.  cecim  və  palazlar 



  

20

meydana çıxır.  kinci dövr - Bü dövrdə kilimin daha çətin üsullarla toxunma üsulları 



yaradılır. Üçüncü dövr – toxunmamı şedde, verni, sumax, zili üsullarının yaranması 

dövrüdür. Sadə və çətin sarımanın geniş yayıldığı müddətdir. Dördüncü dövr – xovlu 

xalçaların düyünlərlə toxunmasının inkişafı ilə xarakterizə olunur. Həm texniki, həm 

də  sənət  nöqteyi  nəzərindən  bu  dövrü  xalçaçılığın  ən  yüksək  inkişaf  dövrü 

adlandırmaq olar.  

Azərbaycan  xalçaları  əsasən  aşağıdakı  növlərə  ayrılır:  Xalça  məmulatlarına  

mərfəş,  xurcun,  heybə,  taxtüstü,  yəhərüstü,  duz  torbası,  çul,  örkən,  çömçədan,  yun 

corablar, pərdələr və  s. daxildir.  Xovsuz xalçalar xovlulardan daha  çox qədim  olan 

xovsuz özünəməxsus naxışı və parlaq koloriti ilə fərqlənir. Bu növ xalçalara çətən, 

həsir,  palaz,  kilim,  ladı,  zili,  vərni,  sumax,  şəddə  və  başqaları  aid  edilir.  Xovsuz 

xalçalar  digər  xalça  növlərindən  asan  toxunur.  Xovlu  xalçalara  yerə  döşənən  və 

divardan asılan xalçaları, gəbələri, dəst xalı – gəbələri, namazlıqları və s. kimi növlər 

aid etmək olar. Xovlu xalçalar xalçaçılıq sənətinin inkişafında ən yüksək mərhələni 

ə

ks etdirir. Çoxsaylı kompozisiyalı sxemlərdə və zəngin ornamentli motivlərlə olan 



xovlu  xalçalar  digər  xalça  növlərindən  xüsusilə  seçilirlər.  Xovlu  xalçalar  toxunma 

texnikasına  görə  daha  mürəkkəbdir.  Xovlu  xalçalar  bu  gün  də  müxtəlif  ölçülərdə 

toxunur.  Qobelen  hiss  və  duyğuların  sənətidir,  düşüncə  tərzidir.Qobelen  dünyada 

geniş  yayılmış,  Azərbaycanda  isə  qədim  xalq  mədəniyyətinə  aid  süjetli  xalça 

sənətidir.  

Dünyada  məşhur  olan  bu  sənət  XII  əsrdə  ərəblər  tərəfindən  inkişaf  etdirilmiş 

və tədricən bir çox Şərq ölkələrinə yayılmışdır. Qobelen o dövrlərdə türk xalqlarının 

da  çox  işlətdiyi  lazımlı  məişət  əşyası  olmaqla  yanaşı,  kübarlığın  rəmzi  olaraq  varlı 

insanların evlərində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik 

bəxş  edən  sənət  nümunəsi  olmuşdur.  Qobelenin  hazırlanma  texnikasının  əsasını 

öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir. Bu xalçalarda əsasən təbiət motivləri, 

portret,  müxtəlif  hekayə  və  ya  rəvayətlərdən  təsvirlər  öz  əksini  tapır.  lk  süjetli 

xalçalar  Cənubi  Azərbaycanda,  Təbriz  şəhərində  istehsal  olunurdu.  Onların 

istehsalının tərəqqi dövrü XVI əsrə aid edilir.  

 


  

21

1.5. Azərbaycan xalçaçılıq sənətində istifadə olunan ornamental 



kompozisiyalar 

 

Azərbaycanda  xalça  toxuculuğu  tətbiqi  sənət  növünün  ən  qədim  sahələrindən 



biri  hesab  edilir.  Ölkə  ərazisində  aparılan  arxeoloji  qazıntılar  və  yazılı  mənbələrə 

görə,  Azərbaycanda  xalça  toxuculuğu  tunc  dövründə,  yəni  5  min  il  bundan  əvvəl 

meydana gəlib. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm 

də  naxış,  kompozisiya,  rəng  həlli  və  texniki  xüsusiyyətlərinə  görə  şərti  olaraq  7 

xalçaçılıq  məktəbinə  bölünür:  Quba  xalçaçılıq  məktəbi;  Şirvan  xalçaçılıq  məktəbi; 

Gəncə  xalçaçılıq  məktəbi;  Qazax  xalçaçılıq  məktəbi;  Qarabağ  xalçaçılıq  məktəbi; 

Təbriz xalçaçılıq məktəbi; Abşeron xalçaçılıq məktəbi; (Şəkil 2.) 

Quba xalçaları geniş naxış müxtəlfliyi ilə fərqlənirlər. Onların ornamentlərinin 

böyük  əksəriyyəti  üslüblaşdırılmış  coğrafi  və  bitki  motivləri  ilə  xarakterizə  olunur. 

Qonaqkənd  və  Dəvəçi  rayonları  daxil  olmaqla  35-ə  yaxın  ornament  kompozisiyalı 

xalçaları  əhatə  edir.  Quba  xalçalarının  bəzəyini  həndəsi  naxışlardan  ibarət 

ornamentlərin  stilizə  edilmiş  nəbati,  bəzən  isə  heyvan  motivləri  təşkil  edir.  Bu 

məktəbin  xalçalarında  medalyonlu  çeşni  üslubu  da  geniş  yayılmışdır.  Quba 

xalçalarının ən parlaq kompozisiyaları " Qədim – Minarə xalçası", "Qımıl xalçası", 

"Alpan  xalçası",  "Qollu–çiçi  xalçası",  "Pirəbədil  xalçası",  "Hacıqayıb  xalçası", 

"Qırız xalçası", "Cek xalçası" və s.

 

–dir. 


Ş

irvan  xalçaları  mürəkkəb  təsvirləriylə  və  çoxlu  miqdarda  insan,  quş,  məişət 

təsvirləri  ilə  xarakterizə  olunur.  Şirvan  məktəbi  gözəl  xalçaları  ilə  məşhurdur.  Bu 

məktəb özündə 25 kompozisiya cəmləşdirir. Şirvan xalçalarının zəngin və mürəkkəb 

naxışlı  kompozisiyaları  orta  əsrlərdən  məşhurdur.  Şirvan  xalçalarının  bədii  dəyəri 

haqqında  VI-VIII  əsr  alman,  ingilis  tacirləri,  səfirləri  öz  gündəliklərində  qiymətli 

məlumatlar  vermişdilər.  Şirvan  qrupuna  "Mərəzə  xalçası",  "Qobustan  xalçası", 

"Şirvan xalçası", "Kürdəmir xalçası", "Şilyan xalçası", "Şirəlibəy xalçası", "Çuxanlı 

xalçası","Bico xalçası", "Sor–Sor xalçası", "Hacıqabul xalçası" və s. kompozisiyalar 

daxildir.                                      



  

22

Gəncə  hələ  X–XI  yüzilliklərdə  ipək,  yun  parçaların,  ipək  xalçalarını  istehsal 



mərkəzi  kimi  tanınmışdır.  Əsrlər  boyu  yüksək  keyfiyyətli  xalça  istehsalı  mərkəzi 

olan Gəncədə xüsusi xalça emalatxanaları olmuşdur. Gəncə xalça məktəbinə "Gəncə 

xalçası",  "Qədim  Gəncə  xalçası",  "Gölkənd  xalçası",  "Fəxralı  xalçası",  "Çaykənd 

xalçası",  "Çaylı  xalçası",  "Şadılı  xalçası",  "Çıraqlı  xalçası",  "Samux  xalçası"  və  s. 

kompozisiyalar  daxildir.  Gəncə  qrupuna  daxil  olan  "Fəxralı"  namazlıq  xalçası  öz 

yüksək  bədii  xüsusiyyətinə,  toxunuşuna  görə  digər  xalça  kompozisiyalarından 

fərqlənir. 

Qazax  xalçaçılıq  məktəbinə  Qazax,  Gürcüstan  ərazisindəki  azərbaycanlılar 

yaşayan  Borçalı  və  1988-ci  ilə  qədər  azərbaycanlıların  tarixi  yaşayış  məskəni  olan 

Ermənistan  ərazisində  Göyçə  xalçaçılıq  mərkəzləri  aiddir.  Göyçə  xalçaçılıq 

mərkəzini  Bəmbak,  Ləmbalı,  cevan,  Qaraqoyunlu  və  Göyçə  gölü  (indiki  Sevan) 

ə

trafındakı  ərazi  əhatə  edir.  Borçalı  xalça  mərkəzini  –  Borçalı,  Qarayazı,  Qaraçöp, 



Qaçağan  xalça  məntəqələri  əhatə  edir.  Qazax  qrupuna,  "Şıxlı  xalçası",  "Borçalı 

xalçası",  "Qaymaqlı  xalçası",  "Qaraqoyunlu  xalçası",  "Qarayazı  xalçası",  "Qaraçöp 

xalçası",  "Qaçağan  xalçası",  "Dağkəsəmən  xalçası",  "Dəmirçilər  xalçası",  "Kəmərli 

xalçaları", "Göyçəli xalçaları", "Salahlı xalçaları" və s. çeşnili xalçalar daxildir.  

Qarabağ  xalçalarının  33  kompozisiyası  mövcuddur.  Yerli  qoyun  növlərinin 

yununun  xüsusiyyətlərinə  görə  Qarabağ  xalçaları  sıx  hündür  və  yumşaq  xova 

malikdir.  Qarabağ  xalçaları  həyat  eşqi  və  parlaq  koloriti  ilə  seçilirlər.  Onlar  dörd 

qrupa  bölünürlər:  medalyonsuz,  medalyonlu,  namazlıqlar  və  süjetli.  Azərbaycanın 

cənub-qərbində  yerləşən  Qarabağ  xalça  məktəbi  iki  regionda  –  dağlıq  və  aran 

zonalarında  inkişaf  etmişdir.  "Aran  xalçası",  "Bağçadagüllər  xalçası",  "Balıq 

xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", 

"Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış 

xalçası",  "Lampa  xalçası",  "Malıbəyli  xalçası",  "Xanqərvənd  xalçası",  "Xanlıq 

xalçası",  "Xantirmə  xalçası",  "Çələbi  xalçası",  "Şabalıdbuta  xalçası",  və  s.  çeşnili 

xalça  kompozisiyaları  Qarabağ  xalçaçılıq  məktəbinin  klassik  nümunələrindəndir. 

Qarabağda  evlərin  interyerlərinə  uyğunlaşdırılmış  5  xalçadan  ibarət  dəst  xalı  – 

gəbələr geniş yayılmışdır. 


  

23

XVIII  əsrdə  Qarabağ  xalçaçılıq  məktəbi  Şuşada  cəmlənmişdir.  XVIII  əsrdə 



Ş

uşada klassik çeşnili xalçalarla yanaşı, yeni xalça kompozisiyaları – "Bağçadagüllər 

xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s. çeşnilər toxunurdu. Qarabağ 

xalçalarının rəng – boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin 

bütün  rənglərinin  ən  zərif  çalarlarını  özündə  əks  etdirir.  Qədim  dövrlərdən 

Azərbaycan xalçalarının ara sahə  yerliyi  ənənəvi olaraq qırmızı  rəngdə işlənmişdir. 

Müxtəlif  bitkilərlə  yanaşı,  orta  əsrlərdən  burada  rənglər  müxtəlif  növ  həşaratlardan 

da  alınmışdı.  Onların  içərisində  qırmızı  rəng  almaq  üçün  ən  geniş  yayılmışı 

koşenildir.  Xalq  arasında  ona  –  "qırmız  böcəyi",  "qurd  qırmız",  "palıd  cücüsü" 

deyilirdi. Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına 

görə  bənzərsizdir.  Bu  xalçalar  üfuqi  simmetriya  prinsipi  üzrə  mövzunu  dekorativ 

cəhətdən  mənimsənilməsinin  əsl  xalq  manerasında  qurulmuşdur.  Əvvəllər  Qarabağ 

xalçalarında  gözəl  rəsmlərlə  yanaşı,  ovçuluq  süjeti  əsaslıq  təşkil  edirdisə,sonralar 

xalçaçılığın  ovçuluq  süjetinə  marağın  azaldığı  aydın  görünür.  Onlarda  dinamik  ov 

səhnələri  demək  olar  ki,  yoxdur,  ovçuluğun  ancaq  atributları,  simvolları 

göstərilmişdi.  Sonralar  həmin  proses  getdikcə  dərinləşir  və  XX  əsrin  ilk  rübündə 

ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerinin bir – birilə ancaq kompozisiya 

baxımından əlaqəli heyvan təsvirlərinə verir."Şəddə" tipli xalçaların xovlu xalçalara 

təsiri  məhz  bununla  izah  edilir.  Qədim  xovsuz  "Şəddə"  xalçaları  kompozisiya 

cəhətdən ibtidai,üfuqi simmetriyanın prinsipi üzrə qurulur və birtipli adam və heyvan 

fiqurları paralel bölgüdə təkrar edilir. Bitkin ovçuluq motivlərinə marağı itirən xovlu 

xalça ustaları həmin bədii prinsipdən istifadə edirlər.  

 Təbriz  xalçaçılıq  məktəbi  Azərbaycanın  ən  qədim  və  məşhur  xalçaçılıq 

məktəbidir.  Öz  kompozisiya  tələbatına  süjetlərin  təfsirinə,  parçanın  koloritinə  və 

texnologiyasına  görə  Cənubi  Azərbaycan  xalçaları  XVI  əsrdə  Təbriz  məktəbinin 

yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin 

inkişafına  dəlalət  edir.  Bu  xalçalarda  klassik  dövrün  miniatür  rəngkarlığının  təsiri 

hələ  də  duyulur.  Lakin  əvvəlki  üsullardan  uzaqlaşma  nəzərə  çarpır.  Süjetlər  sanki 

ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal 

ünsürlərinə  çevrilir,  artıq  rəvayət  xarakterli  və  hadisələrin  mənasını  açıb  göstərən 



  

24

motivlər  kimi  başa  düşülmür.  Bir  qayda  olaraq  ovçuların  fiqurları,  ov  motivləri 



naxışlarla əvəz olunur. 

lk  XVI  əsrin  ən  erkən  nümunəsindən  başlayaraq,  keçən  əsrin  ortalarında 

toxunmuş  məmulatadək  "Dörd  fəsil"  tipli  Təbriz  xalçaları  ilin  dörd  fəslinə  dair 

mövzuların açıb göstərilməsinin vahid ideya bədii zəmininə malikdir və bu mövzular 

dəqiq bədii formalarla işlənir. Kompozisiyasına görə orta sahə ənənəyə uyğun olaraq 

dörd  hissəyə  bölünür  və  onlardan  hər  biri  ilin  bir  fəslinin  rəmzidir.  Dörd  fəslin 

mövzusu kökləri əkinçiliyə və mistik kultlara gedib çıxan rəmzləri zodiak bürclərini 

və Şərqin mifoloji obrazlarını təcəssüm etdirir.  

XVI əsrə aid edilən və hazırda Məşhəd muzeyində saxlanılan Təbriz xalçasına 

nəzar  yetirək.  Burada  ən  əvvəl  xalçanın  orta  hissəsində  dörd  hissədə  fəsillərin 

rəmzləri:  qar,  göyqurşağı,  yağış  təsvirləri,  mərkəzdə  medalyon  nəzərə  çarpır. 

Medalyonda  çox  güman  Təhmasib  şahın  babası  mam  Rzanın  məqbərəsinin 

minarələri  bir  sıra  dini  abidələr  və  motivlər  əks  olunmuşdur.  Təbriz  xalçalarının 

ə

nənəvi  əlamətlərindən  biri  xalçalardan  Azərbaycan  memarlığının  Göy 



Məscid,"Ucaytu  Sultaniyyə"  kimi  abidələrin  təsvir  olunmasıdır.  Həmin  şəhər 

dekorativ-tətbiqi  sənətin  zəngin  ənənələrinin  inkişafında  mühüm  rol  oynamışdır. 

Təbriz  xalçaçılıq  sənətinin  çiçəklənmə  dövrü  XII  –  XVI  əsrlərə  aiddir.  Təbriz 

məktəbinin XVI əsr klassik və ya qızıl dövrünün 200–ə qədər şah əsərləri miniatür 

rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların 

yüksək  ustalığı  ilə  səciyyələnir.  Təbriz  xalçaçılıq  məktəbinin  "Bağ-behişt  xalçası", 

"Bağ-meşə  xalçası",  "Balıq  xalçası",  "Buta  xalçası",  "Dərviş  xalçası",  "Kətəbəli 

xalçası",  "Gördəst  xalçası",  "Göllü–guşəli  xalçası",  "Güldanlı  xalçası",  "Leyli  və 

Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçaları", "Nəcaqlı 

xalçası",  "Sərvistan  xalçası",  "Sərdari  xalçası",  "Səhənd  xalçası",  "Silsiləvi  ləçək 

xalçası",  "Fərhad  və  Şirin  xalçası",  "Xəyyam  xalçası",  "Xətai  xalçası",  "Həddad 

xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları da məşhurdur. 

Bakı  xalçaları  parçlarının  yumşaqlığı,  intensiv  rəngləri,  yüksək  rəssamlıq 

zövqü  və  işlənmənin  füsunkarlığı  ilə  fərqlənir.  Bu  məktəbdə  10  kompozisiya 

cəmlənib.  Xalçanın  kompozisiyasında  medalyonlara  tez–tez  rast  gəlinir.  Onlar 


  

25

müxtəlif motivlərlə, adətən həndəsi emaldan sonra ilkin obyekti ilə oxşarlığını itirmiş 



bitkilərin  üslublaşdırılmış  təsvirləriylə  doldurulur.  Xalçaların  bəzəklərində  həndəsi 

formalı  göllər,  əyri  xətli  nəbati  elementlər  üstünlük  təşkil  edir.  Bakı  qrupuna  aid 

xalçaların rəng koloritində ara sahə yerliyi üçün, əsasən tünd göy, nadir hallarda isə 

qırmızı və sarı rənglərdən istifadə edilir. Bu xalçaların əksəriyyəti toxunduğu kəndin 

adını  daşıyır.  Bakı  qrupuna  "Xilə–buta  xalçaları",  "Xilə–əfşan  xalçaları",  "Novxanı 

xalçaları",  "Suraxanı  xalçaları",  "Qala  xalçaları",  "Bakı  xalçaları",  "Görədil 

xalçaları",  "Fatmayı  xalçaları",  "Fındığan  xalçaları",  "Qədi  xalçaları"  və  s.  çeşnilər 

daxildir.  

XVIII əsrdə toxunmuş belə xalçaların bəzi nümunələri hal-hazırda  stanbulun 

"Türk  və  slam  eserləri  muzesi"  muzeyində  saxlanılır.  Bakı  xalçasının  göl  yeri 

adətən,  sürməyi  rəngdə  olur.  Təsadüfi  hallarda  qırmızı  və  ağ  rəngli  yerliyi  olan 

xalçalara da rast gəlinir. Kənar haşiyələrinin rəngi xalçanın ümumi görkəminə uyğun 

olaraq dəyişir. Bakı xalçalarının orta sahəsinin kompozisiyası şaquli oxda bir-birinin 

ardınca  yerləşmiş  böyük  dördbucaqlı göllər  təşkil  edir.  XVIII əsrin sonlarına  qədər 

bu  xalçanın  orta  sahəsində  dörd  və  ya  beş  göl  yerləşirdi.  Bu  xalçalar  Bakı  xalçası 

adını aldıqdan sonra isə onun orta sahə kompozisiyasında dəyişiklər baş verdi. Belə 

ki, göllər cütləşdi. "Quyu çarxı", "Kərtənkələ", "Ərsin" və ya "Kürək" kimi naxışlarla 

göllərin  üzü  bəzədilmişdir.  Göllərin  ətraflarına  isə  digər  doldurucu  naxışlar 

vurulmuşdur.  Bakı  xalçalarının  ara  sahəsi  ara  haşiyədən,  bir  zəncirədən  və  dörd 

mədahildən  ibarət  olan  enli  köbə  zolağı  ilə  dövrələnmişdir.  Ara  haşiyənin  əsas 

elementi  "şamdan"dır.  "Şamdan"  təsvirləri  növbə  ilə  müxtəlif  tərəflərə 

yönəldilmişdir.  

 

 

 



 

 

 


1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə