Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
104
ifadə edir və bu məna ilə dildə xüsusiləşir. Mənalar çoxalarsa,
konkretlik və dildə məna, anlayış xüsusiləşməsi olmaz.
Terminologiyada birmənalılıq bir anlayışın bir məna ilə
xüsusiləşməsidir. Bu barədəs.Novruzova yazır: “Sözün
mənasının dəyişməsi digər termin yaradıcılığı üsullarından bir
sıra üstünlükləri ilə seçilir. Ancaq bununla yanaşı bu proses
sözün çoxmənalılığı ilə nəticələnir
və terminoloji dəqiqlik
prinsipini pozur” [122,s.41].
Terminlərdə ekspressiv çalarlar məqbul sayılmır. Çünki
terminlər dəqiqlik tələb edir, dəqiqlik olan yerdə isə obyektiv
gerçəklik psixoloji cəhətdən qiymətləndirilə bilməz. Məsələn,
alət sözü ümumişlək söz kimi “bir
iş görmək, yaxud şey
qayırmaq üçün işlədilən texniki vasitə”, termin kimi isə
“vəziyyətin dəyişməsi məqsədilə əmək alətlərinə təsir üçün
nəzərdə tutulmuş texnoloji ləvazimat” deməkdir [181,s.20].
Nümunədə əşyanın mahiyyətinin
dəyişməsi sözün mənaca
dəyişməsinə və inkişafına səbəb olmuşdur.
Məna genişlənməsi əsasında yaranan terminlər əvvəlki
mənasını itirmədən yeni məna qazanır. Bu zaman yeni
yaranmış məna ilə əvvəlki məna arasında əlaqə özünü qoruyub
saxlayır. “İlkin məna ilə birgə terminləşmə zamanı söz əvvəlki
mənasını qoruyaraq əlavə xüsusi məna qazanır. Terminlər
arasında elə sözlər vardır ki, onlar
təkcə bir terminoloji sis-
temdə termin, həm də qeyri-termin, yəni ümumişlək söz kimi
işlənir” [85,s.16]. Bu proses polisemiya deyil,
çünki burada
elm və cəmiyyətin inkişafı ilə bağlı olaraq sözün funksiyası
cəmiyyətdə genişlənmiş və bu məna genişlənməsi nəticəsində
termin yaranmışdır. Məsələn, ümumişlək söz olan
borc