AZƏrbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu fərhad Mİrzə Qacar


İstambulda dayandıq. Sultan Əbdüləzizlə görüş



Yüklə 2.55 Mb.
səhifə8/27
tarix10.06.2017
ölçüsü2.55 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

İstambulda dayandıq. Sultan Əbdüləzizlə görüş.

h.q. 1292-ci il, 18 şəvval, pəncşənbə (1875, 18 noyabr). TəşrifatçıKamil bəy qüruba altı saat qalmış cənab Əlahəzrət Sultan tərəfindən dörd atlı, xüsusi kalyaska gətirdi ki, bu bəndəni səlahiyyətlı nümayəndə ilə çagırmışlar. Kalyaskanın yanında Kamil bəylə bir qədər söhbət etdik, ondan camelər barədə soruşdum. O dedi: “Bizim vilayətdə came çox, namaz qılan azdır. Yəni məscid çoxdur, namaz xan azdır”.

Dedim: “Bu gün uzaqda deyil ki, deyəcəksiz: Came çox, namaz qılan yox, yəni məscid çox və namazxan yoxdur”. Xeyli güldü və dedi: “Düz buyurmuşlar, Avropa ilə əlaqə, dəmir yolu, paroxod deməyə əsas verir ki, hər şey Avropa kimi olmağa yaxındır. Əgər İranda da dəmir yolu açılsa, orada da get-gedə Avropa ilə əlaqə nəticəsində dəyişiklik olacaq. 31 ildir ki, təşrifatbaşıçı vəzifəsində olmuşam. On aydır işdən azad edilmişəm. Təəssüf etdim. Həzrət şahın İstambula gəldiyi vaxt mən azad edilmişəm”.

Dedim: “Bu vilayətdə əzl (azad etmək) və nəsbin (bərpa etmək) səbəbsiz olduğu məlumdur. Bəs sizin azad edilməyinizin səbəbi nə oldu?” Dedi: “Misir xədivinin işlərini görürdüm. Bir müddətdən sonra onun işlərinə müdaxilə etməməyi qərara aldım, istefa verdim. Misir xədivi İslambula gələn vaxt məndən şikayət etdi, işdən azad edildim”.

Günəşin batmağına beş saat yarım qalmış Sultan imarətinə varid olduq. Bu, Beşikdaşdır ki, dolma bağçası deyirlər. Bu gözəl imarət böyük vəsaitlə başa gəlmişdir. Naxışlarla bəzədilmiş on altı ədəd bütöv mərmər sütunları imarətin ortasında ucalır və çox yaxşıdır, pillələrlə yuxarı qalxarkən gözəl görünür. Sultanın qəbuluna daxil olanadək əvvəlcə bir neçə dəqiqə digər otaqda oturduq, qəhvə gətirdilər və sonra Mabeynçıbaşı gəldi, xəbər verdi. Səlahiyyətli vəzir Müinülmülklə pillələrlə yuxarı qalxdıq, digər bir otaqda Sultanın xidmətinə yetişmək şərəfinə nail olduq.

Əlahəzrət Sultan ayaq üstə dayanmışdı, mən daxil oldum, baş əydim. Sultan yaxınına çağırdı, özü taxtda əyləşdi, mənə də özü ilə üzbəüzdə qoyulmuş kürsüdə əyləşməyə icazə verdi. Digər səndəli də Müinülmülk üçün qoyulmuşdu. Sultan oturmaq üçün ona da icazə verdi.

Sultan gözəl gözlü-qaşlı, ağ çöhrəli, şişman qarın, qısaboylu idi. O, aramla və vüqarla danışırdı. Onun hüzurunda ahəstə danışıqdan xoşu gəlirdi.

İlk baxışdan məhrum şahənşah Məhəmməd şaha çox oxşayır və bu mənə çox təsir etdi. Otaqda bir kəs yox idi. Mabeynçibaşı o biri otaqda Kamal bəylə dayanmışdılar. Əhvalımı soruşdular. Sonra qibleyi aləminkini də soruşdular ki, Şah həzrətlərinin əhvalı yaxşıdır və haradadır? Ərz elədim ki, Mazandaran şosse yolu tamamlandığı üçün və qışda Mazandaranın havası çox yaxşı olduğu üçün qibleyi-aləm də ova getməyə, həm də həmin yola tamaşa etmək üçün bu yaxınlarda yola düşməyə hazırlaşır.

Əlahəzrət, Sultan soruşdu: “Mazandaran Tehrandadır?” Ərz elədim ki, Xəzər dənizinin kanarındadır. 7 mənzil məsafə vardır, ordu ilə on ikimənzil yoldur. Çox yaxşı ov yeridir. Orada hər cinsdən quşlar və vəhşi heyvan görmək olar. Sonra buyurdu ki, şaha xoş olan xüsusiyyitlər haqqında eşitmişdim, onunla görüşdükdən sonra islami dəyərlər baxımından mənim mənəvi fikirlərimlə həmrəy olduğunu duydum.

Ərz elədim ki, indi yer üzündə iki islam dövləti vardır ki, onlar mənəvi cəhətdən bir olsalar, əlbəttə ki, islam dininin daha da qüvvətlənməsinə səbəb olar və xaricilərin nəzərində böyük şərəfə və ehtirama layiq olarlar. Qibleyi-aləm də İrana qayıtdıqdan sonra dəfələrlə sultanı tərif etmişdir, İttifaq yaransa, hər iki dövlət arasında birlik olarsa, onun rəiyyətinin mənafeyinə xidmət edəcək. O, bu sözlərdən sonra gülümsədi və dedi: “Bəyan etdiyiniz kimidir”. Sonra buyurdu: “Şahın hüzuruna yetişən vaxt mənim səmimi niyyətimi ona söyləyərsiniz”. Dedim: “Əlbəttə, allah ömür versə, şahla görüşmək qismət olsa, hər şeydən əvvəl sizin fərmayişinizi ona mütləq çatdıracağam”.

Sultan buyurdu: “İnşallah sağ-salamat Məkkəyə müşərrəf olacaqsınız və qayıdacaqsınız”. Ərz elədim: “Ümidvaram ki, həzrətin şahanə diqqəti ilə bu şərəfə nail olacağam”. Sonra bir daha xudahafizləşib ayağa qalxdıq, Sultan özü də qalxdı. Səlahiyyətli nümayəndəyə ərz elədi ki, neçə müddətdir Mirzə Möhbəli Nazim sərhəddən gəlmişdir və Nəriman xan, səfirliyin məsləhətçisi ki, indi Fransa səfirliyində müştəşar sərəfinə nail olmuşdur, onlar sultanı görməyə gəlmiş və sultanla görüşdülər. Sonra otaqdan çıxdıq.

Mabeynçibaşı və təşrifatçıbaşı dedilər: “Əgər yorğunluğunuzu dəf etmək istəyirsinizsə, bircə an əyləşin və tənəffüz edin, şərbət için, xeyli razı qalacaqsınız”. Yenə o otaqda əyləşdik, şərbət gətirdilər, içdikdən sonra qalxıb mabeynçibaşının müşayiəti ilə həyətin pillələrindən endik, oradan da təşrifatçıbaşı bizi faytonun yanınadək müşayiət etdi. O, xəstəhal olduğu üçün vəziri-muxtar dedi: “Onu üzrlü hesab edib bağışlayın ki, sizi mənzilədək ötürə bilmir”. O, səfərdən qayıdarkən bizim xidmətimizdə olacağına söz verdi.

Vəziri-muxtar mənimlə dövlət faytonuna əyləşib, qüruba dörd saat qalmış mənzilə gəldik. Dolmabaxçası Qəlatanın axırındadır. Qəlatadan keçdikdən sonra Topxana məhəlləsi, oradan keçdikdən sonra Fındıqlı məhəlləsi gəlir. Bundan o yana Beşiktaşdır. Sultana məxsus imarət oradadır. Gördüyüm yerə döşənmiş xalça heç bu imarətə layiq deyildi. Bu barədə soruşdum və mənə dedilər ki, bunlar İzmir işidir və Sultanın vilayətinin işidir və xarici malın burada olmasını istəmir. Məncə bu əsassiz fikirdir. Çünki əksər mayəhtac (gərəkli şeylər – T.H.), qaba mahuddan başlayaraq ağ parça köynəklər, otaqların, qapıların güzgü və şüşələri, ayaqdakı çəkmələr və başqa əşyalar bizə Avropa ölkələrindən gətirilmişdir.

Gər bequyəm ke məra ba to sər-o-karinist

Dər-o-divar qəvahi bedəhəd kari həst.

Belə olan halda əgər Avropanın, yaxud İranın yaxşı kənari xalılarından salınsa idi, xeyli münasib olardı.

Mənim gəlişimdən iki ay əvvəl Vürtemberq (indiki Ştutqart – T.H.) dövlətinin vəliəhdi İslambula gəlmişdi. Bir neçə gün İslambulda qalmasına baxmayaraq, Sultan onu yanına dəvət etmədi. Yalnız yola düşəcəyi gün saraya çağırıldı və Sultanla görüşdükdən sonra həmin gün gəmi ilə yola düşdü.

Biz də həmin gün, (Sultanın qəbulundan sonra) salamatlıqla hərəkət edərək yola düşdük.

Günəş quruba enərkən Avstriya kompaniyasının gəmisinə əyləşdik. Gəminin adı “Avstriya”dir və gəminin kapitanı Antoni Resldir. Paroxod çox möhkəmdir. Səlahiyyətli nümayəndə Müinülmülk səfirliyin üzvləri ilə gəmiyə gəldilər, bir az oturub vidalaşaraq qayıtdılar. Onlar bu neçə gündə çox zəhmət çəkdilər və böyük qonaqlıq düzəltdilər.

Günəşin batmasından yarım saat əvvəl, axşama yaxın cümə gününün axşamı gəmi İslambul boğazından yola düşdü. Allaha şükür ki, hava salamatlıq vəd edir. On bir saatdan sonra Qallipoliyə yetişdik və Mərmərə dənizinin uzunluğunu öyrəndik ki, yüz on ingilis mili qədərdir.

Mərmərə dənizinin ən dərin nöqtəsi 606 qulacdır (Qulac sajına bərabər uzunluq ölçüsü olub, 2,134 metrə bərabərdir – T.H.).

Mərmərə adasının kənarından keçdik. Bu vaxt Mərmərə bizim sol tərəfimizdə qalırdı. Bu dəniz Mərmərə adasının adı ilə Mərmərə adlandırılmışdır.

Oradan İslambula Mərmər daşları gətirilir. Qallipoli Dardanel boğazının əvvəlində sağ tərəfdə vaqedir. Paroxod orada iki saat dayandı.

İzmirə doğru hərəkət və yol boyu olan adaların adları.

h.q. 1292-cı il, 19 şəvval, cümə günü (1875, 19 noyabr). Günortadan iki saat keçmiş paroxod Qallipolidən hərəkət etdi, iki saatdan sonra Çanaqqalaya gəldik.

Xəzər və Qara dənizlərdə, limanlarda Rusiya gəmilərində bu bəndəyə görə “Şiru-Xurşid” bayrağı asmışdılar. Alman gəmilərində isə yox idi. Kapitan iki gün əvvəl səfirliyə gələrkən vəziri-muxtardan xahiş etmişdi ki, bizdə bu bayraqdan olmadığı üçün yaxşı olardı ki, ehtiram xatirinə birini verəsiniz. Onda vəziri-muxtar bir pərdəni tələşik tapıb vermişdi, biz paroxoda gedərkən gətirdilər və iki-üç limanda kapitan onu asmışdı, fikir verməmişdi.

Bir səhər gəminin səthinə çıxıb Çanaqqalaya tamaşa edirdim. Şiru-Xurşid bayrağına baxdım. Gördüm ki, şirin əl-ayağı havadadır, şirin arxası isə gəmiyə tərəfdir.

Kapitana dedim: “Bu şir niyə belə olub?” Kapitan türkcə bir qədər bildiyi üçün dedi: “Əfəndim, mən belə xəyal etdim ki, İran şirinin adəti budur (Yəni mən belə bildim ki, İranın adəti belədir ki, şiri yıxılmış vəziyyətdə çəkirlər ki, ayağı göydə olsun). Məlum oldu ki, bu işi görən dərzi gecə tələsdiyindən səhv tikmişdir. Dərhal Şiri-Xurşid pərdəsini aşağı saldılar və gəminin dərzisinə verdilər. O da bir neçə dəqiqə ərzində düzəltdi, yenidən asdı. Kapitan məlul məhzun idi. Mən 2-3- limanda bayrağı qaldırdım, qarşıda olan gəmidə də bayraq göstərdilər. Elə düşündülər ki, bu pərdə mənim gəmimin malıdır.

Sözün qısası Çanaqqala orada düzəldilən gil qabların adı ilə əlaqəlidir və orada Osmanlı dövlətinin qədim zamanlarda düzəldilmiş daşdan yonulmuş böyük şar və top görünür. Çanaqqala boğazın ortasında sol tərəfdə yerləşir. Bura çox abaddır. Orada Boğazın eni çox azdır və o qədər azdır ki, Şamxak tüfənğindən atılan güllə bu tərəfdən o tərəfə çatar.

Gəmi Çanaqqalada bir saata yaxın dayandı və günortadan altı saat yarım keçmiş Bağça Adaşına daxil olduq. Orada təxminən bir saat qaldıq.

Qürub çağına dörd saat qalmış gəmi limanına çatdıq. Osmanlılar bu limanı Mudullu kimi yazırlar. Bu limanın adında bir ada da vardır, çoxlu zeytun ağacları görünür. Gəmi burada beş saat lövbər saldı. Burada təxminən otuz min əhali yaşayır. Əhali iyirmi dörd kənddə və limanda yerləşmişdir.

Xülasə, gəminin İslambuldan İzmirədək hərəkəti bu istiqamdədir:
Gəminin İslambuldan İzmirədək olan yolu.

İslambuldan Qallipoliyədək hərəkət cənubla qərb arasındadır. Qallipolidən Çanaqqalayadək yol sol tərəfdə Sədəl bəhr, sağ tərəfdə Qum Qala olmaqla cənub-qərb istiqamətindədir. Kip Hells, yəni Hels burnu sol tərəfdədir. Ondan sonra Ərçı Pilki, yəni adalar arxipelaqına daxil oluruq.

Qum Qaladan Bağça Adasınadək, yenə hərəkət cənub istiqamətinədir. Bağça adasının ərazisi bütünlüklə üzüm bağlarıdır. Yunanlar üzümə təndus deyirlər. Qədimdən Osmanlı sultanlarının topxanası burada yerləşirdi. Bəzən Bağça Adası da yazırlar.

Bağça adasından Kip Baba, yəni baba burnuna qədər gəminin hərəkəti sahilə yaxındır və Cənub istiqamətinədir. Baba Burnunu ¼ mil (1 dəniz mili 1,853184 km – T.H.) keşdikdən sonra gəminin hərəkəti şərqə tərəfdir. Altı mil yol qət etdikdən sonra cənub-şərq istiqamətinə hərəkət edərək, Mitilin limanına çatdıq.

Gəminin hərəkəti Mitilin limanından cənub tərəfədir. Yuxarıda xatırlanan ada sağ tərəfdə qaldı. Uzun adaya çatanadək bu yol belə davam etdi. Bu ada türkcə belə adlandırılmışdır, yəni deraz ada. Bu ada dəniz kapitanları arasında İngilis adası kimi məşhurdur. Bu, kiçik bir adadır və İzmir körfəzinin ortasındadır. Xəritələrdə bunu Semirnə kimi yazırlar. Gəmimiz Semirnədən dörd mil cənub-şərq tərəfə yönələrək, bundan sonra on beş mil Şərqə hərəkət etməyə başladı və İzmir limanına yetişdik. Baba Burnudan sonra dəryanın ortasında olan böyük qitəni xatırladan və ingiliscə “Rak” adlandırılan daşın yanından kapitan gəmini iki mil əyri hərəkətlə aralı sürdü. Kapitan deyirdi ki, bir çox gəmi tufan və küləkdə bu daşa dəyib parçalanmışdır.

Bugün üzən gəmimizin göyərtəsində idim. Böyük bir gəmi yanımızdan keçirdi. Gəmidə Osmanlı bayrağı vardı. Kapitan bir az türkcə bilirdi. Dedi: “Yazıq gəmi, yazıq gəmi”. Bu sözün səbəbini maraqlanıb sorişdum. Dedi: “Bu paroxodu Misirin sabiq hakimi Abbas paşa üç yüz min lirəyə hazırladıb. Sultan Əbdülməcid xana peşkəş edibdir. Belə gözəl paroxod heç bir dövlətdə yoxdur. Bu paroxodun indiki vəziyyəti heç ürəkaçan deyil. Yazıq paroxodu Yəmənə buğda gətirmək üçün göndərdilər. Yazıq türkcə biçarə və fəqir deməkdir.

Kapitan elə təəssüf edirdi ki, güya atası ölüb. (Zər qədrini zərgər bilər, gövhər qədrini qövhər).
İzmirdə dayandıq və o liman haqqında məlumat.

1292-cı il, 20 şəvvalül-mükərrəm, şənbə günü (1875, 20 noyabr). Günortadan üç saat keçmiş gəmi İzmir limanında lövbər saldı. Konsul Məhəmmədağa rəsmi libasda gəldi. Bir müddət sədri-əzəm olmuş vilayət valisi Aydın Əsəd paşa, Vilayətin dəftərdarı Şakir bəy, Vilayətin mütərcimi, əslən erməni olan Tiqran əfəndi qarşılamaya gəldilər.

Nahara dəvət etdikdə üzrxaqlıq etdim. Sonra öz gəmimizin qayığına əyləşərək, İzmirə tamaşa etməyi qərara aldım. Osmanlılar ona səndəl deyirlər. Bir polk nizami musiqiçilərlə, miralay və dəftərdar da dayanmışdılar.

Vali paşanın da faytonunu hazırlamışdılar ki, İran konsulluğuna gedərək, oradan dəmir yol vaqonları şifariş etsinlər. Dəmir yolu vaqonu ilə Burunabada, şəhərin yaylağı olan bu yerə tamaşaya getdik. 4 ingilis mili olan bu yolu 10 dəqiqəyə getdik, 10 dəqiqəyə qayıtdıq. Vaqonda çox yaxşı otaq var və xeyli böyük idi.

Burunabadda bir nəfərin bağına getdik. Çox yaxşı bağ idi və burada çox, növbənöv güllər gördük. Naringi və sitrus ağacları vardı. Burunabad türk sözüdür. Bürün farsca dəmağ deməkdir.

İzmir çox yaxşı şəhərdir. Şəhərdən kənara çıxdıqda isə tamam düzənlikdir, sitrus ağaclari görünür. Ağacların əksəriyyəti turs limondur. Burada sərv ağacları çoxdur. Heyf ki, məzarlıqlarda, qəbiristanda əkmişlər və bu adət bütün məmləkətdə qəbul edilibdir ki, sərv ağacı qəbiristanda əkilir. Bəlkə Firəngistanda da qəbul olunub ki, sərv ağacını məzarlıqlarda əkirlər.

Xülasə, Burunabaddan qayıtdıq və dərya kənarına tamaşa etməyə getdim. Fransız kompaniyası 30 min zər dənizi qurudaraq içəri girmiş, dənizin ortasında yarım fərsəx divar çəkərək tufan zamanı gəmiləri burada saxlamaq üçün liman adlanan xiyaban düzəltmişdir. Osmanlılar inqilabı dənizdə tufan, güclü külək adlandırırlar.

Ağır, dəyərli daşlardan dənizdə divar qurmaq üçün istifadə edilməsi bir maraqla tamaşa yaratmışdı. Fransız kompaniyası Osmanlı dövləti ilə əlli il müddətinə müqavilə bağlamışdır. Əlli il tamam olduqdan sonra bu limanın və bu xiyabanın gəliri, onun hüququ Osmanlı dövlətinin ixtiyarında olacaqdır.

Izmirdə iki yüz min əhali yaşayır, əksəriyyəti rum tayfasıdır. Onların məzhəbi Rusiyaya müvafiqdir. Izmirdə bütün Avropa dövlətlərinin konsulu vardır və İzmiri qədim yunanlar Smirna adlandırırlar.

Bugün öyrəndim ki, poçt İslambula gedir, şahənşaha çatacaq ərizə və digər kağızları Konsul ağayi Məhəmmədə verdim ki, İslambulda səfirliyə çatdırsın, inşallah!


İzmirdən yola düşdük

h.q. 1292-ci il 21 şəvvalül-mükərrəm, yekşənbə (1875, 21 noyabr). Gecədən yeddi saat keçmiş gəmi İzmirdən yola düşdü. Yekşənbə günü, sübh tezdən günəş çıxan vaxt Kiyos adasına çatdıq. Osmanlılar bu adaya Saqqız adası deyirlər. Saqqız deməklə Mastika nəzərdə tuturlar. Deyirlər ki, bu adada çox yaxşı Mastika vardır. Ada 38 dərəcə 30 dəqiqə şimal en dairəsində, 26 dərəcə şərq uzunluq dairəsində yerləşir.

Bu ada öz limanının adı ilə adlanır və yaxşı uzun limandır. Şəhər kənarında düzəldilmiş liman indi dağılmış vəziyyətdədir. Bu liman, vaxtilə, qədim zamanlarda Cenevrə bu dənizdə ağalıq edərkən düzəlmişdir.

Saqqız adası şimaldan cənuba doğru uzanır və onun bir neçə kəndi və limanı vardır. Bu adanı xəritələrdə, fərqli olaraq Si Avşi, ehios kimi yazırlar. Gəmimiz burada üç saat dayandı, günortadan beş saat keçmiş yoluna davam etdi. Bugün lövbərin dənizdən çəkib çıxarılmasına tamaşa etməyə getdim. Kapitan dedi ki, lövbərin çəkisi 36 qəntardır (1 qəntar təxminən 45 kq-a bərabərdir, deməli, lövbərin ağırlığı 1620 kq – T.H.), Bu isə kiçik bir maşın vasitəsilə asanlıqla çıxarıldı. Lövbərin uzunluğu 300 qulacdır (1 qulac – 2,134 m).

Lövbər havaya qalxarkən gil və otlarla, köklərlə örtülmüşdü. Bunlar dənizin dibində olanlardı. Bu vaxt yadıma Tufan Hezar Cəribinin şeiri düşdü:

Cörməm anca ke ləngər əndazəd

Gərdeş əz çərxe-əxzər əndazəd

Ba çenin cörm xosdeləm ke xoda

Kare-məşər be heydər əndazəd.

Və Həkim Ənvəri yaxşı deyib:

Asiman dər kəştiyi-omrəm konəd daim do kar

Qah şadiyi badbani, qah əndəhaləngəri.

Xülasə, İzmirdən getdiyimiz məsafə qədər də həmin yolu keçdikdən sonra həmin yoldan qayıtdıq. Simirna körfəzindən çıxdıq. Bir neçə mil Qərb istiqamətində üzdükdən sonra Qaraburun burnundan keçib, üzü Cənub istiqamətində hərəkət etdik. İspalmeturi adasının kənarından keçərək üzü Cənuba və Qərbə üzdük, 8 mil məsafə qət etdikdən sonra Saqqız limanına çatdıq. Xəritədə bunun adı Kastro yazılmışdır. Bu adanın Cənub burnunu ingilislər “Cape Mestiku” adlandırırlar.

Saqqız limanından yola düşdük və gəminin hərəkəti bu zaman Cənub-Şərq istiqamətinədir. Böyük adanın Somos boğazı və kiçik adanın Furni boğazı arasından keçirik. Ondan sonra Cənub istiqamətinə dönərək İkariya və Patmos adasının boğazından keçir və həmin boğazı keçdikdən sonra Spara, Leros, Kalimnos, Kos, Nisiros, Tilos (türklər “Pis qapı” deyirlər)., Kərkər (Falk) adalarını keçirik. Bu adalar sol tərəfimizdə qalır.

Gəmi Nizəri adasının ərazisinə yetişdiyi zaman çox kiçik bir ada olan Mədno adasının kənarından keçdi. Bu ada kiçik xəritələrdə öz əksini tapmamışdır. O adanı keçdikdən sonra İsgəndəriyyəyədək gəminin yolu heç bir adaya rast gəlmədən cənub-şərq istiqamətində oldu.

Mədno adasından İsgəndəriyyəyədək üç yüz qırx səkkiz ingilis milidir. İyirmi mil getdikdən sonra böyük bir ada olan Rodos sol tərəfdə, fasilə ilə iyirmi mildən sonra sağ tərəfdə İskarinto (Skarpion), on mildən sonra isə Hüveyd adasıdır. Ondan sonra İsgəndəriyyə limanına qədər olan yolda heç bir ada yoxdur.

Bizim gəminin hərəkəti belə idi:

Bəzi hallarda gəmilər Somos adası və kiçik Furni adasının yanından keçmirlər, Saqqız adasından düz istiqamətdə İkariya adasına çatdıqdan sonra Şimal-şərq burnundan keçıb həmin adalardan uzaq düşürlər.

Skiros adasının şimal burnundan keçıb, sağ tərəfdə qalan Skarpion adası boyunca getdikdə İsgəndəriyyəyədək sağ və solda heç bir ada yoxdur.

Bugün havada külək olduğu üçün gəminin əksər sərnişinləri halsız idi. Rodos adası da bizdən sol tərəfdə, 20 ingilis məsafədədir və uzaqdan görünür. Rodos adasını keçdikdən sonra Mediterrane, Ağ dəniz və yunanların Eycin dedikləri dənizdir. Mediterrane latın sözü olub, ortada, arada vaqe olan deməkdir. Aralıq dənizidir Ağ dəniz, xəritələrdə Gibraltar kimi yazılan Cəbəlüttariq boğazı (Cəbəl əl-Tariq-Tariqin dağı) ilə Avropa, Asiya və Afrikanı birləşdirir.

Rodos yunan dilində behişt deməkdir. Bu ada ağaclarla zəngin olduğu üçün xoş ab-havaya malikdir. Ona görə də adına Rodos-behişt demişlər. İndi də Misirin xədivi özünün yay imarətini burada qurmuş, yaylaq etmişdir. O, hər il validəsi və ailəsi ilə burada dincəlir.

Cəzirənin mərkəzi otuz altı dərəcə 15 dəqiqə şimal en dairəsində, iyirmi səkkiz dərəcə uzunluq dairəsində yerləşir. Dənizin ən dərin yeri Rodosun yaxınlığında min yeddi yüz əlli qulacdır. Gəminin keçdiyi yerlərdə dərinlik bəzən min iki yüz qulacdır.


Gəmi ilə səfərin İsgəndəriyyə istiqamətində davamı.

1292-cı il, 22 şəvvalül-mükərrəm, düşənbə (22 noyabr 1875-ci il). Dənizdə baş verən fırtına insanların halını xeyli korlamışdı. Heç kəs ayaq üstə dayanaraq, namaz qıla və ya yemək yeyə bilmirdi, hamı bihuş və qorxu içində idi. Axşam çox çətinliklə gəminin göyərtəsinə qalxdıq. Kapitan şükür edirdi ki, dəniz sakitləşmişdir. O dedi: “Dəryanın tüğyan edərək göyərtəni su ilə islatması belə hala heç baharın ikinci ayında da təsadüf edilməyib. Buna görə mən sizdən nə qədər xəcalət çəkirəm”.

Hal-hazırda külək əsmədiyi üçün hava sakit idi. Dəniz qalxıb-enirdi. Kapitan deyirdi: “Dənizin halı heybətli və dəhşətli idi. Gəmimiz iki cür hərəkət edirdi, bir halda zorla düzünə üzürdü, digər halda sular onu qaldırıb endirirdi. Hər nə olubsa, bu gün, osmanlı demişkən, bəd ruzigar idi, buna ruzigarın müxalif küləyi deyirlər.

Nə yaxşı deyiblər:

Ruzi darım və ruzigari

Həmrəng do zolfe moşkfamət.

İnşaallah, Allahın köməyi ilə Beytülhəramı ziyarət edib, o kandarı öpmək şərəfinə nail olacağıq.

Alman kompaniyasının yetmiş bir gəmisi vardır.

İsgəndəriyyə limanına daxil olduq və Kürdüstan hakimliyindən azad edilməğimin səbəbi haqqında şərh.

h.q. 1292-ci il, 23 şəvvalül-mükərrəm, seşənbə (1875, 23 noyabr). Oxatanın əvvəlidir, gecə keçdi və Günəş oxatana təhvil verildi.

Dünən axşamdan indiyədən, Allaha şükür ki, dəniz sakitdir. “İlahi, bizi əzabdan uzaq eylə, çünki biz iman gətirənlərdənik” deyə dua etdim. Şükür olsun, Rəbbimiz zəif bəndələrinə rəhm elədi və bağışladı.

Günəşin qürubuna üç saat qalmış İsgəndəriyyə limanına yetişdik. Limana iyirmi mil qalmış gecələr yandırılan dəniz çıraqları göründü. Oradan bu tərəfə, ta dənizin kənarınadək, Nilin dənizə qovuşduğu yerdə suyun rəngi bulanlıqdır və əlvanlığı çox dəyişir.

İsgəndəriyyədən Misirə gəminin hərəkət istiqaməti Cənub-Şərqədir. Misirdən Süveyşədək hərəkət Şərqə tərəfdir. İsgəndəriyyədən Qahirəyə, Misirə bir başa məsafə yüz ingilis milinə bərabərdir. Amma dəmiryolu ilə yüz otuz bir ingilis milidir.

İsgəndəriyyə İsgəndər Ruminin binalarındandır. Bu, Həzrət İsanın təvəllüdündən 3 yüz 32 il əvvəl qurulmuşdur və o vaxtlar o şəhəri II Rum şəhəri adlandırırdılar. İndi də gözəl şəhərdir. Burada iki yüz min əhali yaşayır.

Misirin xədivi Məhəmmədəli paşanın sayəsində burada gedən abadlıq işləri üçün şərait yaradılmışdır. İndi dəmiryolu vasitəsilə İsgəndəriyyə dünyanın ən yaxşı limanlarında hesab olunur. Iskəndəriyyədən on iki mil aralı kiçik bir ada vardır. Ada ingilis admiralının adı ilə Lord Nelson adlanır. Admiral Nelson cəzirə yaxınlığında Napoleon Bonapartla vuruşmuş Fransa gəmilərini zəbt eləmiş, ona görə də ada onun şərəfinə Nelson adası adlandırılmışdır. Bu döyüş min yeddi yüz doxsan yeddinci məsihi ilində, hicri min ikiyüz on ikincı ildə baş vermişdir Lord Nelsonun tərcümeyi-halı “Cami-Cəm” kitabında, əlli səkkizinci fəsildə verilmişdir.

Xülasə, İsgəndəriyyə kənarında İngiltərə şirkətinin gəmilərinin salamatlığı üçün bir yaxşı liman düzəldilmişdir. Hər bir kvadrat metr daşın biri bir ingilis lirəsidir. Digər xərcləri bir ədəd daşın qiyməti ilə müqayisə edilərsə, limanın böyük qiymətə malik olduğu məlum olar.

Gəmilər bir mil Şərq istiqamətinə hərəkət edərək limana daxil olurlar. Sahilə yaxın dəniz o qədər də dərin deyildir. Gəmilər quma, gilə oturmasınlar deyə, ərəb tayfalarından olan, sahildə yaşayan insanlardan gəmilərin sahilə yaxınlaşmasına, limana daxil olmasına nəzarət edən gözətçilər qulluq edirlər, türkcə onlara bələdçi deyirlər.

Gəminin kapitanı onları uzaqdan gördü və heç etina etmədi. Dedi: “Bir dəfə onlar mənə oyun göstərmişlər. Belə ki, dənizdə fırtına olarkən onlar gəlmirlər ki, qoy gəmilər qəzaya uğrayıb batsın. Elə ki, hava sakit olur, gəlirlər. Əgər mən belə sakit havada, gündüz işığında öz gəmimi limana çatdıraramsa, nə üçün xərc ödəməliyəm?”

Kapitan deyirdi: “Qırx ildir ki, dənizdə xidmət edirəm və yüz dəfədən çoxdur ki, İsgəndəriyyəyə gəlirəm. Nə hava belə xoş olub, nə də limanı belə təhlükısiz görmüşəm.” Gözətçilər məyus halda uzaqda görülən başqa gəmilərə tərəf getdilər.

Mən bu kapitan kimi, gözəl əxlaqlı bir fransız görməmişəm. Tufan zamanı gəmi sakinləri ilə ayrı-ayrılıqda mehribanlıqla danışırdı, onlara ürək-dirək verirdi.

İstanbulda hacıları müşayiət edən on iki nəfər gəmiyə daxil oldu. Onların bileti olmadığı üçün həbs olundular. Kapitana dedim. Kapitan dedi: “Məhz sərkarın (Fərhad Mirzənin – T.H.) buyurduğuna görə və gəminin səlamətliyi üçün mürəxxəs elədim”.

Misir xədivinin gəmisi də limanda mühafizə olunur. Deyirdilər ki, belə bir yaxşı və bəzəkli gəmi Avropada çox azdır. O özü deyirdi ki, bu gəmi onun üçün üç yüz min lirəyə başa gəlmişdi. Gəmi qırx səkkiz saata İsgəndəriyyədən İstanbula gedir və saatda 17 mil məsafə qət edir.

Xülasə, limana daxil olduqda yeddi-səkkiz dəqiqə fasilə ilə qayıqdakı bayraqlardan biri “Şiru-Xurşid” bayrağını yellədirdi. Digər qayıqlarda “Ay və ulduz” nişanlı bayraqlar var idi ki, uzaqdan görünürdü.

Məlum oldu ki, bu qayığı Misirin xədivi həzrət İsmayıl paşa ibn İbrahimpaşa ibn Məhəmmədəli paşa bizim üçün göndərmişdir və Misirin Kənd Təsərrüfatı üzrə müstəşarı (məsləhətçisi – T.H.) Hüseyn paşa bizi qonaq dəvət edirdi.

Hüseyn paşa Misirin Kənd Təsərrüfatı məsləhətçisi Qasım paşa Dəniz naziri, admiraldır. Əli paşa Sadiq İsgəndəriyyənin mühafizi, yəni hakim və Həsən Əfəndi Pasport naziri gəmiyə gəldilər. Təbrikdən və mübarəkbadlıqdan sonra “Şiru-Xurşid” bayrağı olan qayığa əyləşib kənara çıxdıq. Bizimlə İran dövlətinin konsulu Mirzə Rəzi də qayığa əyləşmişdi. Sonra faytona oturub İsgəndəriyyə şəhərindən yarım fərsəx (3-4 km) kənarda yerləşən Hüseyn paşanın bağ və imarətinə gəldik. Hüseyn paşa Xədivin ikinci oğludur, böyük oğul Məhəmməd Tofiq paşadır və onun iyirmi üç yaşı varır. O vəliəhddir. Xədivin üçüncü oğlu Həsən paşadır. Dördüncü oğlu İbrahim paşadır. Digər bir neçə oğulları da vardır.

Hüseyn paşanın bağı rəngarəng güllərlə və həm soyuq, həm də isti iqlim şəraitinə uyğunlaşan ağaclarla zəngindir. Mahmudi kanalı Məhəməddəli paşanın Nildən ayıraraq İsgəndəriyyəyə gətirdiyi kanaldır ki, Xan bağının qabağından keçir. Bu kanalı Məhəmmədəli paşa Sultan Mahmud xanın adı ilə adlandırmışdır.

Burada qəribə bir ağac gördüm. “Firon ənciri” deyirlər, ərəblər “cəmiz” (əncir) deyirlər. Əncir kimidir və ağacın gövdəsindən salxım-salxım çıxır. Onun yarpağı əncirin yarpağına heç oxşamır və onun ağacı çox böyük olur. Ağacın gövdəsini qaşıdıqda süd axır.

Onun əncirini kasıb-kusub yeyir. O bağda Avropadan gətirilmiş ağaclar, güllər saysız-hesabsızdır. Bu barədə geniş danışmaq məqsədimiz yoxdur.

Mənzilə getmək vaxtı çatdıqda yolumuz İsgəndəriyyənin Məneşiyyə meydanından düşdü. Meydanın ortasında Misir xədivi, Məhəmmədəli paşanın at üstündə, başında əmmamə, tuncdan heykəlini tökdürmüşdür.

İsgəndəriyyənin ətrafında möhkəm xəndəklər və qala divarları düzəldilmişdir, iki yanası xəndək, aralarında divar ucalmış, bunlardan biri daxil, digəri xaric üçündür. Bu qala divarları və xəndəklər Məhəmmədəli paşanın binalarındandır.

İsgəndəriyyə şəhərinin ortasında da möhkəm qala və istehkam vardır. Burada böyük toplar limanı və dənizi vura bilər. Şəhər hər tərəfdən yaxşı görünür. Bu istehkamlar ərəblər üçün yaxşıdır. Lakin Əkkəni tutmuş ingilisin hərbi gəmilərinin qarşısında nə edəcək? Onların xəritəsində Əkkə Əyri kimi yazılır.

Fərhad Mirzənin Kürdüstan hakimliyindən azad edilməsi səbəbi barədə izahatı.

h.q. 1290-cı ildə (1873-cu il) hümayun Əlahəzrət Şahənşah Avropaya səfər etdiyi zaman yola düşərkən bu bəndəni Kürdüstandan hüzuruna çağırdı və məmləkətin qorunması üçün ona xidmət etməyi tapşırdı və Tehranda qalmağımı bildirdi (Sonra Əmirəlmöminin oxları öz qabından çıxararaq, bir-bir atdı və məni onların arasında seçdi). Şahənşah Hümayun ölkədə olmadığı zaman, Allaha çox şükür olsun, onun qüdrətindən çalışdım ki, dövlətin qulluğunda nöqsansız, açıq alınla xidmət edim. Şah ölkədə olmadığı vaxt bir çox tanınmış alimlər mənimlə görüşə gəlmişdilər. Onlar Qahirənin vəliəhdindən şikayət edirdilər. Eşitdiklərinə görə vəliəhd, Şeyxi məzhəb və təriqətini seçmiş və düz yoldan yayınmışdı. Üləmalar xahiş edirdilər ki, mən hümayuna bu barədə ərz edim, tanınmış üləmaların fikrini şaha çatdırım.

Bu bəndə o vaxt alimlərin fikrini bildirməmişdi. Hümayun salamat Tehrana qayıtdıqdan sonra bu bəndə Kürdüstana getdi, sonra iş elə gətirdi ki, Kürdüstandan Tehrana gəldi və bəzi işlər, o cümlədən həmin məsələ barədə şaha məlumat verməyi qərara aldı. Əmisi oğlu Mahmud Mirzəni züləmaların ərizəsi ilə şahın hüzuruna göndərdi.

Təriqəti-Şeyxiyyə Hacı Seyid Kazım Rəştinin və ondan sonra şeyx Əhməd Ehsainın başçılıqı etdiyi təriqət idi. Mərhum şahənşah (Məhəmməd şah – T.H.)da bu məsləkdə deyildimi? O, dərviş təbiətli, sufilərə rəğbət bəsləyən idi. Mən də mərhum şeyx Əhməd meylliyəm. Məşhur Fazil Dərbəndidən, Molla Ağadan eşitmişəm ki, Şeyx Əhmədin oğlu Şeyxəli demişdir: “Atamı onun şagirdləri hörmətdən salmışlar”.

Molla Ağa, Şeyxəliyə rəhmət oxuyurdu və Axund Molla Məhəmmədtağı, Yəzdin müctəhidi buyurub ki, mərhum Şeyx Əhməd dörd ilə yaxın Yəzddə yaşamışdır. Orada bütün üləmalar onunla dost münasibətdə olmuşlar və bir neçə il Kirmanşahda da yaşamışdır. Kirmanşah əhalisi onunla əlaqədar xoşagəlməz sözlər danışmışdır, bu danışıqlar isə yalnız Seyid Kazım Rəştnin vəfatından sonra araya gəlmişdir. Həmin tayfadan bəzi müəmmalı sirlər və xəbərlər yayılırdı və avam camaatı yoldan çıxarırdı.

Xülasə, bu cavablar həzrət vəliəhdə çatdıqda çox təşəkkür və minnətdarlıq etmişdi.

h.q. 1291-ci il məhərrəmül-həram ayının 12-də (1875, 19 fevral) Əlahəzrət Hümayun xüsusi bir çapar çağıraraq kağızla Kürdüstana göndərdi, qərara alındı ki, çaparın gedib-qayıtması 15 gündən artıq olmamalıdır.

Təsadüfən atların çox qoca olması və qışın həmin il fövqəladə sərt keçməsi və qarın çox yağması səbəbindən çapar şahın məktubunu 1291-cı il səfər ayının 13-də (22 mart) çatdırdı. Hümayunun hökmi isə belə idi ki, çapar 15 günə gəlib-qayıtmalı idi, lakin bu müddət bir ay bir gün oldu. Çaparın yubanması Tehranda bəzi fikirlərin yaranmasına səbəb oldu, guya kağızda yazılan qəbahətdir.həmin il ölkənin poçt-çaparxana işləri Mehdiqulu Mirzənin ixtiyarında idi. O, xəbər vermişdi ki, çapar gəldi və hansısa bir şəxs Bağdada gedib. Kirmanşahın Müəyyidüddövlənin dediyinə görə 6-7- min ailəsi müxalifdir. Lakin mən şahın hüzurunda bunun doğru olmadığını söylədim. Bunun əsassız olduğunu, Şəhzurun təzyiqi altında edildiyi, tayfa və rəislərinə zidd bir iş olduğunu bildirdim. Mənim bu fikrimi tezliklə o vilayətlərə sahib olmaq niyyəti kimi yozdular. Kürdüstanı heç nədən əldən verdim. Haqq onların, fürsəti əldən buraxmayanların tərəfində oldu. Səhəri gün həmin çapar Kürdüstana yetişdi. Şahın fərmanını çatdırdı və həmin gün teleqrafla Müəyyidüddövlənin (dövlətin köməyi) höküməti-Kürdüstana təyin edildiyi bildirildi.

Bu bəndə həmin gün, çapar gələn gün şahın hüzuruna ərizələr yazıb, sürətlə gedən çaparla göndərdim. Ərizənin cavabı bu bəndəyə Bibikabaddakı mənzildə yetişdi. Ərizənin surəti həzrət vəliəhdə, cümə imamına və bir sıra şəxslərə gördərilsə də, heç bir soraq çıxmadı.

Lakin məlum oldu ki, ərizə göndərilməmiş və ərizənin əsli oğurlanmış, əlahəzrətə çatmamışdır. Hüzurunda olmağa razılıq verilmədi.

Mənasız töhmətə görə etibardan məhrum olduğumu bilərək, iki il sonra zəhmətlə Beytül-hərəmə və Beytül-müqəddəsə getməyim baş tutdu. Ürəyimin ağırlığına təsəllini bunda gördüm.

Vidalaşdığım zaman Sipəhsaları-əzəmə (Hüseyn xan Müşirüddövləyə - T.H.) dedim: “Beytül-müqəddəsə, ziyarətə ona görə gedirəm ki, bu töhməti həzrət Məryəmə ərz edim. O pak ətəyə qohumlar çirkab atdılar. Bu hərəkət əxlaq pozğunluğuna bərabərdir. Bəzən deyirlər ki, Həzrət Zəkəriyyə belə əməl edib, onlar bilirlər ki, töhmət və iftira insana necə təsir edir”.

Mən daima yalvarıram ki, həzrət Xatəmül-Ənbiya və Ruhül-Aləmin şəfaət etsinlər ki, mənim intiqamımı alsınlar, yoxsa heç vaxt halal etməyəcəyəm.

Gözlənilmədən Beytül-hərəmə getmək vaxtı Süleymaniyyədə sərtip Əli xan üzr istəmək üçün mənzilə gəldi. O, Təbrizdən Tehrana atla çaparaq gəlmişdi. O, üzrxahlıqla qüsurlarını ona halal etməyini xahiş edirdi. Bu barədə gündəlikdə yazılmışdır. Düz deyirdi, mən ziyarətə gedirdim və halal etdim, bağışladığımı bildirdim. Bu səbəbdən “Məryəmiyyə” dastanı yazıldı. Bu dastan, rəvayət Qara dənizdə başlandı və Ağ dənizdə tamam oldu. vəba xəstəliyinin yayılması ilə əlaqədar başlanmış qarantin bizim Beytülmüqəddəsi ziyarətə mane oldu. Allahın köməyi ilə xəstəlik bitirsə, biz həzrət Xatəmülənbiya vəl-mürsəlin səlləlllah əliyə və ali və səlləm astanasına müşərrəf olarıq və Hərəmi-Möhtərəm Beytüllahül hərəmə yetişərik. Həmin pak, müqəddəs məkanda bu iztirablı ürək şikayət edəcək və mənə qarşı haqsızlığa bais olanların cəzalandırılmasını Allahdan istəyəcəyəm. “Ölən öldü, qalan qaldı, üzə çıxdı nazil olan aşkar dəlil” (Ənfəl sürəsi, 42-ci ayədən).

Bu dastan özümlə ürəyimin sirrinə ünvanlandı.


Ey madəre İsaye mütəhhər

Ey hamele ruhe pake davər.

Dəste bəşəri tora nə sude,

Mesle to dər in cəhan nə bude.

Çün həml ze ruhe pak dari.

Əz qoft bedan çe pak dari.

Fəxre to nə əz bəyane İsast,

Ke madərəm əz zena mobərrast.

Fəxr in ke tora setud yəzdan,

Bər xatəme ənbiya be Quran.

Yek sure bename nameye tost,

Mədhe pesəre geramiye tost.

Innəllah iztafəkə ən ridreyb

Ku ta be konəd ədu tora eyb.

Quran be zəmane ostovar əst,

Name to həmişe paydar əst.

Yəzdan behəqqe to əstəfa qoft,

Əz kineye yəhud eftira qoft,

Qoftənd yəhud pişəz to

Dər həqqe xoday biş əz to

Qovmi məxzul hər do aləm

Mərdude miyane nəsle adəm

Qəllət idəhün kəlame həqq əst,

Digər ma ra çe caye deqq əst.

Ba anke zühur-opaki əz lövm,

Del xəste əz məlaməte qövm.

Bəs rənc ze qoume xod keşidi,

Toumei ço ze eftira çeşidi.

Töhmət dani bovəd qəzənde,

Çün tir ke bişkərd pərənde.

Zan ru beto elteca nemudəm,

Dər pişe Xoda reca nemudəm.

Suyi to şetaftəm ze xane,

Ta ba to serayəm in fəsane.

Səd mənzel rah tey nemudəm,

Səd əsb cəvad rey nemudəm.

Məhrum şodəm ze Astanət,

Ta raz konəm be pasibanət.

Əfsus ze bəxte naresayəm,

Həmrahe mən əst hər kocayəm.

Ta Mesr beyayəm o nəyayəm,

Digər be çesan soxən sərayəm.

Əz bəske soxən qəzafe qoftənd,

Şərhi ze vəbaye Yafe qoftənd.

Randənd səfanera ze sahil,

Qəştənd ze kərdeqare qafil.

Nayafteənd moddeara,

Dər xoşkiyo dər təri Xodara.

Dər xak gər atəş əz vəba bud,

Dər ab ze bad əjdəha bud.

Gər bade bəla be bəhr xizəd,

Mouci xizəd ke ruh rizəd.

Gər hefz həqqəst, nist bakəm,

Əz atəş o-ab-o-bad-o xakəm.

Qoftənd nəhade şod karantin,

Mara nə sezəd xəlafe ayin.

Tədbir konənd rədde təqdir,

Qafil ke xətast kare tədbir.

Əlqisse ze dövr misərayəm,

An qosse ke bovəd əz bərayəm

Dər nəzde to, ey qozideye Həqq,

Nəzdiki yo duri əst mütləq.

Dani to bemən çe qəm rəside?

Əz kine ədu setəm rəside.

Bərbad şode əst aberuyəm,

Zin biş be pişeto çe quyəm.

Ankəs ke zəde əst efterayəm,

An name ke saxt əz bərayəm.

Beneveşt ke in səvad name əst,

Zan zəfər əlaməte in əst.

Ke əsləş dozdid o dad bərbad,

Vanqah səvadra ferestad.

Əz xord o bozorq kəs nəfərmud,

Kin əsl çeşod ke gəşt məfqud.

Ta naqoft kəsi ke in koca şod,

İn əsl çera çu kimiya şod.

To qolbəne isməti be qolşən

İn hoccəte xiş saz rövşən.

Fəryadresi nəkərd şahəm,

Fəryadrəs, ey toi pənahəm.

Qoftəm ba şah key xudavənd,

İn töhmətra be mən to məpəsənd.

To maleke can-o-şəhriyari

Bel sayeye lotfe kərdeqari.

Divane məzalemi beyaray,

Pəs ançe həqq əst baz fərmay.

Quyənd ke, ruze rəstəxiz əst,

Dər batel-o-həqq bəsi təmiz əst.

Şah əst neşəste sədre eyvan,

Əz beyte şərəfməhəst taban.

Yeksu məni zar-o-höccəte din,

Yeksu oməra beezzo təmkin.

Ənbuhe xəlayiq əz zən-o-mərd,

Binənd ke şah hökm çun kərd,

Mən quyəm key xoda, to dani,

To alime serro əyani.

İn əsl əgər konənd peyda,

Kin mehr-o-xətt əz to şod hoveyda.

Dər məhzəre an şohude məcmu,

Yekdəste məra konənd məqtu.

Vər nə be hüzure övliyayəş,

Do çub zənənd bər do payəş.

Çun şah nə bud dad xahəm,

Xahəm ze to dad, ey to sahəm.

To şahe kəmali üns-o-canra,

To mahe cəmali asimanra.

To daniyo həqq ke pakdinəm

Zin lous bərrist astinəm,

To daniyo həqq, xəbər nədarəm,

Cüz sedq-o-səfa ze bər nədarəm.

Dər kişe məsih-o-dine Əhməd,

Qoule to müsəddəq-o-müsəddəd

Dər pişe Nəbi himayətəm kon,

Dər həzrəte həqq ianətəm kon.

İsara kon şəfiye in kar,

Dər Həzrəte Əhməd cəhandar.

Ta hüccət ru siyah gərdəd,

Rüsvayi gəda və şah gərdəd.

İslam ke, hüccətəş çenin əst,

Pəs vay behale müslimin əst

Xahəm ze Xoda şəqaq o busəş,

Beli naxoşiye şeqaqlusəş.

Bər pay neh bəlke bər bənanəş,

Ta soxre konənd in-o-anəş.

Kin əst sezayi efterayət,

Ta çist səzayi an serayət.

Əcr əst bəhre kəbed ke hərasət,

Xasse ze kəsi nə qofte coz rasət.

Kin hüccətra zəlile şəhkon,

Dər hər do cəhanəş ru siyəh kon.

Dər dünya xahəm in cəzara,

Kin hökm nəoftəd an sərara

Çun ərze to zi rəsul oftəd,

Dər dərgəhe u qəbul oftəd.

Ərzi ke şəvəd ze Məryəme pak,

Hökmi ke, bovəd ze sahe lulak.

Ta mömin o kafer o müsəlman,

Zin hökm şəvənd cümlə heyran.

Ualimə elmehəst, banist,

Danəd mərdude ümmətəş kist.

Əz rəhməte tam-o-lotfe besyar,

Səttar bovəd be hər gonəhkar.

Əndər xəbər əst ruze məhşər,

Əz hovle qiyam-o-tabeşe xər.

Hər kəs be xəyale xod gereftar,

Aya çe bovəd cəzaye kirdar.

Avixte ədl ra tərazu,

Ta zin su qerəvədo ya əz an su.

Nə yad konəd pedər pesər ra,

Nə nam bərəd pesər pedərra.

Rəfte əst xəlile həqq həm əz huş,

Kərde əst zəbihra fəramuş.

Coz nəfəsi kəs soxən nə quyəd,

Kəs yar-o-əşirəti nəcuyəd.

Coz Əhmədi-morsele-Cəhandar,

Ku immətra şəvəd pərəstar.

Quyəd be Xodaye həyye zülmən,

İn ommətra bebəxş bər mən.

Tərsəm ki əgər cəzayi cani,

Oftəd besərai cavidani.

Əz rəhməte amm Əhməde-pak,

Atəş girəd təbiəte xak.

Hüccət be cəhd be hiyle vo fənn,

Əz qəhr-o-əzab həyye zülmən.

Ey fəxre məlayek-o-rəsəl həm,

Ey cane cəhan əqle koll həm.

Peyğəmbəre axərəzzəmani,

Soltane zəmin-o-asimani.

“Lolak” dəlile şövkəte tost,

U ədniye şəne qorbəte-tost.

Fəxre həme bər to fəxre to fəqər,

Subhanəllah be zalikəl vəqər.

İn fəqr nə ehtiyace malist,

Bel fəqr cəmale zül cəlal əst.

Dəste mən o daməne to, ey şah,

Əz zülmət va-rəhanəm, ey mah.

Xakəm bedəhən ke mehr-o-məh çist

İn nə eyvan o bargəh çist

Cümle ze şuaye nure Əhməd,

Musa heyrane Ture Əhməd.

Səg şifte gəşt bər məhe xiş,

Səgra to məran ze dərgəhe xiş.

Sərra benəhəm bər astanət,

Yəni ke, səgəm be pasibanət.

Haşa ke nəmud xod nümayi

Səg başəm əgər toəm setai

Əz vey məqozər behəqqe Zəhra

Dər hər do cəhanəş saz rusva.

Ta xəlqe zəmane ebre girənd,

Zin ebre təmam xebre girənd.

Həqqa mələka xodaygana,

Ruzi deh xəlqra yeganegana.

Darəd be xodaiyyət-govahi,

Əz ərş gerefte ta be mahi.

To həsti yo cömle pəst gərdənd.

Çun xahi baz həst gərbənd

Coz kişe hoda nəbudeəm rah,

Cüz vəhdəte to nəqofte billah.

Din əz xəbər-o-əsər gereftəm,

Nəzde madər o ze pedər gereftəm.

Bəxşay qonahe biqiyasəm,

Kəz kərdeye xiş dər hərasəm

Əz ümməte-xətme mürsəlinəm,

Bude əst islam kiş-o-dinəm.

Qurane Xuda ketab başəd,

Dər mizan ehtisab başəd.

Mehr əst setude Əhməde pak.

Siyrəş bedeh o do borc əflak

Yəni ke əcmmeye mütəhhər

Fəryad rəsane ruze məhşər

İşan həmegi məra imamənd,

Bey rahnəmaye xas o amənd.

Aləm həme rizexare xaneşan,

Dər aləme ma suye məkaneşan.

Ağaz Əlist şire Yəzdan.

Əncam imame həyye keyhan.

Ba mehr o vəlayişan bedouran.

Xahəm ke rəvəd məra ze tən can,

Yarəb behəqqe nəbi yo övlad,

Beqozər to ze kərdhaye Fərhad.

Yek əlif o se səd beqeyre yek həşt

Əz hicrəte şahe din ço beqozəşt

Dər əşəre siyyom be mahe aşer.

İn qofteye mən rəsid axer.

Dər bəhre Siyah ibtida bud,

Dər bəhre Sefid intəha bud.

Çun ab rəvan bovəd sorudəm,

Bər xake nəbi rəsan dorudəm.





Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə