AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 1.4 Mb.
Pdf просмотр
səhifə8/17
tarix13.06.2017
ölçüsü1.4 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
  des.  əkinəyararlı  torpaq 

115 
 
sahəsi düşürdü. XVIII əsrin sonu - XIX əsrin əvvəlləri ilə müqayisədə bu göstərici 
nisbətən  aşağı  düşmüşdü,  lakin  bununla  bərabər  baxdığımız  dövrdə  qonşu 
quberniyalar ilə müqayisədə bu rəqəm kiçik deyildi. Nəzərə alaq ki, Yekaterinoslav 
quberniyasında  adambaşına  3,8  des.,  Voronej  quberniyasında  isə  cəmi  2,2  des. 
əkinə  yararlı  torpaq  sahəsi  düşürdü
77
.  Həm  ölkədaxili,  həm  də  xarici  bazarlarda 
kənd  təsərrüfatı  məhsullarına  və  ilk  növbədə  buğdaya  tələbatın  artması  kənd 
təsərrüfatı ilə məşğul olan iş adamlarını istehsalı genişləndirməyə, müvafiq olaraq 
yeni-yeni torpaq sahələri əldə etməyə sövq edirdi. 
Torpaq  bazarı  müxtəlif  yollarla  formalaşırdı  və  onlardan  ən  başlıcası 
zadəgan torpaqlarının satışa çıxarılması idi. 1868-ci il qanununa görə bütün Rusiya 
zadəganlarına  öz  torpaq  mülklərindən  istədikləri  kimi  istifadə  etmək  hüququ 
verildi. Bir çox zadəganlar, əsasən də kiçik mülk sahibləri və yeni iqtisadi şəraitə 
uyğunlaşa  bilməyənlər  müflisləşir  və  öz  torpaq  sahələrini  satmağa  məcbur 
olurdular. Bu proses 1873-1882-ci illərdə daha intensiv gedirdi. Bir faktı qeyd edək 
ki,  bu  dövr  ərzində  satışa  çıxarılan  torpaqların  70%-i  zadəganlara  məxsus 
olmuşdu
78

Torpaq bazarında satılan sahələrin əhəmiyyətli hissəsi kəndli torpaqları idi. 
1861-ci  il  19  fevral  Əsasnaməsinə  görə  şəxsi  azadlıq  qazanmış  kəndlilər  Kəndli 
Torpaq bankının maliyyə yardımı vasitəsilə pay torpaqlarını və mükəlləfiyyətlərini 
satın  aldıqdan  sonra  hökumətdən  aldıqları  ssudanı  və  onun  faizini  qaytara 
bilməyərək müflisləşirdilər. Artıq 1870-ci illərin sonunda bir çox kəndlilər öz pay 
torpaqlarını satmağa məcbur olmuşdular. 
Kolonistlərin  hüquqi  savadsızlığı  və  sosial  müdafiəsizliyi  şəraitində 
torpağın  şəxsi  mülkiyyətə  alınmasının  ən  optimal  forması  kollektiv  forma  idi. 
Torpaq  sahəsi  bir  neçə  zəngin  kolonistin  maliyyə  vəsaiti  hesabına  alınır  və 
gələcəkdə  bu  ərazidə  koloniya  meydana  gəlirdi.  Yeri  gəlmişkən  qeyd  edək  ki, 
1871-ci  il  qanununa  görə  «kolonist»  statusu,  II  Yekaterina  və  I  Aleksandr 
tərəfindən onlara verilən bütün imtiyazlar ləğv edilmişdi. Bu səbəbdən artıq 1870-
ci illərdən sonra yaranan alman məskənləri çox hallarda «koloniya» yox, «məskən» 
və  yaxud  «kənd»  kimi  adlandırılmışdı.  Baxdığımız  dövrə  aid  tarixi  mənbələrdə 
həm «koloniya» həm də  «məskən» anlayışlarına rast gəlinir
70
  və bunun da  səbəbi 
«koloniya» anlayışının ictimai fikirdə dərin iz salması idi. Buna görə alman yaşayış 
məntəqələrinə XIX əsrin 70-ci illərindən həm «koloniya», həm də «məskən» kimi 
müraciətlər olunmuşdur və bu ənənə bizim tədqiqatımızda da davam etdirilir. 
Coğrafi  cəhətdən  alman  koloniyaları  Don  Hərbi  ərazisində  bərabər 
paylanmamışdır. Alman koloniyalarının ən çox yayıldığı ərazilər Mius (Taqanroq) 
və Donetsk dairələri idi ki, bu da adı çəkilən dairələrdə kazak hərbi təsərrüfatlarına 
nisbətən  kəndli  torpaq  sahibliyinin  daha  çox  yayılması  ilə  izah  oluna  bilər  — 
«kəndli» dairələrində torpağın alqı-satqı əməliyyatları daha sərbəst aparıldığından 
alman kolonistləri bu dairələrə daha çox maraq göstərirdilər. 

116 
 
Hüquqi  cəhətdən  varislərə  keçə  biləcək  torpaqların  Don  dairələrində 
bölgüsü  aşağıdakı  kimi  idi:  Mius  dairəsində  bütün  torpaq  sahələrinin  51%-i, 
Donetsk dairəsində 28%, Xopyorda 9%, Ust-Medvedskda 5%, Çerkasskda 5%, 1-
ci Don dairəsində 2% və 2-ci Don dairəsində 0,2% təşkil edirdi.
80
 
Beləliklə,  görürük  ki,  varisliyə  verilə  biləcək  torpaqlara  daha  çox  Mius, 
Donetsk dairələrində və Çerkassk dairəsinin bir hissəsində daha çox rast gəlinirdi. 
Alman kolonistlərini adı çəkilən  «kəndli» dairələrinə  cəlb edən amillərdən 
biri də bu ərazilərin ticarət mərkəzlərinə və limanlara yaxınlığı idi ki, bu da kənd 
təsərrüfatı  məhsullarının  ixracı  üçün  əlverişli  şərait  yaradırdı.  Adı  çəkilən 
dairələrdə  müvafiq  olaraq  torpağa  tələbat  da  çox  yüksək  idi  ki,  bu  da  onun 
qiymətinin  və  icarə  haqqının  durmadan artmasına  gətirib çıxarırdı.  Məsələn, əgər 
1881-ci  ildə  Donetsk  dairəsində  torpağın  1  desyatinin  icarə  haqqı  ildə  73  qəpik 
olmuşsa, 1909-cu ildə bu rəqəm 4-6 rubla çatmışdı.
81 
XIX  əsrin  80-ci  illərindən  Don  Hərbi  Dairəsində  müxtəlif  bankların  — 
Kəndli  Torpaq  bankının,  Zadəgan  bankının  filialları  fəaliyyətə  başladılar.  Adı 
çəkilən  banklar  bütün  Rusiya  təbəələrinə,  o  cümlədən  alman    kolonistlərinə    də 
kredit  ayırır  və  nəticədə  torpaq  mülklərinin  alqı-satqı  əməliyyatları  daha  da 
intensivləşirdi.  Məsələn,  Donetsk  dairəsində  meydana  gəlmiş  22  alman 
koloniyasının 13-ü banklardan ayrılan kredit hesabına yaranmışdı. Kreditin şərtləri 
kolonistlər  üçün  çox  sərfəli  idi:  almanlar  alman  məbləği  40-60  il  ərzində 
qaytarmalı idilər və illik faiz torpağın dəyərinin 4% civarında təyin edilmişdi
82

Kolonist  icması  torpaq  almaq  məqsədilə  bankdan  ssuda  götürürdü.  Ssuda 
almaq üçün bank girov tələb edirdi və əksər hallarda kolonistin əldə etdiyi torpaq 
sahəsi özü girov qoyulurdu. Bankdan götürülən kreditin və faizinin qaytarılmasına 
koloniya  icması elliklə  cavabdeh idi.  İcma  daxilində  isə  hər kolonistin ödəyəcəyi 
məbləğ ayırd edilirdi. Əgər kolonist banka ödəmələri yerinə yetirə bilməzsə, bank 
onun torpaq sahəsini geri alır və hərraca qoyurdu. 
Kreditin və faizlərin tam ödənilməsi üçün ayrılan vaxtın uzun müddətliliyi o 
demək  deyildi  ki,  torpaq  həmişə  eyni  kolonistin  istifadəsində  olurdu:  40-60  il 
ərzində torpaq sahəsi öz ödəmə borcları ilə bir neçə dəfə satıla bilərdi. Özgə xalqın 
nümayəndələrinin  koloniyada  məskunlaşmasının  qarşısını  almaq  üçün  almanlar 
torpaqlarını  yalnız  öz  həmvətənlərinə  satırdılar.  Beləliklə,  baxmayaraq  ki,  torpaq 
sahələri  bankların  girovundaydı,  alqı-satqı  əməliyyatları  intensiv  şəkildə  davam 
edirdi.  Girov  qoyulmuş  torpağı  alan  kolonist  torpağın  əvvəlki  sahibinin  bank 
qarşısında  götürdüyü  bütün  öhdəlikləri  boynuna  alır  və  kolonist  icmasına  qəbul 
edilirdi
83

Torpaqdan  istifadənin  başqa  bir  forması  torpağın  icarəyə  götürülməsi  idi. 
İcarə  haqqında  müqavilələr  həm  fərdi,  həm  də  kollektiv  şəkildə  bağlanırdı.  Don 
ərazisində  icarənin  ən  geniş  yayılmış  forması  artel  icarəsi  idi.  Torpaq  kollektiv 
şəkildə  icarəyə  götürülür  və  icarə  haqqında  müqaviləyə  artelin  hər  üzvünün 
familiyası yazılırdı. İcarəyə götürülmüş torpaq artel üzvləri arasında paylanılır və 

117 
 
hər
 
kolonistin  torpaqdan  istifadə  üsulu  ayırd  edilirdi.    İcarə
 
müddəti  1  ildən  6  ilə 
qədər ola bilərdi və müddət başa çatdıqda müqavilə təzələnə bilərdi. 
Qeyd edək ki, Donda icarə haqqı çox yüksək idi və torpağın, əksər hallarda 
icarədarlardan,  yəni  ikinci  əllərdən  icarəyə  götürülməsi  onun  qiymətinin  daha  da 
artmasına  gətirib  çıxarırdı.  Buna  görə  kolonistlər  imkan  daxilində  torpağın  şəxsi 
mülkiyyətə alınmasına daha çox önəm verirdilər. 
1909-cu  ilin  məlumatlarına  görə  Donetsk  dairəsində  mövcud  olan  29 
koloniyadan  yalnız  7-si  və  Taqanroq  dairəsində  mövcud  olan  36  koloniyadan 
yalnız  3-ü  icarə  torpaqlarında  yaranmışdı
84
.  Taqanroq  dairəsində  1888-ci  ildə 
almanların  istifadəsində  48658  des.  torpaq  sahəsi  vardı  və  onların  cəmi  12  %-i, 
yəni 6853 desyatini icarə edilmiş torpaqlara, qalan 41795 desyatini (88%) isə şəxsi 
mülkiyyətdə olan torpaqlara aid idi
85

Beləliklə,  Rusiyada  XIX  əsrin  II  yarısında  aparılan  islahatlar  kənd 
təsərrüfatında  kapitalizmin  inkişafı  üçün  şərait  yaratdı.  Boş  qalmış  torpaqların 
mənimsənilməsi prosesi gücləndi və  bu proses  Don Hərbi Dairəsində  geniş vüsət 
aldı.  Belə  ki,  XIX  əsrin  ortalarında  Donda  çəmənlik  ərazilərin  sahəsi  əkin 
sahələrindən 2,5 dəfə çox idi. Boş ərazilərdə yaranan koloniyalarda kənd təsərrüfatı 
əmtəə  istehsalı  xarakteri  daşıyırdı  və  bu  koloniyalar  əsasən,  buğda  istehsalında 
ixtisaslaşmışdılar.  Rusiyadan  ixrac  olunan  buğdanın  çox  hissəsi  Don  vilayətinin, 
Yekaterinoslav, Xerson, Tavriya və sair cənub quberniyalarının payına düşürdü və 
Azov,  Qara  dəniz  sahillərindəki  limanlar  vasitəsilə  ixrac  olunurdu.  «Buğda 
həyəcanı» müxtəlif regionlardan cənub quberniyalara əhalinin axınına səbəb oldu: 
XIX əsrin sonuna Don Hərbi Dairəsində əhalinin sayı 2 dəfə artdı. Onların arasında 
almanlar əhəmiyyətli çəkiyə malik idi. 
Qeyd edək ki, Don Hərbi Dairəsində  məskunlaşma prosesi daxili rezervlər 
hesabına  həyata  keçirilirdi.  Dairədə  məskunlaşan  alman  kolonistlərinin  hamısı 
Rusiyanın  müxtəlif  regionlarından  köçüb  gəlmişdilər.  Don  vilayətində  yaranan 
koloniyaların  əsasını  qoyanlar  əsasən  Voronej,  Tavriya,  Yekaterinoslav,  Saratov, 
Xerson  quberniyalarından  gələn  kolonistlər  idi.  Təkcə  Miussk  dairəsində  1875—
1887-ci illərdə alman kolonistləri tərəfindən kollektiv formada 40-dan artıq torpaq 
mülklərinin  satın  alınması  faktı  qeydə  alınmışdı.  Bu  o  demək  idi  ki,  bu  dövr 
ərzində 40-dan artıq koloniya meydana gəlmişdi
86
. Nəticədə, Don Hərbi Dairəsində 
almanların  kütləvi  məskunlaşması  nəticəsində  1890—1915-ci  illər  ərzində  alman 
məskənlərinin sayı 2 dəfə artdı
87

Alman  məskunlaşmasının  ən  intensiv  getdiyi  dairə  Taqanroq  dairəsi  idi. 
Burada  1890-cı  ildə  36  koloniya  mövcud  olmuşdusa,  1915-ci  ildə  bu  rəqəm  artıq 
80-ə  çatmışdı
88
.  Köhnə  koloniyalarda  da  əhalinin  sayı  sürətlə  artırdı  və  bu 
koloniyalarda  əhalinin  artımı  ilə  bağlı  yaranan  torpaq  çatışmazlığı  yeni  sahələrin 
alınması vasitəsilə həll edilirdi. 
Arxiv  sənədlərinə  əsasən,  Don  Hərbi  Dairəsində  1876—1916-cı  illər 
ərzində  katolik  və  protestant  əhalinin  sayının  dinamikasını  əks  etdirən  cədvəl 

118 
 
hazırlamaqla ayrı-ayrı dairələrdə bu prosesin spesifikliyini görə bilərik
89
. Təbii ki, 
bu cədvəl konfessional amilə görə tərtib olunmuşdur və Don ərazisində almanların 
dəqiq  sayı  haqqında  məlumat  mənbəyi  ola  bilməz.  Fikrimiz  ona  əsaslanır  ki,  bu 
statistikaya  Donun  kiçik  şəhərlərində  yaşayan,  həmçinin  pravoslav  və  sair  dinlərə 
keçən almanlar düşməmişlər. Eyni zamanda statistikada yalnız iki dini təriqətin — 
Katolisizmin  və protestantizmin tərəfdarları göstərildiyinə  görə güman etmək olar 
ki,  onların  içində  alman  etnosuna  mənsub  olmayan  əhali  də  qeydə  alınmışdır. 
Məsələn,  Rostov  dairəsində  Zvoyniqt  və  Taurut  adlı  iki  latış  koloniyası  vardı  ki, 
onların da əhalisi katolik dininə etiqad edirdilər. 
 
Cədvəl 3. 1876-1916-cı illərdə Don Hərbi Dairəsində katolik və 
 protestant əhalinin artım dinamikası 
 

 
 
№ 
 
 
 
 
 
ġəhər və dairələr 
1876-cı il 
1887-ci il 
1909-cu il 
1916-cı il 
K
at
ol
ik


P
ro
te
st
an
tl
ar
  
K
at
ol
ik


 
P
ro
te
st
an
tl
ar
  
K
at
ol
ik


P
ro
te
st
an
tl
ar
  
 
K
at
ol
ik


 
 
P
ro
te
st
an
tl
ar
  

Çerkassk dairəsi 
15 

42 
27 
74 
39 
64 
193 

Rostov 




117 
2514 
734 
1123 

Taqanroq 
2587 
1802 
1945 
3710 
5350 
13205 
7122 
15925 

I Don dairəsi 




90 
2037 
381 
536 

II Don dairəsi 
11 


45 


101 
58 

Ust-Medvejensk 


110 

13 
161 
124 
3497 

Xopyor 





115 
136 
638 

Donetsk 
48 
32 
142 

2449 
4104 
4951 
4728 

Selsk 




29 
1544 
447 
1080 
10

Novoçerkask şəhəri 
96 
94 


334 
436 
362 
193 
11 
Aleksandrovsk-
Qruşevsk şəh. 




53 
35 
16 
16 
12 
Azov şəhəri 





13 
3993 
829 
13 
Taqanroq şəhəri 




1953 
483 
11 
10 
14 
Don Hərbi  
Dairəsi üzrə cəmi: 
2769 
1934 
2243 
3787 
10476 
24692 
18442 
28826 
 
Cədvələ görə 1916-cı ildə Don Hərbi ərazisində 47268 katolik və protestant 
yaşayırdı  ki,  onların  da  böyük  əksəriyyəti  alman  milliyyətindən  idi.  Cədvələ 
düşməyən  başqa  dini  cərəyanlara  mənsub  almanları  da  nəzərə  alsaq,  deyə  bilərik 
ki,  baxdığımız  dövrdə  Don  Hərbi  Dairəsində  təqribən  50  min  alman  əhalisi 
yaşayırdı. 

119 
 
Don ərazisində yeni koloniyaların yaranma prosesi o qədər  intensivləşmişdi  
ki,  rəsmi  hökumət  orqanları onu nəzarətdə saxlaya bilmirdilər. Vəziyyəti nəzərə 
alaraq Don Hərbi Dairəsinin rəhbərliyi 1890-cı ildə vilayətdə mövcud olan alman 
koloniyaları  haqqında  hərtərəfli  məlumat  toplamaq  sərəncamı  verdi.  Sərəncamda 
deyilirdi  ki,    koloniyaların  yaranmasında  nəzərə  çarpan  özbaşınalıqlara  son 
qoyulmalı,  hər  bir  koloniyanın  yaranması  yalnız  quberniya  rəsmi  dairələrinin 
icazəsi  ilə  həyata  keçirilməlidir.  Hətta  koloniyaların  memarlıq  planı  belə,  
qubernator  tərəfindən  təsdiq  olunmalı  idi.  Yeni  yaranan  koloniyalar  idarəetmə 
cəhətdən yerli nahiyələrə tabe olmalı, daxili idarəetmə sistemi yerli rus kəndləri ilə 
eyniləşdirilməli idi. 
Sərəncamda  alman  yaşayış  məskənlərinə  rus  adlarının  verilməsi  məsələsi 
xüsusi vurğulanırdı
90
. Ancaq sərəncamda qoyulan vəzifələrin yerinə yetirilməsi bir 
sıra obyektiv və subyektiv xarakterli çətinliklərlə üzləşdi. 
Ən birinci problem kolonistlərin böyük mobilliyə malik olması idi. Belə ki, 
Don ərazisində yaşayan almanların əksəriyyəti, əslində başqa quberniyaların kəndli 
cəmiyyətlərində  qeydiyyatda  idi  və  həmin  quberniyalarda  vergi  ödəyir,  müxtəlif 
mükəlləfiyyətlər  yerinə  yetirirdilər.  Lazım  gəldikdə  kolonistlər  qeydiyyatda 
olduqları quberniyalara qayıdırdılar. 
Arxiv  sənədlərindən  görünür  ki,  Don  vilayətində  məskunlaşan  almanların 
əksəriyyəti öz köhnə yaşayış yeri ilə sıx əlaqə saxlayır, Donda isə kəndlərdən aralı 
kiçik  yaşayış  məntəqəsi  yaradır,  bu  məntəqələrdə  qeydiyyata  düşmür  və  torpağın 
ümumi məcburi sığortalanmasından boyun qaçırırdılar
91

Donda  mövcud  olan  koloniyalarda  nizam-intizamın  gücləndirilməsi, 
koloniyalar üzərində nəzarəti gücləndirmək məqsədilə rəsmi orqanlar koloniyaların 
planlarının  tərtib  edilməsinə  böyük  əhəmiyyət  verirdilər  və  bu  vəzifənin  yerinə 
yetirilməsi Don vilayəti Torpaq işləri üzrə idarə komitəsinə həvalə edildi. Yerlərdə 
vəziyyətlə tanış olduqdan sonra adı çəkilən komitə hesabat hazırladı. Bu hesabatda 
göstərilirdi  ki,  Don  vilayətində  çoxsaylı  məskənlər  yaradan  alman  mənşəli 
kolonistlər  yerli  kəndlilərlə  eyni  kateqoriyaya  aid  edilə  bilməzlər  və  onlardan 
zemstvo  sığortası  tələb  etməyə  heç  bir  əsas  yoxdur.  Hesabat  müəllifləri  deyilən
 
fikri aşağıdakı faktlarla əsaslandırırdılar: 
Birinci,  alman  kolonistləri  Don  vilayətində  şəxsi  mülkiyyətə  torpaq  əldə 
etsələr də, başqa  quberniyalarda  qeydiyyatda  olan pasportlarla  yaşayırlar və  buna 
görə onların məskunlaşması daha çox müvəqqəti xarakter daşıyır; 
İkinci,  Don  vilayətində  alman  məskənlərinin  böyük  bir  hissəsi  icarə 
torpaqlarında yaranmışdır və bu özü onların müvəqqəti xarakter daşıdığını göstərir; 
Üçüncü,  Don  vilayətində  yaranan  koloniyaların  xüsusiyyəti  ondadır  ki, 
onların  yaranması  ictimai  hüquqlara  tam  söykənməmişdir.  Klassik  alman 
koloniyalarında  kolonist  icması  elliklə  əmlak  məsuliyyəti  daşıyırdısa,  Don 
vilayətində yaranan koloniyalar daha çox kollektiv müqavilə hüququna əsaslanırdı 

120 
 
və  müvafiq  olaraq  müqavilənin  hər  iştirakçısı  qoyduğu  kapitalın  payına  uyğun 
olaraq məsuliyyət daşıyırdı. 
Dördüncü,  heç  bir  kəndli  icması  öz  pay  torpağını  ləğv  edərək  Don 
vilayətindən  başqa  bir  quberniyaya  köçmək  hüququna  malik  olmadığı  halda 
almanların yaratdığı kolonist cəmiyyəti istənilən vaxt təsərrüfatını sataraq başqa bir 
quberniyaya köçə bilərdi
92

Hesabatda,  həmçinin  qeyd  olunurdu  ki,  alman  koloniyalarının  planlarının 
tərtibinə heç bir ehtiyac qalmamışdır, belə ki, onlar artıq çoxdan yerləşmişlər. 
Aşağıda  gətirdiyimiz  bəzi  faktlar  Donda  mövcud  olan  koloniyaların 
əksəriyyətinin müvəqqəti xarakter daşıdığını göstərir. Məsələn, 1877-ci ildə Miusk 
dairəsində  mövcud  olan  Felzenbax  koloniyasının  üzvləri  dövlətdən  500  rubl 
məbləğində  ssuda  almış  və  polis  orqanları  ssudanın  qaytarılmasını  tələb  etdikdə 
üzə  çıxmışdır  ki,  adı  çəkilən  koloniya  artıq  ləğv  edilmişdir
93
.  Yəni,  kolonistlər 
torpaqlarını satmış və öz köhnə yaşayış yerlərinə qayıtmışlar. Arxiv sənədlərindən 
görünür  ki,  Rusiyanın  başqa  regionlarından  fərqli  olaraq,  Donda  məskunlaşan 
almanların  çoxu  dəbdəbəli  evlər  tikməkdən  yayınır,  əsasən  az  xərc  tələb  edən, 
palçıqdan tikilmiş müvəqqəti evlərə üstünlük verirdilər
94

Təbii  ki,  kolonistlərin  öz  yaşayış  yerlərini  tərk  etməsi  halları  kütləvi 
xarakter  daşımırdı,  bu  cür  hadisələrə  tək-tək  rast  gəlinirdi.  3  №-li  cədvəldən 
göründüyü  kimi,  1876-cı  ildən  1916-cı  ilə  qədər,  yəni  40  il  ərzində  Don  Hərbi 
Dairəsində  almanların  sayı  sürətlə  artmışdı  və  bu  bir  daha  sübut  edir  ki,  alman 
əhalisi Donda daimi məskunlaşmağa daha çox üstünlük verirdi. 
Alman  koloniyalarının  planlarının  tərtibinə  gəldikdə  isə  torpaq  paylayan 
komitənin  bu  işdən  imtina  etməsindən  sonra  bu  vəzifə  kəndli  işləri  üzrə  vilayət 
idarəsinə  həvalə  edildi.  Rəsmi  hökumət  dairələrinin  alman  koloniyalarının 
planlarına  marağı  heç  də  koloniyaların  daha  optimal  yerləşdirilməsi  və  onların 
daha da abadlaşdırılması istəklərindən irəli gəlmirdi. 
Planlara olan diqqət azad, müstəqil alman icmalarının fəaliyyətindən doğan 
narahatçılığın  nəticəsi  idi.  Məlumdur  ki,  1890-cı  illərdə  «alman  məsələsinin» 
müzakirəsi məişət səviyyəsindən ali dövlət səviyyəsinə qaldırılmışdı. Bu nöqteyi-
nəzərdən  Don  kimi  hərbi-strateji  ərazidə  onlarla  əcnəbi  koloniyaların  nəzarətdən 
kənarda  qalması  yolverilməz  idi.  Don Hərbi Dairəsində  mövcud olan koloniyalar 
üzərində  nəzarəti  gücləndirmək  istiqamətində  rəsmi  dövlət  orqanları  tərəfindən 
müxtəlif  təkliflər  irəli  sürülürdü.  Məsələn,  Rostov  dairə  rəisinin  məruzəsində 
alman  koloniyalarında  «müstəqil  kənd  idarəetmə  sisteminin»  və  yaxud 
koloniyalarda  kənd  starostası  vəzifəsinin  təşkil  edilməsi  təklif  olunurdu.  Dairə 
rəisinin fikrincə, bu vəzifəyə seçilən şəxs rəsmi dairələr tərəfindən təsdiqlənməlidir 
ki,  o,  xidməti  vəzifəsinə  görə  özünün  yuxarı  instansiyalardan  asılılığını  dərk 
etsin
95
.  Beləliklə,    Don  vilayət  kəndli  idarəsi  koloniyaların  azad  kəndlərə 
çevrilməsi istiqamətində fəaliyyətini gücləndirdi. Koloniyalara kənd idarələrinə aid 
atributlar,  müxtəlif  nişanlar  kənd  starostası  üçün  möhürlər,  qeydiyyat  kitabları  və 

121 
 
sair  əşyalar  göndərdilər.  Rəsmi  dairələrin  koloniyaların  ləğvinə  yönələn  bu 
addımları  almanlar  tərəfindən  narazılıqla  qarşılandı  və  vilayət  kəndli  idarəsinə 
kolonistlər  tərəfindən,  çoxsaylı  şikayətnamələr  göndərildi.  Alman  kolonistlərində 
narazılıq yaradan əsas səbəb koloniyalarda kənd icmalarının təşkil edilməsi idi. Bu 
halda koloniya  üzvlərindən öz köhnə  yaşayış yerlərini həmişəlik tərk etmək, yeni 
kənd icmasında qeydiyyata düşmək tələb olunurdu. Bütün bunlar kolonistlər üçün 
müxtəlif problemlər yaradırdı. Məsələn, Mariupol qəzasının Qrunaus nahiyəsindən 
gələrək  Taqanroq  dairəsinin  Pisarevka  kəndində  məskunlaşan  kolonistlər  yuxarı 
instansiyalara  yazdıqları  xahişnamədə  yeni  yaşayış  yerində  azad  kəndli 
cəmiyyətinin  yaradılmasının  mümkünsüzlüyündən  danışırdılar.  Xahişnamədən  bu 
mümkünsüzlüyün  səbəbi  aydın  olur.  Belə  ki,  kolonistlərin  Qrunaus  nahiyəsindən 
qeydiyyatdan  çıxmaları  mütləq  şərt  sayılırdı.  Bunun  üçün  kolonistlər  əvvəlcə 
Qrunaus  kolonist  cəmiyyətinin  ictimai  kapitalından,  rezerv  ərzaq  dükanlarından, 
ümumi  torpaq  mülkiyyətindən  və  müxtəlif  ictimai  binalardan  onlara  düşən  payı 
almalı idilər
96

Görürük  ki,  yeni  yaşayış  yerində  kolonistlərin  qeydiyyata  alınması  və 
onların  vilayət  kəndli  idarəsinə  tabe  etdirilməsinin  çox  mürəkkəb  mexanizmi  var 
idi.  Bu  məsələnin  həlli  bir  neçə  on  illiyə  başa  gələ  bilərdi.  Hüquqi  nöqteyi-
nəzərdən  Don  Hərbi  Dairəsinin  hökumət  orqanlarının  kolonistlərə  qarşı  iddiaları 
qeyri-qanuni xarakter daşıyırdı. Əvvəla, nəzərə alaq ki, kolonistlər müxtəlif silklərə 
aid idilər. Onların arasında kəndlilərdən savayı meşşanlara, əcnəbi vətəndaşlara və 
keçmiş əsgərlərə rast gəlinirdi. İkinci bir tərəfdən kolonistlər xüsusi mülkiyyətçilər 
kateqoriyasına  aid  idilər  və  onların  könüllü  razılığı  olmadan  koloniyalarda  kənd 
idarəetmə sisteminin təşkili həyata keçirilə bilməzdi. Kolonistlərin rəsmi dairələrə 
göndərdikləri  bütün  şikayətlər  nəticəsiz  qaldı  və  yalnız  Ali  Senatın  1898-ci  il 
tarixdə  qəbul  etdiyi  qərarla  kənd  idarəetmə  sisteminin  yaradılması  məsələsi 
gündəmdən çıxarıldı
97
. Ali Senatın qərarında qeyd olunurdu ki, «04 iyun 1871-ci il 
qanununa  əsasən,  kəndlilər  kənd  icmasının  azad  üzvləri  kimi  öz  doğma 
koloniyalarındakı  həyətyanı  sahələrdən  məhrum  olmamaq  şərti  ilə  qeydiyyatdan 
kənar  istənilən  yerdə  yaşamaq  və  daşınmaz  əmlak  əldə  etmək  hüququna 
malikdirlər»
98

Yuxarıda  adı  çəkilən  qərarda  vurğulanırdı  ki,  kolonistlər  yeni  yaşayış 
yerlərinə köhnə koloniyalarından azad olduqdan sonra təhkim edilə bilərlər və bu 
proses  yalnız  kolonistlərin  şəxsi  istəyi  ilə  həyata  keçirilə  bilər.  Bütün  bunlarla 
yanaşı,  qərarda  Don  ərazisində,  şəxsi  mülkiyyət  torpaqlarında  məskunlaşan 
kolonistlərin  vəzifələri  göstərilir,  yeni  yaşayış  yerində  ümumi  və  kənd  polis 
orqanlarına sözsüz tabe olmaq tövsiyə edilirdi. 
Beləliklə, görürük ki, Don Hərbi Dairəsində alman koloniyalarının yaranma 
prosesi XIX əsrin 70-ci illərindən başlasa da, onların hüquqi statusu yalnız 1898-ci 
ildə  təyin  edildi  —  bu  vaxta  qədər  Donun  müxtəlif  dairələrində  yerli  hakimiyyət 
orqanları  kolonistlərlə  fərqli  münasibətlərdə  olmuşlar.  1888-ci  ilə  aid  arxiv 

122 
 
sənədlərindən  görünür  ki,  Tarasov  nahiyəsində  yerli  hakimiyyət  orqanları 
qanunvericilikdəki  boşluqdan  və  kolonistlərin  hüquqi  savadsızlığından  istifadə 
edərək  onları  qeyri-rəsmi  şəkildə  kəndli  icmalarına  tabe  etdirmiş,  kolonistlər 
müəyyən  vergilərin  ödənilməsinə,  mükəlləfiyyətlərin  yerinə  yetirilməsinə  cəlb 
olunmuşlar.  Ümumiyyətlə,  götürdükdə,  belə  hallara  az  təsadüf  edilirdi.  Don 
ərazisində  kolonistlərin  əksəriyyəti  heç  bir  kəndli  icmasında  qeydiyyata 
düşməmişdilər və burada özlərini çox azad, sərbəst hiss edir, heç bir kənar nəzarət 
olmadan öz təsərrüfat işləri ilə məşğul olurdular
99

Hər  hansı  bir  vacib  məsələnin  həlli  üçün  Don  kolonistləri  qeydiyyatda 
olduqları köhnə koloniyalara müraciət etməli olurdular ki, bu da, bəzən bir neçə ay 
çəkirdi.  «Ostheym  qəsəbəsində  ictimai  əsaslarla  kənd  təsərrüfatı  idarəsinin 
yaranması haqqında» sənəddən görünür ki, Taqanroq dairəsinin Ostheym, Qrintal, 
Korntal,  Ofelzental  koloniyalarında  1883-cü  ildə,  hələ  1871-ci  ilədək  mövcud 
olmuş  köhnə  möhürdən,  qeydiyyat  kitabından  istifadə  etməklə  özbaşına  kənd 
idarəsi  yaradıldı  və  qeyd  edək  ki,  köhnə  möhürlərdə  «kənd  prikazı»  yazılırdı, 
1871-ci  il  04  iyun  qanununa  görə  «kənd  prikazı»  «kənd  idarəsi»  ilə  əvəz 
olunduğundan köhnə möhürdən istifadə qanun pozuntusu sayılırdı. Təqribən 10 ilə 
yaxın  adı  çəkilən  koloniyalarda  özbaşına  yaranmış  kənd  idarəsi  saxta  möhürlə 
fəaliyyət  göstərmiş  və  onların  qanunsuz  fəaliyyəti  ifşa  olunduqdan  sonra 
kolonistlər öz problemlərini qanunla nəzərdə tutulan ümumi əsaslarla həll etməyə 
məcbur olmuşlar
100

Don  Hərbi  Dairəsində  alman  koloniyalarının  idarəedilməsi  sistemi  başqa 
regionlarla  müqayisədə  bəzi  xüsusiyyətlərə  malik  idi.  Qeyd  etdiyimiz  kimi,  Don 
ərazisində  yaşayan  kolonistlər  başqa  quberniyalarda,  köhnə  koloniyalarında 
qeydiyyatda  sayılırdılar,  orada  vergi  ödəyir,  mükəlləfiyyətlər  yerinə  yetirir,  kənd 
starostasını seçir və orada pasport alırdılar. Donda seçilən starosta və şultsların heç 
bir əsaslı səlahiyyətləri yox idi. Əgər başqa regionlarda kolonistlərin seçdiyi şults, 
həm də koloniyada polis funksiyasını yerinə yetirirdisə, Don kolonistlərinin seçdiyi 
şultslar  rəsmi  dairələr  tərəfindən  təsdiqlənmədiyindən  geniş  səlahiyyətlərə  malik 
olmur,  yalnız  bəzi  təsərrüfat  məsələlərinin  həllində  yerli  orqanlara  yardımçı 
funksiyasını  yerinə  yetirirdilər.  Məsələn,  müəyyən  pul  vəsaitinin  yığılmasında  və 
yaxud  koloniyadaxili  təsərrüfat  məsələlərinin  müzakirəsində  şultsun  rəyi  nəzərə 
alınırdı.  Bir  sözlə  desək,  Don  Hərbi  Dairəsində  koloniya  kolonistlər  tərəfindən 
seçilən  və  ictimai  əsaslarla  fəaliyyət  göstərən  şults  tərəfindən  idarə  olunurdu. 
İnzibati  cəhətdən  alman  yaşayış  məskənləri  yaxınlıqdakı  nahiyələrə  və  kənd 
idarələrinə  tabe  etdirilmişdilər.  Hər  il  koloniya  sakinləri  koloniya  üzvlərindən 
«desyatski»  və  «sotski»  kimi  polis  vəzifələrinə  namizədlərini  seçirdilər  və  onlar 
dairə  polis  rəisi  tərəfindən  təsdiq  edildikdən  sonra  vəzifələrinin  yerinə 
yetirilməsinə başlayırdılar
101

Arxiv  sənədlərində  epistolyar  materiallar  saxlanılmışdı  və  kolonistlərin 
xatirə dəftərləri, məktubları ilə tanışlıq Donda mövcud olmuş koloniyaların xarici 

123 
 
görkəmi  haqqında  təsəvvür  yaratmağa  imkan  verir
102
.  Sənədlərdən  görünür  ki, 
alman  koloniyaları  səliqəli  şəkildə  salınırdı:  evlər  bir  xətt  boyu  tikilir,  küçələr 
genişliyi  və  düzgünlüyü  ilə  seçilirdi.  Küçələrin  və  evlərin  kənarında  yaşıllaşma 
aparılırdı. Əsasən meyvə ağacları əkilirdi. XIX əsrin 70-ci illərində  gildən tikilən 
daxmalar  üstünlük  təşkil  edirdisə,  Dünya  müharibəsi  ərəfəsində  Don  vilayətinin 
koloniyalarında  evlərin  böyük  əksəriyyəti  bişmiş  kərpicdən  inşa  edilirdi. 
Koloniyalardakı  evlər  memarlıq  cəhətdən  rəngarəngliyi,  təmizliyi  və  rahatlığı  ilə 
seçilirdi.  Koloniyalarda  yüksək  qonşuluq  mədəniyyəti  hökm  sürürdü.  Rəsmi 
dairələrin  qadağasına  baxmayaraq,  almanlar  öz  koloniyalarına  alman  adları 
verirdilər
103
.  Adların  seçilməsində  xüsusi  bir  yanaşma  yox  idi:  koloniyalara  ilk 
məskunlaşdıqları köhnə koloniyaların və yaxud hansısa bir tanınmış alman torpaq 
sahibinin adı verilirdi. Bəzi koloniyaların adları koloniyanın salındığı yerin coğrafi 
xüsusiyyətləri ilə bağlı idi. Məsələn, Blyümental («Çiçəkli dərə»), Ruental («Sakit 
dərə»), Qnadenfeld   («Rəhmdil səhra») və sair adları göstərmək olar. 


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə