AZƏrbaycan miLLİ elmlər akademiyasi hüseyn caviDİn ev muzeyi Hüseyn Cavidin anadan olmasının



Yüklə 2.7 Mb.
Pdf просмотр
səhifə1/32
tarix10.06.2017
ölçüsü2.7 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   32

AZƏRBAYCAN MİLLİ ELMLƏR 

AKADEMİYASI 

HÜSEYN CAVİDİN EV MUZEYİ 

 

Hüseyn Cavidin anadan olmasının 

125 illiyinə həsr edilir

 

 

 



 

 

 



CAVİDŞÜNASLIQ 

 

araşdırmalar toplusu 

 

II - III 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – «ELM» - 2007 

Azərbaycan Milli Elmlər Akademiyası 

 



Hüseyn Cavidin Ev Muzeyinin 



Elmi Şurasının qərarı ilə çap olunur 

 

 



Baş redaktor və tərtibçi: 

GÜLBƏNİZ BABAXANLI 

filologiya elmləri namizədi 

 

Redaktor



TEYMUR KƏRİMLİ 

AMEA-nın müxbir üzvü

filologiya elmləri doktoru 

 

Nəşrə hazırlayanı: 



FƏRİDƏ İBRAHİMQIZI 

sənətşünaslıq namizədi 

 

Ərəb əlifbasında olan materialları transliterasiya edən: 



ZÜLEYXA TEYYUBOVA

 

 

  Cavidşünaslıq  II-III (araşdırmalar toplusu).  

    

 

        Bakı: «Elm», 2007. – 416  səh. 



 

ISBN – 5-8066-1761-1 

 

Toplunun II-III sayına Hüseyn Cavid haqqında 1912-1937-ci 



illərdə  çap  olunmuş,  məqalə,  resenziya,  məlumatlar,  böyük  sənət-

kara həsr edilmiş bir neçə şeir daxil edilmişdir. Materialların müəl-

lifləri arasında H.Zeynallı, C.Cabbarlı, M.Quliyev, Ə.Nazim, Seyid 

Hüseyn, Y.V.Çəmənzəminli kimi tanınmış ədəbiyyat xadimləri ilə 

yanaşı, az tanınan yazarlar da vardır. Bir sıra materiallar imzasız və 

ya gizli imza ilə verilmişdir. 

 

2007


)

07

(



655

4603000000

 

 



© Hüseyn Cavidin Ev Muzeyi, 2007 

                                                                                                                        



ÖN SÖZ 



 

                  Cavid əbədidir, qalacaq nami cahanda, 

                       Məhv etdisə cəllad onu xəlqin nəzərindən

 Ölməz o böyük dahi, böyük bir gələcək var. 

                    Övladi-vətən zövq alacaq hər əsərindən.  

Ə.Vahid 

 

Hüseyn  Cavidin  bədii-fəlsəfi  yaradıcılığı  Azərbaycan 

ədəbiyyatı  və  mədəniyyəti  xəzinəsinin  ölməz  dəyərləri  sıra-

sına  çoxdan  vəsiqə  alıb.  Böyük  sənətkarın  əsərlərinin  son 

dəfə  beşcildlik  şəklində  Azərbaycan  Prezidentinin  sərəncamı 

ilə  latın  qrafikalı  yeni  Azərbaycan  əlifbasında  kütləvi  tirajla 

çap edilməsi bu ölməz ədibin bədii irsinin xalqımız arasında 

populyarlaşdırılmasında müstəsna rol oynayıb. 

Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraq 

göstərən Heydər Əliyev onun adını Azərbaycan ədəbiyyatı xə-

zinəsini  zənginləşdirənlər  sırasında  çəkmişdir.  Səksəninci  il-

lərin əvvəllərindən isə ümummilli liderimiz Hüseyn Cavid ir-

sinə müntəzəm diqqət göstərmiş, şairə layiqli qiymətin veril-

məsi  işinə  nəzarəti  bir  an  belə  zəiflətməmişdir.  Sonralar, 

1993-cü ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademi-

yasının  ziyalıları  ilə  görüşündə  Heydər  Əliyev  Cavidlə  bağlı 

fəaliyyətini belə xatırlayırdı:  

«…Böyük filosof-şairimiz, dramaturqumuz Hüseyn Ca-

vid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq ta-

rix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Si-

birdən öz vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq təəs-

süf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqın-

da Kommunist Partiyasının qəbul etdiyi qərarı Azərbaycanda 

on  il  ərzində  həyata  keçirmədilər…  İndi  Hüseyn  Cavidin 

əsərləri  xalqa  hava-su  kimi  lazımdır.  Təkcə  ədəbi  baxımdan 

deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsər-

lər lazımi səviyyədə nəşr olunmuşdurmu?» 

1981-ci  ildə  Cavid  irsinin  əbədiləşdirilməsi  haqqında 

Heydər  Əliyevin  qəbul  etdiyi  tarixi  qərarın  əsas  bəndlərinin 

 



həyata  keçirilməsi,  dünyada gedən mürəkkəb qlobal  ictimai-



siyasi proseslərin təsiri altında tam 15 il gecikdi.  

Hüseyn Cavid məqbərəsinin təntənəli açılış mərasimin-

də söylədiyi dərin mənalı nitqində böyük öndər böyük sənət-

karı belə qiymətləndirmişdir: 

«Hüseyn  Cavidin  bütün  yaradıcılığı,  bütün  fəaliyyəti 

Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, 

xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun 

bütün  yaradıcılığı  Azərbaycan  xalqını  milli  azadlığa,  müstə-

qilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradə-

sinə,  millətinə  sadiq  olmuşdur,  millətini,  xalqını  həddindən 

artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir in-

san olmuşdur.» 

Cavid  yaradıcılığı  hələ  ədibin  öz  sağlığında  tədqiq  və 

təhlil  olunmağa  başlamış,  onun  ədəbiyyatımıza  gətirdiyi  öl-

məz bəşəri dəyərlər araşdırma obyekti kimi mətbuat səhifələ-

rində öz əksini tapmışdır. Bu araşdırmaların bir araya gətiri-

lərək ayrı-ayrı toplular halında çap edilməsi Azərbaycan Mil-

li  Elmlər  Akademiyası  Hüseyn  Cavidin  Ev  Muzeyinin  elmi 

fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. 

Bu seriyadan ilk toplu artıq işıq üzü görmüş və cavidşü-

nasların, eləcə də Hüseyn Cavid irsinin bütün dostlarının ix-

tiyarına  verilmişdir.  İlk  toplu  olduğundan,  burada  Cavid  ir-

sini tədqiq etmiş, bu böyük sənətkar haqqında söz demiş müx-

təlif nəsillərin və müxtəlif peşə sahiblərinin nümayəndələrinin 

məqalə,  xatirə  və  çıxışları  bir  araya  toplanmış,  bir  növ  Hü-

seyn  Cavid  irsinin  tədqiq  və  təhlilinə  kompleks  baxış  təqdim 

olunmuşdu. 

Cavidşünaslığın  ikinci  toplusu  sırf  xronoloji  prinsiplər 

əsasında tərtib olunmuşdur və Cavid haqqında 1919-1937-ci 

ilə  qədər,  yəni  böyük  sənətkarın  günahsız  yerə  repressiya 

olunduğu  və  onun  yaradıcılığı  və  şəxsiyyəti  haqqında  danış-

mağa qadağa qoyulduğu ilə qədər mətbuatda çap edilmiş mə-

qalə, qeyd və xatirələr öz əksini tapmışdır. 

Toplu  tərtib  edilərkən  tarixi  həqiqətin  mümkün  qədər 

təhrif olunmamasına, Hüseyn Cavid haqqında istər tərifli, is-

                                                                                                                        



tərsə də tənqidi fikirlərin bu məcmuədə öz əksini tapmasına, 



ixtisarlardan  mümkün  qədər  qaçmağa  cəhd  göstərilmişdir. 

Yalnız  açıq  təhqir  və  şəxsiyyətin  alçaldıması  əsasında  yazıl-

mış  qərəzli  məqalə  və  tənqidi  qeydlərin  üstündən  keçilmiş, 

onlar tarixin məhkəməsinə təslim edilmişdir. Qoy gələcək nə-

sillər lazım bilərlərsə, bu yersiz həqarətlərə cavab versinlər. 

Topludakı məqalələrin əksəriyyəti Cavid əsərlərinin ta-

maşalarından sonra yazılmış təhlil, tənqid və təəssüratlardır. 

Əlbəttə, bu cür ilk duyğuların təsiri altında yazılmış məqalə-

lərdən  dərin  elmi  təhlil  gözləmək  çətindir;  ancaq  buna  bax-

mayaraq, müəlliflər tamaşa etdikləri  əsərlərin anatomiyasını 

açmağa  da  diqqət  yetirmişlər.  Məsələn,  1921-ci  ilin  oktyab-

rında  «Kommunist»  qəzetində  «Tiyatro  və  musiqi»  rubrikası 

altında  çap  olunmuş  «İblis»  adlı  məqalənin  müəllifi  elə  ilk 

abzaslardan  faciədə  formal  məntiqin  qanunlarının  pozuldu-

ğunu görərək yazır: 

««İblis»  faciəsi  əvvəlcə  bütün  dünyada  tökülən  qanla-

rın, dağılan xanimanların məsuliyyətini insanların öhdəsində 

qoyub  insanlarda  nəfsin  bir  iblis  olduğunu  isbat  etməkdə 

ikən, hətta İblisin kəndisi belə bu fəlsəfəyi iqrar etdikdən son-

ra ikinci pərdə bütün-bütünə törədilən fitnə və fəsadların, axı-

dılan qanların məsuliyyətini yenə də İblisin öhdəsinə yükləyib 

onu məclisdə saqilik etdirməklə fitnələrin əsasını İblis vasitə-

silə qoymağa başlayır.» 

Ancaq  bütün  tənqidlərə  baxmayaraq,  məqalələrdə  Ca-

vidin  bir  sənətkar  kimi  böyüklüyü  və  qüdrəti  müəlliflər  tərə-

findən etiraf edilməkdə və şəksiz-şübhəsiz qəbul edilməkdədir. 

Məsələn,  yenə  də  «Kommunist»  qəzetinin  1921-ci  il  196-cı 

sayında elə həmin «İblis» tamaşası haqqında təəssüratını bil-

dirən Xəlil İbrahim tənqidi qeydlərə keçməzdən öncə yazır: 

«Bu  günlərdə  məşhur  müqtədir  şairimiz  Hüseyn  Cavi-

din  «İblis»  ünvanlı  əsərini  səhnəyi-tamaşada  seyr  etməklə 

feyziyab  olduq.  Şairi-möhtərəmin  məharət  və  iqtidarı  ümum 

tərəfindən təqdir edilmiş bir həqiqətdir ki, burasını kimsə in-

kar etməz; fəqət məzkur əsərin ikinci məclisində bir türk zabi-

tinin dililə kəndilərinin buyurduqları kimi, «bir qəhrəman nə 

 



qədər böyük olursa, onu tənqid edən də bir o qədər çox olur». 



Buna binaən zənn ediyorum ki, bəndənin də şu sətirləri yaz-

maya cəsarət etməsi şair cənablarının böyüklüyünə isnad ve-

riliyor.» 

20-ci illərdə Cavidin «Şeyx Sənan», «Afət», «Uçurum», 

«Şeyda»,  «Maral»,  «Topal  Teymur»,  Knyaz»,  «Səyavuş» 

əsərlərinin  tamaşaları,  «Peyğəmbər»  əsəri  haqqında  ətraflı 

mülahizələr,  eləcə  də  bütövlükdə  Hüseyn  Cavid  yaradıcılı-

ğına  baxış  bu dövrdə müxtəlif  müəlliflərin  qələmindən çıxan 

məqalələrdə öz əksini tapmışdır.  

Məqalə müəllifləri sırasında Ə. Şərif, Ə. Nazim, H. Zey-

nallı,  Yusif  Vəzir,  C.  Cabbarlı,  Kazımoğlu  (Seyid  Hüseyn) 

kimi tanınmış tənqidçi və ədiblərlə yanaşı, bəzən ikinci dərə-

cəli yazarlara da rast gəlmək mümkündür ki, topluda bunlar 

sanbalına  görə  seçilmədən  yalnız  xronoloji  arcıllıqla  düzül-

müşdür. Bu cür müəlliflərdən Ə. Tahirov, A. Manaflı, İ. Ca-

hangirovun imzalarına daha tez-tez rast gəlmək olur. 

Bəzi məqalələr «ədəbi mübahisə» rubrikası altında ve-

rilir ki, bunlara misal olaraq Kazımoğlunun (Seyid Hüseynin) 

«Uçurum» pyesi haqqında «Zəhmət» qəzetində «H.H.» imzası 

ilə eyni adlı tamaşa haqqında yazılmış tənqidə cavabını gös-

tərmək olar. 1922-ci ildə yazılmış bu məqaləsində Kazımoğlu 

o dövrün cavidşünaslığına bir növ yekun vuraraq, Cavid irsi 

və əsərlərinin tamaşaları barədə mətbuatda getmiş resenziya-

ları ümumilikdə zəif sayaraq yazır: 

«Məhəlli mətbuat səhifələrində Hüseyn Cavidin əsərləri 

xüsusunda  vaqtilə  çox  yazıldı.  Məələsəf,  bu  yazılar  Hüseyn 

Cavidin və əsərlərinin mahiyyətini lazımınca ortaya qoyama-

dılar. Nə İblis, nə Sənan və nə də Afət barəsində doğru, əsaslı 

bir  şey  yazılmadı.  Bu  gün  şayani-ədəb  müzakirə  edilməkdə 

olan  «Uçurum» faciəsi  də kəndi  mahiyyəti-ədəbiyyəsini  – şu 

danışıqlara baxılarsa – meydana qoyamayacaqdır.» 

Bir  sıra  məqalələrin  polemik  xarakteri,  Cavidin  müəy-

yən  əsəri  haqqında  öncə  yazılmış  tənqidi  yazıya  cavab  ver-

məsi ilə şərtlənir. Məsələn, 1921-ci il noyabrın 15-də «Cim» 

imzası  ilə  «Şeyx  Sənan»  haqqında  yazılmış  məqaləyə  Xəlil 

                                                                                                                        



İbrahim «Kommunist» qəzetinin növbəti üç sayında ətraflı bir 



cavab vermiş və özü də məqaləni «Möhtərəm «Cim»ə cavab» 

adlandırmışdır.  X.  İbrahim  polemikaya  girdiyi  məqalədəki 

tənqidi qeydləri bənd-bənd sadalayaraq, onların əsassızlığını 

sübuta yetirir. 

Bəzi məqalələr Cavid dramlarındakı obrazların məhkə-

məsini xatırladır ki, burada müəlliflər sanki ittihamçı rolunda 

çıxış edərək, obrazları canlı bir insan kimi qarşılarına qoyub 

onun bütün nöqsan və günahlarını üzünə çırpırlar. Bu baxım-

dan Ə. Nazimin 1924-cü ilin noyabrında «Kommunist» qəze-

tində «İblis»  pyesi  haqqında çap  etdirdiyi məqalə bu baxım-

dan zəngin material verir. Müəllifin başlıca ittihamı isə dra-

maturqun  özünə  qarşı  çevrilmişdir:  «Cavidin  hanki  əsərini 

açsaq,  onları  tədqiq  etsək,  onlarda  mütərəddid  çırpınan  bir 

qəlb,  damarlarda  şübhəli  axan  bir  qan  buluruz…  Bunun  da 

səbəbi  vardır:  çünki  Cavid  materialist  deyildir.  Zatən  ma-

terialist  olmayan  şəxslərin  və  feylesofların  əsərləri  böylə  tə-

rəddüdlər və şübhələrlə dolu deyilmidir?» 

Qeyd edək ki, Ə. Nazimin bu tənqidi qeydləri cavabsız 

qalmamış,  «Çora  Batır»  (Əli  bəy  Hüseynzadə)1925-ci  ildə 

«Yeni yol» qəzetində onun əksər mülahizələrini rədd etmişdir. 

Eyni  zamanda,  Cavid  bir  şair  kimi  bu  məqalədə  çox  yüksək 

qiymətləndirilir. 

Bu dövrdə Cavid haqqında qələmə alınmış bəzi məqalə-

lər sanballı tədqiqat  xarakteri daşıyır.  Məsələn,  Hənəfi Zey-

nallının  1926-cı  ildə  yazdığı  «Hüseyn  Cavidin  yazdığı  «Pey-

ğəmbər» haqqında mülahizələrim» adlı 50 səhifəlik əsəri bu-

nun bariz örnəyidir. Eləcə də eyni müəllifin 1926-27-ci illər-

də «Maarif və mədəniyyət» jurnalında çap olunmuş «Şeyx Sə-

nan»  haqqında  mülahizələrim»  adlı  elmi  əsəri  də  bu  qəbil-

dəndir. 

Əgər  20-ci  illərdə  Cavid  yaradıcılığı  haqqında  dərc 

olunan məqalələr əsasən onun peysləri haqqındadırsa, 30-cu 

illərdə bu sıraya «Azər» poeması da əlavə olunur. Bu baxım-

dan  İ.  Mirzənin  (Mirzə  İbrahimov?)  1933-cü  ildə  «Kommu-

nist» qəzetində dərc olunmuş «Hüseyn Cavidin son yaradıcı-

 



lığı dövrü haqqında» məqaləsi tədqiqat üçün material verir. 



O dövrdə rusca nəşr olunan «Zarya Vostoka» (Tiflis) və 

«Bakinski  raboçi»  qəzetlərində  çıxan  məqalələr  rus  dilində 

verilmişdir. 

Topluya  Cavid  haqqında  o  dövrdə  yazılmış  bir  neçə 

şeir, eləcə də onun əsərlərinin tamaşaları barədə qısa məlu-

matlar da daxil edilmişdir. 

Ümid  edirik  ki,  «Cavidşünaslıq»  seriyasından  ikinci 

toplu Cavid irsinin araşdırıcıları və bütövlükdə cavidsevərlər 

üçün faydalı olacaqdır. 

Zaman keçdikcə Hüseyn Cavidin ölməz əsərləri öz təra-

vətini  və  ictimai  həyatımız  üçün,  insan  psixologyilarının  ka-

milləşməsi yolunda öz əhəmiyyətini itirmir. Buna görə də Ca-

vid irsi həmişə tədqiqatçıların diqqət mərkəzində olmuş və bu 

gün bu maraq daha da artmışdır. Təbii ki, zaman-zaman zən-

ginləşən  cavidşünaslığın  bütün  materiallarını  toplunun  gələ-

cək saylarında verməyə çalışacağıq. 

Məqalələrin  ərəb  əlifbasından  transliterasiyası  zamanı 

bir çox çətinliklərlə üzləşdik ki, bunlardan biri – bir çox qəzet 

nüsxələrinin zaman keçdikcə keyfiyyətini itirməsi və bəzi yer-

lərin  pis  oxunması  ilə  bağlı  olmuşdur.  Buna  görə  də  nəzərə 

çrpan nöqsanların lütfən Hüseyn Cavidin Ev Muzeyinə bildi-

rilməsini xahiş edirik. 

 

Gülbəniz Babaxanlı 

 

 

 

                                                                                                                        



M.Məsud



*

 

İrəvandan. 

 

…möhtərəm  atalar!  Balalarınızın  əhvalına  acıyınız, 



bədbəxt etməyiniz. Hüseyn Cavid, Ömər Faiq kimi türk ədə-

biyyatının  anası  olan  və  darülfünun  görmüş  müəllimlər  gəti-

rilməsini  məktəblər  müdiriyyətindən  xahiş  edərək,  iqtidarsız 

müəllimlərin istefa verməsini təklif edin. Ümidvarəm möhtə-

rəm atalar öz evladlarının istiqbalını nəzərə alıb mətləbə əhə-

miyyət  verələr.  Gələcək  nömrələrdə  özgə  mətləblərdən  bir 

neçə söz yazmağı vədə verirəm.  

«İqbal»,  

1 iyun 1912  

 

Qulam Məmmədli «Cavid ömrü boyu»  



(həyat və yaradıcılıq salnaməsi) 

Bakı, «Yazıçı» 1982, s. 55-56. 

 

 



Əziz Şərif 

 

Səhər  saat  10-da  atamla  avtomobilə  minib  Tiflisə  yol-



landıq. Şəhərə axşam saat 5-də çatdıq… Hüseyn Cavidin Tif-

lisdən Gürcüaniyə göndərdiyi son məktubunu vaxtında alma-

dığı  üçün  Qurbanəli  Şərifzadə  ona  təhriri  cavab  verə  bilmə-

miş və yəqin ki, Tiflisdə Hüseyn Cavidlə görüşən zaman ona 

dəmiryol  tikintisində  işləmək  barədə  məlumat  verib,  onu  bu 

fikirdən daşındırmışdı. 



28 avqust 1912,  

Gürcüani 

 

Qulam Məmmədli «Cavid ömrü boyu»  

(həyat və yaradıcılıq salnaməsi) 

                                                           

*

  Г.Мяммядлинин  «Ъавид  юмрц  бойу»  китабында  ихтисарла 



верилмиш мягалялярин орижиналыны ялдя едя билмядик (ред.) 

 

10 


Bakı, «Yazıçı» 1982, s. 58

                                                                                                                        

11 


Məxfi 

 

D.İ.N. 

 

 

Əlahəzrət Yelizavetpol qubernatoru cənablarına 



 

Raport 


 

11 noyabr tarixli, 3189 nömrəli sərəncamı yerinə yetirə-

rək,  zati-alinizə  bildirirəm  ki,  Yelizavetpol  şəhərinin  birinci 

hissəsinin pristavı tərəfindən bu il noyabrın 22-də göndərilən 

350 nömrəli təəllüqədən göründüyü kimi, bu ilin yanvarından 

iyulun  axırınadək  Yelizavetpol  şəhərində  yaşamış  Hüseyn 

Rasizadə Hacı Molla Abdulla oğlunun rəftarı və mənəvi key-

fiyyətləri yaxşı olmuşdur. Heç bir pis hərəkəti nəzərə çarpma-

mışdır.  O,  istintaqa  cəlb  edilməmiş  və  məhkəməyə  düşmə-

mişdir.  Onun  harada  yaşadığı,  haradan  gəlib,  haraya  getdiyi 

haqqında məlumat yoxdur. 

 

Yelizavetpol polismeysteri. 



29 noyabr 1912-ci il, № 822. 

Yelizavetpol şəhəri. 

 

Polismeyster (imza) 



Katib vəzifəsini icra edən (imza) 

(Azərb. SSR MDTA, F. 62, s. 1, iş 72, v. 189). 

 

Qulam Məmmədli «Cavid ömrü boyu»  

(həyat və yaradıcılıq salnaməsi) 

Bakı, «Yazıçı» 1982, s60

 

 



 

 

12 


 

                                                                                                                        

13 


Hüseyn Cavid əfəndiyə 

 

«Gümüş»lə  həmqafiyə  olsun  deyə  «düşün»  sideyi-əm-



riyyəsini nahaq yerə «düşünüş» məsdərinə təhvil etdiyiniz və 

bu  qafiyculuğa  qarşı  «saqın»  xitabını  «zavallıların»  kəlmə-

sinə  təqziyə  elədiyiniz  üçün  biri  qafiyəsiz,  digəri  mənasız 

olan iki misranız lütfən dəyişdirildi. Arzunuzu əvvəlcə bildir-

səydiniz, mənzuməniz nəşr edilməz və «Şəlalə»də boş sözlər-

lə qalmazdı. 

 

«Şəlalə»,  

15 mart 1913 

 

Qulam Məmmədli «Cavid ömrü boyu»  

(həyat və yaradıcılıq salnaməsi) 

Bakı, «Yazıçı» 1982, s. 61. 

 

 

 

 

«Açıq cavab» 

 

Hüseyn Cavid əfəndiyə… 



«Şəlalə» mühərriri Səbribəyzadə Xalid Xürrəm. 

 

Qeyd:  Səbribəyzadə  Hüseyn  Cavidə  verdiyi  bu  uzun-



uzadı  cavabında  Cavidin  şeirini  təbdil  və  təhrif  edib,  «Şə-

lalə»də çap etməkdə özünü haqlı sanır. – Q.M. 

 

«İqbal»,  

17 mart 1913 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə