Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə48/143
tarix30.12.2021
ölçüsü2,04 Mb.
#22533
1   ...   44   45   46   47   48   49   50   51   ...   143
 
NƏTĠCƏ və MÜZAKĠRƏLƏR 
 
Remontant  moruq  sortları  müxtəlif  sayda  təbii  budaqlanan  və  budaqlanmayan 
birillik  zoğlara  malik  olurlar  (Cədvəl).  Birinci  variantda  aparılmış  ucvurma  nəticəsində 
bütün sortların zoğlarında 2 ədəd laterial əmələ gəlməklə əsas  
zoğun boyu məhdudlaşır. İkinci variantda aparılmış ucvurma zamanı zoğlar 6-8 buğuma 
malik olurlar. Ucvurmadan sonra sortdan asılı olaraq hər zoğda 4-7 ədəd laterial oyanır. 
Ucları  vurulumş  zoğlar  isə  buğum  aralarının  uzanması  hesabına  2  dəfəyə  qədər  uzanır. 
Üçüncü variantda zoğlar müxtəlif sayda buğumlara malik olmaqla sortdan asılı olaraq hər 
zoğda 2-3 ədəd laterial oyanır. Ucları vurulmuş zoğların isə boyu məhdudlaşır. 
 Birinci  variantda  əldə  olunmuş  laterialların  üzərində  sortdan  asılı  olaraq  10-15 
buğum, ikinci və üçüncü variantda demək olar ki bir qayda olaraq 10 buğum olur. Cari 
vegetasiyada bu buğumların yarısında oyanmalar baş verir ki, oyanan tumurcuqların hər 
birində  məhsul  formalaşır.  Oyanmış  tumurcuqların  hamısının  məhsullu  olması 
nəticəsində  bir  çox  sortlar  üzərində  aparılmış  təcrübələrin  bütün  variantlarında  əldə 
olunan  məhsulun  miqdarı  nəzarət  variantından  çox  olmuşdur.  Yantarnoe  Sadko, 
Kalaşnik,  Qerakl,  Osenyaya  krasavets  sortlarında  ikinci  və  üçüncü  variantda  qoyulmuş 
təcrübələrdən əldə edilmiş məhsulun nəzarətə nisbətən az olması bu sortların təbii halda 
iki deyil, çox sayda laterial əmələ gətirməsi ilə əlaqədardır.  


 
 
           İkinci  məhsul  ilində  nəzarət  variantında  lateriallar  üzərində  buğumların  çox  az 
hissəsi odunlaşa bilir. Buna səbəb, bu prosesin təbii (vaxtsız) baş verməsidir ki, şaxtalar 
düşənədək onlar yalnız üzərlərindəki məhsulu yetişdirə bilir və zəif odunlaşırlar. Birinci 
və  ikinci  təcrübə  variantlarında  isə  laterialların  oyadılması  tezləşir  ki,  lateriallar 
vegetasiyanın axırlarına yaxın üzərlərindəki məhsulu tam formalaşdıraraq məhsul vermiş 
hissədən  aşağı  olan  bütün  hissələrini  tam  odunlaşdırır.  Üçüncü  variantda  isə  lateriallar 
üzərindəki  buğumların  hamısında  məhsul  formalaşdırır  və  bu  ucvurma  əvvəlki 
variantlardakına  nisbətən  gec  aparıldığı  üçün  laterialların  çox  cüzi  hissəsi  odunlaşır, 
növbəti  məhsul  ilində  isə  onların  məhsulu  əsasən  budaqlanmaya  qədər  oyanan 
buğumlarda formalaşır.  
Nəzarət  variantında  təbii  budaqlanan  sortlarda  ümumi  məhsulun  əsas  hissəsi 
birinci  ildə,  yəni  birillik  zoğlar  üzərində  olduğu,  ikinci  ildə  isə  ən  yüksək  məhsul 
budaqlanmayıb yaxşı odunlaşmış Babye leto  sortunda qeyd olunur. Təcrübə  variantının 
ikinci  il  məhsuldarlığı  isə  müəyyən  fərqlərlə  birinci  il  məhsuldarlığından  geri  qalır.  İki 
vegetasiyada  cəmi  məhsuldarlıq  bütün  təcrübə  variantlarında  məhsuldarlıq  nəzarət 
variantındakına nisbətən çox olmuşdur.  
 
YEKUN 
 
Birillik  zoğların  bir  qismində  təbii  budaqlanmalar  zamanı  çox  sayda  lateriallar 
oyanır  ki,  həmin  sortlar  üçün  zoğlar  25-50  sm  olduqda  ucunun  vurulması  yaxşı  nəticə 
vermişdir.  Budaqlanmayan  zoğların  birinci  il  məhsuldar  buğumlarının  az  olması 
səbəbindən  50  sm-dən  hündür  zoğların  ucunun  vurulması  məhsuldar  hissələri  iki  dəfə 
artırmaqla  növbəti  ildə  budaqlanmadan  aşağıda  yerləşən  buğumların  bir  çoxunun 
oyanmasına  səbəb  olur.  Təcrübələr  zamanı  oyadılmış  laterialların  məhsuladarlıq  və 
odunlaşma dərəcəsi, təbii ucvurmasız oyanan lateriallara nisbətən yüksək olur.  
 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin