AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 1.4 Mb.
Pdf просмотр
səhifə3/17
tarix13.06.2017
ölçüsü1.4 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17
1.2. ALMANLARIN QAFQAZA KÖÇMƏSĠNĠN 
SƏBƏBLƏRĠ, BAġLANĞICI VƏ ƏSAS ĠSTĠQAMƏTLƏRĠ 
 
Şimali  Qafqazda  yaranan  ilk  əcnəbi  koloniyanın  əsasını  şotlandlar 
qoymuşlar.  1802-ci  ildə  indiki  Pyatiqorsk  şəhəri  yaxınlığında  Edinburq 
missionerlər cəmiyyətinin üzvləri Karras (Şotland) koloniyasını yaratdılar və 1803-
1805-ci illərdə missionerlərə daha 21 şotland mənşəli kolonist qoşuldu.
81
 Sonralar 
1809,  1810,  1813-cü  illərdə  Karras  koloniyasına  Volqaboyu  bölgəsindən  alman 
kolonistləri  köçmüşdülər.  Volqaboyu  almanlarının  Karrasda  nə  vaxt 
məskunlaşması  və  Volqaboyunun  hansı  koloniyalarından  gəlmələri  məsələsi 
Şimali  Qafqazın  etnik  tarixini  araşdıran  tədqiqatçılar  arasında  qızğın  mübahisə 
obyekti olmuş, bu barədə bir-birinə zidd fikirlər söylənilmişdir. 
Məsələn,  XIX  əsrin  II  yarısında  yaşamış  və  Qafqaz  almanlarının  tarixini 
tədqiq  etmiş  alim  Y.Veydenbaum  «Pyatiqorsk  ətrafında  yaranan  Şotland 
koloniyasının  tarixinə  dair»  adlı  məqaləsində  Volqaboyunun  Sarepta  və 
Sevastyanovka  koloniyalarında  yaşayan  alman  kolonistlərinin  özbaşına,  kortəbii 
şəkildə  Şimali  Qafqaza  köçmələri  haqqında  məlumat  verilir.  Müəllifin  fikrincə, 
kolonistlər  Karrasda  məskunlaşaraq  koloniyaya  verilən  imtiyazlardan  istifadə 
etmək məqsədləri güdürdülər və çoxsaylı Volqaboyu almanlarından yalnız bir neçə 
ailə  koloniya  cəmiyyətinə  qəbul  olundu.  Qalanların  bir  hissəsi  özbaşına  Svyatoy 
Krest  (indiki  Budyonovsk)  şəhərində  məskunlaşdı,  başqa  bir  hissəsi  isə  Saratov 
quberniyasına  qayıtdılar.
82
  Stavropolda  tanınmış  ölkəşünas-tədqiqatçı  İ.Apuxtin 
XX əsrin əvvəllərində nəşr etdirdiyi «Karras koloniyası, onun keçmişi və bu günü» 
adlı  əsərində  qeyd  edir  ki,  bu  koloniyada  məskunlaşan  kolonistlər  Vürtemberq 
krallığından  gələnlərdir.  Rusiyada  əvvəlcə  Saratov  quberniyasının  Sarepta 
koloniyasında  məskunlaşan  almanlar,  sonralar  şotland  mənşəli  missionerlərin 
dəvəti  ilə  Kavminvoda  köçmüşlər.
83
  Qafqaz  almanlarının  tarixinin  müasir 
tədqiqatçılarından olan S.A.Çekmenyevin fikrincə, alman kolonistləri 1809-cu ildə 
Karrasa  Saratov  quberniyasından  və  Gürcüstandan  köçmüşlər.
84
  Tədqiqatçı  alim 
S.A.Çekmenyevin  irəli  sürdüyü  bu  fikir  arxiv  materialları  ilə  təsdiqini 
tapmamışdır.  Belə  ki,  çoxsaylı  arxiv  sənədlərinə  əsasən,  almanların  Cənubi 
Qafqazda  məskunlaşmasının  başlanğıcı  1817-ci  ilə  təsadüf  edir.  Nəzərə  alsaq  ki, 
Cənubi  Qafqaza  köçən  pietistlər  burada  dünyanın  sonunu  qarşılamaq 
niyyətindəydilər və onların dini təliminə görə İsa peyğəmbərin ikinci gəlişi 1836-cı 
ildə baş verməliydi,
85 
bu vaxta qədər onların Cənubi Qafqaz hüdudlarından kənara 
köçməsi  fikri  inandırıcı  görünmür.  Gürcüstanda  yaşayan  almanlardan  kiminsə 

34 
 
Karras  koloniyasına  köçməsi  yalnız  XIX  əsrin  ortaları  və  yaxud  II  yarısında  baş 
vermişdi. 
Karras koloniyasının yaranma tarixi və əhalisinin etnik tərkibi məsələsində 
həqiqətə daha yaxın mövqe tədqiqatçı E.Y.Aqoyevaya məxsusdur. Onun fikrincə, 
Karras  koloniyasının  əsasını  Şotlandiyadan  gəlmiş  missionerlər  qoymuşlar  və  bu 
baxımdan  koloniya  «ana  koloniya»  adlandırıla  bilər.
86
  Koloniyaya  verilən  bu 
xarakteristika  ilə  razılaşmaq  olar,  belə  ki,  almanlar  Karrasa  sonralar,  daxili 
məskunlaşma  prosesi  nəticəsində  köçmüşlər.  Deyilənlər  müxtəlif  arxiv  mənbələri 
ilə öz təsdiqini tapmışdır. Məsələn, «Qafqaz arxeoqrafiya komissiyasının topladığı 
aktlar»ın  beşinci  cildində  Karras  koloniyasının  starşinası  Aleksandr  Patersonun 
məktubu  dərc  edilmişdir.  Bu  məktubda  Saratov  almanlarının  icazəsiz  olaraq 
koloniyaya  gəlməsi  və  şotlandların  onlara  xoş  münasibəti  haqqında  məlumat 
verilir,  yuxarı  hakimiyyət  orqanlarından  Saratov  kolonistlərinin  bir  hissəsinin 
Karrasda  məskunlaşmasına  icazə  verilməsi  xahiş  edilir.
87
  Ehtimal  etmək  olar  ki, 
şotlandlarla  məskunlaşan  almanlar  dini  nöqteyi-nəzərdən  onlara  yaxın  olan 
reformatorlar cərəyanına aid olmuşlar və şotlandlarla birlikdə missionerlik etməyə 
razılıq vermişlər. Mənbələrdən aydın olur ki, alman reformatorlarının şotlandlarla 
birgə  fəaliyyəti  uzun  çəkməmiş,  dağlı  xalqları  ilə  Rusiya  arasında  hərbi 
toqquşmaların  intensivləşməsindən  sonra,  1809-1811-ci  illərdə  onlar  şotland 
koloniyasını  tərk  etməyə  məcbur  olmuşlar.
88
  Alman  reformatorlarının  şotland 
koloniyasını  tərk  etməsinə  səbəb  onlarla  şotland  missionerləri  arasında  dini 
zəmində  yaranan  münaqişə  olmuşdur.  Müəyyən  dərəcədə  almanların  koloniyanı 
tərk etməsi onların daha çox təsərrüfat fəaliyyətinə üstünlük vermələri ilə bağlı idi. 
Nazirlər  Kabinetinə  bu  fakt  haqqında  məlumat  29  sentyabr  1817-ci  il  tarixdə 
çatdırılmışdır və hökumətin icazəsi ilə Karrası tərk etmiş alman ailələrinin Svyatoy 
Krest şəhərində məskunlaşması rəsmiləşdirilmişdir. Qeyd etməliyik ki, almanların 
şəhərlərdə  məskunlaşması  ümumi  qaydalar  əsasında  həyata  keçirilirdi.  Lakin 
Nazirlər Kabineti Svyatoy Krestdə  məskunlaşan almanları «kolonist» statusundan 
məhrum etmədi, hər ailəyə 60 des. torpaq sahəsinin verilməsi haqqında qərar qəbul 
etdi.  Rekrut  mükəlləfiyyətini  çıxmaq  şərti  ilə  kolonist  ailələri  yerli  kəndlilərlə 
birlikdə  bütün  vergiləri  ödəməli  və  mükəlləfiyyətləri  yerinə  yetirməli  idilər. 
Şotland  koloniyasında  qalan  almanlara  sonralar  Saratov  quberniyasından  gələn 
yeni kolonistlər əlavə edildilər
89
. General Yermolovun etirazlarına baxmayaraq, çar 
hökumət dairələri Rusiyada fəaliyyət göstərən xristian missionerlərə hər vasitə ilə 
yardım  edirdi.  Hətta  1820-ci  ildə  Rusiya  mərkəzi  hakimiyyət  orqanları  ölkədə 
başqa bir missioner təşkilatının İsveçrə Bazel cəmiyyətinin fəaliyyətinə rəsmi icazə 
verdi.  İlk  öncə  Sankt-Peterburqa  gələn  missionerlərin  əsas  məqsədi  imperiyanın 
müsəlman,  yəhudi,  bütpərəst  əhalisi,  həmçinin  ənənəvi  protestantizmin 
doğmalarını  inkar  edən  protestant  sektaları  arasında  yevangelizm  təlimini 
yaymaqdan  ibarət  idi.  Daxili  İşlər  Nazirliyində  öz  məktəblərini  açmaq,  dini 
ədəbiyyat  çap  etmək,  nəşriyyat  yaratmaq  hüquqları  alan  missionerlər  fəal  işə 

35 
 
başladılar  və  öz  emissarlarını,  ilk  növbədə  Qafqaza  göndərdilər.  Qeyd  etmək 
lazımdır ki,  Bazel  missionerlərinin  nəşr  fəaliyyətinə  birbaşa  Daxili  İşlər Nazirliyi 
nəzarət edirdi. 
1821-ci ilin oktyabrında tərkibi 5 nəfərdən ibarət  missioner nümayəndələri 
Qafqaza yola düşdülər. Onların hamısı milliyyətcə alman idi və Bazel yevangelist 
cəmiyyətinin  «cəmiyyətin  ərazilərində»  məskunlaşmaq  tapşırığını  yerinə 
yetirirdilər. «Cəmiyyətin əraziləri» dedikdə, missionerlər Xəzər və Qara dəniz arası 
əraziləri,  yəni  Qafqazı  nəzərdə  tuturdular
90
.  1825—1826-cı  illərdə  bütün  şotland 
missionerləri  koloniyanı  tərk  etdilər.  Bunun  bir  neçə  səbəbi  vardı.  Əvvəla,  dağlı 
xalqları arasında aparılan missionerlik fəaliyyəti nəticəsiz  qaldı. 20 ildən artıq bir 
dövr  ərzində  heç  bir  müsəlmanı  və  yaxud  yəhudini  xristianlığa  döndərməyə  nail 
ola  bilmədilər.  Əksinə,  protestantizm  ideyaları  Şimali  Qafqazın  provoslav  əhalisi 
arasında  yayılmağa  başladı  ki,  bu  da  Qafqazda  mülki  və  hərbi  hakimiyyət 
funksiyalarını  yerinə  yetirən,  general  A.P.Yermolovun  reformatorlar  cərəyanına 
münasibətinin  dəyişməsinə  səbəb  oldu.  Generalın  fikrincə,  Qafqazda  yalnız 
provoslav  dini  təbliğ  edilməli  və  pravoslav  kilsəsi  hakim  mövqeyə  malik  olmalı 
idi.
91
  Edinburq  missioner  cəmiyyəti  Şotland  koloniyasının  əmələ  gəlməsinə, 
inkişafına əhəmiyyətli dərəcədə  maddi vəsait sərf etmişdi və  koloniyanı asanlıqla 
əldən  vermək  niyyətində  deyildi.  Koloniya  icmasının  qərarı  ilə  rəsmi  hökumət 
dairələrinə  müraciət  edildi  və  bu  müraciətdə  Şotland  koloniyasının  bütün 
əmlakının  Bazel  missioner  cəmiyyətinə  verilməsi  xahiş  olunurdu.  Rəsmi  dövlət 
orqanlarına göndərilən çoxsaylı xahişnamələrdən sonra 1828-ci ilin dekabrında çar 
I Nikolayın fərmanı ilə Bazel missionerlərinə Kavminvodda məskunlaşmağa icazə 
verildi.  Fərmanda,  həmçinin  bu  məsələnin  Şotland  koloniyasında  yaşayan  alman 
kolonistləri  ilə  də  razılaşdırılması  mütləq  şərt  kimi  göstərilirdi
92
.  Şotland 
koloniyası  ilə  yanaşı,  sonralar  daha  iki  koloniya—Novo-Nikolayevsk  və 
Konstantinovsk  koloniyaları  yarandı.  Bu  yeni  koloniyaların  yaranma  tarixi 
haqqında  da  tədqiqatçılar  arasında  müxtəlif  fikirlər  mövcuddur.  Yuxarıda  adı 
çəkilən  tarixçilər  Y.Veydenbaum  və  İ.Apuxtinin  nəticələri  tamamilə  bir-birinə 
ziddiyyət  təşkil  edir.  Y.Veydenbaum  hesab  edir  ki,  Konstantinovsk  koloniyasını 
Saratov  quberniyasından  gələn  köçkünlər  yaratmışlar.  Onun  fikrincə,  Saratov 
kolonistləri  əvvəlcə  Şotland  koloniyasında  yerləşmiş,  sonralar  Svyatoy  Krest 
şəhərinə  köçmüş  və  nəhayət,  Lisaya  Qora  yaxınlığında,  Kavminvodda 
məskunlaşmışlar
93
. İ.Apuxtin isə  hesab edir ki, Konstantinosk koloniyası 1819-cu 
ildə  Şotland  koloniyasının  torpaqlarında  yaradılmışdır
94
.  Stavropol  diyarının 
arxivlərində saxlanılan sənədlərə müraciətən deyə bilərik ki, Novo-Nikolayevsk və 
Konstantinovsk  koloniyaları  XIX  əsrin  30-40-cı  illərində  yaranmışlar
95
.  Arxiv 
materiallarına əsaslanaraq bu  iki  koloniyanın  yarandığı tarixləri dəqiqliyi ilə deyə 
bilərik:  Novo-Nikolayevsk  koloniyası  —  1835-ci,  Konstantinovsk  koloniyası  — 
1837-ci  ildə  yaradılmışdır
96
.  Tədqiqatçıların  göstərdiyi  tarixlə  arxiv  sənədlərində 
göstərilən tarixlər arasında böyük zaman fərqinin olmasını onunla izah etmək olar 

36 
 
ki,  bəzən  koloniyanın  faktiki  yaranmasından  onun  rəsmi  olaraq  koloniya  statusu 
almasına  qədər  uzun  dövr  keçirdi  və  bəzən  bu  illərlə  yox,  on  illərlə  ölçülürdü. 
Arxiv  sənədlərinə  əsaslanaraq  deyə  bilərik  ki,  Şotland  koloniyası  yeni  yaranmış 
Novo-Nikolayevsk  və  Konstantinovsk  koloniyaları  üçün  «ana  koloniya»  rolunu 
oynamışdı. 
Məlumdur  ki,  1802-ci  ildə  Kavminvodda  məskunlaşan  şotland  mənşəli 
kolonistlərə  çar  I  Aleksandrın  25  dekabr  1806-cı  il  tarixdə  imzaladığı  xüsusi 
fərmanla  geniş imtiyazlar verilmişdir. Bu sənədin  müddəalarının birində  deyilirdi 
ki,  fərman verildiyi tarixdən  sonra  bu koloniyada  məskunlaşan  hər kəs  göstərilən 
imtiyazlardan  istifadə  etmək  hüququna  malikdir.  Bu  müddəaya  əsasən,  sonradan 
Şotland koloniyasında məskunlaşan Saratov almanları da dini etiqad azadlığı və 30 
il ərzində bütün vergilərdən, müxtəlif mükəlləfiyyətlərdən azad olma hüququ əldə 
etdilər
97
.  Şotland  koloniyası  ətrafında  yaranan  və  tarixi  ədəbiyyatda  «qız 
koloniyalar»ı adlandırılan Novo-Nikolayevsk və Konstantinovsk koloniyaları cəmi 
5  il  müddətinə  vergilərdən  azad  edilmişdilər.  Bu  müddət  keçdikdən  sonra 
kolonistlərin  dövlət  kəndliləri  ilə  hüquqları  eyniləşdi  və  onlar  yalnız  rekrut 
mükəlləfiyyətindən azad olunurdular. 
Dövlət  torpaqlarında  məskunlaşan  kolonistlərin  torpaqdan  istifadə  hüququ 
nəsildən-nəslə  ötürülə  bilərdi.  Torpaq  sahəsinin  özününküləşdirilməsi,  icarəyə 
verilməsi  qadağan  olunmuşdu.  Koloniyalara  ayrılan  torpaq  sahəsinin  miqdarı 
torpaq fondunun vəziyyətindən və əhalinin sıxlığından asılı idi. Məsələn, Şotland 
koloniyasına  əvvəlcə  7000  des.  torpaq  sahəsi  ayrılmışdı.  Lakin  sonralar,  onun 
yaxınlığında  yeni  koloniyaların  yaranması  ilə  əlaqədar  bu  koloniyanın  ixtiyarında 
cəmi 2500 des. torpaq sahəsi saxlanıldı
98
. XIX əsrin ortalarında torpaqların yenidən 
bölüşdürülməsi  zamanı  Şotland  koloniyasına  kəsiklərin  hesabına  əlavə  torpaq 
sahələri  verildi  və  onun  torpaq  fondu  3534  des.  təşkil  edirdi.  Yeni  yaradılmış 
Konstantinovsk  koloniyasına  3180  des.,
99
  Novo-Nikolayevsk  koloniyasına  isə 
3143  des.  torpaq  sahəsi  ayrılmışdı,
100
  II  Yekaterina  dövrü  qəbul  edilmiş 
qanunvericiliyə  əməl  edərək,  hökumət  dairələri  Svyatoy  Krest  və  Şotland 
koloniyasında  məskunlaşan  hər  alman  ailəsinə  60  des.  torpaq  ayırmışdı
101
.  Novo-
Nikolayevsk və Konstantinovsk koloniyalarında torpaq sahələrinin genişliyinə görə 
adambaşına  hər  kolonistə  30  des.  torpaq  ayrılması  nəzərdə  tutulurdu,  ancaq 
koloniyalarda əhalinin sıxlığı səbəbindən hər ailəyə 60 des. torpaq verilməsi qərara 
alındı.  XIX  əsrin  ortalarında  Volqaboyunda  yaranmış  sosial  problemlərdən  ən 
vacibi  torpaq  problemi  idi.  1844-cü  ildə  Qafqaz  vilayətinin  Kizlyar-Mozdok 
dairəsində  180  alman  ailəsi  məskunlaşdı  və  onlar  burada  Kanovo  (Kanı) 
koloniyasının  əsasını  qoydular.  Qafqaz  Dövlət  Əmlak  palatasının  1844-cü  ilə  aid 
hesabatında bu koloniyanın adı çəkilsə də, burada yaşayan əhalinin sayı göstərilmir 
və  qeyd  olunur  ki  koloniyanın  hüquqi  cəhətdən  sənədləşdirilməsi  tam  başa 
çatmadığından kolonistlərin  ümumi sayını göstərmək  mümkün deyildir. Sənəddən 
görünür  ki,  Qafqaz  Dövlət  Əmlak  palatası  bir  neçə  il  Saratov  əcnəbi  kolonistlərə 

37 
 
qəyyumluq  kontoru  ilə  yazışmalar  aparmış,  Kanovoda  məskunlaşan  kolonistlərin 
dəqiq  siyahısını  tərtib  etməyə  çalışmışdır.
102 
Məskunlaşmanın  ilk  ili  buraya  180 
ailə  köçmüşdür.  Lakin  Saratov  Kontorunun  məlumatına  görə  rəsmi  olaraq  169 
ailənin Stavropol quberniyasına köçməsinə icazə verilmişdi. Qeyd edək ki, yaşayış 
yerini  dəyişmək  istəyən  ailə  tabe  olduğu  əcnəbilərə  qəyyumluq  kontorlarından 
azad  olma  haqqında  bilet  əldə  etməli  və  yalnız  bundan  sonra  başqa  bir  yerə  köçə 
bilərdi.  Aparılan  yoxlamalar  göstərdi ki,  11 ailə  icazə  biletləri almadan, özbaşına 
Qafqaza  köçmüşdülər.  Qanunu  pozmuş  bütün  ailələr  cinayət  məcəlləsinin  I 
hissəsinin 1215-ci maddəsinə görə məsuliyyətə cəlb edilmiş və bu maddəyə uyğun 
olaraq  ailə  başçılarına  qarşı  15-dən  30-a  qədər  ağacla  zərbə  vurmaq  kimi  bədən 
cəzası  tətbiq  edilmişdi.  Saxta  icazə  biletləri  əsasında  yaşayış  yerini  dəyişənlərin 
işləri  ilə  məhkəmə  məşğul  olurdu  və  onları  daha  ağır  cəzalar  gözləyirdi
103
.  İcazə 
bileti  olmadan  Stavropolda  məskunlaşan  bir  çox  kolonist  ailələri  geri—Saratov 
quberniyasına  qayıtmağa  məcbur  oldular.  Kolonistlərin  Volqaboyu  ərazisinə 
qayıtmasının başqa bir səbəbi Stavropolda onlar üçün ayrılan ərazinin iqlim şəraiti 
ilə  izah  olunur.  Dövlət  Əmlak  Nazirliyinin  birinci  departamenti  tərəfindən 
Kavminvoddan  cənubi—şərqdə  yerləşdirilən  Saratov  kolonistlərinin  isti  yayı, 
soyuq  küləkli  qışı  ilə  xarakterizə  olan,  içməli  su  qıtlığı  və  suyun  keyfiyyətinin 
aşağı  olduğu  bir  ərazidə  məskunlaşması  onlara  baha  başa  gəldi.  Arxiv 
sənədlərindən göründüyü kimi, yarandığı gündən sonra 23 il ərzində bu koloniyada 
747  sakin  müxtəlif  xəstəliklərdən  vəfat  etmişdir
104
.  Qafqaz  müharibəsinin  getdiyi 
bir vaxtda almanlar çalışırdılar ki, daha çox şəhərlər ətrafında və kompakt şəkildə 
məskunlaşsınlar.  Bu  həm  lazım  gəldikdə  müdafiə  xarakterli  tədbirlərin 
operativliyini  artırırdı,  həm  də  şəhər  ətrafında  məskunlaşma,  bazarlara  yaxınlıq 
kolonistlərin  təsərrüfat  inkişafını  sürətləndirən  amillər  idi.  Müxtəlif  dövrlərdə 
Saratov  quberniyasından  Nikolayev  koloniyasına  köçən  kolonistlərin  1848-ci  ilin 
martında  Qafqaz  canişininin  Dəftərxanasına  göndərdikləri  məktuba  nəzər  salsaq, 
görərik  ki,  adı  çəkilən  koloniyada  məskunlaşan  bu  kolonistlər  hələ  də  torpaqla 
təmin  olunmamış  və  kolonist  statusuna  daxil  edilməmişlər.  Torpaqsız  qalan  və 
yaşamaq  üçün  lazım  olan  bütün  vasitələrdən  məhrum  olan  kolonistlər  rəsmi 
hökumət  dairələrindən  onları  Stavropol  şəhəri  ətrafında,  boş  qalmış  dövlət 
torpaqlarında yerləşdirməyi xahiş  edirdilər
105

Kolonistlərin  xahişi  ilə  bağlı  Qafqaz  canişininin  Dəftərxanası  Stavropol 
Dövlət Əmlak palatasına müraciət etdi və Əmlak palatasından alınan cavabda qeyd 
olunurdu ki, göstərilən ərazilər hələ 1843-cü ilin sentyabrından Yekaterinoslavdan 
Qafqaz  vilayətinə  köçmüş  13  kolonist  ailəsi  və  Prussiyadan  gəlmiş  9  ailə  üçün 
nəzərdə  tutulmuşdur.  Aparılan  yoxlamalar zamanı  məlum  olmuşdur  ki,  Stavropol 
ətrafında  30  ailə  məskunlaşmışdır  ki,  onlardan  9  ailə,  həqiqətən,  Prussiyadan 
gələnlər idi. Yuxarıda adı çəkilən 13 Yekaterinoslav alman ailəsi onların sırasında 
qeydə  alınmamışdır.  Beləliklə,  21  kolonist  ailəsinin  haradan  və  nə  vaxt  gəldiyini 
ayırd  etmək  üçün  Cənub  diyarının  əcnəbi  kolonistlərinə  Qəyyumluq  komitəsi, 

38 
 
Qafqaz  və  Stavropol  Dövlət  Əmlak  palatalarının  birgə  səyləri  nəticəsində  bu 
məsələyə  aydınlıq  gətirmək  mümkün  olmuşdur
106
.  Adı  çəkilən  orqanların 
yazışmalarından məlum olur ki, kolonist ailələri Stavropol quberniyasına 1844-cü 
ilin  aprelində  köçmüşlər.  Onların  hansı  ərazidə  məskunlaşdırılmasını 
dəqiqləşdirmək  məqsədilə  Stavropol  Dövlət  Əmlak  palatası  Dövlət  Əmlak 
Nazirliyinin  Birinci  Departamentinə  sorğu  göndərir.  Birinci  Departamentin 
cavabında  sərəncam  verilir  ki,    yeni  alman  koloniyaları  yalnız  artıq  mövcud 
koloniyaların  qonşuluğunda  salına  bilər.  Bundan  savayı,  sərəncamda  qeyd 
olunurdu  ki,  kolonistlər  yeni  ərazidə  məskunlaşmaq  üçün  mütləq  şəkildə  köhnə 
yaşadıqları  koloniyanı  tərk  etmələri  haqqında  icazə  biletləri  təqdim  etməlidirlər. 
Əgər  kolonist  yeni  yaşayış  yerinə  qohumlarının  və  əzizlərinin  yanına  gəlmişsə, 
yaxud yeni koloniyada sənətkarlıqla məşğul olacaqsa onun məskunlaşmasına icazə 
verilə bilərdi. Bütün bu göstərilən şərtləri sənədlə və qabiliyyətlə sübut etmək tələb 
olunurdu
107

Beləliklə,  Birinci  Departamentin  sərəncamına  əsasən,  kolonistlər  yalnız 
Kavminvodda  mövcud  olan  köhnə  koloniyaların  qonşuluğunda  məskunlaşa 
bilərdilər. Yeni miqrantlar Kavminvodda məskunlaşmaqdan imtina etdilər. Onların 
fikrincə,  orada  mövcud  olan  koloniyalar  Pyatiqorsk  şəhərini  kənd  təsərrüfatı 
məhsulları  ilə  təmin  edirdilər  və  bu  səbəbdən  yeni  koloniyalar  öz  məhsullarının 
realizə  edilməsində  çətinlik  çəkəcəklər.  Kolonistlər  onlara  torpaq  sahələrinin 
Stavropol şəhəri ətrafında və yaxud Tuquluk yaxınlığında verilməsini xahiş etdilər. 
Məlumat  üçün  qeyd  edək  ki,  Stavropol  ətrafında  1409  des.,  Tuqulukda  isə  2000 
des.,  əksinə,  yararlı  torpaq  sahəsi  vardı  və  burada  kolonistlərin  fikrincə,  kənd 
təsərrüfatında yüksək nailiyyətlər qazanmaq mümkün olardı
108

Birinci Departamentin göstərişi ilə yeni gəlmiş kolonist ailələrinə Stavropol 
şəhəri  ətrafında  torpaqlar  ayrıldı  və  bu  zaman  o  fakt  da  nəzərə  alınırdı  ki, 
gələcəkdə bu koloniyanın qonşuluğunda  yeni-yeni koloniyalar yaratmaq mümkün 
olsun. Bu səbəbdən şəhərətrafı torpaq fondunda ehtiyat torpaq sahələri saxlanılırdı. 
Yekaterinoslavdan  gəlmiş  13  kolonist  ailəsi  məskunlaşma  prosesində  nəzarətin 
zəifliyindən  istifadə  edərək  özbaşına  Tuquluk  kəndi  yaxınlığında  məskunlaşdılar. 
Sonralar onlara  «İsxod hərəkatının»  tərəfdarları da qoşuldular və Stavropol şəhəri 
ətrafında  yaranan  yeni  koloniya    Yohannesdorf  adlandırıldı.  Kolonistlərin  maddi 
durumu  çox  zəif  idi  və  bu  səbəbdən  Qafqaz  canişini  general-mayor  Nordenstam 
Stavropol Dövlət Əmlak palatasının fondundan yoxsul kolonistlərə  maddi yardım 
göstərilməsi haqqında  göstəriş verdi.  Əcnəbi kolonistlər  haqqında  Nizamnamənin 
XII cildinin 316 maddəsini əsas tutaraq Stavropol Dövlət Əmlak palatası 1847-ci 
ilin  payızında  hər  kolonist  ailəsinə  28  rubl  57  qəpik  gümüş  pul  ayırdı.  Pul 
vəsaitinin düzgün paylanması və məqsədyönlü istifadə olunmasına koloniya icması 
elliklə cavabdeh idi 
109

Beləliklə, XIX əsrin I yarısında Şimali Qafqazda almanların məskunlaşması 
tarixini tədqiq etdikdən sonra belə qənaətə gələ bilərik ki, bu  regionda almanların 

39 
 
məskunlaşması  prosesi  kütləvi  xarakter  almamışdı:  1850-ci  ilə  qədər  Şimali 
Qafqazda  cəmi  5  alman  koloniyası  yaranmışdı.  Tədqiqatçı  S.A.Çekmenyevin 
fikrincə, Şimali Qafqazda, baxdığımız dövrdə almanların məskunlaşmasına maneə 
törədən əsas amil Qafqaz müharibəsi idi. Şübhəsiz, Qafqaz xalqları ilə çar Rusiyası 
arasında  gedən  bu  qanlı  müharibədə  istənilən  kolonist  çar  hökumətinin  tərəfdarı 
kimi  qəbul  edilirdi  və  hər  yaranan  yeni  yaşayış  məntəqəsi  —  kazak  stanitsası, 
kəndlər və yaxud əcnəbi koloniyaları dağlı xalqlarının ərazilərində salınırdı. Təbii 
ki,  dağlı  xalqları  yeni  məskunlaşan  əhaliyə  mənfi  münasibət  bəsləyir,  onların 
yaşayış məntəqələrinə hücumlar edir və hətta bir çox məskənlərin ləğv edilməsinə 
belə nail olurdular. 
Lakin  bu  regionda  alman  koloniyalarının  yaranma  prosesinin  inkişaf 
etməməsinin  əsas  səbəbini  Rusiyanın  apardığı  məskunlaşma  siyasətinin 
mahiyyətində  axtarmaq  lazımdır.  Şimali  Qafqazda  hərbi-siyasi  vəziyyətin  qeyri-
sabitliyi  məskunlaşma  siyasətinin  məzmununa  böyük  təsir  göstərirdi.  Belə  ki,  çar 
hökuməti  bu  ərazilərdə  daha  çox  slavyan  mənşəli  əhalinin  yerləşdirilməsində 
maraqlı idi. Yeni işğal edilmiş ərazilərə Don, Volqa və Zaparojye kazakları, dövlət 
kəndliləri,  ordudan  təxris  olunmuş  zabitlər,  əsgərlər  və  sair  kateqoriyadan  olan 
slavyan mənşəli əhali köçürülürdü. 1835-ci ildə Şimali Qafqazda 405,5 min, 1858-
ci  ilin  məlumatlarına  görə  780,4  min  slavyan  əhalisi  yaşayırdı.  Nəzərə  alaq  ki, 
Şimali Qafqazda rus işğalına qədər 1200 nəfər slavyan yaşayırdı
110

Qafqaz 
müharibəsi 
dövründə 
slavyanların 
müharibə 
zonasında 
yerləşdirilməsi  həm  siyasi,  həm  də  iqtisadi  baxımdan  çar  hökumətinin  dövlət 
siyasətinə uyğun gəlirdi. Belə ki almanlardan fərqli olaraq, rus, ukraynalı kəndlilər, 
kazaklar məskunlaşma üçün büdcədən vəsait gözləmirdilər, bu da hokumətə imkan 
verirdi ki, maliyyə vəsaitini başqa problemlərin həllinə yönəltsin. 
Bundan savayı, kazaklar həm də hərbi əməliyyatlarda iştirak edir, Rusiyanın 
cənub  hüdudlarının  qorunmasında  sərhədçi  funksiyasını  da  yerinə  yetirirdilər. 
Bütün  bunlar  çar  hökumətinin  işğal  edilmiş  ərazilərin  etibarlı  qorunmasına 
ümidlərini artırır və hərbi xərclərin azalmasına xidmət edirdi. 
XIX  əsrin  ortalarına  qədər  Şimali  Qafqazda  almanların  məskunlaşmasının 
ləng  getməsinin  səbəblərinə,  şübhəsiz,  bu  işdə  dəqiq  təşkilatçılığın  olmaması, 
kolonistlərin  yeni  miqrasiyası  ilə  bağlı  zəif  maarifləndirilməsi,  Şimali  Qafqazın 
mülki  və  hərbi  dövlət  orqanlarının  bu  regiona  almanların  köçürülməsinə  mənfi 
münasibəti və sair kimi amilləri aid etmək olar. Ancaq bütün bu sadaladıqlarımız 
ikinci dərəcəli məsələlər idi. Qeyd etdiyimiz kimi, Qafqaz müharibəsi dövründə çar 
hökuməti  Şimali  Qafqaza,  əsasən  slavyanların  kütləvi  şəkildə  yerləşdirilməsi 
xəttini həyata keçirirdi. 
XIX  əsrin  əvvəllərində  Şimali  Qafqazın  dağlı  xalqları  hələ  tam  tabe 
etdirilməmişdilər  və  böyük bir ərazi  —  Dağıstan  və  Çeçenistanın dağlıq əraziləri 
hələ  Rusiyanın  nəzarətində  deyildi.  Şimali  Qafqazın  tamamilə  işğalı  o  vaxt 
mümkün  olardı  ki,  bu  region  hər  tərəfdən,  əsasən  də  cənubdan  xarici  aləmdən 

40 
 
təcrid  edilmiş  olsun.  Bu  vəzifənin  həyata  keçirilməsi  Rusiyanı  Cənubi  Qafqazda 
fəal olmağa sövq   edirdi.   Cənubi   Qafqazın   Rusiyaya  birləşdirilməsi, nəinki 
Şimali  Qafqazın  ram  edilməsinə  xidmət  edər,  həmçinin  Rusiyaya  Mərkəzi  Asiya 
və Ön Asiyada bir sıra geosiyasi üstünlüklər qazandırardı. 
XIX  əsrin  əvvəllərindən  çar  hökuməti  Cənubi  Qafqaza  dair  Rusiyanın 
hakim  dairələrində  son  100  il  ərzində  müzakirə  olunan  planları  praktiki  olaraq 
həyata keçirməyə  başladı  və  bunun üçün həm ölkə  daxilində, həm  də  beynəlxalq 
münasibətlər sistemində münbit şərait yaranmışdı. 
XVIII əsrin sonu  — XIX əsrin əvvəllərində  Cənubi Qafqazda bir-birindən 
mədəniyyətinə,  dilinə,  dininə,  sosial-iqtisadi  inkişaf  səviyyəsinə  görə  fərqlənən 
müxtəlif xalqlar yaşayırdılar. 
Cənubi  Qafqazın  böyük  hissəsində  müxtəlif  inkişaf  mərhələsində  olan 
feodal  münasibətləri  hökm  sürürdü.  Bu  regionda  ən  çoxsaylı  avtoxton  əhali 
azərbaycanlılar  və  gürcülər  idi  ki,  onlar  da,  əsasən  əkinçilik  və  heyvandarlıqla 
məşğul  olurdular.  Təsərrüfatın  natural  xarakter  daşıması  aqrotexnikanın  aşağı 
səviyyəsi və heyvandarlığın ekstensivliyi ilə səciyyələnirdi. Manufaktura istehsalı 
hələ  yaranma  ərəfəsində  idi,  kəndli  sənətkarlığı,  əsasən  kənd  təsərrüfatının 
tələbatına  işləyirdi.  Məhsuldar  qüvvələrin  inkişafındakı  ləngimə  daxili  bazarların 
məhdudluğu,  regionda  mövcud  siyasi  pərakəndəliklə  əlaqəli  idi.  Şimali 
Azərbaycan  ərazisində  10  müstəqil  xanlıq  və  11  xırda  vassal  sultanlıqlar, 
məlikliklər  mövcud  idi.  Gürcüstan  iki  çarlıqdan  —  Kaxetiya  və  İmeretiya 
çarlıqlarından  ibarət  idi.  Qərb  knyazlıqları  —  Quriya,  Minqreliya,  Svanetiya  və 
Abxaziya  Gürcüstandan  vassal  vəziyyətində  idilər.  Feodallararası  müharibələr, 
xarici  işğalçıların  dağıdıcı  yürüşləri  məhsuldar  qüvvələrin  inkişafına  mənfi  təsir 
göstərir, regionda siyasi sabitliyin bərqərar olmasına mane olurdu. 
Gürcülər  xristian  dininə  etiqad  edən  xalq  kimi  hələ  XVIII  əsrin  80-ci 
illərində  könüllü  olaraq  Rusiya  imperiyasına  daxil  olmaq  niyyətlərini 
bildirmişdilər.  Bu  addım  onların  daxili  çəkişmələrinə  son  qoymaq  və  xarici 
təcavüzdən yaxa qurtarmaq zərurətindən irəli gəlirdi. 1801-ci ilin sentyabrında rus 
çarı II Aleksandrın dekreti ilə Şərqi Gürcüstan Rusiyaya birləşdirildi və Qafqazın 
Baş komandanı general-leytenant P.D.Sisianovun rəhbərlik etdiyi gürcü hökuməti 
yaradıldı.  Bu  dövrdə  Qazax  və  Şəmşəddil  sultanlıqları  Gürcüstandan  asılı 
vəziyyətdə  olduğundan  Şərqi  Gürcüstanla  birlikdə  Rusiyaya  birləşdirildilər. 
Bununla  Azərbaycan  ərazilərinin  zorla  Rusiyaya  birləşdirilməsi  prosesi  başladı. 
Silah  gücünə  və  diplomatik  yolla  1804—1813-cü  illərdə  Rusiya  Naxçıvan  və 
İrəvan xanlıqlarından savayı  bütün Şimali  Azərbaycanı və 1804—1810-cu illərdə 
Qərbi Gürcüstanı, Abxaziyanı öz tərkibinə qatdı. 1813-cü ildə bağlanmış Gülüstan 
sülh  müqaviləsi  ilə  Rusiya  Cənubi  Qafqazda  ərazi  işğallarının  beynəlxalq  aləmdə 
tanınmasına nail oldu. 
İstər İran, istərsə də Türkiyə Qafqazın Rusiyanın tərkibinə qatılması faktı ilə 
razılaşa bilmir və Rusiya ilə yeni müharibəyə hazırlaşırdılar. 1826-1828-ci illərdə 

41 
 
II  rus-iran  və  1828-1829-cu  illərin  II  rus-türk  müharibələri  Rusiyanın  qələbəsi  ilə 
başa  çatdı.  Nəticədə  Rusiyanın  Qafqazdakı  işğal  ərazilərinə  Naxçıvan  və  İrəvan 
xanlıqları, Mesxet — Cavaxetiya, Axaltsix əraziləri əlavə edildi. 
Beləliklə,  XIX  əsrin  ilk  otuzilliyində  Rusiya  bütün  Cənubi  Qafqazı  özünə 
tabe  etdi  və  gündəmdə  yeni  işğal  edilmiş  ərazilərin  imperiyaya  daha  sıx 
birləşdirilməsi,  onu  Rusiyanın  bölünməz  və  ayrılmaz  bir  hissəsinə  çevirmək 
məsələsi dururdu ki, bu da regionda fəal məskunlaşdırma siyasətinin aparılmasını 
zəruri  edirdi.  Hələ  Cənubi  Qafqaz  uğrunda  mübarizənin  I  mərhələsindən  sonra, 
yəni  1813-cü  il  Gülüstan  sülhündən  dərhal  sonra  burada  əcnəbi  təbəələrin 
yerləşdirilməsinə  başlandı.  Almaniyanın  bir  çox  regionlarında  Cənubi  Qafqaza 
köçmək arzusunda olan qruplar bu məsələnin həllinin diplomatik, hüquqi yollarını 
araşdırırdılar  və  bu  işdə  pietizm  cərəyanının  daha  geniş  yayıldığı  Baden-
Vürtemberq krallığında canlanma vardı. 
Çar hökumətinin 1804, 1810, 1817-ci illərində qəbul etdiyi və ölkəyə əcnəbi 
kolonistlərin  gəlişinə  məhdudiyyətlər  qoyduğu  qanunların
111
  müddəalarına  zidd 
olaraq  Baden-Vürtemberq  almanlarının  Gürcüstana,  o  cümlədən  Cənubi  Qafqaza 
köçməsinə  icazə  verilməsi  faktı  haqqında  tarixi  ədəbiyyatda  müxtəlif  fikirlər 
söylənilmişdir. 
Bu məsələ ilə maraqlanan tədqiqatçıların əksəriyyətinin fikri belədir ki, çar 
hökumətinin  alman  kolonistlərini  Cənubi  Qafqaza  dəvət  etməsi  bu  regionda  işçi 
qüvvəsinə olan ehtiyacdan irəli gəlmişdir
112

XIX  əsrin  əvvəllərində  Cənubi  Qafqazın  etno-demoqrafik  tarixinin  təhlili 
yuxarıda söylənilən fikirlərlə razılaşmamağa əsas verir. 
Məlumdur  ki,  əcnəbi  kolonistlərin  Rusiya  imperiyasına  dəvət  olunması 
zərurəti  Volqaboyu,  Novorossiya  diyarı,  Şimali  Qafqaz  kimi  təbii  sərvətlərlə 
zəngin,  lakin  insan  resurslarının  azlıq  təşkil  etdiyi  regionların  sosial-iqtisadi 
inkişafındakı  ziddiyyətlərin  aradan  qaldırılması  məsələsini  həll  etməklə  bağlı 
yaranmışdır. Qeyd edək ki, problem təkcə insan resurslarının çatışmazlığında deyil, 
azad  işçi  qüvvəsinin  azlığında  idi.  Rusiyada  mövcud  olan  təhkimçilik 
münasibətləri ölkə əhalisinin 90 faizdən artıq bir hissəsini mülkədarların  köləsinə 
çevirmişdi.  Təhkimçilik  sistemi  mütləqiyyətin  sosial-siyasi  dayağını  təşkil  edirdi 
və  bu  münasibətlər  sisteminin  liberallaşmasına  atılan  hər  hansı  bir  addım  çar 
hakimiyyətinin saxlanmasına, bütün siyasi sistemin dəyişməsinə gətirə bilərdi. Bu 
səbəbdən nə  mülkədarlar, nə  də çar hökumət dairələri imperiyanın  geniş, əhalisiz 
ərazilərinin  təhkimçilikdən  azad  edilən  kəndlilərin  hesabına  məskunlaşmasında 
maraqlı  deyildilər.  Rusiya  mülkədarları  yeni  işğal  olunmuş  regionlarda  torpaq 
sahələri  əldə  edir  və  bu  torpaqlarda  işçi  qüvvəsi  kimi  daha  çox  xaricdən  gəlmiş 
kolonistlərdən istifadəyə üstünlük verirdilər. 
Apardığımız araşdırmalardan aydın olur ki, Volqaboyu, Novorossiya diyarı, 
Şimali  Qafqaz  kimi  regionlardan  fərqli  olaraq,  Cənubi  Qafqazda  əhali  azlığı  hiss 
olunmurdu  və  regionun  əlavə  işçi  qüvvəsinə  ehtiyacı  yox  idi.  Bundan  savayı, 

42 
 
Gülüstan  (1813)  və  Türkmənçay  (1828)  müqavilələrindən  sonra  İrandan  və 
Türkiyədən Cənubi Qafqaza təqribən 130 min erməni, 27 min kürd, 16 min aysor 
(assiriyalı) və sair etnosun nümayəndələri köçürüldü.
113
 
Gülüstan sülh müqaviləsindən sonra Cənubi Qafqaza köçürülən etnoslardan 
biri  də  almanlar  olmuşlar.  Erməni,  kürd,  aysor  mənşəli  köçkünlərə  nisbətən 
almanların  sayı  çox  deyildi.  Cənubi  Qafqazda  Baden-Vürtemberq  krallığından 
təqribən  2650  alman  kolonisti  məskunlaşmışdı.  Çarizmin  Cənubi  Qafqazda 
məskunlaşma  siyasətinin  uzaq  məqsədləri  nə  idi  və  bu  məqsədlərin  həyata 
keçirilməsində azsaylı alman mühacirlərinə hansı siyasi missiya təyin olunmuşdu? 
Qeyd  etdiyimiz  kimi,  Qafqazda  öz  iqtisadi,  siyasi  mövqelərini 
möhkəmlətməklə  Rusiya  «Şərq  məsələsinin»  həllində  daha  fəal  rol  oynamaq 
məqsədləri  güdürdü.  Əsasən  Avropanın  aparıcı  ölkələrinin  iştirak  etdiyi  və 
Osmanlı imperiyasının  parçalanmasına  yönələn bu  siyasi oyunda  Rusiya  «erməni 
elementindən», «erməni kartından» istifadə edirdi. 
XVIII əsrin II yarısında Rusiyanın həm dünya, həm də Avropa siyasətində 
nüfuzu güclənirdi və bu erməni diasporunu fəallaşdırdı. Hələ I Pyotrun dövründən 
Rusiyanın  hakim  dairələrində  cızılan  Qafqazın  işğal  edilməsi  planlarından 
bəhrələnən ermənilər Şərqi Anadolu, Azərbaycan və Gürcüstan ərazilərində erməni 
dövlətinin  yaradılması  kimi  bir  xülyaya  uydular.  Rusiya  işğalına  qədər  ermənilər 
Qafqazda  dispers  halda  məskunlaşmış,  heç  bir  inzibati  ərazi  vahidinə  malik 
deyildilər. Ermənilərin Cənubi Qafqaza nisbətən kompakt yaşadıqları Naxçıvan və 
İrəvan xanlığının əraziləri idi ki, burada da onlar ümumi əhalinin təqribən 10-13% 
-ni təşkil edirdilər
114

Beləliklə,  tarixdə  heç  vaxt  Qafqazda  dövlət  qurumuna  malik  olmayan 
ermənilər  Qafqazın  Rusiya  imperiyasına  qatılmasında  özləri  üçün  yeni 
perspektivlər görürdülər. 
Cənubi  Qafqazın  avtoxton  əhalisi  —  azərbaycanlılar  və  gürcülərin  rus 
işğalına münasibəti eyni deyildi. Gürcülər hələ XVIII əsrin sonlarından Rusiyanın 
tərkibinə  qatılmaq  arzusundaydılar  və  bunun  bariz  nümunəsi  kimi  1783-cü  ilin 
Georgiyevsk  traktatının  müddəalarını  göstərə  bilərik.  Gürcüstan  Rusiyanın 
tərkibinə qatılmaqla ictimai-siyasi həyatını normaya salmaq üçün sabitlik əldə etdi. 
Ədalət  naminə  qeyd  etməliyik  ki,  çar  hökumətinin  pravoslav  gürcü  əhalisinə 
münasibətində, Gürcüstana aid apardığı daxili siyasətində ögey yanaşma müşahidə 
olunmurdu. 
Azərbaycanlılar,  Qafqazda  dominant  xalq  kimi  rus  işğalından  daha  çox 
ziyan çəkdilər: ayrı-ayrı türk xanlıqlarının simasında Azərbaycanın müstəqilliyinə 
son  qoyuldu  və  Azərbaycan  xalqının  tarixində  ən  faciəli  hadisə  baş  verdi  -  ölkə, 
xalq çar Rusiyası və İran tərəfindən iki hissəyə parçalandı. 
İşğal zamanı rus ordusuna göstərilən müqavimət və çoxsaylı xalq üsyanları 
onu  göstərirdi  ki,  Azərbaycan  xalqı  rus  işğalı  ilə,  müstəqilliyinin  itirilməsi  ilə 
barışmaq niyyətində deyildi. 

43 
 
Beləliklə,  Cənubi  Qafqazın  xristian  əhalisindən  fərqli  olaraq,  çar  hökumət 
dairələri müsəlman dininə və türk dil qrupuna aid olan azərbaycanlıların timsalında 
potensial düşmən qüvvə görürdü. Bu qüvvə çarizmin istər Qafqaz, istərsə də Yaxın 
Şərqə dair ekspansionist siyasətinin həyata keçirilməsində maneə amillərindən biri 
ola  bilərdi. Bu səbəbdən, Rusiyanın  Cənubi Qafqazda  əsas strateji vəzifəsi qeyri-
rus  xalqlarını  ruslaşdırmaq,  bu  regionda  türk-müsəlman  amilini  zəiflətmək  və  bu 
diyarı Rusiya  imperiyasının ayrılmaz hissəsinə  çevirməkdən ibarət  idi.  XIX  əsrin 
mənbələrinə  istinadən  demək  olar  ki,  çar  Rusiyasının  Cənubi  Qafqazda  apardığı 
miqrasiya,  demoqrafiya  siyasəti  azərbaycanlıların  bir  etnos  kimi  tamamilə  məhv 
edilməsinə yönəlməsə də, ən azından onların sayının azalmasına, azərbaycanlıların 
bu  regionda  etnik  dominantlığına  son  qoymaq  kimi  mənfur  vəzifələrin  həyata 
keçirilməsinə  xidmət  edirdi.  Azərbaycanlıların  tərk  etdikləri  ərazilərdə  xristian 
dininə etiqad edən xalqların məskunlaşdırılması həyata keçirilirdi
115

Qeyd 
edək 
ki, 
çarizmin 
planlarına 
görə 
Cənubi 
Qafqazın 
xristianlaşdırılmasında  ermənilər əsas rol oynamalı idilər və  hökumət  dairələrinin 
bu fikri bir neçə faktla əsaslandırılırdı. Rusiya rəsmi dairələrində hesab edirdilər ki, 
tarixən  daimi  coğrafi  areala  malik  olmayan,  türklərə,  azərbaycanlılara,  gürcülərə 
qarşı əsassız ərazi iddiaları irəli sürən ermənilərdən siyasi, konfessional alət kimi 
istifadə  etmək  olardı.  Bundan  savayı,  ermənilər  uzun  müddət  İran  və  Türkiyə 
müsəlmanları ilə birgə yaşayaraq onların dilini, mədəniyyətini, adət və ənənələrini, 
həyat tərzlərini öyrənmiş və bu amilləri nəzərə alaraq çar hökumət dairələri Cənubi 
Qafqazda  müstəmləkə  siyasətini  həyata  keçirməkdə  ermənilərin  xidmətindən 
istifadə edirdilər. 
Cənubi  Qafqaza  ermənilərdən  savayı,  qədim  nestorian  kilsəsinə  aid  olan 
aysorlar  da  dəvət  olunmuşdular.  1804-cü  ildə  16  min  aysor  əhalisini  Şimali 
Azərbaycana  dəvət  edən general-leytenant P.D.Sisianovun  müraciətində  aysorlara 
ermənilərlə  birləşmək,  birlikdə  müsəlmanlara  qarşı  mübarizə  aparmaq  tövsiyə 
edilirdi
116
.  Monoqrafiyanın  tədqiqat  obyekti  Qafqazda  ermənilərin  məskunlaşması 
məsələsi  deyil.  Ancaq  bu  qısa  tarixi  ekskursu  etmədən  almanların  Cənubi 
Qafqazda məskunlaşdırılması səbəblərinin bütöv mənzərəsini təsəvvür etmək çətin 
olardı.  Minlərlə  erməni,  rus  və  sair  mənşəli  köçkünlərin  Cənubi  Qafqazda 
məskunlaşdırıldığı  şəraitdə  uzaq  Baden-Vürtemberq  krallığından  almanların  bu 
regiona dəvət olunması hansı zərurətdən doğmuşdu? Almanların Cənubi Qafqazda 
məskunlaşması öz məzmununa görə erməni, rus, aysor və sair xristian xalqlarının 
məskunlaşmasından  nə  ilə  fərqlənirdi?  Çar  hökumət  dairələrinin  fikrincə, 
ermənilərin Cənubi Qafqazda yerləşdirilməsi bu diyarın xristianlaşdırılması və yeni 
işğal ərazilərində hökumətə sadiq sosial dayağın formalaşdırılmasına xidmət etməli 
idi.  Çarizm  üçün  Qafqazda  həyata  keçiriləcək  ən  vacib  vəzifələrdən  biri  yeni 
iqtisadi sahələrin inkişaf etdirilməsi, ən başlıcası yeni dünyagörüşünə  malik olan, 
Avropa-xristian  dəyərlər  sistemini  qavrayan  «Avropa  mədəniyyətinə»  uyğun 
vətəndaşların  tərbiyə  edilməsi  məsələsi  idi.  Çar  məmurlarının  qənaətinə  görə 

44 
 
ermənilər  bu  vəzifənin  öhdəsindən  gələ  bilməzdilər,  belə  ki,  onlar  əsasən  xırda 
ticarət  və  sənətkarlıqla  məşğul  olurdular.  Əsrlərlə,  müxtəlif  dövlətlərin  tərkibində 
yad,  aşağı  statuslu,  azlıq  təşkil  edən  və  iqtisadi  ixtisaslaşması  «xırda  ticarətlə» 
məhdudlaşan,  marginal  psixologiyaya  malik  olan  ermənilər  Cənubi  Qafqazın 
avtoxton əhalisi — azərbaycanlılar və gürcülər üçün istər təsərrüfatçılıq, istərsə də 
mədəni  baxımdan  nümunə  rolu  oynaya  bilməzdilər.  Bu  cür  dəyərlər  sisteminin 
daşıyıcıları  və  yerli  xalqlar  üçün  nümunə  ola  biləcək  xalq  yalnız  Avropa 
mədəniyyətinə  mənsub  əhali  ola  bilərdi.  Bu  nöqteyi-nəzərdən  çar  hökuməti 
almanların  Cənubi  Qafqaza  köçmək  haqqında  xahişlərinə  böyük  şövqlə  cavab 
verdi. 
Alman  kolonistlərinin  Gürcüstana  köçürülməsi  təşəbbüsü  ilə  ilk  dəfə  çıxış 
edən  Qafqaz  ordusunun  Baş  komandanı,  general  A.P.Yermolov  oldu.  Lakin 
almanların  Qafqaza  köçməsinin  obyektiv  səbəbləri  XVIII  əsrin  II  yarısı—XIX 
əsrin əvvəllərində Avropada baş verən tarixi proseslər nəticəsində formalaşmışdı. 
XVIII əsrin II yarısı  — XIX  əsrin əvvəlləri bu yeni formalaşmış kapitalist 
münasibətləri  ilə  köhnə  feodalizm  qaydaları  arasında  kəskin  mübarizə  dövrüdür. 
Köhnə  ictimai  formasiyanın  yenisi ilə əvəz olunması dövlətlərarası ziddiyyətlərin 
kəskinləşməsi ilə, müharibələrlə, sosial inqilablarla, sərhədlərin dəyişdirilməsi ilə, 
Avropanın  siyasi  xəritəsindən  bəzi  dövlətlərin  silinib  əvəzində  yenilərinin 
yaranması  ilə  müşayiət  olunurdu.  XVIII  əsrin  sonu  —  XIX  əsrin  əvvəllərində 
Avropada  baş  verən  siyasi,  sosial,  dini  kataklizmlər  Almaniyadan,  o  cümlədən 
Qafqaz  almanlarının  əksəriyyətinin  tarixi  vətəni  olan  Baden-Vürtemberq 
krallığından da yan keçmədi. 
XIX əsrin astanasında alman millətinin Müqəddəs Roma imperiyası adlanan 
Almaniya  bir-birilə  siyasi  cəhətdən  real  əlaqələrə  malik  olmayan  300  dünyəvi  və 
dini knyazlıqlardan, çoxsaylı müstəqil imperiya statuslu şəhərlərdən, 1500-ə yaxın 
heç  bir  qüvvəyə  tabe  olmaq  istəməyən  cəngavər  malikanələrindən  ibarət  idi
117

Ümumi  əhalisi  30  mln.  nəfərə  çatan  bu  cırtdan  dövlətlərdə  sosial  və  dini 
toqquşmalar  səngimək  bilmirdi:  protestant  knyazlıqlarda  katoliklər,  katolik 
knyazlıqlarda protestantlar təqib olunur, bəzən protestantizmə aid olan cərəyanlar 
arasında «dini təmizlik» uğrunda mübarizə gedirdi. 
Siyasi və dini dağınıqlıq sənətkarlığın, ticarətin, sənayenin inkişafına mənfi 
təsir göstərirdi. Kənd təsərrüfatı məhv olmaq həddinə çatmışdı. 
XV  əsrdən  krallıq  kimi  tanınan  Vürtemberq  dövlətində  vəziyyət  daha 
acınacaqlı  idi.  Prussiya  kralı  II  Fridrixin  yetirməsi,  Vürtemberq  kralı  Karl 
Yevgeninin  dövründə  krallıqda  sosial-siyasi,  konfessional  vəziyyət  daha  da 
mürəkkəbləşdi:  Karl  Yevgeni  və  ondan  sonra  gələn  krallar  Fransaya  daha  çox 
meyil edir, kübarlıqda və təmtəraqlıqda fransız kralları ilə bəhsə girirdilər ki, bu da 
vergilərin  tez-tez  artmasına,  şəhər  əhalisinin,  kəndlilərin  müflisləşməsinə  gətirib 
çıxarırdı. 

45 
 
Almanların  Qafqazda  məskunlaşma  tarixinə  həsr  olunmuş  bəzi  əsərlərdə 
alman  kolonistlərinin  guya  ki,  Qafqazın  geridə  qalmış  təsərrüfat  həyatına,  daha 
mütərəqqi təsərrüfatçılıq  metodları,  yeni iqtisadi  münasibətlər gətirməsi haqqında 
fikirlər  əks  olunmuşdur.  Faktlara  nəzər  salsaq  bir  qədər  fərqli  mənzərənin  şahidi 
olarıq. Məlumdur ki, gürcü kəndlilərinin feodallardan asılılığı olsa da, Gürcüstanda 
təhkimçilik  qaydaları  Avropa  ölkələrində  olduğu  kimi  feodal  özbaşınalığının 
kobud  formalarına  məxsus  olmamışdır.  Azərbaycan  kəndliləri  isə  demək  olar  ki, 
təhkimçiliyin  nə  olduğunu,  ümumiyyətlə,  bilməmişlər.  Azərbaycanda  kəndlinin 
torpaq sahibindən iqtisadi asılılığı mövcud olmuşdur və qeyd edək ki, torpaq sahibi 
rolunda dövlət, ayrı-ayrı feodallar və yaxud dini təşkilatlar çıxış edə bilərdi. 
Ancaq  alman  dövlətlərində  kəndlilərin  torpaq  sahiblərindən  həm  iqtisadi, 
həm hüquqi, həm də şəxsi asılılığı qalmaqda davam edirdi. XIX əsrin əvvəllərində 
Almaniya  üçün  feodalizmin  konservasiyası  səciyyəvi  hal  idi  və  XVII  əsrdən 
başlamış bu prosesi F.Engels «təhkimçiliyin ikinci nəşri» adlandırmışdı. 
1801-1811-ci  illərdə  Prussiyada,  Bavariyada,  Qessen-Darmştatda,  o 
cümlədən  Baden-Vürtemberq  krallığında  aqrar  islahatlar  aparılsa  da,  kəndliləri 
düşündürən  torpaq  məsələsi  həll  edilmədi.  Əksinə,  yarımçıq  xarakter  daşıyan 
islahatlar  feodal  münasibətlərinin  yeni  formada  bərqərar  olmasına  gətirdi. 
Nəticədə,  alman  kəndliləri,  nəinki  yeni  torpaq  sahələri  əldə  etdilər,  əksinə, 
əllərində  olan  torpaqların  xeyli  hissəsinin  itirilməsi  ilə  üzləşdilər.  İslahatın 
şərtlərinə  görə  kəndli  torpaq  sahibindən  torpaq  almaq  hüququna  malik  olsa  da, 
maddi vəziyyətinin ağırlığına görə  bu  hüquqdan istifadə  edə  bilmirdi və  nəticədə 
kəndli pay torpağını öz sahibinə satmağa məcbur olurdu. 
Beləliklə,  aqrar  islahatlar  alman  kəndlilərinin  təbəqələşməsini  daha  da 
sürətləndirirdi: iri torpaq sahiblərinin torpaq mülkləri genişləndiyi halda, aztorpaqlı 
və torpaqsız kəndlilərin sayı daha da artırdı. 
Rəsmi hakimiyyət feodal qayda-qanunlarının tam ləğvində maraqlı deyildi, 
çünki  özü  feodal  mütləq  monarxiyasının  xüsusiyyətlərinə  malik  idi.  Bu  səbəbdən 
hökumət aqrar islahatların keçirilməsində qətiyyət nümayiş etdirmir, qəbul edilmiş 
qərarların əksəriyyəti kağız üstündə qalırdı
118

Kral  Fridrix  IV  Vilhelmin  xalqa  zidd  siyasəti  aclıq  və  səfalətə  gətirdi  və 
alman kəndliləri kütləvi şəkildə şəhərlərə  miqrasiya etməyə başladılar. Lakin zəif 
inkişaf  etmiş  sənayenin  işçi  qüvvəsinə  ehtiyacı  yox  idi.  Çıxılmaz  sosial-iqtisadi 
vəziyyətdə  qalan  alman  kəndliləri,  yoxsul  sənətkarlar  xarici  ölkələrə  üz  tutmağa 
məcbur olurdular. 
Bir  sıra  əsərlərdə  almanların  Baden-Vürtemberqdən  Cənubi  Qafqaza 
köçməsinin  əsas  səbəbi  kimi  Avropada  gedən  Napoleon  müharibələri  göstərilir. 
Qeyd  etməliyik  ki,  Baden-Vürtemberq  krallığı  Napoleon  imperiyasının  tərkibinə 
qatılmışdı və krallığın əhalisi Napoleon Bonaparta, ümumiyyətlə, inqilabçı Fransa 
respublikasına  böyük  ümidlə  baxırdı.  Fransa  işğalı  krallığa  yeni  burjua  qayda-
qanunları  gətirdi:  əhali  Napoleon  hakimiyyətindən  siyasi  stabillik  və  alman 

46 
 
torpaqlarındakı pərakəndəliyə son qoymağı gözləyirdi. Lakin Napoleon Bonapartın 
müttəfiqlərə məğlub olması ilə bütün bu yeni başlanğıclara son qoyuldu. Beləliklə, 
deyə  bilərik  ki,  əslində  Napoleonun  apardığı  hərbi  əməliyyatlar  deyil,  onun 
məğlubiyyəti, Fransada Burbonların, Baden-Vürtemberqdə isə kral hakimiyyətinin, 
onun  soldafon  siyasətinin  bərpa  edilməsi  şvab  əhalisinin  gələcəyə  olan  son 
ümidlərini  heçə  endirdi  və  əhalini  kütləvi  şəkildə  ölkəni  tərk  etməyə  sövq  etdi. 
Təsadüfi  deyil  ki,  şvabların  Baden-Vürtemberq  krallığından  Qafqaza  mühacirəti 
Napoleon müharibələrindən çox-çox sonra 1817-ci ildə başlamışdır. 
XVIII əsrin II yarısından başlayan almanların  Rusiyaya  kütləvi  mühacirəti 
tarixinin  təhlili  göstərir  ki,  əcnəbi  kolonistlərin  böyük  əksəriyyəti  Rusiyanın 
müxtəlif  regionlarına  sosial-iqtisadi  səbəblərdən  köçmüşlər.  Ancaq  mühacirlərin 
müəyyən  bir  hissəsinin  Almaniyanı  tərk  etməsi  siyasi  və  dini  amillərlə 
şərtləndirilmişdir. Almaniyanı dini səbəblərdən tərk edən mühacirlərə, əsasən çox 
tanınmış  mennonit  sektası  və  separatizm  sektalarının  tərəfdarları  aid  olmuşlar. 
Məlumdur  ki,  XVIII  əsrin  sonları  -  XIX  əsrin  əvvəllərində  sonuncuların—yəni 
müxtəlif  separatist  sektaların  sayı  sürətlə  artmışdı  ki,  bu  da  bəzi  alman 
krallıqlarında  Ausburq  dini  etiqadına  aid  bir  sıra  kilsə  qaydalarına  edilən  ciddi 
dəyişikliklərin  nəticəsi idi
119
. Separatizmin ən  çox  yayıldığı alman torpaqlarından 
biri  Baden-Vürtemberq  krallığı  idi  və  təsadüfi  deyil  ki,    Cənubi  Qafqazın  alman 
əhalisinin əksəriyyəti məhz bu krallıqdan  köçüb gəlmişdilər. 
Cənubi  Qafqaz  almanlarının  dini-separatizmi  özünü  pietizm  formasında 
büruzə verirdi. Protestantizmə aid bu cərəyan XVII əsrdə Almaniyada yaranmışdır 
və mistik bir dini cərəyan kimi xiliaizm təbliğ edirdi. Pietizm təliminə görə həqiqi 
dini  hisslər  və  öz  mənəvi  daxilində  Allahı  yaşatmaq  hər  hansı  bir  kilsə 
doqmalarından  yüksək  sayılırdı,  yəni  daha  vacib  hesab  olunurdu.  XIX  əsrin 
əvvəllərində  Avropada  baş  verən  «humanitar  fəlakəti»,  dini  təqibləri  pietistlər 
dünyanın sonunun yaxınlaşdığını göstərən bir əlamət kimi qiymətləndirir və hesab 
edirdilər  ki,  tezliklə  qiyamət  günü  gələcək,  antixristlər  öz  cəzalarını  alacaq.  Yer 
üzündə  əbədi  sülh  bərqərar  olacaq  və  Müqəddəs  İsanın  minillik  çarlıq  dövrü 
başlayacaqdır.  Pietizm  cərəyanın  ideoloqları  sayılan  İ.A.Benqel  (1687-1725)  və 
İ.Q.Yunq  -  Ştillinqin  (1740-1817)  əsərlərinə  görə  «ex  oriente  lux»,  yəni  «işıq 
Şərqdən gəlirdi». Separatçıların fikrincə, İsa peyğəmbərin ikinci gəlişi və minillik 
çarlığın  yaranması  Allahın  müqəddəs  torpaqlarında  —  Fələstində  və  yaxud 
Qafqazda  baş  verməli  idi.  Hətta  «qiyamət  günü»nün  dəqiq  tarixi  kimi  1836-cı  il 
göstərilirdi
120
. Bu səbəbdən pietistlər kütləvi şəkildə Cənubi Qafqaza can atırdılar 
ki,  «qiyamət  günündə  müqəddəs  torpaqlarda  yerləşsinlər  və  İsanın  minillik 
çarlığında yaşamaq onlara nəsib olsun». 
Göründüyü  kimi,  almanların  Baden-Vürtemberqdən  Qafqaza  köçməsində 
bir sıra amillərin təsiri olsa da, dini amillər bu prosesdə əsas rol oynamışlar və bu 
fakt  həm  köçmə  prosesinin  təşkil  olunmasında,  həm  də  kolonistlərin  gələcək 
həyatında  dərin  iz  buraxmışdır.  Təsadüfi  deyil  ki,  köçkünlərin  ilk  qrupu  dini 

47 
 
etiqadları  hələ  də  köhnə  qaydada  yerinə  yetirən  konservator  xristianlardan  təşkil 
olunmuşdur.  Kral  II  Fridrix  Vürtemberqskinin  apardığı  kilsə  islahatlarını  qəbul 
etməyənlər müxtəlif təqiblərə məruz qalırdılar: onları lüteran icmaları sıralarından 
xaric edir,  əmlakları müsadirə olunur, bəzən həbs edilib zindana salınırdılar. İldən-
ilə  vəziyyəti  pisləşən  Vürtemberq  pietistləri  xarici  ölkələrdə  mövcud  olan  pietist 
qrupları  ilə  əlaqə  yaradaraq  onların  köməyi  ilə  müxtəlif  ölkələrə  mühacirətə 
başladılar. Daha praqmatist düşüncəli pietistlər təsərrüfat  fəaliyyəti üçün nisbətən 
əlverişli  ərazilərə  üstünlük  verdilər:  yüzlərlə  pietist  ailələri  Şimali  Amerikaya, 
Qərbi  və  Cənubi  Ukraynanın  sulu  və  meşəli  qara-torpaq  zonalarına  köçməyə 
başladılar. Cənubi Qafqaza yola düşənlər üçün öz dini etiqadına sədaqət hər hansı 
maddi nemətdən üstün idi və deyə bilərik ki, pietistlərin ən konservativ, ən fanatik 
hissəsi Qafqaza köçməyi qət etdi. 
Çar I Aleksandr alman pietistlərinə rəğbətlə yanaşırdı və bu cür münasibətin 
formalaşmasında  onun  məşuqəsi,  əslən  Baden-Vürtemberq  krallığından  olan 
baronessa  V.Kürdenerin  böyük  rolu  olmuşdur.  Bundan  savayı,  qeyd  etməliyik  ki, 
çar  I  Aleksandr  Vürtemberq  krallığı  ilə  qohumluq  əlaqəsində  idi.  Belə  ki,  çarın 
anası  Sofiya-Doroteya  Vürtemberq  şahzadəsi  idi  ki,  bu  da  onun  pietistlərə  xoş 
münasibətinə  təsir  etməyə  bilməzdi.  Beləliklə,  çar  I  Aleksandr  alman 
separatistlərinin  Cənubi  Qafqazda  məskunlaşmasına  icazə  verdi  və  dərhal,  artıq   
1816-cı  ilin  sentyabrında  40  ailədən  ibarət  qrup  Fridrix  Fuksun  başçılığı  ilə 
Şvaykgel  kəndindən  Cənubi  Qafqaza  —  Gürcüstana  yola  düşdülər
121
.  Onlar 
Vyanadan  Dunaya  çıxaraq  İzmailə,  sonra  isə  Akkermana  gəldilər.  1816-cı  ilin 
dekabrında məlum oldu ki, Rusiya hökuməti, daha dəqiq desək Qafqaza yenicə Baş 
komandan təyin olunmuş A.P.Yermolov yalnız 30 alman ailəsinin yerləşdirilməsini 
təmin  edə  bilər:  onlar  Gürcüstanda  məskunlaşaraq  nümunəvi  təsərrüfatçılıq 
nümayiş  etdirərək  Qafqaz  xalqları  üçün  «kulturtregerlik»  funksiyasını  yerinə 
yetirməli  idilər.  40  ailədən  9-u  Odessa  yaxınlığındakı  Qrosliben  koloniyasında 
məskunlaşmağı qərara aldılar — yerdə qalan 31 ailə yol xərclərini aldıqdan sonra 
Starşina Qotlib Leflerin başçılığı ilə 1817-ci ilin baharında Gürcüstana  səfərlərini 
davam etdirdilər. Odessa — Xerson — Taqanroq - Stavropol — Mozdok marşrutu 
ilə  hərəkət  edən  köçkünlər  21  sentyabr  1817-ci  il  tarixdə  son  məntəqə  —  Tiflisə 
çatdılar.  148  nəfərdən  ibarət  31  alman  ailəsi  Tiflis  şəhərindən  38  km.  aralı,  İori 
çayı  sahillərində,  azərbaycanlıların  yaşadığı  Sartiçala  kəndi  yaxınlığında 
yerləşdirildilər
122
. Beləliklə, Cənubi Qafqazda ilk alman koloniyası yarandı ki, o da 
çar  I  Aleksandrın  anası,  Vürtemberq  şahzadəsi  Mariya  Fyodorovnanın  şərəfinə 
Marinenfeld adlandırıldı. A.P.Yermolovun göstərişi və çar hökumətinin qərarlarına 
əsasən, hər kolonist ailəsinə  35 des. torpaq sahəsi ayrıldı.  Koloniyada  əkinçiliyin 
inkişafı nəzərdə tutulmuşdu. 
Kolonist  icmasına  hökumət  tərəfindən  yardım  məqsədilə  16  kotan,  35  at, 
həmçinin  basqınlardan  qorunmaq  məqsədilə  31  tüfəng  verildi
123
.  Hökumətin 
yardımı  kolonistlərin  ehtiyaclarını  tam  ödəmirdi  və  o  dövrün  tanınmış  şəxsləri 

48 
 
könüllü olaraq almanlara yardım əli uzatdılar. Məsələn, general-mayor İsmayıl xan 
Şəkinski  kolonistlərə  30  inək,  27  dana  və  200  qoyun  bağışlamışdı
124
.  Əsgərlərin 
köməyi ilə kolonistlər üçün  yaşayış evlərinin tikintisi başladı. Tarixi mənbələrdən 
görünür  ki,  1817-ci  ilin  payızında  kolonistlərin  mənzil  məsələsini  tam  həll  etmək 
mümkün olmadı və qışın yaxınlaşması ilə bağlı alman mühacirləri qonşu Şartiçala 
kəndində, yerli əhalinin mənzillərində yerləşdirildilər
125

Kolonistlərin  ərzaq  məhsulları  ilə  təminatında  da  çatışmazlıqlar  var  idi  və 
bu  çətin  vaxtda  Tiflis  qəzasının  azərbaycanlı  əhalisi  Şvab  köçkünlərinə  yardım 
əlini uzatdı. Kolonistlərin birinci qrupunun Gürcüstanda məskunlaşmasından sonra 
Baden-Vürtemberqdə  başqa  bir  mühacir  qrupunun  formalaşması  prosesi  başladı. 
Bu  işdə  Marbaxlı  Kox  qardaşları  daha  çox  fəallıq  göstərirdilər.  Hələ  1817-ci  ilin 
əvvəllərində  onlar  «Allah  övladlarının  mühacirlər  birliyi»  yaratmaq  təşəbbüsü  ilə 
çıxış  etdilər  və  aprel-avqust  ayları  ərzində  1500  ailə  onların  çağırışına  cavab 
verdi
126
.  Onlar  15  qrupa  bölünərək  Rusiyaya  yollanmağı  qərara  aldılar.  6  minə 
yaxın  köçkün  Reyer  və  Frikin  rəhbərliyi  ilə  Vyana  səhərinə  gəldilər  və  Rusiya 
səfirliyinin  təklif  etdiyi  Qalitsiya  marşrutundan  imtina  edərək  Macarıstan-
Valaxiya-İzmail  marşrutuna  üstünlük  verdilər:  qənaətcil  almanların  fikrincə,  quru 
marşrutuna  nisbətən  (Qalitsiyadan  keçərək),  su  marşrutu  (Dunay  çayı  vasitəsilə) 
daha  ucuz  başa  gəlirdi.  İzmailə  çatdıqdan  sonra  köçkünlər  Qara  dənizin  şimal 
sahilləri boyunca şərqə hərəkət edərək Qafqaza çatmalıydılar. 
Özbaşına, hazırlıqsız şəkildə  köçə başlayan almanlar artıq Ulm şəhərindən 
İzmailə  çatınca  müxtəlif  xəstəliklər  üzündən  1000  nəfər  itirdilər
127
.  Sağ  qalanlar 
keyfiyyətsiz  yemək,  antisanitariya,  həmçinin  iqlimin  dəyişməsi  nəticəsində 
yaranan müxtəlif xəstəliklərdən əziyyət çəkirdilər: alman köçkünləri üçün cənubun 
isti  iqliminə  uyğunlaşmaq  ən  böyük  problemlərdən  biri  idi.  Yeni  iqlim  şəraitinə 
uyğunlaşmaq və miqrantların sağlamlığının möhkəmləndirilməsi məqsədilə onların 
İzmaildə 40 günlük karantin rejimində saxlanılması qərara alındı. 
Almaniyalı tədqiqatçı M.E.Auxun araşdırmalarına  görə 40 günlük karantin 
rejimi dövründə daha 1100 nəfər vəfat etdi
128

Bu  fakt  onu  göstərir  ki,  miqrantlar  arasında  epidemiya  olmuşdur.  Sağ 
qalmış  köçkünlər  1817-ci  ilin  payızında  Odessaya  gətirildilər  və  qışı  keçirmək 
məqsədilə  yerli  əhalinin  mənzillərində  yerləşdirildilər.  Yuxarıda  qeyd  etdik  ki, 
almanların  qışlama  məqsədilə  yerli  əhalinin  mənzillərində  yerləşdirilməsi  hələ 
XVIII  əsrin  II  yarısından  tətbiq  olunurdu  və  bu  aksiya  dövlət  tərəfindən 
maliyyələşdirilirdi  və  köçkünlərin  yeni  Rusiya  şəraitinə  uyğunlaşmasını 
yüngülləşdirmək məqsədinə xidmət edirdi. 
Odessada  köçkünlər  bir  sıra  problemlərlə  üzləşdilər.  Əvvəla,  köçmə 
hərəkatı  üçün  mühacir  icmasının  topladığı  vəsaitin  bir  hissəsi  köçmə  prosesinin 
təşkilatçıları  tərəfindən  oğurlanmış,  bir  hissəsi  isə  müxtəlif  məqsədlərlə  sərf 
edilmişdir.  Bundan  savayı,  Odessada,  qışlama  zamanı  mühacirlərin  müxtəlif 
xəstəliklərdən ölüm hadisələri davam edirdi. Mühacirlərin vəziyyəti kritik nöqtəyə 

49 
 
çatmışdı.  Vurğulamaq lazımdır ki,  mühacirlərin bu  ikinci  qrupu Qafqaza  köçmək 
haqqında heç bir rəsmi icazə almamışdı. Bu məsələnin həlli mühacirlər üçün çox 
vacib olduğundan Odessada qışladıqları dövrdə 3 nəfərdən — Yohann Georq Frik, 
Yohann  Yakov  Kox  və  Yohannes  Mayerdən  ibarət  deputat  qrupu  Moskvaya  yola 
düşdü
129
.  Onların  əsas  məqsədi  bahara  qədər  Vürtemberq  mühacirlərinin  sərbəst 
olaraq Cənubi Qafqazda məskunlaşmaq və onlara dövlət himayəsinin göstərilməsi 
hüququ  ilə  təmin  edilməsinə  nail  olmaqdan  ibarət  idi.  Bu  məsələni  bahara  qədər 
həll  etmək  nəzərdə  tutulurdu.  Tiflis  quberniyasının  rəhbərliyinə  çoxsaylı  alman 
mühacirlərinin  özbaşına  Cənubi  Qafqaza  köçmə  hərəkatı  barədə  məlumat 
çatdırılmışdı. 
Quberniya 
rəhbərliyi 
almanların 
bu 
regionda 
kütləvi 
məskunlaşmasının  tərəfdarı  deyildi.  Rəsmi  dairələrin  fikrincə,  çoxsaylı  alman 
mühacirlərinin  Cənubi  Qafqazda  yerləşdirilməsi  gələcəkdə  sosial-siyasi,  mədəni-
dini  xarakterli  problemlərin  yaranmasına  gətirib  çıxara  bilərdi.  Tiflis  quberniya 
rəhbərliyinin  mövqeyi  Odessada  müvəqqəti  saxlanılan  mühacirlərə  məlum  idi  və 
bu  səbəbdən  almanlar  Odessadan  Tiflisə  yollanmadan  öncə  mərkəzi  hakimiyyət 
orqanlarının  razılığını  almaq  niyyətində  idilər.  Moskvaya  gələn  alman  deputat 
qrupu hakimiyyət orqanlarında görüşlərdən sonra Cənubi Qafqazda məskunlaşmaq 
hüququ  əldə  etdilər.  Bu  işdə  mənşəcə  alman  olan  və  çar  ailəsi  yanında  böyük 
nüfuza  malik  olan  qraf  Nesselrodenin  xidmətləri  az  olmamışdır.  Qraf  Nesselrode 
Qafqazın  Baş  komandanı  general  A.P.Yermolova  20  fevral  1818-ci  il  tarixdə 
göndərdiyi  müraciətində  mühacirlərin  kolonist  silkinə  qəbul  olunması  və  onlara 
Cənubi Qafqazda məskunlaşmaq hüququnun verilməsi haqqında yazırdı. 
Nəzərə  alaq  ki,  Rusiyanın  hərbi  xərclərinin  artması  və  dövlət  torpaq 
fondunun  azalması  ilə  bağlı  1810-cu,  1816-cı  illərdə  Nazirlər  Kabineti  əcnəbi 
mühacirlərin dövlət büdcəsi hesabına məskunlaşdırılmasına qarşı yönələn qərarlar 
qəbul  etmişdi.  Beləliklə,  deyə  bilərik  ki,  Vürtemberq  mühacirlərinə  çar 
hökumətinin xüsusi yanaşması vardı və bu siyasət Rusiyanın Cənubi Qafqaza dair 
strateji planlarının həyata keçirilməsinə xidmət edirdi. 
1818-ci  ilin  baharına  Vürtemberq  mühacirləri  Cənubi  Qafqazda 
məskunlaşmaq  hüququ  aldıqdan  sonra  Odessadan  Tiflisə  yollanmağa  hazırlıq 
gördülər.  Kolonistləri  Şimali  Qara  dəniz  sahilləri  ilə,  hələ  mənimsənilməmiş 
ərazilərlə  uzun,  yorucu  miqrasiya  gözləyirdi.  Köçmənin  çətinliklərini  nəzərə  alan 
300 kolonist ailəsi səfəri davam etdirməkdən imtina etdilər və Odessa yaxınlığında 
məhsuldar  torpaqlarda  məskunlaşaraq  Hofnunqstal  koloniyasının  əsasını 
qoydular
130
. Sonralar bu koloniya Xerson quberniyasının tərkibinə daxil edilmişdir. 
Kolonistlərin Odessadan Tiflisə köçməsi ilə bağlı yarana biləcək bütün məsələləri 
həll  etmək  «Cənub  diyarı  əcnəbi  mühacirlərə  Qəyyumluq  komitə»sinin  sədri, 
general İ.N.İnzova həvalə edilmişdi. General İnzovun göstərişi ilə Cənubi Qafqaza 
köçmək  istəyən  500  kolonist  ailəsi  qruplara  bölünmüşdü  və  onların  hərəkət 
marşrutu  dəqiqləşdirilmişdi:  İnzovun  planına  görə  kolonist  qrupları  Xerson  — 
Taqanroq  —  Stavropol  —  Mozdok  —  Tiflis  marşrutunu  pozmamaq  şərtilə 

50 
 
mərhələ-mərhələ,  növbə  ilə  şərq  istiqamətində  hərəkət  etməliydilər.  Yola 
düşməzdən əvvəl hər kolonist ailəsinə dövlət büdcəsindən yardım verildi
131

1816-cı  ilin  oktyabrında  Qafqaz  ordusunun  Baş  komandanı  təyin  olunan 
general  A.P.Yermolov  Almaniyadan  gələn  mühacirlərin  birinci  qrupunun  Tiflis 
ətrafında yerləşdirilməsində fəal iştirak etsə də, daha 500 kolonist ailəsinin Cənubi 
Qafqaza  köçürülməsinə  verilən  razılığı  etirazla  qarşıladı
132
.  Yermolovun  fikrincə, 
1818-ci  ildə  regionda  hərbi-siyasi  vəziyyət  mürəkkəbləşmişdi  və  belə  bir  şəraitdə 
yeni mühacirlər qrupunun qəbul edilməsi, yerləşdirilməsi mümkün deyildi. Ancaq 
mühacirlər Cənubi  Qafqaza  köçmək planlarından əl  çəkmək niyyətində  deyildilər 
və  1818-ci  ilin  11  may  tarixində  alman  kolonistləri  yenidən  çar  I  Aleksandra 
müraciət  etdilər.  Bu  müraciətnamədə  almanlar  çardan  onların  tezliklə  Qafqaza 
yollanmasına icazə verməsini xahiş edir və çarı əmin edirdilər ki, köçürmə ilə bağlı 
Rusiya  hökuməti  üçün  heç  bir  problem  yaratmayacaq,  hökumətə  qarşı  iddia  irəli 
sürməyəcək,  məskunlaşma  yerində  yaranan  bütün  maliyyə  və  sair  məsələləri 
mühacirlərin daxili resursları hesabına həll edəcəklər
133

Çar I Aleksandr Vürtemberq mühacirlərinin Qafqaza köçməsinə icazə verdi 
və  məsləhət  gördü  ki,  mühacirlər  məskən  salacaqları  diyar  haqqında  qabaqcadan 
məlumat  toplasınlar.  Bu  məqsədlə  almanlar  üç  nəfərdən  ibarət  nümayəndə  qrupu 
seçdilər  və  onlar  1818-ci  ilin  iyulunda  Tiflisə  gəldilər.  İ.Barta,  İ.Q.Frik  və 
Kindlendən ibarət  olan nümayəndə  heyəti  gələcək  məskunlaşma ərazilərinə  baxış 
keçirdilər.  Kolonist  nümayəndə  heyətinin  üzvləri  iqlim  və  torpaq  şəraiti  ilə  bağlı 
məsələlərdə ümumi rəyə gəlməsələr də, hökumət tərəfindən təklif olunan ərazilərdə 
— Tiflis və Yelizavetpol dairələrində məskunlaşmağı qərara aldılar
134

Qeyd  etməliyik  ki,  mərkəzi  hakimiyyət  orqanları  Baden-Vürtemberq 
almanlarının  Cənubi  Qafqazda  məskunlaşmasını  dəstəkləsələr  də,  Qafqaz  yerli 
hakimiyyət  orqanları  bu  prosesə  bir  qədər  soyuq  yanaşırdılar.  Əslində  general 
Yermolov  «əməksevər  almanların»  Qafqazda  yerləşdirilməsinin  əleyhinə  deyildi. 
Onun fikrincə, almanların  «yaxşı nümunəviliyi və təsərrüfatda əldə etdikləri xeyir 
yerli əhalidə onlara bənzəmək arzusu oyada bilərdi»
135
. Ancaq o, bu əhəmiyyətli, 
vacib  işdə  kortəbiiliyin,  lüzumsuz  tələsmənin  yolverilməz  olduğunu  söyləyirdi. 
1818-ci  ildə  Rusiya  Cənubi  Qafqazda  hələ  xəzinə  torpaqlarına  malik  deyildi.  Çar 
hökumətinin alman kolonistləri üçün ayırdığı torpaqlar Qafqazda rus işğalına qarşı 
çıxmış knyazlara, xanlara, bəylərə, müsəlman dini təşkilatlarına  məxsus torpaqlar 
idi. Gülüstan sülhündən sonra sahibsiz qalan bu torpaq sahələrinin hüquqi  statusu 
hələ aydınlaşdırılmamışdı. 
Beləliklə,  almanların  Cənubi  Qafqaza  köçürülməsi  məsələsi  Sankt-
Peterburq,  Odessa,  Tiflis  üçbucağında  bir  neçə  ay  müzakirə  olundu.  Son  qərarı 
Qafqaz  yerli  hakimiyyət  orqanları  verməli  idi  və  qərar  qəbul  edilincə,  alman 
mühacirləri  1818-ci  ilin  avqustunda  Odessadan  Cənubi  Qafqaza  doğru  hərəkətə 
başladılar.  Sentyabrda  mühacirlər  Mozdoka  çatdılar  və  Qafqaz  inzibati 
orqanlarının  səylərinə  baxmayaraq,  onların  hərəkətini  dayandırmaq  mümkün 

51 
 
olmadı — 1818-ci ilin sentyabrın sonunda mühacirlərin böyük hissəsi Tiflisə gəldi. 
Yuxarıda qeyd etmişdik ki, Odessadan almanlar kolon şəklində yola düşmüşdülər: 
hərəsi  50  ailədən  ibarət  olan  10  kolonun  Tiflisə  çatması  1818-ci  il  noyabrın 
sonlarında  başa  çatdı.  Bəzi  mənbələrə  görə  500 ailədən yalnız  486-sı  Tiflisə  sağ-
salamat  gələ  bilmişdi
136
.  Almanların  Cənubi  Qafqaza  köçməsini  şərtləndirən 
amillərlə  bağlı  mühacirlərin  sosial  tərkibi  müxtəlifliyi  ilə  xarakterizə  olunurdu: 
onların  arasında  kəndlilərə,  sənətkarlara,  təxris  olunmuş  hərbçilərə,  Napoleon 
ordusunda  xidmət  edənlərə,  fərarilərə  və  sair  kateqoriyadan  olan  şəxslərə  rast 
gəlmək olardı. 
30  kolonist  ailəsi  Tiflisdə  qalmağı  qərara  aldı  və  şəhər  yaxınlığında  Noy-
Tiflis  (Yeni  Tiflis)  koloniyasının  əsasını  qoydular.  Başqa  cür  bu  koloniya  çar  I 
Aleksandrın qardaşı Mixail Pavloviçin şərəfinə Mixaelsdorf kimi də adlandırılırdı. 
Yeva-Mariya Auxun tədqiqatlarına görə burada 30 deyil, 60 alman sənətkar ailəsi 
məskunlaşmışdı
137
.  Məşğuliyyət  xüsusiyyətlərini  nəzərə  alaraq,  yerli  hakimiyyət 
orqanları  hər  sənətkar  ailəsinə  yaşayış  evi  və  həyətyanı  təsərrüfat  üçün  1  des. 
torpaq  sahəsi  ayırdı.  Getdikcə  böyüyən  şəhər  koloniyaya  yaxınlaşaraq  onu  öz 
tərkibinə  qatdı  və  XIX  əsrin  ortalarında  Mixaelsdorf  koloniyası  Tiflisin 
Mixaylovsk prospektinə çevrildi. 
Qalan  mühacirlər  Kür  çayının  sol  sahilində  iki  koloniyanın  əsasını 
qoydular:  Aleksanderdorf  və  Yekaterinenfeld.  Birinci  koloniya  çar  I  Aleksandrın, 
ikinci  isə  I  Aleksandrın  vəfat  etmiş  bacısı,  Vürtemberq  kraliçası,  kral  I  Fridrix 
Vilhelmin  həyat  yoldaşı  Yekaterina  Pavlovnanın  şərəfinə  adlandırılmışdılar.  19 
noyabr  1818-ci  il  tarixində  yaranan  daha  bir  koloniya  çar  I  Aleksandrın  bacısı 
Yelizavetanın  şərəfinə  Yelizavettal,  Aşureti  çayı  yaxınlığında  əsası  qoyulan 
koloniya isə çar I Pyotrun xatirəsinə Petersdorf adlandırıldı. 
Gördüyümüz kimi, Qərbi və Cənubi Ukrayna, Volqaboyu, Şimali Qafqaz və 
sair  regionlarda  olduğu  kimi,  Gürcüstanda  da  alman  koloniyaları  rus  imperator 
sülaləsinin  üzvlərinin  şərəfinə  adlandırılırdı  və  qeyd  edək  ki,  heç  də  həmişə  bu 
ənənə  kolonistlərin  həqiqi  istəklərinə  uyğun  gəlmirdi.  Rusiya  rəsmi  dairələrinin 
fikrincə, ölkədə yaranan əcnəbi koloniyaları ya Romanovlar sülaləsinin  üzvlərinin 
adlarını daşımalı, ya da bu koloniyaların adlarında rus xalqının 1812-ci ilin Vətən 
müharibəsində göstərdiyi qəhrəmanlıq əbədiləşməli idi. 
Beləliklə,  1818-ci  ilin  payızında  Tiflis  ətrafında  aşağıdakı  6  alman 
koloniyası  fəaliyyət  göstərirdi  və  onlar  coğrafi  lokallaşma,  təsərrüfat  vərdişləri, 
düşdükləri etno-demoqrafik mühitə görə bir-birindən fərqlənirdilər: 
1)
 
Marinenfeld koloniyası — 1817-ci ildə Tiflis şəhərindən 38 km aralıda, 
azərbaycanlıların  yaşadığı  Sartiçala  kəndi  yaxınlığında  salınmışdır.  Əhalisi  148 
nəfər idi. Əsas məşğuliyyətləri əkinçilik olmuşdur; 
2)
 
Noy  —  Tiflis  koloniyası  —  1818-ci  ildə  yaranmışdır,  Tiflisdən  3  km 
aralıda  yerləşirdi.  Koloniyada  200 nəfər  yaşayırdı və  hamısı sənətkarlıqla  məşğul 
idilər; 

52 
 
3)
 
Katerinenfeld  koloniyası  —  1818-ci  ildə  azərbaycanlıların  kompakt 
şəkildə  yaşadığı  Borçalıda  yaranmışdı.  Koloniyada  350  nəfər  yaşayırdı  və  əsas 
məşğuliyyətləri əkinçilik idi; 
4)
 
Yelizavettal  koloniyası  -  1818-ci  ildə  Somxitidən  38  km  aralı,  Alqeti 
çayı  yaxınlığında,  gürcülərin  kompakt  yaşadığı  bir  ərazidə  yaranmışdır.    Əhalisi 
307 nəfər idi və əsasən əkinçiliklə məşğul olurdular
5)  Aleksandersdorf  koloniyası  —  1818-ci  ildə  Tiflisdən  təqribən  10  km 
şimalda,  Diduba  rayonunda  yaranmışdır.  Bu  koloniya  da  azərbaycanlıların 
qonşuluğunda  yaranmışdı  və  əhalisi  cəmisi  98  nəfər  idi.    Əsasən,  əkinçiliklə 
məşğul olurdular; 
6)  Petersdorf  koloniyası  —  1818-ci  ildə  Tiflisdən  təqribən  15  km  aralıda 
salınmışdır  və  burada  cəmi  17  ailə  məskunlaşmışdı.  Qonşuları  gürcü  əhalisi  kimi 
onlar da əkinçiliklə məşğul olurdular. 
Hökumət  dairələrində  alman  kolonistlərinə  böyük  ümidlər bəslənirdi.  Belə 
ki,  onlar  məskunlaşdıqları  ərazilərdə  yeni  təsərrüfatçılıq  metodları  tətbiq  edərək, 
«qabaqcıl»  Avropa  mədəniyyəti  gətirərək  «kulturtregerlik»  missiyasını  yerinə 
yetirməli idilər. Buna görə də çar hökuməti mühacirlərin yeni ərazilərdə yerləşməsi 
məqsədilə  o  dövrün  ölçülərinə  görə  çox  böyük  maliyyə  vəsaiti  ayırmışdı.  Arxiv 
sənədlərindən gorünür ki, Cənubi Qafqaz almanlarının təmin edilməsi üçün dövlət 
xəzinəsindən  697,428  rubl  gümüş  pul  xərclənmişdi
138
.  Mühacirlərin  Baden-
Vürtemberqdən  tutmuş  Tiflisə  qədər  uzun  miqrasiya  prosesində  bütün  xərclər 
Rusiya  hökuməti  tərəfindən  maliyyələşdirilmişdi.  Qeyd  etməliyik  ki,  mühacirlərə 
xərclənən  pul  vəsaiti  ciddi  şəkildə  hesaba  alınırdı  və  gələcəkdə  kolonistlər 
mərhələ-mərhələ onlara çəkilən xərcləri xəzinəyə ödəməli idilər. 
1818-ci ilin payızı Cənubi Qafqaza gələn kolonistlərin hamısı Gürcüstanda 
məskunlaşmağı  planlaşdırırdılar.  Boş  torpaq  sahələrinin  qıtlığı  səbəbindən 
mühacirlərin sonuncu kolonlarını Tiflis ətrafında yerləşdirmək mümkün olmadı və 
onlara  Azərbaycan  ərazisində  Yelizavetpol  şəhəri  ətrafında  məskən  salmaq  təklif 
olundu.  Azərbaycanda  məskunlaşan  alman  kolonistlərinin  xatirələrindən  görünür 
ki,  onları  Yelizavetpol  ətrafına  istəklərinə  zidd  olaraq  silahlı  kazak  dəstələrinin 
müşayiəti  ilə  gətirmişlər
139
.  Yuxarıda  qeyd  etmişdik  ki,  Cənubi  Qafqaza 
köçməmişdən  öncə  kolonistlərin  göndərdikləri  nümayəndə  heyəti  məskunlaşma 
əraziləri ilə tanış olmuş, almanların bu ərazilərə köçürülməsinə razılıq vermişdilər. 
Fikrimizcə,  mühacirlərin  Yelizavetpola  köçməkdə  tərəddüd  etmələrinin  səbəbini 
onların  hər hansı bir regionda  kompakt şəkildə  məskunlaşmaq arzusu ilə izah edə 
bilərik.  Bu  hal  alman  kolonistlərinin  Volın,  Novorossiya,  Volqaboyu  və  sair 
yerlərdə  məskunlaşması  zamanı  da  müşahidə  olunmuşdu.  Almanlar  yaxşı  başa 
düşürdülər  ki,  kompakt  məskunlaşma  onların  assimilyasiya  proseslərindən 
qorunmasının  əsas  şərtlərindən  biridir.  Mühacirlərin  Yelizavetpol  ətrafına 
köçürülməsi  zamanı  onların  silahlı  kazak  dəstələri  tərəfindən  müşayiət  olunması 
məskunlaşmanın  məcburi  xarakter  daşımasına  sübut  deyil.  Qeyd  etdiyimiz  kimi, 

53 
 
1818-ci ildə Şimali Azərbaycanın böyük bir hissəsi Rusiya imperiyasına qatılsa da, 
faktiki  olaraq  çar  hökuməti  bu  əraziləri  hələ  tam  nəzarətə  ala  bilməmişdi. 
Gürcüstandan  fərqli  olaraq,  Azərbaycanda  almanlara  ayrılan  torpaq  sahələri  yerli 
torpaq  sahiblərindən  müsadirə  edilmişdi  və  bu  torpaqların  hüquqi  statusunda 
boşluq  yaranmışdı.  Bu  torpaqlarda  məskunlaşan  mühacirlər,  çar  hökumət 
dairələrinin  fikrincə,  müəyyən  problemlərlə  üzləşə  bilərdilər  və  bu  səbəbdən 
onların hərbi müdafiəsi təşkil edilmişdi. 
1818-ci ilin sonlarına 209 alman ailəsinin Yelizavetpol dairəsində, Şamxor 
çayı  ətrafı  ərazilərdə  məskunlaşması  nəzərdə  tutulmuşdu.  Qışın  düşməsi  ilə 
kolonistlərin  müvəqqəti  qazma  evlərdə,  çadırlarda  yaşaması  mümkün  olmadı  və 
alman ailələri təcili şəkildə Yelizavetpol şəhəri və onun ətraf kəndlərində yaşayan 
azərbaycanlı ailələrində yerləşdirildilər. Qeyd etmək yerinə düşərdi ki, o vaxt rəsmi 
sənədlərdə «tatar» kimi adlandırılan azərbaycanlı əhalisi alman mühacirlərini 3 aya 
yaxın  bir  müddət  ərzində  öz  evlərində  saxladılar.  Bu  birgə  yaşayış  almanların 
sosial-mədəni  uyğunlaşmasına  müsbət  təsir  göstərdi,  azərbaycanlılarla  almanlar 
arasında  dostluq  münasibətlərinin  təməlini  qoydu.  1819-cu  ilin  baharında  alman 
kolonistləri yerli əhalinin evlərini tərk etdilər və kazak dəstələrinin nəzarəti altında 
Gəncə  çayının  sağ  sahilində  Yelenendorf  koloniyasının  əsasını  qoydular.  Çar  I 
Aleksandrın  bacısı  Yelena  Pavlovnanın  şərəfinə  adlandırılan  bu  koloniya 
Yelizavetpol  şəhərindən  7  verst  aralıqda,  keçmiş  Xanlıqlar  kəndinin  ərazisində 
yerləşirdi.  Bu  koloniyada  127  alman  ailəsi  məskunlaşmışdı  və  onlara  2600  des. 
torpaq  sahəsi  ayrılmışdı
140
.  Azərbaycana  gətirilmiş  mühacirlərin  qalan  hissəsi 
Şəmkir  ərazisində,  Yelizavetpoldan  25  verst,  Tiflisdən  155  verstlik  məsafədə 
yerləşdilər  və  koloniya  Niderland  kraliçası,  çar  I  Aleksandrın  bacısı  Anna 
Pavlovanın  şərəfinə  Annenfeld  adlandırıldı.  Annenfelddə  məskunlaşan  alman 
ailələrinin sayı barədə müxtəlif fikirlər söylənilmişdir: bəzi tədqiqatçılar burada 67, 
başqaları isə 90-na  yaxın ailənin məskunlaşdığını göstərirlər
141
. Hesab etmək olar 
ki, bu o qədər də prinsipial əhəmiyyət kəsb edən məsələ deyil — arxiv sənədlərinə 
əsaslanaraq  deyə  bilərik  ki,  Annenfeld  koloniyasında  84  alman  ailəsi 
məskunlaşmışdı.  Gürcüstan  və  Azərbaycan  ərazilərində  alman  mühacirlərinin 
yerləşdirilməsi  müxtəlif  xristian  missionerlərinin  fəaliyyəti  üçün  geniş  imkanlar 
açırdı. Əsasən protestantizmə mənsub olan əcnəbi xristian missionerlərin Qafqazda 
fəaliyyət  göstərməsi  bu  regionda  müstəmləkəçilik  və  qeyri-xristian  xalqların 
xristianlaşdırılması  siyasəti  yeridən  çar  Rusiyasının  geosiyasi  maraqlarına  cavab 
verirdi. 
Roma  katolik  kilsəsi  ilə  Rus  pravoslav  kilsəsi  arasında  yaşanan  ideoloji 
mübarizə  Rusiyada  katoliklərin  təqib  olunması  ilə  nəticələndi  və  XVIII  əsrin 
sonlarında Baltikyanı ərazilərdə yaşayan alman-katoliklərin bir qismi Gürcüstanda 
sığınacaq  tapdılar.  Gürcüstanda  XIX  əsrdə  məskunlaşan  almanlar  isə  əsasən, 
protestantizmin  adeptləri  olduğundan  onlarla  alman-katoliklər  arasında  dini 
zəmində ixtilaflar   baş   verirdi.
142
.   Katolik   kilsəsinə   nisbətən   çar hökuməti 

54 
 
protestantizmə  loyal  münasibət  bəsləyirdi  və  hətta  protestant  missionerlərin 
Rusiyada fəaliyyətinə həm maddi, həm də mənəvi dəstək verirdi. 
Yuxarıda qeyd etdiyimiz kimi, ilk missionerlər qrupu Rusiyaya 1802-ci ildə 
Şotlandiyadan gəlmişdi və Volqaboyundan Şimali Qafqaza köçən 20 alman ailəsi 
ilə birlikdə müasir Pyatiqorsk yaxınlığında Karras və yaxud Şotland koloniyasının 
əsasını  qoymuşdular
143
.  Ancaq  bu  koloniya  uzun  müddət  mövcud  ola  bilmədi. 
Şotlandiyalı  missionerlərlə  alman  reformatorları  arasında  dini  zəmində  baş  verən 
münaqişələrin  nəticəsi  kimi  koloniya  1816-cı  ildə  ləğv  olundu  və  əhalisi  Şimali 
Qafqazın  müxtəlif  şəhərlərində  yerləşdi.  Vurğulamaq  lazımdır  ki,  Şotland 
koloniyasının  ləğv  edilməsində  dağlı  xalqlarının  əcnəbilərin  məskunlaşmasına  və 
xristian missionerliyinə qarşı apardığı mübarizənin də təsiri olmuşdur. 
Sonralar, 1820-ci ildə Rusiya rəsmi hökumət orqanlarının icazəsi ilə Sankt-
Peterburqa  İsveçrə  Bazel  cəmiyyətinin  missionerləri  gəldilər.  Çar  hökuməti 
tərəfindən  onlar  qarşısında  Rusiyanın  bütpərəst,  yəhudi,  müsəlman  xalqları,  o 
cümlədən ənənəvi protestantizmin doqmalarını qəbul etməyən protestant-sektantlar 
arasında  yevangelizmin  yayılması  vəzifəsi  qoyulmuşdu.  1821-ci  ilin  oktyabrında 
Bazel missionerlərindən 5 nəfərlik nümayəndə heyəti Cənubi Qafqaza göndərildi. 
Onların  hamısı  alman  mənşəli  idi  və  Bazel  yevangelizm  cəmiyyətinin  tapşırığını 
yerinə  yetirərək  Qara  və  Xəzər  dənizləri  arasındakı  ərazilərdə  məskunlaşmalı  və 
yerli xalqlar arasında protestantizmin təbliği ilə məşğul olmalı idilər
144

Sankt-Peterburqdan  başlayaraq  missionerlər  bir  sıra  şəhərlərdə  yolüstü 
təbliğat  kampaniyası  keçirərək  1822-ci  ildə  Azərbaycana  çatdılar  və  Qarabağda, 
Şuşa  şəhərində  məskən  saldılar.  Burada  onlar  dini  kitabların  erməni  dilinə 
tərcüməsi  ilə  məşğul  olur,  erməni  əhalisi  arasında  protestantizm  təliminin  təbliği 
ilə məşğul olurdular. 
Bazel  missionerləri  Şuşada  13  il  fəaliyyət  göstərsələr  də  çar  hökumətinin 
onlar  qarşısında  qoyduğu  vəzifələrin  heç  birini  yerinə  yetirə  bilmədilər:  fəaliyyət 
dövründə  missionerlər  istər  koloniya  yaratmaqda,  istərsə  də  əhali  arasında 
yevangelizmin  yayılmasında  müsbət  nəticə  əldə  etmədilər.  Əcnəbi  missionerliyin 
faydasızlığını  və  bəzən  də  nüssionerlərin  çar  hökumətinin  siyasətinə  zidd  olaraq 
pravoslav  əhali  arasında  protestantizm  yaydığını  nəzərə  alaraq  1835-ci  ildə  çar  I 
Nikolayın  fərmanı  ilə  Rusiyada  əcnəbi  nüssionerlər  təşkilatlarının  fəaliyyətinə 
qadağa  qoyuldu.  Bu  fərmandan  sonra  Bazel  missionerləri  Cənubi  Qafqazı  tərk 
etməli oldular. 
Cənubi Qafqaza almanların köçürülməsinə növbəti cəhd 1842-ci ildə edildi. 
Həmin  il  Tavriya  quberniyasından  Kaspi  vilayətinə  70  alman  kolonisti  gətirildi. 
Əvvəlcə,  onlara  Mərəzə  yaxınlığında  məskunlaşmaq  təklif  olundu.  Yarımsəhra 
ərazidə məskunlaşmaqdan imtina edən almanlara başqa ərazi Şamaxı yaxınlığında 
Pirsaat  çayı  boyunca  ərazilər  təklif  olundu.  Yerli  iqlim  şəraitinə  uyğunlaşa 
bilməyən  alman  kolonistləri  onların  köhnə  yaşayış  yerlərinə  —  Tavriya 

55 
 
quberniyasına  qaytarılmasını  xahiş  etdilər.  Hökumət  dairələri  onların  xahişini 
yerinə yetirdi
145

Beləliklə,  XIX  əsrin  I  yarısında  Gürcüstanda,  o  cümlədən  bütün  Cənubi 
Qafqazda  alman  məskənləri  meydana  gəldi  və  onların  hamısı  Şimali  Qafqazdan 
fərqli  olaraq,  xarici  məskunlaşma  prosesinin  nəticəsi  idi.  Yaranan  koloniyaların 
sayı  barədə  tarixi  ədəbiyyatda  ziddiyyətli  rəqəmlərə  rast  gəlinir.  Məsələn,  XIX 
əsrdə yaşamış rus müəllifi Basixin qeyd edir ki, artıq 1818-ci ildə Cənubi Qafqazda 
9  alman  koloniyası  mövcud  idi
146
. Bu rəqəm həqiqəti əks etdirmir, çünki 1818-ci 
ildə almanların Cənubi Qafqaza mühacirəti hələ başlanğıc mərhələsində idi. Tarixi 
ədəbiyyatı və arxiv mənbələrini təhlil etdikdən sonra belə nəticəyə gələ bilərik ki, 
XIX əsrin I yarısında Cənubi Qafqazda 8 alman koloniyası yaranmışdı: onlardan 6 
koloniya  müasir  Gürcüstan,  2-si  isə  Azərbaycan  ərazisində  yerləşirdi
14
  .  Cənubi 
Qafqazda  yaranan  alman  koloniyaları  haqqında  hərtərəfli  məlumat  aşağıdakı 
cədvəldə əks olunmuşdur. 
 



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə