Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


Dissertasiya Şurasının elmi katibi



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix16.05.2022
ölçüsü0,49 Mb.
#58165
1   2   3   4   5   6   7   8   9   ...   30
QULİYEVA ZÜLFİYYƏ BORİS QIZI

Dissertasiya Şurasının elmi katibi,  

filologiya üzrə fəlsəfə  doktoru, 

dosent:  


 

 

 



 

 

 



 



 



S.Y.Məmmədova                


 

 

 



 

 

 



 



İŞİN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun aktuallığı.  Məlum olduğu üzrə, dildəki hər bir xüsusi ad 

–  onomastik  vahid  ictimai-tarixi  inkişafın  məhsuludur.  Onomalogiyanın 

maraq doğuran və sanballı tədqiqatların intensiv olaraq artdığı sahələrindən 

biri  də  poetik  onomastikadır.  Linqvistika  ilə  üslubiyyatın  qovuşma  nöqtə-

sində həyata keçirilən bu cür araşdırmalar dilin üslubi-semantik imkanları-

nın üzə çıxarılmasında, linqvistik potensialın səfərbər edilməsində,  dildəki 

polisemantizm  və  obrazlılıq  keyfiyyətlərinin  tədqiq  olunmasında  böyük 

əhəmiyyət kəsb edir. Yazıçıların yaradıcılıq üslubunu tədqiq etmək mühüm 

elmi-nəzəri əhəmiyyət kəsb edir. Hər bir dilin onomastik sisteminin aşkara 

çıxarılmasında bədii ədəbiyyat ən zəngin mənbə rolunu oynayır. Bədii ədə-

biyyatın  dilində  onomastik  vahidlərin  işlənməsi  ədəbi  dil  baxımından  xü-

susi  əhəmiyyət  kəsb  edir.  Onomastik  leksikadan    bədii    əsərlərdə    istifadə 

dilin  onomastik  mənzərəsinin  aşkara  çıxarmaqla  yanaşı,  əsərin  yazıldığı 

dövrün  ictimai-siyasi  vəziyyəti  ilə  bağlı  müəyyən  təəssüratlar    yaradır. 

Çünki ad  ictimai-siyasi proseslərlə sıx bağlı olur.  

Onomastik sistemin bədii əsərlər əsasında arasırılması  müasir dilçi-

liyin ən aktual mövzularındandır. Poetik onomastikanın tədqiqi məhz bədii 

əsərlərdəki  xüsusi  adların  üslubi  xüsusiyyətləri,  əsərin  bədii  təsir  gücünün 

artmasında onomastik vahidlərin rolu və s. kimi məsələlərlə bağlıdır. Bədii 

əsərlərin  poetik  onomastikası,  yəni  onun  üslubi  linvistik  xüsusiyyətləri 

özlüyündə  cox  məsələləri  ehtiva  edir.  Burada  bədii  əsərlərə  verilən  addan 

tutmuş,  oradakı  adların  komik  təbiətiə,  əsərdəki  bədiiliyi  şərtləndirən  va-

sitəyə  çevrilməsinə  qədər  bütün  məsələlər  özünün  əksini  tapır.  Bu  baxım-

dan onomastikanın ən zəngin sahələrindən olan antroponimka və toponimi-

ka daha geniş imkanları ilə seçilməkdədir. 

Böyük dramaturq, nasir, “Molla Nəsrəddin”in banisi, satira ustası, ki-

çik  hekayələrin  böyük  ustadı  kimi  şöhrət  qazanmış  Cəlil  Məmmədquluza-

dənin  Azərbaycan  ədəbiyyatının  inkişafında  böyük  xidmətləri  vardır.  Gör-

kəmli  ədibin  poetik  dil  sahəsində  əldə  etdiyi  uğurların  böyük  bir  qismi 

onun  onomastik  vahidlərdən,  xüsusilə  antroponim  və  toponimlərdən  məq-

sədyönlü istifadə etməsi sayəsində mümkün olmuşdur.  

“Söz ustasının yenilik məharəti sözdə olan potensial mənalardan biri-

ni  bədii  məqsədə,  üslubi  maneraya  uyğun  fəallaşdırmaqda,  hərəkətə  gətir-

məkdə  özünü  göstərir.  Sözdəki  mənaları  yazıçı  qayəsinə  görə  növbə-




 

 

 



 

 

 



 

ləşdirmək,  onlardan bədii  məqsədə  ən çox  münasib olanını  görmək isə əsl 



sənətkarların  həmişə  icad  etdiyi  dil  əməliyyatıdır.  Üslubi  seçmə  budur

1



Məhz yuxarıda sadalanan faktlar seçilən mövzunun aktuallığını şərtləndirir. 


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin