Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu səDNİk paşa pirsultanli


d) Xəstə Qasım, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Nəbati yaradıcılığında təcnis



Yüklə 0,61 Mb.
səhifə30/43
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#1165
1   ...   26   27   28   29   30   31   32   33   ...   43
d) Xəstə Qasım, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Nəbati yaradıcılığında təcnis

Tikmədaşlı Xəstə Qasım aşıq yaradıcılığının bel sütunudur.1 Xəstə Qasım şeirinin dil əlvanlığı xalq yaradıcılığı çeşməsindən, bayatı inciləri xəzinəsindən gəlir. Xəstə Qasım şeirinin dili – bayatılarımızın dilidir. O, bu büllur çeşmənin gözündən içib.

Aşıq şeirinin inkişaf xətti aydınca göstərir ki, Tufarqanlı Abbas XVII əsrin əvvəllərində, Sarı Aşıq bu əsrin ortalarında, Xəstə Qasım isə XVII əsrin sonu XVIII əsrin birinci yarısında yazıb-yaratmışdır. Qüdrətli sənətkar olan Xəstə Qasımın ədəbi irsi içərisində yeddi təcnis, üç cığalı təcnis vardır. Xəstə Qasımın təcnisləri və cığalı təcnisləri bir-birindən gözəldir. Xüsusilə, “Üz ha, üz” rədifli cığalı təcnisi əvəzsiz sənət incisidir. Eyni zamanda, bu cığalı təcnis məzmununa görə, həm də nəsihətamiz bir ustadnamə kimi səslənir.

Əsl ustalıq məhz təcnis yaratmaqla meydana çıxdığından, aşıqlar bu şeir növünə xüsusi əhəmiyyət vermiş, məharətlərini göstərməyə çalışmışlar.

Aşıq poeziyasına dərindən bələd olan Xəstə Qasım təcnisi yüksək qiymətləndirərək demişdir:
Xəstə Qasım, sözün yetib tamama,

Gündoğan, günbatan gələr salama,

alim işidi, nə də üləma,

Təcnis mənasının çox hünəri var.2


Xəstə Qasımın yaratdığı sənət inciləri, xüsusilə, təcnis, qıfılbənd, ustadnamə və başqa şeirləri onun aşıq yaradıcılığındakı ədəbi mövqeyini yüksək tutmağa və istedadlı bir sənətkar olduğunu söyləməyə haqq verir.

Xəstə Qasım şeirlərinin sənətkarlıq xüsusiyyətlərini araşdırarkən tamamilə aydın olur ki, milli heca vəznli şeirimizin inkişaf tarixində onun xüsusi xidmətləri olmuşdur.3

M.P.Vaqif, Q.B.Zakir, Ə.Nəbati və başqa xalq ruhunda şeirlər yazıb-yaradan sənətkarlar təcnis yaradıcılığını yüksək qiymətləndirmiş və özləri də gözəl təcnislər yaratmışlar.

M.P.Vaqif aşıq şeiri tərzində qoşmalar və gəraylılarla yanaşı, bir neçə təcnis də yaratmışdır. Vaqifin təcnisindən bir nümunə:


Bir gözəl boylu, gözəl xoylu gözəl yar,

Nə gözəlsən, geyinibsən alı sən,

Gözəl gözün hər bir qıya baxanda,

Gözəl canı gözəl təndən alısan.

***

Gözəl qamət, gözəl gərdən, gözəl üz,



Gözəl olmaz sən tək, olsa gözəl yüz,

Gözəl tanı munca yetər, gözəl üz,

Gözəl deyil, etmə gözəl, alı sən.1

Və yaxud:

Səhər-səhər əsən qiblə yelləri,

Heç yolun düşdümü canan dağına?

Ağ sinədən şölə, tər şamamədən,

Görüm, əl dəymişmi canan tağına?

***


Həsrətindən bağrım gül, şanə bənzər,

Mənə Vərqa, sənə Gülşa nə bənzər?

Yarın qoynu içi gülşənə bənzər,

İstər pərvaz edə canan dağına.

***

Götür günəş camalından ol ağ yar,



Sən bəri bax, qoy söylənsin ol əğyar,

Rəqib ölsün, biz ikimiz olaq yar,

Nə var ondan qeyri canan dağına.1
Qasım bəy Zakir (1784-1857) də aşıq şeiri tərzində çox sayda gəraylı və qoşma yazıb-yaratmışdır. Onun şeirləri içərisində ondan artıq təcnis də vardır. Məsələn:
Dilbər, həsrətindən xəstə düşmüşəm,

Hicran qoymaz duram ayağa məni.

Çulqala zülfünə, basdır dərində,

Qoyma ki, bükələr ay ağa məni.2


Misralarda cinasların açması belədir. Birincisi məlumdur ki, Dilbərin həsrətindən aşiq xəstə düşmüşdür. Hicran, yenə ayrılıq ayağa durmağa qoymur. “Çulqala zülfünə, basdır dərində” fikrini dördüncü misrada tamamlayır. Məni qoyma ki, ağa bükələr.


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin