Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə40/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   36   37   38   39   40   41   42   43   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
42 
Yuxuda durna görmək,  yuxugörənin uzaq səfərə gedə-
cəyinə, səfərin isə çətin olacağı kimi yozulur. 
Yuxuda düyü görmək, yuxugörəni xoş məram gözləyir 
kimi yozulur. 
 Yuxuda  ev  görmək,  ucalmaq,  vəzifə  tutmaq  kimi  yo-
zulur. 
Yuxuda  eşşək  görən  yuxugörəni  hörmət  gözləyir. 
Dost-tanışı çox olacaq kimi yorulub-yozulur. 
Yuxuda eynək görmək uzaqdan, qürbət eldən  yuxugö-
rənə qonaq gəlməsi kimi yozulur. 
Yuxuda  əjdaha  görmək  yuxugörənin  yüksək  vəzifə 
tutması kimi yozulur. 
Yuxuda əzgil görmək  yuxugörənin pullanması demək-
dir. 
Yuxuda  ələk  görmək  yuxugörənin  hörmət-izzət  sahibi 
olub, var-dövlətə çatacağı kimi yozulur. 
Yuxuda əl görmək, toy-nişan olacağı kimi yozulur. 
Yuxuda əncir görmək yuxugörənin ailəsinə əlidolu qo-
naq gələcəyi kimi yozulur. 
Yuxuda ərik görmək, yuxugörənin təzə paltar geyəcəyi 
deməkdir. 
Yuxuda əriştə görmək,  yuxugörənin arzu-istəyinin puç 
olacağı kimi yozulur. 
Yuxuda  qara  at  görmək  ailədə  kiminsə  xəstələnməsi 
deməkdir. 
Yuxuda zəli görmək yuxugörənin ailəsində xəstə varsa, 
tez sağalacağı kimi yozulur. 
Yuxuda  zığzığ  quşu  görmək  ailədə  bəla,  bədbəxtlik 
olacağı kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin