AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5.66 Mb.
Pdf просмотр
səhifə6/40
tarix06.07.2017
ölçüsü5.66 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

V  versiya.  Girdiman  vilayətinin  dağlıq  ġirvan  ərazisində  olduğu  bildirilən 

bu  versiya  ilkin  olaraq  keçən  əsrin  20-ci  illərində  professor  B.Miller  tərəfindən 

tarixĢünaslığa  gətirilib.  O,  alban  tarixçisi  M.Kalankatukluya  istinad  edərək 

Girdimanın  Albaniyanın  tərkibində  knyazlıq  olduğunu,  ərazilərinin  isə  əsasən 

Girdimançay  hövzəsini  əhatə  etdiyini  bildirib.  Professor  B.Millerin  fikrincə, 

Girdimançay hövzəsində olan onlarla kənd, o cümlədən Lahıc və Qafqazın Cənub 

yamacının ətəklərində olan digər yaĢayıĢ məntəqələri də Girdiman ərazilərinə daxil 

idi  [520,  14]. 40-cı illərdə  M.Y.Vəkilov  [235],  50-ci  illərdə  isə  M.X.ġərifli  [223] 



49 

 

və Ö.ġ.Ġsmizadə [438, 79; 61, 196-198] bu barədə öz mülahizələrini nəĢr etdirib. 



70-ci  illərdə  Ġ.H.Əliyev  və  F.L.Osmanov  da  bu  məsələyə  münasibət  bildirməklə 

Girdimanın  məhz  ġirvan  ərazisində,  daha  konkret  desək  Ġsmayıllı,  Ağsu  və 

Kürdəmir  rayonları  ərazisindən  axaraq  Kür  çayına  qovuĢan  Girdiman  çayı 

hövzəsində olduğuna dair bir sıra çox ciddi arqumentlərlə çıxıĢ ediblər [268, 201]. 

90-cı illərdə Q.Ə.Qeybullayev də bu versiyanı yenidən gündəmə gətirib [379, 186]. 

Bütün  bunlara  baxmayaraq,  həmin  müəlliflər  də  nəticə  etibarı  ilə  Girdiman 

vilayətinin  ġirvan  ərazisində  deyil,  məhz  Albaniyanın  qərbində,  daha  doğrusu 

ġəmkir,  DaĢkəsən,  Tovuz  və  ya  Qazax  rayonları  ərazisində  olması  ehtimalı 

üzərində  dayanmıĢlar.  Beləliklə,  Girdiman  qalasının  və  təbiidir  ki,  həm  də 

Girdiman  vilayətinin  ġirvan  ərazisində  olmasına  dair  mülahizələr  bu  günədək 

ehtimal olaraq qalıb. 

Göründüyü  kimi,  Girdiman  ərazilərinin  lokalizəsi  ilə  bağlı  Azərbaycan 

tarixĢünaslığında hələ  ki,  qəti  və  konkret  bir  elmi  fikir  yoxdur.  Belə  bir  konkret 

elmi fikrin olması üçün əlbəttə ki, hər Ģeydən öncə mövcud versiyaların lehinə və 

əleyhinə olan arqumentlər kompleks Ģəkildə nəzərdən keçirilməlidir. 

Yuxarıda  artıq  bildirildiyi  kimi,  Girdiman  vilayətinin  Albaniyanın  qərb 

ərazilərində, yəni Ġberiya və Ermənistanla sərhəddə lokalizə edilməsi istiqamətində 

ilk  cəhd  erməni  və  gürcü  müəllifləri  tərəfindən  edilib.  Və  bu  gün  artıq  tam 

əminliklə  demək  olar  ki,  bu,  bilərəkdən  və  məqsədli  Ģəkildə  edilib.  Bununla  da 

onlar  gələcəkdə  Girdiman  ərazilərinə  ortaq  çıxmaq  üçün  özlərinə  bir  növ  elmi-

nəzəri  təminat  yaratmaq  niyyətində  olublar.  Əslində,  qonĢulara,  xüsusilə  də 

Albaniyaya  və  albanlara münasibətdə  erməni  müəllifləri həmiĢə qərəzli,  saxtakar 

və  qeyri-obyektiv  olublar.  Bu,  erməni  tarixinin  atası  hesab  edilən  Moisey 

Xorenlidən  tutmuĢ  müasir  erməni  tarixçilərinə  qədər  olan  bütün  erməni 

müəlliflərinə aiddir. Onlardan bəziləri nisbətən loyal olmuĢsa da, əksəriyyəti ifrat 

dərəcədə qərəzli, saxtakar və hiyləgər olub. 

30-cu  illərin  sonlarından  baĢlayaraq  S.T.Yeremyan  tərəfindən  Albaniya 

tarixi, o cümlədən Girdiman tarixi ilə bağlı sovet tarixĢünaslığına gətirilən bir sıra 

saxta müddəalar həm qərəzkarlıq, həm də hiyləgərlik nümunəsi kimi dəyərləndirilə 

bilər.  Bu,  o  dövrdə  baĢ  verirdi  ki,  onda  Azərbaycanda  albanĢünaslıq  məktəbi 

demək  olar  ki,  hələ  formalaĢmamıĢdı.  Ermənistan  isə  Qarabağın  və  Naxçıvanın 

ilhaqı  ilə  bağlı  SSRĠ  rəhbərliyinə  və  beynəlxalq  təĢkilatlara  bir-birinin  ardınca 

müraciətlər  ünvanlayırdı.  Hansı  ki,  o  vaxt  Moskvada,  SSRĠ  Elmlər  Akademiyası 

sistemində Albaniya tarixinin araĢdırılmasına nəzarət də faktiki olaraq ermənilərin 

əlində idi. Girdiman qalasının orta əsr gürcü mənbələrində adı çəkilən XuzaĢeni-

Xunani-Xunakert olması barədə ehtimalın S.T.Yeremyan tərəfindən irəli sürülməsi 

də məhz həmin tarixi dövrə təsadüf edib. Xatırladaq ki, erməni tarixçisi tərəfindən 

istinad edilən mənbədə Girdiman qalasının adı, yeri və mənsubiyyəti barəsində bir 

kəlmə  belə  yoxdur.  Buna  baxmayaraq,  o,  heç  bir  elmi  əsası  olmayan  bu  saxta 

fərziyyəni  sonralar  elmi  tezis  Ģəklinə  salaraq  «SSRĠ  tarixi»  və  «SSRĠ  tarixinin 



50 

 

oçerkləri»  kimi  fundamental  nəĢrlərə  də  daxil  etdirib.  Elmi  ictimaiyyətə  bəlli 



olduğu  kimi,  S.T.Yeremyanın  müəllifliyi  ilə  həmin  kitablara  daxil  edilən 

bölmələrdə Albaniya tarixi çox ciddi surətdə saxtalaĢdırılmıĢ, Girdiman vilayətinin 

isə  Ermənistan  çarının  təyin  etdiyi  satrap  -  nahararlar  tərəfindən  idarə  olunduğu 

bildirilmiĢdir.  S.T.Yeremyanın  ardınca  Leninqrad  alimi  K.V.Trever  də  Girdiman 

qalası  və  Girdiman  vilayətinin  Qazax  rayonu  ərazisində  lokalizə  edilməsi 

ehtimalına  üstünlük  vermiĢdir  [628,  234].  Təəccüb  doğuran  odur  ki,  bu  fikir 

Azərbaycan albanĢünaslarının tədqiqatlarında özünə yer almamıĢ Moskvanın təsiri 

ilə  1958-ci  ildə  nəĢr  olunan  «Azərbaycan  tarixi»nə  də  daxil  edilib.  O  vaxtdan 

etibarən  heç  bir  konkret  elmi  dəlilə  söykənməyən  həmin  fikir  Azərbaycan 

tarixĢünaslığında  getdikcə  daha  artıq  möhkəmlənib.  Z.M.Bünyadov,  M.X.ġərifli, 

Ġ.H.Əliyev,  Q.Ə.Qeybullayev,  F.C.Məmmədova  və  digər  adlı-sanlı  albanĢünas 

alimlər  də mexaniki  olaraq  Girdiman  qalası  və  Girdiman  vilayətinin  Albaniyanın 

qərbində,  Ġberiya və Ermənistanla sərhəd ərazilərdə olduğuna dair ehtimalı bu və 

ya digər formada əsaslandırmağa cəhd etmiĢlər. 

Girdiman vilayətini Albaniyanın Ġberiya və Ermənistanla həmsərhəd olduğu 

ərazidə  lokalizə  edən  müəlliflərin  demək  olar  ki,  əksəriyyəti  ilkin  mənbələrə 

istinad etdiyini bildirir. Gəlin, görək ilkin mənbələr özləri bu barədə nə deyir? 

Artıq  yuxarıda  qeyd  olunduğu  kimi  Girdiman  vilayətinin  adı  ilk  dəfə  IV 

əsrin  sonu  -  V  əsrə  aid  mənbələrdə  çəkilir.  Koryunun,  Favstos  Buzandın,  daha 

sonra  isə  Moisey  Xorenli,  keĢiĢ  Sebeos  və  YeqiĢenin  əsərlərində  Girdiman 

haqqında  ilkin  məlumatlara  rast  gəlirik  [53,  81-82].  VII  əsrdə  yaĢamıĢ  Alban 

tarixçisi  Moisey  Kalankatuklunun  «Albaniya  tarixi»  əsərində  isə  Girdiman 

tarixindən nisbətən daha ətraflı və müfəssəl bəhs olunmuĢdur [52, 282-288]. Lakin 

həmin  mənbələrin  heç  birində  Girdiman  vilayətinin  konkret  olaraq  Albaniyanın 

hansı  hissəsində  olduğu  göstərilməmiĢdir.  Ona  görə  də  yalnız  tarixi  mənbələrə 

istinad  etməklə  Girdiman  vilayətinin  Albaniyanın  qərbində,  yaxud  da  Ģimal-

qərbində  lokalizəsinə  dair  qəti  ilkir  söyləmək  düzgün  olmazdı.  Bir  daha  təkrar 

edirik  ki,  tarixi  mənbələrdə  bunu  birmənalı  Ģəkildə  təsdiq  edə  biləcək  heç  bir 

konkret  məlumat  yoxdur.  Halbuki,  Girdiman  vilayətinin  ġirvan  ərazisində 

olduğuna dair məlumatlar yetərincədir. Xronoloji cəhətdən daha erkən mənbə kimi 

V  əsr  müəllifi  Koryunun  qeydləri  bu  cəhətdən  xüsusilə  əhəmiyyətlidir.  Onun 

yazdığına görə, maarifçilik fəaliyyətilə məĢğul olmaq məqsədilə Albaniyaya gələn 

Mesrop  MaĢtos  bu  ölkənin  knyazı  və  yepiskopu  ilə  görüĢür,  alban  əlifbasının 

yaradılması  ilə  bağlı  onların  təĢkilati-hüquqi  və  siyasi  dəstəyini  alır.  Balasakan 

vilayətində  bu  iĢləri  gördükdən  sonra  o  alban  çarı,  yepiskopları  və  digər  kilsə 

adamları  ilə  xudahafizləĢərək  Ġberiya  ölkəsinə  yola  düĢür.  Koryun  yazır:  «O, 

Girdiman vadisinə gəlib çatır. Girdiman iĢxanı Xurs onu qarĢılayır, qonaqpərvərlik 

göstərir...  Bolluca  meyvə  və  Ģirələrdən  doyunca  qəbul  edərək  rahatlanan  MaĢtos 

yenidən Ġberiyaya yolunu davam etdirir» [473, 108]. 


51 

 

Koryunun  bu  qeydlərindən  göründüyü  kimi,  Girdiman  vilayəti  əgər 



Azərbaycanın  qərbində,  yəni  ġəmkir,  Tovuz  və  ya  Qazax  rayonları  ərazisində 

olsaydı,  onda  MaĢtos  indiki  Ermənistan  ərazisindən  Balasakana  gələrkən  məhz 

oradan  keçməli  idi.  Halbuki,  o,  Balasakandan  Ġberiyaya  gedərkən  Girdimanda 

olub.  Bu  isə  o  deməkdir  ki,  Girdiman  indiki  Ermənistan  ərazisindən  Balasakana 

gedən yolun üstündə deyil, məhz Balasakandan Ġberiyaya gedən yolun üstündədir. 

Buradan o da aydın olur ki, Girdiman və Balasakan həm də qonĢu vilayətlər olub. 

Bu isə əlbəttə, Girdiman ġirvan ərazisində olduğu halda mümkün idi. Fikrimizcə, 

bir  sıra  tarixi  mənbələrdə  Girdiman,  Sakasena,  Balasakan  və  Çola  vilayətlərinin 

adlarının  yanaĢı  çəkilməsi  faktı  da  onların  qonĢu  ərazilərdə  yerləĢdiyinə  və 

həmsərhəd olduğuna dəlalət edir. 

Girdiman  vilayətinin  Albaniyanın  qərbində,  indiki  ġəmkir,  Tovuz  və  ya 

Qazax  rayonları  ərazisində  olduğunu  ehtimal  edənlərin  xeyli  qismi  ilk  mənbə 

olaraq M.Kalankatuklunun əsərinə istinad edib. Baxmayaraq ki, onun qeydlərində 

bu  barədə  konkret  olaraq  heç  bir  məlumat  yoxdur.  Əksinə,  alban  tarixçisinin 

qeydlərində  Girdiman  vilayətinin  məhz  ġirvan  ərazisində  olduğuna  dəlalət  edən 

kifayət  qədər  məlumatlar  tapmaq  mümkündür.  Məlum  olduğu  kimi, 

M.Kalankatuklunun  «Albaniya  tarixi»  əsərində  Girdiman  vilayəti  ilə  yanaĢı, 

Girdiman  Ģəhəri,  Girdiman  knyazlığı,  Girdimandakı  müqəddəs  Allah  evi  və 

nəhayət,  Girdiman  yepiskopluğu  barədə  məlumatlara  da  rast  gəlirik.  Hansı  ki, 

həmin  məlumatların  xeyli  qismi  Girdiman  ərazilərinin  lokalizəsi  baxımından 

olduqca  mühüm  əhəmiyyət  kəsb  edir.  Məsələn,  M.Kalankatuklunun  yazdığına 

görə, Sasani hökmdarı II Xosrovun intiqamından qurtulmaq məqsədilə Mehranilər 

nəslindən olan Mehran 30 minlik ailə ilə qaçaraq Albaniya ərazisindən keçməklə 

xəzərlərlə birləĢmək niyyətinə düĢür. ġ.V.Smbatyan hər ailənin 6-7 nəfərdən ibarət 

olduğunu  əsas  götürərək  Mehranla  birlikdə  Girdimana  bir  dəfəyə  ən  azı  150000 

nəfər  iranlı  köçdüyünü  güman  edir  [528,  203].  Sasani  hökmdarı  Mehranın  bu 

cəhdinin  qarĢısını  almaq  məqsədilə  ona  aĢağıdakı  məzmunda  məktub  göndərir: 

«QardaĢım,  əgər  mənimlə  bir  yerdə  yaĢamağı  xoĢlamırsansa,  bu  məktub  sənə 

çatanda  nə  qədər  yol  getmisənsə,  Albaniyada  yaĢamaq  üçün  özünə  bir  o  qədər 

torpaq götür» [120, 101]. M.Kalankatuklunun yazdığına görə, bu məktub Mehrana 

«dərə-təpəli  Girdiman  vilayətində  çatmıĢdır»  və  o  da  «bu  yerlərin  mülayim 

təbiətinə  nəzər  salaraq  böyük  məmnuniyyətlə  orada  Ģəhər  salıb  onu  Mehrəvan 

adlandırdı» [120, 101]. Fikrimizcə, alban tarixçisinin bu qeydləri Girdimanın məhz 

ġirvan ərazisində lokalizəsi  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir. Təkcə  ona 

görə  ki,  Mehran  xəzərlərlə  birləĢmək  məqsədilə  Ģimala  doğru irəliləyərkən istər-

istəməz  məhz  ġirvan  ərazisindən  keçməli  idi.  Çünki,  bu,  Ġrandan  Dərbəndə  ən 

yaxın yol idi. Görünür, Mehran və onun tərəfdarları xəzərlərin imperiya ərazilərinə 

basqın  və  yürüĢlərinin,  əsasən  məhz  bu  marĢrut  üzrə  həyata  keçirildiyindən  də 

xəbərsiz  deyildilər.  Deyilənlərə  onu  da  əlavə  edək  ki,  M.Kalankatuklunun 


52 

 

Girdiman  ərazilərinin  təsviri  ilə  bağlı  qeydləri  də  daha  çox,  məhz  aran  ġirvana 



uyğun gəlir [120, 101]. 

Yeri  gəlmiĢkən  M.Kalankatuklunun  daha  bir  məlumatına  münasibət 

bildirmək istərdik. O, yazır: «Xəzərlər qarət və talan məqsədilə Albaniyaya basqın 

etdilər (bunun təqribən 661-662-ci illərdə olduğu güman edilir  - Q.C.)... CavanĢir 

ordusunu  götürüb  Böyük  Kür  çayının  o  biri  sahilinə  keçdi  və  xəzərlərə  hücum 

etdi...  Qızğın  döyüĢ  vaxtı...  atı  büdrəyib  onu  yerə  atdı.  Lakin  CavanĢir  ölmədi, 

Allahın  köməyilə  o,  ayağa  qalxdı  və  duran  kimi  düĢmənlərə hücum  edib  o  günü 

böyük  qələbə  qazandı»  [120,  129-130].  BaĢqa  bir  misal:  «O...  Firuz  -  Qubad 

(Bərdə  - Q.C.) Ģəhərindən Ģimalda bir günlük yolda  yerləĢən vəngə  gəldi... [120, 

130].  Sonra  onu  müĢayiət  edənlərlə  birlikdə  buradan  yola  çıxıb  Girdiman 

vilayətinə 

gəldi». 


Xatırladaq 

ki, 


albanĢünas  alim 

F.C.Məmmədova 

M.Kalankatuklunun  məhz  bu  qeydlərinə  istinad  edərək  Girdiman  vilayətinin  Kür 

çayının  sağ  sahilində  olduğunu  bildirib.  Əslində  isə,  söhbət  CavanĢirin  çayın  «o 

biri  sahilinə»  (yəni,  sol  sahilə  -  Q.C.)  keçərək  onlarla  (yəni,  xəzərlərlə  -  Q.C) 

döyüĢə  girməsindən,  sonra  da  katalikos,  yepiskoplar  və  əyanlarla  birlikdə 

Girdiman vilayətinə yola düĢməsindən gedir. Bu halda Girdiman vilayətinin hansı 

məntiqlə Kürün sağ sahilində olduğunu düĢünmək olar?! 

BaĢqa  bir  misal.  M.Kalankatuklunun  yazdığına  görə  Albaniya  ordusu  ilə 

döyüĢdə  ağır  məğlubiyyətə  düçar  olan  Ġran  ordusu  yenidən  qüvvə  toplayaraq 

Bərdəyə daxil olur. CavanĢirin anası və qardaĢları əsir götürülür. Bu xəbərdən bərk 

məyus  olan  alban  hökmdarı  «tezliklə  Kambeçan  vilayətində  və  Kürün  o  biri 

sahilində  yerləĢən  ata-baba  mülkünə  (yəni,  Girdiman  vilayətinə  -  Q.C)  gəldi». 

Təbiidir  ki,  bu  mətndən  də  Girdimanın  Kürün  sol  sahilində  olduğu  aydın  hiss 

olunur. 

Alban tarixçisinin əsərində Girdiman ərazilərinin Kürün sol sahilində, məhz 

ġirvanda  olması  barədə  düĢünməyə  əsas  verən  digər  məqamlar  da  var.  Məsələn, 

orada  tez-tez  Girdiman  qalasının  adı  çəkilir.  «Üç  il  ərzində  Cəsur  Vardan 

tərəfindən tikildiyi»  [120,  201],  daha  sonra  isə  CavanĢir tərəfindən  orada  «Allah 

naminə  gözəl  kilsə  tikilməsi»  [120,  128]  barədə  məlumat  verilir.  Sözsüz  ki,  bu 

qalanın  yerinin  dəqiqləĢdirilməsinin  Girdiman  ərazilərinin  lokalizəsi  baxımından 

prinsipial  əhəmiyyəti  var.  Xatırladaq  ki,  orta  əsr  müəlliflərindən  əl-Bəlazuri,  ət-

Təbəri,  Ġbn  Fəqih,  Xaqani  və  Fələki  ġirvaninin  əsərlərində,  habelə  «Hüdud  əl-

aləm»də  də  Girdiman  qalası  barədə  məlumatlara  rast  gəlmək  mümkündür  [223, 

91].  Həm  də  Xaqani  ġirvani,  Fələki  ġirvani  və  «Hüdud  əl-aləm»ə  görə  bu  qala 

ġirvan  ərazisindədir  [223,  91].  Məsələn,  Fələki  ġirvaninin  yazdığına  görə 

ġirvanĢah III Mənuçöhr tərəfindən iki yeni Ģəhər - Girdiman və Sədun tikilmiĢdir: 

«Qoy,  mən  kafir  olum,  əgər  dünya  padĢahlarından  biri  haçansa  Girdiman  və 

Səduna bənzər Ģəhər tikmiĢsə» [42, 15-21]. Yada salaq ki, M.Barxudaryanın 1890-

cı ilə aid qeydində də Girdiman qalasının Ağsu Ģəhərinin xarabalıqlarından qərbdə, 

Girdiman çayının sol sahilində olduğu barədə məlumat verilir [324, 301]. Nəhayət, 


53 

 

CavanĢirin  Allah  evində  etdiyi  duasındakı  bir  məqam  da  Girdiman  vilayətinin 



lokalizəsi  baxımından  fikir  söyləmək  üçün  çox  əhəmiyyətlidir.  Duada  deyilir: 

«Ġlahi! Bu kilsəni ġərq dənizinin sahilində yaĢayanlar üçün dualar və xahiĢlər evinə 

çevir  ki,  sənə  bu  yerdə ibadət  edənləri  yüksək  səmalarda  eĢidib  onların  dualarını 

qəbul edəsən» [120, 130]. Sözsüz ki, burada söhbət CavanĢirin Girdiman qalasında 

tikdirdiyi  kilsə  -  Allah  evindən  gedir.  Və  əgər  böyük  hökmdar  özü  həmin  Allah 

evinin ġərq dənizinin (Xəzər dənizi - Q.C) yaxınlığında olduğunu bildirirsə, onda 

Girdiman  vilayətinin  Albaniyanın  qərb  ərazilərində  olduğu  barədə  danıĢmağa 

dəyərmi? 

Göründüyü  kimi,  orta  əsr  mənbələrində  Girdiman  vilayətinin  ġirvan 

ərazisində  lokalizəsi  ilə  bağlı  yetərincə  məlumatlar  mövcuddur.  Bununla  belə, 

həmin  mülahizəni  əsaslandırmaq  üçün  digər  ciddi  arqumentlər  də  var.  Məsələn, 

Girdiman əraziləri barədə mülahizə söyləyən Z.M. Bünyadov onun Girdiman çayı 

hövzəsində  olduğunu  yazır  [349,  90].  Qəribədir  ki,  bəziləri,  hətta,  Girdimanın 

ġəmkirçayın sağ qolu olduğunu bildirir. Halbuki, ġəmkirçayın Girdiman adlı qolu 

yoxdur  və  əslində  Azərbaycan  ərazisində  Girdiman  adı  ilə  bəlli  olan  yeganə  çay 

məhz  ġirvan  ərazisindədir.  BaĢlanğıcını  Böyük  Qafqazın  Babadağ  silsiləsindən 

götürən  bu  çay  Ġsmayıllı,  Ağsu  və  Kürdəmir  rayonları  ərazisindən  axaraq  Kür 

çayına  qovuĢur  [6,  494;  28,  319].  Bu  çay  hövzəsində  bilavasitə  Girdiman 

hökmdarları  olan  Mehranilərə  aid  çoxsaylı  abidə  və  toponimlər  mövcuddur. 

Məsələn, Ağsu Ģəhərinin Ģimal-Ģərqində qədim tarixə malik CavanĢir kəndi olub. 

Keçən  əsrin  70-ci  illərində  həmin  kəndin  yerində  CavanĢir  su  anbarı  tikilib. 

Oradakı  bir  sıra  digər  abidələrin  də  Girdiman  tarixi  ilə  bu  və  ya  digər  dərəcədə 

əlaqəli olduğu danılmazdır [93; 94; 105]. Oğuz rayonu ərazisindəki Vardanlı kəndi 

isə  çox  ehtimal  ki,  Mehranilər  sülaləsinin  tanınmıĢ  nümayəndəsi  olan  Cəsur 

Vardanın adını daĢıyır [54, 158]. V.F.Minorski ərəb mənbələrinə istinadən Sasani 

hökmranlığı dövründə Albaniya ərazisindəki vassal Ģahlıqlar sırasında VardanĢahın 

da  adını  çəkir.  Ehtimal  edildiyinə  görə  həmin  Ģahlıqlar  və  onların  sərəncamında 

olan  hərbi  qarnizonlar  Qafqazın  dağ  keçidlərində  növbə  çəkməklə  imperiyanı 

köçərilərin  basqın  və  hücumlarından  qorumalı  idi  [523,  30-31,  114-117]. 

LayzanĢah Xalid bin Yəzidin oğlu Məhəmmədin hakimiyyəti dövründə (948-956) 

VardanĢah  Layzan,  ġirvan  və  XurĢanĢahla  birləĢdirilib  [523,  84-85].  Ġsmayıllı 

rayonunun  Talıstan  kəndi  yaxınlığındakı  VII  əsrə  aid  möhtəĢəm  qala  da  məhz 

Girdiman hökmdarı CavanĢirin adını daĢıyır [50, 76-112]. Lap bu yaxınlarda Ağsu 

rayonunun Bəyimli kəndi ərazisində, Girdiman çayının sol sahilində VI-IX əsrlərə 

aid 9 hektara qədər ərazisi olan qədim Ģəhər yeri tapılıb [51, 333]. Çox ehtimal ki, 

bu, M. Kalankatuklunun «Albaniya tarixi» əsərində adı çəkilən, yəni, Mehranilərin 

Albaniyaya  gəliĢi  zamanı  əsası  qoyulmuĢ  olan  Mehrəvan  Ģəhərinin  qalıqlarıdır 

[120, 101]. 

Girdiman  vilayətinin  ilk  orta  əsr  abidələri  barəsində  söhbəti  davam 

etdirərkən Ġsmayıllı rayonu ərazisindəki VII-VIII əsrlərə aid olduğu güman edilən 



54 

 

Niyal qalasının [50, 151], IV-V əsrlərə aid Qalagah Ģəhər yerinin [190, 34-37; 558, 



61-70] və nəhayət, əsrlər boyu ġirvanın çox mühüm sənətkarlıq və ticarət mərkəzi 

kimi Ģöhrət qazanmıĢ olan Lahıcın [50, 146-163] adını da qeyd etmək lazımdır. 

Azərbaycan  dünyanın  bir  çox  ölkələrindən  həm  də  əhalisinin  etnik 

tərkibinin rəngarəngliyi ilə fərqlənən bir ölkədir. Burada azərbaycanlılarla  yanaĢı, 

bir  çox  xalqların  və  etnik  qrupların  nümayəndələri  də  kompakt  və  ya  qeyri-

kompakt  Ģəkildə  yaĢamaqdadır.  Əlbəttə,  ölkə  əhalisinin  etnik  tərkibinin 

rəngarəngliyi birdən-birə yaranmamıĢdır. Bunu Ģərtləndirən bir sıra çox ciddi təbii-

tarixi faktorlar olub. Birinci və həm də ən mühüm faktor sözsüz ki, Azərbaycanın 

geosiyasi Ģəraiti ilə bağlı olub. Elə qitələrin, ölkələrin, tranzit yolların qovĢağında 

yerləĢməsi də bir çox digər ölkələrlə müqayisədə Azərbaycanın tarixən daha erkən 

və  nisbətən  daha  fəal  miqrasiya  obyekti  olması  üçün  əlveriĢli  Ģəraitə  malik 

olduğundan xəbər verirdi. 

Əhalisinin  etnik tərkibinin rəngarəngliyi  Azərbaycanın zaman-zaman  ayrı-

ayrı  imperiyaların  tərkibində,  yaxud  da  təsir  dairəsində  olması  ilə  də  izah  oluna 

bilər. Yəni, Rusiyanın tərkibində olanda rusların və  ya onlara yaxın olan xristian 

elementlərinin,  Sasani  imperiyasının  tərkibində  olanda  Ġran  elementlərinin,  ərəb 

Xilafətinin  təsir  dairəsində  olanda  isə  ərəbdilli  əhalinin  bu  yerlərə  köçürülməsi 

siyasəti  yeridilib.  Əlbəttə,  bütün  bunlar  bizim  araĢdırmaların  çərçivəsinə 

yerləĢməyən olduqca geniĢ tədqiqat mövzusudur. Odur ki, biz Girdimanın ilk orta 

əsrlər  tarixi  ilə  bilavasitə  əlaqəli  olduğunu nəzərə  alaraq  yalnız  irandilli  əhalinin 

Azərbaycan  ərazisinə  köçürülməsi  tarixi  və  məskunlaĢma  arealı  barədə  söhbət 

açmaqla kifayətlənəcəyik. Fikrimizcə, bu məsələyə aydınlıq gətirilməsi Girdiman 

ərazilərinin lokalizəsi baxımından prinsipial əhəmiyyət kəsb edir. 

Tarixi  mənbələrdən  bəlli  olduğu  kimi,  erkən  orta  əsrlər  dövründə 

Albaniyanın  əhalisi  əsasən  albanlar,  utilər,  kaspilər,  girdimanlılar,  tsavdeylər, 

leqlər, gellər, çilblər, qarqarlar və sair xalqlardan və etnik vahidlərdən ibarət olub 

[24,  25-26;  264;  275].  Ġrandilli  əhalinin  isə  Xəzərsahili  ərazilərdə  və  ona  bitiĢik 

bölgələrdə  sonradan  məskunlaĢdığı  bildirilir.  Akademik  Ġ.H.Əliyevin  fikrincə, 

irandilli  əhali  Ģimal-Ģərqi  Azərbaycan  ərazilərində  ilkin  olaraq  e.ə.  II  minilliyin 

sonlarından etibarən məskunlaĢmağa baĢlayıb [266, 57-65]. F.V.Minorski irandilli 

əhalinin  Albaniya  ərazilərinə  köçürülməsinin  hələ  Əhəmənilər  dövründən 

baĢlandığını  ehtimal  edir  və  onu  imperiyanın  Ģimal  sərhədlərinin 

möhkəmləndirilməsi  zərurətindən  irəli  gəldiyini  bildirir  [523,  30].  Sara 

AĢurbəylinin ehtimalına görə isə irandilli əhalinin bu ərazilərdə məskunlaĢması e.ə. 

I miniliyin I yarısına təsadüf edir [14, 117]. 

Ġrandilli əhalinin Albaniya ərazilərində məskunlaĢması üçün müxtəlif təzyiq 

vasitələrindən  savayı,  həm  də müxtəlif  Ģirnikləndirici  üsullardan  da geniĢ  istifadə 

olunub.  Məsələn,  X əsr müəllifi  əl-Müqəddəsi  bu  barədə  belə  yazır: «ƏnuĢirəvan 

bu Ģəhəri (Dərbənd - Q.C.), onun quru, dəniz və dağlarda uzanan səddini tikdirdiyi 

zaman müxtəlif xalqları və onların hökmdarlarını buraya köçürtdü. Onlara müxtəlif 



55 

 

dərəcə verdi, hər birini xüsusi rütbə ilə o birindən fərqləndirdi, aralarında müəyyən 



sərhəd təyin etdi» [236, 52]. 

Demək  olmaz  ki,  qədim  Azərbaycan  ərazilərinə  köçürülmüĢ  irandilli 

əhalinin hamısı əbədi olaraq burada məskunlaĢıb. Təbiidir ki, ərəb istilası dövründə 

irandilli  əhalinin,  xüsusilə  də  onlar  içərisindəki  rütbəli  və  imtiyazlı  təbəqənin 

müəyyən hissəsi sadəcə olaraq baĢını götürüb qaçmaq məcburiyyətində olub. Lakin 

onu  da  nəzərdə  saxlamaq  lazımdır  ki,  irandilli  əhali  əsasən  dağ  keçidlərində 

yerləĢdirildiyindən Xilafət orduları bir sıra hallarda həmin əlçatmaz yerlərə gedib 

çatmırdı.  Fikrimizcə,  ġirvanın  dağlıq  ərazilərində,  o  cümlədən  Lahıc  ətrafı 

ərazilərdə  irandilli  əhalinin  kompakt  yaĢamaqda  davam  etməsi  xeyli  dərəcədə 

məhz bu amillə əlaqədar olub. 

M.Kalankatuklunun  yazdığına  görə,  Uti, Tsvod  və  Qarqar knyazlıqları  ilə 

bərabər, Girdiman əhalisi də Arran nəslindəndir [120, 17]. F.C.Məmmədova alban 

tarixçisinin  bu  qeydinə  istinad  edərək  bildirir  ki,  Girdimanın  yerli  əhalisi 

baĢlanğıcdan avtoxton  (yəni  yerli)  olmuĢ,  V  əsrdən  sonrakı  dövrlərdə  isə  burada 

Ġran  ünsürləri  güclənmiĢdir  [157,  93].  Bəzi  tədqiqatçıların,  o  cümlədən 

F.C.Məmmədovanın  fikrincə,  Mehranilər  də  cəmisi  ikinci  nəsildən  sonra  öz 

farslıqlarını  itirərək  tədricən  albanlaĢıblar  [157,  187].  V.V.Bartolda  görə  isə 

Albaniyada  Mehranilərin  timsalında  «fars  mənĢəli  alban  sülaləsi  yenidən  bərpa 

olunub»  [321,  25].  K.V.Trever  isə  Mehranilərin  iranmənĢəli  olmasına  dair 

mülahizələrə  bir  qədər  Ģübhə  ilə  yanaĢaraq  bunu  «geneoloji  əfsanə»  kimi 

dəyərləndirib.  Beləliklə  də  o,  Mehranilərin  timsalında  Girdiman  feodallarının 

hakimiyyəti ələ keçirməsi ehtimalını istisna etmir [628, 235]. V.F.Minorskiyə görə, 

Mehranilər  ailəsi  Raqi  və  Reydən  olmaqla  Parfiya  mənĢəlidirlər  [523,  29].  Bəzi 

tədqiqatçılar  isə  Mehranilərin  ümumiyyətlə  iranmənĢəli  olmadığını  yazırlar. 

Məsələn,  prof.  Y.Yusifovun  fikrincə,  «Girdiman  vilayəti  VI  əsrin  70-ci  illərində 

türkmənĢəli sabir tayfaları tərəfindən məskunlaĢmıĢdı... Çox güman ki, Mehranilər 

sülaləsinin əsasını sabirilər qoymuĢlar, lakin sonralar sülalə iranmənĢəli nəslə Ģamil 

edilmiĢdir... [22, 106-107]. Əlbəttə, bu mülahizəni də birmənalı olaraq qəbul etmək 

olmaz.  Birincisi,  ona  görə  ki,  Girdiman əraziləri  onun  düĢündüyü  kimi  VI  əsrdə 

deyil, çox-çox əvvəllər məskunlaĢıb. Ġkincisi, Mehranilərin iranmənĢəli olması heç 

də Girdiman əhalisinin bütünlüklə iranmənĢəli etnosdan ibarət olması demək deyil. 

Bu halda söhbət yalnız ondan gedə bilər ki, Mehranilər Sasani idarəçiliyi dövründə 

siyasi Ģəraitdən yararlanaraq Girdiman ərazilərində böyük mülklər ələ keçiriblər və 

bu zəmində də tədricən güclənərək bütövlükdə siyasi hakimiyyətə yiyələniblər. 

Mehranilərin  mənĢəyi  barədə  danıĢarkən  S.Y.Qasımovanın  erkən  orta 

əsrlərdə  Cənubi  Azərbaycan  ərazisində  yaĢayan  əhalinin  etnik  tərkibinə  dair 

mülahizələrini də (bəhs edilən dövrdə) nəzərdən qaçırmaq olmaz. Onun yazdığına 

görə, Cənubi Azərbaycanın Təbrizətrafı ərazilərində əsasən tat dialektində danıĢan 

əhali məskunlaĢıb [456, 40]. Tədqiqatçılar, həmçinin, IX-X əsr ərəb mənbələrinə 

istinadən  Cənubi  Azərbaycan  əhalisinin  böyük  əksəriyyətinin  azərilərdən  ibarət 



56 

 

olduğunu  bildirirlər  [456,  42].  Bütün  bunlar  isə  Ġrandan  köçürülən  (yaxud  da 



müəyyən səbəblər ucbatından özü köçən) əhalinin etnik mənĢə etibarı ilə Albaniya, 

o cümlədən də Girdiman əhalisi ilə yaxın və ya qohum olduğu barədə düĢünməyə 

əsas verir. 

Fikrimizcə,  Mehranilərin  tədricən  albanlaĢması  barədə  olan  mülahizələrlə 

ümumən  razılaĢmamaq  olmaz.  Amma  belə  bir  cəhəti  də  unutmaq  olmaz  ki, 

irandilli əhalinin albanlaĢması bəzilərinin düĢündüyü kimi heç də ildırım sürəti ilə 

baĢ  verməyib.  Bu,  tədrici  və  uzunmüddətli  proses  olub.  Məsələn,  akademik 

Z.M.Bünyadov  orta  əsr  mənbələrinə  istinadən  yazırdı  ki,  XIII  əsrin  əvvəllərində 

irandilli  əhali  ġirvan  əhalisi  içərisində  hələ  də  çoxluq  təĢkil  edirdi  [354,  72]. 

AraĢdırıcılar XIX əsr və XX əsrin əvvəllərində də Azərbaycanın etnik xəritəsində 

irandilli  etnosların  mühüm  yer  tutduğunu  bildirirlər.  Bakı,  Quba,  Göyçay  və 

ġamaxı qəzalarında onların sayı daha çox idi [45, 67]. 

Bizcə,  akademik  Z.M.Bünyadovun  ġirvan  əhalisinin  ümumi  tərkibində 

irandilli əhalinin «çoxluq təĢkil etməsi» fikri ilə də qeyd-Ģərtsiz razılaĢmaq olmaz. 

Bu  fikri  bütövlükdə  ġirvana  deyil,  istisna  olaraq iri  Ģəhərlərdən  və  tranzit ticarət 

yollarından uzaqda, dağlıq ərazilərdə qapalı həyat tərzi yaĢayan və əsasən natural 

təsərrüfatla  məĢğul  olan  əhaliyə  aid  etmək  daha  düzgün  olardı.  Hansı  ki,  həmin 

yaĢayıĢ  məntəqələrində  «tat»  adı  ilə  məlum  olan  irandilli  əhali  öz  dilini  və 

mədəniyyətini  bu  günədək  yaĢatmaqdadır.  Lahıc  qəsəbəsi  və  ətraf  kəndlər  bu 

cəhətdən bariz nümunədir. 

Azərbaycan  ərazisində  məskunlaĢan  tatlar  dini  mənsubiyyət  etibarı  ilə  üç 

qrupa bölünür: 1) Müsəlman tatları; 2) Erməni tatları; 3) Yəhudi tatları. XIX əsrin 

80-ci  illərində  Azərbaycanda  təqribən  79112  nəfər  tat  yaĢadığı  bildirilir  [45,  68-

73]. 


Tarixi öyrənmək üçün qədim mənbələrin, arxeoloji materialların və ərazinin 

qədim  toponimlərinin  hər  birinin  özünəməxsus  yeri,  rolu,  əhəmiyyəti  və  əlbəttə 

imkanları  var.  Tarixə  dair  araĢdırmalarda  onlardan  hər  biri  yerli-yerində  nəzərə 

alınmalıdır.  Əfsuslar  olsun  ki,  bəzən  belə  olmur.  Məsələn,  Z.M.Bünyadov  və 

F.C.Məmmədova  ərazilərin,  Ģəhərlərin  və  qalaların  lokalizəsi  zamanı  qədim 

toponimlərin  elmi  əhəmiyyətini  qeyd  etsələr  də,  özləri  bu  prinsipə  heç  də  tam 

Ģəkildə  əməl  etməmiĢlər.  F.C.Məmmədovanın  aĢağıdakı  qeydi  deyilənlərə  misal 

ola bilər.  O yazır: «Avtoxton (yerli) əhali ilə bərabər, burada Ġran etnosuna bağlı 

olan  və  Sakasenada məskunlaĢan  saklar  və  Girdimanda məskən  salan  Mehranilər 

yaĢayırdılar ki, bu da toponimikada öz əksini tapmıĢdır» [157, 91]. Lakin nədənsə 

nə  Z.M.Bünyadov,  nə  də  F.C.Məmmədova  tərəfindən  Girdiman  ərazisindəki 

toponimlərə  aid  konkret  misallar  göstərilməyib.  Səbəbi  də  odur  ki,  Albaniyanın 

qərbində  Girdimanla  və  Mehranilərlə  bağlı  toponimlər  yoxdur.  Halbuki  ġirvan 

ərazisində bu cür toponimlər istənilən qədərdir. Özü də söhbət hansısa kiçik və ya 

az əhəmiyyətli bir obyektdən deyil, ġirvanın həm dağlıq, həm də aran ərazilərindən 

keçərək  Kür  çayına  qovuĢan,  əsrlər  boyu  bu  vilayətin  təbii-coğrafi  və  təsərrüfat 



57 

 

həyatında həlledici rolu olan böyük bir çayın adından gedir. Əslində elə Girdiman 



vilayəti əraziləri ilə «Girdiman» toponimini bir-birindən ayrılıqda izah etməyin özü 

də düzgün olmazdı. 

«Girdiman»  toponiminin  etimologiyasından  bəhs  edərkən  əvvəlcə  onu 

xatırladaq  ki,  tədqiqatçıların  bir  qismi  bu  toponimin  Ġran,  baĢqa  bir  qismi  isə 

erməni  mənĢəli  olduğunu  güman  edir  [157,  92].  Məsələn,  Q.Ə.Qeybullayevin 

ehtimalına görə, «bu qədim Ġran mənĢəli toponim» gellərin dilindən götürülmədir 

[378; 379, 172]. Bu cür düĢünmək üçün əsas varmı? Bizə belə gəlir ki, ayrı-ayrı 

müəlliflər  bu  və  ya  digər  toponimlərin  etimologiyasından  bəhs  edərkən  həddən 

artıq  ifrata  varırlar  [226].  Bununla  da  onlar  əslində  bütün  dövrlərdə  və  həm  də 

bütün  elm  sahələrində  inkiĢaf  üçün  baĢlıca  prinsip  olan  «sadədən  mürəkkəbə 

doğru» prinsipinin əleyhinə gedirlər. Sözsüz ki, ən qədim toponimlərin yaranması 

da  bu  prinsip  çərçivəsində  baĢ  verib.  Odur  ki,  bütün  hallarda,  həm  də  bütün 

toponimlər ilk  öncə  yerli  faktorlardan  çıxıĢ  edərək  araĢdırılmalıdır.  Və  yalnız  bu 

istiqamətdə  uğur  qazanmaq  mümkün  olmadığı  hallarda  kənar  amillər  nəzərdən 

keçirilə bilər. Yəni, «Girdiman» toponiminin müasir Azərbaycan dilində çox sadə 

və anlaĢıqlı izahı olduğu halda, onun erməni, gürcü və Ġran dillərində yozumunu 

aramağa ehtiyac varmı?! Əslində isə «Girdiman»ın tərtəmiz türk mənĢəli toponim 

olaraq  son  dərəcə  sadə  bir  izahı  var.  Fikrimizcə,  bu  toponim  iki  hissədən  ibarət 

olub sifət bildirən «gur», «kor», «kür» sözləri və «duman» isminin birləĢməsindən 

əmələ gələrək «gur duman» «kor duman», «kür duman», yəni, pis, Ģiddətli duman 

olan  yer  mənasını  bildirir  [16,  160,  176,  205;  55].  Bu  cür yozum  yerli  Ģəraitə də 

tam  uyğun  gəlir.  Yəni,  Girdiman ərazilərində həqiqətən  də  ilin əksər  vaxtlarında 

çox  Ģiddətli  duman  olur.  Buradan  da  belə  nəticəyə  gəlmək  olar  ki,  bu  toponim 

əvvəlcə Girdiman çayının, sonra isə həmin çayın  yerləĢdiyi vilayətin, daha sonra 

isə bu vilayətdə tikilən qala və Ģəhərin adını daĢıyıb. 

Məlum olduğu kimi, qədim yunan, latın, ərəb, fars, türk, erməni və gürcü 

mənbələrində Kür çayının adı «Kor», «Kur», «Kir», «Kirin», «əl-Kurr», «Mtkuari» 

və s. kimi xatırlanır [58; 271, 361-363; 643, 89-94]. Və bir çox müəlliflər də «Kür» 

toponiminin  etimoloji  cəhətdən  izahını  məhz  həmin  dillərdə  axtarmağa  cəhd 

ediblər [11, 51-56]. Fikrimizcə, bu halda çox mühüm bir amil nəzərdən qaçırılıb. 

Nəzərə almayıblar ki, Albaniya ərazisi yuxarıda adları sadalanan və sadalanmayan 

çoxsaylı  digər  xalqların  məskunlaĢdığı  məmləkətlərlə  müqayisədə  qat-qat  daha 

erkən  məskunlaĢıb.  Təbiidir  ki,  belə  bir  çayın  mövcudluğu  bu  yerlərin  əzəli 

sakinlərinə baĢqalarından çox-çox əvvəl bəlli idi. Deməli, yunanlar da, ərəblər də, 

farslar da, ermənilər də, lap elə qeyriləri də sözsüz ki, Kür çayının adını ərazinin 

daha  qədim  sakinlərindən  eĢidə  bilərdilər.  Bu  mənada  akademik  A.Axundovun 

«Kür»  toponiminin  mənĢəyini  Azərbaycan  torpağının  qədim  sakinləri  olan 

albanların  dilində  axtarmaq  lazım  olduğuna  dair  mülahizəsi  bizcə  daha 

inandırıcıdır [11]. 


58 

 

Tədqiqatçıların  əksəriyyəti  belə  hesab  edir  ki,  «su»,  «çay»  mənası  verən 



«Kür»  sözü  iber-Qafqaz  mənĢəli  olub  yerli  alban  tayfalarının  birinin  dilindən 

götürülüb. Maraqlıdır ki, qırız, buduq və hapıt dillərində «kur» sözü «su», «çay» 

mənası  bildirir  [28,  306].  Ġsmayıllı  rayonunun  Hacıhətəmli  və  Mollaisaqlı 

kəndlərinin  sakinləri  mal-qaranı  və  qoyun-quzunu  suvarmaq  məqsədilə  Göyçay 

çayına  aparırlar.  Maraqlıdır  ki,  bu  zaman  onlar  mal-qaranı  «kürə»  aparırıq  - 

deyirlər.  Xatırladaq  ki,  görkəmli  tədqiqatçı  ġ.M.Sədiyevin  tədqiqatlarında  da  bu 

barədə  məlumatlar  öz  əksini  tapıb  [218].  Etnoqraf  M.Nəsirlinin  1947-ci  ilə  aid 

qeydlərində  Qonaqkənd  rayonunun  Qırız  və  Alik  kəndlərinin  sakinlərinin  qırız 

dilində  iĢlətdikləri  «kür»  sözünün  «çay»  mənası ifadə  etdiyi  bildirilir [271,  363]. 

«Kür»  toponiminə  dair  xüsusi  məqalə  yazan  M.C.Xəlilovun  fikrincə  isə  bu 

toponim  «sürətlə  axan  su»  mənası  bildirir  [643,  89-95].  Bununla  belə,  «Kür» 

toponiminin  baĢqa  yozumu  olduğunu  da  danmaq  olmaz.  Mümkündür  ki,  sadəcə 

olaraq  bu  çayın  tez-tez  daĢaraq  insanlara  əziyyət  verdiyinə,  o  tərəf  -  bu  tərəfə 

keçməkdə  çətinlik  doğurduğuna,  ətraf  əraziləri  bataqlıqlara  çevirdiyinə  görə  ona 

«kür», yəni «pis», «bəd», «dəli», «Ģıltaq» çay adı veriblər [55, 273]. 

Bu  cəhətdən  «Kürdüvan»  toponimi  də  maraq  doğurur.  Xatırladaq  ki,  orta 

əsr mənbələrində adı çəkilən bu toponim mütəxəssislər tərəfindən müxtəlif cür izah 

olunub.  Məsələn,  V.F.Minorski  onu  kürdlərlə  əlaqələndirərək  belə  bir  nəticəyə 

gəlib  ki,  dağlıq  ġirvanın  cənub  sərhədləri  Kür  çayınadək  uzandığından  və  Kürd 

Ģəddadiləri ilə həmsərhəd olduğundan bu yerlərə «Kürdiyan», yəni, «Kürün yanı» 

adı  verilib  [55,  274].  S.AĢurbəyli  isə  «Kürdüvan»,  «KürdmaĢı»,  «Kürdəxanı»  və 

«Kürdəmir»  toponimlərini  vaxtilə  həmin  yerlərdə  kürdlərin  yaĢaması  ilə 

əlaqələndirib  [14,  25-26].  Fikrimizcə,  bunların  heç  biri  inandırıcı  yozum  deyil. 

Məlumat  üçün  bildirək  ki,  hələ  eramızın  əvvəllərindən  baĢlayaraq  Kürdüvan 

ərazisində  fasiləsiz  həyat  olub  [550,  22-24].  Bizə  belə  gəlir  ki,  bu  toponimin 

«Kürdiyan»  və  ya  «Kürdüvan»  formaları  sonradan  törəmədir.  Ġlkin  forması  isə 

«Kürdivan»  («Kür»  +  «divan»)  olmaqla  «pis  divan»,  «pis  hakimiyyət»,  «pis 

məhkəmə»  və  s.  mənanı  ifadə  edib  [55,  274].  Deyilənlərə  onu  da  əlavə  edək  ki, 

orta əsrlərdə Kürdüvan ətrafında ġirvan Ģahlarının yay iqamətgahı olub [50, 181-

187]. Ola bilsin ki, həmin ərazi ondan əvvəl də Girdiman hökmdarlarının düĢərgəsi 

olub.  Görünür,  onların  (yəni,  həm  ġirvanĢahların,  həm  də  Girdiman 

hökmdarlarının) divanxanası da orada yerləĢirmiĢ. Tarixdən bəlli olduğu kimi, ərəb 

Xilafəti  dövründə  divanxanalar  əsasən  dövlət  gəlirlərinin  qeydiyyata  alındığı  və 

siyahıların saxlanıldığı yer olub. Əməvilərin və Abbasilərin hakimiyyəti dövründə 

divanxanalar  vergi  və  maliyyə  məsələləri  ilə  də  məĢğul  olurdu.  Divanxanalar, 

həmçinin  məhkəmə  funksiyasını  icra  edirdi.  Bir  sözlə,  Z.M.Bünyadovun  yazdığı 

kimi,  «Xilafətin  tərkibində  az-çox  azad  federasiya  əmələ  gətirən  hər  bir  vilayət, 

əmirin rəhbərlik  etdiyi  və  vilayətin  baĢ  Ģəhərində  yerləĢən divan  tərəfindən idarə 

olunurdu.  Əmirin rəhbərliyi  altında  xüsusi  tapĢırıqları icra edən məmurlar  -  amil 

(mülki hakim, vergi toplanıĢına nəzarət edən) və qazi (məhkəmə idarəsinin rəisi), 



59 

 

yəni,  dini  məhkəmə  hakimi  dururdu,  qazi  vəqf  iĢlərinə  nəzarət  edir  və  amilin 



hərəkətlərindən narazı  olan  Ģəxslərin  Ģikayətlərini  araĢdırırdı»  [29;  43, 139].  Orta 

əsr mənbələrindən məlum olduğuna görə, Azərbaycan ərazisində 20-yə yaxın divan 

olub.  Görünür,  Girdiman  hökmdarlarına  məxsus  bu  divanxanada  daha  çox  yerli 

əhalini qane etməyən qərarlar çıxarıldığından, onu «Kürdivan», yəni, «pis divan» 

adlandırıblar. 

Tarixi  mənbələrdən  məlum  olduğu  kimi,  orta  əsrlərdə  BaĢ  Qafqazın  dağ 

keçidlərində  əvvəlcə  albanlar  və  sasanilər,  daha  sonra  isə  ərəblər  tərəfindən 

çoxsaylı  müdafiə  istehkamları  tikilib.  Belə  keçid-istehkamlardan  birisi  də  Baba 

dağında olub. Elə bu gün də Quba və Ġsmayıllı rayonlarını birləĢdirən bu keçiddə 

«Həzrət Baba» adı ilə tanınan məĢhur ziyarətgah var. Hər il iyul-avqust aylarında 

Azərbaycanın bütün guĢələrindən oraya çoxlu insan ziyarətə gəlir. Orada borana, 

tufana, qar və Ģaxtaya düĢərək ölənlər də olur. 

«Həzrət Baba»ya həm Ġsmayıllı, həm də Quba tərəfdən yol var. Bu yolların 

hər ikisi çətin keçiləndir. Görünür, vaxtı ilə Qafqazın bir çox keçidlərində olduğu 

kimi,  orada  da  Ģimaldan  olan  hücumların  qarĢısını  almaq  məqsədilə  Sasani 

qarnizonu  keĢik  çəkirmiĢ.  Həm  Babadağ  keçidində,  həm  də  yaxınlıqdakı  digər 

keçidlərdə növbə çəkən qarnizonlara ümumi rəhbərlik və nəzarət isə çox güman ki, 

Dərbənddə yerləĢən əsas qarnizon tərəfindən həyata keçirilib. Beləliklə, Dərbəndə 

gedən yol da, Dərbənd istiqamətindən olan basqın və hücumlar da məhz buradan 

keçirdi. Görünür, «Babadağ» toponimi də elə bu zəmində yaranıb. Məlum olduğu 

kimi, bir çox orta əsr mənbələrində, xüsusən də ərəb mənbələrində Dərbəndin adı 

«Bab», «Bab əl-Hədid», «Bab əl-Əbvab»  və sair kimi xatırlanır. Buradan güman 

etmək  olar ki,  «Baba  dağı»  əslində  «Bab  dağı»,  yəni,  «Dərbənd  dağı»,  Dərbəndə 

gedən yolun üstündə olan dağ mənasını bildirir [55, 275]. 

Fikrimizcə,  yazılı  mənbələrdə  adı  çəkilən  «Xursan»  toponiminin  də 

Girdiman  vilayətinə  bilavasitə  aidiyyəti  var.  Mənbələrdə  «Xursan»,  «Xisan», 

«Xsruvan»,  «Xorsvem»  kimi  iĢlədilən  bu  toponimin  izahına  tədqiqatçılardan 

S.B.AĢurbəyli,  Q.Ə.Qeybullayev  və  baĢqaları  münasibət  bildirib.  Məsələn, 

S.B.AĢurbəyli  və  Q.Ə.Qeybullayevə  görə,  «Xsrvan»  «Xursan»ın  təhrif  olunmuĢ 

formasıdır [14, 116; 377, 57-58]. «Xursan» toponiminin etimoloji izahına gəlincə 

isə, hesab edirik ki, o, «Xursun mülkləri», «Xursun əraziləri», «Xursun torpaqları» 

və  bu  kimi  mənalar  ifadə  edib.  Yazılı  mənbələrdən  məlum  olduğu  kimi,  Xurs 

Girdiman  knyazı  olub.  Koryunun,  M.Kalankatuklunun  və  digər  orta  əsr 

müəlliflərinin əsərlərində onun adı tez-tez çəkilir. «Hüdud əl-aləmə» görə Xursan 

Dərbəndlə ġirvan arasında Qabh dağına bitiĢik ərazidə yerləĢir: «ġirvan, Xursan və 

Lizan (Lazyan) bir Ģahın hakimiyyəti altında olan üç vilayətdir». M.Kalankatuklu 

Xursanın  bəzən  Xəzər  xaqanlığının  təsir  dairəsində  olduğunu  bildirir  [120,  167]. 

Xatırladaq  ki,  IX-X  əsr  ərəb  coğrafiyaĢünas  və  səyyahlarının  qeydlərində  də 

Xursanın  ġirvan  ərazisində  olduğu  bildirilir.  Deyilənlərə  onu  da  əlavə  edək  ki, 

Xursanın coğrafi mövqeyi və sərhədləri ilə bağlı tədqiqatçılar arasında bu gün də 



60 

 

müəyyən fikir ayrılıqları qalmaqdadır. Məsələn, M.X.ġərifli Xursanın indiki Xızı 



rayonu  da  daxil  olmaqla  Xəzəryanı  əraziləri  [225,  33],  S.B.AĢurbəyli  Qafqaz 

dağlarının  Lahıc  və  Quba  arasındakı  ərazilərini  [14,  116-117],  V.F.Minorski  və 

Q.Ə.Qeybullayev  isə  indiki  Quba  rayonunun  cənub  hissəsi  və  Dəvəçi  rayonları 

ərazisini  [377,  58;  523,  115]  əhatə  etdiyini  bildirirlər.  T.Dostiyev  bütün  bu 

ehtimalları  təhlil  edərək  Xursanın  indiki  Siyəzən  və  Dəvəçi  rayonları  ərazisini, 

habelə Quba rayonu ərazisinin cənub hissəsini əhatə etdiyi qənaətindədir [69, 36; 

70, 19-20]. Bizə belə gəlir ki, adları qeyd  olunan müəlliflər Xursanın sərhədlərini 

Ģimala və Ģərqə doğru çəkməkdə bir qədər ifrata varıblar. Hesab edirik ki, Xursanın 

indiki Lahıc və Xızı arasındakı  ərazilərdə lokalizəsi daha çox məntiqə uyğundur. 

Hansı ki, erkən orta əsrlərdə bu ərazilərin müxtəlif etnoslarla, o cümlədən Ġranın 

Xuzistan  əyalətindən  köçürülmüĢ  əhali  ilə  sıx  məskunlaĢdığı  bildirilir  [28,  503-

504]. 


Fikrimizcə,  «Xalxal»  toponimi  ətrafında  da  düĢünməyə  dəyər. 

M.Kalankatuklu  tərəfindən  Xalxal  Ģəhərinin  «alban  çarlarının  qıĢ  iqamətgahı» 

olduğu bildirilir [120, 39]. Xatırladaq ki, orta əsr erməni mənbələrində də Xalxalın 

alban  hökmdarlarının  Ġberiya  sərhədləri  yaxınlığında  yerləĢən  qıĢ  iqamətgahı 

olduğu  barədə  məlumatlara  rast  gəlirik  [420,  183].  K.V.Trever  onun  Qazax-

Ağstafa  bölgəsində  olduğunu  ehtimal  edir  [628,  207].  Xalxalın  «Albaniyanın 

Bərdədən  əvvəlki  qıĢ  paytaxtı»  olduğunu  bildirən  M.C.Xəlilov  da  onu  Qazax-

Ağstafa  bölgəsinin  düzənlik hissəsində  lokalizə  edir  [110, 67;  111,  73].  Əfsuslar 

olsun  ki,  indiyədək  Xalxalın  Kür  çayının  sol  sahilində  lokalizəsi  və  onun  alban 

hökmdarlarının  «qıĢ  iqamətgahı»  deyil,  məhz  yay  iqamətgahı  olduğuna  dair 

arqumentlər  tədqiqatçılar  tərəfindən  nəzərdən  keçirilməyib.  Q.Ə.Qeybullayev 

D.D.Paqirevə istinadən XIX əsrdə Qafqaz ərazisində 7 yerdə «Xalxal» toponiminin 

mövcud olduğu barədə məlumat verir [379, 434]. Onlardan da biri Naxçıvan, ikisi 

isə (Xalxal və XalxalqıĢlaq) Oğuz rayonu ərazisindədir [256, 29]. Yuxarıda artıq 

xatırladıldığı kimi, alban çarlarının qıĢ iqamətgahı olan Xalxal Albaniyanın Ģimal-

qərbində  olub.  Həmin  bölgədə  bu  günədək  «Xalxal»  adı  ilə  məlum  olan  yeganə 

toponim  Oğuz  rayonu  ərazisindədir.  Sıx  meĢələri,  al-əlvan  tarlaları  və  müalicə 

əhəmiyyətli bulaqları ilə məĢhur olan Xalxal bu gün də ətraf rayonların əhalisinin 

yaz-yay mövsümündə istirahət etdiyi dilbər bir məkandır. Əlbəttə, alban çarlarının 

yay iqamətgahının məhz belə bir yerdə olması tamamilə mümkün idi. Ölkənin baĢ 

Ģəhəri və paytaxtı olan Qəbələnin yaxınlığında yerləĢməsi də bu ehtimalı təsdiqləyə 

biləcək  çox  ciddi  arqument  kimi  nəzərdən  qaçırılmamalıdır.  Nəhayət,  Xalxalın 

həm Qəbələ, həm də Bərdə ilə müqayisədə nisbətən daha Ģimalda, meĢə və çayların 

əhatəsində olan sərin bir məkanda yerləĢməsi, onun bəzi müəlliflərin yazdığı kimi, 

alban çarlarının qıĢ iqamətgahı deyil, məhz yay iqamətgahı olduğunu düĢünməyə 

əsas verir. 

Girdiman  hövzəsi  toponimlərinin  təhlili  daha  bir  ciddi  məqam  üzərində 

dayanmağa  əsas  verir.  Təsəvvür  edin,  həmin  ərazidəki  dağ,  bulaq,  çay,  yamac, 



61 

 

düzənlik adları demək olar ki, bütünlüklə türk mənĢəli toponimlərdir. Qalaların və 



yaĢayıĢ  məntəqələrinin  adları  isə  mənĢə  etibarilə  müxtəlifdir.  Daha  doğrusu, 

onların xeyli qismi Ġran, bəziləri isə ərəb mənĢəli toponimlərdir. Bu, o deməkdir ki, 

ərazinin  türk  mənĢəli  toponimləri  əzəldir,  Ġran  və  ərəb  mənĢəli  toponimlər  isə 

sonradan  yaranıb  [55,  276;  375;  602].  Bu  baxımdan  Lahıc  ətrafındakı  yaĢayıĢ 

məntəqələrinin  xeyli  qisminin  adının  Ġran  mənĢəli  olması  faktı  da  nəzərdən 

qaçırılmamalıdır.  Ərəgit,  Varna,  Qoydan,  Əhən,  Gəndob,  Müdrüsə,  Müdrü, 

Candahar,  Həftəsov,  Sərsürə,  ġəbiyan,  Bilistan  kimi  kənd  adları  buna  misaldır. 

Ümumiyyətlə  götürdükdə,  Girdimançay  hövzəsində  Ġran  mənĢəli  toponimlər 

Azərbaycanın digər ərazilərilə müqayisədə daha çoxdur (xəritə 1). Bütün bunlar isə 

sözsüz ki, Girdiman  vilayətinin tarixi coğrafiyası barədə daha konkret və ünvanlı 

danıĢmaq  üçün  kifayət  qədər  tutarlı  dəlillərdir.  Yəni,  əgər  tarixən  irandilli  əhali 

daha çox, məhz ġirvan və Girdiman ərazilərinə köçürülübdürsə və həmin əhalinin 

qalıqları,  onun  daĢıyıcısı  olduğu  mədəniyyətin  bir  sıra mühüm  komponentləri  bu 

gün  də  həmin  ərazidə  yaĢamaqdadırsa,  belə  olan  halda  Girdiman  ərazilərini 

Albaniyanın  qərbində,  yaxud  da  Ģimal-qərbində  axtarmaq  sadəcə  olaraq 

məntiqsizlikdir. Xatırladaq ki, Girdimançay hövzəsindən fərqli olaraq Albaniyanın 

qərb  və  yaxud  da  Ģimal-qərb  ərazilərində,  o  cümlədən  ġəmkir,  Tovuz  və  Qazax 

rayonları  ərazilərində  Ġran  mənĢəli  toponimlərin,  etnik  vahidlərin  və  onlara  xas 

olan  mədəniyyətin  hər  hansı  qalıqlarının  olduğu  məlum  deyildir.  Nədənsə,  əksər 

tədqiqatçılar  Girdiman  vilayətini  lokalizə  edərkən  bu  amilləri  də  nəzərə 

almamıĢlar. 

Beləliklə,  yazılı  mənbələrin,  təbii-coğrafi  amillərin,  çoxsaylı  maddi-

mədəniyyət  abidələrinin,  qədim  mənĢəli  toponimlərin  və nəhayət,  ərazinin  etnik-

milli  reallıqlarının  kompleks  Ģəkildə  öyrənilməsi  qədim  Girdiman  vilayətinin 

Azərbaycanın  qərbində,  yaxud  da  Ģimal-qərbində  deyil,  məhz  ġirvan  ərazisində 

olduğunu  söyləməyə  əsas  verir.  Albaniyanın  hərbi-iqtisadi  və  mədəni-siyasi 

həyatında  xüsusilə  mühüm  yeri  olan  bu  vilayətin  əraziləri  ilk  əvvəl  əsasən 

Girdiman  çayı  hövzəsində,  konkret  desək  Ģərqdə  Ağsuçay,  qərbdə  Göyçay  çayı, 

Ģimalda Babadağ silsiləsi, cənubda isə Kür çayına qədər olan əraziləri əhatə edirdi 

(xəritə  2).  VII-VIII  əsrlərdə  Girdiman  feodalları  Albaniyada  siyasi  hakimiyyətə 

nəzarət  edərkən  vilayətin  əraziləri  qonĢu  vilayətlərin,  əsasən  də  Qəbələ  və  ƏrəĢ 

vilayətlərinin əraziləri hesabına daha da geniĢlənib. Mərkəzində Həftəran vadisi və 

Qaraməryəm  tirəsi  duran  bu  ərazilər  cənubda  Kür  çayı,  Ģimalda  və  Ģimal-Ģərqdə 

Çola, qərbdə ġəki (Sakasena), cənub-Ģərqdə isə Paytakaran (Kaspiana) əraziləri ilə 

həmsərhəd  idi  (xərito  3).  Bu  isə  həm  də  Uti  əyalətinin  ġimal  sərhədlərinin,  ayrı-

ayrı  tədqiqatçılar  tərəfindən  bildirildiyi  kimi,  Kür  çayınadək  deyil,  Babadağ 

silsiləsinədək davam etdiyini söyləməyə əsas verir. 

Mehranilərin hakimiyyəti dövründə ölkənin hərbi-siyasi qüdrətinin artması 

bütövlükdə Albaniya ərazilərinin Ermənistan və Ġberiya əraziləri hesabına daha da 

geniĢlənməsi ilə nəticələnib. Fikrimizcə, o dövrdə hakimiyyətə Girdiman feodalları 



62 

 

nəzarət etdiklərinə görə, Albaniya ərazilərinin qərbə doğru geniĢlənməsi Girdiman 



ərazilərinin geniĢlənməsi kimi də baĢa düĢülə  bilərdi. Görünür, Girdiman vilayəti 

ərazilərinin  Albaniyanın  qərbində,  Ermənistan  və  Gürcüstan  sərhədlərinə  yaxın 

ərazilərdə  lokalizəsi  ilə  bağlı  tarixĢünaslıqda,  o  cümlədən  Azərbaycan 

tarixĢünaslığında yer tapmıĢ dolaĢıq mülahizələrin kökündə həm də bu amil durur. 

Erməni  və  gürcü  tarixçiləri  isə  süni  surətdə  yaradılmıĢ  olan  bu  fürsətdən 

yararlanaraq «Girdiman» toponimini «Qardman», «Qardmanadzor», «Qrtman» və 

ya  «Qardabani»  Ģəklində  təqdim  etməklə,  onu  özününküləĢdirməyə  çalıĢıblar. 

Bununla  da  onlar  əslində  Albaniya  ərazilərinə  sahib  durmaq  niyyətində  olublar. 

Çünki Girdiman həm coğrafi baxımdan, həm də hərbi-iqtisadi və siyasi baxımdan 

Albaniya dövlətçiliyinin özəyi hesab olunurdu. Bəli, məhz buna görə də üzdəniraq 

erməni və gürcü tarixçiləri əvvəllər olduğu kimi, bu gün də Girdiman probleminin 

öyrənilməsi,  daha  dəqiq  desək  onun  saxtalaĢdırılması  istiqamətində  çox  ciddi 

surətdə  canfəĢanlıq  etməkdədirlər.  Odur  ki,  Girdiman  vilayəti ərazilərinin  ġirvan 

bölgəsində  lokalizəsinin  elmi  cəhətdən  əsaslandırılması  erməni  və  gürcü 

tarixçilərinin bu məsələyə münasibətdə bütünlüklə tərksilah olunması baxımından 

da çox mühüm elmi və siyasi əhəmiyyət kəsb edir. 

 

 

1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə