AZƏrbaycan miLLİ elmlər akademiyasi I. NosIml adina diLÇİLİK İnstitutu



Yüklə 12.11 Mb.
Pdf просмотр
səhifə1/30
tarix23.06.2017
ölçüsü12.11 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   30
21873

AZƏRBAYCAN  MİLLİ  ELMLƏR AKADEMİYASI 
İ.NosIml ADINA  DİLÇİLİK  İNSTİTUTU
TÜRK  DİLLƏRİNİN  TARİXİ-MÜQAYİSƏLİ 
LEKSİKOLOGİYASI  MƏSƏLƏLƏRİ
I  cild
v > s   v
Bakı -  2004

Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nəsimi  adma  Dilçilik 
İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
Elmi redaktor: 
f.e.d. M əhəbbət Mirzəliyeva
Rəyçilər: 
f.e.d. Kamilə Vəliyeva
f.e.d. Məsud Mahmudov
Məsul: 
elmi işçi Şəkər Orucova
kiçik elmi işçi Aynel M əşədiyeva
Kitab  türk  dillərinin  ayrı-ayrı  leksik-semantik  sahələrinə, 
tarixi-müqayisəli  leksikologiyası  və  etimologiyası  m əsələlərinə, 
eləcə  də  müstəqillik  dövründə  türk  dillərinin  lüğət  tərkibində  baş 
verən  dəyişikliklərə həsr olunan tədqiqatların toplusudur.
Əsər türkoloqlar,  dilçi-magistr və aspirantlar, eləcə də  filoloq- 
tələbələr üçün nəzərdə tutulur.
4602000000
AB003035
©  Bakı  Slavyan  Universiteti,  «Kitab aləmi» nəşriyyat-poliqrafiya mərkəzi -  2004
Ö N   S Ö Z
ч*-,’
Türk  dillərinin  tarixi  müqayisəli  tədqiqi  müqayisə  olunan  dillərin 
yalnız qrammatik və  leksik baxımdan oxşar və  fərqli  cəhətlərinin,  aşkar 
edilməsinə deyil, həm də bu dillərin tarixi inkişaf yolunun işıqlandırılma­
sına,  əcdad  dilin  qrammatik quruluşunun,  eləcə  də  qədim leksik qatının 
bərpasına  xidmət  edir.  Bu  cür  araşdırmalar və  tarixi  etimoloji  analizlər 
Azərbaycan  dili,  o  cümlədən  türk dillərinin  leksik  laylarının  açılmasına 
imkan yaradır, son nəticədə isə türk dillərinin tarixi leksikologiyası sahə­
sində yeni-yeni tədqiqatlar üçün zəmin yaradır.
Leksik  vahidlərin  araşdırılması  bir  tərəfdən  Azərbaycan  dilinin 
lüğət tərkibinin  inkişaf tarixini  və  mərhələlərini  izləməyə, bir  tərəfdən 
türk  dillərinin  tarixi-müqayisəli  leksikologiyasının  yaradılmasına,  digər 
tərəfdən isə  türk ədəbi  aillərinin inkişaf istiqamətlərinin müəyyənləşdi- 
rilməsinə  imkan  verir.  Dil  faktlarının  deskriptiv,  tarixi-müqayisəli  və 
etimoloji  təhlili  tarixi  leksikologiyanın  bir  sıra  problemlərinin  həllində 
əhəmiyyətli rola malikdir.
Türk dillərinin lüğət tərkibinin inkişaf tarixinin izlənilməsi, baş ve­
rən proseslərin araşdırılması, ayn-ayn sahə leksikasınm tarixi-müqayisəli 
öyrənilməsi bu gün olduqca vacib və zəruridir. Azərbaycan Milli JElmlər 
Akademiyası Nəsimi  adına Dilçilik institutunun türk dilləri şöbəsinin  30 
illik  fəaliyyəti  dövründə  bu  istiqamətdə  apardığı  elmi  axtarış  və  tədqi­
qatların  bu gün «Türk dillərinin tarixi-müqayisəli leksikologiyası  məsə­
lələri»  kitabında toplanması və  elmi  ictimaiyyətə təqdim  edilməsi  məhz 
bu zərurətin labüd nəticəsi kimi qiymətləndirilməlidir.
İki cildlik «Türk dillərinin tarixi-müqayisəli  leksikologiyası  məsə­
lələri» kitabının birinci cildinə türk dilləri şöbəsinin özülünü qoyan mər­
hum  alimlərimzlə  -  filologiya  elmləri  doktoru,  professor  Əbdürrəhman 
Cavadov və  filologiya elmləri  doktoru Kamil  Ramazanov kimi  dilçiləri- 
mizlə yanaşı, vaxfflə onlarla çiyin-çiyinə işləmiş orta nəslin nümayəndə­
ləri  f.e.d.Mehebbət  Mirzəliyeva,  f.e.d.  İsmayıl  Kazımov  və  f.e.n.Etibar 
Quliyevin, eləcə də şöbənin gənc və perspektivli  əməkdaşlan f.e.n.Baba 
Məhərrəmov,  elmi  işçi  Valentina  Qərənfil,  kiçik  elmi  işçilər  Elçin 
Məmmədov yə Elnarə Ələkbərovanm türk dillərinin leksikasmın müxtə­
lif məsələlərinə  həsr olunmuş  tədqiqatları  daxil edilmişdir.  Bu tədqiqat­
lar türk dillərinin,  demək olar ki, büuin leksik-semantik sahələrini  əhatə 
edir. Bu baxımdan qaqauz dilinin məişət leksikasına, türk dillərində bitki 
və quş adlan, eləcə də toy mərasimlərinə, Azərbaycan dilinin fitonimlə- 
rinə  həsr olunmuş  araşdırmalar,  türk dilləri leksikasmın ən dərin layları­
nın  üzə  çıxarılması  məqsədi  ilə  aparılan  və  qədim mənbələrə,  möhtə­
şəm dil abidələrinə  söykənən tədqiqatlar, eləcə də  son  10 ildə - müstə­
qillik dövründə türk dillərində geaən proseslərin öyrənilməsinə dair his­
sələr  xüsusi maraq doğumr. Onu da qeyd edək ki, bu cildə daxil olan bü­
tün tədqiqatlar əsasən oğuz qrupu türk dillərinin materiallarına əsaslanır.
3

«Türk  dillərinin  tarixi-müqayisəli  leksikologiyası  məsələləri»  ki­
tabının  2005-ci  ildə  nəşr  olunması  nəzərdə  tutulan  ikinci  cildinə  isə, 
əsasən, qıpçaq və  karluq qrupu türk dillərinin materialları əsasında yazı­
lan  elmi  əsərlər,  müstəqillik  dövründə  türk  dillərinin  leksik-semantik 
təbiətini,  terminoloji  mənzərəsini,  eləcə  də  sözyaradıcılığı  prosesindəki 
meyillən  əks etdirən tədqiqat işləri daxil ediləcəkdir.
«Türk  dillərinin  tarixi-müqayisəli  leksikologiyası  məsələləri»  ki­
tabının  nəşrə  hazırlanmasında  şöbənin  bütün  əməkdaşlaram  maddi  və 
mənəvi dəstəyini yüksək qiymətləndirir, onların hər birinə, xüsusilə elmi 
işçi  Şəkər xanım Örucovaya, kiçik elmi işçi Aynel xanım Məşədiyevaya 
və kıtabm kompüterdə yığılması prosesində  böyük zəhmət çekmiş həm­
karımız Ülviyyə xanım Huseynovaya təşəkkür etməyi özümüzə borc bili­
rik.
Kitabla bağlı fikir və mülahizələrini, eləcə də irad və tövsiyyələri- 
ni, dəyərli məsləhətlərini bizdən əsirgəməyən hər kəsə -  hər bir oxucu­
muza ctarin təşəkkür və minnətdarlığımızı  bildiririk.
Ünvanımız 
-  Azərbaycan Respublikası, Bakı şəhəri,
Hüseyn Cavid prospekti,31 
(Akademiya şəhərciyi),Əsas Bina,.
V mərtəbə,I.Nəsimi adma Dilçilik institutu,
Türk dilləri şöbəsi.(517-ci otaq)
F.e.d.Məhəbbət  Mirzəliyeva
4
TÜRK  DİLLƏRİNİN ETİMOLOGİYASINA  DAİR
Ə.M.CAVADOV 
filologiya elmləri doktoru, professor
TOY MƏRASİMLƏRİ
Hər bir dilin leksikası müəyyən sahə leksikalanndan ibarətdir. Di­
lin  ümumi  qanunları  əsasında  formalaşan  sahə  leksikalannın özünəməx­
sus xüsusiyyətləri vardır.  Buna görə də istər ümumi dilçilikdə, istərsə də 
türkologiyada  sahə  leksikasının tədqiqinə geniş yer verilir.  Ayn-ayn  sa- 
holorinleksikasına  dair  bir  çox  namizədlik  dissertasiyaları  yazılmışdır. 
Dilin  lcksikasından  bəhs  edən  əsərlərdə  də  sahə  leksikası  xüsusi  bö­
lgüyə  daxil  edilmişdir.  S.Cəfərov  istifadə  dairəsinə  görə  Azərbaycan 
enlinin  leksikasını  belə  qruplaşdırır:  dialekt leksikası, peşə-sənət leksika- 
sı, terminoloji leksika, jarqon leksikası, arqotizmlər.
Bu  təsnifatda peşə-sənət leksikası  sahə  leksikasıdır.  Müəllif qeyd 
edir  ki,  təsərrüfatın  xarakterindən  və  inkişafından  asılı  olaraq  onu 
səciyyələndirən sözlər də çox və ya az ola bilər. Azərbaycanda meyvəçi­
lik, üzümçülük, atçılıq, ançılıq, əkinçilik, tərəvəzçilik çox yayılmış təsər­
rüfat  sahələrindədir və  bunların hər binnə  xas  olan özünəməxsus  peşə- 
sənət leksikası vardır.  Əlbəttə, burada sahə leksikasını əhatə edən sahə­
lərin çox az hissəsinin adı çəkilmişdir.  Belə ki, burada yalnız sənət-peşə 
ilə  və  təsərrüfatla əlaqədar sahələr göstərilmişdir.  Təsərrüfatla bağlı bir 
çox  sahələr  də  mövcuddur.  Bunlardan  biri  mənəvi  mədəniyyətlə  bağlı 
sahədir.  Türkologiyada  bizə  məlum  olan  bu  sahəyə  dair  əsər
R.Q.Axmetyanovun «Общая лексика духовной культуры народов среднего 
Поволожья» əsəridir.1
 2
 3 4
 *
Mənəvi mədəniyyət anlayışının özü də çoxsahəlidir. Buraya mifo­
logiya, adətlər, folklor istilahlan, etika, estetika, şəxs adları və s. daxildir. 
Mifoloji  leksikanın  müəyyən  hissəsini  teonimlər  təşkil  edir.
Məsələn,  qızıl  öküz,  qızıl  xoruz,  boz  qurd  və  s.  teonimlərə  qeyri-real 
onimlejri daxil edir: cin, div, pari və s.
İstər folklor, istər dim dünyagörüş və s. ilə bağlı dildə çoxlu sözlər 
vardır.  Məsələn,  Azərbaycan dilinin  orfoqrafıya lüğətində təkcə a,  b, y, 
g,  e  hərflərində  aşağıdakı  sözlər  qeydə  alınmışdır:  Allafu  adaq,  adqqlı, 
acu, adqoyma, adat, azan, ayaqaçma, bayatıbay, baytarafı, babı, babizm, 
bayqu,  bayquş,  düyün,  toz  və  s.  Bu  sözlərin  bır  qismi  arxaikləşmiş,  bir
1 Bax:  S.C əfərov. M üasir A zərbaycan dili (Leksika), B a b ,  1970, səh.72.
2 Bax: G östərilən əsər,səh .  75-76.
3  Р.Г.  Ахметъянов.  Общая  лексика духовной культуры  народов  Среднего  Поволжья, 
М„  1981.
4  B u haqda  ətraflı  bax:  M  A dilov.  «A zərbaycan teonim ləri»,  «E lm  və  h əy at»  ju r­
nalı,  1987, № 8 , s. 27-28.
5

sıra  türk  dillərində  başqa  sözlə  ifadə  olunur.  Hətta  Azərbaycan  dilinin 
özündə  müəyyən  sözlərin müasir və  arxaik forması vardır,  islam dininə 
görə  bütün  yaradılmışlarm  sahibi Allahdır.  Bu anlayış  qədimlərdə  bayat 
sözü ilə ifadə olunmuşdur. Yaxud toy sözü əvvəllər tamamilə başqa mə­
nanı bildirmişdir.  Əlbəttə, bu sözlər türk dillərində müxtəlif inkişaf mər­
hələlərindən  keçmişdir.  Bu  sahəyə  daxil  olan  bütün  sözlərin  tarixi- 
tipoloji  aspektdən  təhlili,  onların  yeri  gəldikdə  etimologiyasını  açmaq 
üçün  zəruridir.  Bunu  nəzərə  alaraq,  burada bir neçə  söz  təhlil  olunaca­
qdır: ayna, bayatı, bayat, toy, düyün, adadı, boy və s.
AYNA -  müasir Azərbaycan dilində ayna sözü «güzgü» və «şüşə» 
mənalarında işlənir.
Bundan başqa ayna  sözü dialektlərdə  «əhval»  mənasında da işlə­
nir.  «Azerbaycan  dialektoloji  lüğətində»  bu  sözun  aşağıdakı  mənaları 
verilir:
П  Ayna (Kirovabad, Şamxor, Qazax) isim: pəncərə, şüşə
2)  Ayna (Şuşa, Qazax, Şamxor) isim: parıltı, cila
3)  Ayna (Şəki) isim: əhval.
Ayna sözünün axırıncı mənası  - «əhval» -  dilimizin qədim dövrü 
ilƏj  qedim təsəvvürlərlə bağlıdır.  Bir çox dialektlərdə  (xüsusilə  Göyçay, 
Şəki, Tovuz) təsadüf  olunan «xəstənin aynası açıqdır», «xəstənin aynası 
tutqundur» ifadələrindəki ayna sözü «əhval» mənasındadır.
Ayna sözü haqqında
Dilin  inkişafı  ilə  əlaqədar müəyyən sözlər zaman keçdikcə  dildən 
çıxır.  Müasir dili tərk etmiş  sözlərin ən yaxşı mühafizəkarı yazılı  abidə­
lər, dialektlər, xalq yaradıcılığı nümunələridir. Yazılı abidələrdə, dialekt­
lərdə  və  xalq  yaradıcılığında  təsadüf edilən  sözlərin  müəyyən  hissəsi 
xalqın ictimai  həyatı, onun coğrafi  şəraiti,  sənəti, dini  görüşləri  və  s.  ilə 
bağlı  olur.  Bu  sözlərə  çox zaman birləşmə  daxilində  təsadüf edilir.  Qə­
dimdən yaranan belə birləşmələr olduğu kimi nəsildən-nəslə keçir, oma- 
nn  tərkibindəki  müəyyən  sözlər isə  ilk mənasını  itirir və  müasir oxucu 
bunların  mənasını  bilmir.  Çox  zaman  birləşmələrin  ümumi  məzmunu 
danışan  və  dinləyənə  aydın  olur,  lakin  birləşmənin  tərkibindəki  sözün 
mənası qaranlıq qalır.
Yazılı  abidələrdə  və  xalq yaradıcılığında  işlənən  sözlərin  tədqiqi 
bir  tərəfdən  müasir  dilimizin,  digər tərəfdən  isə  tarixi  leksikanm  öyrə­
nilməsi üçün əhəmiyyətlidir.
Dilimizin lüğətində vaxtı ilə işlənmiş, indi  isə müəyyən tərkiblər­
də  özünü  olduğu  kimi göstərən  sözlərdən  biri  ayna-du.  Bu  sözə  uyğur 
abidələrində  və  Azərgaycan  dilinin  qedim  nümunələrindən  biri  olan 
«Kitabi-Dədə Qorqud» əsərində də rast gəlinir.
Dialektoloji lüğətdə dialektlərdə işlənən sözlər qeyd olunur. Lakin 
bu sözlərin izahına yer verilmir.  Buna görə də lüğətdə əhval sözü verilir, 
lakin onun ayna ilə əlaqəsi göstərilmir.
5 Azərbaycan dilinin dialektoloji lüğəti.  1969, səh. 26-27.
6 С.Малов.  Памятники древнетюркской письменности, М.-Л.,  1965, səh.  117.
6
Ayna sözünün darlaşmış mənası -  «əhval» mənası dilimizin  qədim 
dövrü ilə,  qədim təsəvvürlərlə  bağlıdır.  Bu  söz  qədim türk xalqlan  ara­
sında vaxtı ilə çox işlənmişdir.
V.V.Raalov  «Опыт  словаря  тюркских  наречий»  adlı  lüğətində  bu 
sözün beş mənasını verir.  Müəllif bu menalardan birini aşağıdakı şəkildə 
izah edir:
Ayna -  Злой, дух, демон, властелин подземного мира, повилика.
Həmin lüğətdə nəzərə çarpan cəhətlərdən biri də ayna
 
sözünün 
türk xalq- 
larında «can», «ruh», «ürək» monalannda işlənməsidir.
Q.I.Donidze aynam tutca ifadəsini rus dilində «меня зло берет» və 
«мой черт держит» şəklində tərcümə etmişdir.
Deməli,  ayna  dilimizdə  vaxtı  ilə  «şeytan»,  «iblis»,  «şər  qüvvə» 
mənalarını  bildirmişdir.  Q.İ.Donidzenin əsərində  aynam  tutca  ifadəsinin 
şəxssiz  cümlə  hesab  edilməsi  də  təsadüfi  deyildir.  Çünki  bəzi  dilçilik 
əsərlərində  şəxssiz  cümlələrin  totemik  təsəvvür  nəticəsində  yarandığı 
gösterilir.
Beləliklə, ayna sözü qədim insanın təbiət hadisələrinə münasibəti 
ile əlaqədardır. Ta qədim dövrlərdən başlayaraq insan təbiət qüvvələrini 
öz  təsəvvüründə  xeyir və  şər,  işıq və  qaranlıq kimi canlandırmışdır.  Bu 
təsəvvür ayna sözündə də özünü göstərir.
Ayna  şifahi  ədəbiyyatda  da  öz  əksini  tapmışdır.  Türk  xalqlarının 
şifahi  ədəbiyyatına  dair  toplanmış  materiallar  göstərir  ki,  Uıyan  xan 
Abakan tatarları və Altay xalqlan arasında ayna ilə əlaqədar bir sıra nağıl 
və əfsanələr yaranmışdır.  Şər qüvvələrə  qarşı mübarizə  şifahi ədəbiyya­
tın əsas mövzusu olmuşdur7
 8
 9.
Y.M.Meletinski  qəhrəmanlıq eposlannm mənşəyindən danışarkən 
göstərir ki,  şər qüvvələrə -  ayna,  albalı və  s.-lərə  qarşı  mübarizə  yakut, 
xakas və başqa xalqlann eposlannda mərkəzi yer tutur.  Bu eposların ço­
xunda ayna xəstəlik, epidemiya yayan bir qüvvə kimi təsvir edilir.  Xakas 
eposlannda aynanın uşaq oğurlaması geniş yayılmış mövzulardan biridir. 
Bir qayda olaraq, aynanın canı başqa yerdə olur, oğurlanmış uşaqlar tan- 
nnm köməkliyi uə onun ruhunu məhv etməklə onu yox edirlər10.
Bütün bunlara əsasən, demək olar ki, ayna sözünün dilimizdə işlə­
nən mənası  şər qüvvələrə  qarşı  mübarizə ilə bağlıdır.  Məlumdur ki,  qə­
dim .zamandan insanda baş verən ruhi hallar xarici qüvvələrlə bağlanmış­
dır. İlk insanm təsəvvüründə ayna insanda baş verən bu və ya diger hadi­
sənin  səbebkan  olmuş,  sonralar  isə  bu  qüvvə  o  hadisənin  özünü  əvəz 
etmişdir.
Ayna sözü və bu sözlə əlaqəlar olan bir sıra sözlərə həm tək, həm 
də  tərkib  şəklində  müasir  dilimizdə,  xüsusilə  dialektlərdə  rast  gəlmək 
mümkündür.
7 В.В.Радлов.  Опыт словаря тюркских наречий, т.1, с.1, СПб,  1893, с.  17
8 Г.М.Донидзе. Безличные предложения в казахском языке, Абакан,  1959, səh.  18.
9  Вах:  Образцы  народной литературы  тюркских  племен,  ч.1Х,  СПбБ  1907,  səh.  119, 
2 1 7,222.
10 Е.М.Мелетинский. Происхождение героического  эпоса. М.,  1963, səh. 275,  282.
7

Yeri gəlmi şkon göstərmək lazımdır ki, «Kitabi-Dədə Qorqud» das­
tanlarında ayna sözü  «iblis» mənasında işlənmişdir.  Bu baxımdan əsərin 
müqəddiməsindəki aşağıdakı misralar maraqlıdır:
Sağış günündə ayna görglü,
Ayna günü oxuyanda xütbə görklü.
Bir çox aialektlərdə (xüsusilə Göyçay, Şəki, Tovuz) təsadüf edilən 
«xəstənin  aynası  açıqdır»,  «xəstənin  aynası  tutqundur»  ifadələrindəki 
ayna  da  haqqında  bəhs  etdiyimiz məna ilə  bağlıdır.  Çünki  xəstələnmə, 
şadlanma,  sağalma,  qəmlənmə kimi halların xarici  qüwə  ilə əlaqələndi­
rilməsi məlum məsələlərdəndir.
Başqa  frazeoloji  vahidlər  kimi  bu  ifadə  də  bədii  vasitədir. 
M.Müşfıqin  «Qurban  olduğum»  şerində  aşağıdakı  parça bu  nöqteyi  nə­
zərdən maraqlıdır:
Ö mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı dumam,
O xoş ədasına qurban olduğum.
İstər  canlı  danışıq  dilində,  istərsə  də  yazıda bəzən  ayna  əvəzinə 
eynə  işlənir.  Məs.:  «Kimyaçıların  Səməd  Vurğun  adma  mədəniyyət  sa­
rayına gəlib,  direktorun kabinəsinə  girəndə  eynesi açıldı» («Azərbaycan 
gəncləri», 1964, № 31).
Çox zaman «xəstənin aynası açıqdır» və «xəstənin eynəsi açıqdır» 
birləşmələrindən  hansının  daha  doğru  olması  mübahisə  törədir.  «Ey- 
nə»mn «eyn»dən törədiyi göstərilir.
Azərbaycan dialeMərində  a-mn e və ya o-yə keçməsi hadisəsinə 
təsadüf edilir. Bu hadisə ən çox söz əsasında у səsindən əvvəl özünü gös­
tərir. M.Şirəliyev «Bakı dialektmıdə a-nın e-yə keçməsindən danışarkən 
yazır:  «Söz  əsasında  v-dan  əvvəlki  geniş  a  saiti y-nm  təsiri  altında  dar 
saitə (e-yə ) çevrilir; 
du
 isə Bakı dialektinin canlı xüsusiyyətlərindən bi­
ridir.
Misallar: qeyiş, qeymaq, qeynata, qeynana, qeyiz, qeytər və s . '
Eyni hadisəyə ayran-eyran. araba-ərəbə sözlərində də rast gəlmək 
olar. Bu hadisə bir çox dialektleme özünü göstərir. Deməli, eynə aynanın 
müəyyən dialekt variantıdır ki, a e-yə və a a-ye çevrilmişdir.
Azərbaycan  dialektlərinin bır çoxunda еутэп(тж)  felinə  təsadüf 
edilir  ki,  bu  felin  eyn-lə  heç  bir  əlaqəsi  yoxdur.  Bu  fel  (yəni  eymən) 
«qorxmaq»,  «çəkinmək»  mənalarında  işlənir.  R.Rüstəmov  eymən  feli 
haqqında yazır.  «Eymən -  qorxmaq,  çəkinmək felinin kökü (eym) Azər­
baycan  ədəbi  dilində,  dialekt  və  şivələrdə  mövcud  deyildir.  Güman  et­
mək olar ki, felin kökü -  əsası olan eym (eymə) «abır»,  «həya»  mənala­
rında işlənmiş  qədim sözlərdən biridir; məs: Elə qarannıxdı ki, adam ey- 
məner (Qazax)»2.
Eymən  felini  «abır»,  «həya»  ilə bağlamaq,  fıkrimizcə, doğru dey­
ildir.  Çünki  burada  «abır»,  «həya»  çalanığmdan  çox  «qorxu»  mənası 
vardır. Onu da göstərmək  lazımdır ki, hər cur qorxu eymənmək adlanmır.
" M.Ş.Şirəliyev. Bakı dialekti, Bakı, 1949, səh. 29.
12  R.Rüstəmov. Azərbaycan dili dialekt və şivələrində fel. Bakı, 1965, səh. 122.
8
Xalq arasında  mövhumi  qüvvələrdən  qorxmağa eymənmək deyilir.  Tək 
otaqda, qaranlıq yerdə olan adam ətrafındakı əşyaıan mövhumi qüvvələ­
rə (cina şeytana) oxşadır və onlardan qorxur.
Eymən  felində n feldüzəldici  şəkilçidir.  Beləliklə,  sözün kökü ey­
mə-dir. Burada n  ~ m  əvəzlənməsi  ilə  eymə-nin eynə  olduğunu  söylə­
mək olar. Eynə isə ayna sözünün dialekt variantıdır.
Ayna  sözü  (ismi)  ilə  yanaşı  eyni  kökdən  olan  fel  də  vardır. 
R.Ə.Rüstəmov  «Azərbaycan dili  dialekt və  şivələrində işlənən bezi  qə­
dim  fellər  haqqında»  aalı  məqaləsində  ayın-//aym-//aynı-  felinin  Azər­
baycan dili dialekt və şivələrində aşağıdakı mənalarda işləndiyini  göstə­
rir:
«Azərbaycan dilinin Qazax dialektində  (Qazax, Tovuz, Borçalı  və 
b.)»:  1) dirçəlmək; 2) oynamaq, özünə gəlmək; 3) yaxşılaşmaq; 4) xəstə­
likdən ayılmaq. Bakı dialektində:  1) xəstəlikdən qalxmaq; 2) boy atmaq. 
Gədəbəy, Daşkəsən rayon şivələrində:  1) xəstəlikdən ayılmaq; 2)  sağal­
mağa başlamaqj  3)  özünə  gəlmək;  4)  dirçəlmək.  İsmayıllı rayon  şivələ­
rində:  sağalmağa başlamaq.  Göyçay  keçid  şivələrində:  1)  xəstəlikdən

-   •
  “ ' X ---------------- 1  
--------------------*14 
/ U . « T гч  к л ^ л   г ч - ч Л г К ч Л ч ч ^
_____  
j a s i a j u n a g a   u cı^ ıa x ııc iA ^ . 
i w y i u   у*  т u w * ı . ı u « .
ayılmaq; 2) yaxşılaşmaq; 3) dirçəlmək (beynə, başa aiddir)» 
Belə qənaətə gəlmək olar ki, ayna isminin mənası il
n  f
----------° -   J — : ı :   i* :- ~ 1  -’„ У  
u
,
ilə avın-//aynı-
-həm
Belə qənaətə gəlmək olar ki, ayna ısmınm mənası ilə ayıı
//qyni- felinin arasında daxili bir əlaqə vardır. Bu sözlərin hər ikisi  ___
isim, həm de fel xəstəlik, sağlamlıq, yaxşılaşmaq, dirçəlmək, şadlanmaq, 
qəmlənmək  mənalarını  bildirir.  Bir  sözlə,  insanda  baş  verən  istər ruhi, 
istərsə  də  fizioloji  dəyişiklikləri  bildirir ki,  bunların  da hamısını  əhval 
adlandırmaq olar.
Azərbaycan  dilində  qorxu və təlaş  məqamında işlənən ay,  vay ni­
daları  və  yakut  dilindəki  ayı  nidaları  da  ayna  ilə  bağlıdır.  Bu  özünü 
ayılmaq sözündə aydın şəkildə göstərir.
Ayna  sözünün adna fonetik variantı  da var  .  Türk dilli  xalqlardan 
olan qaraimlər həftənin günlərini aşağıdakı şəkildə adlandırırlar: 
jix kin -  bazar 
İiq bas kin -  bazar ertəsi 
Orta kin -  çərşənbə axşamı 
Xan kin -  çərşənbə 
Ke aine kin -  cümə axşamı 
Aine kin-cüm ə 
Şabbat -  şənbə6
Burada nəzərə çarpan cəhət cümə axşamı  və cümə günlərinin ay­
na  ilə  əlaqədar  olmasıdır.  Buna  bizim  dıalektlərdə  də  rast  gəlmək 
mümkündür.  Bəzi dialektlərdə həftənin günləri  aşağıdakı  şəkildə  adlan- 
dınlır: 1
3
 1
4
 *
 1
6
 *
D  n 
p 1
13  R .Ə .R üstəm ov «A zərbaycan dili  dialekt v ə   şivələrində  işlən ən  b ə zi  q ə d im   fel­
lər haqqında».  «A zərb.  SSR  E A  X əbərləri» (ict. elm. ser.),  1963, №3, sən.  73.
14 Е.КЛекарскиЙ. Словарь якутского языка, т.1, вып.  1-4, 1958,  səh. 46.
is Вах:  Вопросы диалектологии тюркских языков, т.  IV, B akı,  1966, səh. 209.
16  Вах:  К.М.Мусаев.  Грамматика караимского языка (фонетика,  морфология),  изд-во
«Наука»,  1964,  səh.  117.
9

Xas
Çərşənbə 
Adna axşamı 
Adna
Adna ertəsi 
Bazar
Burada  adna  sözü  diqqəti  cəlb  edir. Adna  sözü  ayna  sözünün  d- 
laşmış formasıdır. Məlumdur ki, türk dillərində  у ~ d ~ z (ayaq ~ adak ~ 
azak) bir-birini əvəz edir  .
Deməli,  у  ~  d  ~  z  səslərinin  bir-birini  əvəz  etməsi  həqiqətdirse, 
onda  adna-nın  ayna  olması  da  doğrudur.  Bizim  fikrimizcə,  azmaq 
sözünün də kökü ayna ile bağlıdır. Xalq arasında çox zaman o azıb əvə­
zinə şeytan onu yoldan çıxarıb ifadəsi də işlənir. Bu ifadəyə isə təsadüfi 
hal kimi baxmaq olmaz.
Adna günü ilə əlaqədar xalq arasında bir sıra dini  əqidələr mövc- 
üddür ki, bunlar da səbəbsiz deyildir.
Bır çox  mənfi  mənalı  əfsanəvi  anlayışlar zaman keçdikcə  müsbət 
planda və  ya  əksinə,  müsbət planda olan əfsanəvi  anlayış mənfi  planda 
işlənir. Adna da belədir. Aşağıdakı tapmaca buna misaldır:
Bu günün adı adnadır.
İşlər avandınadır.
Ürəyimdə bir şey tutdum 
De görüm adı nədir.
Yeri gəlmışken göstərmək lazımdır ki,yakut dilində ayı bütün var­
lıqların yaradıcısı, xeyir qüvvə kimi təsvir edilir  .

Ayna  sözünün  etimologiyası  haqqında  heç  bir  məlumat  yoxdur. 
V.I.Abayevin  fikrincə,  osetin  dilində  işlənən  həmin  söz  İran  dilindəki 
ainə sözündən götürülmüşdür ki, bu da gərmək deməkdir1®.
Bizim fikrimizcə,  Azərbaycan  dilindəki  ayna  ilə  fars  dilində  işlə­
nən ainə başqa-başqa sözlərdir.
d ~ z  ~ у   səsli  sözlərin  inkişafında у  son  mərhələ  hesab  olunur; 
buna  görə  də  ayaq  əslində  adaq  sözünə  nisbətən  yeni  formadır.  Bu  ba­
xımdan adna sözü ayna-ya nisbətən daha qədimdir.
...... Qədim türk dillərində və monqol dilində şər qüvvə mənasında ada
sözü işlənmişdir . Çox güman ki, adna sözü -na şəkilçisi ilə ad sözündən 
düzəlmişdir.
-na//-nə  şəkilçisinə  ayna  sözü  ilə  yanaşı  bir  çox  sözlərdə  də  rast 
gəlmək mümkündür.  Bu  qeyri-məhsuldar  şəkilçi  haqqında «Azərbaycan 
ailinin qrammatikası» kitabında belə deyilir: «Bu şəkilçi sifətlərə və səs-
j’ В.В.Радлов.  Опыт словаря тюркских наречий, т.1, ч.  1, səh. 202.
8  Вах: Е.КЛекарский. Göstərilən əsən, səh. 47.
^В.И.Абаев.  Историко-этимологический  словарь осетинского  языка,  т.1,  1958,  səh.
20  Н.Н.Поппе. Золотоордынская рукопись на бересте, Советское востоковедение, т. II, 
M.-JL,  1941. səh.  103.
10
təqlidi  sözlərə  qoşularaq  fel  əmələ  gətirir;  məs.:  cıma(maq),  göynə 
(mək), kişnə(mək)»2 .
-na//-nə  şəkilçisi başqa türk dillərində  də  qeyri-məhsuldar şəkilçi 
kimi  yaşamaqdadır.  K..M.Musayevin  verdiyi  məlumata  görə,  qaraım  di­
lində  qeyri-məhsuldar  -na//-nə  şəkilçisi  vasitəsilə  təknecalı  sestəqlidi 
sözlərdən təsirsiz fellər yaranır: «Kai-na (qaynamaq), çei-na (çeynəmək), 
kis-ne (kişnəmək)»2
1
 22 2
3
.
-na//-nə  şəkilçisi  vasitəsilə  başqa  nitq hissələrindən  fel  yarandığı 
kimi, feldən fel, isimdən isim və feldən isim də yaranır.  Əsmək felindən 
-nə  şəkilçisi  ilə  əsnəmək feli  düzəlmişdir.  Qaraım dilində ber (ver, ver­
mək) felindən berne (hədiyyə) ismi əmələ gəlir  .
-na//-nə şəkilçisi əsasən bir şeyə, hadisəyə oxşarlıq, bənzətmə an­
layışı  bildirir.  Bunu  istər  şəkilçi  vasitəsilə  düzələn  fellərdə,  istərsə  də 
ismilərdə  aydın şəkildə görmək mümkündür. Azərbaycan dilində durna, 
zurna, iynə, çənə və s. ismilər -na//-nə şəkilçisi ilə yaranmışdır.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə