AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 1.4 Mb.
Pdf просмотр
səhifə7/17
tarix13.06.2017
ölçüsü1.4 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 
 

95 
 
II  F Ə S Ġ L 
 
XIX ƏSRĠN II YARISI — XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ  
QAFQAZDA ALMANLARIN MƏSKUNLAġMASININ  
YENĠ MƏRHƏLƏSĠ 
 
2.1. XIX ƏSRĠN ĠKĠNCĠ YARISI - XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ  
ġĠMALĠ QAFQAZDA ALMANLARIN KÜTLƏVĠ  
MƏSKUNLAġMASI 
 
XIX  əsrin  50-ci  illərindən  almanların  Qafqazda  məskunlaşmasının  ikinci 
mərhələsi başlayır. Birinci mərhələdən fərqli olaraq, bu mərhələdə almanlar, əsasən 
Şimali Qafqazda məskunlaşmağa daha çox üstünlük verirdilər və bu proses kütləvi 
xarakter almışdı. 
XIX  əsrin  60—70-ci  illərində  Rusiya  imperiyasının  sosial-iqtisadi,  siyasi 
həyatında 
baş 
verən 
dəyişikliklər 
alman 
kolonistlərinin 
Qafqazda 
məskunlaşmasının  intensivliyi  üçün  zəruri  şərait  yaratdı.  Bura,  birinci  növbədə 
Qafqaz  müharibəsinin  başa  çatması,  təhkimçilik  hüququnun  ləğv  edilməsi  və 
ictimai-siyasi  həyatın  müxtəlif  sahələrində  burjua  islahatlarının  aparılmasını  aid 
etmək  olar.  Bütün  bu  sadaladığımız  hadisələr  bir-biri  ilə  sıx  şəkildə  əlaqəli  idi: 
təhkimçiliyin ləğv edilməsi, burjua islahatlarının həyata keçirilməsi çarizmin daxili 
mürtəce  siyasətinə  qarşı  İmperiya  xalqlarının,  o  cümlədən  Qafqaz  xalqlarının 
apardığı  azadlıq  mübarizəsindən  doğan  zərurət  idi.  Bu  səbəbdən,  Qafqaz 
xalqlarının  sosial-siyasi  mübarizəsi  burjua  islahatlarının  həyata  keçirilməsinin 
şərtlərinə və tempinə əhəmiyyətli təsir göstərmişdi. 
Tarixi  mənbələrdən  görünür  ki,  alman  əhalisinin  Şimali  Qafqaza  kütləvi 
axını  1860-cı  illərdən  başlamışdır.  Bəzi  Rusiya  tarixçiləri  bunu  yalnız  Rusiyada 
1861-ci  il  19  fevral  Manifestinə  görə  təhkimçiliyin  ləğv  edilməsi  və  s.  Burjua 
islahatlarının  həyata  keçirilməsi  ilə  izah  edirlər.
1
  Şübhəsiz,  təhkimçiliyin  ləğv 
edilməsi, aqrar və  s. islahatların həyata keçirilməsi Rusiyanın  kənd təsərrüfatında 
kapitalist  münasibətlərinin  formalaşmasına  təkan  verdi,  sənayenin  sürətli  inkişafı 
üçün  böyük  imkanlar  açdı.  1861-ci  ilə
 
qədər  əcnəbi  təbəələr  şəxsi  mülkiyyətə 
torpaq  almaq  hüququndan  məhrum  edilmişdilər.  Əcnəbilərin  şəxsi  mülkiyyətinə 
yalnız  sənaye  obyektlərinin  tikilişi  məqsədilə  300  desyatinə  qədər  torpaq  satıla 
bilərdi  və  o  da  bir  şərtlə  ki,  əcnəbi  təbəə  10  il  müddətində  Rusiya  təbəəliyinə 
keçməli  idi.  Əgər  göstərilən  müddət  ərzində  əcnəbi  Rusiya  təbəəliyini  qəbul 
etməzdisə,  ona  ayrılan  torpaq  sahəsi  satışa  çıxarılırdı.  Bundan  savayı,  19  fevral 
1861-ci  il  Manifestində  mülkədarlara  torpağı  icarəyə  vermək  hüququ  əks 
olunmuşdu və icarədarlıq hüququndan bütün silklərin nümayəndələri, o cümlədən 
əcnəbi kolonistlər də istifadə edə bilərdilər. 

96 
 
1861-ci il Kəndli islahatı nəticəsində torpaq alqı-satqı obyektinə çevrildi və 
bu  nöqteyi-nəzərdən  Şimali  Qafqazda  işğal  olunmuş  yeni  ərazilər  imkanlı  alman 
kolonistlərinin nəzərindən qaçmamışdı. Kolonistləri Qafqaza cəlb edən amillərdən 
biri  də  burada  torpağın  başqa  regionlara  nisbətən  ucuz  olması  idi.  Volqaboyu  və 
Qara  dəniz  ətrafı  quberniyalarda  torpağın  1  desyatini  300-700  rubla  satılırdısa, 
Şimali Qafqazda torpağın 1 desyatininin qiyməti təqribən 40-150 rubl arasında idi. 
Hətta Şimali Qafqazda torpağın qiymətinin nisbətən ucuzluğuna baxmayaraq, yerli 
əhali  torpaq  almaq  üçün  vəsaitə  malik  deyildi  və  bu  səbəbdən  satılan  torpaqların 
potensial  alıcısı  əcnəbi  kolonistlər  ola  bilərdi.  Buna  görə  əcnəbi  kolonistlərin 
Şimali  Qafqaza  köçməsində  bu  regionun  siyasi-iqtisadi  inkişafında  maraqlı  olan 
çar  hökumət  dairələri  ilə  yanaşı,  həm  də  aqrar  islahatlar  nəticəsində  ucuz  işçi 
qüvvəsindən  məhrum  olan  yerli  mülkədarlar  da  maraqlı  tərəf  kimi  çıxış  edirdilər: 
təhkimli  kəndlilərini  itirmiş  mülkədarlar  muzdlu  işçi  və  yaxud  icarədar  qismində 
kolonistlərdən  istifadə  etmək  niyyətindəydilər.  Bundan  savayı,  formalaşan  yeni 
iqtisadi şərait bəzi mülkədarları sənaye istehsalı ilə məşğul olmağa sövq edirdi ki, 
bu da azad işçi qüvvəsi olmadan mümkün deyildi. 
Yuxarıda  qeyd  etdiyimiz  iqtisadi  üstünlüklər  Rusiyanın  Volqaboyu,  Krım, 
Cənubi  Ukrayna,  Bessarabiya  və  sair  regionlarında  torpaqsızlıqdan,  torpaq 
qıtlığından əziyyət çəkən minlərlə alman kolonistinin Şimali Qafqaza  köçməsinin 
əsas səbəblərindən biri idi. Rusiyanın müxtəlif regionlarında alman koloniyalarının 
yaranma  tarixinin  təhlili  göstərir  ki,  məskunlaşma  prosesində  alman  kolonistləri 
üçün  ən
 
başlıca  şərt  siyasi  sabitlik  amili  olmuşdur.  Hətta  yüksək  sənaye  və  kənd 
təsərrüfatı inkişafına nail olmuş alman sənayeçiləri, kolonistləri həm 1831—1832-
ci illərin, həm də 1863—1864-cü illərin Polşa üsyanı zamanı öz  yaşayış yerlərini 
tərk edərək imperiyanın stabil regionlarına köçməyi üstün tutmuşlar
2

Bu nöqteyi-nəzərdən çıxış edərək deyə bilərik ki, əgər XIX əsrin I yarısında 
Şimali  Qafqazda  almanların  kütləvi  məskunlaşmasını  ləngidən  səbəb  Qafqaz 
müharibəsi  idisə,  1859-cu  ildən,  yəni  Şeyx  Şamilin  əsir  alınmasından  sonra 
Çeçenistanda  və  Dağıstanda  da  bu  müharibə,  əsasən  sona  yetmiş  oldu.  İmamətin 
dağılmasından  sonra  imperiya  qüvvələrinə  qarşı  ara-sıra  çıxışlar  davam  etsə  də, 
1864-cü  ildən  dağlı  xalqlarının  milli-azadlıq  mübarizəsi  səngidi  və  Şimali 
Qafqazda siyasi sabitlik dövrü başladı. 
Bütün Şimali Qafqazda öz siyasi hökmranlığını bərqərar edən çar hökuməti 
Qafqazda  dayaqlarını  möhkəmlətmək  üçün  köçürmə  siyasətini  davam  etdirir,  bu 
regionda özünə sədaqətli xalqların yerləşdirilməsinə çalışırdı. Belə xalqlardan biri 
də  tarixin  sınağından  çıxmış,  Volqaboyu,  Novorossiya,  Cənubi  Qafqaz  və  sair 
regionlarda  aparılan  məskunlaşma  siyasətində  fəal  iştirak  etmiş  almanlar  idi.  14 
mart  1865-ci  il  tarixdə  çar  hökumətinin  qəbul  etdiyi  qərarla  həm  Rusiyanın 
müxtəlif bölgələrində  məskunlaşan, həm də xaricdə  yaşayan alman əhalisi Şimali 
Qafqaza  dəvət  olunurdu
3
.  Beləliklə,  çarizm  Qafqazın  mənimsənilməsində  həm 
xarici,  həm  də  daxili  məskunlaşma  resurslarından  istifadə  edərək  iki  mühüm 

97 
 
problemin həllinə nail olmaq istəyirdi: birinci, almanların və sair xristian xalqların 
qismində  Qafqazda  özünə  sosial-etnik  dayaq  yaratmaq;  ikinci,  almanların  hələ 
XVIII  əsrdən    məskunlaşdığı  Volqaboyu,  Volın,  Novorossiya  kimi  regionlarda 
torpaq  qıtlığı  ilə  bağlı  yaranan  sosial  gərginliyi  azaltmaq  məqsədilə  alman 
əhalisinin  bir  hissəsini  Qafqazda  yerləşdirmək.  Almanların  Şimali  Qafqaza 
köçürülməsi  haqqında  fərman  həm  xarici  ölkələrdə,  həm  də  Rusiyanın  müxtəlif 
bölgələrində,  xüsusən  də  Volqaboyunda  yaşayan  almanlar  arasında  böyük  maraq 
doğurdu. 
Alman  kolonistlərinin  Volqaboyunda  torpaq  sarıdan  ən  çox  əziyyət 
çəkdikləri quberniya — Saratov quberniyası idi.  
Hələ  XVIII  əsrin  sonlarından  Volqaboyunda  yaşayan  alman  kolonistləri 
arasında miqrasiyaya meyillilik əhvali-ruhiyyəsi hökm sürürdü. Əgər XVIII əsrdə 
Volqaboyu  almanlarını  məskunlaşdıqları  regionu  tərk  etməyə  sövq  edən  amil 
onların lazımi səviyyədə torpaqla təmin olunmamaları, ağır iqlim şəraiti idisə, XIX 
əsrdə  Volqa  almanları  koloniyalarda  əhali  sıxlığı,  kənd  təsərrüfatının 
ekstensivliyindən  əziyyət  çəkirdilər  və  təsərrüfat  fəaliyyəti  üçün  daha  əlverişli 
ərazilərə  köçməyə  cəhd  edirdilər.  Kolonistlərin  bir  hissəsi  bu  problemi  elə 
Volqaboyu regionu çərçivəsində həll edir, başqaları isə yeni regionlara — Sibirə və 
Qafqaza köçməyə üstünlük verirdilər. Almanların məskunlaşma xəritəsi çox geniş 
idi — Qara dəniz sahilləri, Azov, Don, Kuban ərazilərindən başlayaraq şərqə doğru 
Terek  vilayəti,  Stavropol  quberniyasının  şərq  hüdudlarına  qədər  böyük  ərazini 
əhatə  edirdi.  Məskunlaşma  iki  istiqamətdə  daha  intensiv  gedirdi:  a)  Don,  Kuban, 
Terek vilayətinin qərb hissəsi; b) Stavropol quberniyasının cənubi — şərq və Terek 
vilayətinin  mərkəzi  —  şərq  rayonları.  Öz  yararsız  iqlim  və  torpaq  şəraitinə  görə 
kolonistləri  az  maraqlandıran  Stavropol  quberniyasının  mərkəzi  və  şimal  əraziləri 
bu iki istiqamətin aralığında yerləşirdi. Şimali Qafqazda almanların məskunlaşması 
qərb rayonlarının düzənlik ərazilərində daha fəal gedirdi. 
XIX  əsrin  ortalarında  Stavropol  quberniyasında  (quberniya  1848-ci  ildə 
yaradılmışdır  —  İ.A.)  almanların  məskunlaşması  prosesi  davam  edirdi.  1863-cü 
ildə Yekaterinoslav quberniyasından gəlmiş mennonitlər Stavropol quberniyasında 
Orbelianovka koloniyasının əsasını qoydular. 
1867-ci  ildə  Bessarabiya  quberniyasının  Akkerman  qəzasından  Qafqaza 
köçən  kolonistlərin  bir  qrupu  Stavropol  quberniyasında,  dövlət  müşaviri 
Martınovun  torpaqlarında
 
məskunlaşdılar.  Mülk  sahibi  ilə  kolonistlər  arasında 
bağlanan 15 illik icarə müqaviləsinə görə almanlara 2000 desyatin torpaq ayrıldı
4

Sonralar 
Martınovun 
torpaq  mülkündə  Xerson,  Tavriya  və  Samara 
quberniyalarından  gəlmiş  almanlar  yerləşdilər.  Onların  arasında  xarici  ölkə 
təbəələrinə  də  rast  gəlinirdi.  Müxtəlif  quberniyalardan  gələn  və  müxtəlif  ölkə 
vətəndaşlığına  aid  olan  kolonistlər  birləşərək  yuxarıda  adı  çəkilən  Martınovdan 
şəxsi  mülkiyyətə  torpaq  sahəsi  aldılar.  1868-ci  ildə  Martınovun  torpaq  mülkündə 

98 
 
məskunlaşan  kolonistlər  Bessarabiyadan  gələn  kolonistlərlə  birləşərək  Stavropol 
qəzasında Martınsfeld koloniyasının əsasını qoydular
5

Yuxarıda  qeyd  etmişdik  ki,  XIX  əsrin  ortalarından  başlayaraq  Volqaboyu 
almanlarının  Qafqaza  axını  gücləndi.  Kolonistlər  Kuban  və  Azov  sahili  ərazilərə 
daha  çox  maraq  göstərirdilər.  1860-cı  illərin  ortalarından  adı  çəkilən  regionlarda 
almanların məskunlaşması ilə bağlı bir sıra obyektiv və subyektiv əngəllər yarandı 
və kolonistlərin bir hissəsi Stavropol quberniyasında məskunlaşmağı qərara aldılar. 
Stavropol ərazisi coğrafi cəhətdən Volqa regionuna yaxın yerləşsə də, iqlim şəraiti 
və  torpağın,  suyun  keyfiyyətinə  görə  kolonistləri  qane  etmirdi  və  bu  səbəbdən 
onların Qərbi Qafqaza  meyilləri başa düşülən idi. Ancaq hökumət dairələri Qərbi 
Qafqazda  məskunlaşa  bilməyənlərin  Stavropol  quberniyasında  yerləşdirilməsinə 
müsbət  yanaşırdılar.  1866-cı  ilin  fevralında  Stavropol  Dövlət  Əmlak  palatası 
Saratov  kontoruna  yazdığı  məktublarda  Qafqaza  köçmək  istəyən  kolonist 
qruplarının  nümayəndələrinin  yerli  iqlim
 
şəraiti  ilə  tanış  olmaq  üçün 
göndərilməsini  tövsiyə  edirdi.  Almanların  Stavropolda  məskunlaşma  dinamikası 
onu  göstərirdi  ki,  onlar  bu  ərazilərdə  uzunmüddətli  kök  salmaq  niyyətində 
olmuşlar.  1868-ci  ildə  Samara  və  Saratov  quberniyalarından  146  kolonist  ailəsi 
Stavropolda  məskunlaşmaq  arzusu  ilə  müraciətnamə  yazdılar.  Müraciətnaməyə 
müsbət cavab alan kolonistlərdən 61 ailə sonradan Kuban vilayətində  yerləşməyə 
cəhd  etsə  də,  Kuban  qubernatorundan  imtina  cavabı  aldıqdan  sonra  bu  kolonist 
qrupu da Stavropolda məskunlaşmağa məcbur oldu. 
Alman ailələri 3 müxtəlif qruplardan ibarət idi və onların arasında çoxsaylı 
eston  kolonistləri  də  var  idi.  Kolonistlərin  həm  dini,  həm  də  etnik  cəhətdən 
müxtəlifliyi onların konsolidasiyasına imkan vermədi və Stavropol qubernatorunun 
müsbət  münasibətinə  baxmayaraq,  kolonistlər  vahid  koloniya  yarada  bilmədilər: 
onların  əksəriyyəti  icarədar  kimi  xutorlarda  məskunlaşdılar,  bəziləri  isə 
Stavropolda artıq  mövcud olan koloniyalara birləşdilər. Estonlardan ibarət 25 ailə 
Kuban  vilayətində  məskunlaşmağa  müvəffəq  oldu
6
.  1870-ci  illərin  sonlarında 
Şimali  Qafqazda  «İsxod  dini  hərəkatı»nın  tərəfdarları  bir  sıra  koloniyalar 
yaratdılar. Onlardan biri — Betel koloniyası 1878-ci ildə Stavropol quberniyasında 
yerləşirdi. 
XIX əsrin 80-90-cı illərində kolonistlərin Şimali Qafqaza axını gücləndi ki, 
bu  da  Rusiyanın  qərb  və  Qara  dəniz  sahili  quberniyalarında  alman  əhalisinin 
hüquqlarının  pozulmasına  yönələn  diskriminasiya  xarakterli  qanunların  qəbul 
edilməsi ilə bağlı idi
7

Bu  dövrdə  Şimali  Qafqaza  köçənlərin  əksəriyyətini  mennonit  və  sair 
protestant  cərəyanlarının  nümayəndələri  təşkil  edirdilər.  Mennonitlər  Terek 
vilayətinin Xasavyurt dairəsində 15 koloniya yaratsalar da, qonşu çeçen əhalisi ilə 
münasibətlər  qura  bilmədiklərinə  görə  XX  əsrin  əvvəllərində  Stavropol 
quberniyasının  sərhədyanı  ərazilərinə  köçməyə  məcbur  oldular.  XX  əsrin 

99 
 
əvvəllərində Stavropol ərazisində 20 kiçik mennonit koloniyası yarandı və onların 
əhalisinin ümumi sayı 3000 nəfər təşkil edirdi
8

Beləliklə,  nəticəyə  gələ  bilərik  ki,  almanların  Qafqazda  məskunlaşma 
prosesi Stavropol ərazisində (1847-ci ilə qədər Qafqaz vilayəti adlandırılırdı—İ.A.
başlasa  da,  XIX  əsrin  II  yarısında  kolonistlər  bu  ərazidə  yalnız  məcburiyyət 
qarşısında  qalaraq  məskunlaşırdılar:  qonşu  quberniyalarda  məskunlaşmağa  icazə 
ala  bilməyən  və  yaxud  yerli  sosial-iqtisadi,  etno-sosial  şəraitə  uyğunlaşa 
bilməyənlər Stavropol quberniyasında özlərinə məskən salırdılar. 
Rusiyanın  kənd  təsərrüfatında  kapitalist  münasibətlərinin  formalaşmağa 
başladığı və getdikcə kənd təsərrüfatı istehsalının əmtəə xarakteri aldığı bir şəraitdə 
tədbirli  alman  kolonistləri  münbit  torpaqlarla  bol  olan  regionlara  daha  çox  can 
atırdılar və bu baxımdan ən əlverişli bölgələrdən biri Kuban vilayəti idi. 
XIX  əsrin  II  yarısında  Şimali  Qafqazda  almanların  kütləvi  məskunlaşdığı 
regionlardan  biri  də  Kuban  vilayəti  idi.  Bütün  Şimali  Qafqazda  olduğu  kimi, 
Kubanda da almanların məskunlaşmasının əsas xüsusiyyəti kolonistlərin bu əraziyə 
birbaşa Almaniyadan deyil, Rusiyanın müxtəlif quberniyalarından gəlməsində idi. 
Yəni,  Kubanda  alman  məskunlaşmasını,  məzmun  etibarilə,  daxili  məskunlaşma 
prosesinə aid etmək olar. 
Kubanda  məskunlaşan  alman  əhalisinin  böyük  əksəriyyəti  Bessarabiya, 
Qara  dəniz  sahili  quberniyalardan  və  Volqaboyu  regionundan  gələnlər  idi. 
Bessarabiya  və  Qara  dəniz  sahillərindən  kolonistlərin  Kubana  köçməsi  Krım 
müharibəsi (1853-1856) və onun nəticələri ilə bağlı olmuşdur. Qara dənizin şimal 
sahillərinin  türk,  ingilis,  fransız  gəmiləri  tərəfindən  mühasirəyə  alınması,  bu 
ərazilərin  rəqib  gəmilərdən  top  atəşinə  tutulması  Bessarabiya,  Tavriya 
quberniyalarından alman əhalisinin kütləvi şəkildə Kubana köçməsi ilə nəticələndi. 
Kubanda  məskunlaşan  kolonistlərin  əhəmiyyətli  hissəsini  Volqaboyu 
quberniyalarından və xüsusən də Saratov quberniyasından gələnlər təşkil edirdilər. 
XIX  əsrin  50-ci  illərində  Volqaboyu  koloniyalarında  sosial  gərginlik  daha 
da  artdı  və  vəziyyətdən  çıxış  yolu  axtaran  kolonistlər  özbaşına,  kortəbii  şəkildə 
yeni regionlara,  əsasən də Qafqaza və Volqadan şərq ərazilərə köçməyə daha çox 
üstünlük  verirdilər.  Volqaboyu  kolonistlərinin  Qafqaza,  xüsusən  də  Kuban 
ərazisinə  can  atmalarına  rəsmi  dövlət  dairələrinin  reaksiyası  eyni  deyildi. 
Volqaboyu  quberniyalarının  başçıları,  o  cümlədən  Əcnəbilərə  Qəyyumluq  üzrə 
Saratov  Kontorunun  rəhbərliyi  almanların  Volqaboyu  regionunu  tərk  etməsinə 
mənfi yanaşır və bu yolda onlara müxtəlif maneələr yaradırdılar. 
Bununla  belə,  Kubanda  ilk  alman  koloniyalarının  əsasını  Volqaboyundan 
gəlmiş  kolonistlər  qoydular.  1852-ci  ildə  keçmiş  Yeysk  qəzasında  yaranan 
koloniya Aleksanderfeld adlandırıldı. Çox keçmədi Azov dənizinin sahilində daha 
bir  alman  koloniyasının  əsası  qoyuldu.  Almanca  Mixelstal  adlanan  bu  koloniya 
sonralar  Voronsovskaya  adlandırılmışdır
9
.  Torpaq  fondu  1000  des.  olan  bu 
koloniyada 30 alman ailəsi məskunlaşdı. Ümumiyyətlə götürdükdə, ilk yaranan bu 

100 
 
iki  koloniyada  1113  nəfər  əhali  yaşayırdı  ki,  bu  da  koloniyaların  çox  böyük 
olmasını göstərirdi
10

1860-cı  ildə  Kuban  çayının  sol  sahilində,  Qafqaz  şöbəsinin  (rayonunun—
İ.A..) boş qalmış torpaqlarının məskunlaşdırılmasına başlandı. 1861-ci ildə Saratov 
quberniyasından  özbaşına  Kubana  gələn  50  alman  ailəsi  polkovnik  Krım-Girey-
Qusarovun  mülk  torpaqlarında  yerləşdirildilər.  Kolonistlərə  torpaqdan  icarədar 
kimi istifadə etmək hüququ verilmişdi
11
. Rəsmi dövlət orqanlarının kortəbii şəkildə 
yaşayış  yerini  dəyişən  kolonistlərə  qarşı  cəza  tədbirləri  getdikcə  daha  da 
sərtləşdirildi.  1861-ci  il  14  oktyabr  tarixində  özbaşına  yaşayış  yerini  tərk  etmiş 
bütün  kolonistlərin  məcburi  şəkildə  öz  köhnə  yaşayış  yerlərinə  qaytarılması 
haqqında  qərar  qəbul  edildi
12
.  Əcnəbilərə  Qəyyumluq  üzrə  Saratov  Kontoru  04 
noyabr  1861-ci  il  tarixdə  bütün  alman  koloniyalarının  özünüidarə  orqanlarına 
təlimat göndərdi.
13
 
Bütün bunlara baxmayaraq, Volqaboyu almanları arasında Qafqaza köçmək 
əhvali-ruhiyyəsi  çox  yüksək  idi.  Qısa  bir  müddət  ərzində  adı  çəkilən  Qusarovun 
mülkündə  məskunlaşan  alman  ailələrinin  sayı  100-ü  keçdi.  1863-cü  ildən  mülk 
sahibi icarə haqqını artırdıqdan sonra kolonistlər icarədən imtina etdilər və onlara 
dövlət  torpaq  fondundan  torpaq  payının  ayrılması  xahişilə  yuxarı  instansiyalara 
müraciətnamə  göndərdilər.  Kuban  vilayətində  dövlət  torpaqları  kazak  stanitsaları 
və 
yerli 
dağlı 
xalqları 
üçün 
nəzərdə 
tutulduğundan 
almanların 
müraciətnaməsindəki  xahişlər  nəzərə  alınmadı.  Kuban  vilayəti  hərbi  komandanın 
göstərişi  ilə  alman  kolonistlərinə  müvəqqəti  yaşayış  üçün  dövlət  fondundan 
torpaqlar 
ayrıldı.  Qafqaz  canişininin  əmrinə  görə  kolonistlərin  tam 
məskunlaşmasına qədər onlardan heç bir ödəniş tələb olunmamalı idi
14

Saratov  kolonistlərinin  məskunlaşma  məsələsi  açıq  qalmışdı.  Üst-Labinsk 
stansiyasında  Kuban  vilayət  hərbi  komandanı  ilə  kolonist  nümayəndələrinin 
görüşündən  sonra  hər  alman  ailəsinə  30  des.  torpaq  sahəsi  ayrıldı.  Yeni  yaranan 
koloniya Semyonovka adlandırıldı və burada 140 alman ailəsi məskunlaşdı
15
. Qeyd 
edək  ki,  Semyonovka  kolonistlərinə  torpaq  tam  mülkiyyətə  verilmişdi.  İlk  7  il 
ərzində  almanlar  istənilən  vergi  və  mükəlləfiyyətlərdən  azad  olundular  və  bu 
səbəbdən də onlara dövlət tərəfindən heç bir maliyyə yardımı göstərilmirdi. 
Qeyd  edək  ki,  Semyonovka,  nəinki  Qafqazda,  hətta  Rusiyada  ən  böyük 
koloniyalardan biri idi: yarandığı vaxt burada 910 nəfər yaşayırdı. Əhalinin sayının 
artması  nəticəsində  Semyonovkanın  qonşuluğunda  yeni  koloniyaların  salınması 
zərurəti  yarandı  və  Semyonovkanın  əhalisi  hesabına  Batalpaşa  şöbəsində 
Rojdestvenskaya  (1864)  və  1892-ci  ildə  Qafqaz  şöbəsində  Novo-Nikolayev 
koloniyaları meydana gəldi. Novo-Nikolayev koloniyasında 73 təsərrüfat vardı və 
burada  435  nəfər  sakin  yaşayırdı
16
.  Semyonovka  koloniyasının  yaranma   
tarixindən  görürük  ki,  Kuban    rəsmi  dairələri  kolonistlərin  vilayət  ərazisində 
məskunlaşmasına müsbət yanaşır, onların problemlərinin həllində yardım edirdilər. 

101 
 
Volqaboyu  regionundan  kolonistlərin  Kubanda  və  ümumiyyətlə,  Qafqazda 
məskunlaşması  məsələsində  Volqaboyu  rəsmiləri  ilə  Qafqaz  dövlət  orqanlarının 
maraqları ziddiyyət təşkil edirdi. Volqaboyu quberniyalarının rəhbərləri, həmçinin 
Əcnəbi  Kolonistlərə  Qəyyumluq  üzrə  Saratov  kontorunun  idarə  heyəti 
tabeçiliklərində  olan  kolonist  kütlələrinin  Qafqaza  köçməsindən  narahatçılıq 
keçirirdilər.  Rəsmi  dairələrin  fikrincə,  ayrı-ayrı  kolonistlərin  Volqaboyunu  tərk 
etməsi  qismən  sosial  gərginliyi  azaltsa  da,  digər  tərəfdən  köçmə  prosesi  kütləvi 
xarakter  ala  bilərdi  ki,  bu  da  regionun  sosial-iqtisadi  həyatının  iflic  vəziyyətə 
düşməsinə  gətirərdi.  Qeyd  etmək  yerinə  düşərdi  ki,  Volqaboyu  rəsmilərinin 
narahatçılığına obyektiv əsas vardı: Volqaboyu regionuna nisbətən Qafqazda iqlim 
şəraitinin,  torpaqların  keyfiyyətinin  münasib  olması,  ən  başlıcası  isə  torpağın 
qiymətinin  aşağı  olması,  Volqaboyundan  fərqli  olaraq,  Qafqazda  koloniyaların 
daha mütərəqqi formada təşkil edilməsi - bütün bunlar Volqa kolonistlərinin Şimali 
Qafqaza  kütləvi  axınına  səbəb  olmuşdu.  Arxiv  sənədlərindən  görürük  ki,  Qafqaz 
regionu Volqa almanları üçün o qədər cəlbedici olmuşdu ki, bəzən, hətta koloniya 
rəhbərləri icazəsiz olaraq bütün təsərrüfatları ilə yeni ərazilərə yollanırdılar
17

Saratov  kontoru  kolonistlərin  Qafqaza  köçməsinin  qanuni  əsaslarla  həyata 
keçirilməsinin tərəfdarı idi, çünki kolonistlərin kortəbii miqrasiyası Volqaboyunda 
mövcud olan yüzlərlə koloniyalarda daxili sabitliyin pozulmasına gətirib çıxarırdı. 
Əvvəlki  illərdə  almanların  qanunsuz  miqrasiyasına  müəyyən  dərəcədə  loyal 
münasibət  bəsləyən  Qafqaz  rəsmiləri  də  1860-cı  illərin  ortalarından  bu  prosesin 
nəzarətə alınmasını tələb edirdilər
18

Əhalinin Qafqaza miqrasiyasına planlı xarakter vermək məqsədilə 1865-ci il 
14  mart  tarixində  qərar  qəbul  edildi.  Qərara  əsasən,  Qafqazda  məskunlaşmaq 
istəyən  əcnəbi  vətəndaş  və  yaxud  Rusiya  təbəəsi  Rusiya  Dövlət  Əmlak 
Nazirliyindən icazə kağızı almalı idi
19

Qeyd  edək  ki,  Volqaboyu  və  sair  regionlardan  almanların  Kubana,  o 
cümlədən  Qafqaza  köçməsində  ən  böyük  əngəl  Dövlət  Əmlak  Nazirliyi  və  onun 
yerli  orqanları  tərəfindən  yaradılırdı.  Bürokratik  əngəllər  nəticəsində,  bəzən 
kolonist azadolma bileti almaq üçün bir neçə il gözləməli olurdu və bu vaxt ərzində 
kolonistin  məskunlaşmaq istədiyi regionlarda  torpaq fondunun paylanmasında  bir 
çox dəyişikliklər baş verirdi. Qanuni yolla yaşayış yerini dəyişə
 
bilməyən kolonist 
kütlələri  kortəbii  şəkildə,  özbaşına  bu  problemi  həll  etməyə  üstünlük  verirdilər. 
Rəsmi dövlət orqanlarının reaksiyası özünü çox gözlətmədi. Qanunsuz miqrasiyaya 
qarşı mübarizənin kulminasiyası 26 aprel 1865-ci il tarixində Senatın qəbul etdiyi 
«Kolonistlər haqqında Əsasnaməyə əlavələr» oldu.
20
 1865-ci ilin yayında bu qərar 
alman dilinə tərcümə edilərək bütün alman koloniyalarına göndərildi. 
Qafqaz  rəsmi  dairələri  regionun  qısa  bir  müddətdə  mənimsənilməsində 
maraqlı  idilər  və  bu  səbəbdən  miqrasiya  problemlərinin  həllində  Volqaboyu 
quberniya rəhbərləri, Saratov kontoru ilə sıx əməkdaşlığa can atırdılar. 1866-cı ilin 
aprelində  Qərbi  Qafqazın  məskunlaşması  məsələləri  ilə  bağlı  yazışmalara  Kuban 

102 
 
vilayətinin rəhbərliyi də qoşuldu ki, bu da Kubanda mövcud olan və yerli xalqların 
tərk 
etməsi 
nəticəsində 
kimsəsiz 
və 
istifadəsiz 
qalan 
ərazilərin 
məskunlaşdırılmasında  onların  maraqlı  tərəf  kimi  çıxış  etmələrindən  xəbər 
verirdi.
21
 Hətta kolonistlərin Kuban ərazisində yerləşdirilməsi şərtləri tərtib olunub 
Saratov kontoruna göndərildi. Onlar aşağıdakılardan ibarət idi: 
— Saratov Əcnəbilərə Qəyyumluq Kontorunun icazəsi; 
— Qafqaz inzibati orqanlarının kolonistin daimi məskunlaşmasına razılığı; 
— kolonistin yalnız Lüteran dini etiqadına aid olması
22

Qeyd edək ki, əvvəlki illərin çar fərmanlarından fərqli olaraq, 1865-ci il 14 
mart fərmanına görə Qafqaza köçən kolonistlər «vergi ödəyən ümumi dövlət kəndli 
silki»  kimi  qəbul edilir  və onlara keyfiyyətindən asılı olaraq 9-14 desyatin torpaq 
sahəsi verilirdi
23
. Kuban vilayəti rəisinin göstərişi ilə vilayət ərazisində katolik dini 
cərəyanına  aid  olan  və  köhnə  yaşayış  yerlərini  qanunsuz  tərk  edənlərin 
məskunlaşmasına 
icazə 
verilmirdi. 
Ancaq 
faktiki 
olaraq 
vilayətdə 
məskunlaşanların arasında icazə kağızı olmadan məskən salanlara da rast gəlinirdi 
və çox vaxt yerli hakimiyyət orqanları bu cür hallara göz yumurdular
24

1866-cı  ilin  mayında  Dövlət  Əmlak  Nazirliyinin  təlimatına  əsaslanaraq 
Saratov Kontoru Volqaboyu kolonistlərinin Qafqaza köçməsini qadağan edən qərar 
qəbul etdi
25
. Kolonistlər Qafqaza köçməmək haqqında yazılı şəkildə vəd verirdilər 
və  bu  qərarı  yerinə  yetirməyənlərə  qarşı  müəyyən  cəza  tədbirləri  görülür,  hətta 
onları müəyyən müddət qapalı məkanda saxlayırdılar. Volqaboyunu özbaşına tərk 
edənlər kolonist silkindən məhrum edilirdilər. Məsələn, 1866-cı ildə Volqanın sağ 
sahil  koloniyalarından  121  ailə  kolonist  statusunu  itirdi  və  qeyd  edək  ki,  onların 
yenidən bu statusa  qayıtmaq  istəyi nəticəsiz  qaldı
18
. Beləliklə, görürük ki,  Kuban 
vilayətinin  hakimiyyət  orqanları  ilə  Volqaboyu  kolonist  təşkilatları  arasında 
ziddiyyətlər  yaranmışdı:  Kuban  rəsmiləri  öz  ərazilərində  Volqa  almanlarının 
yerləşməsinə çalışdıqları zaman Saratov Kontoru hər vasitə ilə, hətta cəza tədbirləri 
ilə kolonistlərin Qafqaza axınının qarşısını almağa çalışırdı.
26
 
Kuban rəsmilərinin kolonist nümayəndələrini Qafqaza dəvət etməsi, onlara 
dəvət haqqında şəhadətnamələrin paylanması — bütün bunlar Saratov Kontorunun 
apardığı  xətlə  ziddiyyət  təşkil  edirdi.  Kolonistlərin  kortəbii  şəkildə  Kubana 
köçməsi  yerli  hakimiyyət  orqanları  üçün  müəyyən  problemlər  yaratmağa  başladı. 
Dövlət  Əmlak  Nazirliyinin  Qafqaz  üzrə  Baş  idarəsi  1868-ci  ildə  qəbul  etdiyi 
qərarla  kolonistlərin  Qafqazda  məskunlaşmasına  razılığını  bildirdi,  amma  bunun 
üçün  kolonist  kontorunun  razılığı  və  gələcək  məskunlaşma  yerinin  əvvəlcədən 
seçilib  razılaşdırılması  əsas  şərt  kimi  götürülürdü
28
.  Qafqaz  canişinliyinin  Baş 
idarəsi  bu  məsələyə  bir  qədər  fərqli  yanaşırdı.  1870-ci  ildə
 
kolonistlərin  kortəbii 
şəkildə Qafqaza köçməsi qəti qadağan edildi
29
. Bu qərarın qəbul edilməsinin əsas 
səbəblərindən biri bu idi ki, Volqaboyundan Qafqaza köçmək adı ilə yaşayış yerini 
tərk  edənlərin  əksəriyyəti  müxtəlif  şəhərlərdə  məskunlaşır,  təyin  olunan 
koloniyalara  getməkdən  boyun  qaçırırdılar.  Volqaboyu  quberniyalarından  fərqli 

103 
 
olaraq, Bessarabiya və Qara dəniz sahili ərazilərdən gələn kolonistlərin qəbulunda, 
yerləşdirilməsində  heç  bir  problem  yaranmırdı,  çünki  onların  Qafqaza 
köçürülməsində həm mərkəzi, həm də yerli dövlət orqanlarının maraqları üst-üstə 
düşürdü. 
XIX  əsrin  60-cı  illərində  Yekaterinoslav  quberniyasından  gələn 
kolonistlərin  bir  qrupu  II  Aleksandrın  şəxsi  göstərişi  ilə  Kuban  vilayətinin 
Batalpaşa şöbəsində Kuban çayı ilə Zelençuk arası ərazilərdə məskunlaşdırıldılar. 
1864-cü  ildə  mennonitlər  tərəfindən  əsası  qoyulan  bu  koloniya  Voldemfryüst 
adlandırıldı
30
.  İndiki  Nevinnomısk  şəhərindən  bir  qədər  aralıda  yaranan  bu 
koloniyanın  adı  sonralar  dəyişdirilərək  Velikoknyajeskaya  olmuşdur.  Koloniya 
sakinləri,  əsasən  qoyunçuluqla  məşğul  olurdular.  1866-cı  ildə  Yekaterinoslav 
mennonitləri  Voldemfryüst  koloniyası  yaxınlığında  daha  bir  koloniya  — 
Aleksanderfeld koloniyasını yaratdılar
31

1860-cı  illərdə  Bessarabiya  quberniyasının  Akkerman  qəzasından  100-dən 
artıq alman ailəsi Kuban vilayətinə köçdü. Onlar Kuban çayının sol sahilində, şəxsi 
mülkiyyət  torpaqlarında  bir  neçə  koloniyanın  əsasını  qoydular:  1867-d  ildə 
Eyqenfeld  (Vannovskoye),  1869-cu  ildə  Rozenfeld  (Şeremetyevskoye)  və 
Bessarabiya 
kolonistlərinin  üçüncü  qrupu  1871-ci  ildə  Aleksanderfeld 
(Leonovskoye)  koloniyasını  yaratdılar
32
.  Beləliklə,  1912-ci  ilə  qədər  Kuban 
vilayətinin  Qafqaz  şöbəsində  335  alman  təsərrüfatı  fəaliyyət  göstərirdi  və  burada 
2088 nəfər kolonist yaşayırdı. Onların ixtiyarında olan torpaq sahələrinin miqdarı 
7531  desyatinə  çatırdı.  Kompakt  halda  mövcud  olan  bu  koloniyalar  inzibati 
cəhətdən nahiyə mərkəzi olan Eyqenfeld (Vannovskoye) koloniyasına tabe idilər
33

XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Kuban  ərazisində  əcnəbi 
koloniyaların  yaranma  prosesi  davam  etmişdir.  Kuban  vilayətinin  Labinsk 
şöbəsində yaranan koloniyalar aşağıdakılar idi: 
1)  Fridental  koloniyası  —  bu  koloniyada  100-ə  yaxın  ailə  yaşayırdı. 
Koloniya,  «icarədarlar  koloniyası»  kateqoriyasına  aid  idi.  Belə  ki,  kolonistlər 
tanınmış torpaq maqnatı baron R.V.Şteynqelin torpaqlarını icarəyə götürmüşdülər; 
2)  Kleopatrafeld  koloniyası  108  ailəni  birləşdirirdi.  Bu  koloniyada  740 
sakin  yaşayırdı  və  kolonistlər  iri  torpaq  sahibi  qraf  Qrabbenin  torpaqlarında 
icarədar kimi məskunlaşmışdılar; 
3)  Lilkenfeld  koloniyası  Qulkeviçi  stansiyası  yaxınlığında  yaranmışdı. 
1897-ci ilin statistik  məlumatına  görə  koloniyada 282 nəfər  yaşayırdı  ki, onlar  da 
77 təsərrüfat yaratmışdılar; 
4)  Marienfeld  koloniyası  Konokovo  stansiyası  yaxınlığında  yaranmışdı  və 
769 sakini olan koloniya 135 təsərrüfatdan ibarət idi
34

5)  Qeyd  edək  ki,  Labinsk  şöbəsində  məskunlaşan  kolonistlər  arasında 
Bessarabiya,  Tavriya  quberniyaları  ilə  yanaşı,  həmçinin  Saratov  və  Samara 
quberniyalarından  da  gəlmiş  kolonistlərə  rast  gəlinirdi.  Yekaterinodar  dairəsində 
Ponura çayının sağ sahilində Qnadentau koloniyası yarandı. 43 təsərrüfatdan ibarət 

104 
 
bu  koloniyada  440  nəfər  yaşayırdı.  Vilayətin  Taman  şöbəsində  iki  alman 
koloniyası  —  Çiginsk  (əvvəlki  adı  Mixaelsfeld  olmuşdur  —  İ.A.)  və  Pilenkovo 
koloniyaları  yaranmışdı.  Çige  və  Kuban  çaylarının  sahilində  yerləşən  bu  iki 
koloniyada 639 nəfər əhali yaşayırdı və 144 təsərrüfat fəaliyyət göstərirdi
36

6)  Yuxarıda  adı  çəkilən  koloniyalardan  savayı,  Kuban  vilayətində  xırda 
xutorlar  da  mövcud  idi.  Bundan  başqa,
 
XX  əsrin  əvvəllərindən  başlayaraq  alman 
kolonistləri yeni torpaqlar icarəyə götürür və bir neçə ailə birləşərək bu torpaqlarda 
müvəqqəti məskunlaşırdılar. Əsasən belə xırda koloniyalara daha çox Urup çayının 
sağ  sahilində  rast  gəlinirdi.  Bəzən  icarədarların  sayı  artır  və  müvəqqəti  yaşayış 
məntəqəsi  icarədarlar  koloniyasına  çevrilirdi.  Buna  misal  olaraq  Besskorbnaya 
stansiyası  yaxınlığında  yaranan,  tədricən  böyüyərək  162  təsərrüfatı  birləşdirən 
Livental koloniyasını göstərə bilərik
7)
 
 Sonda  qeyd  edək  ki,  Kubanda  ən  tanınmış  alman  torpaq  mülkiyyətçisi 
baron  R.V.Steyngel  idi.  Onun  torpaq  sahəsi  9000  desyatindən  artıq  idi  və  şəxsi 
torpaqlarında  «Xutorok»  adlı  təsərrüfat  yaratmışdı  ki,  o  da  Şimali  Qafqazda  ən 
inkişaf etmiş, nümunəvi təsərrüfat sayılırdı
36
. Hələ XX əsrin əvvəllərində Kubanda 
mövcud 
olan 
alman 
koloniyalarının  tarixini  tədqiq  etmiş  professor 
V.M.Qorodetskinin  araşdırmalarına  görə  1912-ci  ildə  Kuban  vilayətinin  5 
şöbəsində 13 alman koloniyası mövcud olmuşdur. Bu koloniyalarda 879 təsərrüfat 
fəaliyyət  göstərir,  əhalinin  sayı  isə  5972  nəfər  təşkil  edirdi.  B.M.Qorodetskinin 
məlumatına  görə alman kolonistlərinin ixtiyarında 22254 des. torpaq sahəsi vardı 
ki, orta hesabla hər kolonist ailəsinə 25,3 des. torpaq düşürdü
37

8)
 
 Kuban  vilayətində  mövcud  olmuş  alman  koloniyalarının  tarixini  tədqiq 
etdikdən  sonra  belə  qənaətə  gələ  bilərik  ki,  XIX  əsrin  II  yarısından  I  Dünya 
müharibəsi  illərinədək  Kuban  ərazisində  təqribən  20-yə  yaxın  alman  koloniyası 
mövcud  olmuşdur.  Bu  koloniyalarda  yaşayan  əhalinin  və  təsərrüfatların  sayı 
V.M.Qorodetskinin göstərdiyi rəqəmlərdən bir qədər artıq olmuşdur. 
XIX əsrin II yarısında almanların fəal məskunlaşdığı
 
regionlardan biri Terek 
vilayəti  idi.  Bu  vilayət  1860-cı  ildə  çarizmin  Şimali  Qafqazda  apardığı  inzibati 
islahatlar nəticəsində  yaranmışdı. Belə ki, 1860-cı ildə  Qafqaz hərbi xətti (liniya) 
ləğv edildi və əvəzində 3 vilayət — Terek, Kuban və Dağıstan vilayətləri yaradıldı. 
Terek vilayəti Şimali Qafqazda mərkəzi mövqe tuturdu və onun tərkibinə 4 
hissə  (Pyatiqorsk,  Mozdok,  Kizlyar,  Sunja)  və  6  dairə  (Kabarda,  Vladiqafqaz, 
Çeçen,  Arqun,  İçkeriya,  Kumık)  daxil  idi.  1865-1870-ci  illərdə  Şimali  Qafqazda 
tətbiq  edilən  hərbi-xalq  idarəetmə  sistemi  ilə  əlaqədar,  Terek  vilayətinin  ərazisi 
artıq  Kabarda,  Osetin,  İnquş,  Çeçen,  İçkeriya,  Arqun,  Kumık  və  Dağlı  kimi  8 
dairəyə bölünürdü.
38
 
1871-ci  il  inzibati  bölgüsündən  sonra  Terek  vilayətində  9  dairə  yaradıldı: 
Georgiyevsk,  Nalçik,  Vladiqafqaz,  Sunja,  Qroznı,  Arqun,  Vedensk,  Kizlyar  və 
Xasavyurt.  Vilayətin  tərkibində  son  inzibati  dəyişikliklər  1874-cü  ildə  edildi. 
Həmin il Pyatiqorsk ətrafı kəndlərin və əcnəbi koloniyaların vilayətə birləşməsi ilə 

105 
 
əlaqədar,  Georgiyevsk  dairəsi  ləğv  edilib  əvəzində  Pyatiqorsk  dairəsi  yaradıldı. 
Bundan  savayı,  Sunja  dairəsi  ləğv  edilərək  ərazisi  Vladiqafqaz  və  Qroznı 
dairələrinə  birləşdirildi.  Beləliklə,  1874-cü  ildən  1917-ci  ilə  qədər  Terek 
vilayətinin  tərkibində  7  dairə  (Pyatiqorsk,  Nalçik,  Vladiqafqaz,  Qroznı,  Arqun, 
Vedensk, Kizlyar, Xasavyurt) mövcud olmuşdur.
39
 
Terek  vilayətində  ilk  məskunlaşan  alman  kolonistləri  bura  1861—1864-cü 
illərdə Volqaboyu regionundan gəlmişlər. Onlar Vladiqafqazdan bir qədər şimalda 
Mixaylovsk,  Pyatiqorsk  şəhəri  yaxınlığında  Betaniya  və  Nikolayevka,  Proxladnı 
yaxınlığında  Kana,  Nalçik  ətrafında  Aleksandrovka  koloniyalarının  əsasını 
qoydular.  Qeyd  edək  ki,  Volqaboyundan  Sibirə,  Urala  köçmə  prosesindən  fərqli 
olaraq, onların Qafqaza köçməsi kortəbii xarakter daşıyırdı. 
1850-ci illərdə Saratov kolonistləri Qara dənizin şimal-şərq sahillərinə, yəni 
Kuban  vilayətinə  köçmək  niyyətlərində  o  qədər  israrlı  idilər  ki,  Əcnəbilərə 
qəyyumluq  üzrə  Saratov  kontoru  onların  kortəbii  yaranan  təşəbbüslərinə  planlı 
xarakter  verməyə  məcbur  oldu.  Saratov  kontoru  593  alman  ailəsinin  Qafqaza 
köçmək arzusunu dəstəkləyərək Dövlət Əmlak Nazirliyinin Departamentinə onlara 
yardım  edilməsi  haqqında  xahişlə  müraciət  etdi.
40
  Qafqaz  canişini  Vorontsov 
dövlət  fondunda  boş  torpaq  sahələrinin  çatışmazlığına  istinadən  Volqaboyu 
kolonistlərinin  Qafqazda  yerləşdirilməsini  qeyri-mümkün  sayırdı.  Nəticədə, 
Saratov  kontoru  «Qafqaza  köçmə»  kampaniyasına  qarşı  mübarizə  aparmağa 
başladı  və  müvəqqəti  olaraq  çoxsaylı  kolonist  kütlələrinin  Qafqaza  köçməsinin 
qarşısı  alındı.  Yalnız  bir  qrup  kolonist  1852-ci  ildə  qanunsuz  olaraq  Nalçik 
ətrafında—Pyatiqorsk qəzasında məskunlaşmağa müvəffəq oldu.
41
 
Qeyd  etdik  ki,  çarizmin  Qafqazda  apardığı  köçürmə  siyasəti  qonşu 
Volqaboyu  regionunda  böyük  maraq  doğurdu.  Artıq  1850-ci  illərin  əvvəllərində 
torpaq  sarıdan  daha  çox  əziyyət  çəkən  Saratov  kolonistləri  Qafqaza  köçməyi  qət 
etdilər. Hətta  kolonistlərə  gələcək  məskunlaşma  yerini seçmək  hüququ  verilmişdi 
və  konkret  ərazi  təyin  olunduqdan  sonra  onlar  çar  hökumətinə  məskunlaşma  ilə 
bağlı müraciət edə bilərdilər. 
Saratov quberniyasının Kamışinsk qəzasından gələn kolonist nümayəndələr 
Nalçik  yaxınlığında,  Böyük  Kabardada  məskunlaşmaq  üçün  münasib  ərazi 
tapdıqdan  sonra  1852-ci  ilin  fevralında  Qafqaz  Xətti  Mərkəzi  rəisinin  adına 
müraciətnamə  göndərdilər.  Müraciətnamədə  qeyd  olunurdu  ki,  «Nalçik  ətrafında 
əkinçiliyə  yararlı  torpaq  sahələri  vardır»  və  kolonistlər  burada  30-60  alman 
ailəsinin  məskunlaşmasına  icazə  verilməsini  xahiş  edirdilər.  Bu  vacib  məsələnin 
həlli  üçün  Qafqaz  Xətti  Mərkəzinin  rəisi,  Qafqaz  və  Qara  dəniz  xətlərinin  baş 
komandanları ilə apardığı məsləhətləşmələrdən sonra almanların məskunlaşmasına 
razılıq verdi. 
Vurğulamaq  lazımdır  ki,  Şimali  Qafqazda  koloniyaların  yaranması 
proseduru  başqa  regionlara  nisbətən  öz  mürəkkəbliyi  ilə  seçilirdi.  Koloniya 
yaratmaq  üçün  bir  sıra  şərtlərə  əməl  olunması  tələb  edilirdi.  Əvvəla,  koloniyanın 

106 
 
ehtiyaclarını  ödəyə  biləcək  boş  torpaq  sahələrinin  və  bu  sahələrin  dövlət  fonduna 
aid  olması  mütləq  şərt  idi.  İkinci  vacib  bir  şərt  ondan  ibarət  idi  ki,  koloniyanın 
yaradılacağı  ərazi  yerli  dağlı  xalqlarının  kəndlərindən  mümkün  qədər  uzaqda 
yerləşməliydi ki, yerli xalqların iqtisadi təsərrüfat  maraqlarına xələl gətirməsin və 
nəhayət,  salındığı  ərazidə  koloniya  optimal  təsərrüfat  formasını  seçərək  konkret 
iqtisadi fayda verməli idi. 
Nalçık ətrafında yaradılması planlaşdırılan koloniya bütün bu şərtlərə cavab 
verirdi,  lakin  bürokratik  əngəllər  ucbatından  koloniyanın  rəsmiləşdirilməsi  bir 
qədər yubadıldı. Belə ki, Rusiya ərazisində bir koloniyadan başqasına və yaxud bir 
regiondan  başqasına  köçərək  yeni  koloniya  yaratmaq  üçün  kolonistlər  Dövlət 
Əmlak  Nazirliyindən  icazə  vərəqəsi  almalı  idi.  Nalçik  ətrafında  məskunlaşmaq 
istəyən Volqaboyu kolonistlərinin əksəriyyəti icazə vərəqəsi almamışdılar. Dövlət 
Əmlak Nazirliyi kolonistlərin kortəbii şəkildə Volqaboyunu tərk edərək Qafqazda 
məskunlaşmasına  qarşı  çıxırdı.  Lakin  Şimali  Qafqaz  ərazisi  Müdafiə  Nazirliyi 
tərəfindən  idarə  olunduğundan  kolonistlərin  məskunlaşması  ilə  bağlı  məsələlərin 
həlli  Müdafiə  Nazirliyinin  sərəncamına  keçmişdi.  Dövlət  Əmlak  Nazirliyi  və 
Müdafiə  Nazirliyi  arasında  davam  edən  uzun  yazışmalardan  sonra  1858-ci  ildə 
Qafqaz  Ordusunun  baş  komandanı  Nalçik  yaxınlığında  alman  koloniyasının 
yaranmasını  rəsmiləşdirdi  və  kolonistlərin  arzusu  ilə  yeni  yaşayış  məskəni 
Aleksandrovka  adlandırıldı.  Dövlət  Torpaq  fondundan  koloniyaya  ümumilikdə 
1500  des.,  yəni  hər  ailəyə  35  des.  torpaq  sahəsi  ayrıldı,  kolonistlərin  yerinə 
yetirəcəyi mükəlləfiyyətlər ayırd edildi.
43
 
Mixaylovsk  koloniyası  1861-ci  ildə,  müasir  Şimali  Osetiya  ərazisində, 
Vladiqafqaz  şəhərinin  yaxınlığında  salınmışdı  və  əhali  arasında  Vladiqafqaz 
koloniyası  adı  ilə  tanınmışdı.  Arxiv  sənədlərindən  görünür  ki,  ilk  vaxtlar  bu 
koloniyada 40 alman ailəsi məskunlaşmışdı. Kolonist ailələri müxtəlif regionlardan 
gəlmişdilər:  37  ailə  Saratov,  1  ailə  Samara,  1  ailə  Novqorod  quberniyasının 
sakinləri  idi.
 
Yalnız  Avqust  Brensin  ailəsi  xaricdən  gələrək  Vladiqafqaz 
koloniyasında  məskunlaşmışdı.  Bu  fakt  onu  göstərir  ki,  bütün  Şimali  Qafqazda 
olduğu  kimi,  Terek vilayətində  də  məskunlaşma  prosesi daxili xarakter daşıyırdı. 
Stavropol  və  Kuban  vilayətlərindən  fərqli  olaraq,  Terek  vilayətində  kolonistlərin 
məskunlaşması  prosesi  miqyasca  çox  da  böyük  əraziləri  əhatə  etmirdi  və  bunun 
əsas səbəbi vilayətdə əkinəyararlı torpaq sahələrinin azlığı ilə izah olunur. 
Bununla yanaşı, Vladiqafqaz dairəsi alman kolonistləri üçün maraq doğuran 
bir  ərazi  idi:  Vladiqafqaz  kimi  iri  şəhərin  ətrafında  məskunlaşmaq,  əsasən 
əkinçilik,  heyvandarlıq,  bağçılıq  və  arıçılıqla  məşğul  olan  kolonistlərə  öz 
məhsullarını şəhər bazarlarına çıxartmaq imkanı yaradırdı. 
Vladiqafqaz  koloniyası  məhz  belə  əlverişli  coğrafi  mövqedə  yerləşsə  də, 
digər  tərəfdən  koloniyanın  normal  fəaliyyətinə  mənfi  təsir  göstərən  amillər  də 
vardı.  Koloniyaya  ayrılmış  torpaq  sahəsində  Petrapavlovsk  əsgər  qəsəbəsinin 
salınması,  koloniyanın  əsas  nəqliyyat  yollarının  kəsişdiyi  çevrədə  yerləşməsi 

107 
 
nəticəsində  ona  müxtəlif  ziyanlar  dəyirdi.  Əsasən  də  qış  və  yay  mövsümlərində 
qoyun  sürülərinin  koloniyadan keçərək  yaylağa, qışlağa  aparılması zamanı alman 
təsərrüfatlarına  dəyən  ziyan  dağıdıcı  xarakter  alırdı.  Bütün  bunları  nəzərə  alaraq 
Vladiqafqaz  koloniyasının  sakinləri  koloniyanın  başqa  əraziyə  köçürülməsi  xahişi 
ilə rəsmi dövlət orqanlarına müraciət etdilər və müsbət cavab aldılar. 1867-ci ildə 
Vladiqafqaz  koloniyası  Vladiqafqaz  şəhərindən  9  verst  şimala  köçürüldü.  Şəhər 
ictimai idarəsinin qərarı ilə koloniyanın şəhərə olan 2200 rubl köhnə borcu silindi 
və  alman  kolonistləri  onlara  ayrılmış  yeni  ərazidə  təsərrüfat  fəaliyyətinə 
başladılar.
45
 
1874-cü  ilin  statistik  məlumatlarına  görə  Vladiqafqaz  koloniyasında  297 
alman yaşayırdı ki, onlar da 40 təsərrüfat yaratmışdılar. 21 may 1876-cı il tarixdə 
Vladiqafqaz  koloniyasının  sakinləri  Terek  vilayəti  rəisinə  ünvanladıqları 
müraciətdə  koloniyanın  adının  dəyişdirilərək,  ona  çarın  qardaşı  Böyük  knyaz 
Mixail  Nikolayeviçin  adının  verilməsini  xahiş  edirdilər. Terek  vilayətinin  rəisinin 
1876-cı  il  26  sentyabr  tarixdə  kolonistlərə  göndərdiyi  cavab  məktubunda  onların 
xahişinin  Qafqaz  canişini  tərəfindən  dəstəkləndiyi  bildirildi.  Beləliklə,  1876-cı  il 
13 noyabr tarixdən kolonistlərin xahişi ilə Vladiqafqaz koloniyası Mixaylovskaya, 
və yaxud almansayağı Mixaelsdorf adlandırıldı.
47
 
Mixaelsdorf  koloniyası  Qafqazda  ən  iri  koloniyalardan  biri  idi.  Burada 
1889-cu  ilin  statistik  məlumatlarına  görə  513  sakin  yaşayırdı.  Koloniyada  83 
təsərrüfat  fəaliyyət  göstərirdi  ki,  onların  da  ixtiyarına  1250  des.  torpaq  sahəsi 
ayrılmışdı.  Qeyd  edək  ki,  bu  koloniya  dövlət  torpaqlarında  yaranmışdı  və  əsas 
məşğuliyyəti  əkinçilik  və  heyvandarlıq  idi.  Koloniyada  mövcud  olan  sənətkar 
emalatxanaları  —  3  dəmirçi  sexi,  2  dəyirman  və  1  zavod  əsasən  koloniyanın  və 
ətraf  kəndlərin  daxili  tələbatlarının  ödənilməsi  istiqamətində  fəaliyyət 
göstərirdilər.
48
 
1882-ci  ildə  Terek  vilayətinin  şimal  düzəngah  ərazilərində,  Stavropol 
quberniyası  ilə  sərhəd  zonasında,  Qnadenburq  alman  koloniyası  meydana  gəldi 
(indiki  Mozdok  rayonu  Vinoqradnoye  kəndi).  Vilayətdə  yaranan  başqa  alman 
koloniyalarından  fərqli  olaraq,  bu  koloniya  əcnəbi  təbəələr  tərəfindən  salınmışdı. 
Koloniyanı  səciyyələndirən  xüsusiyyətlərdən  biri  də  onun  «Eigentumsdorf»,  yəni 
xüsusi  mülkiyyət  torpaqlarında  yaranması  idi.  Almaniyadan  gələn  40  mühacir 
ailəsi  yerli  torpaq  sahibləri  general-mayor  Smekalov  və  general-mayor 
Zolotaryovdan  2000  des.  torpaq  aldılar.
49
  Kolonistlərin  hüquqi  cəhətdən 
savadsızlığı  və  müdafiəsizliyi  şəraitində  torpağın  kollektiv  şəkildə  şəxsi 
mülkiyyətə satın alınması ən münasib variant idi. Kolonist icması tərəfindən satın 
alınan  torpaq  sahəsi  kolonist  ailələri  arasında  bölüşdürüldü.  1882-ci  ilin  statistik 
məlumatlarına görə Qnadenburq koloniyasında 40 təsərrüfat fəaliyyət göstərirdi və 
əhalinin  sayı  149  nəfər  təşkil  edirdi.  Qeyd  edək  ki,  Qnadenburq  sakinləri  Şimali 
Qafqaza öz təşəbbüsləri ilə köçdüklərindən Rusiya dövləti tərəfindən kolonist silki 
üçün  nəzərdə  tutulan  güzəştlərdən  məhrum  olmuşdular.  Öz  maliyyə  vəsaitləri 

108 
 
hesabına  məskunlaşmaqda  çətinliklərlə  üzləşən  kolonistlər  1888-ci  ildə  rəsmi 
dövlət orqanlarına müraciət edərək onlara da müəyyən güzəştlərin edilməsini xahiş 
etdilər.  Kolonistlərin  xahişini  nəzərə  alaraq  çar  hökuməti  onları  1888-ci  ildən 
başlayaraq  5  il  müddətinə  bütün  dövlət  və  yerli  zemstvo  vergilərindən  azad  etdi. 
Bundan savayı, 1883-1888-ci illərdə kolonistlərin dövlətə ödədikləri torpaq vergisi 
və  Almaniyadan  gələrkən  ödədikləri  gömrük  rüsumu  (3446  rubl  93  qəpik)  geri 
qaytarıldı,  1892-ci  ilə  qədər  koloniyanın  kişi  əhalisi  hərbi  mükəlləfiyyətdən  azad 
edildi. Bütün bu güzəştlərin  müqabilində kolonistlərdən Rusiya təbəəliyinin qəbul 
edilməsi  tələb  olunurdu.
51
  1864-cü  ildən  qüvvəyə  minən  əsaslara  görə  əcnəbi 
kolonistin Rusiya təbəəliyini qəbul etməsi mütləq şərt kimi göstərilirdi. Əcnəbinin 
Rusiya  təbəəliyini  qəbul  etməsi  onun  öz  xahişi  ilə  və  Rusiyada  5  il  yaşadıqdan 
sonra  mümkün  ola  bilərdi.  Əgər  əcnəbi  Rusiya  təəbəliyini  qəbul  etməzdisə, 
Rusiyanı  tərk  etmək  məcburiyyətində  qalırdı.  Bundan  əvvəl  onun  əmlakı  Rusiya 
dövlətinin  xeyrinə  müsadirə  olunurdu  və  əcnəbi  kolonist  hökumət  tərəfindən  ona 
xərclənən  bütün  maliyyə  vəsaitini  xəzinəyə  qaytarmalı  idi.  Beləliklə,  təbəəliyin 
«könüllü» qəbul edilməsi yalnız kağız üzərində qalırdı, əslində kolonistlər Rusiya 
təbəəliyini qəbul etməyə məcbur olurdular. 
1888-ci  ilin  məlumatlarına  görə  Qnadenburqun  əhalisi  120  nəfərədək 
azalmışdı:  12  ailə  koloniyanı  tərk  edərək  Almaniyaya  və  Rusiyanın  müxtəlif 
quberniyalarına köçmüşdü.
52
 Onların təsərrüfatları koloniyada yenicə məskunlaşan 
14  alman  ailəsi  arasında  bölüşdürüldü.  1889-cu  ilin  məlumatlarına  görə 
Qradenburq  koloniyasında  52    həyət  qeydə  alınmışdı  və  əhalinin  sayı  290  nəfər 
təşkil  edirdi.  Koloniya  bütövlükdə  1937  des.  torpaq  sahəsinə  malik  idi.  Əsasən 
əkinçiliklə  məşğul  olan  koloniyada  ümumən  400  başa  yaxın  mal-qara,  at  qeydə 
alınmışdı.
53
 
XX  əsrin  əvvəllərində  koloniyanın  inkişafı  daha  da  sürətlənmiş, 
təsərrüfatların sayı 95-ə, əhalinin sayı isə 567 nəfərə çatmışdı.
54
 
Terek vilayətində  yaranan ən köhnə  koloniyalardan biri, əsası 1887-ci ildə 
qoyulmuş,  Novıy-Lars  (Dzanxotov-Lars)  koloniyası  olmuşdur.  Beslan  şəhəri 
yaxınlığında  əsası  qoyulan  bu  koloniyanın  sakinləri  Bessarabiya,  Tavriya  və 
Stavropol  quberniyasında  torpaq  qıtlığından  əziyyət  çəkən  kolonistlər  idi.  Şəxsi 
mülkiyyətə  torpaq  ala  bilməyən  koloniya  sakinləri  yerli  torpaq  sahibi 
T.Dudarovdan 300 des.  torpaq sahəsini icarəyə  götürdülər  və  bunun  müqabilində 
icarə haqqı olaraq məhsulun 25%-ni torpaq sahibinə verməli idilər. Əhalisinə görə 
koloniya  o  qədər  də  böyük  deyildi  —  1889-cu  ilin  statistik  məlumatlarına  görə 
burada cəmi 54 nəfər yaşayırdı və onlar 11 təsərrüfatda birləşmişdilər.
55
 XX əsrin 
ilk  illərinin  məlumatlarına  görə  Novıy-Larsda  86  nəfər  yaşayırdı.  Təsərrüfatların 
iriləşməsi  nəticəsində  onların  sayı  11-dən  5-ə  düşmüşdü.  Koloniyada,  əsasən 
əkinçilik  və  heyvandarlıqla  məşğul  olurdular.  XX  əsrin  əvvəllərinə  aid 
mənbələrdən görünür ki, alman koloniyası qonşu rus və ukraynalıların kəndlərinə 

109 
 
nisbətən  daha  intensiv  inkişaf  edirdilər,  təsərrüfatlardakı  mal-qaranın  sayına  görə 
öz qonşularını 2-3 dəfə üstələyirdilər.
56
 
1888-ci  ildə  indiki  Şimali  Osetiya  ərazisində,  Darqkox  stansiyası 
yaxınlığında  Emmaus  koloniyası  yarandı.  Koloniya  istefada  olan  çar  generalı 
Eqlayın  şəxsi  torpaq  sahəsində  salınmışdı.
57
  Torpaqlarında  təsərrüfat  həyatı 
qurmağı planlaşdıran general, Kuban vilayətində məskunlaşan alman kolonistlərinə 
müraciətində  onlara  icarədar  qismində  öz  mülkündə  məskunlaşmağı  təklif  etdi.
58
 
Saratov  quberniyasından  Kubana  köçən  və  burada  da  torpaq  məsələsini  həll  edə 
bilməyən  34  alman  ailəsi  general  Eqlayın  torpaqlarında  məskən  saldılar. 
İcarədarlardan  ibarət  olan  Emmaus  koloniyası  inzibati  cəhətdən  yerli  Zamangül 
kəndinə  daxil  idi  və  kolonistlər  məhsulun  25%-ni  torpaq  sahibinə  ödəyirdilər. 
1889-cu  ilin  məlumatlarına  görə  koloniyada  23  təsərrüfat  fəaliyyət  göstərirdi  və 
əhalinin  sayı  186  nəfər  idi.
59 
Mövcud  olduğu  1908-ci  ilə  qədər  koloniyanın 
təsərrüfatları  və  əhalisinin  sayında  əsaslı  dəyişikliklər  baş  verməmişdir. 
Kolonistlərin  əsas  məşğuliyyəti  əkinçilik,  bağçılıq,  heyvandarlıq  olmuşdur. 
Kolonistlər  istehsal  etdikləri  kənd  təsərrüfatı  məhsullarını  xammal  və  yaxud 
yarımfabrikat  şəklində  Vladiqafqazda  təşkil  edilən  həftə  bazarlarına  çıxarırdılar. 
Kənd  təsərrüfatının  bazar  tələbatlarına  uyğun  istiqamətləndirilməsi  alman 
təsərrüfatlarının  intensiv  inkişafına  təkan  verən  əsas  amillərdən  biri  idi.  1902—
1903-cü illərin statistik məlumatlarına görə Emmaus koloniyasında hər ailənin illik 
gəliri  350  rubl  təşkil  edirdi  ki,  bu  da  o  zamanlar  Rusiyada  yüksək  göstərici 
sayılırdı.
60
  Emmuas  koloniyası  1908-ci  ildə  öz  fəaliyyətini  dayandırmalı  oldu  və 
koloniya  əhalisi  qonşu  alman  koloniyası  —  Mixaelsdorfda  yerləşdirildi.  Emmaus 
koloniyası  icarədarlar  koloniyası  olduğundan  1908-ci  ildə  onlarla  icarə 
müqavilələri təzələnmədi və koloniya torpaqları Rusiya Kəndli Bankından maliyyə 
dəstəyi alan Kuratatın cəmiyyəti tərəfindən satın alındı. Sonralar boş qalmış alman 
təsərrüfatlarında osetin əhalisi yerləşdirildi.
61
 
XX  əsrin  əvvəllərində  Rusiyanın  kənd  təsərrüfatında  kapitalist 
münasibətlərinin  inkişafı  sürətləndi  və  əsasən  də  1907-ci  ildən  həyata  keçirilən 
Stolipin  aqrar  islahatı  nəticəsində  bu  proses  geniş  miqyas  aldı.  Torpağın  azad 
şəkildə  alqı-satqı  obyektinə  çevrilməsi,  yeni  təsərrüfat  formalarının  —  xutor 
təsərrüfatlarının  yaranmasına  şərait  yaratdı.  Qeyd  edək  ki,  Şimali  Qafqazda  ilk 
xutor  təsərrüfatlarını  alman  kolonistləri  yaratmışdılar.  1895-1901-ci  illər  ərzində 
Terek  vilayətinin  Mozdok  rayonunda  Falman,  Laşkaryov,  Seler,  Fişer,  Svayger, 
Vobiy,  Matis  kimi  xutorlar  mövcud  idi.  Əhalisinin  sayı  5-30  nəfərədək  olan  bu 
təsərrüfatların hər birinin ixtiyarında təqribən 70-150 des. torpaq sahəsi vardı.
62
 
Xutorlarda,  əsasən  əkinçiliklə  məşğul  olurdular:  heyvandarlıq  daxili 
tələbatların  ödənilməsinə  xidmət  edirdi.  Xutor  sakinlərinin  əksəriyyəti  Xerson, 
Tavriya və Yekaterinoslav (indiki Dnepropetrovsk) quberniyalarından gəlmişdilər. 
Kuban və Terek vilayətlərindəki alman koloniyalarında torpaq qıtlığından əziyyət 
çəkənlər  də  xutor  təsərrüfatlarının  yaradılmasına  üstünlük  verirdilər.  Xutor 

110 
 
təsərrüfatları  həm  xüsusi  mülkiyyətdə  olan,  həm  də  icarəyə  götürülmüş  torpaq 
sahələrində  yaradılırdı.  Bəzi  xutorlar  torpaq  sahəsinə  görə  koloniyadan  geri 
qalmırdılar. Məsələn, Laşkaryov xutorunda  yaranan 4 təsərrüfatın ixtiyarında 693 
des. xüsusi mülkiyyətə aid və 173 desyatin icarə torpaqları var idi ki, bu da 20-25 
həyətdən ibarət orta alman koloniyasının torpaqlarına bərabər idi.
63
 
XIX  əsrin  sonlarında  Terek  vilayətinə  kolonistlərin  köçməsi  prosesi 
nisbətən zəiflədi ki, bu da  həm çar hökumətinin apardığı daxili siyasətlə, həm də 
regionda  dövlət  fonduna  aid  boş  torpaq  sahələrinin  azlığı  ilə  izah  olunurdu. 
Mövcud  koloniyalarda  əhalinin  sayının  artması  ilə  əlaqədar  koloniyadaxili  sosial 
gərginlik  getdikcə artırdı.  Koloniya  rəhbərliyi  ümumi  maliyyə vəsaitləri hesabına 
yaranmış torpaq problemini həll etməyə çalışırdı: ümumi kassadan ayrılan pullara 
yeni  torpaq  sahələri  alınır,  torpaqsız  və  aztorpaqlı  kolonist  ailələri  bu  torpaqlarda 
yerləşdirilirdilər.  Belə  koloniyaların  yaranma  mexanizmi  tarixi  ədəbiyyatda 
yetərincə işıqlandırılmışdır və bu cür koloniyalar «törəmə» koloniya adlanırdılar. 
Koloniya rəhbərliyi özü maraqlı idi ki, «ana», yəni əsas koloniyanın xərcləri 
hesabına  yeni  torpaqlar  əldə  edilsin  və  torpaqsız  koloniya  üzvləri  yeni  ərazilərə 
köçürülsünlər. 
XX  əsrin  əvvəllərində  Terek  vilayətində,  indiki  Kabarda-Balkariya 
ərazisində yeni «törəmə» koloniyalar və xutorlar meydana gəldi ki, onların əsasını 
Qnadenburq,  Aleksandrovsk  və  Hofnunqsfeld  koloniyalarından  köçən  kolonistlər 
qoymuşlar. 1908-ci ildə Emmaus koloniyasının bir neçə sakini birləşərək kabardin 
mənşəli knyaz İnalovun torpaqlarını satın aldılar və yeni koloniya yaratdılar. Eben-
Etser  adlanan  bu  koloniyanın  sakinləri  4  təsərrüfatda  birləşmişdilər    və    əsasən  
heyvandarlıqla,   əkinçiliklə  məşğul olurdular.
64
 
Terek  vilayətinin  qərb  rayonlarında,  indiki  Şimali  Osetiya  ərazisində 
inzibati  cəhətdən  Mixaylovsk  koloniyasına  aid  torpaqlarda  Zuyeviç  xutoru 
yaranmışdı  ki,  buranın  sakinlərinin  təqribən  yarısı  alman  idi.  Adı  çəkilən  ərazidə 
almanlar,  həmçinin  Proxasko  (20  həyət,  145  nəfər)  Atabəyovlar  (6  nəfər), 
Sorokoumovski  (15  nəfər)  xutorlarında,  Yakovlev  və  Orlov  adlı  şəxslərin  bağ 
evlərində  də  məskunlaşmışdılar.
65
  Terek  vilayətində  yaranan  «törəmə» 
koloniyaların  əksəriyyəti  Volqaboyu  və  Cənubi  Ukrayna  bölgələrindən  gəlmiş 
kolonistlər tərəfindən salınmışdı. 
1902-1909-cu illərdə Moloçansk rayonunda mövcud olan onlarla mennonit 
koloniyalarında əhali sıxlığı və bununla bağlı torpaq qıtlığı aktual məsələlərdən idi. 
Yeri gəlmişkən qeyd edək ki, mennonit dini cərəyanı protestantizmə aid idi və XVI 
əsrin  I  yarısında  Almaniyada  Reformasiya  dövrü  yaranmışdı.  Simon  Mennonun 
tərəfdarı olan mennonitlər protestantizmin başqa təriqətlərini, əsasən də lüteranlığı 
qəbul  etmir,  bu  cərəyanlarla  düşmən  münasibətlər  saxlayırdılar.  Onlar  özlərini 
«Allah  tərəfindən  seçilmiş  insan»  sayırdılar  və  ətraf  —  «günahlara  batmış» 
cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayırdılar. 

111 
 
İndiki  Ukraynanın  cənubunda  —  Xortitsa  və  Moloçanskda  mennonit 
icmaları  hələ  XVIII  əsrin  sonlarında  məskunlaşmışdılar.  Ənənəvi  olaraq, 
mennonitlər əkinçiliklə məşğul olurdular və onların dini təlimi nöqteyi-nəzərindən 
əkinçilik  Allaha  xoş  gələn  ən  optimal,  ən  şərəfli  təsərrüfat  forması  kimi 
qiymətləndirilirdi.  Mennonitlər  təkcə  dindarlıqları  ilə  deyil,  həm  də  var-dövlətə, 
varlanmağa  güclü  meyilləri  ilə  tanınmışdılar.  Kapitalizmin  inkişaf  etdiyi  şəraitdə
 
onlar öz təsərrüfat fəaliyyətlərindən maksimum gəlir əldə etməyə çalışırdılar. 
XIX 
əsrin 
əvvəllərindən 
mennonit 
koloniyalarında 
kapitalist 
münasibətlərinin  inkişafı  icmalarda  tarixən  kök  salmış  ənənəvi  sosial-iqtisadi 
qaydalara güclü zərbə vurdu. 
Mennonit icmalarında mövcud olan minorat sisteminin dayaqları laxladı və 
ən  əsas  hüquq  sayılan  torpaq  mülkiyyətinə  varislik  hüququna  yenidən  baxmaq 
zərurəti yarandı. Mennonit-kolonistlər arasında mövcud olmuş varislik hüququnun 
mahiyyəti  alman  müəllifi  A.Klausun
66
  əsərlərində  geniş  təhlil  olunmuşdur  və 
aşağıdakı prosedurlardan ibarət idi: 
a)
 
mennonit  ailəsinin  təsərrüfatı  bütün  kənd  təsərrüfatı  alətləri  ilə  birlikdə 
bölünmədən,  tam  şəkildə  «təsərrüfatı  daha  müvəffəqiyyətlə  davam  etdirə  biləcək 
varisin ömürlük istifadəsinə verilirdi»; 
b)
 
ənənəvi  olaraq  «təsərrüfatı  daha  müvəffəqiyyətlə  davam  etdirə  biləcək 
varis» rolunda ailənin kiçik oğlu qəbul edilirdi; 
c)
 
əgər  mennonitin  bilavasitə  varisi  yoxdursa,  onun  əmlakı  koloniya 
üzvlərindən birinə keçirdi; 
d)
 
mennonitin  təsərrüfatı  pulsuz  verilmir,  hərracda  satış  yolu  ilə  başqa 
kolonist tərəfindən alınırdı; 
e)
 
hərracda  yalnız  torpaq  qıtlığı  sarıdan  əziyyət  çəkən  kolonist  iştirak  edə 
bilərdi. Qeyd edək ki, hər mennonit ailəsinə  məskunlaşma  zamanı 65 des. torpaq 
verilmişdi və bu göstəricidən az torpağı olan şəxs aztorpaqlı sayılırdı. 
Beləliklə,  gördük  ki,  mennonit  icmalarında  torpaq  norması  məsələsində 
formal  da  olsa  bərabərlik  hökm  sürürdü.  Koloniyadaxili  münasibətlərin  qorunub 
saxlanması  üçün  hökumət  mennonit  koloniyalarına  «ovçarlanmış»,  yəni  «ehtiyat 
üçün  qorunub  saxlanan»  torpaqlar  da  ayırmışdı.  Lakin  XIX  əsrin  ortalarına  Qara 
dənizin  şimal  sahillərində  məskunlaşma  prosesinin  intensivləşməsi,  koloniyalarda 
əhalinin  sayının  sürətlə  artması  nəticəsində  (mennonit  ailələrində  uşaqların  sayı 
təqribən  7-10  nəfərə  çatırdı-İ.A.)  mennonit  koloniyalarında  torpaq  qıtlığı  hiss 
olunmağa başladı. Sahəsi 65 des. olan təsərrüfatın qurulması təqribən
 
2-3 min rubla 
başa  gəlirdi ki,  bu səbəbdən  də  boş torpaqları yalnız  zəngin kolonist ailələri əldə 
edə bilirdilər. A.Klausun yazdığına görə, artıq XIX əsrin 40-cı illərində Moloçansk 
rayonunda  ehtiyat  torpaq  sahələri  qalmamışdı.
67 
Yaranmış  torpaq  qıtlığını  həll 
etmək  üçün  mennonitlər  ənənəvi  varislik  hüququnu  pozmağa  və  təsərrüfata  aid 
torpağı bütün ailə üzvləri arasında bölməyə məcbur oldular. Nəticədə, XIX əsrin II 
yarısında  mennonit  koloniyalarında  sosial  differensiasiya  daha  da  gücləndi  və 

112 
 
koloniyada  65  des.  torpağa  malik  olanlarla  yanaşı,  aşağıdakı  kateqoriya 
kolonistlərə də rast gəlinirdi: 
a)
 
yarım desyatin həyəti və 12 des. torpaq sahəsi olanlar; 
b)
 
yarım desyatin həyəti və torpaq sahəsi olmayanlar
c)
 
torpaqsız və kirayə evlərdə yaşayanlar. 
Torpaq  məsələsinin  həllini  mennonitlər  yanlız  başqa  regionlara  köçməkdə 
görürdülər. 
Mennonitlər  öz  dini  təlimlərindən  irəli  gələrək  həyat  üçün  daha  sadə, 
cəmiyyətdən  nisbətən  təcrid  olunmuş  yerlərə  daha  çox  üstünlük  verirdilər.  Bu 
baxımdan  Şimali  Qafqaz,  xüsusilə  də  Terek  vilayəti  onların  nəzərindən  qaça 
bilməzdi. 
Beləliklə, XX əsrin əvvəllərində Moloçansk mennonitləri Terek vilayətinin 
dağlıq  və  dağətəyi  ərazilərinə  köçdülər.  Öz  təşəbbüsləri  ilə  Qafqaza  gələn 
kolonistlər  yerli  rus  generallarından  və  knyazlardan  satın  aldıqları  torpaqlarda 
məskənlər  yaratdılar.  Məsələn,  təkcə  rus  knyazı  Lvovdan  hər  desyatini  40  rubl 
olmaqla 2400 des. torpaq alınmışdı. 
Bu  torpaqlarda  15  mennonit  koloniyası  yarandı  ki,  onlardan  da  ən  inkişaf 
etmişi  Lvov  I  və  Lvov  II  koloniyaları  idi.
68
  Yeni  iqlim  şəraitinə  uyğunlaşa 
bilməyən  kolonistlər,  hətta  kömək  üçün  rəsmi  hakimiyyət  orqanlarına  müraciət 
etməyə  məcbur  olmuşdular.  20  fevral  1909-cu  il  tarixdə  Terek  vilayəti  rəisinə 
müraciətdə kolonistlər yeni məskunlaşdıqları ərazidə quraqlıqdan və süni suvarma 
üçün  heç  bir  şsraitin  olmamasından  şikayətlənirdilər.  Göstərilirdi  ki,  hətta  su 
çatışmazlığı  ucbatından  15  mennonit  koloniyasından  biri  artıq  öz  fəaliyyətini 
dayandırmışdır.  Müraciətnamədə  mennonitlər  kömək  məqsədilə  koloniyalara 
hidrotexnikanın göndərilməsini və su kanalının çəkilməsini xahiş edirdilər. 
Qısa bir müddətdə alman koloniyaları üçün 100 kilometrlik Talma su kanalı 
çəkildi.  Su  kanalının  çəkilməsi  nəticəsində  mennonit  təsərrüfatlarında  hər 
hektardan  yığılan  buğdanın  məhsuldarlığı  50-80  sentnerə  çatdı  və  əkinçiliyin 
inkişafı heyvandarlığın da inkişafı üçün baza yaratdı. 
XIX  əsrin  70-80-ci  illərində  Almaniyadan  gələn  «İsxod  hərəkatı»  dini 
təliminin  tərəfdarları  Şimali  Qafqazda  bir  neçə  koloniya  yaratdılar.  Bu 
koloniyalardan  ikisi—Noydorf  (1884)  və  Emmaus  (1888)  Terek  vilayətində 
yaranmışdı.
69
 
Qeyd  etmək  lazımdır  ki,  XIX  əsrin  sonlarında  almanların  Şimali  Qafqaza 
axını  bir  qədər  gücləndi  ki,  bu  da  1880—1890-cı  illərdə  alman  əhalisinin  başqa 
regionlarda diskriminasiyaya məruz qalması ilə bağlı idi. 
Rusiyanın  rəsmi  dairələri  XIX  əsrin  70-ci  illərindən  başlayaraq  alman 
kolonistlərinin  strateji  regionlarda,  əsasən  də  Qərb  və  Qara  dəniz  sahili 
quberniyalarda  kütləvi  məskunlaşmasından  narahatlıq  keçirirdi.  Məsələn,  1865— 
1890-cı  illər  ərzində  Avstriya-Macarıstanla  həmsərhəd  olan  Volın  quberniyasına 

113 
 
100 min alman kolonisti köçmüşdü ki, onların yarıdan çoxu sərhədyanı qəzalarda 
məskunlaşmışdılar.
70
 
Rusiya imperiyası əhalisinin birinci ümumi siyahıya alınmasına görə 1897-
ci  ildə  ölkədə  1 mln. 813 min. alman  yaşayırdı ki,  onların 1 mln. 600 mini,  yəni 
88,2%  Almaniyadan  köçüb  gələnlər  idi.  Rusiya  almanlarının  böyük  bir  hissəsi 
Qərb və Qara dəniz sahili quberniyalarda yaşayırdılar.
71
 
Bütün  bunları  nəzərə  alaraq  çar  hökuməti  1880-ci  illərdə  adı  çəkilən 
regionlarda  almanların  məskunlaşmasına  və  ümumiyyətlə,  onların  iqtisadi 
fəaliyyətini,  siyasi  təsirini  zəiflətməyə  yönələn  qanunlar  və  qərarlar  qəbul  etdi.
72
 
Nəticədə, çar hökumətinin yeni qanunlarını qəbul etməyən kolonist təbəqələri yeni 
regionlara  köçməyi üstün tutdular.  Daşınmaz əmlak və  ilk növbədə  torpaq almaq 
hüququndan məhrum olan, müxtəlif mənəvi təzyiqlərə məruz qalan mennonitlər və 
protestantizm cərəyanına aid başqa konfessiyaların nümayəndələri Şimali Qafqaza, 
onun dağlıq və dağətəyi ərazilərinə can atırdılar. Onlar burada azad şəkildə öz dini 
tələbatlarını ödəmək və təsərrüfatla məşğul olmaq niyyətindəydilər. 
Beləliklə,  XIX  əsrin  sonu  —  XX  əsrin  əvvəllərində  mennonitlər  və  başqa 
konfessiya  nümayəndələri  Terek  vilayətinin  dağlıq  və  dağətəyi  ərazilərində 
Qartenfeld,  Furstenhof,  Marlen-bruni,  Miropol,  Olqinskaya,  Romanovskaya, 
Peterstal, Ruental, Novıy Lars və sair xırda xutorlar yaratmışdılar. 
Terek  vilayətində  mövcud  olmuş  alman  koloniyalarının  dəqiq  sayını 
göstərmək  mümkün  deyil,  belə  ki,  1861-ci  ildən  vilayətin  inzibati  sərhədləri 
dəfələrlə  dəyişikliyə  məruz  qalmış,  müəyyən  koloniyalar  ərazi  baxımından  gah 
Terek  vilayətinin,  gah  da  qonşu  inzibati  vahidlərin  tərkibində  yerləşmişlər. 
Tədqiqatçı  E.Y.Aqoyeva  öz  məqaləsində  Terek  vilayətində  53  koloniyanın 
olduğunu  iddia  etmişdir.
73
  Təbii  ki,  bu  rəqəmi  mütləq  qəbul  etmək  düzgün 
olmazdı. Çünki yuxarıda göstərdiyimiz səbəbdən savayı vilayətin daxili həyatı ilə 
bağlı yaranan səbəblərdən koloniyaların sayında dəyişikliklər baş verirdi. Yuxarıda 
qeyd  etdik  ki,  kolonistlərin  sosial-təsərrüfat,  mədəni  uyğunlaşması  prosesi  çox 
mürəkkəb şəraitdə  gedirdi.  Yeni  iqlim və  torpaq şəraitinə  uyğunlaşa bilməyən  və 
yaxud  yerli  dağlı  xalqları  ilə  dostluq  münasibətləri  qura  bilməyən  koloniya 
sakinləri öz yaşayış yerlərini dəyişməyə  məcbur olur, Terek vilayəti çərçivəsində, 
yeni ərazidə və yeni adda koloniya salırdılar. Məsələn, 1888-ci ildə Almaniyadan 
gəlmiş mühacirlərin yaratdığı Emmaus koloniyası dağlı xalqları ilə yaranan ədavət 
nəticəsində 1902-ci ildə ləğv olundu və 1904-cü ildə Nalçik yaxınlığında koloniya 
sakinləri yeni — Eben-Etser koloniyasının əsasını qoydular. XX əsrin əvvəllərində 
Terek  vilayətinin  Xasavyurt  dairəsində  yaranan  15  mennonit  koloniyasının  da 
sakinləri eyni problemlə üzləşdilər. Fridheym, Kronsfeld Şenfeld Ebenfeld və sair 
koloniyaların əhalisi ilə qonşu çeçen kəndləri  arasında düşən ixtilaflar almanların 
öz yaşayış yerini tərk edərək Stavropol quberniyasına yaxın sərhədyanı ərazilərdə 
məskunlaşması ilə  nəticələndi.
74
  «İsxod  hərəkatı»nın  tərəfdarları  tərəfindən  1900-
cü  ildə  əsası  qoyulmuş  Hofnunqsfeld  koloniyasının  əhalisi  əvvəllər  Xasavyurt 

114 
 
ətrafında Yelizavettal koloniyasını yaratmış, sonralar Terek çayının şimal sahilinə 
köçməyə  məcbur  olmuşlar.  Alman  tədqiqatçıların  məlumatına  görə  Hofnunqsfeld 
koloniyası  Bessarabiyadan  köçüb  gəlmiş  lüteranlar  və  reformotorlar    tərəfindən  
salınmışdır  və  Xasavyurtun  9  kilometrliyində  yerləşirdi.
75
 
Bütün 
bu  
söylənilənlərdən  belə  nəticə  çıxarmaq  olar  ki,  Terek  vilayətində  Hofnunqfeld 
adında  iki  koloniya  mövcud  olmuşdur  ki,  bu  da  müəyyən  bir  ərazinin 
toponimikasında rast gəlinən haldır. 
Beləliklə,  kolonistlərin  «törəmə»  koloniyalardan  «ana»  koloniyalara  geri 
qayıtması,  iqlim  şəraitinin  yaratdığı  və  sosial  xarakterli  problemlərlə  bağlı, 
epizodik  hallarda  yerli  əhali  ilə  münasibətlərin  korlanması  və  sair  səbəblərdən 
Terek vilayətinin alman kolonistlərinin üfüqi və şaquli mobilliyi vilayətdə movcud 
olan  koloniyaların  dəqiq  sayı  haqqında  fikir  söyləməyə  imkan  vermir.  XIX  əsrin 
60-cı illərindən Terek vilayətində alman koloniyalarının yaranmağa  başladığını və 
XX əsrin əvvəllərində də bu prosesin davam etdiyini nəzərə alaraq və apardığımız 
araşdırmaların nəticələrinə əsaslanaraq deyə bilərik ki, 1914-cü ilə qədərki dövrdə 
vilayətdə təqribən 50 alman koloniyası və xutoru mövcud olmuşdur. 
Qafqazın  başqa  regionlarından  fərqli  olaraq,  Don  Hərbi  Dairəsində  alman 
koloniyalarının  yaranma prosesi nisbətən gec  — 1870-ci illərdə başlamışdı ki, bu 
da Don Hərbi Dairəsinin yaranma tarixinin spesifikliyi və bu ərazidə mövcud olan 
torpaq mülkiyyət formasının xüsusiyyətləri ilə izah olunur. 
Hələ  qədimdən  müxtəlif  türk  dövlətlərinə  məxsus  olan  Don  ərazisi  XVIII 
əsrdən tədricən Rusiya tərəfindən işğal olundu. Əhalisiz qalan bu geniş ərazi yarım 
hərbçi silk-kazaklar tərəfindən idarə olunurdu. Tezliklə burada Don Hərbi Dairəsi 
yaradıldı.  Ərazinin  müdafiəsi  ilə  məşğul  olan  Don  kazakları,  həmçinin  təsərrüfat 
həyatı ilə də məşğul olurdular. Don ərazisində torpaq xəzinəyə məxsus idi. Lakin 
torpaqdan istifadə hüququ Don Hərbi Dairəsinə verilmişdi və bütün torpaqlar Hərbi 
qulluq  prinsipi  əsas  götürülərək  kazak  ailələri  arasında  bölüşdürülmüşdü.  Kazak 
torpaq payını satmaq və  yaxud kiməsə bağışlamaq hüququndan məhrum idi. Əgər 
kazak öz qüvvəsi ilə torpağı əkib-becərə bilmirsə, onu yalnız icarəyə verə bilərdi. 
1835-ci  ildə  «Don  Hərbi  Dairəsi  haqqında  Əsasnamə»  qəbul  edildi
76
.  Bu 
əsasnaməyə  görə  Don  ərazisində  torpaqlar  zadəganların  şəxsi  mülkiyyətinə 
verilirdi.  Zadəgan  öz  torpaq  sahəsini  yalnız  kazak  silkindən  olan  şəxslərə  sata 
bilərdi. Beləliklə, görürük ki, Don Hərbi Dairəsində torpaqların, nəinki əcnəbilərə, 
hətta yerli rus kəndlilərinə, mülkədarlarına satışı üçün süni maneələr yaradılmışdı. 
Bu  səbəbdən  XIX  əsrin  70-ci  illərinə  qədər  Don  ərazisində  heç  bir  əcnəbi,  o 
cümlədən alman koloniyası yaranmamışdı. 
1860—1870-ci illərdə Rusiyada aparılan islahatlar, xüsusən də aqrar islahat 
Don  Hərbi  Dairəsində  torpaqdan  istifadə  sistemində  inqilabi  dəyişikliklərə  gətirdi 
— torpaq azad şəkildə alqı-satqı obyektinə çevrildi. 
Don  vilayəti  əkinəyararlı  torpaq  sahələrinə  görə  Rusiyanın  ən  əhəmiyyətli 
quberniyalarından  biri  idi.  Burada  hər
 
adambaşına  7,1


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə