AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu


GĠRDĠMAN TARĠXĠ AZƏRBAYCAN MĠLLĠ TARĠXġÜNASLIĞINDA



Yüklə 5.66 Mb.
Pdf просмотр
səhifə4/40
tarix06.07.2017
ölçüsü5.66 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

GĠRDĠMAN TARĠXĠ AZƏRBAYCAN MĠLLĠ TARĠXġÜNASLIĞINDA 

 

Ötən  əsrin  20-ci  illərindən  baĢlayaraq  Girdiman  problemi  nəhayət  ki, 

Azərbaycan  tarixçilərinin  də  diqqətini  cəlb  etməyə  baĢlayıb.  Məsələn,  professor 

B.Miller  ġərqi  Qafqazda  tatların  məskunlaĢma  tarixini  araĢdırarkən  Girdiman 

probleminə də toxunub. 1929-cu ildə nəĢr etdirdiyi məqalələrindən birində o, belə 

yazır: «Bir vaxtlar dağlıq Lahıc əraziləri Albaniyanın Girdiman knyazlığı tərkibinə 

daxil idi. Girdiman çayı hövzəsi boyunca olan onlarla kənd, o cümlədən Lahıc da 

bu knyazlığa aid idi» [520, 14]. Mehdixan Vəkilovun 1943-cü ildə nəĢr olunmuĢ 

kiçik  həcmli  «CavanĢir»  əsəri  də  Girdiman  ərazilərinin  lokalizəsi  baxımından 

əhəmiyyətlidir. 

Əsərdə 

deyilir: 



«VII 

əsrdə 


Azərbaycanın 

qüdrətli 

hökmdarlıqlarından  biri  olan  Girdiman  hökmdarlığı  təxminən  indiki  ġamaxının 

Ģimal  tərəflərini,  Ġsmayıllı  rayonunun  Girdiman  çayı  ətraflarını,  nəhayət, 

Girdimandan  cənuba  doğru  Bərdə  ərazisini  əhatə  edən  bu  sahədə  mövcud 

olmuĢdur. Talıstan dağlarında (Ġsmayıllı rayonu) indi də qalan qədim istehkamlar 

və  qala  xarabaları  o  günlərdən  yadigardır»  [233,  5].  Milli  tarixĢünaslığımızda 

Girdiman tarixindən  qismən  də  olsa  bəhs  olunan  ilk  ümumiləĢdirici əsər 1954-cü 

ildə Akademiyanın Tarix və Fəlsəfə Ġnstitutu tərəfindən nəĢr  edilən «Azərbaycan 

tarixinin  maketi»  əsəridir  [511,  49,  55-56].  Maraqlıdır  ki,  həmin  əsərdə  də 

Girdiman ərazilərinin məhz ġirvan bölgəsində olduğu bildirilir. 

Arxeoloq  Ö.ġ.Ġsmizadə  1956-cı  ildə  çapdan  çıxan  «Yaloylutəpə 

mədəniyyəti»  adlı  monoqrafiyasında  Kür  çayının  sol  sahilindəki  Ģəhər-qalalar 

sırasında  Girdiman  qalasının  adını  çəkir  [438,  79].  Lakin,  nədənsə,  sonralar  bu 

problemlə  məĢğul  olan  müəlliflər  B.Millerin,  M.Vəkilovun  və  Ö.ġ.Ġsmizadənin 

Girdimanın lokalizəsi ilə bağlı fikirlərinin üstündən sükutla keçiblər. 

Öz araĢdırmalarında, yeri gəldikcə, Girdiman tarixinin bir sıra məsələlərinə 

münasibət bildirmiĢ olan tədqiqatçılardan birisi M.X.ġəriflidir. O, 1960-cı ildə dərc 

olunmuĢ məqalələrindən birində orta əsr mənbələrinin məlumatlarını yada salaraq 

belə  yazır:  «Girdiman  haqqında  əl-Bəlazuri,  əl-Təbəri,  Ġbn  Fəqih,  «Hüdud  əl-

aləm»,  «Ağvan  tarixi»nin  müəllifi,  Xaqani,  Fələki  və  baĢqa  müəlliflər  məlumat 

verirlər. «Hüdud əl-aləm»in, Xaqani, Fələki və baĢqa müəlliflərin göstərdiklərinə 

görə, Girdiman qalası və Ģəhəri ġirvan ərazisində olmuĢdur». O, daha sonra yazır: 

«Albaniya  tarixi»ndən  aydın  olur  ki,  Xəzər  ölkəsinə  getmək  istəyən  Mehran 



33 

 

Girdiman vilayətinin dağlıq hissəsində məskən salmıĢ və sonra da ölkənin nisbətən 



Ģimal  ərazilərinə  çəkilmiĢdir.  Onun  sələfləri  uzun  müddət  «Albaniyanın  Ģərq 

tərəfində  hakimiyyət  sürmüĢlər»  Beləliklə,  ilk  Mehranilər  Albaniyanın  Ģərq 

tərəfində  olan  ġirvan  Girdimanında  hakimiyyət  sürmüĢ  və  Girdiman  qalasını 

tikdirmiĢlər» [223, 91-93]. 

Milli  tarixĢünaslığımızın  inkiĢafında  xüsusi  xidmətləri  olan  akademik 

Z.M.Bünyadovun tədqiqatlarında Albaniya probleminin iĢıqlandırılması önəmli yer 

tutur  [346;  347;  356].  Əslində,  Girdimanın  Albaniyanın  qərbində  olduğuna  dair 

ehtimalın əsas müəlliflərindən biri də məhz akademik Z.M.Bünyadov olub. O, bu 

ehtimalı  ilk  dəfə  1964-cü  ildə  nəĢr  etdirdiyi  «Albanika»  adlı  məqaləsində 

əsaslandırmağa  cəhd  edib  [349].  Xatırladaq  ki,  bu,  Azərbaycan  tarixĢünaslığında 

bilavasitə Girdiman probleminə həsr edilmiĢ ilk məqalə idi. Ümumən üç bölmədən 

ibarət  olan  bu  məqalənin  birinci  bölməsi  Girdiman  vilayətinin  lokalizəsinə  [349, 

87-88],  ikinci  bölməsi  Girdiman  qala-Ģəhərinə  [349,  89-90],  üçüncü  bölməsi  isə 

Girdimanın sahibi və Albaniya knyazları olan Mehranilərə həsr edilib [349, 90-92]. 

Məqalə əsasən aĢağıdakı tezislər üzərində qurulub: 

1.

 



Bu  və  ya  digər  orta  əsr  abidəsinin  yerinin  müəyyənləĢdirilməsi  üçün 

yazılı  mənbələrdən  savayı  çoxsaylı  digər  faktorlar,  xüsusən  də  arxeoloji 

tədqiqatların  nəticələri  nəzərə  alınmalıdır  [349,  87].  Hələlik  ərazi  arxeoloqlar 

tərəfindən  öyrənilmədiyindən  məqalədə  yalnız  yazılı  mənbələrin  məlumatları  və 

toponimlər əsasında  Girdiman  tarixinə  dair  mülahizə  yürüdüldüyü  bildirilir  [349, 

87]. 


2.

 

Girdiman  vilayətinin  lokalizəsi  tarixçilər  üçün  daim  mübahisə  obyekti 



olub. Bəziləri onun indiki ġəmkir rayonu, digərləri isə Ġsmayıllı rayonu zonasında 

olduğunu  bildirirlər.  Onu  gürcü  vilayəti  Qardabani  ilə  qarıĢıq  salanlar  da  az 

olmayıb [349, 87-88]. Halbuki, hətta erkən gürcü mənbələrinin özündə belə həmin 

vilayətlər  ayrı-ayrı  inzibati-ərazi  vahidləri  kimi  təqdim  olunub  [349,  88]. 

Z.M.Bünyadovun  fikrincə,  Girdimanın  Ģərq  sərhədi  Gəncəçaya,  qərb  sərhədi  isə 

siyasi  Ģəraitdən  asılı  olaraq  dəyiĢsə  də,  əslində  Ağstafa  çayınadək  dəyiĢilməz 

qalırdı [349, 87-88]. 

Z.M.Bünyadov  Girdiman  qalasının  ġirvan  ərazisində  olduğuna  dair 

ehtimala da münasibət bildirib. O, bu barədə belə yazır: «Girdiman qalasını indiki 

Ġsmayıllı  rayonunun  Talıstan  kəndi  yaxınlığındakı  CavanĢir  qalası  ilə 

eyniləĢdirməklə  Girdiman  vilayətinin  Ağsu,  Ġsmayıllı  və  Kürdəmir  rayonları 

ərazisindən  keçən  Girdiman  çayı  hövzəsində  olduğuna  dair  ehtimal  da  var.  Bu 

ehtimal XII əsrdə yaĢamıĢ Ģair Fələki ġirvaninin ġirvanĢah III Mənuçöhr tərəfindən 

ġirvanda  Girdiman  qalası tikməsi  (bərpa  etməsi  -  Z.B.)  barədəki məlumatı ilə  də 

təsdiqlənir [42, 152]. 

Z.M.Bünyadov,  həmçinin,  M.Barxudaryanın  Girdiman  qalasının  Ağsu 

Ģəhəri  xarabalıqlarının  qərbində,  Girdiman  çayının  sol  sahilində  olması  və  onun 

xarabalıqlarının XIX əsrədək qaldığı barəsindəki qeydlərini də yada salır [349, 90]. 



34 

 

Maraqlıdır  ki,  digər  tədqiqatçıları  da  M.Barxudaryanın  Girdiman  barəsindəki 



məlumatlarının daha əsaslı olduğuna inandırmağa çağıran [342, 90] Z.M.Bünyadov 

özü Girdimanın lokalizəsi ilə bağlı belə yazır: «Biz belə hesab edirik ki, Mehrani 

Cəsur Vardanın 480 və ya 570-ci illərdə üç il ərzində tikdirdiyi» Girdiman qalası 

məhz  budur»  [349,  90].  Lakin  nədənsə  sonradan  o,  bu  fikri  nəinki  inkiĢaf 

etdirməyib,  əksinə,  heç  bir  ciddi  arqument  irəli  sürmədən  yenidən  Girdiman 

vilayətinin Albaniyanın qərbində - ġəmkirçay hövzəsində olması ehtimalı üzərində 

dayanıb  [349,  88].  Və təbiidir  ki,  o  vaxtdan  etibarən  Girdiman tarixinə  müraciət 

edən müəlliflərin demək olar ki, hamısı, o cümlədən müxtəlif vaxtlarda nəĢr olunan 

«Azərbaycan tarixi» kitablarının müəllifləri də daha çox, məhz ona istinad ediblər 

[20, 113]. 

Yuxarıda artıq  qeyd  olunduğu  kimi  Z.M.Bünyadovun  məqaləsinin  üçüncü 

bölməsi  Mehranilərə  həsr  olunub.  Burada  Mehranilərin  mənĢəyi,  onların 

Albaniyaya  gəlməsi,  əvvəlcə  Girdiman  vilayətində,  daha  sonra  isə  bütövlükdə 

Albaniyada hakimiyyəti ələ keçirmələri barədə alban tarixçisi M.Kalankatuklunun 

məlumatları  əsasında  mülahizələr  bildirilib.  Yekun  qənaəti  isə  belədir:  «VII-IX 

əsrlərdə Girdiman knyazları həm də Albaniyanın knyazı olub. Girdiman vilayətinin 

əraziləri isə Mehranilərin bilavasitə Ģəxsi mülkü olub» [20, 91]. 

1965-ci ildə çapdan çıxan və milli tarixĢünaslığımızda sözün əsil mənasında 

hadisə  kimi  qarĢılanan  «Azərbaycan  VII-IX  əsrlərdə»  [43]  adlı  fundamental 

monoqrafiyasında  Z.M.Bünyadov  Girdiman  ərazilərinin  lokalizəsi  üzərinə 

qayıtmasa  da,  onun  siyasi  tarixi,  təsərrüfatı,  mənəvi  və  mədəni  həyatına  dair  bir 

sıra məsələlərə ilk dəfə olaraq aydınlıq gətirməyə cəhd göstərib. Beləliklə də, milli 

tarixĢünaslığımızda  ilk  dəfə  olaraq  məhz  o,  Azərbaycan  tarixində  Girdiman 

vilayətinin  yeri  və  rolunu  müəyyən  etməyə  çalıĢıb  [43,  49-63,  142]. 

AlbanĢünaslığa  yeni  və  həm  də  sanballı  töhfə  olan  bu  əsəri  ilə  akademik 

Z.M.Bünyadov  sovet  tarixĢünaslığında  ilk  dəfə  olaraq  erməni  qaragüruhuna 

sarsıdıcı zərbə endirmiĢ oldu. Bu, ermənilərin uzun illər ərzində Albaniya tarixinə 

dair  yazdıqları  və  yazmaqda  davam  etdikləri  hədyanlara  Azərbaycan  tarixçiləri 

tərəfindən verilən ilk tutarlı cavab idi. Həm də bu zərbə o dərəcədə sarsıdıcı oldu 

ki, ermənilər Azərbaycanın erkən orta əsrlər tarixinin dayaq nöqtəsi və bel sütunu 

hesab edilən həmin əsərə və onun müəllifinə qarĢı elan etdikləri səlib müharibəsi 

bu gün də davam etməkdədir. 

Akademik  Z.M.Bünyadovun  monoqrafiyası  iĢıq  üzü  gördükdən  sonra 

erməni  qaragüruhunun  Azərbaycana  və  onun  qədim  tarixinə  qarĢı  yönəlmiĢ  ifrat 

millətçi-separatçı  çıxıĢlarının  yeni,  daha  davakar  mərhələsi  baĢlanıb.  Beləliklə, 

keçən  əsrin  60-cı  illərindən  baĢlayaraq  ermənilərin  Albaniya  tarixinə  dair  yeni 

konsepsiyası  dövriyyəyə  buraxılır.  «Yeni nöqteyi-nəzər» nəzəriyyəsi  kimi  təqdim 

olunan  bu  konsepsiyaya  görə  Albaniya  dövlətçiliyinin,  alban  mədəniyyətinin  və 

alban  yazısının  mövcudluğu  danılır.  A.ġ.Mnatsakyanın  1969-cu  ildə  Ġrəvanda 

çapdan  çıxan  «Qafqaz  Albaniyasının  ədəbiyyatı  haqqında»  [527]  monoqrafiyası 



35 

 

mayasında  büsbütün  saxtakarlıq,  qərəzkarlıq  və  Azərbaycana  qarĢı  ərazi iddiaları 



duran  bu  qeyri-elmi  konsepsiyanın  ifrat  nümunəsi  kimi  dəyərləndirilə  bilər.  Bəri 

baĢdan  deyək  ki,  digər  erməni  müəllifləri  kimi,  «yeni  nöqteyi-nəzərin»  müəllifi 

A.ġ.Mnatsakyan  da  öz  əsərində,  xüsusilə  də  onun  giriĢ  hissəsində  Girdiman 

tarixinə kifayət qədər geniĢ yer verib [527, 7-64]. O, Koryunun, Favstos Buzandın, 

Sebeosun,  YeqiĢenin,  Moisey  Xorenlinin,  Musa  Kalankatuklunun  Girdiman 

tarixinə  dair hamıya  məlum  fikirlərini  təhrif  etmək, daha  doğrusu, ifrat  dərəcədə 

erməniləĢdirmək istiqamətində sələflərini və həmkarlarını xeyli geridə qoymuĢdur. 

Ġfrat  erməni  mövqeyindən  yazılmasına  baxmayaraq,  onun  əsərində  Girdiman 

tarixinin  araĢdırılması  baxımından  əhəmiyyət  kəsb  edən  məqamlar  da  az  deyil. 

Məsələn,  A.Mnatsakyanın  fikrincə  M.Kalankatuklunun  «Albaniya  tarixi»  əsəri 

Girdiman tarixinə dair yeganə ilk mənbədir [527, 53]. Onun «Girdiman havarının 

Albaniyanın  mərkəzində  olmasına  dair»  [527,  54]  fikri  də  maraq  doğurur.  Və 

nəhayət, A.Mnatsakyana görə, Mehranilərin belə bir «möhkəmləndirilmiĢ» ərazidə 

qərarlaĢması  da  təsadüfi  olmayıb  [527,  54].  Bütövlükdə  götürüldükdə  isə 

A.Mnatsakyanın  xəstə  mülahizələri  elmi  prinsiplərə  və  sağlam  məntiqə 

əsaslanmadığından onların təhlil və təftiĢi üzərində ayrıca dayanmağa dəyməz. 

SSRĠ rəhbərlərinin  ölkədə xalqlar dostluğunun təntənəsini az qala hər gün 

bayram etdiyi bir vaxtda, qonĢu respublikaya, onun tarixinə və mədəni irsinə qarĢı 

iftira və böhtanlarla dolu olan belə bir ziyankar əsərin çap olunması sözsüz ki, bir 

daha  ermənilərin  kimliyindən  və  mənfur  niyyətlərindən  xəbər  verən  həyəcan 

siqnalı  idi.  Lakin  SSRĠ-nin  o  zamankı  rəhbərləri  də,  onları  ideoloji  cəhətdən 

silahlandırmalı olan rus-sovet tarixçiləri də sanki bütün bunlardan xəbərsiz kimi bu 

dəfə də susmağa üstünlük verdilər. 

A.Mnatsakyanın  və  onunla  eyni  cəbhədə  çalıĢan  çoxsaylı  digər  erməni 

siyasətçi  və  tarixçilərinin  qərəzli  və  sərsəm  mülahizələrinə  münasibətdə 

Azərbaycan  albanĢünasları  susmasalar  da,  hər  halda,  onların  uydurmalarını  daĢ-

qalaq etməyə də tələsmədilər. Bununla da onlar əslində, təftiĢçiliklə deyil, sırf elmi 

araĢdırmalarla məĢğul olduqlarını bir daha təsdiq etmiĢ oldular. Z.M.Bünyadovun, 

Ġ.H.Əliyevin,  N.M.Vəlixanlının,  K.H.Əliyevin,  T.M.Məmmədovun,  F.C.Məmmə- 

dovanın,  Ġ.A.Babayevin,  Q.Ə.Qeybullayevin,  C.Ə.Xəlilovun,  F.L.Osmanovun  və 

baĢqalarının 70-90-cı illərdə çapdan çıxan sanballı tədqiqat əsərləri buna sübutdur. 

Ġ.H.Əliyevin və F.L.Osmanovun 1975-ci ildə «Советская археология» jurnalında 

dərc  edilmiĢ  məqalələrindəki  bir  qeyd  Girdiman  vilayəti  ərazilərinin  lokalizəsi 

baxımından  xüsusilə  əhəmiyyətlidir.  Orada  deyilir:  «Biz  Girdiman  vilayətinin 

Qazax-ġəmkir  rayonları  ərazisində  olduğunu  istisna  etmədən,  həm  də  belə  hesab 

edirik  ki,  Mehranilərin  ən azı  erkən  dövr  fəaliyyətini  Ġsmayıllı  rayonu  ərazisi  ilə 

əlaqələndirmək  baxımından  da  kifayət  qədər  əsas  vardır»  [268,  201].  Məqalə 

müəllifləri həmin əsaslar sırasında Girdiman çayının, Girdiman qalasının, CavanĢir 

qalasının  adını  çəkir  və  bütün  bunların  Girdimanın  məhz  ġirvan  ərazisində 

lokalizəsinə dəlalət etdiyini bildiriblər [268, 201]. 



36 

 

Fikrimizcə, Girdiman vilayəti ərazilərinin lokalizə olunması baxımından bu 



arqumentlər həqiqətən çox ciddi və tutarlı arqumentlərdir. Onları nəzərə almadan, 

ümumiyyətlə,  Girdiman  problemi  barədə  danıĢmağa  dəyməz.  Əfsuslar  olsun  ki, 

uzun  illər  ərzində  Girdiman  problemi  ilə  bu  və  ya  digər  formada  məĢğul  olan 

müəlliflərin  demək  olar  ki, əksəriyyəti  bu  arqumentlərin  üzərindən  sadəcə  olaraq 

sükutla ötüblər. 

F.C.Məmmədovanın 1985-ci ildə çapdan çıxan «Albaniyanın siyasi tarixi və 

tarixi  coğrafiyası»  adlı  monoqrafiyasında  Albaniyanın  digər  vilayətləri  kimi, 

Girdiman vilayətinin tarixinə də kifayət qədər ətraflı toxunulmuĢdur [157, 92-94]. 

Qədim  və  orta əsr  mənbələri müqayisəli  Ģəkildə araĢdırılmaqla  bir  çox  prinsipial 

məqamlara  aydınlıq  gətirilmiĢdir.  Lakin  özündən  əvvəlki  əksər  müəlliflər  kimi, 

F.C.Məmmədova  da  Girdiman  ərazilərini  lokalizə  edərkən  bir  sıra  çox  ciddi 

faktorları nəzərə almadığından nəticə etibarı ilə mübahisəli və ziddiyyətli fikirlər 

söyləyib.  Xüsusilə  də  onun  2005-ci  ildə  çapdan  çıxan  «Qafqaz  Albaniyası  və 

albanlar»  adlı  irihəcmli  monoqrafiyası  elmi  ictimaiyyət  tərəfindən  çox  ciddi 

müzakirə  və  diskussiyalara  səbəb  olmuĢdur.  F.C.Məmmədovanın  Albaniya 

tarixinin  ayrı-ayrı  məsələlərinə  dair  mülahizə  və  baxıĢları  Azərbaycan 

cəmiyyətində  kifayət  qədər  sərt  reaksiya  doğurmuĢdur.  Bu  mənada  görkəmli 

filosof  Z.Quluzadənin  konseptual  baxımdan  mühüm  əhəmiyyət  kəsb  edən 

məqaləsini xüsusi olaraq qeyd etmək lazımdır. Hansı ki, həmin məqalədə qaldırılan 

məsələlər  bütövlükdə  Girdiman  tarixinin  öyrənilməsi  baxımından  da 

əhəmiyyətlidir [469]. 

AlbanĢünaslığa  dair  çap  olunan  bir  sıra  məqalə  və  əsərlər  müəllifi 

Q.Ə.Qeybullayevin  1991-ci  ildə  nəĢr  olunmuĢ  «Azərbaycanlıların  etnogenezinə 

dair»  monoqrafiyasının  əhəmiyyəti  və  üstünlüyü  ondadır  ki,  müəllif  Girdiman 

tarixinə dair xeyli ədəbiyyat və mənbə məlumatlarını toplayaraq, araĢdıraraq onlara 

münasibət bildirib [379, 186-188]. Lakin nəzərə almaq lazımdır ki, onun Girdiman 

tarixi  ilə  bağlı  baxıĢları  xeyli  dərəcədə ziddiyyətlidir.  Yəni,  bəzi  digər  müəlliflər 

kimi, Q.Ə.Qeybullayev də belə hesab edir ki, orta əsrlərdə eyni zamanda Albaniya 

ərazisində iki Girdiman vilayəti olub [379, 186]. Onlardan birisi guya ġəmkir və 

Gədəbəy rayonları ərazisini əhatə edən ġəmkirçay və Gəncəçay hövzəsində, digəri 

isə  Dağlıq  ġirvanda  -  Girdimançay  hövzəsində  olub  [379,  186]. 

Q.Ə.Qeybullayevin «Girdiman» və «Qardabani» toponimlərindəki zahiri oxĢarlığı 

əsas  götürərək  onları  eyniləĢdirməsi  və  bu  məntiqlə  də  Girdiman  vilayətini 

Albaniyanın  Ermənistan  və  Gürcüstanla  sərhədində  lokalizə  etməsi  fikri  ilə  də 

razılaĢmaq  olmaz  [379,  187].  Təkrarən  bildiririk  ki,  qədim  gürcü  mənbələrinin 

özündə  belə həmin  vilayətlər  ərazi  baxımından heç  bir  əlaqəsi  olmayan  ayrı-ayrı 

vahidlər  kimi  təqdim  olunur.  Yeri  gəlmiĢkən  onu  da  xatırladaq  ki, 

Q.Ə.Qeybullayevin  «Girdiman»  toponiminin  izahına  dair  mülahizələri  də  əsassız 

və ziddiyyətlidir [379, 187]. 


37 

 

Görkəmli  mənbəĢünas  alim  akademik  N.M.Vəlixanlının  tədqiqatlarında 



Girdiman  tarixinin  ayrı-ayrı  prinsipial  məqamlarına  da  münasibət  bildirilmiĢdir 

[237;  238;  363;  364].  Bu  baxımdan  onun  orta  əsr  ərəb  mənbələrinin  Albaniyaya 

dair  məlumatlarının  araĢdırılması  və  tərcümə  olunması  sahəsindəki  xüsusi 

xidmətləri danılmazdır [236; 430]. 

Göründüyü  kimi,  orta  əsr  mənbələrində,  istər  slavyan-rus  və  sovet 

tarixĢünaslığında,  istərsə  də  Azərbaycanın  milli  tarixĢünaslığında  Girdiman 

tarixinin ayrı-ayrı məsələlərinə bu və ya digər dərəcədə toxunulmuĢdur. Lakin heç 

kəs  bu  problemlə  bilavasitə məĢğul  olmamıĢdır.  Girdiman tarixinə müraciət  edən 

bəzi  müəlliflər  isə  problemi  araĢdırmaq  əvəzinə,  obyektiv  və  subyektiv  səbəblər 

ucbatından  onu  daha  da  dolaĢıq  məcraya  salmıĢlar.  Bu  cəhətdən  Azərbaycan  və 

azərbaycanlılara  münasibətdə  daim  millətçi-separatçı  ruhda  tərbiyə  almıĢ  erməni 

tarixçilərinin  saxtakar  –  fitnəkar  mövqeyi  ayrıca  qeyd  olunmalıdır.  Onlar  əsrlər 

boyu  Azərbaycanın  və  azərbaycanlıların  tarixini,  o  cümlədən  dövlətçilik 

tariximizdə  xüsusi  yeri  olan  Girdiman  tarixini  erməni  tarixi  kimi  təqdim  etmək 

naminə hər cür riyakarlıq və saxtakarlıqlara əl atmıĢlar. Bütün bunların təhlili isə 

yekun olaraq Girdiman tarixinin öyrənilməsi vəziyyəti barədə aĢağıdakıları deməyə 

əsas verir: 

1.

 



Girdiman tarixi bu günədək sistemsiz və birtərəfli Ģəkildə öyrənilmiĢdir. 

2.

 



Azərbaycan  və  azərbaycanlılara  düĢmən  münasibətdə  olan  dairələr  və 

xüsusən də ermənilər tərəfindən erməni siyasətçilərin və ideoloqların maraqlarına 

uyğun  olaraq  Girdiman  tarixi  əsrlər  boyu  planlı  və  məqsədli  surətdə 

saxtalaĢdırılmıĢdır.  Əfsuslar  olsun  ki,  tariximizə  münasibətdə  bu  cür  qatı 

antiazərbaycan xətti əksər hallarda çar Rusiyası və sovet rejimi tərəfindən bu və ya 

digər formada müdafiə olunmuĢdur. 

3.

 

Nəhayət,  Azərbaycana  düĢmən  olan  dairələrin  Girdiman  tarixinə  olan 



ifrat  marağı  dövlətçilik  tariximizdə  xüsusi  yeri  olan  bu  vilayətin  tarixinin 

günümüzün  tələbləri  və  reallıqları  səviyyəsində  yenidən  iĢlənməsi  üzərində 

düĢünməyə əsas verir. 

 

 

 


38 

 

II FƏSĠL 



 

ALBANĠYADA ĠNZĠBATĠ-SĠYASĠ VAHĠDLƏR VƏ 

GĠRDĠMAN ƏRAZĠLƏRĠNĠN LOKALĠZƏSĠ 

 

Cənubi  Qafqazın  qədim  dövlətlərindən  biri  olan  Albaniya  antik  və  erkən 



orta  əsr  mənbələrində  göstərildiyi  kimi,  Ģimalda  Sarmatiya  və  ya  Qafqaz  sıra 

dağları,  qərbdə  Ġberiya,  cənubi-Ģərqdə  Atropatena,  cənub-qərbdə  Ermənistan, 

Ģərqdə isə Kaspi dənizi ilə əhatə olunan geniĢ bir ərazini tuturdu [20, 65; 24, 15; 

157,  79-80].  Moisey  Xorenliyə  görə,  Albaniya  Ġberiya,  Ermənistan  və 

Sarmatiyanın tərkibinə daxil olmayan və bütün ġərqi Qafqaz ərazilərini əhatə edən 

böyük bir ölkədir [529]. Ġlk mənbələrin əksəriyyətinin yazdığına görə, Albaniyanın 

içərisindən keçən Kür çayı onu iki hissəyə bölür [617, 475]. Həm sağsahil, həm də 

solsahil Albaniyası da öz növbəsində ayrı-ayrı əyalətlərə və vilayətlərə bölünürdü 

[24, 15-18; 157,80-94]. 

Ölkə, vilayət, əyalət, mahal, Ģəhər, kənd və s. tarixən formalaĢmıĢ inzibati-

ərazi  vahidləridir.  Bu  cür  bölgü  əsrlər  boyu  demək  olar  ki,  Yer  kürəsinin  bütün 

guĢələri üçün xarakterik olub. Yəni, bütövlükdə dünyanın özü ayrı-ayrı ölkələrdən, 

ölkələr ayrı-ayrı vilayət, əyalət və ya mahallardan, onlar isə öz növbəsində Ģəhər, 

kənd, oba və aullardan ibarət olub və bu gün də belədir. Təbiidir ki, belə bir bölgü 

Azərbaycan üçün, o cümlədən Qafqaz Albaniyası üçün də eyni dərəcədə səciyyəvi 

olub [53, 80]. 

Ġnzibati-ərazi  vahidlərindən  hansının  daha  erkən  yarandığını  söyləmək 

çətindir. Bu məsələ ətrafında uzun-uzadı mübahisə etmək olar. Yəni, onlardan hər 

biri əslində tamın hissələridir.  Bu hissələrdən hansı tarixən  daha  erkən  yaranıb?! 

Tam  yox  isə,  hissələr  necə  ola  bilərdi?  Yaxud  da,  hissələr  olmadan  tam  necə 

yarana bilərdi? Mübahisə doğurmayan təkcə odur ki, kənd tipli yaĢayıĢ məskənləri 

Ģəhərlərə  nisbətən,  vilayət,  əyalət  və  mahallar  isə  ölkələrə  nisbətən  daha  erkən 

yaranıb. Maraqlı burasıdır ki, inzibati-ərazi vahidlərinin hamısı eyni dərəcədə həm 

təbii-coğrafi  amillərə, həm  də  insan  amilinə  söykənir.  Və əlbəttə,  bütün hallarda 

təbii-coğrafi amillər insan amili ilə müqayisədə daha erkən mövcud olub. Əslində, 

təbii-coğrafi  amillərin  həyat  üçün  əlveriĢlilik  dərəcəsindən  asılı  olaraq 

məskunlaĢma prosesi gedib. Beləliklə, əvvəlcə ən münasib və məhsuldar ərazilər, 

daha sonra isə, nisbətən əlveriĢli yerlər insanlar tərəfindən tədricən məskunlaĢıbdır. 

Bu  cəhətdən  Azərbaycan  ərazisində  insanların  hələ  2  milyon  il  əvvəl  həyat 

sürməyə  baĢlaması  heç  də  təsadüfi  olmayıb.  Bu,  o  deməkdir  ki,  Azərbaycan 

əraziləri ən qədim zamanlardan baĢlayaraq nəinki Cənubi Qafqazda, hətta Qafqaza 

yaxın olan digər ərazilər içərisində də yaĢayıĢ üçün ən əlveriĢli ərazi olubdur. 

Azərbaycanın  erkən  orta  əsrlər  tarixinin  tədqiqi  ilə  məĢğul  olan  bəzi 

müəlliflər  nədənsə  «əyalət»  və  «vilayət»  terminlərinin  sinonimi  olan  «havar» 

(«qavar»)  və  «nahanq»  («nəhəng»)  terminlərinin  iĢlədilməsinə  üstünlük  verir. 


39 

 

Məsələn,  F.C.Məmmədovanın  fikrincə,  «qavar»  əyalət,  «nahanq»  isə  vilayət 



mənasını ifadə edir [510, 248]. Bəzi hallarda bu terminlər də qarıĢıq salınır. Yəni, 

bir  yerdə  «qavar»  əyalət  kimi,  baĢqa  bir  yerdə  isə  vilayət  kimi  təqdim  olunur. 

Fikrimizcə, əsasən erməni mənbələrində iĢlədilən «qavar» və «nahanq» terminləri 

Azərbaycan  Ģəraiti  üçün  xarakterik  olmayan  terminlərdir  və  onların  milli 

tarixĢünaslığımıza gətirilməsi məqsədəuyğun hesab edilə bilməz. 

Ayrı-ayrı  inzibati-siyasi  vahidlər  bir-birindən  daha  çox  təbii  sərhədlərlə 

ayrılırdı.  Əslində,  bəĢəriyyət  mövcud  olduğu  vaxtdan  təbii  sərhədlər  də  mövcud 

olub. Dağların, çayların, dərə və yarğanların əmələ gətirdiyi bu cür sərhədlər min 

illər boyu dəyiĢilməz qalıb. Antik və ilk orta əsrlərdə Albaniya ərazisində mövcud 

olan  vilayət  və  əyalətlər  də  bir-birindən  daha  çox  məhz  təbii  sərhədlərlə 

ayrılırdılar. 

F.C.Məmmədovanın  VII  əsr  «Erməni  coğrafiyası»na  istinadən  yazdığına 

görə,  solsahil  Albaniyası  on  bir  vilayətdən  ibarət  olub.  Alban  mənbələrində  isə 

onlardan  yalnız  dördü  -  Qəbələ,  ġəki,  Kambisena  və  Əcəri  barəsində  məlumat 

verilir [157, 80]. Bunlardan əlavə, əksər vaxtlarda Lpina və Çola (buna bəzən Çoqa 

da  deyirlər)  vilayətləri  də  solsahil  Albaniyasına  daxil  idi.  Albaniyanın  tarixi 

coğrafiyasının  öyrənilməsi  ilə  bu  və  ya  digər  dərəcədə  məĢğul  olan 

tədqiqatçılardan  Z.M.Bünyadov  [344],  N.M.Vəlixanlı  [238;  363],  V.Z.Piriyev 

[205], M.X.ġərifli [223], Q.Ə.Qeybullayev [133; 134; 137] və F.C.Məmmədovanın 

[157] ayrı-ayrı inzibati-siyasi vahidlərin lokalizəsi ilə bağlı müəyyən mülahizələri 

var. AĢağıda yeri gəldikcə bu barədə məlumat veriləcəkdir. 

 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə