AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu


 CƏNUBĠ QAFQAZDA ALMAN MƏSKUNLAġMASININ



Yüklə 1.4 Mb.
Pdf просмотр
səhifə9/17
tarix13.06.2017
ölçüsü1.4 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 
2.2. CƏNUBĠ QAFQAZDA ALMAN MƏSKUNLAġMASININ 
GENĠġLƏNMƏSĠ VƏ ONUN XÜSUSĠYYƏTLƏRĠ 
 
XIX əsrin II yarısı - XX əsrin əvvəllərində Şimali Qafqazdan fərqli olaraq, 
Cənubi Qafqaza əcnəbi miqrantların axını müşahidə olunmurdu. Bunun əsas səbəbi 
onunla  izah  olunur  ki,  Şimali  Qafqaza  nisbətən  Cənubi  Qafqazda  əhali  sıxlığı 
mövcud  idi  və  region  əhalisi  torpaq  çatışmazlığından  əziyyət  çəkirdi.  Bundan 
savayı,  çar  hökuməti  dairələrində  tez-tez  Cənubi  Qafqazda  aparılan  miqrasiya 
siyasəti tənqid hədəfinə çevrilir, bu regionda əcnəbilərin deyil, rus, slavyan mənşəli 
əhalinin  yerləşdirilməsinə  daha  çox  diqqət  yetirilməsi  tələb  olunurdu.  1870-80-ci 
illərdən  başlayan  «antialman»  əhvali-ruhiyyəsi,  ilk  növbədə  sərhədyanı 
quberniyalarda  yaşayan  alman  əhalisinə  qarşı  yönəlmişdi  və  bu  baxımdan  çar 
hökuməti Cənubi Qafqaz quberniyalarında əlavə alman əhalisinin yerləşdirilməsinə 
mənfi yanaşırdı. 
Çarizmin  XIX  əsrin  əvvəllərindən  apardığı  xristianlaşma  siyasəti  və  bu 
məqsədlə yüz minlərlə erməni əhalisinin Cənubi Qafqazda yerləşdirilməsi heç bir 
nəticə  vermədi.  Əksinə,  XIX  əsrin  80-ci  illərindən  Osmanlı  imperiyasında  siyasi 
fəallığını artıran erməni kütlələri tezliklə terror və separatizm mövqeyinə keçdilər 
və  onlar,  nəinki  Osmanlı  dövlətinin,  həmçinin  Rusiyanın  dövlət  təhlükəsizliyinə 
qarşı  yönələn  qüvvə  kimi  çıxış  edirdilər.  Bütün  bunların  fonunda  Rusiya 
dövlətçiliyi mövqeyində dayanan məmurlar, publisistlər, tarixçilər və sair qəbildən 
olan şəxslər Cənubi Qafqazda rus elementinin güclənməsinə yönələn məskunlaşma 
siyasətinin aparılmasının zəruriliyi haqqında fikirlər söyləyirdilər. Çar hökumətinin 
Cənubi Qafqazda apardığı ruslaşdırma siyasətinin nəticələri özünü çox gözlətmədi. 
XIX  əsrin  II  yarısı  —  XX  əsrin  əvvəllərində  Cənubi  Qafqazda  slavyan 
mənşəli xalqlara məxsus 200-ə yaxın kənd meydana gəldi
104


124 
 
XIX əsrin II yarısında Cənubi Qafqaza xaricdən alman mühacirlərinin axını, 
demək olar ki, kəsildi. Bu onunla izah olunur ki, Cənubi  Qafqaz Rusiyanın başqa 
regionlarından  fərqli  olaraq,  torpaq  ehtiyatları  nöqteyi-nəzərindən  geniş 
məskunlaşma  potensialına  malik  deyildi.  XIX  əsrin  II  yarısından  başlayaraq 
almanların məskunlaşması daha çox Şimali Qafqazı, Qərbi Ukrayna, Ural və Sibir 
ərazilərini  əhatə  etmişdi.  Bununla  yanaşı,  Cənubi  Qafqazda  yeni  alman 
koloniyalarının  yaranma prosesi davam edirdi  və  bu daha  çox artıq  mövcud olan 
koloniyaların  daxili  rezervləri  hesabına  gedirdi.  Koloniyalarda  əhalinin  sayının 
artması,  torpaq  qıtlığının  yaranması  koloniya  rəhbərliyini  məcbur  edirdi  ki, 
problemin həlli üçün əlavə rezervlər axtarsın. Koloniyalarda mövcud olan ümumi 
xəzinənin  vəsaitləri  hesabına  yeni  torpaq  sahələri  əldə  edilir  və  bu  torpaqlarda 
köhnə  koloniyaların  əhalisi  hesabına  yeni  koloniyalar  yaradılırdı.  Tarixşünaslıqda 
bu  cür  koloniyalar  «törəmə»  və  yaxud  «qız»  («doçernie»  koloni)  koloniyalar 
adlandırılmışdı. Azərbaycanda «törəmə» koloniyaların yaranma prosesi XIX əsrin 
80-ci illərinin ortalarından başladı. 
Azərbaycan ərazisində yaranan ilk «törəmə» koloniyanın əsası 1888-ci ildə 
Yelenendorf kolonistləri tərəfindən qoyuldu. Hələ 1866-cı ildə dövlət yerli bəylərə 
məxsus olan və «Seyfəli bağları» adlı ərazinin bir hissəsini öz hesabına əldə edərək 
Yelenendorf koloniyasına vermişdi. 
1888-ci  ildə  1750  des.  1200  kv.  sajen  əraziyə  malik  olan  bu  torpaqlarda 
Yelenendorf koloniyasından 90 aztorpaqlı və torpaqsız alman ailəsi köçürülürdü və 
yeni  Georqsfeld  adlı  koloniya  meydana  gəldi
105
.  «Törəmə»  koloniyaların 
yaranması  prosesi  sonrakı  illərdə  də  davam  etmişdi.  Belə  ki,  1902-ci  ildə 
Alekseyevka
106
, 1905-ci ildə Qryünfeld
107
, 1907-ci ildə Ayqenfeld
108
, 1912-ci ildə 
Traubenfeld
109
  koloniyaları  yarandı.  Azərbaycan  ərazisində  sonuncu  «törəmə» 
koloniya  1914-cü  ildə  indiki  Ağstafa  rayonu  ərazisində  yaradılan  Yelizavetinka 
koloniyası  olmuşdur
110
.  Qeyd  edək  ki,  bu  koloniyalar  indiki  Azərbaycanın  qərb 
rayonlarında  Tovuz,  Ağstafa,  Qazax,  Şəmkir  rayonları  ərazisində  yaradılmışdılar 
və  onların  yaradılmasında,  əsasən  1819-cu  ildən  bu  regionda  mövcud  olmuş  iki 
koloniya  —  Yelenendorf  və    Annenfeld      koloniyalarının    sakinləri    iştirak   
etmişlər.
 
Məsələn,    Georqsfeld,  Alekseyevka,  Qrünfeld,  Traubenfeld  «törəmə» 
koloniyaları Yelenendorf kolonistləri tərəfindən 1907-ci  ildə  Şəmkir  rayonunun  
indiki    İrmaşlı    kəndində  əsası  qoyulan  Ayqenfeld  isə  Annenfeld  kolonistləri 
tərəfindən    yaradılmışdılar.    Yelizavetinka    koloniyasının    yaradılmasında    həm 
Azərbaycan,  həm  də  Gürcüstan    ərazisində  mövcud  olan  «ana»  koloniyaların 
sakinləri iştirak etmişlər. 
Beləliklə,  XX  əsrin  əvvəllərində  daxili  miqrasiya  hesabına  Azərbaycan 
ərazisində alman koloniyalarının sayı 8-ə çatdı. Bu koloniyalarda 9 min 971 nəfər 
alman əhalisi yaşayırdı
111

Gürcüstan  ərazisində  yaranan  ilk  «törəmə»  koloniya  Aleksandersqilf 
koloniyası  olmuşdur  ki,  onun  əsası  1857-ci  ildə  qoyulmuşdur.  Qafqazın  canişini 

125 
 
olmuş  Aleksandr  Baryatinskinin  şərəfinə  adlandırılan  bu  koloniyanın  əsasını 
Yelizavettal  kolonistləri  qoymuşlar.  Arxiv  sənədlərindən  göründüyü  kimi, 
Yelizavettal koloniyasının sakinləri XIX əsrin 40-cı illərində torpaq sarıdan əziyyət 
çəkirdilər  və  bu  məsələ  ilə  bağlı  dəfələrlə  rəsmi  dövlət  orqanlarına  müraciət 
etmişdilər
112
.  Dövlət  Əmlak  Ekspedisiyası  Yelizavettal  koloniyasının  torpaqla 
təchizatı  məsələsini  araşdırdıqdan  sonra  Qafqaz  canişininə  hesabat  təqdim  etdi. 
Hesabatda  koloniyada  hər  kolonist  ailəsinə  düşən  torpaq  sahəsinin  qanunla  qəbul 
edilmiş  35  desyatindən  aşağı  olduğu  göstərilirdi
113
.  Canişinin  göstərişi  ilə 
Yelizavettal  koloniyasının  38  aztorpaqlı  ailəsi  üçün  Salka  adlı  ərazidə  1330 
desyatində  əkinəyararlı  torpaq  sahəsi  ayrıldı.  Yelizavettal  kolonistlərinin  yeni 
koloniyaya — Aleksandersqilfə köçməsi prosesi 1862-ci ildə tam başa çatdı
114

1850-ci  ildə  Tiflisdən  19  verstlik  bir  məsafədə  yerləşən  Loçino  adlı  yerə 
Stavropol  quberniyasından  9  alman  ailəsinin
 
köçməsi  nəticəsində  kiçik  bir 
koloniya  yarandı.  Lakin  bu  koloniya  uzun  müddət  mövcud  olmadı:  yeni  iqlim 
şəraitinə  uyğunlaşa  bilməyən  kolonistlər  1854-cü  ildə  geri—  əvvəl  yaşadıqları 
Yohannesdorf koloniyasına qayıtdılar
115

1818-ci  ildə  Kuki  qəsəbəsi  yaxınlığında  yaranmış  Tiflis  koloniyası  şəhər 
böyüdükcə  onun  aqlomerasiyasına  çevrildi  və  1852-ci  ildə  Tiflis  şəhərinə  aid 
edildi.  1861-ci  ildən  Tiflisdə  yaşayan  bütün  kolonistlərin  ixtiyarında  olan  torpaq 
sahələri şəxsi mülkiyyət kimi tanındı
116

Azərbaycanla  müqayisədə  Gürcüstanda  «törəmə»  koloniyaların  yaranması 
prosesi o qədər də geniş vüsət almamışdır və fikrimizcə, bu onunla izah olunur ki, 
Gürcüstanda  boş  torpaq  sahələri  o  qədər  də  çox  deyildi.  XIX  əsrin  sonu  —  XX 
əsrin  əvvəllərində  Tiflisdən  cənuba,  Kür  çayının  sağ  və  sol  sahillərində  yaranan 
Traubenberq  və  Qrüntal  koloniyalarını  nəzərə  almasaq,  baxdığımız  dövrdə 
Gürcüstanda  yeni  koloniyalar  meydana  gəlməmişdir.  Bunun  səbəblərindən  biri 
yuxarıda  qeyd  etdiyimiz  kimi,  boş  torpaq  sahələrinin  qıtlığı  idisə,  digər  tərəfdən 
başda  gürcü  pravoslav  kilsəsi  olmaqla,  din  xadimlərinin,  kəndlilərin  çarizmin 
məskunlaşdırma siyasətinə qarşı etiraz çıxışları olmuşdur. 
Əslində  Azərbaycan  kəndliləri  də  torpaq  çatışmazlığından  əziyyət 
çəkirdilər.  Lakin  çar  hökuməti  buna  məhəl  qoymayaraq  alman  koloniyalarında 
yaranan  torpaq  çatışmazlığı  məsələsini  azərbaycanlı  kəndlilərin  hesabına  həll 
edirdi.  Tarixi  mənbələrdən  göründüyü  kimi,  Azərbaycan  ərazisində  yaranan 
«törəmə» koloniyaların hamısı Azərbaycan kəndlilərinin məskunlaşdığı ərazilərdə 
salınmışdılar
117
.  Qeyd  edək  ki,  həm  Azərbaycanda,  həm  də  Gürcüstanda  yaranan 
«törəmə»  koloniyalar  «Qafqaz  diyarının  kolonistləri  haqqında  Qaydalara»  görə 
deyil,  «Zaqafqaziya  diyarında  kəndlərin  ictimai  idarəedilməsi  haqqında 
Əsasnamə»yə  görə  idarə  olunurdular. Yəni,  rəsmi şəkildə  yeni  yaranan  «törəmə» 
koloniyalar  «koloniya»  statusu  almamışdılar
118
,  ancaq  buna  baxmayaraq,  köhnə 
koloniyalarda  mövcud  olan  sosial  münasibətlər,  bütün  qayda-qanunlar  yeni 
koloniyaların daxili həyatına transformasiya olunmuşdu. 

126 
 
Baxdığımız  dövrdə  Abxaziya  ərazisində  yaradılan  bir  neçə  alman 
koloniyasını çıxmaq şərtilə Cənubi Qafqazda gəlmə alman əhalisi hesabına heç bir 
yeni  koloniya  yaradılmamışdı.  1870-1913-cü  illərdə  Cənubi  Qafqazda  əcnəbilərin 
ən  çox  məskunlaşdığı  region  Abxaziya  ərazisi  olmuşdu.  Çar  hökumətinin  bu 
bölgəyə diqqətinin artması bir sıra siyasi səbəblərlə bağlı idi. 
Yuxarıda  qeyd  etmişdik  ki,  Abxaziya  knyazlığı  1810-cu  ildə  Rusiya 
imperiyasının tərkibinə qatılmışdı. Coğrafi mövqeyinə görə Abxaziya əhalisi uzun 
müddət  xarici  təsirlərdən  kənarda  qalmışdı  və  bu  səbəbdən  Abxaziyanın  sosial-
iqtisadi həyatında hələ də ibtidai-icma quruluşuna xas olan qaydalar hökm sürürdü. 
Təsərrüfatın  natural  xarakteri  və  əhalinin  ucdantutma  savadsızlığı  buraya  gələn 
səyyahları  heyrətləndirirdi.  Bu  səbəbdən  XIX  əsrin  I  yarısında  Rusiyanın 
Abxaziyada  apardığı  siyasət  yerli  əhalidə  çar  hökumətinə  qarşı  narazılıq 
yaratmadan, regionda sosial-iqtisadi, siyasi və xüsusən də mədəni tədbirlər həyata 
keçirmək,  regionu  inkişaf  səviyyəsinə  görə  ümumi  Rusiya  səviyyəsinə 
yaxınlaşdırmaqdan  ibarət  idi.  Cənubi  Qafqazın  Rusiya  tərəfindən  işğalı  zamanı 
burada  mövcud  olan  xanlıqlar,  knyazlıqlar  müəyyən  müddət  müstəqilliklərini 
saxlasalar  da,  Rusiyanın  regionda  siyasi  dayaqları  möhkəmləndikcə  onların  daxili 
müstəqilliyi  ləğv  edildi,  həm  Gürcüstan,  həm  də  tarixi  Azərbaycan  torpaqları 
Ümumimperiya idarə sisteminə qatıldılar. 
Etnik, coğrafi,  mədəni inkişaf xüsusiyyətlərini nəzərə alaraq Rusiya  yalnız 
Abxaziyanın  daxili  müstəqilliyinə  toxunmadı  və  1864-cü  ilə  qədər  Abxaziya 
muxtariyyətə  malik  knyazlıq  kimi  mövcud  olmuşdur.  Abxaziyaya  qarşı  bu  cür 
xüsusi həssaslıqla xarakterizə olunan siyasətin aparılması həm Qafqaz müharibəsi 
illərində  çar  hökumətinin  Şimali  Qafqazda  mövqelərinin  zəifliyi,  həm  də 
Abxaziyada  əhalinin  daha  çox  Tükiyəyə  meyilliliyi  ilə  əlaqəli  idi.  Abxaziyanı 
Rusiyanın  ayrılmaz  bir  hissəsinə  çevirmək  üçün  çar  hökuməti  çox  ehtiyatla 
davranırdı. Təsadüfi deyil ki, işğaldan sonra bura hərbi qüvvələrlə  bərabər dövlət 
qulluqçuları,  alimlər,  səyyahlar  göndərilirdilər  və  onların  arasında  alman  mənşəli 
alimlər əhəmiyyətli yer tuturdular. 
Alman  mənşəli  səyyahlar  Abxaziya  haqqında  qiymətli  əsərlər  yazdılar  ki, 
bu  əsərlər  müasir  Abxaziyanın  tarixinin  öyrənilməsində  böyük  əhəmiyyət  kəsb 
edir.  XIX  əsrin  I  yarısında  alman  mənşəli,  alimlər  —  coğrafiyaçı  M.  Ballas, 
aqronomlar  İ.Klinqer  və  E.İ.Ştillinq,   etnoqraf  V.Miller, A.D.Nordman,  tarixçi-
etnoqraflar  Q.İ.Radde,    N.B.Derviz,  A.A.Miller,  F.F.Tornau  və  sairləri 
Abxaziyanın kompleks şəkildə öyrənilməsində fəal iştirak etmişlər
119
. Abxaziyada 
yerləşən rus hərbi bölmələrində çoxsaylı alman mənşəli zabitlər xidmət edirdilər və 
onlar  hərbi  xidməti  yerinə  yetirməklə  yanaşı,  həm  də  Abxaziyanın  mədəni  həyatı 
üçün  qiymətli  materiallar  toplayırdılar.  Alman  mənşəli  hərbçilər  —  general 
İ.P.Anrep,  Qara  dəniz  sahil  xəttinin  rəisi  A.İ.Budberq,  Suxumi  dairəsinin  rəisi 
general  Qeyman,  zabitlər  Yogel,  Karlhof,  Q.İ.Filipson,  Ensholm  kimi  hərbçilər 
Abxaziyanın  adət-ənənələri,  tarixi,  məişəti,  əhalisi  haqqında  əhəmiyyətli  material 

127 
 
toplamışlar. Abxaziyanın Tsebelda kimi əlçatmaz rayonuna ilk ekspedisiya 1837-ci 
ildə  Qafqazın  Baş  komandanı,  milliyyətcə  alman,  baron  Q.B.Rozen  tərəfindən 
təşkil  edilmişdi
120
.  XIX əsrin  60-cı illərinə  qədər Abxaziyada  məskunlaşdırma 
siyasəti  həyata  keçirilməmişdir  və  çar  hökumətinin  müstəmləkə  siyasətinin 
daşıyıcısı  rolunu  hərbçilər  yerinə  yetirmişlər.  Onların  əsas  vəzifəsi  hökumətin 
qəbul  etdiyi  qayda-qanunları  yerli  əhali  arasında  təbliğ  etməkdən  və  onları 
imperiya tərkibində yaşayış tərzinə, dəyərlər sisteminə alışdırmaqdan ibarət idi. 
Rus  mənşəli  hərbçilərin  mərkəzə  göndərdikləri  hesabatlarda  Abxaziya 
haqqında  məlumatlar  birtərəfli  xarakter  daşıyırdı:  burada,  əsasən  abxaz 
knyazlarının özbaşınalığından, abxaz əhalisinin tənbəl, mövhumatçı, hər hansı bir 
tərəqqiyə  mənfi  münasibət  bəsləməsindən  danışılırdı.  Abxaz  xalqının 
Türkiyəmeyilli olması bu qeydlərdə xüsusi vurğulanırdı
121

Təbii ki, hərbçilərin qeydləri birtərəfli xarakter daşımaya bilməzdi: 1810-cu 
ildə  Rusiyanın  tərkibinə  qatılan  Abxaziya  öz  daxili  muxtariyyətini  saxlamağa 
müvəffəq  olmuşdu  və  bu  Rusiyanın  şovinist  ruhlu  siyasətçilərini,  o  cümlədən 
hərbçilərini qıcıqlandırmaya  bilməzdi. Çar generallarının abxaz knyazları, onların  
qurduğu  yerli  idarə  üsulu  haqqında  mənfi  rəyləri  mövcud  abxaz  muxtariyyətinin 
ləğv edilməsinə  yönəlmişdi.    Yuxarıda  göstərdiyimiz
 
faktlardan  gördük  ki,  alman 
mənşəli Rusiya hərbçiləri Abxaziyada  təkcə  müstəmləkə  siyasətinin daşıyıcıları 
kimi deyil, həm də abxaz xalqının mədəni səviyyəsinin yüksəlməsi yolunda çalışan 
şəxsiyyətlər kimi tanınmışlar. 
Alman  mənşəli  hərbçilər  Abxaziyada  sənayenin,  texniki  tərəqqinin  əhali 
arasında  populyarlaşmasında  böyük  rol  oynadılar.  Məsələn,  1845-ci  ildə 
Suxumidə,  Mrambedə,  Pitsundada  kərpic  zavodlarının  tikilməsi  alman  mənşəli 
general Budberqin adı ilə bağlı idi. O, kərpic zavodu tikmək üçün ixtisaslı kadrlar 
tapmış  və  yerli  mülk  sahiblərini  bu  əhəmiyyətli  işlə  məşğul  olmağa 
meyilləndirmişdi
122

Alman  mənşəli  alimlər,  maarifçilər  Abxaziyanın  mənəvi  mədəniyyətinin 
inkişafına  böyük  töhfə  verdilər.  Yerli  əhali  arasında  savadsızlığın  ləğv 
edilməsində,  elmi  biliklərin  yayılmasında  alman  mənşəli  alimlər,  maarifçilər, 
hərbçilər  xeyli  iş  gördülər.  Ədalət  naminə  qeyd  etməliyik  ki,  almanların 
Abxaziyada  mütərəqqi  fəaliyyəti  abxaz  xalqı  üçün  müəyyən  qazanclarla  yanaşı, 
neqativ  nəticələrə  də  gətirirdi.  Abxaz  cəmiyyətinin  mənəvi  birliyinin  əksinə 
yönələn addımlardan biri onlar arasında xristianlığın təbliğ edilməsi idi ki, bu işdə 
almanlar xüsusi fəallıq göstərirdilər. 
1860-cı ildə Tiflisdə «Qafqazda pravoslav xristianlığının bərpası cəmiyyəti» 
yarandı.  Bu  cəmiyyət  qarşısına  Qafqaz  xalqları  arasında  savadsızlığın  ləğv 
edilməsi kimi mötəbər vəzifə qoysa da islam dininə qarşı təbliğat aparır, müsəlman 
əhalisi arasında xristianlığın yayılması istiqamətində fəallıq göstərirdi. Cəmiyyətin 
təşəbbüsü ilə 1862-ci ildə xüsusi komissiya yaradılmışdı ki, bu komissiyaya alman 
Bartolomey  sədrlik  edirdi.  Tərkibinə  daha  bir  neçə  alman  və  abxaz  mənşəli 

128 
 
missionerlər  daxil  olan  bu  komissiyanın  əsas  məqsədi  Abxaziyada  xristianlığın 
yayılması üçün zəruri maddi və mənəvi şəraitin yaradılması idi
123

Bütün bu  yeniliklər  yerli  əhali tərəfindən, bəzən narazılıqla qarşılanırdı və 
xalq  çıxışlarına  səbəb  olurdu.  Abxaziya  Rusiya  imperiyasında  ən  qeyri-sabit 
regionlardan  biri  idi  və  buna  görə  burada  çoxsaylı  nizami  ordu  hissələri 
saxlanılırdı. 
Abxaziyada  ordu  kontingentinin  gücləndirilməsi,  həm  də  ənənəvi  olaraq 
müsəlman dininin daşıyıcıları olan abxaz xalqının dini, etnik, mədəni cəhətdən ona 
daha  yaxın  olan  Türkiyəyə  meyil  etməsi  ilə  bağlı  idi.  XIX  əsrin  60-cı  illərindən 
Rusiya  Abxaziyada  intensiv  məskunlaşma  siyasəti  yeritməyə  başladı.  Abxaziyaya 
qarşı daxili siyasətin dəyişdirilməsi üçün vacib olan bütün — iqtisadi, siyasi, sosial 
şərtlər yetişmişdi. Qafqaz müharibəsində qələbə çalan Rusiya dağlı xalqlarına qarşı 
sərt  siyasətə  keçdi  və  1864-cü  ildə  Abxaziyanın  muxtariyyəti  ləğv  edildi.  11 
oktyabr 1866-cı il tarixli fərmanla bütün Şimali Qafqazda və Abxaziyada hərbi — 
xalq  idarə  üsulu  bərqərar  oldu.  Əslində  bu  Abxaziyada  faktiki  olaraq  hərbi-polis 
despot  rejiminin  yaranması  demək  idi.  Çar  hökumətinin  apardığı  xristianlaşdırma 
və ruslaşdırma siyasəti abxaz əhalisini kütləvi şəkildə Türkiyəyə üz tutmağa vadar 
etdi:  XIX  əsrin  əvvəllərindən  başlayan  mühacirlik  hərəkatı  1877-ci  ildən  sonra 
kütləvi  xarakter  aldı.  Bu  1877-1878-ci  illərin  rus-türk  müharibəsi  dövründə 
Abxaziyada çarizmin müstəmləkə sisteminə qarşı başlayan xalq üsyanının məğlub 
olması  ilə  bağlı  idi.  Üsyan  rus  qoşunları  tərəfindən  amansızcasına  yatırıldı  və 
minlərlə  abxaz  ailələri  qisasdan  qorxaraq  Türkiyəyə  köçməyə  məcbur  oldular. 
Qeyd  etmək  yerinə  düşərdi  ki,  Rusiya  tarixşünaslığında  abxazların  kütləvi 
mühacirliyini  Abxaziyada  təbliğat  aparan  türk  agentlərinin  fəaliyyətinin
 
nəticəsi 
kimi qiymətləndirirlər. Əslində Abxaziyanı tərk edənlər, əsasən düzənlik ərazilərin, 
yəni hərbi baxımdan müdafiəsiz ərazilərin əhalisi idi. Onların bir qismi vətəni tərk 
etməyə  imkan  tapmadığından  knyazlığın  dağlıq,  rusların  çətinliklə  çata  biləcəyi 
rayonlarına  köçürdülər. Beləliklə, 1870-ci illərin sonuna  Abxaziyanın dənizkənarı 
bir  sıra  rayonları,  demək  olar  ki,  əhalisiz  qaldı  və  gündəmə  bu  ərazilərin 
məskunlaşdırılması məsələsi çıxdı. 
Çar  hökuməti  Abxaziya  kimi  strateji  bir  regionda  özünə  siyasi  baxımdan 
sadiq  əhalinin  yerləşdirilməsinə  üstünlük  verirdi.  Bundan  savayı,  boş  qalmış 
ərazilərdə    təsərrüfat  həyatının  canlandırılması,  Rusiyanın  daxili  bazarları  üçün 
xammal istehsalı da dövlət əhəmiyyətli məsələlərdən idi. Beləliklə, 1870-ci illərin 
sonundan başlayaraq çar hökuməti Abxaziyada çox həssaslıqla   köçürmə   siyasəti   
yeritməyə başladı.  Bu siyasətin hüquqi əsasları hələ 1870-ci illərdə qoyulmuşdu. 
Belə  ki,  1871-ci  ildə  Abxaziyada  torpaq  islahatlarının  aparılması  haqqında  
«Əsasnamə»  qəbul  edildi.  1871-ci  ildə  qəbul  edilmiş    «Suxumi  dairəsinin  abazin 
olmayan,  həmişəlik  burada  məskunlaşan  və  müvəqqəti  burada  yaşayan  sakinləri 
haqqında Qaydalar» qəbul edildi. Bu sənəd torpaq islahatı haqqında «Əsasnamə»yə 
əlavə  rolunu  oynayırdı.  «Qaydalar»a  görə  abxaz  olmayan  əhali  iki  kateqoriyaya 

129 
 
ayrılırdı. Birinci kateqoriyaya 1865-ci il yanvarın 1-dək  Rusiyada  məskunlaşmış,  
məskunlaşdıqları  vaxtdan daimi yaşayış yerini dəyişməmiş və 19 fevral 1871-ci il 
tarixədək rus təbəəliyini qəbul etmiş əhali aid idi. Onlar «həmişəlik məskunlaşmış» 
əhali  statusuna  malik  idi  və  onlara  şəxsi  mülkiyyətə  torpaq  almaq  hüququ 
verilmişdi. İkinci kateqoriyaya isə Abxaziyada 1865-ci il 01 yanvar tarixdən sonra 
məskunlaşan  və  məskunlaşma  tarixindən  asılı  olmayaraq,  rus  təbəəliyini  qəbul 
etməyən  əhali  aid  idi.  Onlara  «müvvəqəti  məskunlaşanlar»  statusu  verilmişdi  və 
onların şəxsi mülkiyyətə torpaq almaq hüquqları yox idi
124

1880-ci  illərdə  Rusiyada  başlayan  «antialman»  siyasəti  çar  hökumətinə 
köçürmə siyasətində müəyyən dəyişikliklər etməyə imkan verdi: hökumət daha çox 
slavyan  və  pravoslav  dininə  mənsub  əhalinin  yerləşdirilməsi  xəttini  götürdü. 
Bunun nəticəsidir ki, 1870-ci illərdən başlayaraq Abxaziyanın düzən ərazilərində, 
əsasən  ruslar,  moldovanlar,  yunanlar,  ermənilər,  estonlar  və  az  sayda  almanlar 
yerləşdirilməyə  başladılar.  Abxaziyada  köçkünlər  üçün  dövlət  fondundan  23600 
desyatin torpaq ayrılmışdı.  Köçkünlərə  verilən torpaq payı vərəsəlik  hüququ  üzrə 
nəsildən-nəslə  ötürülə  bilərdi.  Bununla  yanaşı,  yeni  məskunlaşan  əhali  10  il 
müddətinə bütün vergilərdən azad olunmuşdu
125

Çar hökumətinin apardığı siyasət nəticəsində Rusiya imperiyasının müxtəlif 
quberniyalarından  köçkünlər  Abxaziyaya  axışdılar.  Tarixi  mənbələrə  görə  XIX 
əsrin sonu — XX əsrin əvvəllərində Abxaziyada 20 rus, 15 yunan, 6 moldovan, 10 
erməni,  5  eston  və  3  alman  məskəni  yaranmışdı
126
.  1879-cu  ildə  yaranan  bu 
koloniyaların  3-ü  də  —  Qnadenburq,  Noydorf  və  Lindau  Suxumi  qəzasında 
yerləşirdilər.  Bir  faktı  da  qeyd  edək  ki,  yuxarıda  adı  çəkilən  etnoslardan  savayı 
Abxaziyaya  gürcü  əhalisinin  də  kortəbii  axını  başlamışdı.  Meqreliya  Svanetiya, 
Quriya və sair qonşu əyalətlərdən torpaqsız kəndlilər Abxaziyada qanunsuz olaraq 
torpaq sahələrini ələ keçirir və məskənlər yaradırdılar. 
XX əsrin əvvəllərində onların sayı 15-ə çatırdı
127
. Çar hökuməti Abxaziyada 
gürcülərin  məskunlaşdırılmasını  planlaşdırmasa  da,  pravoslav  əhalinin  burada 
qanunsuz yerləşməsinə barmaqarası baxırdı. 
Almanların  sayı  çox  deyildi.  Təəssüflər  olsun  ki,  Abxaziyada  yaşayan 
alman  kolonistlərinin  sayı  barədə  dəqiq  məlumat  yoxdur.  1992-ci  ilin  Gürcüstan-
Abxaziya müharibəsi zamanı Abxaziyanın arxivlərində bir çox mühüm sənədlər, o 
cümlədən  alman  koloniyalarına  dair  fondlar  məhv  edilmişdir.  Bu  səbəbdən, 
Abxaziyadakı  alman  koloniyalarının  tarixini  öyrənərkən,  əsasən  tarixi  ədəbiyyata 
əsaslanmalı oluruq. Yazılı mənbələri təhlil etdikdə görürük ki, alman koloniyaları 
ənənəvi  olaraq  planlı  şəkildə  salınırdı.  Əgər  gürcü,  yunan,  erməni,  moldovan 
yaşayış məntəqələri daha çox səpələnmiş, xutor şəklində mövcud idisə, rus, eston, 
o  cümlədən  alman  koloniyaları  böyük  məntəqələr  şəklində  yaradılırdılar  və  hər 
məntəqədə  ən  azı  500-600  sakin  yaşayırdı.  Ekstropolyasiya
 
metodundan  istifadə 
edərək deyə bilərik ki,  Abxaziyanın 3 alman koloniyasında 1500-2000 arası əhali 
məskunlaşmışdı.
128
 

130 
 
Yerli iqlim şəraiti alman əhalisinin məşğuliyyət formasına da təsir göstərdi. 
Kənd  təsərrüfatı  üçün  az  yararlı  olan  Suxumi  qəzasında  (almanlar  bu  qəzada 
məskunlaşdılar – İ.A.) alman əhalisi yeni bir iqtisadi sahənin — turizmin və onunla 
bağlı infrastrukturun yaradılmasına başladı. Bu işdə mənşəcə alman və çar ailəsilə 
qohumluq  əlaqəsində  olan  Prins  Qoldenburqskinin  böyük  xidmətləri  olmuşdur. 
1903-cü  ildə  o,  Abxaziyada  aristokratorlar  üçün  ilk  kurort  zonasının  əsasını 
qoydu
129
.  Getdikcə  kurortrlar  şəbəkəsi  genişləndirilir,  onlara  xidmət  göstərən 
onlarla  xırda  müəssisələr  yaradılırdı  ki,  bunların  da  çoxu  alman  iş  adamlarına 
məxsus idi. Məsələn, Suxumidə strateji cəhətdən ən vacib müəssisələrdən biri buz 
zavodunun əsasını almanlar qoymuşdur. 
Kənd  təsərrüfatı  bütövlükdə  kurort  zonalarının  təmin  edilməsinə 
istiqamətləndirilmişdi.  Çətin  iqlim  və  torpaq  şəraitində  alman  kolonistləri  yeni 
texnika,  texnologiya  tətbiq  edərək  üzümçülükdə,  tərəvəzçilikdə,  meyvəçilikdə 
yüksək məhsuldarlıq əldə edirdilər. 
Beləliklə,  nəticəyə  gələ  bilərik  XIX  əsrin  II  yarısından  başlayaraq  çar 
hökuməti  Cənubi  Qafqazda  daha  çox  slavyan  —  rus,  pravoslav  elementinin 
güclənməsində  maraqlı  idi  və  bu  xətt  özünü  Abxaziyanın  məskunlaşdırılmasında 
daha  qabarıq  büruzə  verdi.  1870-ci  illərdən  sonra  Cənubi  Qafqazda  gəlmə 
mühacirlər  hesabına  3  yeni  koloniya  yaradıldı,  qalanları  isə  artıq  mövcud  olmuş 
koloniyaların «törəmələri» idi. 
 
 
 
1   ...   5   6   7   8   9   10   11   12   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə