AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 1.4 Mb.
Pdf просмотр
səhifə2/17
tarix13.06.2017
ölçüsü1.4 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   17

I   F Ə S Ġ L 
 
ALMAN ƏHALĠSĠNĠN QAFQAZA KÖÇMƏSĠ, ONLARIN 
SOSĠAL-ĠQTĠSADĠ, SĠYASĠ VƏ MƏDƏNĠ-DĠNĠ HƏYATININ 
TƏġƏKKÜLÜ 
 
(XVIII əsrin sonu- XIX əsrin birinci yarısı) 
 
1.1. ġƏRQĠ AVROPA ƏRAZĠLƏRĠNDƏ ALMANLARIN 
MƏSKUNLAġMASININ ƏSAS MƏRHƏLƏLƏRĠ VƏ QAFQAZDA ĠLK 
ƏCNƏBĠ KOLONĠYALAR YARATMAQ CƏHDĠ 
 
Əhalinin miqrasiya tarixi insanın yaranma tarixi qədər qədimdir. Hər şeydən 
əvvəl,  ictimai  proses  kimi  kulturoloji,  sosial-iqtisadi,  siyasi  amillərin  təsiri 
nəticəsində baş verən əhalinin miqrasiyası məhsuldar qüvvələrin inkişafında, etnik 
birliklərin  formalaşmasında  və  ümumiyyətlə,  cəmiyyətin  tərəqqisində  xüsusi  rol 
oynamışdır. 
Eramızın  II  minilliyinin  əvvəllərindən  Mərkəzi  Avropada  başlayan  alman 
əhalisinin  kütləvi  mühacirəti  bütöv  qitələrin,  dövlətlərin  və  xalqların  tarixində 
dərin iz buraxmışdır. Bu baxımdan postsovet məkanında yaranan dövlətlər istisna 
təşkil  etmirlər,  belə  ki,  bu  dövlətlərin  ərazilərində  almanların  məskunlaşması 
qədim tarixə malikdir. 
Rusiya  imperiyasına  daxil  olmuş  ərazilərdə  yaranan  alman  koloniyaları 
haqqında  ilkin  məlumatlara  Kiyev  Rus  dövləti  və  feodal  dağınıqlığı  dövrünə  aid 
mənbələrdə rast gəlinir. Vurğulamaq vacibdir ki, qədim rus müəllifləri Müqəddəs 
Roma  imperiyası  ərazisində  yaşayan  bütün  roman-german  mənşəli  xalqları 
«alman»  adlandırırdılar.  Buna  görə  orta  əsr  mənbələrində  ayrıca  «alman»  adı  ilə 
yanaşı,  «alman  avstriyalı»,  «alman  italyan»,  «Livon  almanı»,  «alman-polyak»  və 
Tevton ordeninin «alman cəngavərləri» kimi adlara da rast gəlinir.
1
 
Rusiya imperiyası ərazisində ilk alman koloniyalarının yaranması XIII əsrin 
əvvəllərinə  təsadüf  edir.  XI-XII  əsrlərdə  Çexiyanın,  Polşanın,  Transilvaniyanın 
qərb  əraziləri  almanlar  tərəfindən  məskunlaşdırıldıqdan  sonra,  tədricən  alman 
mühacirləri Pribaltika və Qərbi Ukrayna ərazilərində yerləşməyə başladılar. Qeyd 
edək  ki,  adı  çəkilən  ərazilərdə  almanların  məskunlaşma  prosesi  xarakter  etibarilə 
bir-birindən  fərqlənirdi.  Əgər  Pribaltikada  almanların  məskunlaşması  burada 
yaşayan  xalqlara  qarşı  hərbi  təcavüz  nəticəsində  həyata  keçirilirdisə,  Qərbi 
Ukrayna  ərazilərinə  almanlar  yerli  knyaz  sülalələri  tərəfindən  dəvət  olunurdular. 
Məsələn, 1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil 
Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, 
memarlarını,  ticarət  adamlarını  knyazlığa  dəvət  etdi.  Əcnəbi  mühacirləri  cəlb 
etmək  məqsədilə  o,  Maqdeburq  şəhər  hüququna  müvafiq  olaraq,  onlara  yerli 

13 
 
idarəetmə,  məhkəmə  sistemində  azadlıqlar  vermiş,  sosial-iqtisadi  sahədə  bir  sıra 
imtiyazlar bağışlamışdı.
2
 Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman 
sənətkarlarının,  inşaatçılarının,  tacirlərinin  fəal  şəkildə  Qərbi  Ukraynada 
məskunlaşması ilə nəticələndi. 
Knyaz  Vladimir  Vasilkoviçin  dəfn  mərasimini  təsvir  edən  Qaliç-Volın 
salnaməsinin  müəllifi  yazırdı:  «Onun  tabutu  üstündə  bütün  vladimirlilər  -  kişilər, 
qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar.
3
 
Qaliç-Volın  knyaz  sülaləsinin  davamçıları  knyazlar  Yuri,  Andrey  və  Lev 
Tevton ordeni ilə yaxın münasibətlərdə idilər. Monqol-tatar təhlükəsindən müdafiə 
məsələsində  ümumi  maraqlar  və  Baltik  dənizi  vasitəsilə  aparılan  ticarət  əlaqələri 
tərəflər  arasındakı  dostluq  münasibətlərinin  əsasını  təşkil  edirdi.  Knyaz  Yurinin 
hakimiyyəti illərində almanların sayı xeyli artdı və Qərbi Ukraynanın şəhərlərinin 
siyasi  həyatında  onların  nüfuzu  getdikcə  güclənirdi  ki,  bu  da  knyaza  qarşı  xalq 
üsyanının səbəblərindən biri olmuşdu. Xalq kütlələrinin  fikrincə,  «knyaz şəhərləri 
çexlərlə və almanlarla dolduraraq onların hüquqlarını və dini etiqadlarını dəyişmək 
istəyirdi»
4
  XIV  əsrin  40-cı  illərində  Vladimir-Volın,  Lutsk,  Lvov,  Ostriq  və  sair 
şəhərlərdə baş verən xalq qiyamları alman mühacirlərinin əksəriyyətinin qırğını ilə 
nəticələndi.  Daxili  çəkişmələr  nəticəsində  zəifləyən  Qaliç-Volın  knyazlığı  XIV 
əsrin II yarısında öz müstəqilliyini itirdi, onun qərb əraziləri Polşa tərəfindən işğal 
olundu.  Yerdə  qalan  ərazilər  Böyük  Litva  knyazlığının  tərkibinə  qatıldı.  Həm 
Polşa,  həm  də  Litva  dövlətləri  alman  torpaqları  ilə  sıx  ticarət  əlaqələrinin 
qurulmasında  maraqlı  idilər.  Polşa  kralı  III  Kazimir  (1333-1370)  1349-cu  ildə 
qərbi-rus şəhərlərində yaşayan alman mənşəli sənətkarların, tacirlərin hüquqlarının 
daha  da  genişləndirilməsinə  yönələn  fərman  imzaladı.
5
  ABŞ  tarixçisi  Orest 
Subtelninin yazdığına görə, XIV əsrin sonlarına Volının, Qalitsiyanın şəhərlərində 
«almanlara məxsus onlarla sənətkar sexləri, tacir gildiyaları fəaliyyət göstərirdi».
6
 
XIV-XV  əsrlərdə  Maqdeburq  şəhər  hüququnun  Polşa  və  qərbi-rus  şəhərlərində 
qəbul  edilməsi  bu  ərazilərə  alman  millətindən  olan  çoxsaylı  ticarət  adamlarının, 
sənətkarların  köçməsinə  səbəb  oldu.  Qərbi-rus  şəhərləri  —  Syanokda,  Lutskda, 
Koveldə,  Vladimir-Volında,  Torçində,  Striydə,  Lvovda  və  sair  şəhərlərdə  alman 
sənətkarlarının,  tacirlərinin  məhəllələri  meydana  gəlmişdi.  Onlar  german  və  rus 
torpaqları arasındakı ticarət əlaqələrində vasitəçi rolunu yerinə yetirirdilər. 
XVI  əsrin  ortalarında  qərbi-rus  torpaqlarında  əcnəbilərin  ilk  əkinçi 
koloniyaları  meydana  gəldi:  1563-cü  ildə,  tarixi  ədəbiyyatda  «holendrlar»  adı  ilə 
tanınan  əhali  Brest  şəhərindən  cənubda,  Buq  çayı  sahilində  Noydorf  və  Noybrau 
koloniyalarının  əsasını  qoydular.
7
  Tarixi  mənbələrdə  «holendrlar»ın  etnik 
mənsubiyyəti barədə müxtəlif fərziyyələr söylənilmişdir və onların etnik cəhətdən 
almanlara və yaxud hollandlara məxsusluğu məsələsi alman koloniyalarının tarixi 
ilə  məşğul  olan  tədqiqatçılar  arasında  mübahisə  obyektinə  çevrilmişdir.  Məsələn, 
Polşa  tədqiqatçısı  S.Sixotska-Petrajeska  hesab  etmişdir  ki,  Brest  ətrafında 
məskunlaşan  «holendrlar»  etnik  hollandlardır.  Onun  fikrincə,  «XV  əsrdə  Cənubi 

14 
 
Niderlanddan Polşaya köçən hollandlar burada koloniyalar yaratmış və yerli Polşa 
əhalisi  əcnəbi  kolonistləri  «holendrlar»  adlandırmışdır  ki,  bu  da  «hollandlar» 
sözündən əmələ gəlmişdir»
8

S.Sixotska-Petrajeska  holland  koloniyalarında  «sonralar  almanların  və 
polyakların  da  məskunlaşdığını,  onların  tədricən  polyaklaşdığını  vurğulayır». 
Alman  tarixçisi  V.Kuhnun  fikrincə,  «holendrlar»  adı  simvolik  xarakter  daşıyır, 
belə  ki,  orta  əsr  Polşasında  çoxsaylı  holland  koloniyaları  əhatəsində  adda-budda 
yerləşən  alman  koloniyalarının  sakinləri  də  belə  adlana  bilərdi.  «Holendrların» 
alman  etnosuna  mənsubluğuna  sübut  kimi,  V.Kuhn  belə  faktlar  gətirir  ki, 
«hollandlar»  «dini  etiqadına  görə  Lüteran  kilsəsinə  aid  olmuş  və  qədim  qot 
yazısından  istifadə  etmişlər».

Qeyd  edək  ki,  holendrların  etnik  mənsubiyyəti 
məsələsi o qədər də prinsipial xarakter daşımır, belə ki, Qərbi-rus torpaqlarında bir 
neçə  koloniya  yaratmış  bu  etnik  qrup  sonrakı  əsrlərdə  alman  kolonistləri  ilə 
qaynayıb  qarışaraq  «almanlaşmışlar».  Ümumi  götürdükdə,  orta  əsrlərdə  alman 
əhalisinin  Şərqi  Avropada  məskunlaşması  prosesi  böyük  miqyasa  malik 
olmamışdır. 
XVI-XVII  əsrlərdə  Şərqi  Avropada  alman  mühacirlərinin  ən  çox  maraq 
göstərdikləri  dövlətlər  Reç  Pospolita  və  Moskoviya  idi.  Bu  dövrdə  Rusiyada 
məskunlaşan  almanların  əksəriyyətini  Livoniya  müharibəsində  (1558—1583)  əsir 
düşmüş hərbçilər, həmçinin rus çarları—IV İvan və Aleksey Mixayloviç tərəfindən 
dəvət  olunmuş  müxtəlif  peşə  sahibləri  —  geoloqlar,  hərbi  mühəndislər, 
heykəltəraşlar,  həkimlər  və  sair  kateqoriyadan  olan  elm,  mədəniyyət  xadimləri 
təşkil  edirdilər.  1643-cü  ildə  təkcə  Moskvada  artıq  400  alman  ailəsi  yaşayırdı  və 
onlar  kompakt  şəkildə  xüsusi  bir  məhəllədə  məskunlaşaraq  Alman  Slabodasını 
yaratmışdılar.
10
 
Qeyd  edək  ki,  almanların  daha  intensiv  məskunlaşdıqları  dövlətlərdən  biri 
Reç Pospolita idi. 1569-cu ildə Polşa ilə Litvanın birləşməsindən yaranan bu dövlət 
Baltik dənizi ilə Qara dəniz arasındakı geniş şərqi slavyan torpaqlarını öz tərkibinə 
qatmışdı. 
XVII  əsrin  II  yarısında—XVIII  əsrin  əvvəllərində  Reç  Pospolita  ağır 
iqtisadi və siyasi böhran dövrünü yaşayırdı. İqtisadiyyatın əsasını təşkil edən kənd 
təsərrüfatının  böhrandan  çıxarılması  üçün  yerli  feodallar  iki  metoddan  istifadə 
edirdilər:  1)  «çinş»  sisteminin  tətbiqi;  2)  folvarkın,  yəni  «mülkədarın  əkin 
sahəsi»nin genişləndirilməsi. Böyük Polşada (tarixi Polşa əraziləri—İ.A.) iri torpaq 
sahibləri  öz  təsərrüfatlarında  çinşeviklərin  əməyindən  istifadə  etməyə  başladılar. 
«Çinş»  sözü  tərcümədə  «mükəlləfiyyət»  mənasını  verir  və  göründüyü  kimi, 
çinşeviklər feodal torpağında məskunlaşır, onu əkib becərir, əvəzində feodala renta 
ödəyirdilər.  Böyük  Polşada  çinşeviklərin  əksəriyyətini  alman  kolonistləri  təşkil 
edirdilər. 
Folvarkların genişləndirilməsi mövcud kəndli təsərrüfatlarının zəbt edilməsi 
hesabına  aparılırdı  və  bu  hal  daha  çox  Polşa  tarixşünaslığında  «Kiçik  Polşa» 

15 
 
adlandırılan qərbi-rus torpaqları üçün xarakterik idi. Bu səbəbdən Reç Pospolitanın 
qərb  və  mərkəz  əyalətlərində  gedən  almanların  kütləvi  məskunlaşması  prosesi 
qərbi-rus torpaqlarını əhatə etmədi. Yalnız  Lüteran və Katolik kilsələri tərəfindən 
təqibə məruz qalan yevangelist-xristian baptistlərdən ibarət bir neçə mühacir qrupu 
Qərbi Ukraynanın Kiselin və Slavutiç kəndlərində məskunlaşdı. 
XVIII əsrin əvvəllərindən Rusiya imperiyasında XVI— XVII əsrlərdə işğal 
yolu ilə ələ keçirilmiş ərazilərin məskunlaşdırılması siyasətinin fəal şəkildə həyata 
keçirilməsinə başlandı. 
Bu  siyasətin  ən  vacib  istiqamətlərindən  biri  ölkəyə  əcnəbi  mühacirlərin 
dəvət  olunması  idi.  XVIII əsrin əvvəllərindən Rusiyada  məskunlaşan əcnəbilərin, 
xüsusən də almanların sayı nəzərəçarpacaq dərəcədə artdı ki, bu da çar I Pyotrun 
fəaliyyəti ilə bağlı idi. 
Gənc yaşlarından o, əcnəbilərlə və əsasən də Alman Slabodasının sakinləri 
ilə  əhatə  olunmuşdu.  Elə  o  vaxtdan  I  Pyotrda  «almanlara  vərdiş,  onlarla  tanışlıq, 
Qərbə rəğbət hissləri formalaşdı».
11 
Rusiyada  hərtərəfli  islahatların  aparılması  zərurəti  yaransa  da,  bu  vəzifəni 
həyata keçirmək üçün savadlı, işini bilən mütəxəssislər çatışmırdı. Bu səbəbdən çar 
I Pyotr əcnəbi, əsasən də alman mənşəli mütəxəssislərin Rusiyaya cəlb edilməsini 
xarici  siyasətinin  ən  prioritet  istiqamətlərindən  biri  elan  etdi  və  bununla  əlaqədar, 
16  aprel  1702-ci  il  tarixində  müvafiq  manifest  imzaladı.
12
  Manifestin  məzmunu 
Avropa  ölkələrində,  xüsusən  də  alman  torpaqlarında  böyük  maraq  doğurdu  və 
minlərlə  qabaqcıl  mütəxəssislər,  həkimlər,  müəllimlər,  hərbi  mühəndislər, 
arxitektorlar,  kimyaçılar,  tarixçilər,  botaniklər,  arxeoloqlar  və  sair  peşə  sahibləri 
Rusiyaya  axışdılar.  Burjua  islahatlarının  həyata  keçirilməsində  fəal  iştirak  edən 
alman  mühacirləri  tezliklə  böyük  siyasi  nüfuz  qazandılar  və  Rusiyanın  dövlət 
orqanlarında təmsil olunmağa başladılar. Təkcə onu demək kifayətdir ki, Peterburq 
administrasiyasının 25%-ni artıq alman mənşəli məmurlar təşkil edirdi.
13
 
Ordu generalları, admirallar və zabitlər arasında da almanlar çox böyük faiz 
təşkil edirdilər. 
Çar  I  Pyotrun  niyyəti  Rusiyada  alman  elementinin  mövqelərini,  sadəcə, 
gücləndirmək  deyil,  daha  dərinə  gedərək  rus  çar  nəslini  tanınmış  alman  knyaz 
nəsilləri  ilə  qohumlaşdırmaq  idi.  Bu  məqsədlə  hələ  I  Pyotrun  sağlığında  iki  nəsil 
arasında  çoxsaylı  nikahlar  bağlandı:  I  Pyotrun  qardaşı  qızları  Meklenburq  və 
Kurlandiya  knyazlarına  ərə  getdilər;  I  Pyotrun  oğlu  Aleksey  1712-ci  ildə 
Braunşveyq-Volfenbüttel  şahzadəsi  Şarlotta  Xristiana  Sofiya  ilə  nişanlandı;  I 
Pyotrun  I  Yekaterina  ilə  nikahından  doğulan  Anna  Petrovna  (1708-1728) 
Qolşteyn-Qottop hersoqu Fridrix Karla ərə getdi və onların oğlu Karl Peter Ulrix 
sonralar III Pyotr adı ilə Rusiya imperatoru olmuşdu. 
Çar  I  Pyotr  tərəfindən  almanların  məskunlaşdırılmasının  dəstəklənməsi  və 
alman  nəsilləri  ilə  qohumluq  əlaqələrinin  yaranması  sadə  rus  xalqı  üçün  başa 
düşülən  deyildi  və  tarixçi  F.Platonovun  sözləri  ilə  desək,  «almanların  hədyan 

16 
 
ədaları  xalqda  narazılığın  yaranmasına  gətirdi».  Təsadüfi  deyil  ki,  1705-ci  ildə 
Həştərxanda  baş  verən  üsyan  «boyarlara,  voyevodlara  və  almanlara  qarşı» 
yönəlmişdi.
14
 
Beləliklə, I Pyotrun dövründə Rusiyada, əsasən yaradıcı insanlar—alimlər, 
həkimlər,  mühəndislər,  hərbi  mütəxəssislər  və  sair  intellektual  peşə  sahibləri 
yerləşirdilər  və  əsasən  iri  şəhərlərdə  məskunlaşan  bu  kateqoriya  mühacirlər 
Rusiyanın  qabaqcıl  Avropa  dövlətinə  çevrilməsində  mühüm  rol  oynasalar  da, 
Rusiyada mövcud boş qalmış ərazilərin mənimsənilməsinə əməli fayda vermədilər. 
23 noyabr 1719-cu il tarixdə çar I Pyotr imzaladığı fərmanla Svyatoy Krest 
(indiki  Rusiyanın  Budyonovsk  şəhəri)  qalası  ətrafı  ərazilərində  gürcü  mənşəli 
mühacirlərin  məskunlaşması  «onlara  ilk  vaxtlarda  pul  və  çörək  yardımının 
ayrılması»  haqqında  göstəriş  vermişdi.
15
  Fərmanın  mətnindən  görünür  ki,  adı 
çəkilən ərazidə məskunlaşmaq istəyən gürcülərin sayı 100-dən artıq deyil və onlar 
gürcü  knyaz  nəsillərinin  nümayəndələridir  ki,  siyasi  motivlərlə  bağlı  Gürcüstanı 
tərk  edərək  Rusiyada  sığınacaq  axtarırdılar.  Fərmanda  nəzərdə  tutulan  torpaq 
sahəsi  ilə  təmin  olunduqdan  sonra  gürcü  mühacirlərə  «pul  vəsaiti  ayrılmasının 
dayandırılması»  onu  göstərirdi  ki,  çar  hökuməti  boş  qalmış  ərazilərin  iqtisadi 
mənimsənilməsində  gürcü  mühacirlərə  ümid  bəsləmirdi.
16
  Boş  torpaqların 
məskunlaşdırılması dövlət üçün o qədər əhəmiyyət kəsb edirdi ki, hətta I Pyotrun 
ölümündən  sonra  başlanan  saray  çevrilişləri  zamanı  belə  bu  mühüm  məsələ  çar 
hökumətinin diqqətindən kənarda qalmamışdı. 
Rusiya  rəsmi  dairələri  yaxşı  başa  düşürdülər  ki,  XVI—XVII  əsrlərdə 
Rusiyaya birləşdirilmiş Volqaboyu və Sibir regionlarının iqtisadi mənimsənilməsi, 
həm də geosiyasi əhəmiyyət kəsb edir,
17
 çünki Uzaq Şərq və Mərkəzi, Cənub-Şərqi 
Asiya  ölkələri  ilə  əsas  ticarət  yolları  bu  ərazilərdən  keçirdi.  Volqaboyu  regionun 
vəziyyəti daha acınacaqlı idi, belə ki, de-yure Rusiyanın tərkibinə qatılan bu bölgə 
faktiki  olaraq  müxtəlif  köçəri  xalqların—noqayların,  qırğızların,  qazaxların, 
başkirlərin, kalmıkların  və  sair Volqaboyu xalqlarının  nəzarətində idi. Volqaboyu 
Rusiya  üçün  strateji  əhəmiyyət  kəsb  edirdi.  Bir  tərəfdən  Volqaboyu  vasitəsilə 
imperiyanın  Asiya  hissəsi  ilə  kommunikasiya  saxlanırdı  və  Volqaboyunun 
itirilməsi  Rusiyanın  Uraldan  şərqə  hakimiyyətinin  itirilməsi  demək  idi;  ikinci  bir 
tərəfdən  iqtisadi  cəhətdən  inkişaf  etmiş  Volqaboyu  regionu  gələcəkdə  Rusiyanın 
cənuba—Qafqaza və Mərkəzi Asiyaya ekspansiyası zamanı forpost rolunu oynaya 
bilərdi.  Bütün  bunları  nəzərə  alan  imperateritsa  Anna  İvanovna  (1730—1740) 
Volqaboyunun  mənimsənilməsi  istiqamətində  bir  sıra  mühüm  tədbirlərə  əl  atdı. 
1731-ci  ildə  çar  hökuməti  bu  regionda  əhalinin  könüllü  məskunlaşmasına  icazə 
verdi  və  köçkünlərə  hər  cür  maddi  dəstək  göstəriləcəyini  vəd  etdi.  Gələcək 
sakinləri  qorumaq  məqsədilə  Volqa  sahillərinə,  hətta  üç  batalyon  əsgər 
göndərildi.
18
  Ancaq  Anna  İvanovnanın  Volqaboyunu  məskunlaşdırmaq  cəhdi  bir 
nəticə  vermədi:  Volqaya  göndərilən  əsgərlər  yerli  köçəri  xalqlar  tərəfindən 

17 
 
öldürüldülər  və  könüllü  şəkildə  bu  regiona  köçmək  arzusunda  olanlar  da  öz 
niyyətlərini dəyişdilər. 
Bu  hadisədən  sonra  1732-ci  ildən  başlayaraq  Anna  İvanovna  regionun 
məskunlaşdırılmasında məcburi metodlara əl atdı. Yeni müdafiə xəttinin tikilişi adı 
altında  Don  ərazisindən  1057  kazak  ailəsi,  həmçinin  sürgünə  məhkum  olunanlar, 
öz mülkədarından qaçan kəndlilər, müxtəlif cinayətlər törədən ünsürlər zorla Volqa 
sahillərinə  köçürülürdülər. Çar hakimiyyətindən narazı olan əhali təbəqəsi,  nəinki 
Volqaboyunun  mənimsənilməsinə  fayda  verdi,  əksinə,  tezliklə  onlar  özləri  çara 
təhlükə yaradacaq cinayətkar qüvvəyə çevrildilər. 
Beləliklə,  Anna  İvanovnanın  Volqaboyu  regionun  geniş  ərazilərinin  daxili 
məskunlaşma hesabına mənimsənilməsi siyasəti bir nəticə vermədi. Bütün bunların 
fonunda  çar  hökuməti  yeni  ərazilərin  mənimsənilməsində  əcnəbilərdən  istifadə 
etmək  qənaətinə  gəldi.  4  iyul  1738-ci  il  tarixdə  Anna  İvanovnanın  imzaladığı 
qərarda  rus  ordusu  tərkibində  İran  və  Türkiyəyə  qarşı  müharibələrdə  iştirak  edən 
erməni və gürcü əhalisinin imperiyanın cənub hüdudlarında məskunlaşdırılmasının 
əhəmiyyəti  vurğulanır,  xüsusən  də  ermənilərin  «sərhədlərin  dağlı  xalqlarının 
hücumlarından  qorunmasında»  oynaya  biləcəyi  rol  qeyd  olunurdu.
19 
Yeni məskən 
salanlara  tövsiyə  olunurdu  ki,  «onlar  məktub  yazaraq  qohumlarını  da  Rusiya 
imperiyasına  köçməyə  səsləsinlər»
20
  Göründüyü  kimi,  çar  hökuməti  Rusiyada 
əcnəbilərin kütləvi məskunlaşdırılması planları ilə çıxış etməyə hələ  hazır deyildi 
və bu problemi mühacirlərin şəxsi təşəbbüsləri hesabına həll etmək niyyətində idi 
ki, bu səbəbdən qəbul edilən qərarlar arzulanan effekt vermirdi. 
Boş qalmış ərazilərin məskunlaşdırılması XVIII əsrin ortalarında Rusiyanın 
daxili  siyasətində  ən  prioritet  məsələlərdən  biri  kimi  qalmaqda  idi.  Anna 
İvanovnanı əvəz etmiş çariça Yelizaveta Petrovna (1741-1761) hakimiyyətinin ilk 
illərində  öz  sələflərinin  apardığı  məskunlaşdırma  siyasətinin  səhvlərini  təkrar 
edərək daha çox daxili məskunlaşma rezervlərinə üstünlük verirdi. Problemin həlli 
yollarının  araşdırılması  məqsədilə,  hətta  qabaqcıl  dövlət  məmurları, 
formalaşmaqda olan burjua nümayəndələri də cəlb edilmişdilər. XVIII əsrin 40-cı 
illərində  Həştərxan  qubernatoru  V.M.Tatişev  və  Simbirsk  zavod  sahibi  A.Duxov 
Aşağı  Volqaboyunun  məskunlaşdırılması  planları  ilə  çıxış  etsələr  də,  əhali 
resurslarının çatışmazlığı səbəbindən onların həyata keçirilməsi baş tutmadı.
21
 
Rusiyada  mövcud  təhkimçilik  münasibətləri  əhalinin  sərbəst  şəkildə 
miqrasiyasına  maneə  yaradırdı.  Mülkədarlar  sərhədyanı,  xam  ərazilərdə,  siyasi 
cəhətdən  qeyri-sabit  regionlarda  yeni  təsərrüfatlar  yaratmaqda  maraqlı  deyildilər. 
Bundan  başqa,  Prussiyanın,  Avstriyanın  və  Şimali  Amerika  koloniyalarının 
təcrübəsi  göstərirdi  ki,  boş  qalmış  ərazilərin  mənimsənilməsi,  yeni  təsərrüfatların 
yaradılması torpaq sahibi ilə torpaqdan istifadə edən arasında yeni münasibətlər—
kapitalist  münasibətlər  sisteminin  bərqərar  olmasını  tələb  edirdi.  Rusiyada 
təhkimçilik qaydalarının ləğv edilməsi və yaxud zəiflədilməsi siyasi hakimiyyətin 
məhvinə  gətirə  bilərdi  və  bu  səbəbdən  XVIII  əsrin  ortalarında  məskunlaşdırma 

18 
 
siyasətinin  daxili  rezervlərin  hesabına  aparılması  mümkün  olmadı.  Rusiya 
tarixşünaslığında  əcnəbilərin  Rusiyada  kütləvi  məskunlaşdırılması  nəzəriyyəsinin 
banisi  1760-cı  ildə  Rusiyaya  dəvət  olunmuş  alman  tarixçisi  Auqust  Lüdviq  fon 
Şletser  hesab  olunur.
22 
Ancaq  tarixi  mənbələrdən  görünür  ki,  ilk  dəfə  olaraq 
Rusiyaya  əcnəbi kolonistlərin kütləvi  köçürülməsi  məsələsini  müzakirəyə  çıxaran 
imperateritsa Yelizaveta Petrovna olmuşdur. 
XVIII əsrin ortalarında Şərqi və Cənub-Şərqi Avropada, Şimali Amerikada 
fəal  şəkildə  alman  kolonistlərinin  məskunlaşması  prosesi  gedirdi.  Anna 
İvanovnanın  hakimiyyəti  illərində  başda  E.İ.Biron  olmaqla  alman  məmurlarının 
törətdikləri  özbaşınalıqlardan  sonra  Yelizaveta  Petrovna  alman  elementinə  çox 
mənfi  yanaşırdı  və  buna  görə  alman  kolonistlərinin  Rusiyada  məskunlaşması 
variantı qəbul edilməz sayılırdı. O, hesab edirdi ki, Rusiyada rus xalqı ilə həm dil 
cəhətdən,  həm  dini  nöqteyi-nəzərdən  yaxın  olan  Balkan  yarımadasının  slavyan 
xalqlarını yerləşdirmək daha məqsədəuyğun olardı. Bu məqsədlə 24 dekabr 1751-
ci il tarixində Yelizaveta Petrovna məskunlaşmaq istəyən serblərin rus təbəəliyinə 
qəbul  edilməsi  haqqında  fərman  imzaladı.
23
  Serb  kolonistləri  üçün  Zaporojye 
kazaklarının torpaqları nəzərdə tutulmuşdu. 
Yelizaveta  Petrovna,  həmçinin  katoliklər  tərəfindən  təqiblərə  məruz  qalan 
fransız  protestantlarının  da  Rusiyada  məskunlaşmasını  təqdirəlayiq  sayırdı.  Bu 
proyektin həyata keçirilməsi məqsədilə 1752-ci ildə fransız mənşəli məmur De La 
Fontenin başçılığı ilə xüsusi komissiya yaradıldı.
24
 
Qeyd edək ki, Yelizaveta Petrovna dövründə Rusiyaya köçənlər Volqaboyu 
regionunda  məskunlaşmaqdan  imtina  edir,  əsasən  indiki  Ukraynanın  cənub 
ərazilərinə  daha  çox  üstünlük  verirdilər.  İmperiyanın  cənub  hüdudlarında 
əcnəbilərin yerləşdirilməsi yerli ukraynalıların öz torpaqlarından sıxışdırılması ilə 
müşayiət  olunurdu.  Belə  ki,  Çariçanın  fərmanında  «bu  ərazilərdə  serblərdən  və 
başqa  gəlmə  əhalidən  savayı  heç  kəsin  məskunlaşmasına  yol  verməmək»  tələb 
olunurdu.
25 
Nəticədə, çar hökumətinin köçürmə siyasətindən narazı qalan Ukrayna 
əhalisi öz əmlakını satır, Rusiya imperiyasını tərk edərək xarici ölkələrə köçməyə 
məcbur  olurdu.  Onların  bir  hissəsi  Reç  Pospolitanın  tərkibindəki  Sağsahili 
Ukraynada,  başqaları  isə  Osmanlı  dövlətinin  tərkibindəki  «Xan  Ukraynasında» 
(indiki  Dnestryanı  ərazilər  —  İ.A.)  məskunlaşdılar.  Ukrayna  əhalisinin  xaricə 
mühacirətinin  qarşısını  almaq  məqsədilə  1753-cü  ildə  Yelizaveta  Petrovna  yeni 
fərman  imzaladı  və  bu  fərmana  görə  «hər  bir  kəsə  «Yeni  Serbiya»  adlandırılan 
ərazidə məskunlaşmağa icazə verilirdi».
26
 
1754-cü  ildən  «Yeni  Serbiya»nın  intensiv  şəkildə  məskunlaşdırılması 
başladı.  Bütün  bu  məskunlaşma  prosesi  serblərin  adı  ilə  bağlı  olsa  da,  onlar 
kolonistlərin  ümumi  çəkisində  12%  təşkil  edirdilər.  Yeni  sakinlər  arasında  əsas 
kütlə  moldovanlardan  ibarət  idi  —  75%.  Yerdə  qalan  kolonistlər  13%  təşkil 
edirdilər,  o  cümlədən:  makedonlar  6%,  macarlar  4%,  bolqarlar  2%  və  nəhayət, 
almanlar 1%.
27
 

19 
 
Yelizaveta  Petrovnanın  bacarıqsız  məskunlaşdırma  siyasəti  istənilən 
nəticəni  vermədi:  1751-1762-ci  illər  ərzində  «Yeni  Serbiya»  kolonistlərinin 
yerləşdirilməsi üçün dövlət büdcəsindən, o dövr üçün çox böyük məbləğ 700 min. 
rubl  sərf  edilsə  də,  arzulanan  nəticə  alınmadı.
28
  Əksinə,  çar  hakimiyyətinin 
ukraynalılara  qarşı  ədalətsiz  mövqeyi  onların  cənub  əraziləri  tərk  edərək  qonşu 
dövlətlərin  ərazilərinə  köçməsinə  gətirib  çıxardı.  Çar  hakimiyyət  dairələrinin 
fikrincə, boş qalmış ərazilərin məskunlaşdırılmasında «bironovçuluq» dövründə və 
sonrakı  illərdə  Rusiyanı  məcburən  tərk  edərək  xarici  ölkələrdə  yaşayan  minlərlə 
rus  mənşəli  əhali  mühüm  rol  oynaya  bilərdi.  Onların  doğma  vətənə  qaytarılması 
vəzifəsini  qarşıya  qoyan  Yelizaveta  Petrovna  04  sentyabr  1755-ci  il  tarixində 
«Polşada  və  Litvada  yaşayan  rus  təbəələrinin  əfv  edilməsi  haqqında  Manifest» 
imzaladı. Manifestdə vurğulanırdı ki, «1 yanvar 1757-ci il tarixinə qədər onlar heç 
bir  qorxusuz  Vətənə  qayıda  bilərlər».
29
  03  oktyabr  1756-cı  il  tarixdə  imzalanmış 
fərman özündən əvvəlki Manifestin şərtlərini bir daha Rusiyadan xaricdə yaşayan 
qaçqın əhalinin nəzərinə yetirdi.
30
 
02  yanvar  1761-ci  il  tarixdə  yeni  fərman  imzalandı  və  bu  fərmana  görə 
Polşada  yaşayan  qaçqın  rus  əhalisinin  könüllü  qayıtması  üçün  ayrılan  müddət 
həmin  ilin  01  sentyabr  tarixinə  qədər  uzadıldı.  Fərmana  görə  Rusiyaya 
«qayıdanlara vergilərin ödənilməsində güzəştlər vəd edilir və onlar 6 il  müddətinə 
bütün mükəlləfiyyətlərdən azad olunurdular».
31
 Yelizaveta Petrovnanın bu fərmanı 
da  konkret  heç  bir  nəticə  vermədi.  Onun  köçürmə  siyasətinin  uğursuzluğu, 
fikrimizcə,  həm  obyektiv,  həm  də  subyektiv  amillərlə  bağlı  idi.  Belə  ki,  1756-cı 
ildə başlayan Yeddiillik müharibə bütün Avropanı cənginə aldı və xam torpaqların 
mənimsənilməsi ilə bağlı bir çox proyektlərin həyata keçirilməsi ikinci plana keçdi. 
Subyektiv  amil  kimi,  Yelizaveta  Petrovna  dövründə  çar  hökumətinin 
fəaliyyətindəki bacarıqsızlığı, passivliyi göstərmək olar, belə ki,  hökumət  Avropa 
mühacirlərini cəlb edə biləcək dəqiq, aydın, sadə formada ifadə olunan miqrasiya 
qaydaları  tərtib  edə  bilmədi.  Zamanın  tələblərinə  cavab  verən,  Şimali  və  Cənubi 
Amerikaya, Avstraliyaya və sair ölkələrə üz tutmuş avropalı mühacirlərin diqqətini 
Rusiyaya cəlb edə biləcək konkret hərəkət proqramına ehtiyac duyulurdu. 
Beləliklə,  XVIII  əsrin  ortalarında  Rusiyanın  yalnız  bir  regionunda—
Baltikyanı  ərazilərdə  (Liflyandiya,  Kurlyandiya,  Estlandiya)  alman  əhalisi 
kompakt şəkildə yaşayırdı. Çoxsaylı yazılı mənbələrin təhlili əsasında XVIII əsrin 
I yarısında Rusiyada yaşayan alman əhalisinin sayı  haqqında məlumat əldə etmək 
olar.  Bu  baxımdan  tədqiqatçı  V.M.Kabuzanın  elmi  araşdırmaları  çox  önəmlidir. 
Rusiyada  XVIII  əsrin  20-ci,  40-cı  və  60-cı  illərində  keçirilən  reviziyaların 
materialları  əsasında  tədqiqatçı  Baltikyanı  ərazilərdə  1720-ci  illərdə  53,1  min, 
1740-ci  illərdə  55,2  min  və  1760-ci  ilin  əvvəllərində  60  min  almanın  yaşadığını 
göstərir.
32
  Nəzərə  alsaq  ki,  yuxarıda  adı  çəkilən  Baltikyanı  ərazilərdən  savayı 
almanlar  dispersiya  şəklində  Moskvada,  Peterburqda,  Kiyevdə  və  sair  şəhərlərdə 

20 
 
də  məskunlaşmışdılar,  XVIII  əsrin  ortalarında  Rusiyada  onların  ümumi  sayı  60 
mindən artıq olmuşdu. 
Əcnəbi  kolonistlərin,  o  cümlədən  almanların  Rusiyada  kütləvi 
məskunlaşması  imperateritsa  II  Yekaterinanın  (1762—1796)  adı  ilə  bağlıdır. 
Hakimiyyətə  gəldikdən  sonra  o,  dövlət  siyasətini  Avropa  maarifçilərinin 
ideyalarına əsaslanaraq qurmağa başladı. XVIII əsrin II yarısında Avropada geniş 
yayılmış  fiziokratların  ideyaları  II  Yekaterinanın  praktiki  fəaliyyətinə,  xüsusən 
böyük təsir göstərdi. Fiziokratların təliminə görə zənginliyin mənbəyi sənaye deyil, 
guya  hər  şeyin  öz-özünə  bitdiyi  kənd  təsərrüfatıdır.
33 
Rusiya  üçün  bu  tezis  çox 
aktual  idi,  çünki  XVIII  əsrin  II  yarısında  Rusiya  imperiyası  feodal-təhkimçilik 
münasibətlərinin  hökm  sürdüyü  aqrar  ölkə  olaraq  qalırdı.  36  mln.  əhalinin  yalnız 
4%-i şəhərlərdə yaşayırdı. 
XVIII  əsrin  II  yarısında  Rusiyanın  kənd  təsərrüfatı  ekstensiv  inkişaf 
etdiyindən və bütün işlər əllə yerinə yetirildiyindən kənd təsərrüfatının inkişafının 
ən başlıca şərti azad kənd təsərrüfatı əhalisinin mövcudluğu idi. 
II  Yekaterina  boş  qalmış  ərazilərin  iqtisadi  mənimsənilməsinin  və  bu 
ərazilərdə əhalinin məskunlaşdırılmasının strateji əhəmiyyətini yaxşı başa düşürdü. 
Bu barədə o, yazırdı: «Bizim əhaliyə ehtiyacımız var. Əgər mümkünsə, elə edin ki, 
xalq  bizim  boş  düzənliklərimizdə  qarışqa  kimi  qaynaşsın».
34
  Əhali  problemi, 
əsasən Rusiyanın Volqaboyu regionunda, Krım xanlığı və  Osmanlı imperiyası ilə 
sərhədyanı  ərazilərdə  daha  kəskin  idi.  Adı  çəkilən  əraziləri  məskunlaşdırmaq 
məqsədilə  çar  hökuməti  rus  mülkədarlarına  torpaq  sahələri  paylasa  da,  bu  addım 
heç bir müsbət nəticə vermədi: mülkədarlar Mərkəzi Rusiyada öz təsərrüfatlarının 
əsasına  xələl  gətirərək  təhkimli  kəndlilərini  ucqar  ərazilərə  köçürmək  və  burada 
yeni  təsərrüfatlar  yaratmağa  meyil  etmirdilər.  Qeyd  etmək  yerinə  düşər  ki,  yeni 
torpaqların  mənimsənilməsi  üçün  rus  mülkədarları  lazımi  miqdarda  maliyyə 
vəsaitinə də malik deyildilər. 
II  Yekaterina  başa  düşürdü  ki,  təhkimçilik  qaydalarının  hökm  sürdüyü 
Rusiyada  məskunlaşma  siyasətinin  daxili  rezervlər  hesabına  həyata  keçirilməsi 
mümkün  olmayacaq  və  bu  səbəbdən  o,  xarici  məskunlaşmaya  maraq  göstərməyi 
üstün  tutdu.  Bu  sahədə  onun  ilk  addımı  04  dekabr  1762-ci  il  tarixində  «Xaricə 
qaçmış rus əhalisinin azad şəkildə vətənə qayıtması və yəhudilərdən savayı, bütün 
əcnəbilərin  Rusiyaya  gələrək  məskunlaşmasına  icazə  haqqında»  Manifestin 
imzalanması oldu.
35
 Manifestin mətni çox qısa idi və orada göstərilən qaydalar və 
şərtlər sırf deklarativ xarakter daşıyırdı. Rusiyadan xaricə qaçanlar vətənə dönərək 
cəmiyyət  üçün  faydalı  işlə  məşğul  olduqları  halda,  onların  əvvəllər  törətdikləri 
bütün  cinayətlər  bağışlanılırdı  və  əcnəbi  mühacirlərə  bütün  fəaliyyət  sahələrində 
dövlət dəstəyi vəd edilirdi. Manifestin mətni rus, fransız, alman və ingilis dillərində 
min nüsxədə çap etdirilərək Avropa ölkələrində  yayıldı. Qeyd edək ki, Rusiyanın 
Avropada fəaliyyət  göstərən diplomatik korpusları bu işdə xüsusi fəallıq nümayiş 
etdirirdilər.  Manifestin  qeyri-konkret,  deklarativ  müddəaları  Avropa  əhalisi  üçün 

21 
 
qaranlıq qaldı və Rusiyaya mühacirlərin axınına heç bir təsir göstərə bilmədi. ABŞ-
ın,  Avstraliyanın,  Polşanın,  Avstriyanın  agentləri  daha  fəal  təbliğat  aparırdılar, 
müharibə və aclıqdan təngə gəlmiş Avropa əhalisinə daha konkret təkliflər edərək 
onları  öz  ölkələrinə  cəlb  edirdilər.  Bütün  bunların  fonunda  II  Yekaterinanın  04 
dekabr 1762-ci il Manifesti o qədər də cəzbedici görünmürdü. Rus diplomatları bu 
çatışmazlıqları aradan qaldırmaq məqsədilə bəzi Avropa ölkələrində əhalinin rəyini 
öyrəndikdən  sonra  çar  hökumət  dairələrinə  təklif  etdilər  ki,  gələcək  manifestdə 
avropalı sakinlərə müraciətdə mühacirlərin imtiyazları, məskunlaşmaq üçün ayrılan 
ssudanın  miqdarı  dəqiq  göstərilsin.  Beləliklə,  Avropadakı  diplomatların  və 
miqrasiya  üzrə  müxtəlif  agentlərin  rəylərini  nəzərə  alaraq  çar  hökuməti  elə  bir 
fərman  hazırladı  ki,  bu,  həqiqətən,  Rusiya  imperiyasında  başlanan  kütləvi 
məskunlaşma  prosesinin  hüquqi  əsası  oldu.  22  iyul  1763-ci  il  tarixində  II 
Yekaterina  «Rusiyaya  köçüb  gələn  bütün  əcnəbilərə  istənilən  quberniyada 
məskunlaşmağa  icazə  verilməsi  və  onlara  bəxş  edilən  hüquqlar  haqqında» 
Manifestə imza atdı.
36
 
Manifestin  mətni  əsas  Avropa  dillərinə  tərcümə  olundu  və  Rusiyanın 
agentləri  tərəfindən  fəal  şəkildə  Fransada,  İtaliyada,  İngiltərədə,  Hollandiyada  və 
təbii  ki,  alman  dövlətlərində  təbliğ  edildi.  Əcnəbilərin  Rusiyada  qarşılanması  və 
yerləşdirilməsi  vəzifələri  22  iyul  1763-cü  il  tarixli  fərmanla  yaradılan  «Əcnəbi 
kolonistlərə  qəyyumluq  Dəftərxanasına»  həvalə  edildi.  Dəftərxananın  başçısı  II 
Yekaterinanın favoriti Q.Q.Orlov təyin olundu.
37
 II Yekaterinanın 22 iyul 1763-cü 
il Manifesti ilə əcnəbi kolonistlərə verilən əsas azadlıqlar və imtiyazlar aşağıdakılar 
idi: 
38
 
—  kim harada arzulayırsa, orada məskunlaşa bilərdi; 
—  «Əcnəbilərə  qəyyumluq Dəftərxanasının, istənilən qubernator və  yaxud 
şəhər rəisinin icazəsi ilə imperiyanın istənilən şəhərində məskunlaşmaq; 
—  Rusiyanın  xaricdəki  diplomatik  korpuslarından  köçmək  üçün  lazımi 
maliyyə vəsaiti almaq; 
— Rusiyada gələcək yaşayış yerini və məşğuliyyət formasını azad  seçmək; 
— din və dini etiqad azadlığı; 
— koloniyalarda məskunlaşmaq və öz koloniyalarında özünüidarə hüququ; 
—  kənd  yerlərində  30  il,  şəhərin  kateqoriyasından  asılı  olaraq,  5-10  il 
müddətinə vergilərdən azad olma; 
— «əbədi olaraq» hərbi və mülki xidmətdən azad olma
— koloniyalarda yarmarkalar keçirmək hüququ; 
—  300  rubla  qədər  dəyərində  şəxsi  əmlakın  gətirilməsi  zamanı  gömrük 
məhdudiyyətlərindən azad olma; 
—  öz  fabrikini  açmış  fabrikantlara  mallarını  gömrük  rüsumu  ödəmədən 
ixrac etmək, Dövlət bankından kredit almaq, kəndliləri işə götürmək hüququ
—  cüzi  ödəmələri  yerinə  yetirmək  şərtilə  hər  ailənin  pulsuz  torpaq  sahəsi 
almaq hüququ; 

22 
 
—  köçkünlərə  təhkimçilik  hüququ  aid  edilmirdi,  onlar  rus  təbəəliyinin 
qəbulunda  və  yaxud  milli  mənsubiyyətinə  görə  vətəndaşlığının  saxlanılmasında 
sərbəst idilər; 
— köçkünlərə yerli özünüidarə əsasında kompakt yaşamaq hüququ verilirdi. 
Manifestə  əlavə  edilən  reyestrdə  «məskunlaşmaya  yararlı  və  boş  torpaq 
sahələri ilə zəngin olan Rusiya regionlarının siyahısı verilirdi. Burada Krımdan və 
yenicə ələ  keçirilmiş cənub quberniyalarından savayı,  Aşağı Volqa, Ural  və Sibir 
regionlarının da adı çəkilirdi.
39
 
Manifestin  müddəaları  xarici  ölkələrdə  rus  diplomatiyası  tərəfindən  geniş 
təbliğ  olunurdu  və  nəticədə  bütün  Avropa  ölkələrində  minlərlə  insan  Rusiyaya 
köçmək arzusu ilə rus diplomatik nümayəndəliklərinə müraciət edirdilər. Xüsusən 
alman dövlətlərində Rusiyaya köçmək əhvali-ruhiyyəsi kütləvi xarakter aldı ki, bu 
da  alman  torpaqlarında  uzun  sürən  siyasi  və  iqtisadi  böhranla  izah  olunurdu.  II 
Fridrixin  hakimiyyəti  illərində  (1740—1786)  fasiləsiz  müharibələr  və  siyasi 
konfliktlər nəticəsində Prussiyada daxili böhran daha da dərinləşdi: 1740—1748-ci 
illərdə Avstriya ilə müharibə, 1756—1763-cü illərin Yeddiillik müharibəsi və sair 
regional  hərbi  konfliktlər  böyük  maliyyə  vəsaiti  tələb  edirdi  ki,  onun  da  ağırlığı 
alman  kəndlisinin  çiyninə  düşürdü.  Sonuncuların  vəziyyətini  təsvir  edən  alman 
tarixçisi  Z.Zuqenheim  yazırdı:  «Bəzən  yazıq  kəndli  Roma  qulundan  da  ağır 
vəziyyətdə  olurdu.  Zadəganlar  və  dindarlar  kəndlinin  əlindən,  nəinki  məhsulun 
1/10-i,  çox  vaxt  yarısını  alırdılar».
40 
Alman  kəndliləri  vəziyyətdən  çıxış  yolunu 
yalnız  xarici  ölkələrə  köçməkdə  görürdülər.  Alman  ərazilərində  bir  çox  əyalətlər 
əhalisiz qalmış, əkin sahələrini yabanı bitkilər basmışdı. Öz aralarında düşmənçilik 
edən  cırtdan  alman  dövlətləri  əhalinin  mühacirətində  rəqibi  zəiflədən  amil 
görürdülər  və  buna  görə  bir-birinin  əhalisinin  azalmasına  yönələn  siyasət 
aparırdılar. Bu baxımdan rus diplomatik korpusu ilə fəal əməkdaşlıq edən Sakson 
generalı  Veysbax  Prussiyadan  əhalinin  Rusiyaya  cəlb  edilməsinin  əsas 
təşkilatçılarından biri idi: onun fikrincə, «Prussiyanın insan resurslarının azalması 
onun iqtisadiyyatını dağıdacaq və Saksoniyanın güclənməsinə xidmət edəcəkdir».
41
 
Mühacirlərin  böyük  əksəriyyəti  Rusiyaya  köçməyi  qət  etdilər  və  onlar, 
əsasən  imperiyanın  şərq  quberniyalarına  yollanırdılar.  Müxtəlif  alman 
dövlətlərindən  alman  kəndlilərindən,  sənətkarlarından,  din  xadimlərindən  ibarət 
mühacir  kütlələri  toplanış  məntəqələrində  qeydiyyatdan  keçdikdən  sonra  Lübek 
şəhərində  cəmləşdirilir  və  oradan  Şərqə—Rusiyaya  yola  salınırdılar.  Alman 
dövlətlərindən  və  başqa  Avropa  ölkələrindən  gələn  mühacirlər  Rusiyanın,  əsasən 
iki  şəhərində  —  Kronstadt  və  Narva  şəhərlərində  komendant  tərəfindən  qəbul 
edilir,  ondan  sonra  onları  Peterburqda  —  Əcnəbi  kolonistlərə  qəyyumluq 
Dəftərxanasının sərəncamına göndərirdilər. Adı çəkilən Dəftərxananın təlimatında 
göstərilirdi ki, «yeni gəlmiş kolonistlərin vaxtında regionlara bölüşdürülməsi üçün 
onlar  qəyyumluq  Dəftərxanası  ilə  qonşuluqda  yerləşdirilməlidirlər.
42
  Getdikcə 
mühacirlərin  sayı  artırdı  və  bu  səbəbdən  onların  hamısını  müvəqqəti  də  olsa 

23 
 
Dəftərxananın  əldə  etdiyi  binalarda  yerləşdirmək  mümkün  olmadı.  Problemi  həll 
etmək  üçün  30  aprel  1764-cü  il  tarixində  qraf  Orlov  II  Yekaterinaya  müraciət 
edərək  gündən-günə  sayı  artan  mühacirlərin  Peterburq  yaxınlığındakı  kiçik 
Orienbaum  şəhərində  yerləşdirilməsi  təklifini  irəli  sürdü.
43
  Qraf  Orlovun  fikrincə, 
bu  şəhərcikdə  Avropadan  gələn  bütün  mühacirlər  üçün  müvəqqəti  dayanacaq 
mərkəzi yaratmaq məqsədəuyğun olardı. 
Beləliklə,  1764-cü  ilin  baharında  Avropadan  Baltik  dənizi  ilə  gələn 
mühacirlərin bir hissəsi Orienbaumdakı ağac baraklarda, qalanları isə yerli əhalinin 
mənzillərində  yerləşdirilirdilər.  Rusiyanın  müxtəlif  regionlarına  bölüşdürülənə 
qədər, bəzən mühacirlər Orienbaumda bir neçə ay qalmalı olurdular və bu müddət 
ərzində  rəsmi  dairələr  əcnəbi  kolonistlərin  yerli  Rusiya  şəraitinə  uyğunlaşması 
istiqamətində  iş aparırdılar ki, onlar Rusiya  qanunvericiliyi, rus adət  və  ənənələri 
ilə  tanış  edilir,  müalicəyə  ehtiyacı  olanlar  dövlət  hesabına  müalicə  olunurdular. 
Orienbaumda  müvəqqəti  qaldıqları  müddətdə  kolonistlər  siyahıya  alınır,  onların 
ailə  tərkibi,  uşaqlarının  yaş  həddi,  gəldikləri  ölkə,  peşə  və  konfessional 
mənsubiyyətləri  haqqında  məlumat  toplanılırdı.  Müvəqqəti toplanış  məntəqəsində 
kolonistlərlə  iş  aparmaq  üçün  hökumət  orqanları  mühacirlərin  dilini,  adət  və 
ənənəsini,  mentalitetini  bilən  xüsusi  hazırlıqlı  mütəxəssislər  cəlb  etmişdi. 
Mühacirlər  arasında  kurator  adlandırılan  bu  şəxslər  mühacirlərin  müvəqqəti 
yaşadıqları  dövrdə  onların  problemlərinin  həlli  ilə  məşğul  olurdular.  XVIII  əsrin 
60-cı  illərində  Orienbaum  məntəqəsində  tanınmış  kuratorlardan  Adam  Assen-
Delfti  göstərmək  olar  ki,  nöqsansız  xidmətinə  görə  çar  hökuməti  tərəfindən  ona 
şəxsi mənzil və ayda 400 rubl məvacib ayrılmışdı.
44
 
Yeni  yaşayış  yerinə  göndərilməmişdən  əvvəl  hər  kolonist  rus  taxt-tacına 
sadiqlik haqqında and içməli idi və bu müqəddəs andın mətni 03 avqust 1763-cü il 
tarixində təsdiqlənmişdi.
45
 
Baxmayaraq ki, 22 iyul 1763-cü il Manifestində kolonistlərə yaşayış yerini 
sərbəst seçmək hüququ verilmişdi, çar hökuməti onların əhalisiz Volqa, Ural, Sibir 
regionlarında  məskunlaşmasında  maraqlı  idi  və  buna  görə  «Əcnəbi  kolonistlərə 
qəyyumluq Dəftərxanası» mühacirləri məhz bu regionlarda yerləşdirməyə çalışırdı. 
Kolonistlər  Rusiyanın  coğrafiyasına  yaxşı  bələd  deyildilər  və  Avropadakı 
rus  diplomatlarının  təbliğatından  sonra  onlarda  Volqaboyu  haqqında  münbit 
torpaqlara,  sağlam  iqlimə  malik  region  təsəvvürü  yaranmışdı.  Bu  səbəbdən 
kolonistlərin 
əksəriyyəti  könüllü  olaraq  Volqaboyunda  məskunlaşmaq 
arzusundaydılar ki, bu da hökumətin köçürmə siyasətinə uyğun gəlirdi. Qeyd edək 
ki, çar hökuməti ölkəyə əkinçiliklə məşğul olan əhalinin köçməsində daha maraqlı 
idi. Ancaq 22 iyul 1763-cü il Manifestinin reklam xarakterli müddəaları Rusiyaya 
minlərlə  sənətkar  ailəsini  cəlb  etdi.  Rusiya  tarixçisi  İ.R.Plevenin  tədqiqatlarına 
görə  Volqaboyuna  köçən  kolonistlərin  60%-ni  əkinçilər,  40%-ni  isə  150  peşə 
növünə  aid  sənətkarlar  təşkil  edirdilər
46
.  Sənətkarlarla  manipulyasiya  edən  çar 

24 
 
hökumət orqanları onlara, eyni zamanda həm sənətkarlıqla, həm də kənd təsərrüfatı 
ilə məşğul olmağı təklif edirdilər. 
Sənətkarların  böyük  hissəsi  Dəftərxana  məmurlarının  tələbləri  ilə 
razılaşmalı  oldular  və  kənd  yerlərində  məskunlaşdılar.  Ancaq  sənətkarların  bir 
qismi  Volqaboyu  və  sair  kənd  təsərrüfatı  regionlarında  məskunlaşmaqdan  imtina 
edərək şəhərlərdə yaşamaq və öz peşələri ilə məşğul olmaq əzmində idilər. Bu cür 
mühacirlərə qarşı çar hökuməti sərt mövqe tutur, onların şəhərlərdə azad sənətkar 
kimi  fəaliyyət  göstərməsinə  müxtəlif  maneələr  yaradırdı.  Məsələn,  1776-cı  ildə 
qəbul edilmiş yeni pasport qaydalarında  göstərilirdi ki,  «əkinçilikdən imtina edən 
əcnəbilər  gəlirlərindən  xəzinəyə  olan  borclarını  qaytarmalıdırlar»  və  onların 
pasportlarında borcun məbləğini göstərən qeyd edilirdi. Qaydalara görə onlar hər il 
«Əcnəbilərə  qəyyumluq  Dəftərxanasında»  pasportlarını  təzələməli  idilər,  başqa 
halda bu cür mühacirlərin işə və yaxud hər hansı bir xidmətə götürülməsi qadağan 
olunurdu
47
. Yalnız çox az sayda sənətkar öz hüquqları uğrunda mübarizə apararaq 
şəhərlərdə məskunlaşmağa nail oldu. 
Ümumi  götürdükdə  1763-1770-ci  illər  ərzində  əcnəbilər  Rusiyada  117 
koloniya  yaratdılar  ki,  onların  böyük  əksəriyyəti  102  koloniya  Volqaboyu 
regionunda, qalanları Sankt-Peterburq və Çerniqov quberniyalarının hər birində 6, 
Liflyandiyada  2  və  Voronej  quberniyasında  1  koloniya  yerləşirdi.  Bu  dövrdə 
Rusiyada  məskunlaşan  mühacirlərin  ümumi  sayı  32  min  təşkil  edirdi.
48
  Bu  həm 
Rusiya  hökumətinin,  həm  də  onun  yaratdığı  «Əcnəbi  kolonistlərə  qəyyumluq 
Dəftərxanasının» bacarıqlı fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər. 
Adı  çəkilən  Dəftərxana  xaricdə  kolonistlərin  cəlb  edilməsindən  tutmuş, 
onların  yerləşməsi,  həyat  və  fəaliyyətləri  ilə  bağlı  bütün  məsələlərin  həlli  ilə 
məşğul  olurdu.  Səlahiyyətlərinə  görə  Dəftərxana  dövlət  kollegiyalarına  bərabər 
tutulurdu  və  xüsusi  nazirlik  kimi  yalnız  çariça  II  Yekaterina  qarşısında  hesabat 
verirdi. Volqaboyu regionu alman məskunlaşmasının mərkəzinə çevrildikdən sonra 
yaranan problemlərin operativ həll edilməsi məqsədilə regionun mərkəzi şəhəri—
Saratovda «Əcnəbilərə qəyyumluq Dəftərxanasının Kontoru» yaradıldı.
49
 Kontorun 
əsas  vəzifəsi  Volqaboyu  koloniyalarının  idarə  edilməsinə  nəzarət  etmək, 
kolonistlərin təsərrüfat  və  şəxsi həyatının tənzimlənməsini  təmin etməkdən ibarət 
idi.  Bu  məqsədlə  1768-ci  ildə  Saratov  Kontoru  «Müvəqqəti  Nizamnamənin» 
proyektini  hazırladı  və  bu  proyekt  1769-cu  ildə  «Əcnəbilərə  qəyyumluq 
Dəftərxanası» tərəfindən təlimatnamə kimi təsdiq edildi.
50
 Məskunlaşma prosesinin 
ən fəal dövrü 1763-1768-ci illərə təsadüf edir və bundan sonra əcnəbi mühacirlərin 
Rusiyaya  axını  əhəmiyyətli  dərəcədə  zəiflədi  ki,  bu  da  həm  ölkədaxili,  həm  də 
xarici  siyasət  amilləri  ilə  izah  olunurdu.  Mühacirlərin  sayının  azalmasının  ən 
başlıca  səbəbi  kimi  Çar  hökumətinin  22  iyul  1763-cü  il  Manifestində  verdiyi  bir 
sıra  vədlərin  və  birinci  növbədə  «mühacirlərin  Rusiyada  sərbəst  yerləşmək 
hüququnun»  yerinə  yetirilməməsi  oldu.  Manifestin  1-ci  punktunda  mühacirlərə 
«bizim  bütün  quberniyalarımıza  gəlmək  və  hər  kəsə  arzuladığı  yerdə 

25 
 
məskunlaşmaq»  vəd  edilirdisə,  artıq  «Əcnəbilərə  qəyyumluq  Dəftərxanasının 
yaradılması haqqında» fərmanda kolonistlərin məskunlaşması üçün nəzərdə tutulan 
konkret  ərazilər  göstərilirdi.  Bu  sənədə  görə  mühacirlərin  Sibir,  Orenburq  və 
Voronej  quberniyalarında,  həmçinin  Saratov  ətrafı  ərazilərdə  məskunlaşdırılması 
məqsədəuyğun  sayılırdı
51
.  Bundan  savayı,  Manifestdə  mühacirlərə  məşğuliyyət 
azadlığı  «onlara  sexlər  yaratmaq,  şəhərdə  meşşan  kimi  məskunlaşmaq  və  yaxud 
boş  və  yararlı»  torpaqlarda  yerləşərək  koloniyalar  yaratmaq  kimi  azadlıqlar  elan 
olunsa  da
52
,  peşəsindən,  təhsilindən  asılı  olmayaraq,  çar  hökuməti  əcnəbi 
mühacirləri koloniyalarda məskunlaşdıraraq əkinçiliyə istiqamətləndirirdi. 
Manifestə  görə  əcnəbi  mühacirlərə  hökumət  tərəfindən  geniş  maliyyə 
dəstəyi  vəd  edilmişdi  və  əcnəbilərin  yerləşməsi  üçün  «heç  bir  faizsiz  lazımi 
miqdarda pul vəsaitinin ayrılması» nəzərdə tutulurdu.
53
 Ancaq məskunlaşmanın ilk 
illərindən  çar  hökuməti  kolonistlərdən  çəkilən  xərclərin  qaytarılmasını  tələb 
etməyə  başladı  və  borcların  qaytarılması  məsələsi  kolonistlərlə  hökumət  arasında 
münasibətlərin soyuqlaşmasına səbəb oldu. 
Kolonistləri maraqlandıran əsas məsələyə—torpaq məsələsinə gəldikdə çar 
hökuməti  vəd  edilənlərə  tam  əməl  etmədi:  Manifestdə  deyilirdi  ki,  əcnəbilər 
koloniya  yaradaraq  məskunlaşarsa,  «onlara  ailəsinin  sayından  asılı  olaraq,  lazımi 
miqdarda torpaq sahəsi və sair yerlər veriləcəkdir»
54
. 19 mart 1764-cü il fərmanı ilə 
hər  kolonist  ailəsinə  30  desyatin  torpaq  ayrılması  qərara  alındı.
55
  Ancaq  bütün 
torpaq  fondu  ayrı-ayrı  mülkədarlara  satıldığından  kolonistlər  Volqaboyunda 
mülkədar  torpaqlarında  yerləşdirildilər  və  mülkədarlardan  həm  iqtisadi,  həm  də 
hüquqi asılılığa düşdülər. Torpaqlar bütöv icmaya verilirdi, icma üzvləri torpağı öz 
aralarında  bölürdülər  və  2-3  ildən  sonra  torpaqların  yeni  bölgüsü  keçirilirdi. 
Əcnəbi  kolonist  heç  cür  öz  torpaq  sahəsinin  tam  sahibinə  çevrilə  bilmirdi. 
Beləliklə, deyə bilərik ki, Volqaboyunda alman məskunlaşması feodal quruluşunun 
xüsusiyyətlərinə malik olmuşdu. 
Görürük  ki,  22  iyul  1763-cü  il  Manifestinin  əsas  müddəaları  siyasi 
bəyanatdan  savayı bir şey olmadı.  Bəzi müddəaların  yerinə  yetirilməməsi onların 
reallaşma mexanizminin olmaması ilə izah olunursa, bəzilərinin həyata keçirilməsi 
Rusiyanın dövlət maraqlarına cavab vermirdi. Bütün bu reallıq Avropa sakinlərinə 
aydın  oldu  və  məskunlaşmanın  templəri  əhəmiyyətli  dərəcədə  aşağı  düşdü. 
Məskunlaşma prosesinin tempinin aşağı düşməsi,  həmçinin xarici siyasət amilləri 
ilə bağlı idi. 
Məlumdur  ki,  XVIII  əsrin  ortalarından  rumınların,  macarların,  slavyan 
xalqlarının çoxluq təşkil etdiyi Avstriyanın daxili siyasət məsələlərindən ən aktualı 
ölkədə  alman  əhalisinin  sayının  artırılması  idi.  Bu  məqsədlə  Bukovina,  Qaltsiya, 
Banat,  Transilvaniya  ərazilərinə  Alman  dövlətlərindən  alman  əhalisi  köçürülürdü. 
22  iyul  1763-cü  il  Manifestindən  sonra  alman  mühacirlərinin  daha  çox  Rusiyaya 
meyil  etməsi  Avstriyanın  dövlət  maraqlarına  təhlükə  yaradırdı  və  bu  prosesin 
qarşısını almaq məqsədilə 1768-ci il 7 iyul tarixində imperator II İosif Avstriyadan 

26 
 
əhalinin  emiqrasiyasını  və  xarici  ölkə  agentlərinin  fəaliyyətini  qadağan  edən 
fərman  imzaladı.  Alman  torpaqlarında  rus  agentləri  müvəqqəti  olaraq 
fəaliyyətlərini dayandırdılar
56

XVIII  əsrin  60-70-ci  illərində  əcnəbilərin  məskunlaşma  prosesinin 
zəifləməsinə  mənfi  təsir  göstərən  amil  kimi  1768—1774-cü  illərin  rus-türk 
müharibəsini  və  1773—1775-ci  illərin  Y.Puqaçovun  rəhbərliyi  ilə  baş  vermiş 
Kəndli  müharibəsini  göstərmək  olar.  Kəndli  müharibəsinin  cərəyan  etdiyi 
regionlardan  biri  də  almanların  kütləvi  məskunlaşdığı  Volqaboyu  idi.  Bütün 
Volqaboyu xalqları kimi, almanları da üsyana  çağıran   Y.Puqaçov kolonistlərdən 
rədd  cavabı  aldıqdan  sonra  alman  koloniyalarına  basqınlar  etdi,  «bir  çox 
kolonistlər  məhv  edildi,  əsir  götürüldü  və  çoxları  soyğunçuluğa  məruz  qaldılar». 
Y.Puqaçov  üsyanı  Volqadakı  alman  koloniyalarına  böyük  ziyan  vurdu.  1782-ci 
ildə  keçirilən  IV  reviziyanın  nəticələrinə  görə  1774-cü  illə  müqayisədə  Saratov 
quberniyasında  alman  kolonistlərinin  sayı  3,8  min  azalmış  və  28,2  min  təşkil 
etmişdi.
57
  Bütövlükdə  çar  hökumətinin  məskunlaşdırma  siyasəti  müəyyən  müsbət 
nəticə  versə  də,  bu  Rusiya  imperiyasının  real  imkanlarından  və  tələbatından  hələ 
uzaq idi. Deyilənlərin təsirini artırmaq üçün belə bir fakt göstərmək yerinə düşərdi 
ki,  10 il ərzində,  yəni 1766-1776-cı  illərdə  Alman dövlətlərindən  xaricə  200  min 
əhali  köçmüşdür  ki,  onların  yalnız  15%-i  Rusiyanı  seçmiş,  böyük  əksəriyyəti 
əvvəlki  illərdə  olduğu  kimi,  Şimali  Amerikaya  emiqrasiya  etmişdir
58
.  1770-ci 
illərin ortalarından Rusiyada almanların məskunlaşmasının yeni mərhələsi başlayır 
və  bu  proses  cənub  istiqamətində  daha  intensiv  gedirdi.  1774-cü  ilin  Kiçik 
Qaynarca  sülhündən  sonra  Qara  dənizin  bütün  şimal  sahilləri  Rusiyanın  tərkibinə 
qatıldı. 1783-cü ildə Türkiyənin son forpostu və Qızıl Ordanın relikti Krım xanlığı 
da  Rusiyanın  təbəəliyini  qəbul  etdi.  Yeni  ərazilərin  birləşməsi  ilə  Rusiyanın 
Dunaydan  Kubana  qədər  dəniz  sərhəd  zolağı  yarandı.  Cənubdakı  strateji 
sərhədyanı  əraziləri  tez  bir  zamanda  məskunlaşdırmağın  zəruriliyini  nəzərə  alan 
çar  hökuməti  hələ  1764-cü  ilin  iyulunda  «Novorossiya  quberniyasındakı  dövlət 
torpaqlarının  məskunlaşma  məqsədilə  paylanması  planı»  adlı  sənəd  qəbul 
etmişdi.
59
  Novorossiya  qubernatoru  A.P.Melqunov,  N.İ.  və  P.İ.Panin  qardaşları 
tərəfindən hazırlanan bu sənəd Novorossiya və Azov quberniyalarına şamil edilirdi 
və uzun müddət bu quberniyalarda torpaqların paylanması siyasətinin, kolonistlərin 
statusu və məişəti ilə bağlı qaydaları təyin etmişdi. 
«Plana»    görə  adı  çəkilən  quberniyalarda  torpaq  fondu  26  des.  (meşəli 
torpaqlarda) və 30 des. (meşəsiz torpaqlarda) ölçüdə sahələrə bölünmüşdü. Sənədə 
görə «kolonist kimi məskunlaşmağa razı olan hər cür statuslu insan torpağa varislik 
hüququ əldə edirdi».
60
 
«Üstünlüklər  haqqında» bölmədə  təntənəli  şəkildə  elan olunurdu  ki,  kimin 
haradan gəlməsindən asılı olmayaraq, hər bir kolonist  «köhnə  rus təbəələri» kimi 
bütün  hüquqlardan  istifadə  edəcəkdir  və  torpağın  mənimsənilməsi  dərəcəsindən 

27 
 
asılı  olaraq,  kolonistlər  məskunlaşdıqları  gündən  başlayaraq  6  ildən  16  ilə  qədər 
müddətdə bütün vergilərdən azad olunacaqlar.
61
 
Əgər  Volqaboyu  koloniyalarında  Rusiyaya  xas  olan  torpağın  cana  görə 
yenidən paylaşdırılmasına əsaslanan (peredelnaya) icma üstünlük təşkil edirdisə və 
feodal sinfinə uyğun torpaq sahibliyinin yaradılması nəzərdə tutulurdusa, «1764-cü 
ilin  Planına»  görə  Novorossiyada  «mülkədar  torpaq  sahibliyi»  inkişaf  etməli  idi. 
«Hər silkdən olan insanlar» 3 il ərzində öz ərazisini məskunlaşdırmaq şərtilə xüsusi 
mülkiyyətə 1440 desyatinə qədər torpaq sahəsi ala bilərdi. Əgər bu müddət ərzində 
torpaq sahəsi məskunlaşdırılmazsa xəzinəyə qaytarılırdı. 
Geniş  imtiyazlar  verilməsinə  baxmayaraq,  XVIII  əsrin  70-ci  illərində 
kolonistlərin Novorossiyaya axını o qədər də güclü olmadı. Bunu həm 1773-1775-
ci illərin Kəndli müharibəsinin mənfi təsiri ilə, həm də Avropa ölkələrində əhalinin 
emiqrasiyasına qadağa qoyulması ilə izah etmək olar. Bundan başqa, Novorossiya 
ərazisinə  gələn  mühacirlərin  marşrutu  Reç  Pospolita  ərazisindən  keçirdi.  Polşa 
hökuməti  Rusiya  ilə  müqayisədə  daha  əlverişli  şərtlərlə  mühacirlərin  böyük 
hissəsinin Reç Pospolitada məskunlaşmasına nail olurdu. Elə o vaxtlar indiki Qərbi 
Ukrayna  ərazilərində  bir  neçə  alman  koloniyası  yarandı.  22  iyul  1763-cü  il 
Manifestində  yol  verilən  çatışmazlıqları  nəzərə  alaraq  1785-ci  ilin  iyulunda  yeni 
məzmunlu  daha  bir  Manifest  imzalandı.  1775-ci  ildən  sonra,  yəni  Zoporojye 
kazaklarının  torpaqları,  həmçinin  Buq  və  Dnepr  çayları  arasındakı  ərazilər 
Rusiyaya  birləşdirildikdən  sonra  dövlət  torpaq  fondu  daha  da  artdı,  kolonist 
ailələrinə  paylanan  torpaq  sahəsi  26  və  yaxud  30  desyatindən  60  desyatinə 
çatdırıldı
62
.  Manifestə  görə  əcnəbilərə  kənd  təsərrüfatının,  ticarətin  inkişafı  üçün 
geniş  imkanlara,  əlverişli  iqlim  şəraiti  və  münbit  torpaqlara  malik  olan  Qara 
dənizin  şimal  sahillərində  məskunlaşmağa  icazə  verildi.
63
  1785-ci  il  Manifesti 
İtaliyanın,  İsveçrənin,  Serbiyanın,  Moldovanın  və  sair  ölkələrin  yoxsul  əhalisi 
arasında rəğbətlə qarşılandı. 
Qeyd  edək  ki,  adı  çəkilən  Manifestə  qədər  Rusiyaya  köçən  almanların 
əksəriyyəti  lüteran  və  katolik  dininə  aid  olsa  da,  1785-ci  ildən  sonra  Qara  dəniz 
sahillərində məskunlaşanların əksəriyyətini Qərbi Prussiyadan və Şimali Polşadan 
köçüb gələn mennonit sektasının üzvləri təşkil edirdilər. 
Volqaboyu  kolonistlərindən  fərqli  olaraq,  Novorossiyada  hər  kolonist 
ailəsinə  60 desyatin torpaq sahəsi ayrıldı.  Novorossiya  koloniyalarında  torpaqdan 
istifadə  forması  da  fərqli  xarakter  daşıyırdı.  Volqaboyunda  «peredelnaya»  icma 
1906-cı  ilin  Stolipin  aqrar  islahatına  qədər  mövcud  olduğu  halda,  Novorossiyada 
kolonistlər məskunlaşdıqları vaxtdan həyət-təsərrüfat sistemi ilə torpaqdan istifadə 
edirdilər. 
Novorossiya  kolonistləri  Volqaboyu  almanlarından  təkcə  coğrafi  mənşəyi, 
dini mənsubiyyəti ilə deyil, həmçinin sosial mənşəyinə görə də fərqlənirdilər. Əgər 
Volqaboyunda  alman  məskunlaşması  total  xarakter  daşıyırdısa,  Novorossiyaya 
gələn  kolonistlər  müəyyən  seçimdən  keçirdilər  və  yalnız  təcrübəli  əkinçilər  və 

28 
 
sənətkarlara  məskunlaşmağa  icazə  verilirdi.  Mühacirlər  arasında,  bəzən  zəngin 
meşşanlara, ölkəsini siyasi səbəblərdən tərk edən yüksək dairələrə mənsub şəxslərə 
də rast gəlinirdi. 
Çar hökuməti köçkünlərin təsərrüfat həyatının nizama salınması məqsədilə 
kifayət  qədər  maliyyə  vəsaiti  ayırırdı.  Lakin  yerlərdə  çar  hökumətinin  qərarları 
vaxtında  yerinə  yetirilmir,  maliyyə  məsələlərində  əyrintilərə,  itkilərə  yol  verilirdi. 
Müəyyən dərəcədə bu 1782-ci il 20 aprel fərmanına görə aparılan inzibati islahatlar 
nəticəsində  quberniyaların  yaranması  və  Əcnəbilərə  qəyyumluq  Dəftərxanasının 
ləğv  edilməsi,  onun  səlahiyyətlərinin  regional  «evdarlıq  direktorları»na  verilməsi 
ilə  bağlı  idi
64
.  Bu  dəyişiklik  köçürmə  proseslərinə  nəzarətdə  desentralizasiyaya, 
yerlərdə  bürokratik  aparatın  özbaşınalığına  və  kolonistlər  arasında  narazılığın 
artmasına  gətirib  çıxardı.  İmperator  I  Pavel  (1796—1800)  kolonistlərin  daxili 
həyatına aid məsələlərlə ciddi məşğul olmağa başladı. Yerlərdə vəziyyət  haqqında 
dürüst məlumat almaq üçün fövqəladə reviziyalar yaradıldı və toplanmış məlumat 
koloniyaların  idarəetmə  sistemində  növbəti  islahatların  zəruriliyini  göstərdi:  04 
mart  1797-ci  il  tarixində  I  Pavelin  fərmanı  ilə  «Kənd  təsərrüfatı  və  əcnəbilərə 
qəyyumluq  üzrə  dövlət  təsərrüfatı  ekspedisiyası»  yaradıldı
65
.  Ekspedisiyanın  əsas 
vəzifəsi Rusiyaya gələn kolonistlərin yerləşdirilməsi və əvvəllər məskunlaşanların 
bütün  fəaliyyət  sahələrinə  nəzarət  etməkdən  ibarət  idi.  Regionlarda  kolonistlərin 
problemlərini vaxtında həll etmək məqsədilə almanların kompakt yaşadığı yerlərdə 
Kolonist  işləri  üzrə  baş  idarələr  yaradıldı.  Rusiyanın  üç  regionunda  — 
Volqaboyunda,  Novorossiyada  və  Baltikyanı  region  üçün  Sankt-Peterburqda  Baş 
idarələr  fəaliyyət  göstərirdi.  Başqa  regionlarda  dispersiya  şəklində  mövcud  olan 
ayrı-ayrı  koloniyalar  yerli  quberniya  orqanlarının  tabeliyində  idi.  Volqaboyu 
koloniyaları  üçün  30  iyun  1797-ci  il  fərmanından  sonra  Əcnəbilərə  qəyyumluq 
Kontorunun fəaliyyətinin bərpa olunması böyük əhəmiyyət kəsb etdi.
66
 Kontoraya 
kolonistlərin məhkəmə işlərini aparmaq, koloniyaların sosial-iqtisadi problemlərini 
həll  etmək,  dövlət  borclarının  və  vergilərinin  ödənilməsinə  nəzarət  etmək, 
təsərrüfat  formalarının,  metodlarının  təkmilləşdirilməsi  və  sair  kimi  səlahiyyətlər 
verilmişdi. «Təlimata» görə, Kontora alman kolonistlərinə bütün göstərişləri alman 
dilində çatdırmalı idi. 
26  iyul  1800-cü  il  tarixində  çarın  imzaladığı  fərmana  görə  eyni  vəzifələri 
yerinə  yetirən  və  səlahiyyətlərə  malik  olan  daha  bir  Kontora  Novorossiya 
kolonistləri  üçün  yaradıldı.
67
.  1790-cı  illərdə,  I  Pavelin  dövründə  əcnəbilərin 
Rusiyaya  köçməsi  o  qədər  də  yüksək  tempə  malik  olmamışdır.  Mühacirlərin  əsas 
hissəsi Novorossiyada məskunlaşırdılar. Bu regionda məskunlaşmanın templəri on 
dəfələrlə artsa da, kolonistlərin ümumi sayı çar hökuməti üçün təsəlliverici deyildi: 
əgər 1782-ci ildə Novorossiyada 0,2 min alman yaşayırdısa, XVIII əsrin sonunda 
bu  rəqəm  5,5  minə  çatmışdı.
68
  Əksinə,  Volqa  regionunda  bu  dövrdə 
məskunlaşmanın  tempi  aşağı  düşmüşdü.  Məsələn,  əgər  1763—1782-ci  illərdə 
Zavoljyedə  (indiki  Orenburq  vilayəti)  30,6  min  alman  məskunlaşmışdısa,  1783-

29 
 
1795-ci  illərdə  burada  yerləşdirilənlərin  sayı  14,4  min  nəfər  təşkil  edirdi
69
.  XVIII 
əsrin II yarısında çarizmin fəal məskunlaşdırma siyasəti apardığı regionlardan biri 
də  Şimali  Qafqaz  oldu.  1768-1791-ci  illərin  rus-türk  müharibələrində  qalib  gələn 
Rusiya  Buq  və  Dnepr  çayları  arası  ərazilərlə  yanaşı,  Krım  yarımadasını,  Kubanı 
tərkibinə qatdı. 1774-cü ildə Şimali Osetiya, 1781-ci ildə Diqoriya, 1790-ci illərdə 
Balkariya  Rusiya  imperiyasının  tərkibinə  qatıldı.  Rusiya  ilə  Gürcüstan  arasında 
1783-cü  ildə  bağlanan  Georgiyevsk  traktatına  görə  Rusiyanın  Gürcüstan  üzərində 
protektoratı  bərqərar  oldu  ki,  o  da  bütün  Qafqazın  gələcək  siyasi  həyatında 
həlledici  rol  oynadı.  Beləliklə,  XVIII  əsrin  70-80-ci  illərində  Qara  dənizin  şimal 
sahilləri və Qafqaz bölgəsində nəzərəçarpacaq dərəcədə geosiyasi dəyişikliklər baş 
verdi:  Rusiya  imperiyası  Qafqazda  möhkəmlənmək,  Mərkəzi  və  Ön  Asiyanı 
nəzarətə almaq üçün əlverişli mövqe əldə etdi. 
Rusiya hökumətinin Qafqazda həm strateji, həm də iqtisadi maraqları vardı 
və  onlardan ən başlıcası bu regionun iqtisadi  mənimsənilməsini  həyata  keçirmək, 
Qafqazı  inkişaf  etməkdə  olan  Rusiya  sənayesinin  xammal  bazasına  çevirməkdən 
ibarət idi. 
İşğal  olunmuş  ərazilərdə  effektli  məskunlaşma  siyasətini  həyata  keçirmək 
üçün, ilk  növbədə  onların  müdafiəsini təmin etmək lazım idi.  Bu  məqsədlə  Azov 
dənizi  sahillərindən  Mozdoka  qədər  uzanan  hərbi  müdafiə  xəttinin  yaradılmasına 
başlandı.  Bu  xətt  boyunca  tezliklə  10  hərbi  qala  inşa  edildi.  Şimali  Qafqazın 
mənimsənilməsində çar hökuməti daha çox daxili məskunlaşma resurslarına ümid 
edirdi.  Rusiyada  təhkimçilik  qaydalarının  hökmranlığı  və  xaricdən  mühacir 
axınının  zəiflədiyi  bir  şəraitdə  ölkənin  müxtəlif  regionlarında  yaşayan  əcnəbi 
kolonistlərin  xidmətindən istifadə  edilməsi gündəmə  gəldi.  Regionun daha  sürətli 
mənimsənilməsini  təmin  etmək  üçün  çar  hökuməti  Şimali  Qafqaza  qeyri-rus 
mənşəli  əhalinin,  o  cümlədən  öz  məskunlaşma  imkanları  ilə  artıq  hökumət 
dairələrində  müsbət  cəhətdən  tanınmış  alman  kolonistlərinin  də  köçməsinə  icazə 
verdi. 
Bu məqsədlə 27 oktyabr 1778-ci il tarixində II Yekaterina general-prokuror 
Vyazemskinin  hazırladığı  «Azov-Mozdok  xəttinə  Volqanın  düzənlik  tərəfindən 
kolonistlərin  köçürülməsi»  adlı  xüsusi  hesabatı  təsdiqlədi  və  həmin  vaxtdan 
hesabatda  nəzərdə  tutulan  tədbirlərin  həyata  keçirilməsinə  başlandı
70
.  General-
prokurorun  təqdim  etdiyi  hesabatdan  görünür  ki,  Saratov  quberniyasının 
Tarlıkovka,  Krasnopolya,  Kaçetnaya,  Krasnorinovka,  Kustarevaya,  Rovnaya  və 
Privolnaya  koloniyalarının  sosial-iqtisadi  vəziyyəti  acınacaqlı  vəziyyətdə  idi. 
Sənəddə  adı  çəkilən  koloniyaların  bir  neçə  il  quraqlığa  məruz  qalması,  kolonist 
təsərrüfatlarında tez-tez ev heyvanlarının, iri buynuzlu mal-qaranın kütləvi tələfatı 
halları qeyd olunurdu. Vyazemskinin hesabatında Saratov kontorunun kolonistlərə 
göstərdiyi  yardım  yüksək  qiymətləndirilsə  də  almanların  bu  koloniyalarda 
yaşayışının  mümkünsüzlüyü  vurğulanır.  Qeyd  etmək  lazımdır  ki,  hələ 
Vyazemskinin  hesabatına  qədər,  1774-cü  ildə  dövlət  müşaviri  Lodıjinski  adı 

30 
 
çəkilən  koloniyalarda  torpaq  və  su  nümunələrinin  laborator  analizindən  sonra 
kolonistlərin buradan başqa regiona köçürülməsi haqqında raport hazırlamış, lakin 
onun  bu  təklifi  «Əcnəbilərə  qəyyumluq  üzrə  Saratov  Kontoru»  tərəfindən 
dəstəklənmədiyindən məsələnin həlli təxirə salınmışdı. 
1778-ci ildə adı çəkilən koloniyaların Şimali Qafqaza köçürülməsi təklifi ilə 
çıxış edən general-prokuror Vyazemski bu planın knyaz Q.A.Potyomkin tərəfindən 
də  dəstəkləndiyini  və  bu  köçürmə  aktının  dövlət  büdcəsinə  yalnız  xeyir 
gətirəcəyini vurğulayırdı.  Saratov Kontoru əvvəldən kolonistlərin Şimali Qafqaza 
köçürülməsinə  qarşı  çıxırdı,  çünki  bu  tədbir  Volqaboyu  koloniyalarında  daxili 
sabitliyi  poza  bilərdi,  digər  tərəfdən,  köçürülmə  ilə  bağlı  bütün  maliyyə  xərcləri 
«Əcnəbilərə qəyyumluq üzrə Saratov Kontorunun» hesabına ödənilməli idi.
71
 
1778—1785-ci  illər  ərzində  Saratov  koloniyalarının  nümayəndələri  Şimali 
Qafqaza  gələrək  yeni  məskunlaşma  yerlərinin  seçimi  ilə  məşğul  olsalar  da 
regionun  hüquqi,  hərbi-siyasi  statusunun  tam  müəyyənləşdirilməməsi  almanların 
burada  məskunlaşmasına  mənfi  təsir  göstərirdi.  Yalnız  09  may  1785-ci  il  tarixli 
fərmanla  Qafqaz  canişinliyi  və  Qafqaz  quberniyası  yaradıldıqdan  sonra  Saratov 
kolonistləri Şimali Qafqaza köçmək haqqında ciddi düşünməyə başladılar
72

Şimali  Qafqazın  məskunlaşması  prosesinin  templəri  çar  hökumətini  qane 
etmirdi  və  təbii  ki,  bu  ləngimənin  əsas  səbəblərindən  biri  insan  rezervinin 
çatışmazlığı idi. 1760-ci illərdə əcnəbilərin məskunlaşdırılmasına dair qəbul edilən 
fərmanların  bir  sıra  müddəaları  artıq  köhnəlmiş,  öz  aktuallığını  itirmişdi.  1760-
1780-ci illər ərzində Rusiyanın istər iqtisadi, istərsə də siyasi həyatında baş verən 
mühüm  dəyişikliklər  və  ilk  növbədə  ölkənin  Qara  dənizə  çıxış  əldə  edərək 
Dunaydan  Xəzərə  qədər  böyük  bir  ərazini  işğal  etməsi,  bu  ərazilərin  qısa  bir 
zamanda  mənimsənilməsinə  yaranan  zərurət  II  Yekaterinanı  öz  məskunlaşdırma 
siyasətinə  yenidən  baxmağa  vadar  etdi.  Nəticədə,  24  iyul  1785-ci  il  tarixində 
əcnəbi təbəələrin Rusiya imperiyasına dəvət olunması haqqında yeni Manifest dərc 
olundu
73
.  Bu  Manifestdə  əcnəbilərə  Qara  dənizin  şimal  sahillərində,  Azovda, 
Qafqaz  quberniyasında  məhsuldar  torpaqların  paylanması  vəd  edilir,  onların  kənd 
təsərrüfatı,  sənətkarlıq  və  ticarətlə  məşğuliyyəti  üçün  hər  cür  dəstəyin  veriləcəyi 
qeyd  olunurdu.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  24  iyul  1785-ci  il  Manifestindən 
sonra  Rusiyaya  köçən  almanların  əksəriyyətini  Qərbi  Prussiyadan  və  Şimali 
Polşadan  gələn  mennonit  sektasının  üzvləri  təşkil  edirdilər.  Tarixi  mənbələrdən 
göründüyü  kimi,  onların  əksəriyyəti  Novorossiya  diyarında,  Volqaboyu 
quberniyalarında  və  Orenburq  ətrafında  məskunlaşdılar.  24  iyul  1785-ci  il 
Manifestindən  sonra  Rusiyaya  köçən  mühacirlərin  hesabına  Şimali  Qafqazda  heç 
bir  koloniya  yaranmadı
74
.  Regionda  ilk  alman  koloniyası  1789-cu  ildə  Stavropol 
diyarının  Mojor  şəhəri  yaxınlığında  salındı  ki,  onun  da  əsasını  qoyanlar  Saratov 
quberniyasından köçüb gələn 347 alman kolonisti olmuşdu
75

İndiki  Budyonovsk  ətrafında  yaranan  bu  ilk  koloniya  çox  yaşamadı:  yeni 
coğrafi  şəraitə  uyğunlaşa  bilməyən  almanların  bir  qismi  1791-ci  ildə  Qafqaz 

31 
 
quberniyasının  şəhərlərinə  köçdülər,  bəziləri  isə  geri  Saratov  quberniyasına 
qayıtdılar.  Miqrasiya  proseslərini  lazımi  istiqamətə  yönəltmək  məqsədilə  çar 
hökuməti bir sıra məhdudiyyətlərə əl atmalı oldu. Belə ki, 01 iyul 1794-cü il tarixli 
fərmanla  kolonistlərin  sərbəst  şəkildə  yaşayış  yerini  dəyişməsinə  qadağa 
qoyulurdu.  Yaşayış  yerini  dəyişmək  istəyən  kolonist  bu  haqda  yerli  hakimiyyət 
orqanlarına  yazılı  şəkildə  müraciət  edərək  Saratov  və  yaxud  Qafqaz 
quberniyasında  məskunlaşmaq  niyyətini  bildirməli  idi.  Yazılı  icazə  olmadan  bir 
quberniyadan başqasına köçən, hətta bir quberniya daxilində yaşayış yerini dəyişən 
kolonistləri ciddi cəza gözləyirdi. Miqrasiya prosesləri ilə məşğul olan orqanların 
fəaliyyətində  baş  verən  çoxsaylı  qanun  pozuntuları,  məmur  özbaşınalıqları, 
təşkilatsızlıq, daxili miqrantlar üçün yaradılan müxtəlif bürokratik əngəllər alman 
kolonistlərinin  sərbəst  şəkildə  Şimali  Qafqazda  məskunlaşmasına  imkan  vermədi 
və XVIII əsrin II yarısında bu regionda fəaliyyət göstərən heç bir alman koloniyası 
yaratmaq mümkün olmadı. 
Beləliklə,  I  fəslə  yekun  vuraraq  qeyd  etmək  olar  ki,  XVIII  əsrin  sonunda 
alman  əhalisi  Rusiyanın  3  regionunda  kompakt  məskunlaşmışdı:  Baltikyanı 
ərazilər, Volqaboyu və Novorossiya diyarı. 
Qeyd  etdiyimiz  kimi,  almanlar  Baltikyanı  ərazilərdə  hələ  XIII  əsrdən 
məskunlaşmış  və  Şimal  müharibəsindən  sonra  (1700-1721)  Rusiya  imperiyasının 
tərkibinə  qatıldıqları  zaman  artıq  milli,  mədəni,  ərazi  xüsusiyyətlərinə  məxsus  
etnik qrup kimi formalaşmışdılar. 
Yüksək təhsil səviyyəsinə və sosial statusa malik olan Baltikyanı və yaxud 
«ostzey»  almanlarının  bir  çox  nümayəndələri  I  Pyotr  və  Anna  İvanovnanın  çarlıq 
dövrlərində dövlət orqanlarında yüksək vəzifə tutmuşdular. Baltikyanı almanlarını 
«mühacir» və  yaxud «kolonist» adlandırmaq düzgün olmazdı, çünki onlar Rusiya 
imperiyasının  tərkibinə  qatıldıqları  zaman  Baltikyanı  ərazilərin  yerli  əhalisi 
sayılırdılar.  Volqaboyu,  Novorossiya  və  sair  regionlarda  məskunlaşan  alman 
kolonistləri  ilə  «ostzey»  almanları  arasında  əlaqələr  yox  dərəcəsində  idi:  onlar 
Moskva,  Peterburq  və  sair  iri  şəhərlərdə  yaşayan  alman  mənşəli  ziyalılarla 
münasibətlər  saxlayırdılar.  Rusiyada  yenicə  məskunlaşan  kolonistlərdən  fərqli 
olaraq, yerli idarəetmə sisteminə malik olmayan Baltikyanı almanları Ümumrusiya 
qanunları ilə idarə olunur, heç bir güzəştlərə və xüsusi imtiyazlara malik deyildilər. 
XVIII əsrin sonunda Baltikyanı ərazilərdə yaşayan almanların sayı təqribən 
78,5 min nəfər təşkil edirdi ki, bu Rusiyada mövcud olan ən çoxsaylı alman etnik 
qrupu idi.
76
 
XVIII  əsrin  II  yarısında  almanların  kompakt  yaşadığı  ikinci  region 
Volqaboyu  idi,  Volqaboyu  almanları  etnik  qrup  kimi  XVIII  əsrin  sonlarında 
formalaşmışdılar.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Volqaboyu  almanlarının  yaxın 
sosial  və  konfessional  tərkibi  müxtəlifliyi  ilə  seçilirdi.  Əsasən  lüteran  və 
katoliklərdən  ibarət  kolonist  kütləsində  əkinçilərə,  sənətkarlara,  incəsənət  və  din 
xadimlərinə,  ehtiyatda  olan  zabitlərə  və  sair  kateqoriyadan  olan  insanlara  rast 

32 
 
gəlinirdi.  Onlar,  hətta  coğrafi  mənşəyinə  görə  də  Almaniyanın  müxtəlif 
regionlarını  təmsil  edirdilər.
77
  K.Hempelin  statistik  məlumatlarına  görə  Volqa 
kolonistləri arasında Reyn vilayətindən gələnlər 28%, qessenlilər 17%, Prussiya və 
Şimali  Almaniyadan  gələnlər  18%,  Elzas  və  Bavariya  mühacirləri  7%  təşkil 
edirdilər.  Göründüyü  kimi,  Volqaboyu  almanlarının  əksəriyyəti  Cənubi 
Almaniyadan  köçənlər idi.  1796-cı  ilin  məlumatına  görə  Volqaboyunda  37,2 min 
alman yaşayırdı.
78
 
Kompakt  məskunlaşmaya  meyillilik,  tarixi  vətənlə  əlaqələrin  itirilməsi, 
Rusiyadakı başqa alman qruplarından təcrid olma, müxtəlif Almaniya regionlarına 
xas olan dil və mədəni ənənələrin yaşanmasında konservativ mövqe, çar hökuməti 
tərəfindən sərt nəzarət - XVIII əsrin sonunda Volqaboyunun alman koloniyalarının 
ümumi xarakteristikası bu mənzərədən ibarət idi. 
Nəhayət,  XVIII  əsrin  70-90-cı  illərində  Qara  dənizin  şimal  sahillərində 
Osmanlı dövlətinin sıxışdırılması və sonralar Novorossiya adlandırılan bu diyarın 
münbit  torpaqlarında  aparılan  intensiv  məskunlaşma  siyasəti  nəticəsində  Rusiya 
almanlarının  kompakt  yaşadığı  daha  bir  region  meydana  gəldi.  Vurğulamaq 
lazımdır  ki,  Türkiyənin  Qara  dənizin  şimal  sahillərindən  məhrum  edilməsi 
Novorossiya ilə yanaşı, qonşu regionlarda Şimali Qafqazda, Cənubi Uralda, Aşağı 
Volqaboyunda  məskunlaşma  proseslərinin  intensivləşməsinə  təkan  verdi. 
Novorossiya  almanları  həm  sosial,  həm  dini,  həm  də  coğrafi  mənşə  baxımından 
Baltikyanı,  Volqaboyu  almanlarından  fərqlənirdilər  və  onlarla  praktiki  olaraq  heç 
bir kontakt saxlamırdılar. 
Novorossiya  almanlarının  sayı  5,5  min  təşkil  edirdi  və  məskunlaşmanın 
templərinə  görə  bu  region  avanqard  sayılırdı.  1782-ci  ildən  1796-ci  ilə  qədər 
məskunlaşma  tempi  27  dəfə  artmışdı.  Beləliklə,  əgər  XVIII  əsrin  ortalarında 
Rusiyada  66  min  alman  yaşayırdısa,  1782-ci  ildə  bu  rəqəm  iki  dəfə  artaraq  132 
minə  çatdı.  Rusiyada  1796-ci  ildə  keçirilən  V  reviziyanın  nəticələrinə  görə 
imperiyada 361, 8 min alman əhalisi yaşayırdı.
79
 Almanların sayının sürətli artımı 
yalnız  kütləvi  məskunlaşma  prosesinin  nəticəsi  ilə  deyil,  həm  də  çoxsaylı 
almanların  kompakt  yaşadığı  yeni  ərazilərin  Rusiyaya  birləşdirilməsinin  nəticəsi 
idi.  Bu  cür  ərazilərə  Reç  Pospolitanın  bölüşdürülməsi  nəticəsində  Rusiyaya 
birləşdirilmiş Qərbi Ukrayna, Qərbi Belorusiya və tarixi ədəbiyyatda Polşa çarlığı 
kimi tanınan inzibati ərazi vahidi aid idi. 
Çar  hökumətinin  səylərinə  baxmayaraq,  XVIII  əsrin  II  yarısında  Şimali 
Qafqazda  əcnəbi  kolonistlərin  məskunlaşdırılması  baş  tutmadı.  Regionda  ictimai-
siyasi vəziyyətin qeyri-sabitliyi, Şimali Qafqazın dağlı xalqları ilə çarizm arasında 
mübarizə  meydanına  çevrilməsi,  həmçinin  1782-ci  ildə  «Əcnəbi  kolonistlərə 
qəyyumluq  üzrə  Dəftərxana»nın  ləğv  edilməsindən  sonra  məskunlaşdırma 
proseslərinə  nəzarətin  zəifləməsi
80
,  miqrasiya  xidmətinin  desentralizasiyası, 
məskunlaşdırma ilə məşğul olan bürokratik aparatın genişlənməsi və rüşvətxorluğa 
qurşanması,  Şimali  Qafqazda  əcnəbilərin  məskunlaşmasına  əngəl  yaradan  əsas 

33 
 
səbəblər bunlardan ibarət  idi.  XIX  əsrin əvvəllərində  Cənubi Qafqazda  baş verən 
geosiyasi  dəyişikliklər  bütün  Qafqaz  regionunda,  xüsusən  də  Şimali  Qafqazın 
düzənlik rayonlarında məskunlaşma proseslərinin sürətlənməsinə münbit hüquqi və 
siyasi şərait yaratdı 
 



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə