AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5.66 Mb.
Pdf просмотр
səhifə5/40
tarix06.07.2017
ölçüsü5.66 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

ÇOLA 

 

Bu  vilayət  Dərbənd  keçidindən  cənuba  doğru  -  BaĢ  Qafqaz  sıra  dağlarının 

Xəzər  dənizinə  doğru  uzanan  hissəsinədək  olan  Xəzərsahili  ərazini  əhatə  edirdi. 

Orada  baĢlıca  olaraq  tabasaranlılar,  albanlar,  çilblər,  silvlər,  leqlər,  maskutlar, 

xəzərlər, hunlar yaĢayırdılar [24, 16]. Albaniyanın özü üçün olduğu kimi, Bizans, 

Sasanilər və Xilafət üçün də Çolaya nəzarətin çox mühüm hərbi-strateji əhəmiyyəti 

var  idi  [157,  80].  Çünki,  köçərilərin  Ģimaldan  olan  hücumları  məhz  bu  ərazidən 

keçirdi.  Elə  bu  səbəbdən  də  imperiyalar  bütün  dövrlərdə  Dərbənd  keçidinin  və 

yaxınlıqdakı  digər  dağ  keçidlərinin  möhkəmləndirilməsinə  xüsusi  önəm  veriblər. 

Qafqazın  ən  böyük  və  ən  əzəmətli  müdafiə  sədləri  məhz  bu  ərazidə  inĢa  edilib. 

Alban, Sasani və Ərəb qarnizonları daimi olaraq həmin keçidlərdə növbə çəkib. 

 

LPĠNA 



 

Çola  ilə  ġəki  arasında  yerləĢdiyi  bildirilir.  Əhalisi  əsasən  albanlardan, 

lpinlərdən  və  leqlərdən  ibarət  idi.  M.Kalankatuklunun  yazdığına  görə,  lpinlər 

Dağıstanın  dağlıq  hissəsində  silvlərlə  -  çilblərlə  qonĢuluqda  yaĢayırdılar  [120]. 



40 

 

S.V.YuĢkov  lpinlərin  Samur  çayının  mərkəzi  və  yuxarı  axarında  [668,  138-139], 



S.T.Yeremyan  [422,  148-149]  və  K.H.Əliyev  [272,  16]  isə  Alazan  çayının 

vadisində  qərar  tutduqlarını  yazırlar.  F.C.  Məmmədova  isə  hesab  edir  ki,  lpinlər 

Samur  çayının  mərkəzi  hissəsindən  Alazan  çayı  vadisinədək  uzanan  bir  ərazidə 

məskunlaĢıblar  [157,  83;  510,  251].  Xatırladaq  ki,  Lpinanın  lokalizəsi  ilə  bağlı 

F.C.Məmmədovanın  fikirləri  bir  qədər  ziddiyyətlidir.  Məsələn,  o  qeydlərinin  bir 

yerində  Lpinanın  Çolanın  qərbində  [24,  16],  baĢqa  bir  yerdə  isə  Ģimal-qərbində 

[157, 83; 510, 251] olduğunu yazır. 

Bəzi müəlliflərə görə, 450-451 və 551-630-cu illərdə qismən müstəqil olan 

Lpina da Çola ilə bərabər Albaniyanın periferiya vilayəti hesab olunurdu [157, 83]. 

Yuxarıda  deyilənlərdən  göründüyü  kimi,  hələlik  Azərbaycan  tarixĢünaslığında 

Lpina  vilayətinin lokalizəsi  ilə  bağlı  yekdil  fikir  yoxdur. Yəni,  bu  vilayətin  eyni 

vaxtda  «Çolanın  Ģimal-qərbində»,  «Çola  ilə  ġəki  arasında»,  «Samur  çayının 

mərkəzi  və  yuxarı  axarında»,  «Alazan  çayının  vadisində»  və  yaxud  da  «Samur 

çayının mərkəzi hissəsindən Alazan çayı vadisinədək uzanan ərazilərdə» olduğuna 

dair mülahizələr buna sübutdur. 

 

KAMBĠSENA 

 

Ġlk mənbələrin demək olar ki, hamısında Kambisenanın Albaniyanın Ģimal-



qərbində, Ġberiya ilə sərhəddə yerləĢdiyi bildirilir. O, Ģimal-qərbdə Alazan və Ġori 

çaylarının orta axarınadək, cənubda Kür çayınadək, Ģərqdə isə Alazan, Ġori və Kür 

çaylarının  qovuĢduğu  yerədək  olan  əraziləri  əhatə  edirdi  [157,  85].  Əhalisinin 

əsasən albanlar, lpinlər, skiflər, saklar və savirlərdən ibarət olduğu bildirilir [157, 

84].  Ərazidə  aparılan  arxeoloji  tədqiqatlar  zamanı  əldə  edilən  zəngin  maddi-

mədəniyyət  qalıqları  orada  yaĢayan  insanların  antik  və  ilk  orta  əsrlərdə  yüksək 

dərəcədə  inkiĢaf  etmiĢ  mədəniyyət  və  təsərrüfata  malik  olduğundan  xəbər  verir 

[227; 229, 433]. 

 

ƏCƏRĠ 

 

Solsahil  Albaniyasında  olduğu  bildirilən  vilayətlərdən  biri  də  Əcəri 



vilayətidir.  Bəzi  mənbələrdə  Eceri  və  ya  Heceri  kimi  adı  çəkilir.  Tədqiqatçıların 

fikrincə,  indiki  Ucar  rayonunun  adı  Əcəri  adının  dəyiĢilmiĢ  formasıdır  [24,  116; 

157, 85]. Çox güman ki, orta əsrlərdə geniĢ yayılan və müasir dövrə qədər yaĢayan 

«ƏrəĢ  mahalı»  məfhumu  bu  zəmində  yaranmıĢdır  [173,  73-75].  Düzən  ġirvanın 

Qarasu  və  Girdiman  çayları  arasındakı  geniĢ  ərazilərini  əhatə  edən  bu  vilayətin 

Ģimalda  Qəbələ,  cənubda  isə  Kür  çayı  ilə  həmsərhəd  olduğu  bildirilir.  Erməni 

mənbələrində  «DəĢt-i  Bazkan»  adlandırılan  Əcəri  M.Kalankatuklu  tərəfindən  də 

xatırlanır.  Onun  yazdığına  görə,  bu  vilayət  qarıĢıq  nikahların  mövcud  olması  ilə 

tanınır [120, 144; 157, 85]. 


41 

 

QƏBƏLƏ 

 

Əcəridən Ģimaldakı ərazilər Qəbələ vilayətinə aid idi. Xalq arasında bu ərazi 



daha  çox  qədim  Qəbələ  mahalı  adı  ilə  tanınır.  Onun  sərhədləri  Ģərqdə  Göyçay, 

qərbdə  DaĢağıl  çayı,  Ģimalda  isə  BaĢ  Qafqaz  silsiləsinədək  davam  edirdi. 

F.C.Məmmədovanın  yazdığına  görə,  «Qəbələ  Lpinadan  cənubda,  Əcəri 

vilayətindən Ģimalda, ġəki və Çola vilayətləri arasındakı ərazini əhatə edirdi» [157, 

85].  Göründüyü  kimi,  F.C.Məmmədovanın  bu  fikrində  də  müəyyən  qədər 

anlaĢılmazlıq var. Yəni, o,  eyni zamanda həm Lpinanı, həm də Qəbələni ġəki ilə 

Çola arasındakı ərazidə lokalizə edir. 

Vilayətin mərkəzi olan Qəbələ Ģəhəri antik və ilk orta əsrlər dövründə həm 

də Albaniyanın paytaxt Ģəhəri olub. Qəbələnin bir müddət hətta Xəzər xaqanlığının 

tərkibində olduğu da ehtimal edilir [628, 254]. Bəzi müəlliflər isə hətta Qəbələnin 

Xəzər  xaqanlığının  paytaxtı  olduğunu  bildirirlər  [422,  130;  476,  298;  628,  254]. 

Alban ArĢakilərindən sonrakı dövrdə Qəbələ Sasani mərzbanlarının qərargahına - 

«Bostan-i mərzban»a çevrilib [628, 253-254]. Qəbələ vilayəti təkcə siyasi-inzibati 

vahid deyil, həm də kilsə-inzibati vahid (yepiskopluq) idi [157, 85]. 

 

ġƏKĠ 

 

Bu vilayətin ərazilərinin lokalizəsi ilə bağlı tarixi ədəbiyyatda kifayət qədər 



ciddi  fikir  ayrılıqları  bu  gün  də  qalmaqdadır.  Z.M.Bünyadovun  qənaətinə  görə, 

ġəki vilayəti Kür çayının sağ, Araz çayının isə sol sahilində - Zəngəzur ərazisində 

yerləĢir  [344,  869-871;  355,  117-119].  Lakin  əksər  müəlliflər  tərəfindən  ġəki 

vilayəti  Albaniyanın  Ģimali-qərbində,  Qafqaz  sıra  dağlarının ətəyində,  Qəbələdən 

Ģimal-qərbdə  lokalizə  edilir  [157,  86;  476,  373;  523,  116].  F.C.Məmmədovaya 

görə,  o,  qərbdə  və  cənub-qərbdə  Kambisena,  Ģimal-qərbdə  Lpina,  cənub-Ģərqdə 

Qəbələ ilə həmsərhəd idi  [157,  86; 628,  49].  Vilayətin  təbii  sərhədlərinin  Ģərqdə 

DaĢağıl  çayı,  qərbdə  Kürmük  çayı,  Ģimalda  Böyük  Qafqazın  Cənub  yamacı, 

cənubda isə Acınohur öndağlığı və ya Kür çayı ilə əhatə olunduğu güman edilir. 

Fikrimizcə,  ġəkinin  lokalizəsindən  bəhs  edən  müəlliflər  Zəngəzur 

ərazisindəki  ġəki  kəndi  ilə  Kürün  sol  sahilindəki  ġəki  vilayəti  və  onun  mərkəzi 

olan ġəki Ģəhərini sadəcə olaraq qarıĢdırırlar. 

ġəki  vilayətində  albanlar  və  utilərlə  yanaĢı,  skif  və  ya  sak  tayfalarının 

nəsillərinin, habelə zekenlərin və xenukların da yaĢadığı ehtimal olunur [24, 17]. 

AraĢdırıcılar  vaxtı  ilə  ġəki  vilayəti  ərazilərinin  də  CavanĢirin,  o  öləndən 

sonra  isə  varisi  Varaz  Tridatın  mülkləri  sırasına  daxil  olduğunu  bildirirlər  [24, 

322].  Bəzi  tədqiqatçılar  isə  hətta  ġəki  hakimi  Səhl  Sumbatın  Mehranilər 

sülaləsindən  olan  Cəsur  Vardanın  kürəkəni  Zərmihrin  nəslindən  olduğunu 

bildirirlər [24, 323]. 


42 

 

ġəki  Albaniyada  xristianlığın  erkən  yayıldığı  ərazilərdəndir.  Təsadüfi 



deyildir  ki,  Qafqazda  ən  qədim  xristian  kilsələrindən hesab  edilən  KiĢ məbədi  də 

məhz  ġəki  ərazisindədir  [24,  18;  157,  95;  463].  Vilayətin siyasi-inzibati mərkəzi 

olan  ġəki  Ģəhəri  VI-VIII  əsrlərdə,  həm  də  kilsə-inzibati  vahidliyi  hesab  edilən 

yepiskopluğa  çevrilib.  682-688-ci  illərdə  isə  ġəki  yepiskopu  Ter-Yeliazar 

Albaniyanın katalikosu olub. 

 

SÜNĠK 

 

Sağsahil Albaniyasındakı inzibati-siyasi vahidlər əsasən əyalətlərdən ibarət 



idi.  Erkən  orta  əsrlərdə  orada  dörd  əyalət  olduğu  bildirilir:  Sünik,  Arsax, 

Paytakaran  və  Uti.  Onlar  da  ayrı-ayrı  vilayətlərə  bölünürdülər.  Bəzi  mənbələrdə 

Sisakan  və  ya  Sisəcan  kimi  adı  çəkilən  Sünik  əyalətinin  Albaniyanın  lap 

cənubunda,  Araz  çayının  sol  sahilində,  Göyçə  gölü  ətrafı  ərazilərdə  olduğu 

bildirilir  [157,  95;  510,  263].  O,  Ģimalda  Arsax  əyaləti,  cənubi-qərbdə  isə 

Ermənistanla  həmsərhəd  idi.  F.C.Məmmədovanın  fikrincə,  «Sünik»  adı 

ĠranmənĢəli «Sisakan»dan daha qədimdir. Onun yazdığına görə, Sisakan adına ilk 

dəfə  Zaxari  Ritorun  qeydlərində  rast  gəlinir.  Qədim  erməni  mənbələrində  də 

Sisakan adına Sünikdən daha sonra təsadüf olunur. N.Adonts «Sünik» adının etnik 

məzmun daĢıdığını ehtimal edir. Fikrimizcə, «Sünik» toponiminin zəmanəmizədək 

gəlib  çatmıĢ  forması  «Sisian»dır.  Məlum  olduğu  kimi  Sünik  və  Sisian  əraziləri 

coğrafi baxımdan da demək olar ki, eyni ərazilərdir. 

Qədim  mənbələrdə  Sünik  əyalətinin  12  vilayətdən  ibarət  olduğu  bildirilir. 

Bəzi müəlliflərə görə, Sünikin siyasi Ģəraitdən asılı olaraq Ermənistana tabe olduğu 

vaxtlar da olub. Lakin Sünikin, ümumiyyətlə Albaniya ərazisi olduğu hətta, bir çox 

erməni tarixçiləri tərəfindən də təsdiq olunur. Məsələn, Sebeosun yazdığına görə, 

571-ci  ildə  Sünik  hakimi  üsyan  edərək  ermənilərdən  ayrılıb.  O,  Ġran  Ģahı 

Xosrovdan  xahiĢ  edib  ki,  Sünik  arxivlərini  Dvindən  Paytakarana  köçürsün  və 

onların üstündən erməni adı götürülsün. Və bu xahiĢ yerinə yetirilib [24, 18]. 

 

ARSAX 



 

AlbanĢünas alimlərin fikrincə, bu əyalətin əraziləri Dağlıq Qarabağın və Mil 

düzünün  bir hissəsini  əhatə  edirdi  [24,  18].  Ġrili-xırdalı  12 vilayətdən ibarət  olan 

Arsax  əhalisini  əsasən  qarqarlar,  utilər,  hunlar,  xəzərlər  və  barsillər  təĢkil  edirdi 

[157,  94].  Sağsahil  Albaniyasının  əyalətlərindən  olan  Arsax  I-VI  əsrlərdə  alban 

ArĢakiləri,  VI-VIII  əsrlərdə  isə  Mehranilər  tərəfindən  idarə  olunmuĢdur  [24,  17; 

157,  87].  Erməni  tarixçiləri  və  siyasətçilərinin  cəhdlərinə  və  uydurmalarına 

baxmayaraq Arsax bütün dövrlərdə Albaniyanın ayrılmaz hissəsi olub. 

 

 


43 

 

PAYTAKARAN 



 

Yunan-Roma  mənbələrində  «Kaspiana»  və  «Paytakaran»,  fars-ərəb 

mənbələrində  «Balasakan»  və  ya  «Balasacan»  kimi  xatırlanan  bu  əyalətin 

Albaniyanın  cənub-Ģərqində  -  Kür  çayından  cənubda  olmaqla  Mil  və  Muğan 

düzlərindən Ģərqdə, Xəzər sahillərinədək olan əraziləri əhatə etdiyi bildirilir [157, 

87-89].  ġirvanın  Xəzərsahili  əraziləri  və  AbĢeron  yarımadasının  da  Paytakaran 

əyalətinə aid olduğu ehtimal edilir. Tarixi mənbələrdə Paytakaran əyalətinin də 12 

vilayətdən ibarət olduğu bildirilir. S.T.Yeremyanın fikrincə, Paytakaran əyalətində 

baĢlıca  olaraq  Ġran  mənĢəli  qəbilələr  və  türklər  məskən  salmıĢdı  [24,  17].  Orada 

həmçinin,  albanların,  kaspilərin,  balasiçilərin,  balasların,  hunların,  xəzərlərin, 

akasirlərin və sair xalqların da yaĢadığı bildirilir [43, 213-219, 226-229; 157, 90]. 

VII-IX  əsrlərdə  Paytakaran  Ģərqdə  kilsəyə  və  ərəb  feodallarına  qarĢı  geniĢ  vüsət 

alan Pavlikan hərəkatının mərkəzinə çevrilib [24, 17-18; 157, 90]. 

 

UTĠ 

 

ġərqdə Paytakaran, cənubda Arsax, Ģimalda Kür çayı, qərbdə isə Ġberiya ilə 



sərhədədək olan əraziləri əhatə edən Uti əyaləti Albaniyanın ən iri siyasi-inzibati 

vahidlərindən biri hesab olunurdu [157, 91]. V əsrdən Albaniyanın paytaxtı, 551-ci 

ildən isə alban katalikosunun iqamətgahına çevrilən Bərdə Ģəhəri də Uti əyalətində 

idi. 630-cu ildən etibarən Albaniyanın böyük knyazları olan Mehranilər də Bərdəni 

özlərinə  paytaxt  elan  ediblər  [20,  113;  24,  18].  Tarixi  mənbələrdə  Uti  əyalətinin 

daha  çox  iki  əsas  vilayətindən  bəhs  olunur.  Bunlar  «Sakasena»  (yunan 

mənbələrində)  -  «ġakaĢena»  (erməni  mənbələrində)  və  «Girdiman»  (irandilli 

mənbələrində) - «Qardman», «Qırtman», «Qaramanadzor» (erməni mənbələrində) 

-«Qardabani» (gürcü mənbələrində) kimi adı çəkilən vilayətlərindən ibarətdir. 

 

GĠRDĠMAN 



 

Girdiman  Qafqaz  Albaniyası  ərazisinin tarixən  formalaĢan,  antik  və  erkən 

orta  əsrlərdə  ölkənin  hərbi-iqtisadi  və  dini-siyasi  həyatında  çox  mühüm  rol 

oynamıĢ olan inzibati-siyasi vahidlərindən biri olub [52, 282-289; 53, 80-88]. Elə 

buna  görə  də  Albaniya  tarixi  ilə  bağlı  yazılı  mənbələrdə  Girdiman  vilayəti, 

Girdiman  knyazlığı,  Girdiman  qalası,  Girdiman  məbədi  və  nəhayət,  Girdiman 

Ģəhəri barədə məlumatlara kifayət qədər tez-tez rast gəlinir [53, 80-88; 120, 17, 33, 

101, 126, 128, 134-135; 43; 157; 631, 38, 162]. 

Azərbaycan tarixĢünaslığında erkən orta əsrlərdə Albaniyanın inzibati-siyasi 

vahidləri  barədə  olan  baĢlıca  elmi  nöqteyi-nəzər  yuxarıda  sadalananlardan 

ibarətdir. Bu Ģərhi uzatmadan, onun detallarına varmadan belə, ayrı-ayrı inzibati-

siyasi vahidlərin lokalizəsi və onların sərhədləri ilə bağlı elmi baxıĢlarda həqiqətən 



44 

 

çox  ciddi  ziddiyyət  və  uyğunsuzluqlar  olduğu  göz  qabağındadır.  Fikrimizcə, 



Azərbaycanın erkən orta əsrlər dövrünün tarixi coğrafiyasının yazılmasında diqqəti 

cəlb edən ən ciddi qüsur və çatıĢmazlıq ilkin mənbə məlumatlarının müasir təbii-

coğrafi  reallıqlarla,  tarixi-arxeoloji  abidələrlə,  qədim  mənĢəli  toponimlərlə, 

müxtəlif  etnik-milli  vahidlərin  məskunlaĢma  arealları  və  nəhayət,  zəngin  folklor 

irsi ilə kifayət qədər əlaqəli Ģəkildə araĢdırılmamasıdır. Bu da ki, əlbəttə, sadalanan 

istiqamətlərdə  elmi  araĢdırmaların  koordinasiya  edilməməsi  ilə  izah  olunmalıdır. 

Fikrimizcə,  ayrı-ayrı  inzibati-siyasi  vahidlərin  tarixi  coğrafiyasını  yazarkən  bu 

amillər mütləq nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, əsrlər, minilliklər dəyiĢsə 

də, təbii-coğrafi oriyentr və sərhədlər əsasən dəyiĢilməz qalıb. Yəni, ən azı son iki 

min  il  ərzində  Azərbaycan  ərazisində  nə  dağların  yerinin,  nə  də  çayların 

istiqamətinin  dəyiĢdiyini, haradasa  aranın  yaylağa,  yaylağın  isə arana  çevrildiyini 

iddia  edən  tapılmaz.  Əksinə, hamı  təsdiq  edər  ki,  elə  o  vaxtdan  Xəzər  dənizi  də, 

Qafqaz  sıra  dağları  da,  Kür  və  Araz  çayları  da,  lap  elə  BaĢ  Qafqazın  Cənub 

yamacından  Kürə  doğru  istiqamətlənən  geniĢ  çay  Ģəbəkəsi  də  öz  əvvəlki  yerini 

əsaslı  Ģəkildə  dəyiĢməyib.  Azərbaycanın  iqtisadi,  siyasi  və  mədəni  həyatında 

aparıcı  rola  malik  olan  Dərbənd,  Qəbələ,  Gəncə,  Bərdə,  Beyləqan,  Naxçıvan, 

ġamaxı, ġabran, Bakı kimi Ģəhərlər də elə əvvəldən harada olubsa, indi də həmin 

yerdədir.  Bütün  bunlar  təbii-tarixi  reallıqlardır.  Və  əgər  qədim  yunan-Roma 

müəlliflərindən,  erməni  tarixçilərindən,  ərəb  coğrafiyaĢünaslarından,  Avropa 

səyyahlarından  hansısa  ömründə  bircə  dəfə  Azərbaycanda  olmadan  kimlərdənsə 

eĢitdiyi məlumatları təhrif olunmuĢ Ģəkildə qələmə alıbsa, bu o demək deyildir ki, 

Azərbaycanda əyalət və ya vilayətlərin sərhədləri, yaxud da ayrı-ayrı Ģəhərlər və ya 

qalalar arasındakı məsafə dəyiĢib və s. Təəssüflər olsun ki, tarixĢünaslığımızda bu 

nüanslar heç də həmiĢə nəzərə alınmayıb. Nəticədə Azərbaycanın bir sıra qədim və 

orta əsr Ģəhərlərinin, qalalarının, hətta, böyük bir ərazini əhatə edən inzibati-siyasi 

vahidlərin lokalizəsində çox ciddi səhvlərə və uyğunsuzluqlara yol verilib. 

Girdiman problemi hələlik milli tarixĢünaslığımızda yetərincə öyrənilməmiĢ 

sahə  olaraq  qalmaqdadır.  Ayrı-ayrı  tədqiqatçıların  bu  problemlə  bağlı  müxtəlif 

vaxtlarda çap olunmuĢ mülahizə və fikirləri isə ötəri və ziddiyyətlidir. Bu da ondan 

irəli  gəlib  ki,  Girdiman  problemi  barəsində  yazanların  əksəriyyəti  orta  əsr 

mənbələrinə,  xüsusən  də  erməni-gürcü  tarixçilərinin  əsərlərinə  istinad  etməklə 

kifayətlənmiĢlər.  Halbuki,  ərazinin  təbii-coğrafi  Ģəraiti,  toponimikası,  əhalinin 

etnik tərkibi, dili, mədəniyyəti və xüsusilə də maddi-mədəniyyət abidələri ilə bağlı 

əsrlər  boyu  dəyiĢilməmiĢ  qalan  təbii-tarixi  reallıqlar  yetərincə  nəzərə  alınmadan 

Girdiman  vilayətinin  tarixi-coğrafiyası  barədə  fikir  söyləmək  əlbəttə,  düzgün 

olmazdı. Elə akademik Z.M. Bünyadov da Girdiman vilayətinin lokalizəsinə dair 

məqaləsində bu amili xüsusi olaraq qeyd edib [349, 87]. Amma təəssüflər olsun ki, 

əvvəllər olduğu kimi, son onilliklərdə də Girdiman probleminin öyrənilməsində bu 

amillər, o cümlədən Azərbaycan ərazisində aparılmıĢ olan geniĢmiqyaslı arxeoloji 

tədqiqatların nəticələri nəzərə alınmamıĢdır. Beləliklə, Girdiman problemi 60-70 il 



45 

 

əvvəl  olduğu  kimi,  bu  gün  də  milli  tarixĢünaslığımızda  çox  ciddi  polemika 



mövzusu  olaraq  qalmaqdadır  [54,  154-163].  Narahatçılıq  doğuran  odur  ki,  bu 

polemika  lap  əvvəldən  bilavasitə  erməni  və  gürcü  alimlərinin  səyləri nəticəsində 

tarixi reallıqlardan uzaq olan qeyri-elmi məcraya yönəldilmiĢdir. Söhbət Girdiman 

ərazilərinin  lokalizəsi  ilə  bağlı  müasir  tarixĢünaslıqda  mövcud  olan  fikir 

ayrılıqlarından gedir. Onları aĢağıdakı kimi qruplaĢdırmaq olar: 

I versiya. Tədqiqatçılardan bir qismi Girdiman ərazilərinin indiki Tovuz və 

Qazax  rayonlarının  sərhədləri  daxilində  olduğunu  bildirirlər.  Özü  də  bu  fikir  ilk 

dəfə  üzdəniraq  qafqazĢünas  alim  S.T.  Yeremyan  tərəfindən  irəli  sürülüb.  Ötən 

əsrin 30-cu illərinin sonlarından baĢlayaraq çap etdirmiĢ olduğu bir sıra məqalə və 

əsərlərində o, əvvəlcə Girdiman qalasının, onun əsasında isə Girdiman vilayətinin 

Albaniyanın qərbində - Ġberiya və Ermənistanla sərhəddə olduğunu əsaslandırmağa 

çalıĢıb [421, 79; 423, 27-30]. 

II  versiya.  Bu  versiyanın  tərəfdarları  Girdiman  vilayətinin  indiki  ġəmkir, 

Gədəbəy və DaĢkəsən rayonları  ərazisində, daha doğrusu, ġəmkirçayın  Ģərq qolu 

olan  Girdiman  çayı  hövzəsində  olduğunu  ehtimal  edirlər.  Xatırladaq  ki,  bu  fikir 

milli  tarixĢünaslığımızda  ilk  dəfə  1958-ci  ildə  nəĢr  olunmuĢ  «Azərbaycan 

tarixi»ndə  öz  əksini  tapmıĢdır.  Orada  deyilir:  «VI  əsrin  sonu  -  VII  əsrin 

əvvəllərində Mehranilər sülaləsinin idarə etdiyi Girdiman hökmdarlığının yüksəliĢi 

nəzərə  çarpırdı.  Onun torpaqları ilk  vaxtlar  ġamxorçayın  (ġəmkirçay  -Q.C.)  Ģərq 

qolu olan Girdiman çayı sahilini əhatə edirdi» [20, 113]. 60-cı illərin ortalarından 

etibarən bu fikir Girdiman ərazilərinin lokalizəsinə dair əsas ehtimal kimi əvvəlcə 

Z.M.Bünyadovun  [349,  88],  onun  ardınca  isə  digər  albanĢünasların  əsərlərində 

[165, 55-56] və nəhayət, Albaniya tarixinə dair ümumiləĢdirici əsərlərdə özünə yer 

alıb [22, 196; 613, 106]. 



III versiya.  Albaniyanın siyasi tarixinin və tarixi coğrafiyasının tədqiqi ilə 

məĢğul  olan  F.C.  Məmmədova  Girdiman  vilayəti  ərazilərini  lokalizə  edərək  belə 

yazır:  «Girdiman  Kürün  sağ  sahilində  yerləĢən  siyasi-inzibati  vahid  kimi  Uti 

əyalətinə  daxil  idi.  Mənbələrdə  bu  vilayət  Qardman  (qədim  erməni  dilində), 

Girdiman (qədim Ġran dilində) və Qardabani (qədim gürcü dilində) adı ilə tanınırdı. 

Bu vilayətin lokallaĢdırılması ilə bağlı üç nəzəriyyə (əgər bunlara nəzəriyyə demək 

mümkünsə  -  Q.C.)  mövcuddur.  Bir  çoxu  onun  Ağsu  və  Girdiman  çayları 

rayonunda  (Ġ.Əliyev,  F.L.Osmanov),  digərləri  müasir  Qazax  rayonu  ərazisində 

(S.T.Yeremyan),  üçüncü  qrup  isə  ġəmkirçay  hövzəsi  ətrafında  və  Gədəbəy 

rayonunda  (Z.M.Bünyadov)  yerləĢdiyini  iddia  edirlər.  Mənə  belə  gəlir  ki, 

Girdiman  vilayəti  Albaniyanın  Ģimal-qərbində,  Kürün  sağ  sahilində,  erməni  və 

gürcü  torpaqları  ilə  sərhəddə  yerləĢmiĢdi»  [157,  92].  O,  daha  sonra  yazır: 

«Girdiman  Albaniya  dövlətinin  qərbində  xüsusi  strateji  əhəmiyyət  kəsb  edirdi» 

[157,  93].  F.C.Məmmədovanın  fikrincə,  «Mehranilər  torpaqlarının  hüdudlarını 

möhkəmlətdikcə  Kürün  sol  sahilinə  doğru  (müasir  Ġsmayıllı  rayonunun  ərazisi), 


46 

 

Göyçay  çayı  -  Girdiman  hövzəsinə  doğru  irəliləyirdilər.  Girdiman  Albaniya 



dövlətinin qərbində xüsusi strateji əhəmiyyət kəsb edirdi» [157, 92-93]. 

F.C.Məmmədovanın  Girdimanın  lokalizəsi  ilə  bağlı  fikirlərindəki  bəzi 

məqamların,  sözsüz  ki,  düzəliĢə  ehtiyacı  var.  Məsələn,  onun  Ģərhindən  anlamaq 

olmur  ki,  ümumiyyətlə,  Girdiman  vilayəti  haradadır.  Yəni,  o,  Girdimanı  eyni 

zamanda  həm  Albaniyanın  qərbində,  həm  də  Ģimal-qərbində  lokalizə  edir. 

F.Məmmədova  dolayısı  yolla  Girdiman  vilayətinin,  həmçinin,  ġirvan  ərazisində 

olması  fikri  ilə  də  razılaĢır.  Guya  ki,  Mehranilər  Albaniyada  siyasi  hakimiyyətə 

nəzarət  etdikləri  dövrdə  Girdiman  əraziləri  Ģərqə  doğru  Ağsuçay-Girdimançay 

hövzəsinədək geniĢlənib. Halbuki, Ġ.Əliyev  və F.Osmanovun fikrincə, Mehranilər 

Albaniyanın  qərbinə  nisbətən  ġirvan  ərazisində  daha  erkən  məskunlaĢıblar  [268, 

201]. 

Bəzi  digər  müəlliflər  kimi,  F.C.Məmmədova  da  hesab  edir  ki,  V  əsrdən 



baĢlayaraq  Girdiman  əhalisi  içərisində  Ġran  elementləri  güclənib.  Bu  isə  əslində, 

birbaĢa  olmasa  da,  dolayısı  yolla  Girdimanın  məhz  ġirvan  ərazisində  olduğunu 

təsdiqləməkdir. Çünki Sasani imperiyasının həyata keçirdiyi köçürmə siyasəti hər 

Ģeydən öncə, məhz köçərilərin Ģimaldan olan basqınlarının qarĢısını almaq məqsədi 

güdürdü. Hansı ki, bu hücum və basqınlar bilavasitə Girdiman əraziləri vasitəsilə 

həyata  keçirilirdi.  Girdimanın  Albaniyanın  qərbində,  yaxud  da  Ģimal-qərbində 

olduğu təqdirdə isə bütün bunlar barəsində danıĢmağa belə dəymir. 

IV  versiya.  Bəzi  tədqiqatçıların,  o  cümlədən  M.X.ġərifli  [223,  91-93]  və 

Q.Ə.Qeybullayevin  [379,  186]  yazdığına  görə,  ilk  orta  əsrlər  dövründə  Albaniya 

ərazisində,  eyni  zamanda  iki  Girdiman  vilayəti  olub.  Onlardan  birinin  ġirvan 

ərazisində,  digərinin  isə  Albaniyanın  qərbində,  daha  doğrusu  indiki  ġəmkir  və 

Gədəbəy rayonları ərazisində olduğu ehtimal edilir. 

Yeri  gəlmiĢkən,  Girdiman  tarixinin  araĢdırılması  və  ərazilərinin  lokalizəsi 

baxımından M.X.ġəriflinin tədqiqatlarının əhəmiyyətini xüsusi olaraq qeyd etmək 

istərdik. Məsələn, onun Girdimanın lokalizəsi ilə bağlı prinsipial əhəmiyyətli belə 

bir qeydi var. Orada deyilir: «Azərbaycan tarixi»nin əlyazmasında (Söhbət yəqin 

ki, 1958-ci ildə nəĢr olunmuĢ üç cildlik «Azərbaycan tarixi»nin I cildindən gedir - 



Q.C.)  Mehranilərin  ilk  dəfə  Albaniyanın  Ģərq  torpaqlarına  gəldikləri  yazıldığı 

halda,  sonradan  səhv  olaraq  Mehranilərin  ilk  dəfə  ġamxor  çayının  Ģərq  qolu 

sahillərinə  gəldikləri  və  burada  Qardman  qalasını  tikdirdikləri  qeyd  edilmiĢdir» 

[223,  92].  Bu  qeyddən  aydın  olduğu  kimi,  hələ  ötən  əsrin  40-50-ci  illərində 

Azərbaycan  tarixçiləri  içərisində  Girdiman  ərazilərinin  məhz  ġirvanda  olduğu 

barədə düĢünənlər və yazanlar olub. Artıq yuxarıda qeyd olunduğu kimi, bu fikir 

hələ 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə Ġnstitutu 

tərəfindən  nəĢr  edilmiĢ  «Azərbaycan  tarixinin  maketi»ndə  də  öz  əksini  tapıb. 

Xatırladaq  ki,  həmin  əsərdə  feodal  dövləti  kimi  təqdim  olunan  Girdiman 

knyazlığının  Girdiman  çayı  sahilləri  boyunca  olan  əraziləri  əhatə  etdiyi  bildirilir 

[511,  49].  Lakin  ermənilərin  və  ermənipərəst  dairələrin  timsalında  həmin  fikrin 


47 

 

əleyhdarları  daha  fəal  olduğundan  uzun  müddət  tarixĢünaslığımızda  Girdiman 



ərazilərinin guya Azərbaycanın qərbində, yəni, indiki ġəmkir, Tovuz və ya Qazax 

rayonları  ərazisində  olmasına  dair  ehtimal  hökmran  olub.  Görünür,  bu  məsələdə 

Moskvanın  həlledici  təsiri  olub.  Ola  bilsin  ki,  1958-ci  ildə  nəĢr  olunan 

«Azərbaycan  tarixi»nin  ilkin  variantı  Moskva  ilə  razılaĢdırılarkən  məhz 

S.T.Yeremyanın  təkidi  ilə  orada  müvafiq  düzəliĢ  edilib.  Yəni,  erməni  alimi 

Girdiman  vilayətinin  lokalizəsi  ilə  bağlı  Azərbaycan  tarixçilərinin  fikrinin 

üstündən  xətt  çəkərək  özünün  əvvəllər  dərc  etmiĢ  olduğu  ehtimalını  oraya  əlavə 

edib [423, 27-30]. Beləliklə də, o vaxtdan etibarən «Azərbaycan tarixi» kitablarının 

müxtəlif müəlliflər heyəti tərəfindən hazırlanaraq çap edilən bütün nəĢrlərində bu 

ehtimal əsas götürülüb. 

Q.Ə.Qeybullayevin  yazdığına  görə,  Gəncə-Qazax  zonasını,  VII  əsrdən 

etibarən isə Qazax-Ağstafa zonasını əhatə edən Sakasena da Girdiman vilayəti və 

knyazlığının tərkibinə daxil idi, hansı ki, o yerlərdə albanlardan savayı, həmçinin, 

udinlər və saklar da yaĢayırdı [379, 88-90]. 

Bəli, müəyyən tarixi dövrlərdə həqiqətən də Sakasena ərazilərinin bir qismi, 

həm  də,  ola  bilsin  ki,  böyük  bir  qismi  Girdiman  feodallarının  təsiri  altında  olub. 

Amma  bu  nə  Girdiman,  nə  də  Sakasenanın  Albaniyanın  ucqar  qərbində 

lokalizəsinə əsas vermir. Yeri gəlmiĢkən elə sakların və udinlərin Albaniyanın qərb 

ərazilərində  məskunlaĢdığını  təsdiqləyən  dəlillərin  də  yetərincə  olduğunu  demək 

çətindir. Əksinə, bizə belə gəlir ki, udinlərin məhz indi yaĢadıqları Qəbələ və Oğuz 

rayonlarının  ərazisi  ilə  bağlılığı  üzərində  düĢünmək  üçün  daha  ciddi  əsaslar 

mövcuddur.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  Mehranilərin  nüfuzunun  artdığı 

vaxtlarda  ən  azı  DaĢağıl  çayınadək  olan  həmin  ərazilər  də  Girdiman  vilayətinin 

tərkibində  olubdur.  Yalnız  bu  halda  Q.Ə.Qeybullayevin  udinlərin  Girdiman 

ərazilərində də yaĢadığına dair fikri ilə razılaĢmaq olar. 

Yeri  gəlmiĢkən  onu  da  bildirək  ki,  Q.Ə.Qeybullayevin  Girdiman  tarixi  ilə 

bağlı  baxıĢlarında  ziddiyyətli  məqamlar  çoxdur  və  onların  xeyli  qismi  ilə  əsla 

razılaĢmaq  olmaz.  Məsələn,  o  yazır:  «Erkən  orta  əsrlərdə  Girdiman  knyazlığı 

mövcud  olub,  hansı  ki,  hökmdar  CavanĢirin  hakimiyyəti  dövründə  o,  bütün 

Albaniyanı əhatə edib. Girdiman qalası da orada yerləĢib... Bu qala ġamxorçayın 

qolu olan Girdiman çayının sol sahilində yerləĢir, hansı ki, XIX əsrin sonlarınadək 

Qırtman  adı  ilə  xarabalıqları  mövcud  olub»  [379,  187].  Q.Ə.Qeybullayevin 

yazdığından belə çıxır ki, Girdiman knyazlığı bütün Albaniyanı əhatə edib. Əslində 

isə Albaniyanı əhatə edən Girdiman knyazlığı deyil, CavanĢirin hakimiyyəti idi. 

Q.Ə.Qeybullayev  Girdiman  dövləti,  knyazlığı  və  vilayəti  anlayıĢlarını heç 

də həmiĢə yerli-yerində iĢlətməyib. Ən baĢlıcası isə onun qeydlərində Girdimanın 

sadəcə olaraq Albaniya dövlətinin inzibati-siyasi vahidlərindən biri olduğu nəzərə 

alınmayıb. Təəssüflər olsun ki, bu məfhumların yerli-yerində iĢlədilmədiyinə digər 

albanĢünas alimlərin əsərlərində də rast gəlirik. 


48 

 

Q.Ə.Qeybullayevin yazdıqları əsasında Girdiman qalasının harada olduğunu 



müəyyənləĢdirmək  qeyri-mümkündür.  Yəni,  müəllifin  «orada»  deyərkən,  məhz 

haranı  nəzərdə  tutduğu  bəlli  deyil.  Onun  Ġbn  Xordadbehə  istinadən  Girdiman 

qalasını ermənilərə aid etməsi fikri ilə də razılaĢmaq olmaz [379, 187]. Əvvəla ona 

görə  ki,  «Qırtman»  qalasının  məhz  Girdiman  qalası  olduğu  hələ  ki,  heç  kəs 

tərəfindən  sübuta  yetirilməyib.  Ġkincisi,  Ġbn  Xordadbehin  qeydlərində  çox  Ģey 

qarıĢdırıldığından,  dolaĢdırıldığından,  təhrif  olunmuĢ  vəziyyətdə  təqdim 

olunduğundan  onun  hər  hansı  bir  qalanın  yeri  və  kimlərəsə  mənsubluğu  barədə 

yazdıqlarını  da  ciddi  arqument  kimi  qəbul  etmək  düzgün  olmazdı.  Nəhayət, 

Q.Ə.Qeybullayevdən  gətirdiyimiz  iqtibasın  sonuncu  cümləsində  ifadə  olunmuĢ 

fikrin  birinci  hissəsi  Z.M.Bünyadova,  ikinci  hissəsi  isə  M.Barxudaryana 

məxsusdur.  Bu  fikirlər  Q.Ə.Qeybullayevin  mətnində,  sadəcə  olaraq,  bir  qədər 

təhrif  olunmuĢ  vəziyyətdə  təqdim  olunub  və  görünür  elə  bu  səbəbdən  də  həmin 

müəlliflərə  istinad  edilməyib.  Xatırladaq  ki,  M.Barxudaryan  tərəfindən 

xarabalıqları  XIX  əsrin  sonlarınadək  qaldığı  bildirilən  Girdiman  qalası həqiqətən 

də Girdiman çayının sol sahilində olmaqla Ağsu rayonu ərazisindədir. 

Q.Ə.Qeybullayevin  Girdiman  vilayətinin  Ģərq  sərhədlərinin  Kürəkçayadək 

uzandığını  yazarkən  hansı  məntiqə  və  hansı  mənbəyə  əsaslandığı  da  bəlli  deyil. 

Çünki Girdimanı Albaniyanın qərb ərazilərində lokalizə edən müəlliflər belə onun 

Ģərq sərhədlərinin Kürəkçayadək davam etdiyini söyləməyiblər. 

Q.Ə.Qeybullayevin  mətnində  Girdiman  ərazilərinin  lokalizəsi  ilə  bağlı 

prinsipial  əhəmiyyəti  olan  daha  bir  məqama  da  diqqəti  cəlb  etmək  istərdik.  O, 

alban tarixçisi M.Kalankatukluya istinadən yazır: «VI əsrin sonlarında Sasani çarı 

Xosrov  ƏnuĢirəvanın  qohumu  Mehran  Albaniyanın  qərbinə,  Girdiman  vilayətinə 

köçdü»  [379,  188].  Məlumat  üçün  bildirək  ki,  M.Kalankatuklunun  mətnində 

Mehranın  30  minlik  ailə  ilə  «Albaniyanın  qərbinə»  deyil,  sadəcə  olaraq, 

Albaniyaya  gəldiyi  bildirilir.  Görünür,  Q.Ə.Qeybullayev  bilərəkdən  və  məqsədli 

Ģəkildə  «Albaniya  tarixi»nin  mətninə  belə  bir  «əlavə»  edib.  Bununla  da  o, 

Girdiman  vilayətinin  Albaniyanın  qərbində,  daha  doğrusu,  Ermənistana  bitiĢik 

ərazidə olduğunu əsaslandırmaq niyyəti güdüb. Lakin o unudub ki, Mehran Ġrandan 

qaçarkən  xəzərlərlə  birləĢmək  niyyətində  idi.  Bunun  üçün  isə  o,  Albaniyanın 

qərbinə  deyil,  Ģimal  istiqamətində  hərəkət  etməli  idi.  Çünki  xəzərlər  Albaniya 

ərazilərinə məhz Ģimal istiqamətindən daxil olurdular [54, 153]. 





Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə