AZƏrbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 490.42 Kb.
Pdf просмотр
səhifə1/6
tarix22.05.2017
ölçüsü490.42 Kb.
  1   2   3   4   5   6

 

 

 



 

 

 



  

 



AZƏRBAYCAN  MİLLİ   ELMLƏR  AKADEMİYASI 

ZOOLOGİYA  İNSTİTUTU 

 

Əlyazması hüququnda                              

 

 

 

 

  QARA  HÜSEYN oğlu FƏTƏLİYEV 

AZƏRBAYCANDA  VƏHŞİ  MƏMƏLİLƏRİN  

(DOVŞANKİMİLƏR,  GƏMİRİCİLƏR,  YIRTICILAR,  

CÜTDIRNAQLILAR)  HELMİNT  FAUNASININ  

BİOEKOLOJİ  XÜSUSİYYƏTLƏRİ  VƏ  

 FORMALAŞMASI  YOLLARI  

 

 



 

2429.01 – Parazitologiya 



 

 

 

 

Biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq  

üçün təqdim olunmuş dissertasiyanın 

 

 

 

 

A V T O R E F E R A T I  

 

 

 

 

                                              Bakı – 2016 

 

 

 


 

 

 



 

 

 



  

 



            Dissertasiya  işi  Azərbaycan  Milli  Elmlər  Akademiyası  Zoologiya 

İnstitutunun Helmintologiya laboratoriyasında yerinə yetirilmişdir. 

 

Elmi məsləhətçi:            biologiya üzrə elmlər doktoru,  professor,  

                                      AMEA –nın müxbir  üzvü  

 

 



 

 

 



 

 

 

 

Rəsmi opponentlər:       AMEA–nin müxbir üzvü, əməkdar elm xadimi,        

                                         bilologiya üzrə elmlər doktoru S.H.Məhərrəmov                                                 

                                     

                                     Biologiya üzrə elmlər doktoru, professor   

                                        Ş.R.İbrahimov   

 

 

             



                                     Tibb elmlər doktoru A.Ə.Salehov 

 

 

Aparıcı təşkilat:           Azərbaycan Tibb Universiteti Epidemiologiya  

                                     kafedrası     

 

 

Müdafiə  “_20_”  __may_  2016-ci  il,  saat  __14 



00 

  Azərbaycan  Milli 

Elmlər  Akademiyası  Zoologiya  İnstitutu  nəzdində  fəaliyyət  göstərən 

D.01.071 dissertasiya şurasının iclasında keçiriləcəkdir.  

 

Ünvan: AZE 1073, Bakı ş., keçid 1128, məhəllə 504. 



 

Dissertasiya 

ilə 

Azərbaycan 



MEA  Zoologiya  İnstitutunun 

kitabxanasında tanış olmaq olar. 

 

 

Avtoreferat “__15_” ___aprel__2016-cı  ildə göndərilmişdir. 



 

 

 



D. 01. 071 Dissertasiya Şurasının elmi katibi,  

biologiya üzrə elmlər doktoru:    



                       E.İ.ƏHMƏDOV 

İ.Ə.Sadıqov                      

 


 

 

 



 

 

 



  

 



GİRİŞ 

 

Mövzunun  aktuallığı.  Helmintlər  biosenozun  bir  komponenti  kimi 

onun  dinamikasında  əhəmiyyətli  dərəcədə  rol  oynamaqla  yanaşı,  həm  də 

əhəmiyyətli dərəcədə epidemioloji və epizootoloji əhəmiyyətə malikdirlər. 

Оnlаr həm yеtkin, həm də sürfə mərhələsində müxtəlif biosenotik yollarla 

ахırıncı və аrаlıq sаhiblərin daxilinə düşərək müxtəlif orqanlarda parazitlik 

edir,  onların  normal  inkişafına,  nəsilvermə  qabiliyyətinə,  çoxalmasına  və 

yayılmasına əngəllər törədir. 

Məlumdur  ki,  hеlmintоzlаr  zаmаnı  əhli  və  vəhşi  hеyvаnlаrın  bütün 

göstəricilər  üzrə  məhsuldаrlığı  аşаğı  düşür,  оnlаrdа  dölsüzlük,  bаlаsаlmа, 

körpələr  аrаsındа  isə  ölüm  hаllаrı  çохаlır.  Bеlə  hеlmintоz  törədiciləri  ilə 

yоluхmа  zаmаnı  insаnlаrın  dа  sаğlаmlığınа  ciddi  ziyаn  dəyir,  cərrаhi 

əməliyyаtlаr zаmаnı şikəstlik və ya ölüm hаllаrı da müşahidə edilir. 

   Аzərbаycаndа  vəhşi  məməli  hеyvаnlаrın  bоlluğundаn  səmərəli 

istifаdə  еtmək  və  təbiətdə  azsaylı  növlərin  еhtiyаtını  аrtırmаq  məqsədilə 

müхtəlif qabaqlayıcı tədbirlərin işlənib hazırlanması və həyаtа kеçirilməsi 

tələb оlunur. 

Qеyd  еtmək  lаzımdır  ki,  bеlə  tədbirlər  аncаq  pаrаzitоlоji  vəziyyəti 

yахşı  bildikdə  və  оnun  tələblərinə  ciddi  riаyət  еtdikdə  gözlənilən  еffеkti 

vеrir.  Bеlə  tədbirlərdən  biri  də  əhli  və  vəhşi  hеyvаnlаrın  hеlmintоz 

törədicilərinin təbiətdə və insаn həyаtındа оynаdıqlаrı rоlu аşkаr еtməkdən 

ibаrətdir. Bеlə ki, bir çох hеlmintоz törədiciləri təbiətdə kütləvi еpizооtiyа 

vəziyyəti  yаrаtdıqdа  bir  çох  hеyvаn  növlərinin  kütləvi  yоluхmаsınа  və 

həttа ölmələrinə səbəb оlur. Qеyd еtmək lаzımdır ki, bir çох vəhşi hеyvаn 

növləri,  хüsusilə  də  vəhşi  məməli  hеyvаnlаr  həm  də  təbiətdə  еv 

hеyvаnlаrının  və  insаnlаrın  hеlmintоz  törədicilərinin  dаşıyıcılаrı  və 

yаyıcılаrıdır. 

Vəhşi  məməli  hеyvаnlаrın  hеlmintləri  içərisində  Fasciola  hepatica, 

Dicrocoelium  lanceatum,  Gastrodiskoides  hominis,  Moniezia  expansa, 

M.bеnеdеni,  Taenia  solium,  T.  hydatigena,  Multuceps  multuceps, 

Alveococeus 

multilocularis, 

Echinococcus 

granulosus, 

Macracanthorhynchus  hyrudinaceus,  M.catulinus,  Trichinella  spiralis, 

Ancylostoma  caninum,  Trichostrongylus  axei,  T.colubrifоmis  və  s.  kimi 

əhəmiyyətli  dərəcədə  еpidеmiоlоji  və  еpizооtоlоji  əhəmiyyət  kəsb  edən 

növlər də vardır. 

Dеyilənlərdən  göründüyü  kimi,  Аzərbаycаndа  bir  tərəfdən  хеyirli 

fаunаnı  qоruyub  sахlаmaq  və  bəzi  аzsаylı  növlərin  sаyının  çохаldılmаsı 


 

 

 



 

 

 



  

 



tələb  оlunursа,  digər  tərəfdən  də  əhаlinin  еkоlоji  cəhətcə  təmiz  ərzаq 

məhsullаrınа  olan  tələbаtını  ödəmək  məqsədilə  hеyvаndаrlığı  inkişаf 

еtdirmək  məsələsi  qаrşıdа  durur.  Bunа  görə  də,  respublikada  еlmin 

qаrşısındа  durаn  və  həlli  vаcib  оlаn  hər  iki  prоblеmi  eyni  zamanda  həll 

еtmək üçün insаnlаrın və еv hеyvаnlаrının hеlmintləri ilə ümumilik təşkil 

еdən  vəhşi  məməli  hеyvаnlаrın  hеlmintlərini  еkоlоji-fаunistik  bахımdаn 

öyrənmək,  təhlil  еtmək,  təbiəti  və  yаşаyış  məntəqələrini  hеlmintоz 

törədicilərinə görə  sаğlаmlаşdırmаq tədbirləri işləyib hаzırlаmаq problemi 

durur. 

Bir çох hеlmint növlərinin inkişаf dövriyyəsi, оnlаrın inkişаfınа təsir 



еdən müхtəlif biоtik və аbiоtik аmillərin təsiri, hеlmint növlərinin üfüqi və 

şаquli qurşаqlаr üzrə yаyılmаlаrı, hеlmint fаunаnın fоrmаlаşmаsı yоllаrının 

аşkаr еdilməsi və digər məsələlər də bu günə qədər öyrənilməmişdir. 

   Аzərbаycаndа  vəhşi  məməli  hеyvаnlаrın  hеlmint  fаunаsının  növ 

tərkibi  də  tаm  dəqiqləşdirilməmişdir.  İnsаn  və  еv  hеyvаnlаrı  üçün  çох 

təhlükə  törədən  hеlmintоz  törədicilərinin  təbii  оcаqlаrının  sахlаnmаsındа 

vəhşi  məməlilərin  rоlunun  аşkаr  еdilməsi,  hеlmintlərin  ilin  fəsilləri  və 

lаndşаft-еkоlоji zоnаlаr üzrə yаyılmаsı, yаş qruplаrı üzrə yоluхmа dərəcəsi, 

helmint faunanın formalaşması yolları və digər məsələlər də bu günə qədər 

özünün müsbət həllini tаpmаmışdır. 

Аzərbаycаndа  vəhşi  məməli  hеyvаnlаrın  hеlmint  fаunаsının 

еpidеmiоlоji  və  еpizооtоlоji  rоlu  hаqdа  bəzi  məlumаtlаr  оlmаsınа 

bахmаyаrаq bu məsələlər də bu vахtа qədər tаm şəkildə аrаşdırılmаmışdır. 

Buna  görə  də  belə  helmintoz  törədicilərinin  təbii  və  sinantrop 

ocaqlılıqlarının,  onların  formalaşması  yollarının,  helmintoz  törədicilərinin 

təbiətdə  saxlanmasında  vəhşi  məməlilərin  rolunun  öyrənilməsi  elmi  və 

praktiki cəhətcə çox əhəmiyyətlidir. 

 Müdafiəyə  çıxarılan  əsas  müddəalar.  Vəhşi  məməli  heyvanların 

helmint faunası 4 sinfə daxil olan 144 növ helmintdən ibarətdir. 

1.  Azərbaycanda  vəhşi  məməlilərdə  74  cinsə,  32  fəsiləyə,  17 

yarımdəstəyə,  9  dəstəyə  və  4  sinfə  daxil  olan  144  növ  helmint  parazitlik 

edir. Helmint faunanın tərkibi 13 növ trematoddan, 30 növ sestoddan, 3 növ 

akantosefaldan  və  98  növ  də  nematoddan  ibarətdir.  Vəhşi  məməlilərin 

77,9%-i helmintlərlə yoluxmuşdur. 

2.  Vəhşi  məməlilərin  helmint  faunası  kompleksinin  tərkibində 

trematodlar 2 dəstə, 5 yarımdəstə, 8 fəsilə, 11 cins və 13 növlə, sestodlar 2 

dəstə, 5 yarımdəstə, 7 fəsilə, 17 cins və 30 növlə, akantosefallar 1 dəstə, 2 

fəsilə, 2 cins, 3 növlə və nematodlar 4 dəstə, 7 yarımdəstə, 26 fəsilə, 44 cins 



 

 

 



 

 

 



  

 



və 98 növlə təmsil olunmuşdur. 

3.  Azərbaycanda  dovşankimilərdə  18  növ,  gəmiricilərdə  48  növ, 

yırtıcılarda 63 növ və cütdırnaqlılarda 35 növ helmint parazitlik edir.  

4.  Taenia  hydatigena  növünün  sürfə  mərhələsinin  inkişafı  it 

küçüklərində 34-36 günə, yaşlı itlərdə 60-64 günə, pişik balalarında 58-67 

günə,  pişiklərdə  isə  70-73  günə  başa  çatır.  Taenia  hydatigena  növünün 

yumurtaları ilə geniş şəkildə donuzlar və qoyunlar, az hallarda isə siçanlar 

yoluxurlar. 

5. Abşeron və cənub-şərq həmsərhəd rayonlarında Taenia pisiformis 

növünün  inkişafı  yetkin  mərhələdə,  itkimilərin  və  pişikkimilərin,  sürfə 

mərhələsi  isə  boz  dovşanın,  adadovşanının,  kiçik  ərəbdovşanının,  Kiçik 

Asiya  ərəbdovşanının,  boz  siçovulun,  qara  siçovulun,  ev  siçanının,  meşə 

siçanının, boz siçancığın, qırmızıquyruq qum siçanının, su siçovulunun, adi 

çöl  siçanının  və  ictimai  çöl  siçanının  iştirakı  ilə  başa  çatır.  Taenia 



pisiformis növünün yumurtaları ilə yoluxmuş aralıq sahiblərdə (ada dovşanı 

və  gəmiricilər)  sistiserklər  10  gün  müddətində  qanla  miqrasiya  edərək 

qaraciyərə  gəlib  çatır  və  orada  invazion  sistiserk  mərhələsinə  60-cı  gündə 

çatır. İnvazion sistiserklərlə yoluxmuş axırıncı sahiblərdə Taenia pisiformis 

inkişaf edib 40 günə yetkin mərhələyə çatır. 

6.  90-100%  nisbi  rütubət  və  150-500  lüks  işıqlanma  şəraitində 

temperaturun  +21

0

C-yə  qədər  yüksəlməsi  zamanı  Trichocephalus  leporis 



yumurtalarının inkişafı demək olar ki, 2 dəfə - 99-130 gündən 45-62 günə 

qədər sürətlənir və invazion sürfələr əmələ gəlir. 

7.  Trichocephalus  myocastoris  növünün  yumurtaları  100%  nəmlik 

(su mühiti) və 500 lüks işıqlanma şəraitində temperaturu 25

0

C-dən 37


0

C-yə 


qədər yüksəldikdə invazion sürfələrin əmələ gəlməsi 50-63 gündən 23 günə 

qədər  sürətlənir.  Nisbi  rütubət  55%-ə  qədər  aşağı  düşdükdə  500  lüks 

işıqlanma şəraitində yumurtalar 5-24 saat ərzində tamamilə məhv olurlar. 

8.  Havanın  temperaturu  20-25

0

C-dən  30-35



0

C-yə  və  torpaqların 

nəmliyi  60-65%-dən  90-95%-ə  qədər  yüksəldikdə  Trichocephalus  ovis 

yumurtalarının  embrional  inkişafı  qara  torpaqlarda  35-42  gündən  23-21 

günə,  boz-qəhvəyi  torpaqlarda  48-60  gündən  27-25  günə  və  boz-qonur 

torpaqlarda  isə  55-73  gündən  35-30  günə  qədər  sürətlənir.  Bütün  tip 

torpaqlarda  intensiv  günəş  şüası,  quraqlıq  və  yüksək  temperatur  3  gün 

ərzində Trichocephalus ovis yumurtalarını tamamilə qurudur və məhv edir. 

9.  Kiçik  Qafqazın  düzənlik  zonasında  inkişaf  edən  quru-çöl 

landşaftında  85  növ,  dağətəyi  zonada  inkişaf  edən  alçaqdağlığın  çöl 

landşaftında  62  növ,  dağlıq  zonada  inkişaf  edən  enliyarpaqlı  meşələr  və 


 

 

 



 

 

 



  

 



meşədən  sonrakı  çəmən-kolluq  landşaftında  77  növ,  Böyük  Qafqazın 

düzənlik  zonasında  inkişaf  edən  alçaqdağlığın  çöl  landşaftında  76  növ, 

dağətəyi  zonada  inkişaf  edən  ortadağlığın  dağ  kserofiti  (dağ  bozqırları) 

landşaftında  58  növ,  dağlıq  zonada  inkişaf  edən  enliyarpaqlı  meşələr  və 

meşədən sonrakı çəmən-kolluq landşaftında 91 növ helmint qruplaşmışdır. 

Abşeron  yarımadasında  inkişaf  edən  düzənliklərin  və  alçaqdağlıqların 

yarımsəhra  28  növ,  Kür-Araz  ovalığında  inkişaf  edən  alçaqdağlıqların 

quru-çöl və yarımsəhra landşaftında 96 növ və Lənkəran ovalığında inkişaf 

edən  alçaqdağlıqların  və  düzənliklərin  çəmən-meşə  landşaftına  isə  55  növ 

helmint qruplaşmışdır. 

10.  Azərbaycanda  vəhşi  məməli  heyvanların  helmint  faunasının 

formalaşması  landşaft-ekoloji  zonalarda  mövcud  olan  biotik  və  abiotik 

amillərin  təsiri  ilə  yanaşı,  həm  də  sanitariya,  baytarlıq,  təbiəti  mühafizə, 

idman-ovçuluğu və digər antropogen və sosial amillərin təsir dərəcəsindən 

də asılıdır və helmint faunanın formalaşmasında bu amillər də mühüm rol 

oynayırlar. 

11.  Azərbaycanda  vəhşi  məməli  heyvanlarda  aşkar  edilmiş  144  növ 

helmintdən 81 növün ev heyvanları və insanların helmintləri ilə ümumilik 

təşkil edir. Bu növlərdən 26 növün epidemioloji və epizootoloji, 55 növün 

isə  ev  heyvanları  üçün  epizootoloji  rolu  vardır.  Biosenozlarda  helmintoz 

törədicilərinin ötürülməsində bir halda vəhşi, digər halda isə ev heyvanları 

rol oynayır. 

12.  Azərbaycanda  Taenia  hydatigena  növünün  yayılmasında  eyni 

gücə  malik  iki  ocaqlıq  aşkar  edilmişdir.  Bu  invaziya  törədicisi  təbii 

ocaqlıqda  vəhşi  yırtıcılarla  (itkimilər,  pişikkimilər)  vəhşi  cütdırnaqlılar, 

sinantrop  ocaqlıqda  isə  əhli  yırtıcılarla  (it,  pişik)  əhli  cütdırnaqlılar  (ev 

donuzu,  xırdabuynuzlu  heyvanlar)  arasında  dövr  edir.  Hər  iki  ocaqlıqda 

invaziya  törədicilərinin  yayılmasında  gəmiricilər  də  iştirak  edir.  Təbii 

ocaqlıqla  sinantrop  ocaqlıq  arasında  trofik  əlaqə  yarandıqda  invaziya 

mübadiləsi baş verir. 

13.  Azərbaycanda  Taenia  pisiformis  növünün  yayılmasında  iki 

ocaqlıq  aşkar  edilmişdir.  Təbii  ocaqlıqda  bu  növün  inkişafı  yetkin 

mərhələdə  bu  növün  daşıyıcıları  və  yayıcıları  olan  vəhşi  itkimilər  və 

pişikkimilər,  sürfə  mərhələsinin  daşıyıcıları  və  yayıcıları  olan  boz  dovşan 

və müxtəlif növ gəmiricilər arasında dövr edir və güclü təbii ocaqlığı əmələ 

gətirir. Sinantrop ocaqlıqda isə yetkin mərhələnin daşıyıcıları və yayıcıları 

olan  itlər  və  pişiklər,  sürfə  mərhələsinin  daşıyıcıları  və  yayıcıları  olan  ada 

dovşanları  və  sinantrop  mühitdə  məskunlaşmış  gəmiricilər  arasında  dövr 



 

 

 



 

 

 



  

 



edir  və  zəif  sinantrop  ocaqlığı  əmələ  gətirir.  Təbii  ocaqlıqla  sinantrop 

ocaqlıq arasında əlaqə yarandıqda invaziya mübadiləsi baş verir. 

14. Alveoccus multilocularis növünün təbii ocaqlığının formalaşması 

Kiçik  Qafqazın  dağlıq  zonasında  tülkü  və  ictimai  çöl  siçanı,  düzənlik 

zonasında  çaqqal,  Böyük  Qafqazın  dağlıq  zonasında  meşə  siçanı  və 

qırmızıquyruq  qum  siçanı,  Kür-Araz  ovalığında  yetkin  mərhələdə  çaqqal, 

tülkü,  sürfə  mərhələsidə  kiçik  ərəb  dovşanı,  boz  siçovul,  ev  siçanı, 

qirmızıquyruq qum siçanı və ictimai çöl siçanı arasında dövr edir və güclü 

təbii ocaqlılığı əmələ gətirir. 

15. Azərbaycanda insan və ev heyvanları üçün ciddi təhlükə törədən 



Echinococcus  granulosus  növünün  iki  ocaqlığı  aşkar  edilmişdir.  Bu  növ 

təbiətdə vəhşi yırtıcılarla vəhşi otyeyənlər (boz dovşan, çöl donuzu, avropa 

cüyürü  və  s.)  arasında  dövr  edir  və  zəif  təbii  ocaqlılığı  əmələ  gətirir. 

Sinantrop ocaqlıqda isə əhli ətyeyənlərlə (itlər) əhli otyeyənlər, ev donuzu 

və  s.  arasında  dövr  edir  və  güclü  sinantrop  ocaqlığı  əmələ  gətirir.  Vəhşi 

heyvanlarla  əhli  heyvanlar  arasında  əlaqə  yarandıqda  invaziya  mübadiləsi 

baş verir.  

16. Vəhşi məməli heyvanlar arasında T.spiralis geniş zonallığa malikdir. 

Bu  növ  bizim  tədqiqatlarda  bütün  landşaft-ekoloji  zonalarda  çaqqalda, 

canavarda, tülküdə, daşlıq dərəsində, meşə dələsində, meşə pişiyində və qamış 

pişiyində  tapılmışdır.  T.spiralis  eyni  zamanda  invaziyanın  nisbətən  zəif 

ekstensivliyi  və  intensivliyi  ilə  ev  donuzunda,  itdə  və  insanda  da  tapılmışdır. 

Göründüyü  kimi,  trixinellyoz  törədicisinin  Azərbaycanda  2  ocaqlılığı  vardır. 

Bunlardan  birincisi  güclü  təbii  ocaqlılıqdır  ki,  onun  dövriyyəsində  vəhşi 

yırtıcılar və az miqdarda da çöl donuzu rоl oynayır, ikincisi isə zəif sinantrop 

ocaqlılıqdır ki, onun dövriyyəsində ev donuzu, it, ev pişiyi və boz siçovul rоl 

oynayır.     

Bir  çox  helmint  növlərinin  inkişaf  dövriyyəsi,  onların  inkişafına  təsir 

edən müxtəlif biotik və abiotik amillərin təsiri, helmint növlərinin üfüqi və 

şaquli qurşaqlar üzrə yayılmaları, helmint faunanın formalaşması yollarının 

aşkar  edilməsi  və  bu  qəbildən  olan  digər  məsələlər  də  bu  günə  qədər  öy-

rənilməmişdir.  Kiçik  və  Böyük  Qafqazın  bəzi  əraziləri  istisna  olmaqla 

əksər  ərazilərində,  xüsusilə  Kür-Araz  ovalığında,  Lənkəran  təbii 

vilayətində,  Abşeron-Qobustanda  və  bir  çox  digər  ərazilərdə  vəhşi 

məməlilərin  helmintlərinə  dair  məlumatlar  yox  dərəcəsindədir.  Bu  sahədə 

aparılan  bəzi  tədqiqatlar  isə  50-70  il  bundan  əvvəllərə  aid  olduğundan 

məlumatlar tarixlik baxımından köhnəlmişdir. 

Tədqiqatın  məqsədi  və  vəzifələri.  Bu  məqsədlə  qarşıya  aşağıdakı 


 

 

 



 

 

 



  

 



vəzifələr  qoyulmuşdur:  Azərbaycanda  vəhşi  məməlilərin  helmintlərinin 

sistematik  qruplar  üzrə  növ  tərkibini  öyrənmək;  hər  bir  vəhşi  məməli 

heyvan 

növünün  ayrılıqda  helmint  faunasını  müəyyən  etmək; 



Azərbaycanda  vəhşi  məməlilərin  bəzi  başlıca  helmintoz  törədicilərinin 

bioekoloji  xüsusiyyətlərini  öyrənmək;  Azərbaycanda  vəhşi  məməlilərin 

helmintlərinin landşaft-ekoloji zonalar üzrə yayılmasını öyrənmək və onları 

ekoloji  cəhətcə  təhlil  etmək;  Azərbaycanda  vəhşi  məməlilərin  helmint 

faunası  kompleksinin  formalaşması  yollarını  öyrənmək;  Azərbaycanda 

vəhşi məməlilərin helmintlərinin epidemioloji və epizootoloji rolunu, insan 

və  ev  heyvanlarnın  başlıca  helmintoz  törədicilərinin  təbii  ocaqlarının 

saxlanmasında  vəhşi  məməlilərin  rolunu  müəyyən  etmək;  alınmış  elmi 

nəticələr  əsasında  başlıca  helmintoz  törədicilərinə  qarşı  elmi  əsaslarla 

profilaktik mübarizə tədbirləri işləyib hazırlamaq. 



Elmi  yeniliklər  və  işin  nəzəri  əhəmiyyəti.    Azərbaycanda  ilk  dəfə 

olaraq vəhşi məməlilərin helmint faunası tam şəkildə öyrənilmiş və ekoloji 

cəhətcə  təhlil  edilmişdir.  Şəxsi  material  əsasında  hər  bir  növün 

Azərbaycanda  landşaft-ekoloji  zonalar  üzrə  yayılması,  invaziyanın 

intensivliyi və ekstensivliyi verilmiş və ekoloji cəhətcə təhlil edilmişdir.  

             Tədqiqat zamanı 32 növə daxil olan 1415 vəhşi məməli heyvan tədqiq 

edilmiş və onlardan 74 cinsə, 43 fəsiləyə, 17 yarımdəstəyə, 9 dəstəyə və 4 

sinfə  daxil  olan  144  növ  helmint  (onlardan  6  növü  cinsə  qədər  təyin 

edilmişdir) aşkar edilmişdir. Bu heyvanların helmintlərlə yoluxması 77,9% 

təşkil etmişdir. 

Azərbaycan faunası üçün 22 yeni növ, 26 növ helmint üçün isə ilk dəfə 

yeni sahiblər aşkar edilmişdir. Orijinal materiallar əsasında 11 növün təsviri 

verilmiş və növün morfo-anotomik quruluşu haqda bir sıra əlavələrlə növün 

təsviri tamamlanmışdır. 

Azərbaycanda  ilk  dəfə  olaraq  geniş  yayılmış  başlıca  helmintoz 

törədicilərindən Taenia hydatigena, T.pisiformis, Echinococcus granulosus



Trichocephalus leporis, T.myocastoris  T.ovis növlərinin inkişafına təsir 

edən  biotik  və  abiotik  amillərin təsri  və inkişaf  dövriyyəsi  təcrübələr  yolu 

ilə öyrənilmişdir.  

Azərbaycanda  ilk  dəfə  olaraq  vəhşi  məməli  heyvanların  helmint 

faunası  landşaft-ekoloji  zonalar  üzrə  öyrənilmiş,  4  ekoloji  zonanın 

tərkibində  14  yarımzonada  qruplaşdırılmış  və  yayılmanın  xarakteri  təhlil 

edilmişdir.  Müəyyən  edilmişdir  ki,  helmintlərin  müxtəlif  xarakterli 

landşaft-ekoloji  zonalarda müxtəlif  cür  yayılmaları  həmin  landşaft-ekoloji 

zonalarda  növün  inkişafı  üçün  əlverişli  olan  abiotik  amillərin  təsiri  ilə 


 

 

 



 

 

 



  

 



yanaşı,  həm  də  sahiblərin  arealı,  sıxlığı,  əraziyə  bağlılığı,  onların  həm 

Azərbaycanda,  həm  də  dünyada  yayılması,  müxtəlif  ekoloji  amillərin 

təsirlərinə  qarşı  növün  ekoloji  plastikliyi  və  s.  ilə  əlaqədardır.  Helmint 

faunanın  landşaft-ekoloji  zonalar  üzrə  yayılmasına  antropogen  amillərin 

təsiri  təhlil edilmişdir.  

Azərbaycanda  ilk  dəfə  olaraq  vəhşi  məməlilərin  həyat  tərzini,  digər 

canlılarla  trofik  əlaqələrini,  coğrafi  yayılmalarını  və  digər  bioekoloji 

xüsusiyyətlərini  təhlil  edərək  onların  helmintlərinin  formalaşması  yolları 

müəyyən edilmişdir.  

Müəyyən  edilmişdir  ki,  Azərbaycanda  vəhşi  məməlilərin  helmint 

faunası  kompleksinin  formalaşması  biotik  amillərin  təsiri  altında  bir 

tərəfdən  aralıq  və  axırıncı  sahiblərin  mövcudluğundan,  digər  sistematik 

qruplardan  olan  canlılarla  trofik  və  s.  əlaqələrindən,  təbiətdə  sıxlığından, 

bioekoloji xüsusiyyətlərindən və s. asılıdırsa, digər tərəfdən də axırıncı və 

aralıq sahiblərin coğrafi yayılmasından və antropogen amillərin landşaftın 

strukturuna təsiri formalarından asılıdır.  

Azərbaycanda  vəhşi  məməlilərdə  aşkar  edilən  bütün  helmint  növləri 

epidemioloji  və  epizootoloji  cəhətcə  tam  şəkildə  xarakterizə  edilmiş, 

başlıca  helmintoz  törədicilərinin  təbii  ocaqları  aşkar  edilmişdir.  İnsan  və 

əhli heyvanlar üçün ciddi təhlükə törədən başlıca helmintoz törədicilərinin 

təbii  ocaqlarının  saxlanmasında  vəhşi  məməlilərin  rolu  müəyyən 

edilmişdir.  

Azərbaycanda  vəhşi  məməlilərin  müxtəlif  xarakterli  landşaft-ekoloji 

zonalar  üzrə  helmintoloji  tədqiqi  helmintlərin  coğrafi  yayılmasının 

qanunauyğunluqlarının  müəyyən  edilməsində,  Azərbaycanda  heyvanlar 

aləminin  bir  sahəsi  olan  helmint  növlərinin  sayının  müəyyən  edilməsində, 

müxtəlif xarakterli landşaftlarda helmint populyasiyalarının arealı daxilində 

paylanmasının  və  helmint  faunası  kompleksinin  formalaşması  yollarının 

müəyyən  edilməsində  mühüm  əhəmiyyət  kəsb  edəcəkdir.  Müəyyən 

edilmişdir  ki,  helmint  faunanın  formalaşması  müxtəlif  ekoloji  faktorların 

təsiri  altında  baş  verir.  Burada  əsas  rolu  abiotik  amillərlə  yanaşı  həm  də 

trofik amillər, populyasiyaların sıxlığı, yaş qrupları, sahiblərin biotopik və 

coğrafi  yayılmaları,  ilin  fəsilləri  və  müəyyən  dərəcədə  də  antropogen 

amillər oynayır. Müxtəlif sistematik qruplara aid olan məməlilərin helmint 

faunasının  formalaşması  uzun  tarixi-təkamül  prosesi  dövründə  sahiblə 

parazitin sıx qarşılıqlı əlaqəsi nəticəsində baş vermişdir. Ayrı-ayrı helmint 

növlərinin  inkişaf  dövriyyəsinin  və  helmint  yumurtalarının  embrional 

inkişaf  mərhələlərinin  öyrənilməsi  helmintlərin  təkamülündə  morfo-



 

 

 



 

 

 



  

10 


 

funksional dəyişikliklərin baş vermə səbəblərinin müəyyən edilməsində və 

bir  sıra  bioloji  və  ekoloji  problemlərin  həll  edilməsində  əhəmiyyətli  rol 

oynayacaqdır.  





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə