Azərbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu


Hər kəs həqi-məşruinə sahib gərək olsun



Yüklə 1,21 Mb.
səhifə64/72
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#19055
1   ...   60   61   62   63   64   65   66   67   ...   72
Hər kəs həqi-məşruinə sahib gərək olsun,

Qayətdə ədalətli qəvanin qoyulsun,

Ən faidəli qaidələr cari olunsun,

Mizani-ədalət və müsavat qurulsun.

M. Hadinin təsvirində yaşadığı məmləkətdə bunlar olmadığından “Fasid olub əlhəqq vətənin abü havası” və bu vətənin əvvəlki əmin-amanlığından əsər-əlamət yoxdur. Məmləkətdəki hərc-mərcliyə son qoymaq üçün yeni qanuni-əsasi – konstitusiya meydana qoyulmalı, orada elə maddələr olmalıdır ki, onların sayəsində vətənin dərdlərinə çarə tapılsın.

Şerin beşinci bəndi məzmununa görə əvvəlki bəndlərdən fərqlidir. Bu bənddən anlaşılan məna bundan ibarətdir ki, “milləti şahrahi-fünunə” sövq etmək üçün minlərcə vətənpərvərlər canlarından keçib, al-qanlarına qərq olaraq hürriyyətin dadını kütlələrə dadızdırmağa cəhd etmişlər. Millətin xoşbəxtliyi üçün iş görmək əvəzinə boş-boş danışıb özlərini millət qəhrəmanı kimi gözə soxmağa çalışanlara vətən uğrunda şəhid olanları nümunə göstərən şairin qəti qərarı belədir: danışmaqdansa iş görmək, sözdən əmələ keçmək lazımdır.

Sözdən əmələ keçməməyin nəticəsidir ki, məmləkətdə:




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin