Microsoft Word rustamli konul docx



Yüklə 489,76 Kb.
Pdf görüntüsü
səhifə39/42
tarix25.12.2016
ölçüsü489,76 Kb.
#2901
1   ...   34   35   36   37   38   39   40   41   42
 

 

 

 

 

 

 


 

72 


NƏT CƏ VƏ TƏKL FLƏ

 

1.



  Tibbi sferada cari normativ xərclər qüvvədə olan texnoloji şərtlərdən , 

qiymət və tariflərdən aslı olaraq hesablanır və daima müvafiq dəyişikliklər haqda 

informasiyalar üzrə düzəlişlərə məruz qalır. Onları əldə etmək üçün baza normativ 

xərclərində düzəlişlər aparılmaldır. Bu normativ xərclərin idarəetmə uçotunun 

təşkilinin ən yaxşı formasıdır və mümkün faktiki xərclərin daxil  edilməsi hesabına 

modifikasiya oluna bilər; 

2.

  Tibbi sferada maya dəyərinin və dövrün xərclərinə bölünməsi mənfəət 



mərkəzləri üzrə planlaşdırma və nəticələrə qiymət verilməsi zamanı idarəetmə 

uçotunun səmərəli metodu sayılır. Tibbi xidmətin maya dəyərinin tərkibi və yaxud 

tibbi avadanlıqların alış dəyərini təşkil edən xərclər uçotda və ölanlamada idarəetmə və 

kommersiya xərclərinə ayrılır. Məlumdur ki, dövr ərzində xərclərin bölüşdürülməsi 

üzrə hər hansı bir hesablama metodları etibarlı nəticə verə bilmir. 

3.

  Tədqiqat göstərir ki, son dövrlərdə uçot sahəsində aparılmış əsaslı 



dəyişikliklər demək olar ki, tibbi xidmət məsrəflərinin uçot sahəsinə əsaslə surətdə 

toxunmamışdır. Tibb sahəsində məsrəflərinin uçotunun və bölüşdürüləsinin hazırda 

tətbiq olunan qaydaları keçmiş sovet sistemində tətbiq edilən qayda və metodlardan az 

fərqlənir. Bütün bunların nəticəsində maya dəyərinin hesblanmasında təhriflərə və 

uyğunsuzluqra yol verilir, xidmətin göstərilməsindən alınana nəticələr vaxtında və 

opertaiv qaydada müəyyənləşdirilə bilmir; 

4.

  Tibbi xidmətdə uçotun təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də 



idarəetmə uçotunun təşkil edilməsidir. Bu nöqtəyi nəzərdən qərb ölkələrində tətbiq 

edilən "direkt - kostinq" sisteminin respublikamızda uçot praktikasında istifadə 

edilməsi mümkündür. "Direkt - kostinq" sistemi xərclərinin uçotun dəyişən və dimi 

xərcləri əlamətləri üzrə aparılması prinsipinə əsaslanır. Uçotun bu qaydada aparılması 

zamanı xidmətin maya dəyərinə yalnız dəyişən xərclər , yəni ki müstəqim və dəyişən 

qeyri müstğqim xərclər daxil edilir. Göstərilən sistemin tətbiqi normallaşdırılmanı, 

planlaşdırmanı, uçot və nəzarəti sadələşdirməyə, xərc maddələrinin sayını kəskin 



 

73 


şə

kildə azaltmağa imkan verir, maya dəyərini daha dəqiq və aydın görməyə şərait 

yaradır, ayrı - ayrı xərclər üzrərində nəzarəti yüngülləşdirir. 

5.

  Fikrimizcə bəzi xərclərin, məsələn kadrlrın hazırlanması və yenidən 



hazırlanması, onların ixitsasının artırılması ilə əlaqədar xərclər; informasiya məsləhət 

xarakterli xidmətlər üzrə ödənişlərin və s. xidmətin maya dəyərinə daxil edilməsi real 

deyil. Belə xərclərin birbaşa müəssisənin sərəncamında qalan mənfəət hesabına aid 

edilməsi daha məqsədəuyğundur. 

6.

  Tibb sahəsinin bazar münasibətləri şəraitində təşəkkül tapması və bu 



ə

sasda  tibbi xidmətlərin maya dəyərinin kommersiya sirri olması uçotun daha 

mütərəqqi  formalarını tətbiq edir. 

7.

  Tibbi xidmət müəssələrində üstəlik xərclər müxtəlif tibbi əməliyyatlar 



arasında tibb işçilərinin əmək  haqqlarına mütənasib qaydada bölüşdürülür. Bu üsulun 

müsbət cəhətləri ilə yanaşı müəyyən çatışmazlıqları da mövcud ədəbiyyatlarda ətraflı 

şə

rh olunub. Bu məqsədlə xərclərin bölüşdürülməsinin milli standartların tələbləri 



ə

sasında aparılması məqsədəuyğundur. 

8.

  Hazırda qüvvədə olan hesabat formasında  xərclərin hərtərəfli obyektiv 



qaydada araşdırılması üçün zəruri sayılan göstəricilər son dərəcə azdır. Bu çatışmazlığı 

aradan qaldırmaq üçün həmin hesabat formalarda tibbi xidmətin xüsusi nəzərə alan 

göstəricilərin əlavə edilməsi daha səmərəlidir. 

9.

  Hazırda qüvvədə yeni hesablar planınında  xidmətlərin stışının maya 



dəyərini müəyyənləşdirmək üçün yalnız 701 nömrəli "Satışın maya dəyəri" adlı 

sintetik hesab nəzərdə tutulmuşdur. Bu hesab kifayət qədər ümumi xarakter daşıdığı 

üçün konkret xidmət növlərinin maya dəyərini dəqiqləşdirmək çətindir. Bu sahədə 

mövcud sənəd blankları da kifayət qədər konkret deyildir. Deyilənləri nəzərə alaraq, 

həm mövcud hesablar planında , həm də tibbi xidmətlərin uçotunu əks etdirən ilk 

sənədlərdə müvafiq dəyişikliklər aparılması məqsədəuyğundur. 

 

 


Yüklə 489,76 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin