Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İzahli muğam lüĞƏTİ



Yüklə 5.39 Mb.
Pdf просмотр
səhifə1/11
tarix16.06.2017
ölçüsü5.39 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

Azərbaycan Milli Elmlər Akademiyası 

Folklor İnstitutu

İZAHLI

MUĞAM

LÜĞƏTİ

: $m:

Бак!-2015

Redaksiya heyəti:

A kif Əlizadə 

Firəngiz Əlizadə 

İsa Həbibbəyli 

Teymur Kərimli 

Fərhad Bədəlbəyli 

Siyavuş Kərimi 

Ərtegin Salamzadə 

Muxtar İmanov

b r,.  Ь \ Ь ^

  * :


I

  -  


9 9

Layihənin  rəhbərləri:

İsa  Həbibbəyli  -  A M EA-nm  həqiqi  üzvü

Fərhad Bədəlbəyli  -SSRİ  və  Azərbaycan  xalq  artisti,  professor

Tərtibçilər:  T a riyel  M əm m ədov  -  əm ək d ar  in cəsən ət  x ad im i, 

sənətşünaslıq  üzrə  elmlər  doktoru,  professor



Cavanşir  Quliyev  -  əm əkdar  incəsənət  xadimi,  professor

Ön  sözün  müəllifi:  Tariyel  Məmmədov  -  əm əkdar  incəsənət  xadimi, 

sənətşünaslıq  üzrə  elmlər  doktoru,  professor



Elmi  redaktorlar:  M uxtar  İmanov  -AM EA-nın  müxbir  üzvü 

Nailə  R əhim bəyli  -A M E A   F o lk lo r  İn s titu tu   “M usiqi  fo lk lo ru ” 

şöbəsinin  müdiri,  sənətşünaslıq  üzrə  elmlər  doktoru



Rəyçi:  Sevil  Fərhadova  -A M EA   M em arlıq  və  İncəsənət  İn stitu tu  

“M uğamşünaslıq”  şöbəsinin  müdiri,  sənətşünaslıq  üzrə  elmlər  doktoru



İngilis  dilinə  tərcümə  edən:  Vəfa  İbrahim ova  -  A M EA   F o lk lo r 

İnstitutu “Mərasim folkloru” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə 

fəlsəfə  doktoru,  dosent

Kitab  Azərbaycan  M illi  Elmlər  Akademiyası  Folklor  İnstitutu  Elmi 

Şurasının  qərarı  ilə  (11.12.2014,  № 8)  çap  olunur.

İzahlı  muğam  lü ğəti.  B ak ı,  “O L ”  NPKT,  2015,  214  səh., 

illüstrasiyalarla

Azərbaycan  muğamı  dünyanın  mənəvi  dəyərlər  sisteminin  ən  nadir 

incilərindəndir. Azərbaycan muğam irsinin qorunub gələcək nəsillərə çatdırılması 

və dünyada  tanıdılması bizim mənəvi borcumuzdur.  Təqdim etdiyimiz növbəti 

muğam layihəsinin ali missiyası da məhz bundan ibarətdir.

Kitab  iki  hissədən  ibarətdir.  I  hissə  muğam  terminlərinin  şərhinə  həsr 

olunmuşdur. “Azərbaycan muğamı - kolleksiya” adlanan II hissədə isə muğamın 

ayrı-ayrı janr və növlərinə aid nümunələr toplanmışdır.

Kitab  musiqişünaslar,  folklorşünaslar,  bəstəkarlar,  musiqi  ifaçıları,  ali  və 

orta ixtisas musiqi məktəblərinin müəllimləri və tələbələri, həmçinin Azərbaycanın 

şifahi ənənəli musiqi yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.

M  490.5010000  sifaridə 

M  A -016-04-15  SljanŞlƏ

ISBN 978-9952-494-45-7

®  Folklor İnstitutu: azfolklor@yahoo.com 

© AMEA Folklor İnstitutu.  2015

© “OL” NPKT. 2015



Tariximiz  zəngindir.  Xalqımız  əsrlər 

boyu böyük sınaqlardan,  çətinliklərdən 

keçmiş,  ancaq  öz  mənliyini,  öz 

milliliyini,  öz  dilini  itirməmişdir.

Heydər  Əliyev

ON  SO Z

Elə maddi və mənəvi sərvətlər var ki, onlar əsrlərdən bəri cilalanaraq, 

nəsildən-nəslə  keçərək  m üasir  dövrün  tükənm əz  mədəni  xəzinəsinə 

çevrilmişdir.  Şərq musiqi professionallığına və şifahi ənənələrə əsaslanan 

muğam  məhz  belə  bir  sənət  abidəsidir.

Ənənəvi  klassik  musiqi  m ədəniyyətim izin  əsas  irsini  təşkil  edən 

m uğam   sənəti  hər  zam an  özünəm əxsus  xüsusiyyətləri,  m usiqisinin 

p ro fe s s io n a llığ ı,  e stetik   b a x ım d a n   m ü k əm m əlliy i,  h əy atiliy i  və 

dünyəviliyi  ilə  seçilmişdir.  A zərbaycan  m uğam   ifaçılığm ın  əsrlərlə 

cilalanmış vokal və instrumental ifa texnikası, musiqi təfsirinin  səciyyəvi 

üslub  x ü s u siy y ə tlə ri,  m illi  a lə tlə rim iz   ta r,  k a m a n ç a ,  q av alın  

q o v u ş u ğ u n d a n   y a ra n a n   x ü su si  rəng  ç a la rı  bu  sənəti  zirvələrə 

qaldırmışdır.  Qədim dövrlərdən muğama xas olan  improvizə xüsusiyyəti 

Şərq mədəniyyətinin bu təkrarolunmaz sərvətini fərqləndirən cəhətlərdən 

biri  olmuşdur.

Hər bir xalqın mədəniyyətinin inkişafı bu mədəniyyətin qayğıkeşliklə 

qorunm asından çox asılıdır.  Ulu öndərimiz,  ümummilli liderimiz Heydər 

Əliyevin  R espublikaya  rəhbərlik  etdiyi  dövrlərdə  mədəniyyətimizin, 

incəsənətim izin,  ədəbiyyatım ızın,  elmimizin  və  təhsilim izin  inkişafı 

sahəsində böyük nailiyyətlər əldə  edilmişdir.  Heydər Əliyev milli-mənəvi 

dəyərlərimizin  öyrənilməsini  və  qorunub  saxlanmasını  həmişə  mühüm 

bir vəzifə kimi irəli sürmüş və bu vəzifəyə uyğun olaraq muğam sənətinin 

inkişafı  istiqamətində  ciddi  tədbirlər  həyata  keçirilmişdir.

H eydər  Əliyev  ənənələrini  layiqincə  davam   etd irən   m öhtərəm  

Prezidentimiz  İlham   Əliyev,  YUNESKO  və  İSESKO-nun  xoşməramlı 

səfiri, Heydər Əliyev  Fondunun Prezidenti, millət vəkili M ehriban xanım 

Əliyeva  da  m uğam   sənətinə  böyük  diqqət  və  qayğı  ilə  yanaşaraq  bu 

sənətin  dünya  səviyyəsində  təbliğinə  geniş  imkan  və  şərait  yaradırlar. 

Respublikamızda  təşkil  edilən  beynəlxalq  musiqi  festivalları,  vaxtaşırı 

h ə y a ta   k e ç irilə n   m uğam   la y ih ə lə ri, 

o  cü m ləd ən   “ M uğam  

ensiklopediyası”  layihəsi  və  muğam  simpoziumlarının  təşkili  yaradılan 

imkan  və  şəraitin  m ühüm   göstəriciləridir.

5

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti


İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

İnanırıq ki,  «İzahlı muğam lüğəti»ndə muğama aid terminlərin şərhi, 

X IX -X X   əsrlərdə  yaşayıb-yaratm ış  m uğam   ifaçılarının  fo to ları  və 

o n la rın   səs  kolleksiyası  m uğam sevərlərin  b ö y ü k   m arağ ın a  səbəb 

o la c a q d ır.  Q eyd  etm ək   la z ım d ır  ki,  son  d ö v rlə rd ə   m illi  m usiqi 

kulturologiyası  sahəsində  bizim  təqdim  etdiyimiz  səpkidə,  yəni  ayrıca 

çap olunmuş şəkildə muğam lüğəti mövcud deyil. Təqdim olunan layihədə 

m uğam   m ədəniyyətinin  əsas  m eyarları  nəzərə  alınm ışdır.  Layihədə 

əhəmiyyətli  mənbələrdən,  o  cümlədən  dahi  bəstəkarımız Ü.Hacıbəylinin 

“A zərb ay ca n   xalq  m u siq isin in   ə s a s la n ” ,  Ə .B ədəlbəylinin  “ İzahlı 

m o n o q rafik   lü ğ ət” ,  A .Ə liverdibəyovun  “R əsm li  m usiqi  ta rix i”  və 

H.Əliyev  Fondunun  Prezidenti  M ehriban  xanım  Əliyevanın  rəhbərliyi 

ilə həyata keçirilən  “M uğam ensiklopediyası” kimi qiymətli mənbələrdən 

istifad ə  o lu n m u şd u r.  L ay ih ən in   ideyasının  əsasını  m uğam ın  həm 

term inoloji  izahı,  həm  də  m uğam ların  m usiqi  təcəssüm ü  təşkil  edir. 

“İz a h lı  m uğam   lü ğ ə ti”nin  h a z ırla n m a sı  A zərb ay ca n   m usiqisində 

te rm in ş ü n a s lıq   sah əsin d ə  m ö v cu d   o la n   b ö y ü k   b ir  b o şlu ğ u n  

d o ld u ru lm asın a  doğru  yönələn  əhəm iyyətli  add ım lard an   biri  kimi 

qiymətləndirilə  bilər.

“İzahlı  muğam  lüğəti”nin  əsas  m əziyyətlərindən  biri  də  burada 

muğam  dünyası  haqqında  dolğun  təsəvvür  yaradan  mətbu  məqalələrin 

yer  alması,  muğam  term inlərinin  Azərbaycan  dili  ilə  yanaşı,  ilk  dəfə 

olaraq  ingilis  dilində  izahlarının  verilməsidir.  Layihənin  Azərbaycan 

və  ingilis  dillərində həyata  keçirilməsi  bu  lüğətin  dünya  səviyyəsinə  çıxa 

bilməsinə  əlverişli  zəmin  yaradır.

6

AĞI.  Ağlaşma  zamanı  avazla  oxunan  nisgilli  sözlər.

ALƏT.  Musiqi aləti.  Müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi 

qurğu. Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə 

görə  fərqlənir.  Simli musiqi  alətləri  -  simlərin  səsləndirilməsi  üsullarına 

görə  növlərə  bölünür:  kamanlı  alətlər  -  skripka,  alt  (viola),  violonçel, 

kontrabas;  dartımlı  alətlər  -  arfa;  mizrablı  alətlər,  zərbli  alətlər. 

Azərbaycan  xalq  musiqi  alətləri:  simli  alətlər:  tar,  saz,  ud,  tənbur 

(mizrablı alətlər); kamança (kamanlı alət); qanun, çəng (dartımlı alətlər); 

səntur (simli-zərbi alət) və s.  nəfəs alətləri:  zurna, tütək, ney, balaban və 

s.; zərb  alətləri:  nağara, qoşa nağara,  qaval,  dəf və s.

ALƏTŞÜNASLIQ.  Musiqi  alətlərinin  quruluşunu,  texniki  xüsusiyyətlərini 

və  ifaçılıq  imkanlarını  öyrənən  elm.

ALT MİZRAB. Mizrabla çalınan simli musiqi alətlərində (tar, saz, ud) çalğı 

üsulu. Bəzən buna “tərs mizrab” da deyilir. Mizrabın sim üzərinə aşağıdan 

yuxarı  vurulmasından  ibarətdir.  Çox  vaxt  notlar  üzərində  V  işarəsi  ilə 

qeyd  edilir.

ANSAMBL (fr.:ensemble -  birgə,  birlikdə).  İki və daha artıq musiqiçidən 

ibarət olan,  birgə musiqi əsərini ifa edən qrup.  Musiqiçilərin sayma görə 

ansambl duet, trio (terset),  kvartet, sekstet,  septet,  oktet, nonet,  desimet 

ola  bilər;  ansambl  termini,  həmçinin,  xor  və  orkestrlərə  də  aid  edilir. 

Azərbaycan  milli  musiqi  ifaçılığında  muğam  ansamblları,  xalq  çalğı 

alətləri  ansamblları  əsas  yer  tutur.  Muğam  ansamblına  “xanəndə  və 

sazəndə dəstəsi” və yaxud “muğam üçlüyü” deyilir. Bu ansambl xanəndə, 

tarzən  və  kamança  çalanlardan  ibarətdir.  Bəzən  muğam  ansamblına 

nağara  və  balaban  da  əlavə  edilir.  Xalq  çalğı  alətləri  ansamblı  xalq



7

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

İz

a

h



 

m

u

ğ

a

m

 



ğ

ə

ti

ifaçılığında  istifadə  olunan  simli (tar,  kamança,  saz,  qanun,  ud),  nəfəsli 

(zurna,  balaban, ney), zərb (nağara, qoşa nağara) alətlərindən ibarətdir.

ARAÇALĞI.  Xalq musiqisində  istifadə  olunan  termin;  vokal-instrumental 

musiqi janrlarında - zərbi muğamlarda, təsnif və mahnılarda bəndlərarası 

instrumental  ifa.

ARAZBARI.  “Şur”  kökündə  olan  zərbli  muğamlardan  biri.  Ölçüsü  3/4- 

dür.  Solo  və xorla  oxunur.  Poetik mətni  xalq  bayatılarından  ibarətdir. 

Hər  bəndin  sonunda  “ay  zalım”  sözləri  təkrarlanır.  Aşıq  havası  kimi 

ustad  aşıqların  irsinə  daxildir.  Ü.Hacıbəylinin  “Leyli  və  M əcnun” 

operasının V şəklinin əvvəlində “Arazbarı” zərbi muğamının instrumental 

melodiyasından  orkestr  epizodunda  istifadə  olunmuşdur.  Sonralar 

bəstəkarlar  tərəfindən  müstəqil  orkestr pyesi  kimi  işlənilmişdir.

AŞIQ-GUŞ (və ya aşiqi-qoş; mənası:  “aşiqlərin söhbəti”).  “Zabul Segah” 

dəstgahının  son guşəsi.

AŞIX.  Simli musiqi  alətinin  qolunda  simlərin  sarıldığı  balaca paya.

AVAZ.  1.  Musiqinin nəğməkar səsi ilə ifa edilməsi (f.: avazi-bəm - aşağı səs, 

bas);


2.  Müasir vokal - instrumental musiqidə nəğməkar partiyasına  aid  olan 

not  sətri;

3.  Səs,  səda.

AVAZAT.  Şərq klassik musiqisində məlum  12 muğamdan (Üşşaq, Nəva, 

Busəlik,  Rast,  Əraq,  İsfahan,  Zirəfkənd,  Büzürg,  Zəngulə,  Rəvahi, 

Hüseyni, Hicaz)  əlavə 6 dəstgahm (Qəveşt, Gərdaniyyə, Səlmək, Novruzi, 

Mayə,  Şahnaz)  məcmusu.

AVAZİ-NAQİS.  Muğam şöbəsinin sonunda ifa olunan cümlə, tamamlayıcı 

kiçik  instrumental  epizod.

AVAZI XOŞ  ULU MUĞAM.  Konsert layihəsi.

AVAZƏ.  Mahnı.

AVAZƏXAN.  Müğənni.

AYAQ ETMƏ. Musiqi mətləbini qurtarıb başlanğıc kökünə (mayəyə) qayıt­

maq  prosesi;  kökünə  qayıtmaq.  Muğam dəstgahının  sonunda  “mayəyə 

ayaqetmə” bir qədər geniş olur və koda tipli musiqi qurumunu əmələ gətirir.

8

AZƏRBAYCAN. “Rast”, “Şur”, “Çahargah” dəstgahlarmm tərkibində olan 

şöbələrdən  biri,  xalq  rəqsi,  “Bayatı-Kürd”  və  “Şahnaz”  muğamlarının 

tərkibində  ifa  olunan  son  şöbə.

AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRİ ANSANBLI. Müxtəlif xalq 

çalğı  alətlərindən  təşkil  olunmuş  ansambl:  tərkibinə  simli  (tar,  ud,  saz, 

kamança, qanun), nəfəsli (zurna, balaban, tütək) və zərbli (nağara, qoşa 

nağara,  şaxşax  və  s.)  musiqi  alətləri  qrupları  daxildir.  M üxtəlif 

ansambllarda  bu  qruplardakı  alətlərin  sayı  dəyişilə  bilər.  Xalq  çalğı 

alətləri  ansamblının  repertuarı  muğam,  təsnif,  rəng,  xalq  mahnı  və 

rəqslərindən ibarət olur. Xalq çalğı alətləri ansambllarının əsas xüsusiyyəti 

şifahi  ənənə  əsasında  (notsuz)  ifa  tərzindən  ibarətdir.  Respublikada 

kollektivlərin sayı çoxdur.  Onlardan Əhməd Bakıxanov adma xalq çalğı 

alətləri ansamblı, Baba Salahov adma “Araz” xalq çalğı alətləri ansamblı, 

Əhsən  D ad aşo v   adına  “X atirə”  xalq  çalğı  alətləri  ansam blı  və 

respublikamızın  müxtəlif şəhərlərində,  rayon  mərkəzlərində,  ali  və  orta 

ixtisas məktəblərinin, mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən 

ansambllar  qeyd  oluna  bilər.

AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTLƏRİ ORKESTRİ. Tərkibi, əsasən, 

xalq  çalğı  alətlərindən  ibarət  olan,  notla  çalan  musiqi  kollektivi. 

Orkestrin partitura sxeminə: nəfəsli alətlər-balabanlar (I,II,III,IV), tütək, 

zurna,  klarnet,  qoboy,  fleyta; zərb alətləri  -  qaval,  nağara, qoşa  nağara; 

simli  -  kamanlı  alətlər  -  kamança,  kontrabas;  simli  -  mizrablı  alətlər  - 

tar  (I,II,U l),  saz  (I,II),  qanun,  bas  -  tar  (dütar  -bas),  ud,  fortepiano 

daxildir.  İlk  dəfə  bu  orkestri  Üzeyir  Hacıbəyli  (1931)  yaratmışdır.  Bu 

orkestr  üçün ilk  əsərləri də (“Çahargah”  və “Şur”  fantaziyaları)  Üzeyir 

bəy  yazmışdır.  Sonralar  bu  orkestrə  qoboy,  fortepiano  və  başqa alətlər 

daxil  edilib.

AZƏRBAYSAN XALQ M USİQİSİNİN ƏSASLARI.  Ü.Hacıbəylinin 

Azərbaycan  lad-məqam  sisteminin  öyrənilməsinə  aid  sanballı  tədqiqat 

əsəri.  İlk  dəfə  1945-ci  ildə  Bakıda  çap  olunm uşdur.  M üəllif  bu 

tədqiqatların qayəsini belə səciyyələndirir: “Mənim bu əsərim Azərbaycan 

xalq  musiqisinin  əsas  cəhətlərini  öyrənmək  üçün  nəzəri  bir  vəsait  və 

Azərbaycan  ladları  əsasında  musiqi  yazan  bəstəkarlara  bir  yaradıcılıq 

köməyidir”.  Bu  monoqrafiya  pedaqoji  baxımdan  tədris  materialı  kimi 

də  qiymətlidir.  A rtıq  50  ildir  ki,  onun  əsasında  “Azərbaycan  xalq 

musiqisinin  əsaslan”  kursu  ADK-nın  bütün  fakültələrində,  həmçinin 

m usiqi  tex n ik u m ların d a  və  m usiqi  m əktəblərində  tədris  edilir. 

Monoqrafiya  indiyədək  Bakıda  dəfələrlə  nəşr  olunmuşdur:  1945  (rus 

dilində);  1957,1962,1965 (Azərb. dilində);  1985, 2010 (Azərb., rus, ingilis 

dillərində);  elektron  kitabı  kimi:  




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə