=============================================================
UOT 634.8:631.527
Naxçıvan Muxtar Respublikasının Az YayılmıĢ
Aborigen Üzüm Sortu Tula Gözü
C.S.Nəcəfov
1
, M.R Qurbanov
1
AMEA Naxçıvan Bölməsi, Bioresurslar Institutu
Naxçıvan Muxtar Respublikasının indiki ərazisində üzümçülük çox qədim
zamanlardan başlayaraq bütün əmin-amanlıq dövrlərində sosial-iqtisadi duruma müvafiq
dərəcədə inkişaf etdirilmiş və nəhayət ötən əsrin yetmişinci və səksəninci illərinin
əvvəllərində özünün ən yüksək zirvəsinə çatmışdır (Наджафов, 2007).
Lakin, təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan Respublikasına qarşı
yürütdüyü məkrli siyasət və elə bu siyasət zəminində Ermənistanın mənfur torpaq
iddiaları sonucu olaraq Muxtar Respublika blokada vəziyyətinə salındı. Bununla da
xaricə çıxış yollarının qapanması nəticəsində satış bazarlarının itirilməsi səbəblərindən
1988-1989-cu illərdən başlayaraq, burada üzümçülük və onun emal məhsulları istehsalı
böyük miqyasda tənəzzülə uğradı. Əkin sahələri və ümumi məhsul istehsalı ilbəil
azalaraq, 2004-cü ildə, 1983-cü ildəki 17,1 min hektardan 908 hektara, ümumi məhsul
istehsalı isə 105,0 min tondan 6986 tona düşmüşdür. Lakin, bu müvəqqəti çətinliklər
Muxtar Respublikada əhalinin üzüm bitkisinə olan rəğbətini və onun kənd təsərrüfatı
istehsalındakı rolunu və əhəmiyyətini əsla azaltmamışdır. Naxçıvanın çox əsrlik tarixi ilə
yanaşı yaşadılmış üzüm bitkisi günümüzdə yenə də Muxtar Respublikanın bütün
bölgələrində həmişə olduğu kimi becərilir və əziz tutulur.
Müəyyən edilmişdir ki, Muxtar Respublikanın yerli üzüm sortlarının 85%-i ekolji-
coğrafı şərq üzüm sortları qrupuna (ondan 65%-i süfrə və 20%-i şərablıq sortlarıdır) və
15%-i Qara dəniz hövzəsi sortlar qrupuna daxildir ( Аманов, 2004).Yerli sortların
yaranma mənşəyi hələlik tam öyrənilməsə də, onların müəyyən qisminin yerli adlar
daşıması və böyük əksəriyyətinin yalnız bu ərazidə yayılması onu göstərir ki, bu sortlar
uzun bir tarixi dövr ərzində Naxçıvan bağbanları tərəfindən aparılmış süni seçmə, calaq
etmə və digər seleksiya üsulları ilə yetişdiirlmişdir. Şahtaxtı üzüm sortunun öz adının
Kəngərli rayonunun Şahtaxtı, Zerəni qorası sortunun Ordubad rayonunun Zerəni, Şada
sortunun Şahbuz rayonunun Şada, Milax sortunun Culfa rayonunun Milax və s.
kəndlərindən alması, Ağ kələmpür, Bəndi, Cəlali, Daş qara, Əlimərdan, Əşrəfi, Gülabı,
Hüseyni, Xanımı, Xəzani, Qiami, Qara Kürdəşi, Nəbi üzümü, Nəxşəbi, Rəzzaqi, Sahibi,
Şəfei və s. onlarca digər nadir üzüm sortlarının bu günə qədər yalnız Naxçıvan MR-ın
ərazisində yayılması Naxçıvan sortlarının həqiqətən də burada yaradıldığını təkzib
olunmaz bir şəkildə sübut edir.
Görkəmli seleksiyaçı alim, akademik C.Ə. Əliyev ( 2005) göstərir ki, hazırda
mövcud olan bütün sortlar və heyvan cinslərinin rəngarəng və geniş çeşidinin hamısı
minilliklər boyu ənənəvi seleksiya üsulları ilə yaradılmışdır və onun imkanları hələ də
tükənməmişdir.
Azərbaycanın demək olar ki, bütün rayonlarında, o cümlədən də Naxçıvan MR-da
yüzlərcə aborigen üzüm sortlarının yaradılmasında heç şübhəsiz bu yerlərdə mədəni
üzümə başlanğıc vermiş yabanı Vitis sylvestris üzümünün çeşidli tiplərinin geniş
miqyasda yayılması mühüm rol oynamışdır (Amanov,1999, 2006; Amanov və b., 2006;
Аманов, 2006). Qeyd etmək lazımdır ki, üzümün yabanı formaları indinin özündə də
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı Sarı dağ, Əmir Səyyad dağı,
Culfa rayonundakı İlanlı dağ (Şək. 1; Şək. 2), Darı dağ yamaclarında, çay vadilərində və
digər ərazilərində geniş miqyasda yayılmışdır (Nəcəfov, 2004).Yarandığı bir gündən yerli
şəraitə tam uyğunlaşan aborigen üzüm sortları bütün regionlarda xarici mühitin mənfi
təsirlərinə: şaxtaya, quraqlığa, qızmar hava şəraitinə, səmt küləklərinə, xəsətlik-
zərərvericilərə və s. qarşı davamlı olmaları ilə fərqlənirlər.
Tanınmış alium Qolodriqa P.Y. aborigen üzüm sortlarına yüksək qiymət verərək
yazır ki, insanın müdaxiləsi olmadan ətraf mühitin ekstremal şəraitinin təsiri altında bitən
yabanı üzüm formaları və aborigen üzüm sortları biotik və abiotik stress amillərinə
davamlılıq xüsusiyyətləri daşıyan gen və gen qruplarına sahib olmuşdur
(Голодрига,1988).
Müqəddəs torpağımıza, tariximizə, maddi-mədəniyyət abidələrimizə göz dikən
mənfur erməni cızmaqaraçıları Azərbaycan xalqının milli sərvəti olan Naxçıvanın nadir
və qiymətli üzüm sortlarını da özununküləşdirmə tamahı ilə çırpınırlar.
Şək 1. Culfa rayonu İlanlı dağ yamacında yayılmış V. sylvestris yabanı üzüm kolluğu
Şək.2. Naxçıvan MR ərazisində yayılmış V. sylvestris yabanı üzüm forması
Bəşəriyyətin açıqdan-açığa ikrah doğuran bu xəbis tör-töküntü ünsürləri üzündən həya
pərdəsini cırıb ataraq Naxçıvan xalqının əsrlərdən bəri böyük zəka və zəhmət hesabına
yaratdıqları üzüm sortlarını: Əsgəri sortunu - “Nazeli”, Hənə-qırnanı - “Arevik”, Qara
aldərəni - “Areni noi”, Ağ Tayfini - “Araratı”, Pişik üzümünü - “Voskayet”, Naxçıvan
Qızıl üzümünü - “Karmir Koxani”, Misqalını - “Msxali”, Ağ xəlilini - “Aq Sateni”, orta
əsrlərdən belə məhşur olan Şəfeini - “Şaumyani” adlandırmışlar (Amanov, 2004;
Лучшие сорта винограда СССР, 1972). Bu xəbis xilqətli millət (əgər onları millət
adlandırmaq olarsa) onu qəti anlamalıdır ki, Naxçıvanda yetişdirilmiş təbiətin bu zərif
varlıqları erməni ruhu ilə əsla uyuşmazdır və onlar törətdikləri cinayətlərə görə cavab
verməli olacaqlar.
Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutu (İPGRİ) Qafqaz və Qara dənizin
şimal bölgələrində, o cümlədən də üzümün yabanı formalrının geniş yayıldığı, həmçinin
də mədəni üzümün əsas yaranma və formalaşma diyarı olan Azərbaycanda geniş tədqiqat
layihəsi təşkil etmişdir. Layihənin başlıca məqsədi bu ölkələrin elmi potensialının
gücündən istifadə edərək müxtəlif bölgələrdə üzümün sort tərkibinin qorunması və
zənginləşdirilməsini təmin etməklə üzüm genofondunun toplanması, identifikasiyası,
konservasiyası, xarakterizə edilməsi və öyrənilməsi işləri təşkil edir (Аманов, 2006;
Трошин и др., 2006; Трошин, 2006) .
Konvensiyaya daxil olunan tarixdən keçən qısa bir dövr ərzində bütövlükdə
Azərbaycan Respublikasında olduğu kimi, Naxçıvan MR-də də istər geniş istehsalatda və
istər elmi tədqiqat müəssisələrində xeyli iş görülmüş, həyata keçirilmiş aqrar istehsalatlar
nəticəsində yaranmış böyük imkanlara və müstəqil fəaliyyət dairəsinə malik olan fermer
və digər özəl təsərrüfatlarda onların məqsədinə cavab verən aborigen sortlardan istifadə
edilməklə on hektarlarla yeni bağlar salınmışdır. Elmi tədqiqat müəssisələrində mədəni
və yabanı üzüm formalarının axtarışı, kolleksiya bağlarında toplanması, artırılması,
öyrənilməsi, seleksiyası və nəşriyyat işləri genişləndirilmiş, burada perspektivli aborigen
və introduksiya olunmuş sortların tinglikləri yaradılmış və yayılması təşkil edilmişdır.
Dövlətin böyük dəstəyi ilə həyata keçirilən bu və digər başqa tədbirlər sayəsində yəqin
ki, Muxtar Respublikada üzümçülük və onun emal sənayesi yaxın bir neçə ildə yüksək
səviyyədə bərpa ediləcəkdir.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda aborigen sortların
biomorfoloji və texnoloji-təsərrüfat göstəriciləri inamla deməyə əsas verir ki, bu sortlar
Muxtar Respublikada üzümün sort tərkibinin daha da zənginləşdirilməsində önəmli yer
tutacaqdır. Haliyədə Bioresurslar İnstitutunun Nəbatat bağında 145-dən artıq sort və
forma olan üzüm genefondu toplanmışdır. Həmin sortlardan birini Tula gözü sortunu
təqdim edirik.
Tula gözü sortu Naxçıvan
Muxtar Respublikasının az yayılmış nadir aborigen
sortudur (Şək. 3).
Cavan zoğları (5-7 sm) yaşıldır, tumurcuq qalpağı qəhvəyi rəngli sıx
tükcüklərlə örtülüdür, birinci-üçüncü yarpaqları azacıq açıq yaşıldır, tüksüzdür. Boy
atmış zoğları orta yoğunluqdadır, yetişmiş zoğları tünd qəhvəyidir, üzərində qırmızımtıl
ləkələr vardır. Yarpağı orta irilikdədir (uzunluğu 16 sm, eni 12 sm), uzunsovdur, dərin
kəsimlidir, beş dilimlidir, üst səthi tünd yaşıldır, ələkvari torludur, hamardır, alt səthi bir
qədər açıq yaşıldır, tüksüzdür, yuxarı kəsimlər olduqca dərindir, bəzən açıq, bəzən də
qapalıdır, orta və bəzən iri həcmli yumurtavarı pəncərəlidir, aşağı kəsimlər kiçikdir,
açıqdır, oturacağı iti bucaqla qurtaran paralel şəkillidir.
Saplaq oyuğu çox genişdir,
açıqdır, lirə şəkillidir, dilimlərin təpə dişcikləri nisbətən iri, sivri bucaq, bəzən də günbəz
çəkillidir, yan dişcikləri kiçik həcmlidir, mişar şəklindədir, saplağı mərkəzi damarın
yarısı uzunluğundadır, qırmızı şərab rəngindədir, ayə damarları seyrək səpələnmişdir,
açıq-yaşıl rənglidirlər. Çiçəyi iki cinclidir, erkəkcikləri beşdir, yaxşı inkişaf etmişdir, bir
qədər yanlara əyilmiş vəziyyətdə dikdurandır, çiçəkləmə dövründə qönçələrinin 68,7%-i
tökülür, formalaşmış gilələrinin 11,1 %-i noxudlaşır. Salxımı orta irilikdədir (uzunluğu
16 sm, eni 10 sm), konus formalıdır, orta sıxlıqdadır, salxım saplağı orta uzunluqdadır (
3,5-4,5 sm), əksər hallarda odunlaşandır, barmaqdan nisbətən çətin qopandır. Giləsi orta
irilikdədir (uzunluğu 18 mm, eni 15 mm), konus formalıdır, rəngi qaradır, qabığı
möhkəmdir, orta qalınlıqdadır, nazik mum qatı ilə örtülüdür, ləti çox şirəlidir, spesifik
ətirlidir, dadı şirintəhərdir, şirəsi şəffafdır, toxumları 1-2-dir, az hallarda 3-dür, iridir
(uzunluğu 6,2 mm, eni 4,1 mm), dimdiyi orta uzunluqdadır, rəngi tünd qəhvəyidir.
Vegetasiya dövrü - tumurcuqların açılmağa başlanmasından gilənin tam
yetişməsinə qədər - 3498
0
C fəal tempraturda 153 gün, yarpaqların tökülməsinə qədər isə
4523
0
C fəal tempraturda 221 gün davam edir; ayrı-ayrı inkişaf fazaları: tumurcuqların
açılmağa başlamasından çiçəkləmənin başlamasına qədər 726
0
C fəal temperatur və 45
gün, çiçəkləmənin başlamasından qurtarmasına qədər 287
0
C fəal temperatur və 13 gün,
çiçəkləmənin sonundan gilənin yetişməyə başlamasına qədər
Şək.3. Tula gözü sortu
1544
0
C fəal temperatur və 59 gün, gilənin yetişməyə başlamasından tam yetişməsinə
qədər 941
0
C fəal temperatur və 36 gün, gilənin tam yetişməsimdən yarpaqların
tökülməyə başlamasına 1025
0
C fəal temperatur və 68 günə kimi şəraitində və
müddətlərdə davam edir və bununla da illik vegetasiya dövrünü tamamlayır.
Tula gözü orta boyatan sortdur, birillik zoğların boyu vegetasiya dövrünün
axırında 123,2 sm-ə çatır və onun 92,9%-i yetişib qızarır. Yüksək dərəcədə məhsuldar
olması ilə fərqlənir, orta hesabla 79,67 göz yükündə tumurcuqların açılması 73,0%-ə,
yaranmış zoğların barlılığı 93,27%, bir barverən zoğda salxım sayı 1,40 ədəd, bir gözün
barvermə əmsalı 0,949, bir zoğun barvermə əmsalı 1,299-a çatır, bir salxımın orta
kütləsinin 228 q olması hesabına bir gözün məhsuldarlığı 216 q, bir zoğun məhsuldarlığı
296 q, bir tənəyin məhsuldalığı 17,24 kq, bir hektarın məhsuldarlığı 283,34 sen.-ə qədər
yüksəlir.
Xəstəlik və ziyanvericilərə qarşı kifayət qədər davamlıdır, çoxillik müşahidə
nəticələrinə görə xəstəliklərdən mildiuma çox zəif, oidiuma 1 ball, boz çürüməyə 1 ball,
ziyanvericilərdən üzüm salxım yarpaqbükəninə 1 ball, tor gənəciyinə 1 ball gücündə
sirayətlənir. Tula gözü Muxtar Respublikada yetişdirilən üzüm sortları arasında şaxtaya
qarşı ən çox davamlı olması ilə fərqlənir.
Salxımın mexaniki tərkibi: daraq 4,08%, gilə 95,92%, gilənin tərkibi: lətin bərk
hissəsi ilə birlikdə qabıq 7,23%, şirə 84,24 %, toxum 4,42%. 100 gilənin orta kütləsi 187
q, 100 toxumun orta kütləsi 5,40 q. Gilənin tam yetişmə dövründə 3,4 q/dm
3
turşuluqda
23,8% şəkər toplayır. Tula gözü sortu müstəsna olaraq şərab istehsalı üçün yaralıdır,
sortdan qırmızı rəngli və təravətli desert və süfrə şərabı hazırlamaq olur, süfrə şərab
nümunəsi dequstasiya edildikdə 79 ball orqanoleptik qiymət almışdır.
Dostları ilə paylaş: |