AZƏrbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5.66 Mb.
Pdf просмотр
səhifə14/40
tarix06.07.2017
ölçüsü5.66 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

QALA VƏ ĠSTEHKAMLAR 

 

Tarixdən  bəlli  olduğu  kimi,  erkən  orta  əsrlər  dünyanın  nəhəng 

imperiyalarının  toqquĢduğu,  müharibə  və  hərbi  yürüĢlərin,  basqın  və  qarətlərin 

tüğyan  etdiyi  bir  dövr  olub.  Bu  dövrdə  ġərqlə  Qərbin,  Avropa  ilə  Asiyanın 

qovĢağında olan Cənubi Qafqaz, o cümlədən Albaniya əraziləri də aramsız hərbi 

əməliyyatlar meydanına çevrilib. Belə bir mürəkkəb hərbi-siyasi durumda təbiidir 

ki, nəinki ölkələrin və vilayətlərin, hətta ayrı-ayrı Ģəhərlərin və Ģəhər tipli yaĢayıĢ 

məntəqələrin  müdafiəsini  təĢkil  etmək  zəruriyyəti  ön  plana  çıxıb.  Azərbaycan 

ərazisindəki  qala  və  istehkamların  əksəriyyətinin  məhz  həmin  dövrdə  tikilməsi 

deyilənlərə sübutdur [143; 461; 462]. 

Mütəxəssislər qala və istehkam tipli müdafiə tikililərini lokal və ya regional 

əhəmiyyət daĢımaları etibarı ilə iki əsas qrupa bölüblər. Gilgilçay, BeĢbarmaq və 

Dərbənd sədləri kimi geniĢ əraziləri əhatə edən nəhəng tikililər təbiidir ki, regional 

əhəmiyyətli  müdafiə  tikililəri  hesab  olunurdu.  Bu  tikililər  daha  çox  ölkələrarası 

müharibələr zamanı müdafiənin təĢkili məqsədinə xidmət etməklə, olduqca böyük 

ərazilərin təhlükəsizliyini təmin edirdi. Bu mənada onlar əslində qlobal əhəmiyyətli 

müdafiə tikililəri idi [143, 133]. 

Regional  müdafiə  sistemindən  fərqli  olaraq  lokal  əhəmiyyətli  müdafiə 

tikililəri daha çox daxili feodal müharibələri zamanı müdafiə sisteminin təĢkilinə 

xidmət  edirdi.  Onların  qapalı  və  ya  yığcam  quruluĢu  əsasən  məhdud  hərbi 

əməliyyatlara hesablanmıĢdır. Bu qəbildən olan tikililər üçün dağ qalaları xüsusilə 

xarakterikdir  [143,  133].  CavanĢir  qalası,  Xaçmaz  Govur  qalası,  Xanagah  qız 

qalası,  Bum  qalası,  Fit  qalası,  Niyal  qalası  və  bu  kimi  tikintilər  lokal  müdafiə 

sistemlərinə daxil olan  ən xarakterik nümunələr hesab edilə bilər. Əlbəttə, zaman 

və  Ģəraitdən  asılı  olaraq  bu  qalalardan  həm  də  iri,  dövlətlərarası  hərbi 

əməliyyatlarda  istifadə  olunub.  Xatırladaq  ki,  yaĢayıĢ  məntəqələrindən  uzaqda, 

əsasən dağlıq ərazilərdə, həm də strateji baxımdan olduqca əlveriĢli yerlərdə inĢa 

edilən  bu  qalalar,  eyni  zamanda  o  dövrün  hərbi  bazaları  hesab  olunurdu.  Onlar 

ətraf  ərazilərin hərbi təhlükəsizliyini  təmin  etmək  funksiyasını  yerinə  yetirirdilər. 


121 

 

Yəni, bu və ya digər qala və orada saxlanan qarnizon ərazisində yerləĢdiyi feodal 



mülklərinin və oradan keçən ticarət yollarının təhlükəsizliyini təmin etməyə borclu 

idi.  Mütəxəssislərin  fikrincə,  «dağ  qalaları  özlərinin  baĢlıca  funksiyasını  məhz 

ölkənin ən ağır anlarında - yerli hakimlərin və əhalinin sığınacaq yerinə çevriləndə 

yetirmiĢ  olurdu»  [143,  133].  Təbiidir ki,  belə  vaxtlarda  dağ  qalaları təkcə  passiv 

müdafiə məntəqəsi olaraq qalmırdı. Yəni, qalalardakı hərbi qarnizonların gücündən 

və imkanlarından asılı olaraq onlar bəzən fəal hərbi əməliyyatlara da qoĢulurdular. 

Akademik  Z.M.Bünyadovun  əl-Təbəri  və  Ġbn  əl-Əsirə  istinadən  yazdığına  görə, 

ərəb hücumları zamanı Albaniya mərzbanı Ġsfəndiyar ərəbləri xəbərdar etmiĢdi ki, 

bu ölkəni fəth etmək çətin olacaq. Çünki xalq çoxlu qalaları olan dağlara çəkilib və 

imkan düĢdükcə oradan ərəblər üzərinə həmlələr edəcək [43, 79]. 

Qüvvələrin  qeyri-bərabər  olduğu  vaxtlarda  mövqeləri  tərk  edərək  daha 

keçilməz  ərazilərə  geri  çəkilmək  imkanları  dağ  qalalarının  hərbi  strateji 

əhəmiyyətini  daha  da  artırırdı.  Yəni,  düĢmən  güclü  hərbi  həmlələr  hesabına  bu 

qalalara daxil olduğu təqdirdə, onların müdafiəçiləri dağlara və meĢələrə çəkilərək, 

əlçatmaz  yerlərdə  müdafiəni  təĢkil  etmək  imkanlarına  malik  idi.  Beləliklə, 

dağlardakı  müdafiə  qalaları  əslində  özündən  daha  etibarlı  dağlara  və  təbii 

istehkamlara  söykənirdi.  Bu  isə  ən  ciddi  döyüĢlər  zamanı  belə  əhalinin  və  hərbi 

qarnizonun itkilərdən qorunub saxlanması üçün çox mühüm amil idi. 

Dağ  qalalarının  özünümüdafiə  imkanları  yüksək  olduğundan,  onlar  hətta 

uzunmüddətli mühasirələrə belə tab gətirə bilirdilər. Yəni, ətraf əraziləri zəbt edən 

düĢmən  bəzən aylarla,  illərlə  bu  və  ya  digər  qalanın  fəth  olunması  üçün  vaxt  və 

qüvvə  itirməli  olurdu.  Bəzz  qalası,  Əlincə  qalası,  Fit  qalası,  Gülüstan  qalası, 

Gələsən-görəsən qalası və neçə-neçə digər qalaların məhz bu cür rəĢadətlə müdafiə 

olunduğuna  dair  orta  əsr  mənbələrində  istənilən  qədər  məlumatlara  rast  gəlmək 

mümkündür. 

Qazan  xanın  vəziri  və  dövrünün  görkəmli  alimi  olan  RəĢidəddin  öz 

qeydlərində  müdafiə  qalalarının  əhəmiyyətindən  bəhs  edərkən,  vilayət 

hakimlərindən  onların tikintisi,  bərpası  və abad  vəziyyətdə  saxlanması  məqsədilə 

vəsait  ayırmalarını  tələb  edirdi.  O,  məktublarından  birində  Qara  Buğaya  hakimi 

olduğu vilayətin sığınacaq qalasını möhkəm saxlamağı tövsiyə edərək yazırdı: «Bu 

qalanın bürclərinin möhkəmləndirilməsi və xəndəklərinin qazılmasında ən xırda iĢi 

belə  yaddan  çıxarma,  çünki  dərəbəylik,  qarmaqarıĢıqlıq  və  bədbəxtlik  zamanı 

gələndə  o  bizim  uĢaqlarımız  üçün  sığınacaq  yeri  olar,  elə  yer  ki,  (orada)  bizim 

tərəfdarlarımız  və  nəvələrimiz  qala  bilər»  [595,  188].  Fikrimizcə,  orta  əsrlərdə 

təkcə  Azərbaycan  ərazisində  deyil,  bütövlükdə  ġərqdə  geniĢ  yayılmıĢ  olan  qız 

qalalarının  təyinatını  da  məhz  bu  yöndən  izah  etmək  daha  məqsədəuyğun  olardı 

[47, 87-93]. 

Müdafiə  qalaları  üçün  yer  seçilərkən  bir  sıra  vacib  amillər,  xüsusilə  də 

ərazinin  içməli  su  ilə  təchizatı  imkanları  mütləq  nəzərə  alınırdı.  Girdiman 

vilayətindəki  müdafiə  qalalarının  demək  olar  ki,  əksəriyyətinin  çay  kənarında 



122 

 

tikilməsi buna sübutdur. Bu, həmçinin tikintinin yerli inĢaat materialları ilə təmin 



etmək  imkanları  ilə  əlaqədar  idi.  Sözsüz  ki,  nəhəng  dağ  qalalarını  tikmək  üçün 

uzaq məsafələrdən  daĢ,  kirəc  və  ya  kərpic  gətirmək  sərfəli  deyildi.  MüĢahidə  və 

araĢdırmalar  göstərir  ki,  bütün  qalalar  əsasən  yaxınlıqdakı  çayların  daĢından 

istifadə olunmaqla inĢa edilib. 

Müdafiə  qalaları  Ģəraitdən  asılı  olaraq  bəzən  uzunmüddətli  sığınacaq 

funksiyasını  yerinə  yetirməli  olurdu.  Təbiidir  ki,  bu  zaman  qalanın  müdafiə 

divarlarını  möhkəmlətməklə  yanaĢı,  daxildə  hərbi  və  ya  mülki  kontingentin 

yerləĢdirilməsi,  azuqə  və  silah  ehtiyatının  saxlanması  üçün  də  yardımçı  tikintilər 

olmalı  idi.  Bütün  bunlar  adətən  iç  qalada  (buna  bəzən  də  narınqala  deyirlər) 

cəmləĢirdi. Bu mənada müdafiə qalaları həm də Ģəhərsalma  elementlərini özündə 

ehtiva edirdi [143, 134]. 

Maraqlıdır ki, dağlıq ərazilərdə tikilmiĢ lokal əhəmiyyətli müdafiə qalaları 

düzən ərazilərdəki qalalarla müqayisədə nisbətən daha yaxĢı qalmıĢdır. Fikrimizcə, 

bu iki mühüm amillə əlaqədardır. Birincisi, görünür bu qalalar həqiqətən daha çox, 

məhz  passiv  müdafiə  funksiyası  yerinə  yetirməli  olublar.  Əks  halda,  yəni, 

uzunmüddətli fəal hərbi əməliyyatlarda iĢtirak etmiĢ olsaydılar, təbiidir ki, düĢmən 

həmlələri  nəticəsində  daha  çox  dağıntıya  məruz  qalardılar.  Ġkincisi,  bu  qalalar 

yaĢayıĢ  məntəqələrindən  uzaq  və  əlçatmaz  yerlərdə  olduğundan,  onlar  insanların 

gündəlik dağıdıcı təsirlərindən də bir növ uzaqda qalıblar. Belə möhtəĢəm müdafiə 

tikililərindən biri də Girdiman hökmdarı CavanĢirin adını daĢıyan qaladır. 

 

CAVANġĠR QALASI 

 

Qala  Ġsmayıllı  rayonunun  Talıstan  kəndindən  təqribən  3  km  Ģimalda,  Ağ 



çayın sağ sahilində, dağın üstündə yerləĢir (XLIX tablo, Ģək.2). Ġçərisi və ətrafı sıx 

meĢə  örtüyü  ilə  əhatə  olunduğundan  uzaqdan  görsənmir.  Abidəyə  gedən  yolun 

üstündə Qaranohur çayı ilə Ağ çayın qovuĢduğu  yerdə qalanın müdafiəsini təĢkil 

etmək  məqsədinə  xidmət  edən  istehkam  yerləri  var.  Həmin  sahə  yerli  əhali 

tərəfindən «Səngər yeri» adlanır və təqribən 4-5 hektar sahəni əhatə edir. Ora ötən 

əsrin  60-70-ci  illərinədək  baĢdan-baĢa arçan meĢəsindən  ibarət  idi.  Ola  bilsin ki, 

vaxtı ilə arçan ağacları orada məqsədli surətdə əkilib. Xatırladaq ki, arçan meĢəsi 

içərisində gizlənmək, yəni, mövqe tutmaq üçün ideal Ģərait var. Görünür, qalanın 

müdafiəsi uğrunda ilkin döyüĢlər də elə bu ərazidə olub. «Səngər yeri»ndən qalaya 

cəmisi bir keçid var. Darısqal olduğundan orada kiçik qüvvə ilə böyük bir ordunun 

qarĢısını almaq mümkündür. 

Qala  Ağçay  dərəsindən  təqribən  500-600  m  yüksəkdə,  hər  tərəfdən  sərt 

yamac  və  uçurumlarla  əhatələnən  dağın  üstündə  yerləĢir.  Qalaya  yol  cənub 

tərəfdəndir.  Yamac  sərt  olduğundan,  oraya  birbaĢa  qalxmaq  qeyri-mümkündür. 

Odur  ki,  Ağçay  dərəsindən  qalaya  qalxan  yol  ərazinin  relyefinə  uyğun  olaraq 

dolanbac  formadadır.  Əsasən  piyadalar  və  atlılar  üçün  nəzərdə  tutulan  bu  yolla 



123 

 

hərbi  texnikanın,  o  cümlədən  döyüĢ  arabalarının  qalaya  yaxınlaĢması  qeyri-



mümkündür (XLI tablo). 

Qalanın  tikintisində  inĢaat  materialı  kimi  kirəc  məhlulundan,  çay  və  qaya 

daĢlarından  istifadə  olunmuĢdur.  Təbiidir  ki,  bu  materialları  da  Ağ  çayın 

yatağından və onun sahili boyunca olan qayalıqlardan tədarük ediblər. 

Rəvayətə  görə,  CavanĢir  qalasının  divarlarını  ata  hörüb,  oğlu  isə  ona  daĢ 

verib.  Və hər dəfə  ustaya  daĢ  lazım  olduqda,  o,  ucadan  deyərmiĢ:  «Yüngül  oğlu 

yüngül, daĢ ver!» Bu o deməkdir ki, ustaya xırdaölçülü daĢlar gərəkdir. Yaxud da 

«Ağır  oğlu  ağır,  daĢ  ver!»  Bu  isə,  ustanın  iriölçülü  daĢlara  ehtiyacı  olduğundan 

xəbər  verirdi.  Bu  minvalla  da  ustanın  çağırıĢına  uyğun  olaraq  oğlu  da  aĢağıdan  - 

Ağ çayın yatağından yuxarıya daĢ tullayarmıĢ. 

Fikrimizcə, bu rəvayəti iki cür yozmaq olar. Birincisi, ola bilər ki, tikintiyə 

ümumən ata rəhbərlik edib, material təchizatı isə oğula həvalə edilib. Bu rəvayəti, 

həmçinin,  dövrünün  çox  mühüm  hərbi-strateji  istehkamının  tikintisində  atalarla 

oğullar arasındakı əmək bölgüsünə iĢarə kimi də anlamaq olar. Ola bilsin ki, atalar, 

yəni,  yaĢlı  və  təcrübəli  insanlar  bilavasitə  tikinti  ilə,  gənclər,  qolu  zorlular  isə 

material  tədarükü  ilə  məĢğul  olublar.  Əlbəttə,  çətin  relyef  Ģəraitində  olduqca 

əzəmətli  və  həm  də  mürəkkəb  memarlıq  elementləri  ilə  zəngin  olan  belə  bir 

istehkamın tikintisini ancaq təcrübəli ustalara etibar etmək olardı. 

Qalanın  qərb  tərəfinin  divarları  yer  sürüĢməsi nəticəsində  bütünlüklə  uçub 

dağılıb. Odur ki, abidənin ümumi sahəsini dəqiqləĢdirmək mümkün deyildir. 

CavanĢir  qalasının  mövcudluğu  barədə  elmi  ictimaiyyətə  ilk  dəfə  1966-cı 

ildə  coğrafiyaĢünas  alim  R.B.Tarverdiyev  məlumat  verib  [623].  Onun  yazdığına 

görə, qala 1,5 hektara yaxın sahəni əhatə edir. Əslində isə uçqun aparmıĢ sahələr 

nəzərə alınmadan indiki vəziyyətdə qalanın ərazisi 2 hektara yaxındır. 

Xalq  Ģairi  Səməd  Vurğun  ötən  əsrin  30-cu  illərində  özünün  məĢhur 

«Talıstan» poeması üzərində iĢləyərkən bir neçə dəfə CavanĢir qalasında olub və 

onu nəzmə çəkib. Poemada deyilir: 

 

Burda əsrlərdən yadigar qalan,  



Üstünü çiskinlər, dumanlar alan.  

Böyük bir qala var, dörd yanı hasar,  

DaĢında paslamıĢ əski yazılar.  

Kimdir o sənətin böyük ustadı?  

Ölməz sənətkarın, sənətin adı? [219, 196]. 

 

Qalaya gələn yol cənub istiqamətdən olduğuna görə, onun əsas qapısı da elə 



cənub  tərəfdəndir.  Qapı  yeri  uçub  dağıldığından,  onun  ölçüləri  və  forması  barədə 

dəqiq fikir söyləmək çətindir. Amma qapı yerinin quruluĢundan bilinir ki, o, çox da 

geniĢ  olmayıb.  Görünür,  ərazidə  döyüĢ  texnikası  və  atların  hərəkət  edə 

bilmədiyindən geniĢ qapıya ehtiyac olmayıb. 



124 

 

Abidənin  planından  göründüyü  kimi,  qapı  yeri  dirsək  formasındadır  (XLI 



tablo).  Qapı  yerindən  içəridə  əsas  divarlara  bitiĢik  vəziyyətdə  olan  qövsvari 

formada kiçik divar qalıqları çox güman ki, qalanın müdafiəsinin effektli təĢkilinə 

xidmət  edib.  Ehtimal  ki,  qala  qarnizonu  məhz  həmin  yerdə  daimi  olaraq  növbə 

çəkirmiĢ.  Xatırladaq  ki,  qalaya  gələn  yol  həddindən  artıq  dik  olduğundan,  bu 

səmtdən  düĢmənin  effektli  həmləsi  praktiki  baxımdan  mümkün  deyil.  Odur  ki, 

CavanĢir  qalası,  hətta  kiçik  bir  qarnizonla  belə  sayca  qat-qat  artıq  olan  düĢmən 

hücumundan qorunmaq imkanlarına malik olub. 

Qalanın cənub divarları və oradakı bürclər özünün möhkəmliyi ilə diqqəti 

cəlb edir. Burada yarıuçuq vəziyyətdə belə qala divarlarının hündürlüyü 10-12 m-ə, 

qalınlığı  isə  1,2-1,5  m  təĢkil  edir  (XLIII-XLIV  tablolar).  Mailliyi  45°-dən  artıq 

olan  dik  yamacda  bu  cür  möhtəĢəm  qala  tikmək,  əlbəttə  ki,  həm  fiziki,  həm  də 

mühəndis-texniki baxımdan olduqca çətindir. Lakin qalanın dövrümüzədək, demək 

olar ki, tam salamat vəziyyətdə qalması onu göstərir ki, qədim ustalar bu çətin və 

mürəkkəb iĢin öhdəsindən bacarıqla gəlmiĢlər. 

Cənub divarları boyunca olan ərazidə tikinti iĢlərinə baĢlamazdan əvvəl dağ 

yamacı Ģərq-qərb istiqamətində qazılaraq orada nəhəng süni terras yaradılıb (XVII 

tablo,  Ģək.2).  Belə  bir  terrasın  olması  iki  cəhətdən  labüd  idi.  Birincisi,  ərazini 

hamarlamadan,  orada  nəhəng  müdafiə  sistemi  inĢa  etmək  olmazdı.  Terrasda  isə 

həm  kifayət  qədər  dərin  bünövrə  yeri  qazmaq,  həm  də  asanlıqla  inĢaat  iĢləri 

aparmaq  mümkün  idi.  Ġkincisi,  belə  bir  terrasın  mövcudluğu  gələcəkdə  qala 

divarları  daxilində  müdafiə  qüvvələrini  yerləĢdirmək,  onların  asanlıqla  manevr 

etmələrini təmin etmək baxımından da zəruri idi. Yəni, əgər həmin ərazilərdə terras 

yaradılmasaydı,  qala  divarları  nə  qədər  hündür  və  nə  dərəcədə  əzəmətli  olsaydı 

belə, onun içərisi kənardan görünəcəkdi. Bu isə istənilən müdafiə istehkamı üçün 

məqbul keyfiyyət hesab oluna bilməzdi. Qalanın cənub divarları kifayət qədər uzun 

və hündür olduğundan, o bir neçə yerdə iri dayaq-bürclərlə möhkəmləndirilib. 

Həmin  bürclər  düzbucaqlı  və  ya  yarımsilindrik  formadadır.  Düzbucaqlı 

formada  olan  bürclərin  qala  divarlarına  perpendikulyar  olan  hissəsinin  uzunluğu 

4,2 m, qala divarlarına paralel olan hissəsinin uzunluğu isə 9,3 m-dir (XLIV tablo, 

Ģək.1). Ondan 5 m Ģərqdə olan yarımsilindrik formalı digər bürc də əzəmətinə görə 

düzbucaq  formalı  bürcdən  geri  qalmır.  Bu  bürclər  kənardan  baxanda  qoĢa  bürcü 

xatırladır.  Maraqlıdır  ki,  yarımsilindrik  formalı  bürcdən  Ģərq  tərəfdəki  sonuncu 

bürc  də  yarımsilindrik  formadadır.  Qala  qapısı  yanındakı  bürclər  isə  düzbucaqlı 

formada inĢa edilib. Beləliklə, qalanın cənub fasadının memarlıq görkəmində ciddi 

bir harmoniya yaradılıb [143, 135]. 

Mütəxəssislərin rəyincə, düzbucaqlı formalı bürclər dairəvi və yarımdairəvi 

bürclərə  nisbətən  daha  qədim  tarixə  malikdir.  Memarlıq  baxımından  daha  sadə 

olan  bu  cür  bürclərin  inĢası  da  xeyli  asan  olub.  Lakin,  bu  cür  bürclər 

dözümlülüyünə görə dairəvi və yarımdairəvi bürclərdən geri qalır. Yəni, kənardan 

bu  bürclərə vurulan hər hansı bir zərbə, bilavasitə zərbənin dəydiyi nöqtəyə təsir 



125 

 

edir və bu səbəbdən də onun dağıdıcı effekti yüksək olur. Dairəvi və yarımdairəvi 



bürclərdə  isə  zərbənin  təsiri  bərabər  səviyyədə  bürcün  bütün  hissələrinə  yayılır, 

beləliklə  də,  onun  dağıdıcı  təsiri  minimuma  enir.  Görünür,  elə  bu  səbəbdən  də 

memarlıq sənəti inkiĢaf etdikcə müdafiə məqsədi ilə inĢa edilən tikintilərdə dairəvi 

və yarımdairəvi bürclərə daha çox üstünlük verilmiĢdir. 

Qalanın  cənub  divarları  orijinal  hörgü  sistemi  ilə  də  diqqəti  cəlb  edir. 

Maraqlıdır  ki,  divarın  bünövrəyə  yaxın  hissəsi  ölçüləri  50x80  sm-ə  çatan  iri 

daĢlarla,  ondan  üstdəki  cərgə  isə  xırda  daĢlarla  hörülüb.  Daha  sonrakı  cərgənin 

hörgüsündə  isə  yenidən  nisbətən  daha  iri  daĢlardan  istifadə  edilib.  Doğrusu, 

inanmaq olmur ki, bu cür nəhəng daĢları Ağçay dərəsindən buraya necə qaldırıblar 

və  nə  üçün  onlardan  bünövrədə  deyil,  qala  divarları  təqribən  3-4  m  qalxandan 

sonra hörgüdə  istifadə  edilib?  Görünür, həmin  daĢlar  tikintiyə  Ağçay  dərəsindən 

qaldırılmayıb.  Əslində,  onlar  çay  daĢından  daha  çox  vulkanik  mənĢəli  daĢlara 

bənzəyir.  Bizə  belə  gəlir  ki,  tikintidə  istifadə  edilən  həmin  iri  daĢlar  qala  divarı 

boyunca  terras  yeri  qazılarkən  üzə  çıxıb  və  onları asanlıqla  yuvarlayaraq  divarın 

üstünə qoyublar. 

Qalanın  cənub  divarlarının  hərbi-strateji  əhəmiyyətini  təsdiqləyən 

dəlillərdən  biri  də,  orada  müxtəlifölçülü  xüsusi  mazğalların  olmasıdır.  Belə 

mazğallardan  bir  neçəsi  qoĢa  bürclər  arasındakı  hissədədir  (XLIV  tablo,  Ģək.1). 

Onlar içəri tərəfdə bir qədər geniĢ, çöl tərəfə doğru isə daralan formadadır. Ölçüləri 

içəridə  45x30  sm,  çöl  tərəfdə  isə  37x15  sm-dir.  QoĢa  bürclərdən  qərbə  və  Ģərqə 

doğru olan hissələrdəki mazğallar isə həcmcə daha iridir. Onların ölçüləri: eni 40-

50  sm,  hündürlüyü  1-1,2  m-dir.  Mazğalların  hamısı  əsasən  adam  boyu  çatan 

hündürlükdədir.  Xatırladaq  ki,  qıvrıla-qıvrıla  üzüyuxarı,  qalaya  doğru  gələn  yol-

cığır  da  birbaĢa  mazğallar  olan  ərazinin  qarĢısından  keçir. Odur ki,  qalaya  gələn 

yolu  və  ətraf  ərazini  nəzarətdə  saxlamaq,  zərurət  yarananda  müxtəlif  vasitələrlə 

düĢmənə zərbə endirmək üçün də bu mazğallar çox əlveriĢlidir. 

Qalanın  Ģərq  divarları  Ağ  çayın  sağ  sahili  boyunca  uzanan  sıldırım 

yamacların üstündə tikilib. Bu hissədə tikintinin mühəndis-texniki həlli bütünlüklə 

relyefə  uyğunlaĢdırılıb  (XLVII  tablo).  Beləliklə, həmin hissədə  divarlar  daha  çox 

əyri  və  sınıq  xətlər  boyunca  inĢa  edilib.  Dirsək  əmələ  gələn  yerlərdə  divarlar 

diametri  təqribən  3-7  m  olan  nisbətən  kiçikhəcmli  yarımsilindrik  bürclərlə 

möhkəmləndirilib. Mütəxəssislərin rəyincə, «ciddi nizama və müəyyən ritmə tabe 

olmayan həmin bürclərin yerləĢməsində də konkret məntəqənin (daha dəqiq desək, 

konkret nöqtə və ya ərazinin - Q.C.) müdafiəsi və möhkəmliyi Ģərti gözlənilmiĢdir» 

[143, 136-137]. 

CavanĢir qalası iki hissədən ibarətdir:  Əsas qala və iç qala. Abidənin Ģərq 

divarları Ģimal-Ģərq nöqtədə iç qala ilə birləĢir. Ġç qala daha çox dağıntıya məruz 

qaldığından,  onun  forma  və  quruluĢu  barədə  konkret  fikir söyləmək  çətindir.  Bir 

Ģey məlumdur ki, o, dağın yastan hissəsini bütünlüklə əhatə edir və qalanın ümumi 

ərazisinin təqribən beĢdə birinə bərabərdir. Orada irili-xırdalı çoxlu arakəsmə divar 



126 

 

qalıqları  mövcuddur.  Abidənin  planından  göründüyü  kimi  iç  qalanın  cənub  və 



Ģimal  künclərində,  habelə  cənub-qərb  divarlarında  bürc  yerləri  mövcuddur. 

Onlardan birincisi silindirik, digərləri isə yarımsilindrik formadadır. Ġç qalanın əsas 

giriĢ  qapısı  da,  elə  məhz  yarımsilindrik  formalı  bürclərin  olduğu  cənub-qərb 

tərəfdədir. 

Maraqlıdır  ki,  CavanĢir  qalasının  tikintisində  kərpicdən,  ümumiyyətlə, 

istifadə  olunmayıb.  Lakin  iç  qala  ərazisində  əldə  olunan  yerüstü  materiallar 

içərisində  tək-tək  də  olsa  biĢmiĢ  kərpic  qırıqlarına  rast  gəlmək  mümkündür.  Bu, 

onu  göstərir  ki,  qala  tikiləndən  xeyli  sonra  da  iç  qala  ərazisində  bu  və  ya  digər 

yardımçı binalar inĢa edilib və biĢmiĢ kərpicdən də məhz o zaman istifadə olunub. 

CavanĢir  qalasının  Ģimal hissəsindəki  divar-çıxıntı,  bütövlükdə  bu  abidəni 

digər həmdövr müdafiə  istehkamlarından  fərqləndirən mühüm memarlıq  elementi 

kimi səciyyələndirilə bilər. Uzunluğu 50 m, qalınlığı 2 m olan bu divar-çıxıntı əsas 

qala  ilə  qərb  və  Ģərq  divarlarını  birləĢdirən  yarımsilindrik formalı  bürcün  Ģimala 

doğru davamıdır. ġərq və qərb tərəfdən dərin, həm də olduqca sərt qaya-yamacın 

zirvəsində  olan  bu  divar-çıxıntının  orta  hissəsində  diametri  3,5  m  olan  iki  ədəd 

dairəvi  formalı  kiçik  bürc  var.  Divar-çıxıntının  qurtaracağındakı  iri  silindirik 

formalı  bürc  (diametri  10  m)  Qalanın  ən  Ģimal  nöqtəsi  hesab  olunur.  Ora  təbii-

relyef  Ģəraiti  baxımından  olduqca  sərt  bir  nöqtədir.  ġimal  bürcə  yalnız  divar-

çıxıntının  üstü  ilə  gəlmək  mümkündür.  Mütəxəssislərin  fikrincə,  bu  bürc  çox 

güman  ki,  «qalanın  baĢ  gözətçi  məntəqəsi  olmuĢdur».  Ağçay  dərəsi  və  ətraf 

ərazilər oradan yaxĢı görünür. 

CavanĢir qalası təkcə landĢaft-relyef Ģəraiti və hərbi strateji keyfiyyətləri ilə 

deyil,  həm  də  tikinti  üslubunun  səviyyəsi,  memarlıq-məkan  quruluĢunun  təbii-

dinamik  xarakteri  ilə  fərqlənən  abidələrdəndir.  Çətin  relyef  Ģəraitində  əhəng 

məhlulu,  yonulmamıĢ  qaya  və  çay  daĢlarından  istifadə  olunmaqla  tikilən  bu 

istehkam  ayrı-ayrı  memarlıq  elementləri,  xüsusilə  də  bürclərinin  möhtəĢəmliyi, 

səliqəli icra iĢi, nəhayət, forma plastikliyi ilə diqqəti cəlb edir [143, 136]. 

CoğrafiyaĢünas  alim  R.B.  Tarverdiyevin  kiçikhəcmli  məqaləsi  istisna 

olmaqla  [623]  uzun  illər  ərzində  CavanĢir  qalasına  tədqiqatçı  ayağı  dəyməyib. 

Onun ardınca arxeoloq F.L.Osmanov 1972-ci ildə Ġsmayıllı rayonunda bəzi orta əsr 

abidələri  haqqında  dərc  etdirdiyi  məqaləsində  CavanĢir  qalasının  quruluĢu  və 

ölçüləri  barədə  yığcam  məlumat  verib  [188,  58-61].  Abidə  haqqında  nisbətən 

əhatəli və elmi cəhətdən dəyərli məlumat ilk dəfə 1980-ci ildə memar C.Ə.Qiyası 

və arxeoloq F.L.Osmanov tərəfindən çap edilib. Onların Ġsmayıllı rayonunun bəzi 

müdafiə  istehkamlarından  bəhs  edən  məqaləsində  qalanın  bərpa  eskizi  verilmiĢ, 

onun  dövrü  və  memarlıq  xüsusiyyətləri  barəsində  dəyərli  mülahizələr 

söylənilmiĢdir.  Məqalədə  deyilir:  «Abidənin  adı  məĢhur  Girdiman  hökmdarı 

CavanĢirin  (VII  əsr)  adı  ilə  bağlıdır.  Öz  dövrünün  dörd  iri  imperiyası  -  Xəzər, 

Sasani,  Ərəb,  Bizans  imperiyaları  arasında  Arranın  müstəqilliyini  saxlamağa 

çalıĢan  və  «dörd  hakim  xalqın  hökmdarlarının  hörmət  və  sayğı  bəslədiyi» 



127 

 

CavanĢirin  iri,  dövlət  əhəmiyyətli  sığınacaq  qalası  olması  zəruri  idi  [143,  139]. 



Bəhs  olunan  qala  Girdiman  vilayətində  mövcud  olan  qalaların  ən  irisi  və 

əzəmətlisidir.  Sahəsi  1,5  hektardan  artıq  olan  qalanın  ancaq  xarici  divarlarının 

uzunluğu  600  m-dən  çoxdur.  Abidənin  memarlıq  həllində,  xüsusilə  də  cənub 

divarlarının  və  bürclərinin  quruluĢunda  ilk  orta  əsrlərin  müdafiə  tikililəri  üçün 

səciyyəvi olan fəndlər (düzbucaqlı bürc, iri uzunsov mazğallar və s.) iĢlədilmiĢdir. 

Bu  dəlillər  və  arxeoloqların  ilkin  müĢahidələrinin  nəticələri  qalanın  Girdiman 

hökmdarları  dövründə  (VI-VII  əsr)  tikildiyini  söyləməyə  haqq  verir.  Qalanın 

memarlıq üslubu və ərazisindən tapılan Ģirsiz keramika nümunələri də onun məhz 

Girdiman  hökmdarları  tərəfindən  tikildiyindən  xəbər  verir.  Lakin  belə  bir 

möhtəĢəm  müdafiə  istehkamını  Girdiman  hökmdarlarından  məhz  hansının 

tikdirdiyi məsələsi elmi cəhətdən hələ də müəmmalı olaraq qalır. Doğrudur, adını 

əsas  götürərək,  onun  məhz  CavanĢirin  hakimiyyəti  dövründə  tikildiyini  güman 

etmək olar. Amma bu qənaətdə olmaq üçün bəzi arqumentlər çatıĢmır. Fikrimizcə, 

alban  tarixçisi  M.Kalankatuklunun  məlum  əsərində  CavanĢir  qalasının  adının 

çəkilməməsi  bu  cəhətdən  ən  ciddi  arqument  hesab  edilə  bilər.  Yəni,  CavanĢirin 

saray həyatına yaxından bələd olan, hərbi yürüĢlərini və görüĢlərini bəzən ən xırda 

detallarınadək  qələmə  alan  tarixçi  ola  bilməzdi  ki,  onun  hakimiyyəti  dövründə, 

həm də bilavasitə onun təĢəbbüsü ilə belə bir əzəmətli qalanın tikildiyindən bixəbər 

olaydı.  Hər  halda  «Albaniya  tarixi»  əsərində  CavanĢir  qalasının  adının  belə 

çəkilməməsi  bu  cür  düĢünməyə  əsas  verir.  Axı,  necə  ola  bilərdi  ki,  Girdiman 

qalasının  adı  tez-tez  xatırlandığı  halda,  CavanĢir  qalasının  adı  belə  çəkilməsin?! 

Deməli,  qala  CavanĢirin  hakimiyyəti  dövründə  tikilməyib.  Doğrudur,  bəzi 

müəlliflər M.Kalankatuklu tərəfindən adı çəkilən Girdiman qalasının elə CavanĢir 

qalası  olduğunu  güman  edirlər.  Əlbəttə,  bu  fikirlə  razılaĢmaq  mümkün  deyil. 

Birincisi,  M.Kalankatuklunun  öz  qeydlərində  təkrar-təkrar  xatırlatdığı  kimi, 

Girdiman  qalası  Mehranilər  sülaləsinin  dördüncü  nümayəndəsi,  CavanĢirin  atası 

Varaz  Qriqorun  babası  Cəsur  Vardan  tərəfindən  tikilib.  Ġkincisi,  həm  də  kifayət 

qədər daha ciddi bir arqument ondan ibarətdir ki, Girdiman qalası təkcə müdafiə 

istehkamı  deyil,  eyni  zamanda  Ģəhər-qala  olub.  Halbuki,  CavanĢir  qalası  barədə 

bunu söyləmək olmaz. Yəni, CavanĢir qalası bir daha təkrar edirik ki, sırf müdafiə 

qalası  olub.  Ona  görə  də  Girdiman  qalası  ilə  CavanĢir  qalasını  eyniləĢdirmək 

düzgün  olmazdı.  Bəs  elə  isə  CavanĢir qalasını  kim  və nə vaxt  tikdirib?  Bizə  elə 

gəlir ki, bu qala hər halda CavanĢirin hakimiyyəti dövründən sonra tikilib. Çünki, 

CavanĢirin,  yaxud  da  onun  sələflərinin  hakimiyyəti  illərində  tikilmiĢ  olsaydı,  bu 

barədə  sözsüz  ki,  M.Kalankatuklu  yazardı.  Bununla  belə,  bu  qalanın  CavanĢirlə 

əlaqəsi  olduğunu  da  danmaq  qeyri-mümkündür.  Təkcə  elə  ona  görə  ki,  bu  qala 

CavanĢirin hakimiyyətdə olduğu VII əsrdə tikilib və onun adını daĢıyır. Fikrimizcə, 

bu  halda  qalanın  VII  əsrin  sonlarında,  daha  doğrusu CavanĢirin  ölümündən sonra 

və  məhz  onun  Ģərəfinə  tikildiyini  ehtimal  etmək  daha  məntiqə  uyğun  olardı  [50, 

111].  ġair  Dəvdəkin  onun  ölümünə  yazmıĢ  olduğu  ağıdan  göründüyü  kimi, 



128 

 

CavanĢirin qəflətən, həm də xaincəsinə qətlə yetirilməsi Albaniyada böyük matəmə 



səbəb  olub.  Təbiidir  ki,  belə  anlarda insanlar  daha  çox  Vətən  və  xalq  qarĢısında 

xidmətləri  olan  Ģəxsiyyətlərin xatirəsinin  əbədiləĢdirilməsi barədə  düĢünürlər.  Bu 

mənada  görkəmli  dövlət  xadimi,  bacarıqlı  sərkərdə  və  mahir  diplomat  olan 

CavanĢirin xatirəsini əbədiləĢdirmək məqsədilə doğma Girdiman vilayətində onun 

Ģərəfinə belə bir əzəmətli qala tikilməsi mümkün idi. 

Əfsuslar  olsun ki,  Azərbaycanın  erkən  orta  əsrlər tarixinin öyrənilməsi  ilə 

məĢğul  olan  tədqiqatçılardan  bir  çoxu  uzun  illər  ərzində  bu  abidə  barəsində 

susmuĢlar. Bunun bilərəkdənmi, yaxud da sadəcə olaraq məlumatsızlıq ucbatından 

baĢ verdiyini demək çətindir. Fakt odur ki, son 50 il ərzində çap olunmuĢ bir sıra 

fundamental  nəĢrlərdə,  o  cümlədən  «Azərbaycan  tarixi»  və  «Azərbaycan 

memarlığının  tarixi»  kimi  ümumiləĢdirici  nəĢrlərdə,  habelə  K.V.Treverin, 

Z.M.Bünyadovun,  D.A.Axundovun,  F.C.Məmmədovanın  tədqiqatlarında  bu 

abidənin adı belə çəkilməyib. 

 




Поделитесь с Вашими друзьями:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə