Azərbaycan Qaraqoyunlu Dövləti


Şimali Azərbaycanın işğalının başa çatması



Yüklə 18,67 Kb.
səhifə2/3
tarix17.05.2023
ölçüsü18,67 Kb.
#114902
1   2   3
Qaraqoyunlu

Şimali Azərbaycanın işğalının başa çatması. Gülüstan müqa­viləsini imzalamağa məcbur olan İran Azərbaycan torpaqlarının bir hissəsinin itirilməsi ilə barışa bilmir və Rusiya ilə yeni müharibəyə hazırlaşırdı. Rusiyanın Qafqazda möhkəm­lənməsindən narahat olan İngiltərə hər vasitə ilə İrana kömək edirdi. 1814-cü ildə noyabrın15-də Tehranda İranla İngiltərə arasında Rusiyaya qarşı müqavilə imzalandı. Müqavi­ləyə görə, İngiltərə İran ordusunun yenidən qurulmasında, onun dövrün müasir silahları ilə təchiz olunmasında böyük rol oynadı. İngilis diplomatiyası qarşısında duran vəzifələrdən biri də İranla Osmanlı dövlətini barışdırmaq, onlar arasında ixtilafları aradan qaldırmaq, on­ların qüvvələrini vahid cəbhədə Rusiyaya qarşı yönəltməyə nail olmaq idi. 1823-cü ildə nəhayət, İngil­tərənin vasitəçiliyi ilə İranla Osmanlı dövləti arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalandı.
Rusiya Şimali Qafqazda dağlı xalqları ilə amansız müharibə aparırdı və belə bir şəraitdə yenidən İranla müharibənin başlanması arzuolunmaz idi. Bu səbəbdən, Rusiya İranla münasibətlərdə ehtiyatlı davranır, yaranan ərazi, sərhəd məsələlərini danışıqlar vasitəsi ilə həll etməyə çalışırdı. İran isə Rusiyaya qarşı müharibəyə başlamaq üçün müna­sib vaxt gözləyirdi. 1826-cı ilin əvvəllərində İran hökuməti hesab etdi ki, Rusiyanın işğal etdiyi Cənubi Qafqaz torpaqlarının Rusiyadan geri alınması üçün tarixi şərait yaranmışdır. Belə ki, 1825-ci ilin noyabrında çar I Aleksandr vəfat etdi. Onun əvəzinə taxt-taca qardaşı Mixail gəlməli idi. Lakin Mixail taxtdan imtina etdi. Beləliklə, Rusiyada siyasi böhran yarandı. Uzun müzakirələrdən sonra Aleksandrın kiçik qardaşı, gənc Nikolay çar titulunu qəbul etməyə razılıq verdi. I Niko­layın andiçmə günü – 14 dekabr tarixində bir qrup liberal düşüncəli zabitlər Peterburqda üsyan qaldırdılar. Onların məqsədi çara təzyiq etmək və konstitusiya haqqında fərmanı imzalatmaq idi. Peterburqla yanaşı, Ukraynanın Çerniqov şəhərindəki hərbi hissələrdə də zabitlərin qiyamı başladı. Hökumət qüvvələri ilə qiyamçı alaylar arasında döyüşlər başladı. Dekabristlər üsyanı haqqında xəbər İrana 1826-cı ilin yanvarında çatdı və İran şahı hesab etdi ki, Rusiyaya qarşı müharibəyə başlamağın vaxtı yetişmişdir. İran bu müharibədə Şimali Qafqaz xalq­larını və Şimali Azərbaycan əhalisini də Rusiyaya qarşı üsyana qaldır­mağı planlaşdırırdı. Şah bu planın reallaşmasında İrana qaçmış Azərbaycan xanlarından istifadə etməyi düşünürdü. 1826-cı ilin yayına müharibəyə hazırlığı başa çatdıran İran iyulun 19-da 60 minlik qoşunla Şimali Azərbaycana daxil oldu və İkinci Rusiya - İran müharibəsi baş­ladı. İran qoşunlarına Abbas Mirzə başçılıq edirdi. İran ordusu tərkibində Cavad xanın oğlu Uğurlu xan, Bakı xanı olmuş Hüseyqulu xan və şamaxılı Mustafa xan Azərbaycana qayıtdılar. Onların qayıdış xəbəri ölkədə ruslara qarşı üsyanların başlanmasına səbəb oldu. İran qoşunları ilk olaraq Qarabağa hücum etdilər, mahallar ələ keçirilsə də, Şuşanı tutmaq mümkün olmadı. Abbas Mirzə Şuşanı 48 gün mühasirədə saxlasa da, ruslar və ermənilər tərəfindən ələ keçirilən şəhəri ala bilmədi.
Hüseyqulu xan da Bakını həm qurudan, həm də dənizdən mühasirəyə alsa da, şəhəri ələ keçirə bilmədi. Gəncədə, Şəkidə, Şir­vanda, Muğanda və Lənkəranda isə İran qoşunları uğur qazandılar. 1826-cı il 27 iyun tarixdə Gəncə üsyanı nəticəsində ruslar şəhərdən qovuldu. Uğurlu xan şəhəri ələ keçirdi. Şəkidə Səlim xanın oğlu Hüseyn xan, Şamaxıda Mustafa xan, Salyanda, Qızılağacda, Lənkəranda isə Mirhəsən xanın hakimiyyəti bərqərar oldu. Məğlubiyyətə uğrayan rus qoşunlarının qalıqları general Yermolovun komandanlığı ilə Gəncə - Tiflis istiqa­mətində cəmləşdirildi. İranlılarla döyüş ərəfəsində Yermolov vəzifə­sindən azad edildi. Qafqazdakı rus qoşunlarının baş komandanı İ.Paskeviç təyin olundu. 1826-cı ilin sentyabrın 3-də Şəmkir yaxın­lığında baş verən döyüşdə ruslar qələbə çaldılar. Rusların qələbəsi Abbas Mirzəni məcbur etdi ki, Şuşanın mühasirəsindən əl çəkib Gəncə istiqamətində hərəkətə başlasın. 1826-cı ilin sentyabrın 4-də ruslar Gən­cəni ələ keçirdilər. Sentyabrın 13-də Gəncə ətrafında ruslarla iran­lılar arasında şiddətli döyüş oldu və döyüş İran ordusunun darmadağın edilməsi ilə başa çatdı. Gəncə uğrunda gedən döyüşlər, əslində, İkinci Rusiya-İran mühari­bəsinin müqəddəratını həll etmiş oldu. Qoşun sərkərdələrinin bacarıqsızlığı ucbatından İran qoşunları dalbadal Şəkidə, Şirvanda, Salyanda uğursuzluğa düçar olaraq Arazdan cənuba qaçmağa məcbur oldu.

Yüklə 18,67 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin