AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5.66 Mb.
Pdf просмотр
səhifə2/40
tarix06.07.2017
ölçüsü5.66 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

I FƏSĠL 

 

GĠRDĠMAN TARĠXĠNĠN ÖYRƏNĠLMƏ 

VƏZĠYYƏTĠNƏ DAĠR 

 

Girdiman  vilayəti  qədim  Qafqaz  Albaniyası  ərazisində  insanların  daha 



erkən  məskunlaĢdığı  ərazilərdəndir.  Qırlartəpədə  aparılmıĢ  arxeoloji  tədqiqatlar 

nəticəsində  hələ  eneolit  dövründən  baĢlayaraq  təqribən  7000  il  ərzində  bu 

ərazilərdə  intensiv  həyat  olduğunun  müəyyənləĢdirilməsi  deyilənlərə  sübutdur. 

Erkən orta əsrlərdə Girdiman vilayəti ölkənin iqtisadi, siyasi və mədəni həyatında 

xüsusi ilə önəmli rola malik olmuĢdur. Əfsuslar olsun ki, Girdimanın Azərbaycanın 

dövlətçilik  tarixindəki  yeri  və  rolu  milli  tarixĢünaslığımızda  hələlik  yetərincə 

araĢdırılmayıb.  Bu,  əlbəttə,  müəyyən  mənada  Girdiman  tarixi  ilə  bağlı  mənbə 

məlumatlarının azlığı və xeyli dərəcədə ziddiyyətli xarakter daĢıması ilə əlaqədar 

olub.  Lakin  əsas  səbəb  bu  deyil.  Fikrimizcə,  Girdiman  tarixinin  öyrənilməsi 

sahəsində aparılan tədqiqatların istiqamətinə, xarakterinə və nəticələrinə prinsipial 

Ģəkildə təsir  edən  çox  ciddi amillərdən  biri  də məhz  sovet  təfəkkür  sistemi  olub. 

Gizli  deyildir  ki,  uzun  illər  ərzində  sovet  tarixĢünaslığında  əsas  «strateji 

yüksəkliklər»ə  nəzarət  edən  ermənilər  Albaniya  tarixinin  istisnasız  olaraq  bütün 

problemlərinin  araĢdırılmasında  Azərbaycan  tarixçilərinə  daim  əngəl  olmağa 

çalıĢmıĢlar. Onlar qədim erməni mənbələrinin zəmanəmizə qədər gəlib çatan, hətta, 

birtərəfli  məlumatlarını  da  özlərinə  xas  üslubda  «redaktə»  edərək  əsaslı  surətdə 

erməniləĢdirmiĢlər. Nəticədə, Albaniya tarixinin bir çox məsələlərini, o cümlədən 

Girdiman  problemini  onilliklər  boyu  sözün  əsl  mənasında  çox  ciddi  polemika 

mövzusuna  çevirmiĢlər.  Bu,  əslində  Azərbaycan  və  erməni  tarixçiləri  arasında 

Qarabağ  müharibəsindən  çox-çox  əvvəllər  baĢlanan  və  daha  geniĢ  sahələri  əhatə 

edən  mövqe  müharibəsi  idi.  Fikrimizcə,  bütün  bunlar,  həmçinin,  60-cı  illərdən 

baĢlayaraq  Azərbaycan  ərazisində  aparılan  geniĢmiqyaslı  arxeoloji  tədqiqatların 

nəticələri,  bütövlükdə,  Girdiman  vilayəti  tarixinin  müasir  reallıqlar  müstəvisində 

araĢdırılmasını aktual edir. 



 

GĠRDĠMAN TARĠXĠ ANTĠK VƏ ORTA ƏSR MƏNBƏLƏRĠNDƏ 

 

Məlum  olduğu  kimi,  tarixi  mənbələrdə  Albaniya  haqqında  ən  erkən 

məlumatlara  Strabon,  Klavdi  Ptolemey  və  Böyük  Plininin əsərlərində rast  gəlirik 

[276].  Lakin  həmin  müəlliflərin  qeydlərində  bilavasitə  Girdiman  haqqında 

məlumatlar yox dərəcəsindədir. 

Bununla belə onların Albaniya tarixinin bu və ya digər məsələləri ilə bağlı 

çoxsaylı  məlumatlarının  bir  qismini  həm  də  Girdiman  tarixinə  aid  etmək  üçün 

kifayət  qədər məntiqi  əsaslar  olduğu  da  danılmazdır.  Məsələn,  Strabonun  Qafqaz 

dağlarından  axıb  gələrək  Kürə  qovuĢan  çayların  ətraf  ərazilərdə  «torpağın 


13 

 

məhsuldarlığını  artırması»  və  bu  çayların  «gətirdiyi  çoxlu  çöküntülərin  keçidləri 



tutması»  barədəki  fikirlərini  eyni  ilə  Girdiman  vilayətinin  çaylarına  da aid  etmək 

olar  [617,  475].  Yəni,  Kürün  sol  qolu  olan  Göyçay,  Girdiman,  Türyan  və  digər 

çayların  əsrlər  boyu  Böyük  Qafqazın meĢə  və  dağ  yamaclarını  yuyaraq  gətirdiyi 

lyos  çöküntüləri  ġirvanın  aran  ərazilərinin  torpaq  örtüyünün  münbitləĢməsi  ilə 

nəticələnib. Güman  etmək olar ki, bu çayların Həftəran yaylasını və Qaraməryəm 

tirəsini yararaq əmələ gətirdiyi paleodərə-keçidlər də məhz Strabonun qeydlərində 

xatırladılan keçidlərdəndir. 

K.Ptolemeyin  «Coğrafiya  dərsliyi»  əsərində  də  Albaniya  tarixinə  dair  bir 

sıra maraqlı məlumatlar vardır. Fikrimizcə, onun adını çəkdiyi  və koordinatlarını 

göstərdiyi Ģəhər, kənd və çayların bir qismi məhz Girdiman ərazisindədir. Məsələn, 

Ptolemeyə  görə  «Alban  çayı  və  Kaysi  çayı  arasında  yerləĢən»  Xabala  (Qəbələ  - 

Q.C.)  Ģəhəri  buna  sübutdur  [586,  24].  Bəzi  müəlliflərə  görə  Ptolemey  tərəfindən 

adı çəkilən Alban çayı Oğuz, Qəbələ və AğdaĢ rayonları ərazisindən axaraq Kürə 

qovuĢan  Türyançaydır.  A.Yanovski  və  S.YuĢkovun  fikrincə  isə  Ptolemey 

tərəfindən  adı  çəkilən  «Alban»  çayı  Oğuz  və  ġəki  rayonları  ərazisindən  axan 

Əlciyan çayına daha çox uyğun gəlir [668, 672]. «Kaysi» isə fikrimizcə daha çox 

«Qaraçay»  və  ya  «Qarasu»  hidroniminə  uyğun  gəlir.  Məlumat  üçün  bildirək  ki, 

Qarasu Türyançayın ikinci adıdır. Daha doğrusu, çayın aĢağı axarında ona Qarasu, 

yuxarı  hissədə  isə  Türyançay  deyirlər.  Qaraçay  isə  Qəbələ  Ģəhərinin  qərb  sahili 

boyunca  axır.  Göründüyü  kimi,  bu  halda  həm  Alban,  həm  də  «Kaysi»  (yəni, 

Qaraçay, yaxud Qarasu) çayları Qəbələnin qərb tərəfindədir. Halbuki, Ptolemeyin 

xəritəsində Alban çayını Qəbələdən Ģərq tərəfdə axtarmaq lazım gəlir. 

«Coğrafiya  dərsliyi»  əsərində  adı  çəkilən  və  koordinatları  etibari  ilə 

Qəbələyə  yaxın  ərazilərdə  olan  «Xabota»,  «Mozuata»,  «Misia»,  «Xadaxa»  və 

«Alam»  kimi  yaĢayıĢ  məntəqələrini  də  fikrimizcə  məhz  Girdiman  ərazisində 

axtarmaq  daha  məntiqə  uyğun  olardı.  Bu  cəhətdən  «Xadaxa»nın  Oğuz  rayonu 

ərazisindəki  Xalxal,  «Alam»ın  isə  Qəbələ  rayonu  ərazisindəki  Zalam  yaĢayıĢ 

məntəqələrinə daha çox uyğun gəldiyini söyləmək olar. Məlumat üçün bildirək ki, 

adı  çəkilən  hər  iki  yaĢayıĢ  məntəqəsi  ətrafında  antik  dövrə  aid  yaĢayıĢ  yeri  və 

nekropollar mövcuddur. 

Eramızın  I  yüzilliyində  yaĢamıĢ  Roma  tarixçisi  Böyük  Plininin  «Təbiət 

tarixi»  əsərində  öz  əksini  tapmıĢ  bir  sıra  məlumatların  da  Albaniya  tarixinin 

öyrənilməsində  mühüm  əhəmiyyəti  olduğu  Ģəksizdir.  Maraqlıdır  ki,  antik  dövr 

müəllifləri  içərisində  ilk  dəfə  məhz  o,  Qəbələnin  «Albaniyanın  baĢ  Ģəhəri 

olduğunu» yazıb [34, 25]. 

Orta əsr müəlliflərindən Favstos Buzandın [631], Moisey Xorenlinin [529], 

YeqiĢenin  [420],  keĢiĢ  Sebeosun  [446]  və  bir  sıra  baĢqalarının  əsərlərində  də 

Albaniya ilə  bağlı məsələlərə kifayət qədər geniĢ yer verilmiĢdir. Lakin unutmaq 

olmaz ki, erməni müəllifləri əksər hallarda Albaniyaya, albanlara və ümumiyyətlə, 

qonĢulara  münasibətdə  qərəzli,  birtərəfli  və  ziddiyyətli  fikirlər  söyləmiĢlər. 


14 

 

Əlbəttə, vətənimizin tarixi ilə bağlı hər hansı bir məlumatın nə vaxt və ya kimlər 



tərəfindən qələmə alınması  bizim  üçün az əhəmiyyətlidir. Əhəmiyyətlisi  odur  ki, 

həmin  qaynaqlarda  Albaniyanın  sərhədləri,  Ģəhərləri,  habelə  siyasi,  iqtisadi  və 

mədəni  həyatı  ilə  bağlı  yetərincə  material  var.  Elə  Girdiman  haqqında  yazılı 

mənbələrdə  ilk  məlumata  da məhz  IV  əsrin  sonu  -  V  əsrin  əvvəllərində  yaĢamıĢ 

Favstos Buzandın «Erməni tarixi» əsərində rast gəlirik. Əsasən IV əsrdə baĢ verən 

hadisələrin  Ģərhi  verilmiĢ  bu  əsərdə  bir  neçə  yerdə  Girdiman  nahararının  və 

Girdiman  knyazlığının  adı  çəkilir.  Əsərin  XVII  bölməsində  alban nəslindən  olan 

keĢiĢ  ġahakanın  «Böyük  Ermənistan»ın  [255,  12;  446]  patriarxı  kürsüsünə  necə 

gəlib çıxmasından bəhs edən müəllif daha sonra belə yazır: «Onu knyaz Mardpetə 

tapĢırdılar.  Onlar, həmçinin  Girdiman  knyazını  və  daha 10  baĢqa nahararı hakim 

təyin  etdilər»  [631, 37-38].  Favstos  Buzand  öz  əsərinin  «Albanlar haqqında  olan 

xüsusi  bölməsində  Albaniyanın  digər  vilayətləri  ilə  yanaĢı,  Girdimanın  da  adını 

çəkərək  belə  yazır:  «O  (yəni,  sərkərdə  MuĢeq  -  Q.C.),  «həmçinin  albanların 

ölkəsinə müharibəyə getdi və onları darmadağın etdi. Bir çox nahararı, o cümlədən 

tutmuĢ olduqları Uti, ġakaĢen və Girdiman nahararlarını onlardan aldı» [631, 162]. 

V  əsr  müəllifi  YeqiĢe  əsasən  Sasanilərin  Erməniyə,  Ġberiya  və  Albaniyada 

törətdikləri  amansız  zülm  və  ədalətsizlikləri  və  yerli  əhalinin  yadelli  iĢğalçılara 

qarĢı  etiraz  çıxıĢlarını  qələmə  alıb  [420].  Doğrudur,  erməni  tarixçisinin 

zəmanəmizə gəlib çıxmıĢ «Vardan və erməni müharibəsi» adlı əsərində bilavasitə 

Girdiman  vilayətinə  dair  məlumatlar  yoxdur.  Bununla  belə,  onun  Albaniya  və 

albanlar barəsində yazdıqlarının Girdiman tarixinə aidiyyəti olmadığını da demək 

olmaz.  Yəni,  YeqiĢenin  qeydlərində  dolayısı  yolla  da  olsa  Girdiman  haqqında 

məlumatlar tapmaq mümkündür. 

Girdimanın adı Moisey Xorenlinin «Ermənistan tarixi» əsərində də çəkilir. 

Albaniya  ərazilərinin  Ġberiyadan  baĢlayaraq  ġərqə  doğru  Xəzər  dənizi  və 

Sarmatiyayadək  əhatə  etdiyini,  orada  çoxlu  çay  və  zəngin  bitki  növləri,  habelə 

Ģəhərlər və qalalar olduğunu qələmə alan erməni tarixçisi daha sonra belə yazır: «O 

(yəni,  Albaniya  -  Q.C.),  aĢağıdakı  əyalətlərə  bölünüb:  Nibuh,  Xanbizaniya, 

Qolmal,  Saxed,  Saxeoniya,  Eror,  Qambaci,  Mərzbanan,  Xalarasti,  Ġvalakani  və 

ermənilərdən aldıqları Sikazeniya, Girdiman». [529, 225]. Xatırladaq ki, Ġ.Ġ.ġopen 

Albaniya  tarixinə  dair  məqaləsində  Moisey  Xorenlinin  adını  çəkdiyi  əyalət-

vilayətlərin  bir  çoxunun  unudulduğunu  yazır  [663,  415-416].  O,  həmçinin  bəzi 

əyalət-vilayət  adlarının  paralellərini  də  verməyə  çalıĢıb  və  bu  zaman  fikrimizcə, 

çox ciddi uyğunsuzluqlara yol verib [663, 416]. 

Girdiman tarixinə dair ən mükəmməl tarixi mənbə Moisey Kalankatuklunun 

«Albaniya tarixi» əsəridir [120]. Xatırladaq ki, həmin əsərdə Girdiman vilayətinin, 

Girdiman qalasının,  Girdiman məbədinin,  Girdiman hökmdarlarının  və  Girdiman 

ycpiskoplarının adları tez-tez çəkilir. Bundan əlavə «Albaniya tarixi»  əsərində adı 

çəkilən  bir  çox  yerlərin,  təsviri  verilən  görüĢ  və  hadisələrin,  barəsində  söhbət 

açılan hərbi  əməliyyatların da birbaĢa Girdiman vilayəti ilə əlaqəsi olmuĢdur. Bir 



15 

 

sözlə,  M.Kalankatuklunun  «Albaniya  tarixi»  əsərini  müəyyən  mənada  həm  də 



Girdiman tarixi kimi dəyərləndirmək olar. 

«Albaniya tarixi» əsəri və onun müəllifi barədə uzun illər ərzində üzdəniraq 

erməni  tarixçiləri  tərəfindən  olmazın  hədyanlar  yazılıb.  Təbiidir  ki,  ermənilər 

Albaniya  tarixini  saxtalaĢdırarkən,  daha  doğrusu,  erməniləĢdirərkən  ilk  növbədə 

məhz alban tarixçisinin qeydlərinə əl gəzdirmək məcburiyyətində olublar. 

Ötən əsrin 70-ci illərindən baĢlayaraq Azərbaycan albanĢünasları tərəfindən 

ilk  növbədə  məhz  M.Kalankatukluya  istinad  etməklə  ermənilərin  tariximizi 

saxtalaĢdırmaq cəhdləri çoxsaylı ciddi elmi dəlillərlə büsbütün ifĢa edildi [43; 151; 

157;  277]  Bu  baxımdan  «Albaniya  tarixi»ndə  toxunulan  ayrı-ayrı  məsələlərin 

izahına  və  Ģərhinə  dair  Z.M.Bünyadovun  və  F.C.Məmmədovanın  tədqiqatlarının 

əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır [346; 350; 507]. 

M.Kalankatuklunun  əsəri  Vətənin  qeyri-adi  özəllikləri  haqqında  qeydlərlə 

baĢlanır: «...Qafqaz dağlarının qoynunda yerləĢən Alban ölkəsi öz saysız-hesabsız 

təbii  sərvətləri  ilə  həddindən  artıq  gözəl  və  heyranedici  bir  məmləkətdir...  Onun 

dağlarında  qızıl,  gümüĢ,  mis  və  oxra  çıxarılır»  [120,  16].  Çar  Vologez  Ģimal 

tayfaları  üzərində  öz  hakimiyyətini  bərqərar  edəndə  o,  yanına  Ģimal 

düzənliklərində  və  Qafqaz  dağları  ətəklərində,  dağlardan  cənubdakı  dərələrdə, 

çöllərdə və düzənlik baĢlanan yerlərdə yaĢayan vəhĢi qəbilələrin baĢçılarını çağırıb, 

onlara qarət və qətllərdən əl çəkib, çarın vergilərinin itaətlə ödənilməsini əmr etdi. 

Çar  qəbilələr  üzərinə  hakim  və  caniĢinlər  təyin  edir  və  onun  əmri  ilə  Yafəs 

nəslindən və Sisakan (Sünik) soyundan olan Aran onlara hakim təyin olunur [120, 

17].  Alban  tarixçisi  daha  sonra  yazır:  «Uti,  Girdiman,  Tsovd  və  Qarqar 

knyazlıqlarında  yaĢayan  xalqlar  da həmin  Aranın  oğullarının nəslindəndir»  [120, 

17]. 


Tarixi  mənbələrdən  məlum  olduğu  kimi  IV  əsrin  əvvəllərindən  etibarən 

Albaniyanın digər  vilayətlərində  olduğu  kimi,  Girdiman  vilayətində  də  xristianlıq 

geniĢ yayılaraq dövlət dini statusu qazanmıĢdı [384, 37-47]. Təsadüfi deyildir ki, 

məhz o dövrdən baĢlayaraq Girdiman yepiskopları ölkənin dini və siyasi həyatında 

olduqca  mühüm  rol  oynamağa  baĢlayır.  Hətta,  müqəddəs  Yeliazarın  (682-688-ci 

illərdə  katalikos  olub)  vəfatından  sonra  Albaniya  knyazı  Varaz-Tiridatın  arvadı 

Sparamanın  dəstəyi  ilə  Girdiman  yepiskopu  Nerses  Albaniya  katalikosu  seçilir 

[120,  175].  M.Kalankatuklunun  yazdığına  görə  «katalikos  (yəni,  Nerses  -  Q.C.) 

Girdiman  kilsə  dairəsindəndir.  Katalikos  kürsüsündə  17  il  oturdu»  [120,  205]. 

Alban  tarixçisinin  yazdığına  görə,  Nersesdən  baĢqa  Girdiman  yepiskopları 

Teodoros  4  il,  Qaik  isə  14  il  Albaniya  katalikosu  olublar  [120,  206-207]. 

M.Kalankatuklunun Girdiman vilayətində xristianlığın yayılması ilə bağlı qeydləri 

də  maraq  doğurur.  Bu  məsələ  ilə  əlaqədar  o  yazır  ki,  Mesrop  öz  Ģagirdləri  ilə 

səyahətə  çıxarkən  xəbər  alır  ki,  «Girdimanda  hələ  bütpərəstlikdən  qalan  var. 

Sünikdən keçərək Girdiman knyazı Xursun yanına gəlir. Onun köməyi ilə Mesrop 

bütpərəstləri müstəqim yola döndərir...» [120, 33]. 



16 

 

«Albaniya tarixi»nin müəllifi öz əsərinin XXXIII fəslini bütövlükdə 488-ci 



ildə çağırılmıĢ Aquen məclisinə və orada qəbul olunmuĢ qərarlara həsr edib [120, 

72].  Hansı  ki,  həmin  məclisdə  Girdiman  knyazı  Xurs,  Girdimanın  sahibi  Cəsur 

Vardanla bərabər, Qəbələnin yepiskopu Manase və Göyçay keĢiĢi Poqos da iĢtirak 

edibdir. Maraqlı burasıdır ki, Aquen məclisində qəbul olunan qanunları çarın vəziri 

Mutak,  sərkərdə  Mirhərik,  qəbilə  baĢçıları  Marut,  Turazd,  Asparakos,  ġama, 

Bakur, Ratan, ArğeĢ, Girdimanın sahibi Cəsur Vardan, Xurs, Bermusan, Xosken, 

patriarx  Pivroq  və  Albaniyanın  bütün  əsilzadələri  imzalamıĢ,  Albaniya  çarı 

Vaçaqan isə öz möhürüylə təsdiq etmiĢdir [120, 75]. Fikrimizcə, alban tarixçisinin 

bu məlumatı həm də ölkənin mənəvi-siyasi həyatında Girdiman vilayətinin bir növ 

aparıcı rolunun  göstəricisi kimi izah  oluna  bilər.  Sözsüz  ki, əgər  belə  olmasaydı, 

Girdiman  vilayəti  həmin  məclisdə  bir neçə nümayəndə  ilə,  o  cümlədən  vilayətin 

sahibi ilə təmsil olunmazdı. 

Alban  tarixçisinin  əsərində  Mehranilərin  Albaniyaya  gəliĢi,  Girdiman 

ərazilərinə  sahib  olması,  daha  sonra  isə  bütövlükdə  Albaniyada  hakimiyyəti  ələ 

alması  və  nəhayət,  onların  Bizansla,  Sasanilərlə,  Xilafətlə,  Xəzər  xaqanlığı  ilə, 

habelə qonĢu xalqlarla münasibətləri barəsində olduqca ətraflı bəhs olunur. Əslində 

«Albaniya  tarixi»nin  ikinci  kitabı,  demək  olar  ki,  bütünlüklə  Girdimana, 

Mehranilərə və onların hərbi-siyasi və diplomatik əlaqələrinə həsr edilib [120, 70-

103].  Burada  Mehranilərin  ilk  nümayəndəsi  olan  Mehranın  Ġran  Ģahı  Xosrovun 

intiqamından  qaçaraq  30000  ailə  ilə  birlikdə  Girdiman  vilayətinə  gəlməsi,  orada 

Mehrəvan  adlı  Ģəhər  salması,  hiylə  yolu  ilə  Girdiman  əyanlarını  yanına  dəvət 

edərək  onları  qılıncdan  keçirməklə  mülklərinə  sahib  çıxması,  Vardın  oğlu 

Vardanın  3  il  ərzində  Girdiman  qalasını  tikdirməsi  və  nəhayət,  Albaniyada 

hökmranlıq  edən  AranĢahları  qonaq  edərək  onların  60  nümayəndəsindən  59-nu 

zəhərləyərək hakimiyyəti ələ almaları barədə təfsilatı ilə söhbət açılır [120, 101]. 

M.Kalankatuklu  Mehranilər  sülaləsinin  təmsilçilərinin  eyni  zamanda  həm 

Girdimanın  sahibi  və  həm  də  Albaniyanın  hökmdarı  olduqları  barədə  fikirləri 

təkrar-təkrar iĢlədir. Məsələn: «Ġraklinin çarlığı illərində (610-641-ci illər), Ġranda 

Yezdəgirdin  Ģahlığının  süqutu  vaxtında  (632-651-ci  illər),  Erməniyədə  Yezrın 

katalikosluğu  (630-641-ci  illər),  sərkərdə  MuĢeqin  dövründə  (630-635-ci  illər), 

Sünik  knyazı  Qriqorun  (təqribən  640-cı ildə  vəfat  edib)  və  yepiskopu  MatuĢaqın 

vaxtında,  Albaniya  hökmdarı  və  Girdiman  sahibi  Varaz  Qriqorun  (636-cı  ilədək 

Albaniyanın  çarı  olub)  çarlığında,  mən  ...Birti  vəngini  zamanın  qəmli  fəlakətləri 

üzündən tərk etdim» [120, 112]. 

Alban tarixçisi Bizans imperatoru II Konstantın CavanĢirə məktubunu da öz 

kitabına  daxil  edib.  Məktubda  deyilir:  «Sənə,  hökmdar  CavanĢirə,  Girdimanın 

sahibinə və Albaniya knyazına, apoipata və proton patrika və ġərqin hökmdarına - 

Xilaskar  Xaçın  ilahi  qüvvəsindən  mərhəmət  və  bərəkət,  bizim  imperator 

Ģəxsimizdən  isə  salam  və  məhəbbətimiz»  [120,  126].  Fikrimizcə,  bu  yerdə 

katalikos  Vironun  Ġran  Ģahı  Xosrova  məktubunu  da  xatırlatmağa  dəyər.  34  il 



17 

 

katalikos  kürsüsündə  əyləĢən  və  ölkənin  dini-siyasi  həyatında  çox  mühüm 



xidmətləri olan Viro həmin məktubu ilə Ģahdan xahiĢ edirdi ki, bu ölkənin (yəni, 

Albaniyanın  -  Q.C.)  hökmdarlarına  məktub  yazanda  onların  ünvanları  belə 

yazılsın: «Girdiman hökmranı və Albaniya knyazına». M.Kalankatuklu qeyd edir 

ki,  Vironun  vaxtında  qüvvədə  olan  bu  cür  müraciət  formasını  «indiyədək  tətbiq 

edirlər [120, 205]. 

«Albaniya tarixi» əsərindən götürdüyümüz bu misallardan göründüyü kimi, 

M.Kalankatuklu  Albaniyanı  idarə  edən  Ģəxsləri  «knyaz»,  Girdimanı  idarə  edən 

Ģəxsləri  isə  «sahib»,  «hökmran»  kimi  təqdim  edir.  Bu  isə  o  deməkdir  ki, 

Girdimanın  Albaniyadan  ayrılıqda  siyasi  vahid  olduğunu  düĢünmək  üçün  əsas 

yoxdur. Odur ki, bəzi müəlliflər tərəfindən Girdimanın çarlıq, yaxud da dövlət kimi 

təqdim olunması bizcə, tarixi gerçəkliyə uyğun deyil. 

Albaniyanın yerli əhalisinin etnik mənsubiyyəti barəsində mənbələrdə həm 

oxĢar,  həm  də  ziddiyyətli  məlumatlar  çoxdur  [379,  71-198].  Məsələn,  Strabon 

Albaniyada  müxtəlif  dillərdə  danıĢan  26  tayfa  olduğu  və  onların  bir-biri  ilə  çətin 

ünsiyyətə  girdiyini  yazır  [617,  476].  VII  əsr  müəllifi  Əkbər  Abid  ibn  ġərya  əl-

Cürumi  isə  yazır  ki,  Xilafət  ordusu  Azərbaycanı  tutarkən  I  Müaviyənin  ərəb 

sərkərdəsinə  «Sən  Azərbaycan  haqqında  nə  deyə  bilərsən?»  sualına  o  belə  cavab 

verib:  «Azərbaycan  ta  qədim  zamanlardan  türk  ölkəsi  olub  və  türklərlə  də 

məskunlaĢıb» [356, 408]. 

Xatırladaq  ki,  M.Kalankatuklu  da  Albaniya  knyazları  və  Girdiman 

hökmdarları, onların nəsil Ģəcərəsi barəsində yeri gəldikcə geniĢ məlumat verib. O, 

Albaniya  -  Girdiman  hökmdarlarının  hərbi-siyasi  və  diplomatik  fəaliyyətindən 

bəhs edən səhnələri xüsusi bir ilhamla qələmə alıb [120, 117-156]. Görkəmli siyasi 

xadim, mahir diplomat, cəsur və qüdrətli sərkərdə kimi təkcə Azərbaycanda deyil, 

ġərqdə,  Qərbdə,  ġimal  ölkəsində  və  hətta,  uzaq  Hindistanda  belə  məĢhur  olan 

CavanĢirin  görüĢləri,  döyüĢləri,  mükafatları,  dostları,  müttəfiqləri,  rəqibləri  və 

düĢmənləri barədə məlumatlara, hekayətlərə və Ģərhlərə «Albaniya tarixi» əsərində 

xüsusilə geniĢ yer ayırıb [120, 150]. Daha konkret desək, əsərin II kitabına daxil 

edilmiĢ  XIX,  XXI,  XXII,  XXIII,  XXV,  XXVI,  XXVII,  XXVIII,  XXIX,  XXX, 

XXXI,  XXXVI,  XXXVII  fəsilləri  bütünlüklə  CavanĢirə  həsr  edilmiĢdir.  ġair 

Dəvdəkin  CavanĢirin  ölümünə  həsr  etdiyi  ağı-poema  isə  M.Kalankatuklu 

tərəfindən bütünlüklə kitaba daxil edilib [120, 147-150]. 

Girdiman  tarixinin  bu  və  ya  digər  məsələlərinə  dair  məlumatlara  orta  əsr 

ərəb  mənbələrində  də  kifayət  qədər  geniĢ  yer  ayrılmıĢdır.  Həmin  müəlliflərin 

əsərlərində  daha  çox  VIII-X  əsrlərdə  Albaniyada  yaĢayan  xalqların  həyatı, 

məĢğuliyyəti,  Ģəhərlər,  qalalar,  ticarət  yolları,  ölkənin  təbii  sərvətləri  və  adət-

ənənələri  barədə  qeydlərə  rast  gəlirik.  Lakin  ərəb  mənbələrinə  müraciət  edərkən 

onu  da  nəzərə  almaq  lazımdır  ki,  həmin  müəlliflərin  demək  olar  ki,  əksəriyyəti 

özündən əvvəl yazılmıĢ əsərlərdən istifadə etdikləri barədə məlumat verməmiĢlər. 

Ona  görə  də  bu  və  ya  digər  məlumat  bəzən  bir  neçə  müəllifin  əsərində  təkrar 



18 

 

olunur. V.V.Bartold bu cəhəti nəzərə alaraq yazır ki, ərəb coğrafiya ədəbiyyatından 



istifadə  edərkən  onun  xüsusiyyəti  və  xronoloji  baxımdan  qeyri-müəyyənliyi 

vəziyyəti ağırlaĢdırır. «Biz bilirik ki, bir müəllif X əsrdə yazıb, digər isə XI əsrdə, 

bundan belə nəticə çıxarmaq lazım deyildir ki, axırıncı müəllifin verdiyi məlumat 

sonrakı dövrə, birinci müəllifin verdiyi məlumat isə nisbətən əvvəlki dövrə aiddir, 

çünki  bütün  müəlliflər  öz  əsərlərini,  istinad  etdikləri  müəllifin  kim  olduğunu  və 

onun hansı dövrə aid olduğunu müəyyən etmədən yazılı əsərlərə əsasən yazmıĢlar. 

Beləliklə,  çox  zaman  XI  əsrin  müəllifi  X  əsrin  müəllifinə  nisbətən  daha  qədim 

əsərdən  istifadə  etmiĢ  olur»  [321,  561].  Minnətdarlıq hissi ilə deməliyik  ki,  ərəb 

mənbələrinin  bir  qismi  ilk  dəfə  tanınmıĢ  ĢərqĢünas  alim,  mərhum  akademik 

Z.M.Bünyadov  tərəfindən  rus  və  ya  Azərbaycan  dillərinə  tərcümə  olunmuĢdur. 

Azərbaycan  tarixinə  dair  ərəb  mənbələrinin  azərbaycan  dilinə  tərcüməsi  və 

araĢdırılması  sahəsində  görkəmli  mənbəĢünas  alim,  akademik  Nailə  xanım 

Vəlixanlının  xidmətləri  də  xüsusilə  qeyd  olunmalıdır.  Elə  bu  əsər  üzərində 

iĢləyərkən də daha çox məhz onun tərcümələrindən istifadə olunmuĢdur. 

Əbu  əl-Qasim  Übeydullah  ibn  Abdullah  ibn  Xordadbeh  (təqribən  820-ci 

ildə adlı-sanlı iranlı ailəsində doğulub, 833-842-ci illərdə hakimiyyətdə olan xəlifə 

əl-Mütəsimin  dövründə  poçt  rəisi  iĢləyib)  -  «Yollar  və  məmləkətlər»  kitabının 

müəllifidir [236, 14]. Tədqiqatçıların fikrincə, bu əsər Azərbaycanın, ümumiyyətlə 

Qafqazın  tarixi  coğrafiyasını  öyrənmək  baxımından  çox  mühüm  əhəmiyyəti  olan 

orta  əsr  mənbələrindəndir.  Ġbn  Xordadbeh  bu  əsərində  Azərbaycanın  bir  çox 

yaĢayıĢ  məntəqələrinin  adını  çəkir,  onları  fərqləndirən  cəhətləri  və  aralarındakı 

məsafələri göstərir. Onun qeydlərində Girdiman vilayətinə daxil olan  ərazilərdəki 

yaĢayıĢ  məntəqələri  barəsində  də məlumatlara rast  gəlirik. Ġbn  Xordadbehin  belə 

bir məlumatı xüsusilə maraq doğurur. O yazır: «Farslar bu yerləri dirilik bulağı və 

Musa qayasının yerləĢdiyi ġirvana qədər ələ keçirdilər» [236]. Məlum olduğu kimi 

erkən  orta  əsrlərdə  irandilli  əhalinin  daha  çox  məskunlaĢdığı  ərazi,  məhz  dağlıq 

ġirvan,  o  cümlədən  də  Girdiman  əraziləri  olub.  Bu  mənada  həmin  ərazilərdə 

indinin  özündə  də,  Ġran  elementlərinin  kifayət  qədər  güclü  olması  təsadüfi  hesab 

edilə bilməz. 

Ġbn Xordadbehin «Yollar və məmləkətlər» əsərində bir neçə yerdə Lahıcın 

adı çəkilir. MənbəĢünaslıqla məĢğul olan alimlərin, demək olar ki, əksəriyyəti ibn 

Xordadbehin «əl-Lariz», «Laziqə» və «LizanĢah» kimi təqdim etdiyi ərazinin məhz 

Lahıc olduğunu bildirirlər [523, 35]. 

Əbu  əl-Abbas  ibn  Yəhya  ibn  Cabir  əl-Bəlazuri  Ermənistanın  və 

Azərbaycanın Xilafət orduları tərəfindən iĢğalına ayrılıqda xüsusi bölmə həsr edib. 

Əl-Bəlazurinin  özünün  yazdığına  görə,  o,  nə  Azərbaycanda, nə  də  Ermənistanda 

olub  və  sadəcə  olaraq  həmin  yerlərdə  olan  insanların  məlumatlarından 

bəhrələnməklə bu əsəri yazıb. Elə bu səbəbdən də bir çox digər orta əsr müəllifləri 

kimi əl-Bəlazurinin də Azərbaycanla bağlı məlumatlarında çoxlu  yanlıĢlıqlar var. 


19 

 

Məsələn,  onun  Azərbaycana  aid  məlumatları  da  kitabın  «Ermənistanın  fəthi» 



bölməsinə daxil etməsi buna sübutdur. 

Əl-Bəlazurinin yazdığına görə, Xilafət istilası baĢlananda Allan xəzərlərin, 

Erməniyə  isə  Bizansın  əlində  idi.  Xəzərlərin  növbəti  basqınlarından  hiddətlənən 

Qubad  on  iki  minlik  ordu  ilə  Allan  vilayətinə  daxil  olaraq  Araz  çayı  ilə  ġirvan 

arasındakı  əraziləri  ələ  keçirir,  sonra  isə  Beyləqan,  Bərdə  və  Qəbələ  Ģəhərlərini 

tikir [320, 5]. Əslində isə hərbi əməliyyatlar zamanı dağıntıya məruz qalmıĢ bəzi 

Ģəhərlərdə, o cümlədən Qəbələdə müəyyən bərpa iĢləri görülüb. 

Əl-Bəlazuri Sasani hökmdarları tərəfindən ġirvan və Allan qapıları arasında 

çiy  kərpicdən  müdafiə  məqsədi  daĢıyan  sədd  tikildiyi,  orada  360  Ģəhər  salındığı 

barədə məlumat verir [320, 5]. Xatırladaq ki, IX əsr ərəb müəllifi Ġbn Xordadbeh 

də  Qafqaz  dağında  tikilən  qəsrlərin  sayının  360  olduğunu  yazır  [236,  18].  Əl-

Bəlazurinin  qeydlərində,  həmçinin  sasanilər  tərəfindən  Arran  və  ġamaxı 

qapılarının, habelə Girdiman qalasının tikintisi barəsində məlumatlar da öz əksini 

tapıb [320, 6]. Ərəb müəllifinin əsərində adı çəkilən həmin qala, qapı və Ģəhərlərin 

müdafiəsi  məqsədilə  bu  yerlərə  soqdiya  və  fars  mənĢəli  əhalinin  köçürülməsi 

barədə məlumatlara da rast gəlirik [320, 6-7]. Əl-Bəlazurinin yazdığına görə, ərəb 

sərkərdəsi Həbibin baĢçılıq etdiyi qüvvələr bir sıra yerləri, o cümlədən ġamaxı və 

Girdimanı ələ keçirərək onlarla sülh saziĢi bağladı. SaziĢə görə, ibadət edən, torpaq 

və can vergisi ödəyən insanlara toxunulmazlıq vəd olunurdu [320, 13]. Lakin əl-

Bəlazurinin qeydlərindən aydın deyil ki, o,  Girdimanın ələ keçirilməsini yazarkən 

nəyi  nəzərdə  tutur.  Əlbəttə,  söhbət  ya  Girdiman  vilayətinin,  yaxud  da  Girdiman 

qalasının  ərəblər  tərəfindən  zəbt  olunmasından  gedir.  Bununla  belə,  fikrimizcə, 

söhbətin məhz Girdiman qalasından getdiyini düĢünmək üçün daha ciddi məntiqi 

əsaslar  mövcuddur.  Birincisi:  əl-Bəlazuri  öz  qeydlərinin  əvvəlində  Girdiman 

vilayəti  deyil,  məhz  Girdiman  qalasının  adını  çəkir.  Ġkincisi:  o,  ġamaxı  və 

Girdimanın  ərəblər  tərəfindən  zəbt  olunduğunu  yazır.  Bizə  belə  gəlir  ki,  ərəb 

müəllifi bu yerdə əgər Girdiman qalası deyil, Girdiman vilayətini nəzərdə tutmuĢ 

olsaydı,  onda  ġamaxı  əvəzinə  də  ġirvan  yazmıĢ  olardı.  Bu  arqumentlər  onu 

deməyə əsas verir ki, əl-Bəlazuri burda vilayətlərin deyil, Ģəhər-qalaların istilasını 

nəzərdə tutub. 

Əbu əl-Həsən Əli ibn əl-Hüseyn ibn Əli əl-Məsudinin «Muruc əz-zəhəb və 

məadin  əl-cəvahir»  («Qızıl  yuyulan  yer  və  cavahirat  mədənləri»)  adlı  əsərində 

Dərbənd  Ģəhəri,  ona  yaxın  ərazilər,  orada  yaĢayan  xalqlar  və  onların  dövlətləri 

barədə  kifayət  qədər  maraqlı  məlumatlar  verilib.  Məsələn,  əl-Məsudi  Qafqaz 

dağları  barəsində  belə  yazır:  «Qabh  -  böyük  sahəli  əzəmətli  dağdır;  bir  çox 

məmləkəti və xalqı əhatə edir. Bu dağda 72 millət yaĢayır. Hər millətin öz padĢahı 

və bir-birindən fərqlənən dili vardır. Bu dağ keçid və vadilərə malikdir» [236, 51]. 

Əl-Məsudinin  irandilli  əhalinin  Qafqaza  köçürülməsi  ilə  bağlı  məlumatları  da 

maraq  doğurur.  O,  yazır:  «ƏnuĢirəvan...  bu  Ģəhəri  (yəni,  Dərbəndi  -  Q.C.),  onun 

quru,  dəniz  və  dağlarda  uzanan  səddini  tikdirdiyi  zaman,  müxtəlif  xalqları  və 



20 

 

onların  hökmdarlarını  buraya  köçürtdü.  Onlara  müxtəlif  dərəcə  verdi,  hər  birini 



xüsusi  rütbə  ilə  o  birindən  fərqləndirdi,  aralarında  müəyyən  sərhəd  təyin  etdi» 

[236, 51-52]. 

Əl-Məsudinin əsərində Lahıcla bağlı məlumatlara da rast gəlirik. Məsələn: 

«ġirvan torpağına Qabh dağı yanında baĢqa bir məmləkət də həmsərhəddir. Bu yer 

Layzan adlanır. Hökmdarı isə Layzan Ģahdır» [236, 52; 523, 191]. Müəllif davam 

edərək  daha  sonra  yazır:  «...Hal-hazırda  ġirvanı  iĢğal  etmiĢ  və  tutmuĢdur. 

Həmçinin  o,  Muğaniyə  adlanan  məmləkəti  də  zəbt  etmiĢdir»  [236,  52].  Yeri 

gəlmiĢkən onu da deyək ki, əl-Məsudinin əsərində iki «Muğan» barəsində söhbət 

gedir.  Onlardan  birinin  Xəzər  dənizi  sahilində,  digərinin  isə  Qəbələ  ilə  qonĢu 

olduğu,  daha  doğrusu  Göyçay  və  Girdiman  çaylarının  aĢağı  axarı  boyunca  olan 

ərazilərdə olduğu bildirilir. Həm də o, bu Muğanın Xəzər dənizi sahilindəki Muğan 

ölkəsi  ilə  qarıĢdırılmamasını  tövsiyə  edir  [236,  64].  Fikrimizcə,  Ağsu  çayı 

sahilində  Muğanlı  adlı  yaĢayıĢ  məntəqəsinin  olması  faktı  da  orta  əsrlərdə  ġirvan 

ərazisinin  bir  hissəsinin  həqiqətən  Muğan  adlandırıldığına  dair  əl-Məsudinin 

qeydlərinin doğruluğuna dəlalət edir. 

Əl-Məsudinin Azərbaycan barəsindəki daha bir qeydi də maraq doğurur. O, 

yazır:  «Bu  dağın  (Qafqaz  -  Q.C.)  vadi,  keçid  və  dərələrində  yaĢayan  millətlər, 

göylərə  ucalan  əlçatmaz  və  sıldırımlı  dağlardan,  meĢə  və  cəngəlliklərin 

qalınlığından,  yuxarıdan  (dağlardan)  axıb  gələn  suların  coĢqunluğundan,  çay  və 

daĢların  böyüklüyündən  bir-birlərini  tanımırlar  [236,  52].  Əl-Məsudi  qeydlərinin 

mabədini  Lahıcla  bağlayaraq  belə  yazır:  «Məhəmməd  ibn Yəzid həmin  yerlərdən 

Xursan-Ģah və Zədən-Ģahı öz torpaqlarına qatdı... Bu vaxtadək o, ondan əvvəl atası 

baĢqa məmləkətləri deyil, yalnız Layzanı idarə etmiĢdilər» [236, 53]. 

V.F.Minorskinin  fikrincə,  ərəb  müəllifinin  burada  adını  çəkdiyi  «Zədən» 

«Vardan»  kimi  baĢa düĢülməlidir  [523,  192].  Yeri  gəlmiĢkən  deyək  ki, görkəmli 

mənbəĢünas  alim  N.M.Vəlixanlı  da  bu  fikrə  etiraz  etməyib  [236,  64].  Lakin 

Vardanın  yeri  barədə  heç  bir  mülahizə  söyləməyib.  Bizə  belə  gəlir  ki,  burada 

Mehranilərin  nümayəndəsi  olan  Vardan  barədə  söhbət  gedir.  Vardanın  adını 

daĢıyan  yer  isə  Oğuz  rayonu  ərazidəki  «Vardanlı»  kəndidir.  Görünür,  Girdiman 

hökmdarlarının  nüfuzunun  artdığı  dövrdə  həmin  ərazilər  də  Mehranilərin 

mülklərinə daxil olubdur [54; 57]. 

Əbu  Ġshaq  Ġbrahim  ibn  Məhəmməd  əl-Farisi  əl-Ġstəxri  özünün 

«Məmləkətlərin  yolları  kitabı»nda  Azərbaycanın  sərhədləri,  Ģəhərləri,  dağları, 

dəniz və gölləri haqqında məlumat vermiĢ, Ģəhərlər və digər iri yaĢayıĢ məntəqələri 

arasındakı  məsafəni  göstərmiĢdir.  Əsərin  Azərbaycana  aid  hissəsi  akademik 

N.M.Vəlixanlı  tərəfindən  Azərbaycan  dilinə  tərcümə  olunmuĢdur  [236,  85-102]. 

Qeyd  edək  ki,  əl-Ġstəxrinin  əsərində  Girdiman  vilayətinin  tarixinin  tədqiqi 

baxımından  maraq  doğuran  məsələlər  də  vardır.  Məsələn,  əl-Ġstəxri  yazır  ki, 

Bərdədən «1 fərsəxdən də az məsafədə, onunla yaxın münasibətdə olan əl-Əndərab 

adlanan  yer  vardır...  Bura  hər  cür  meyvəli  bostan  və  bağlarla  doludur.  Fındığı 



21 

 

Səmərqənd  fındığından,  Ģabalıdı  əĢ-ġam  Ģabalıdından  daha  yaxĢıdır.  Burada, 



həmçinin, bir cür meyvə yetiĢir ki, onu ruqal (zoğal) adlandırırlar. O, təqribən üvəz 

kimidir.  Bunun  tumları  yetiĢdikdə,  yemək  üçün  Ģirin,  yetiĢməzdən  əvvəl  isə  acı 

olur» [24, 207]. Hesab edirik ki, əl-Ġstəxrinin bu məlumatlarını bilavasitə Girdiman 

ərazilərinə  aid  etmək  olar.  Birincisi,  ona  görə  ki,  Bərdə  yaxınlığında  Ģabalıd  və 

fındığın  bol  olduğu  yer  indiki  Qəbələ,  Oğuz  və  Ġsmayıllı  rayonlarının  ərazisi  ola 

bilərdi. Məlumat üçün bildirək ki, bir çox meyvələrdən fərqli olaraq Ģabalıd heç də 

hər  yerdə  bitmir  və  əgər  bitsə  də  bar  vermir.  ġəxsi  müĢahidələrə  əsasən  deyə 

bilərik  ki,  Ģabalıd meyvəsi  indiki  Azərbaycan ərazisində  ən  çox  Qəbələ  və  Oğuz 

ərazisində rayonlaĢıb,  Ġsmayıllı,  ġəki,  Qax,  Zaqatala  və  Balakən rayonlarında  isə 

nisbətən  az  yayılıb.  Əl-Ġstəxri  Azərbaycan  Ģəhərləri  barəsində  məlumat  verərək 

onları iki qrupa ayırır: 1) böyük Ģəhərlər; 2) kiçik Ģəhərlər. 

Kiçik  Ģəhərlər  sırasında  Beyləqan,  Varsan,  ġamaxı,  ġirvan,  Qəbələ,  ġəki, 

Gəncə,  ġəmkir,  Xunan  və  əl-Abxaz  Ģəhərinin  adını  çəkir  [236,  89].  N.Karaulov 

istisna  olmaqla  1236,  97]  tədqiqatçıların  əksəriyyəti  əl-Abxazın  Lahıca  uyğun 

gəldiyini  yazırlar.  Əl-Ġstəxrinin  yazdığına  görə,  Bərdədən  Bərzəncə  18  fərsəx, 

Bərzəncdən əĢ-ġəmaxiyyəyə 14 fərsəx, əĢ-ġəmaxiyyədən ġirvana 3 gün, ġirvandan 

əl-Abxaza 2 gün yol getmək gərəkdir [236, 91]. Yeri gəlmiĢkən, bəzi tədqiqatçılar 

əl-Ġstəxrinin  adını  çəkdiyi  və  digər  yaĢayıĢ  məntəqələri  ilə  məsafəsini  göstərdiyi 

Ġbn  Kəndman  qalasının  Mehranilər  tərəfindən  tikilən  Girdiman  qalası  olduğunu 

ehtimal edir. Əl-Ġstəxrinin yazdığına görə, Bərdədən Gəncəyə 9 fərsəx, Gəncədən 

ġəmkirə 10 fərsəx, ġəmkirdən Xunana 21 fərsəx, Xunandan Ġbn Kəndman qalasına 

10 fərsəx, oradan Tiflisə isə 12 fərsəxdir [236, 91]. 

Markvart  və  N.Karaulov  əl-Ġstəxri  tərəfindən  xatırlanan  Ġbn  Kəndman 

qalasının  Kürlə  Xram  çaylarının  qovuĢduğu  yerdə  olan  Qız  qalası  olduğunu 

ehtimal  edirlər.  Fikrimizcə,  Ġbn  Kəndman  qalasının  Girdiman  qalası  olduğunu 

düĢünənlər,  sadəcə  olaraq,  bu  adların  zahiri  oxĢarlığına  əsaslanıblar.  Amma 

unudublar ki, əl-Ġstəxri «Kəndman» deyil, «Ġbn Kəndman» qalası barədə məlumat 

verir  [236,  91].  Yəni  «Kəndman»ı,  haradasa,  «Girdiman»la  qarıĢıq  salmaq  olar, 

amma  «Ġbn  Kəndman»ın  qarıĢıq  salınması  qeyri-mümkündür.  Çünki  bu  adlar 

arasında heç zahiri bənzərlik də yoxdur. 

Əl-Ġstəxrinin  davamçısı  və  orta  əsr  Azərbaycan  tarixinə  dair  bir  sıra 

qiymətli  məlumatların  müəllifi  olan  Ġbn  Havqəl  özünün  də  yazdığı  kimi  Ġbn 

Xordadbeh və bir sıra digər səyyah və tarixçilərin əsərlərinə yaxından bələd olub 

və qeydlərində onların məlumatlarından istifadə edib. Onun qeydlərində ġirvan və 

Girdiman  əraziləri  ilə  bağlı  qeydlər  də  öz  əksini  tapıb.  Məsələn,  Ġbn  Havqəlin 

yazdığına görə, bir sıra digər Ģəhərlər kimi, Lahıc da məhsuldar əraziləri, geniĢ və 

yararlı təsərrüfat sahələri ilə diqqəti cəlb edir [236, 110]. Maraqlıdır ki, Ġbn Havqəl 

X əsrdə Ģan-Ģöhrət sahibi olan hökmdarlar arasında Lahıc Ģahının da adını çəkir. O, 

bu  münasibətlə  belə  yazır:  «ġirvanĢah  Məhəmməd  ibn  Əhməd  əl-Əzdi,  sonra  əl-

Abxaz  (akademik  N.Vəlixanlının  fikrincə  burada  Abxaz  əvəzinə  Laican 



22 

 

iĢlədilməlidir  -  Q.C.)  Ģahı  -  onun mülkü  Qabh  dağının  bəzi  qolları  ilə  birləĢir  və 



nahiyələri AbxazĢah adlanır [236, 113]. V.F.Minorskinin fikrincə, müəllif burada 

«əl-Əzdi» yox, «əl-Yezidi» yazmalıydı [523, 88-89]. 

X  əsr  ərəb  səyyah  -  coğrafiyaĢünaslarının  son  və  böyük  nümayəndəsi, 

orijinal  əsərlər  müəllifi  olan  əl-Müqəddəsinin  «Ġqlimlərin  öyrənilməsi  üçün  ən 

yaxĢı  bölgü»  adlı əsərində  dünyanın  bir  sıra  ölkələri ilə  yanaĢı,  Azərbaycanın  da 

vilayət, nahiyə və Ģəhərlərinin ümumi coğrafi təsviri, əhalisi, ticarət, sənətkarlıq və 

təsərrüfat həyatı, dil, din və məiĢəti barədə zəngin məlumat toplanıb. «Axar suları, 

bağları  və  gəzməli  yerləri  olan  ġamaxı,  binaları  daĢdan  tikilmiĢ  böyük  Ģəhər 

ġirvan, gözəl (çiçəkli) düzəngahdakı Varsan..., vilayətin bütün Ģəhərləri kimi səfalı 

yerdə  yerləĢən  Laican...  baĢdan-baĢa  bağ  olan  Muğan  və  baĢqa  Ģəhərlər»  [236, 

128-129].  Görün,  ərəb  müəllifi  Azərbaycan  Ģəhərlərinin  necə  də  poetikcəsinə 

təsvirini  verib.  Maraqlıdır  ki,  müəllif  bir  çox  digər  Ģəhərlər  kimi  Lahıcı  da 

Bərdənin  Ģəhərlərindən  biri  kimi  qələmə  alıb  [236,  129].  Onun  verdiyi  məlumata 

görə,  Bərdicdən  əĢ-ġəmaxiyyəyə  2  mərhələ,  sonra  ġirvana  3  mərhələ,  sonra  əl-

Abxaza  (bəzi  müəlliflər  onun  Lahıc,  bəziləri  isə  Car  olduğunu  güman  edirlər  - 

Q.C.) 2 mərhələ, sonra Samur körpüsünə 2 mərhələ və oradan da Bab-əl-Əbvaba 3 

mərhələdir [236, 136]. 

Digər  orta  əsr  müəllifləri  kimi  əl-Ġdrisinin  (1100-1165-ci  illər)  «Ölkələri 

gəzməkdən  yorulmuĢun  əyləncəsi»  əsərində  də  Qabh  (Qafqaz)  dağının 

keçidlərində  300-dən  çox  qəsr  olduğu  [236,  152]  barədə  məlumat  verilir.  Onun 

qeydlərində  həmçinin,  Lahıcın  adı  çəkilir  və  onun  ətraf  Ģəhərlərlə  məsafəsi 

göstərilir [236, 150]. 

Girdiman vilayətinin tarixi ilə bağlı Ġbn əl-Əsirin (1160-1234) və Yaqut əl-

Həməvinin  əsərlərində  də  müəyyən  məlumatlara  rast  gəlirik.  Onlar  irandilli 

əhalinin  Azərbaycan  ərazilərinə  köçürülməsinə  xüsusilə  daha  geniĢ  yer  ayırıblar 

[27, 164-168; 112, 9; 241, 164-168]. Məsələn, Yaqut əl-Həməvi yazır ki, Bab əl-

Əbvabdan  o  yana  uzanan  dağlarda  70-dən  çox  xalq  yaĢayır,  bunlardan  hər  biri 

ayrıca öz dilində danıĢır və bu dili qonĢular baĢa düĢmür [27, 167]. 

Bəllidir  ki,  Sasani  hökmdarları  imperiyanın  Ģimal  sərhədlərinin 

təhlükəsizliyini təmin etmək baxımından Azərbaycan ərazilərinə xüsusi əhəmiyyət 

verirdilər.  Bu,  ərəb  müəllifinin  qeydlərindən  də  açıq-aydın  hiss  olunur.  Görün, 

Yaqut əl-Həməvi bu barədə nə yazır: «Bu diyarın əhəmiyyətinə görə Sasani Ģahları 

ona  çox  göz  qoyur  və  Ģimal  tayfalarının  basqınlarından  qorxu  çəkərək  oradakı 

bütün iĢləri diqqətlə izləyirdilər.  Buna görə, bu  yeri müdafiə etmək üçün bir sıra 

ölkələrdən  köçürülüb  gələn  və  Ģahların  inandıqları  adamlar  buraya  qarovul 

qoyulmuĢdular»  [27,  167].  Yaqut  əl-Həməvin  qeydlərindən  aydın  olur  ki, 

köçərilərin hücumlarının qarĢısını almaq üçün ləzgilərlə, Ģirvanlılarla yanaĢı, Lahıc 

əhalisindən  də  istifadə  olunurdu.  Əsərdə  deyilir:  «Orada  qarovul  çəkənlərin 

içərisində  tabasaranlı  adlanan  bir  xalq  var,  onun  qonĢuluğunda  filan xalqı,  sayca 

çox  olan  igid  lakz  xalqı,  layzanlar  (lahıclar),  Ģirvanlılar  və  baĢqalarıdır.  Çoxlu 


23 

 

qorxmaz  atlı  və  piyada  döyüĢçüləri  olan  bu  xalqların  hər  birinə  qorumaq  üçün 



ayrıca  yer  verilmiĢdir»  [27,  167].  Əlbəttə,  bütün  bunlar  erkən  orta  əsrlərdə 

imperiyanın Ģimal sərhədlərini möhkəmlətmək və yerli əhali arasında özünə ictimai 

dayaq yaratmaq məqsədilə Sasanilərin geniĢ miqyaslı köçürmə siyasətində maraqlı 

olduğundan xəbər verir. 

 




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə