Azərbaycan Milli Kitabxanası



Yüklə 5,2 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix24.01.2017
ölçüsü5,2 Mb.
#6263
  1   2   3   4   5   6   7   8   9   ...   37

 

 

 

Azərbaycan Milli Kitabxanası 



  

 

             



 

 

 

 

 

 

 

 

Əlamətdar və tarixi günlər təqvimi  

2011 

 

 



 

 

 



             

 

  Respublikanın kütləvi və ixtisas-

laşdırılmış kitabxanaları, Mərkəz-

ləşdirilmiş Kitabxana Sistemləri 

üçün  

 

 

 

 

 

BAKI - 2010 



 

 

 



 



                  

       

REDAKSİYA  HEYƏTİ: 

 

Baş redaktor:  

 

 

 

   K.Tahirov, 

 

 fəlsəfə doktoru   

Baş redaktorun müavini: 

 

 F. Məmmədov, 

 pedaqoji elmlər namizədi 

Redaktor: 

     

D.Bayramov 

Məsul 

katib:    N.Alışova 

   

 

  

 

 

 

 

 

 

 

 

    Əlamətdar və tarixi günlər təqvimi  - 2011 /baş red. K.M.Tahirov; M.F.Axundov 



adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2010.- 436 s.

 

 

 

 

 



 

 

 

©

 M.F.Axundov adına Milli Kitabxana, 2010 

 

 

 



 

 

 



 

 


rthrt        

 

 

 

 

 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



     

1 yanvar 

Gün çıxır 

06:26  


Gün batır 

17:25 


31 yanvar     

Gün çıxır 

06:18  

Gün batır 



17:57 

Yanvar 


 

 

22 dekabr- 



20 yanvar 

Oğlaq 


bürcü-

nün ünsürü tor-

paq, planeti 

Saturn, düşərli 

günü çərşənbə 

axşamı,  şənbə, 

düşərsiz günü 

bazar ertəsi, 

cümə axşamı,

 

metalı 



dəmir, 

uğurlu rəngi 

tünd-yaşıl, qara, 

göy, uğursuz 

rəngi ağ, uğurlu 

daşı


 

rubin, 


oniks,

 

enerji 



verən çiçəyi ağ 

qərənfil, qara 

lalə, uğurlu 

rəqəmi isə 3 və 

5-dir.

Ş 1 

B 2 

Be 3 

Ça 4 

Ç 5 

Ca 6 

C 7 

Ş 8 

B 9 

Be 10 

Ça 11 

Ç 12 

Ca 13 

C 14 

Ş 15 

B 16 

Be 17 

Ça 18 

Ç 19 

Ca 20 

C 21 

Ş 22 

B 23 

Be 24 

Ça 25 

Ç 26 

Ca 27 

C 28 

Ş 29 

B 30 

Be 31 

   2011      

 

      Əlamətdar və  



      tarixi günlə

Ümumxalq Hüzn Günü  

 

     1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü 



pozmaq cəhdlərinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc 

əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digə

rayonlarına sovet hərbi hissələri yeridildi. 

    Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində 

heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfə

yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların 

arasında qadınlar, uşaqlar və qocalar da var idi. Bu hadisə sovet 

rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı 

yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. 

 

 

1-2.  Yeni il bayramı  



20.  Ümumxalq Hüzn Günü  

29.  Gömrük İşçiləri Günü  

 

 

 



 

 

 



 

 

 



 

 


  Yanvar - Qriqorian təqvimində ilin birinci ayıdır. 31 gündən ibarətdir. 

Bu ad latın sözü olan  januarius sözündən götürülmüş  və Roma allahı 

Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin 

on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı  

                            olmuşdur. 

                                  Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. 

Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı" deməkdir.   

Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını  məhz yanvar 

ayında kəşf etmələri durur. 



 

 

Milli ədəbiyyat  

Nasir, ssenarist, publisist İbrahimov Sadıq Qurban oğlunun (Sadıq 

Elcanlı) (12.01.1956) anadan olmasının 55 illiyi 

Şairə  Ələkbərzadə  Mədinə Nurulla qızının (Mədinə Gülgün) 

(17.01.1926-17.02.1991) anadan olmasının 85 illiyi 

Nasir, publisist, tərcüməçi Afiyət Məmmədrza Abdulla oğlunun 

(Mərəndi) (22.01.1926-12.05.1995) anadan olmasının 85 illiyi 

Əməkdar elm xadimi, ədəbiyyatşünas, tənqidçi Dadaşzadə Araz 

Məmməd oğlunun (30.01.1936-04.11.1990) anadan olmasının 75 illiyi 



    Xarici ədəbiyyat    

     Litva yazıçısı, Əməkdar incəsənət xadimi Ventslova Antanasın 

 (07.01.1906-28.06.1971) anadan olmasının 105 illiyi 

Amerika yazıçısı London (Qriffit) Cekin (12.01.1876-22.11.1916) 

anadan olmasının 135 illiyi 

Ukrayna yazıçısı, şərqşünas, akademik Krımski Aqafangel Yefimoviçin 

(15.01.1871-25.01.1942) anadan olmasının 140 illiyi 


Rus yazıçısı Saltıkov-Şedrin Mixail Yevqrafoviçin (27.01.1826-

10.05.1889) anadan olmasının 185 illiyi 

Fransız yazıçısı, ictimai xadim, alim-musiqişünas Rollan Romenin  

(29.01.1866-30.12.1944) anadan olmasının 145 illiyi 

   Tarixi günlər 

    Yeni il bayramı (01.01.) 

    Ümumxalq Hüzn Günü (20.01. 1990) 

Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzvlüyə  

qəbul olunmasının (25.01.2001) 10 ili 

Gömrük İşçiləri Günü (29.01.1992) 



   Milli Qəhrəmanlar  

    Azərbaycanın Milli Qəhrəmanı Kərimov Elgiz Kərim oğlunun  

    (05.01.1971-12.03.1992) anadan olmasının 40 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Ramazanov Şamil Ağasəf oğlunun 

 (19.01.1976-17.03.1995) anadan olmasının 35 illiyi 

Azərbaycanın Milli Qəhrəmanı Nəsirov Yalçın Canhəsən oğlunun 

                     (23.01.1976-24.03.1995) anadan olmasının 35 illiyi 

     Tarix 

       Əməkdar elm xadimi, tarixçi, şərqşünas Əlizadə Əbdülkərim Əli     

oğlunun (11.01.1906-03.12.1979) anadan olmasının 105 illiyi 

Görkəmli tarixçi, tarix elmləri doktoru Aşurbəyli Sara Balabəy qızının  

(27.01.1906-17.07.2001) anadan olmasının 105 illiyi 

       


Mədəniyyət. Maarif. Təhsil   

       Publisist,  pedaqoq,  tədqiqatçı alim Hacıyev Aydın Səfər oğlunun   

(10.01.1936) anadan olmasının 75 illiyi 

 

Amerika maarifçisi, dövlət xadimi, alim Franklin Bencaminin 



                  (17.01.1706-17.04.1790) anadan olmasının 305 illiyi 



    Riyaziyyat. Fizika 

     Əməkdar elm və texnika xadimi, riyaziyyatçı, mexanik Xəlilov Zahid 

İsmayıl oğlunun (14.01.1911-04.02.1974) anadan olmasının 100 illiyi 

Əməkdar elm xadimi, riyaziyyatçı  Həbibzadə  Əmir  Şamil oğlunun 

(23.01.1916) anadan olmasının 95 illiyi 

Fransız riyaziyyatçısı  və mexaniki Laqranj Jozef Luinin (25.01.1736-

19.04.1813) anadan olmasının 275 illiyi 

  Mühəndis işi. Texnika  

  Əməkdar elm və texnika xadimi, neft-mədən işləri sahəsində alim 

 Tağıyev Əyyub İsmayıl oğlunun (27.01.1911-17.01.1966) anadan 

 olmasının 100 illiyi 



   Biologiya. Kimya  

    Əməkdar həkim, mikrobioloq-immunoloq Mahmudbəyova  

    Məryəm  Fərəməz qızının (02.01.1921-1992) anadan olmasının  

 90 illiyi 

     

İqtisadiyyat 

    Əməkdar elm xadimi, iqtisad elmləri doktoru Vəliyev Teymur 

Süleyman oğlunun (15.01.1926-2002) anadan olmasının 85 illiyi 

   Teatr. Kino   

     Xalq artisti Dadaşov Rafael Məlik oğlunun (04.01.1946) anadan    

     olmasının 65 illiyi 

Rus aktyoru, Xalq artisti Kryuçkov Nikolay Afanasyeviçin 

(06.01.1911-13.04.1994) anadan olmasının 100 illiyi 

Xalq artisti, kinorejissor Quliyev Eldar Tofiq oğlunun (18.01.1941) 

anadan olmasının 70 illiyi 


Əməkdar artist Məmmədov Sabir Novruz oğlunun (24.01.1961) 

anadan   olmasının  50 illiyi 

      Musiqi 

        Əməkdar artist, müğənni Səfurə Əziminin  (06.01.1946- 

        27.11.2001)   anadan olmasının  65 illiyi 

Kamança ifaçısı, sənətşünaslıq doktoru İmrani Rafiq Hüseyn oğlunun 

(23.01.1951) anadan olmasının  60 illiyi 

Avstriya bəstəkarı Motsart Volfqanq Amadeyin (27.01.1756-

05.12.1791) anadan olmasının  255 illiyi 

    Fəlsəfə 

     Filosof,

 

akademik Aslanov Aslan Məmməd oğlunun (01.01.1926- 



   23.08.1995) anadan olmasının 85 illiyi 

  Kitabxana işi. Kitabxanaşünaslıq 

İlk sahəvi kitabxanalardan Respublika Elmi Kənd Təsərrüfatı  

Kitabxanasının yaradılmasının (21.01.1921)  90  illiyi 


 

Maraql



ı 

Təqvimin yaranma tarixində

 

 

    İndiyə qədər hər bir kə-



sin istifadə etdiyi təqvim 

insanlığın  ən vacib ixti-

ralarından biridir. Dünya-

da hər il küllü miqdarda, 

müxtəlif ölçüdə, müxtəlif 

mövzuda təqvimlər bu-

raxılır. Onlar böyük və kiçik ölçülü, parça, plastik, 

kağız  əsaslı, ucuz və bahalı olurlar. Həftəlik və 

birgünlük təqvimlər hər menecerin stolüstü iş aləti, 

kiçik cib təqvimi isə  hər kəsin yol yoldaşıdır. Biz 

müxtəlif təqvimlərə baxarkən hec düşünmürük ki, 

onlar necə yaranmışdır. Buradakı ayları, günləri kim 

yaratmış, tərtib etmişdir. Halbuki, təqvim yaranıb 

müasir dövrdəki formalara gəlib çatana qədər müəy-

yən təkamül yolu keçmişdir. 

“Kalendar” sözünün yaranması  qədim Roma 

dövrlərinə  təsadüf edir. O vaxt hər ayın birinci 

gününü “kalenda” adlandırırdılar ki, o da borcların 

qurtarılması günü idi. Borclar haqqında bütün 

məlumatlar xüsusi kitabda-kalendarlarda öz əksini 

tapırdı. O, vaxtdan bu söz kiçik dəyişikliklərlə bütün 

dünya xalqlarının dilində işlənməyə başlandı. 

Bu gün hamımızın istifadə etdiyimiz təqvimin 

tarixi çox qədimlərə - daş dövrünə gedib çıxır. Hələ 

daş dövründən insanlar başa düşürdülər ki, onların 

həyatı bir çox faktorlardan, o cümlədən, təbiətin fəsil 

dəyişikliklərindən asılıdır. Bir gün o birisi ilə  əvəz-

lənir, günəş hər gün üfüqə qalxır, lakin dünənki kimi 

yox, bir qədər fərqli surətdə. Ay Yer ətrafında ciddi 

qaydada fırlanaraq həcmcə gah böyüyür, gah kiçilir. 

İsti yay günlərini yağışlı 

payız, payızı qış, qışı bahar 

əvəz edir. Sonra yenə yay, 

payız, qış, yaz... 

    Adamlar  həmişə göydə 

nələrin baş verməsilə ma-

raqlanmışlar. Astronomik 

işarələr  əsasında müxtəlif 

xalqlar özünün vaxt hesab-

lamaları sistemini yaradır-

dı.  İndiyə  qədər  şumerlərin 

gildən hazırlanmış  təqvim-

ləri mayya indularının daş, 

qədim misirlilərin papirus, 

qədim çinlilərin  kağız və 

ipək üzərində  həkk edilmiş 

təqvimləri hazırkı dövrə qə-

dər gəlib çatmışdır. Bir sıra 

xalqların təqviminin əsasını 

Günəşin, Ayın hərəkəti, di-

gərlərini isə  hər ikisinin 

hərəkəti təşkil edirdi. Belə-

cə Günəş, Ay və Ay-Günəş 

təqvimləri yarandı. Lakin 

bunların heç biri  tam dəqiq 

olmurdu. Ona görə  də  təq-

vimi daim təkmilləşdirir-

dilər. 


İlk dəfə vaxtın hesab-

lanması sistemi Yaxın Şərq 

ölkələrində yaranmışdır. 


Şumer münəccimləri ilk olaraq hesablamışlar ki, iki 

yeni ayların arasındakı vaxt 29,5 gün olur. Bu, vaxtın 

yeni hesablanmasının təməlini qoydu. Yəni, Ayın Yer 

ətrafında dövr etməsi üzrə hesablanan vaxt Ay 

təqvimi kimi qəbul edildi. Şumerlərin ay təqvimində 

12 ay olurdu. Hər yeni il yazdan, səmada ilk ayın 

görünməsindən hesablanırdı. 

Vavilon astronomları ili 12 ay hesablayaraq hər 

ili növbə ilə 29, 30 günə ayırırdılar. Bu təqvim üzrə 

hər il 354 gün, yəni  əslində olduğundan 11 gün az 

ayın axırından hesablanırdı. Yalnız yeni eranın VI 

əsrindən qəbul edilən günləri ayın əvvəlindən hesabla-

mağa başladılar. 

Çin təqvimi də dünyanın  ən qədim təqvimlərin-

dən biridir. Bizim eradan 6 əsr  əvvəl Çində 19 illik 

Çjan təqvimi qəbul etmişdilər. Ay təqviminə görə 

onda 228 ay, Günəş  təqvimi üzrə 235 ay hesab 

edilirdi. Lakin bu təqvim də  dəqiq deyildi. Ona görə 

bu təqvimlər 50 dəfədən artıq dəqiqləşdirilmişdir. 

Bizim  əsrdən 3 əsr  əvvəl bir ili 24 fəsilə bölürdülər. 

24 fəsildən ibarət olan təqvim dövrümüzə qədər gəlib 

çatmışdır. 

İndiyə  qədər Çin təqvimində daha bir əlamət 

mövcuddur. Bu illərin müəyyən bir heyvanın adı ilə 

bağlanmasıdır ki, avropalılar da bunu qəbul etmişlər. 

20  əsr  əvvəl 12 heyvanın adı ardıcıl olaraq müvafiq 

illərə aid  edilir. 

Bütün təqvimlərin bir-birinə  bənzədiyinə bax-

mayaraq, hamı üçün vahid təqvim yox idi. Ona görə 

də, təqvimdə  dəyişiklik yaratmaq lazım idi. Belə bir 

dəyişikliyi yeni eradan 46 il əvvəl Qay Yuli Sezar 

həyata keçirdi. Yeni Günəş təqvimini öz dövrünün ən 

böyük astronomu Sozigen yaratdı. Öz təqviminin 

əsasını Günəşin ulduzlar arasındakı yerdəyişməsindən 

götürdü ki, bu zaman hər il 365 gün, dörddə bir sut-

kadan ibarət olurdu. Sozugen hesabladı ki, 3 il ardıcıl 

olaraq 365 gün, dördüncü il isə 366 gün olur. İli 12 

aya bölür və bir sutkanı  çıxırdı. Hər yeni il yanvarın 

1-dən hesablanırdı. Sayılarkən tək aylar 31, cüt aylar 

isə 30 gün hesab edilirdi. Fevral ayı isə qısa ay hesab 

edilərək 29 gün olurdu. Yeni eradan əvvəl 45-ci ildən 

yeni Günəş  təqvimi tətbiq 

edilməyə başlandı. Roma 

senatı bu münasibətlə Yuli 

Sezara təşəkkür etdi. Və 

onun  şərəfinə ayların birini 

“kvintilius yulies” (iyul), 

təqvimi isə “Yulian” 

təqvimi adlandırdı. Bu təq-

vim indiyə  qədər mövcud 

olan müasir təqvimin  əsa-

sını qoydu. Yulian təqvimi 

romalıların zəbt etdikləri 

bütün yerlərdə  tətbiq edi-

lirdi. Yeni eranın 325-ci 

ilində Nikes şəhərində keçi-

rilmiş xristian kilsələrinin 

tədbirində Yulian təqvimi 

bütün xristian dünyası üçün 

qəbul edildi. Xristianlıq ya-

yıldıqdan sonra vaxt dün-

yanın yaradılması dövrün-

dən hesablanmağa başlandı. 

Bibliyada göstərilirdi ki, 

dünya  İisus Xristosun ana-

dan olduğu gündən 5508 il 

əvvəl yaranmışdır. XVI əsr-

dən başlayaraq İisus Xristo-

sun həyata gəldiyi dövrdən 

əvvəlki vaxt yeni eradan 

əvvəl, sonrakı vaxt isə yeni 

era hesab edilir. Bu zaman  

yeni eradan əvvəlki illər 

çoxdan aza, yeni eradan 

sonrakı illər isə azdan çoxa 

doğru hesablanır. Rusiyada 

da bu təqvim I Pyotrun 

əmri ilə o dövrə  qədər he-

sablanan 7209-cu il 1700-

cü illə  əvəz edildi, yeni il 

isə yanvarın 1-dən başlandı. 



10 

Lakin haqqında danışılan bütün təqvimlərdə bu 

və digər dərəcədə müəyyən nöqsanlar mövcud idi. Bu 

nöqsanları aradan qaldırmaq üçün Papa XII Qriqori 

1582-ci ildə  ən görkəmli italyan astronomu və riya-

ziyyatçılarından ibarət komissiya yaradır. Astronom-

lar təyin edirlər ki, hər 400 ildən bir Yulian təqvimin-

də 3 gün əlavə vaxt qalır. Onlar qərara alırlar ki, hər 4 

əsrdən bir bu üç günü hesabdan silsinlər. Bu yeni təq-

vim Papa XII Qriqorinin şərəfinə “Qriqorian” təqvimi 

adlandırıldı. Hal-hazırda bütün xristian dünyası Qri-

qorian təqvimindən istifadə edir. 

Müsəlman ölkələrinə gəldikdə, indiyə qədər ora-

da vaxt Ay təqvimi ilə hesablanır. Müsəlman Ay təq-

vimində illər Günəş  təqvimindən qısa olur. Bu təq-

vimdə yaz, yay, payız və 

qış  fəsilləri ayrılmır.  İllər 

Məhəmməd Peyğəmbərin 

(s.ə.s.) Məkkədən Mədinə-

yə köçdüyü vaxtdan - yeni 

eranın 12 iyul, 622-ci ilin-

dən başlanır. Avropa təqvi-

minə çevirmək üçün müsəl-

manlar xüsusi cədvəldən 

istifadə edirlər. 

    Beləliklə, hamının tanı-

dığı, istifadə etdiyi təqvim 

dəfələrlə  təkmilləşdirilərək 

müasir səviyyəyə çatmışdır. 

 

Ədəbiyyat 

 

Xalq təqvimi //Azərbaycan etnoqrafiyası: üç cilddə.-Bakı: Şərq-Qərb, 2007.- C.3.-



S.507-538. 

Qasımova, Ü. Təqvimin yaranma tarixindən //Kitabxana.az.-2008.- №1.- iyun.-

S.40-41. 

 

İnternetdə 

 

www.astro.aznet. org 



www.bakllar. az 

www.xazar. com 

www.rambler. ru 

 

Nailə Alışova



11 

 

 

     Yaponiyada və digər Şərq ölkələrində qəbul edilmiş təqvimə əsa-

sən 12 illik tsikl daxilində hər bir il müəyyən heyvan işarəsi altında 

keçir. Müəyyən ildə dünyaya gəlmiş adam bir sıra fitri xassələrə 

malik olur və taleyi bu xassələrdən asılı olur. Şərqdə çox məşhur 

olan bu təqvimə əsasən 2011-ci il Pişik (dovşan) ilidir.  



Pişik  həmişə  pəncələri üstünə  yıxılır. Xoşbəxtdir.  İstedadlıdır, 

müəyyən dərəcədə şöhrətpərəstdir, yaxşı yoldaşdır, təvazökar, təmkinli, incə qəlbli, 

xeyirxahdır. Bunu hamı bilir. Yaxşı danışır, özünə qiymət verməyi bacarır.  Pişik 

dayaz adamdır və onun ən yaxşı keyfiyyətləri də dayazdır. O, cəmiyyəti sevir, 

cəmiyyət də onu sevir. Kübar məclisləri xoşlayır və bəzən qeybət qırır, bunu incəlik, 

ustalıq və ehtiyatla edir. 

Qonaq-qara xoşlayır, evində  hər işini incə bir zövqlə görür. Kübar adamdır. 

Bəziləri onu ədabaz adlandıra bilər. Xırdaçı və vasvasıdır. 



Pişik mühafizəkardır. Həyatını sarsıda bilən, gərginlik yaradan hər  şeyə nifrət 

edir. Hər  şeydən çox rahatlığa və  təhlükəsizliyə can atır. Hərtərəfli götür-qoy 

etmədən bir addım da atmır. Belə ehtiyatlı olduğuna görə adamlar ona heyran qalır  

və ehtiyat edirlər. 

Maliyyə  cəhətdən həmişə xoşbəxtdir. İşdə diribaş və çevikdir, onunla müqavilə 

imzalayan heç vaxt büdrəməz. Yaxşı möhtəkirdir, fürsəti  əldən verməmək istedadı 

vardır. Uzun sözün qısası, sakit və dinc Pişik işgüzar bir adam kimi təhlükəlidir. Ti-

carətdə müvəffəqiyyət qazanacaqdır. Yaxşı zövqə malikdir və  əntiqfürüş mağazası-

nın sahibi ola bilər. Hüquqçu (vəkil, notarius) və ya diplomat ola bilər, bu şərtlə ki, 

həyatı təhlükəyə məruz qalmasın. 

Əgər müstəsna vəziyyətlərə, dramatik hadisələrə, aşılmaz maneələrə rast gəlmə-

sə, Pişiyin həyatı sakit keçəcəkdir. Müharibələr, inqilablar, fəlakətlər onun işi deyil-

dir, düşmən olmaq onun xoşuna gəlmir. Müqavimət göstərməsə, ağlı başından çıxa 

bilər, intihar edə bilər, yaxud əldən düşüb vətəni tərk edə bilər. 

     Sevdikləri adamlarla incə rəftar edirlər. Lakin yaxın qohumları ilə cox nadir hal-

larda yaxın munasibət saxlayırlar. 



Ədəbiyyat 

Pişik (dovşan) //Ulduz falları: Ensiklopediya lüğəti.-Bakı, 1991.-S.61. 



Nailə Alışova 

 

2011 


Şərq Təqvimi Pişik (Dovşan) ili 

 


12 

 

     Aslan  Məmməd oğlu Aslanov 



1926-cı il yanvar ayının 1-də  Ağstafa 

şəhərində anadan olmuşdur. Ağstafa 

Dəmiryol orta məktəbini bitirdikdən 

sonra orada müəllim saxlanmışdır.  

1942-ci ildə ADU-nun (indiki 

BDU) Fizika-riyaziyyat fakültəsinin 

qiyabi  şöbəsinə daxil olmuşdur.  1945-ci ildə ADU-

nun Tarix fakültəsinin Fəlsəfə şöbəsinə dəyişilmişdir. 

Sonra onu Fəlsəfə kafedrasında müəllim saxlamışlar, 

Filologiya fakültəsinin tələbələrinə estetika və tarixi 

materializm fənnindən mühazirələr oxumuş, həm də 

qiyabi aspiranturada  təhsil almışdır. 1953-1954-cü 

illərdə eyni zamanda “Lenin tərbiyəsi uğrunda” 

çoxtirajlı universitet qəzetinin redaktoru olmuşdur. 

1958-ci ildə  fəlsəfə üzrə namizədlik dissertasiyası 

müdafiə etmiş, 1962-ci ildə dosent vəzifəsində 

işləmişdir. 1961-1980-ci illərdə ADU-nun (indiki 

BDU) Estetika və etika kafedrasına rəhbərlik etmişdir. 

1977-1987-ci illərdə M.A.Əliyev adına Azərbay-

can Dövlət  İncəsənət  İnstitutunun (indiki ADMİU) 

rektoru vəzifəsində işləmişdir. 

1987-1989-cu illərdə Azərbaycan EA Fəlsəfə, hü-

quq və iqtisad elmləri bölməsinin akademik katibi 

əvəzi, 1989-cu ildən akademik katibi seçilmişdir.  Ey 

 

ni zamanda 1987-ci ildən 



1995-ci ilədək Azərbaycan 

Respublikası EA-nın Fəlsə-

fə Hüquq İnstitutunun di-

rektoru vəzifəsində çalış-

mışdır. “Azərbaycan kom-

munisti” jurnalı redaksiya 

heyətinin, SSRİ Elmlər 

Akademiyası  Rəyasət He-

yətinin nəzdində olan Este-

tika Şurasının və ADU-nun 

Fəlsəfə elmləri üzrə ixtisas-

laşmış şurasının üzvü seçil-

mişdir.  

 “SSRİ-nin Ali təhsil 

əlaçısı”, “ADR Ali təhsil 

əlaçısı” və digər medallarla, 

Azərbaycan SSR Ali Sove-

tinin Rəyasət Heyətinin 

Fəxri fərmanı ilə təltif edil-

mişdir. 


1995-ci il avqustun 23-

də Bakıda vəfat etmişdir. II 

Fəxri Xiyabanda dəfn olun-

muşdur. 


Ədəbiyyat 

Estetika aləmində /A.Aslanov.- Bakı: Yazıçı, 1987.-248 s.   

Nəğməli günlərim /A.Aslanov.- Bakı: Yazıçı, 1985.-177 s.                    

Nailə Alışova 

 

Yanvar  



 

85 illiyi 

Aslan  Aslanov 

1926-1995 

 

 

 



 

Filosof 




13 

          



Yüklə 5,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin