Azərbaycan mətbəxinin özəllikləri



Yüklə 3.82 Mb.
Pdf просмотр
səhifə1/3
tarix26.05.2017
ölçüsü3.82 Mb.
  1   2   3

http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

 



 

Azərbaycan mətbəxinin özəllikləri 

 

 

 



 

 

 



 

     Azərbaycan mətbəxi lap qədimlərdən həm Şərqdə, həm də Avropada böyük şöhrət 

qazanmışdır. Məşhur tarixçilərin və səyahətçilərin qədim yazılı mənbələrində bunlara rast 

gəlmək olur. 

Azərbaycanda xörəklərin reseptlərinin yaradılması tarixi əsrlərin dərinliklərinə gedib çıxır, 

əslən aşpaz olan sülalələrin təcrübəsinə əsaslanır və hal-hazırda da qorunub saxlanılır. 

Əbəs yerə deyil ki, ölkəmiz uzunömürlülər diyarı kimi şöhrət qazanmışdır. Alimlər bu 

fenomeni əlverişli iqlim, düzgün həyat tərzi, ekoloji cəhətdən təmiz məhsullar və düzgün 

qidalanma prinsipləri ilə izah edirlər. Dünyanın bir çox ölkələrindən gələn kulinariya 

qurmanlarını da Azərbaycan mətbəxinin nəfisliyi və xörəklərinin zərif ətri valeh edir. 

Bu mətbəx bənzərsizdir və kulinariya texnikası spesifikasına və milli koloritə malikdir, bu 

da özünü Azərbaycan qonaqlığı ənənələrində büruzə verir. Xörəklərin tərkibinə və çoxsaylı 

olmasına görə o, çox müxtəlif, sağlamlıq üçün faydalı mətbəxlərə aiddir, ətirli göyərti və 

zərif ədviyyələrlə tamamlanan hər cür ət, balıq və tərəvəz xörəklərinin bolluğu ilə fərqlənir. 

Ənənəvi Azərbaycan mətbəxi orijinal və təkrarsızdır, onları digər milli mətbəxlərin xörəkləri 

ilə qarışıq salmaq olmaz. 

Bu, sirr deyil ki, Azərbaycanın kulinariya sənəti hər yerdə daima rəğbətlə qarşılanır. Məhz 

Azərbaycan mətbəxinə aid xörəklər – dolma, bozbaş, bozartma, çığırtma, xəşil, kabab, 

piti, plov, qovurma – Qafqazın bir çox xalqlarının milli menyusuna daxil edilmişdir. 

Azərbaycanın istənilən guşəsində sizi böyük həvəslə bol qonaqlıq süfrəsinə, ya da əsil 

təamlar bolluğuna dəvət edərək «Nuş olsun!» deyəcəklər. Bu səmimi arzuları siz müxtəlif 

adamlardan daima eşidəcəksiniz. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 


http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

Plovlar 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

Xan plovu (tac plov)



 

 

 



Zəfəran – 0,5 qr.,

 

Düyü – 3 stəkan (1 st. – 200 qr.),



 

Duz – 1 ç.q.,

 

Əridilmiş yağ– 200 qr.,



 

Tikə quzu əti – 600 qr.,

 

Ərimiş yağ – 300 qr.,



 

Baş soğan – 3-4 baş,

 

Quru alça – 150 qr.,



 

Kişmiş – 300 qr.,

 

Ərik – 200 qr.,



 

İstiot, sarıkök – zövqə görə,

 

Lavaş– 10 dənə



 

 

 



Bu bayram plovu görkəmindən orta əsrlər şərq hökmdarlarının tacına oxşadığı üçün belə adlanır. 

Düyü arıdılır, yuyulur, 4-6 saat duzlu isti suda isladılır. Duzlu suda yarıbişənə qədər qaynadılır. Sonra 

aşsüzənə tökülüb süzülür, zəfəran əlavə edilir. Ət dördkünc tikələrə doğranır, üstünə duz, istiot, alça 

turşusu sürtülür. 

Qazanın dibinə və divarlarına kərə yağı çəkilir. 

Qeyd: Şah plov hazırlamaq üçün dibinin diametri ağzının diametrindən dar olan qazan götürülür. 

Qazanın dibinə aralarına kərə yağı çəkilmiş 5 lavaş elə qoyulur ki, onlar qazanın divarlarından kənara 

sallansın. 

Lavaşın hazırlanması: un, yumurta, su və bir az duz tökməklə bərk xəmir yoğrulur. Bundan xırda 

kündələr tutulur və 2 mm qalınlığında lavaşlar yayılır, bərk qızdırılmış tavada qızardılır (yağ tökülmür).

 

Qazanın dibindəki lavaşların üstünə düyünün bir hissəsi (təxminən 1/3-i) tökülür, onun üstündən ət 



əlavə edilir, yenə düyü (təxminən1/3-i) tökülür. Ortasına qabıqdan çıxarılmış şabalıd, ərik və kişmiş 

qoyulur və qalan düyü də əlavə edilib lavaşlarla kip örtülür. Qalan 5 lavaş da aralarına yağ çəkilərək 

düyünün üstündən qoyulur. Üstündən kərə yağı çəkilir, qapağı örtülərək temperaturu 1300S olan fırında 

(duxovka) bişirilir. 40 dəqiqədən sonra üstündən ərimiş kərə yağı tökülür.

 

80 dəqiqədən sonra fırındın çıxarılır, qapağı açılır və yağı boşaldılır, qazan yastı buluda çevrilir. Ortada 



deşik açılıb, plov pay-pay bölünür, qazmaq isə ləçək kimi açılır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

Şüyüd plovu 



 

 

Düyü – 4 stəkan (1 st. – 200 q)



 

Qoyun və ya dana əti (döş əti, kürək əti) – 1 kq,

 

Şüyüd – 2 dəstə,



 

Zəfəran – 0,5 q,

 

Əridilmiş yağ – 4 xörək qaşığı,



 

Nar (turşa-şirin) – 1 ədəd.,

 

Duz, istiot – zövqə görə



 

 

 



 

 

 



Ət böyük tikələrə (5-6 sm) doğranır və bişirilir. Duzlanır, istiotlanır və cunaya bükülür. Şüyüd xırda-xırda 

doğranır. Zəfəran dəmlənir. Əvvəlcədən duzlu suda isladılan düyü yuyulur və qaynayan duzlu suya 

salınır, 5-7 dəqiqə bişirildikdən sonra aşsüzəndə süzülür. Narın doğranmış şüyüd ilə qarışdırılır. 

Qazmaq hazırlanır, qazanın dibinə yağın içinə qoyulur, dyüynün yarısı qazmağın üstünə tökülür, ortasına 

ət qoyulur və qalan düyü qalaqla onun üstünə tökülür. Üstündən zəfəran suyu əlavə edilib pambıq 

dəsmala tutulmuş qapaqla kip örtülür. 40 dəqiqə vam odda dəmə qoyulur. Sonra qapağı açılır və 

üstündən isti ərinmiş yağ gəzdirilir və daha 10-15 dəqiqə də dəmdə saxlanılır. 

Hazır plov buluda çəkilir, üstündən ət qoyulur və nar dənələri səpilir. 

 

 

 



 

 

 



 

Səbzi qovurma plovu 

 

 

Qoyun əti (kürək hissəsi, döş əti) – 200 qr.,



 

Baş soğan – 1 baş,

 

Ərimiş yağ – 2 xörək qaşığı,



 

Keşniş və şüyüd – 2 dəst,

 

Turşəng – 1 dəst,



 

Göy soğan – 1 dəst,

 

Zəfəran – 4-5 tozcuq,



 

Abqora və limon şirəsi – 1 ç. qaşığı ,

 

Düyü – 1 stəkan,



 

Əridilmiş yağ – 1 ç. qaşığı

 

Darçın – 1/3 ç. qaşığı



 

 

 



Qoyun əti 25-35 q-lıq tikələrə doğranır, duz, istiot səpilir və qızardılır. Qızardılmış soğan, doğranmış 

göyərti – keşniş, şüyüd, turşəng, göy soğan, zəfəranın ½ hissəsi, abqora və ya limon turşusu, bir az 

bulyon  əlavə edilir və hazır olunanadək vam odda bişirilir. Ayrıca düyüdən plov hazırlanır və üstündən 

qalan zəfəran tökülür. 

Süfrəyə verərkən düyü qalaqla yığılır (üstündən zəfəranlı düyü qoyulur), yanında hazır səbzi- qovurma 

verilir, üstündən yağ tökülür və darçın səpilir. 

 

 


http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

Nardança plov 



 

 

Düyü – 1 kq,



 

toyuq – 2 ədəd. ( hər biri 500 qr.),

 

Baş soğan – 7-8 əd.,



 

Kişmiş – 150 q,

 

Ərik – 150 q,



 

Nar dənələri – 100 q,

 

Şabalıd – 100 q,



 

Duz – ½ç. qaşığı,

 

Qara istiot – 2 çimdik.



 

Qazmağ üçün:

 

Un – 1 stəkan,



 

Bitki yağı –  2 xörək qaşığı,

 

Xama – 40 qr.,



 

Qatıq – 40 qr.,

 

Şəkər – 20 qr.,



 

Duz – 1 çimdik.

 

 

Toyuq duz tökülmüş suda qaynadılır, ayrı qabda soğan qızardılır, ona kişmiş, ərik, nar dənələri əlavə 



olunur. Hazır iç toyuğun içinə doldurulur. Qazmaq üçün un götürülür, yağ, xama, qatıq, şəkər, duz əlavə 

edilib xəmir yoğrulur. Xəmir yayılıb qazanın içinə sərilir. Üstündən içi doldurulmuş toyuq qoyulur. Ayrıca 

qazanda duzlu suda düyü alaçiy bişirilir, aşsüzəndə süzülür. Düyü toyuğun üstündən qazana tökülür. 

Qapağı kip örtülüb vam odda dəmə qoyulur, bir azdan üstünə yağ tökülür və hazır olunanadək bişirilir. 

Süfrəyə verəndə düyü buluda yığılır və üstünə toyuq qoyulur. 

 

 



 

Fisincan-plov 

 

 

Qoyun əti (kürək hissəsi və ya  döş əti), yaxud quş əti 



– 200 qr.,

 

Baş soğan – 1 baş,



 

Ərimiş yağ – 50 qr.,

 

Qoz ləpəsi – 100 qr.,



 

Nar şirəsi və ya narşərab– 25 qr.,

 

Darçın – 0,2 qr.,



 

Düyü – 100 qr.,

 

Zəfəran – 5-6 tozcuq



 

 

 



 

Fisincan hazırlamaq üçün qoyun əti hər pay üçün 3-4 tikə olmaqla doğranır, duz, qara istiot tökülüb 

qızardılır. Sonra buna yağda qızardılmış soğan, xırda-xırda doğranmış qoz, turşa-şirin nar şirəsi və ya 

narşərab, darçın əlavə edilir və bir az bulyon tökülüb hazır olunca vam odda bişirilir. Qədimlərdə evdar 

xanımlar fizincanın rənginin daha tünd olması üçün bişərkən onun içinə köhnə, təmizlənmiş nal 

qoyurdular.

 

Ayrıca qazanda düyüdən plov hazırlanır. 



Süfrəyə verilərkən buluda qalaqla zəfəranlı düyü yığılır, yanına da fisincan qoyulur, yaxud fisincan ayrı 

qabda verilir. 

 

 


http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

Ali-müsəmba plov 



 

 

Qoyun əti  (kürək hissəsi və ya döş əti), – 150 qr.,



 

Ət bulyonu – 50 q,

 

Baş soğan – 1 baş,



 

Ərimiş yağ – 10 qr,

 

Ərik – 40 qr.,



 

Təzə alça – 20 qr.,

 

Mixək – 0,05 qr.,



 

Zəfəran – 0,1 qr.,

 

Darçın – 0,2 qr.,



 

Düyü – 100 qr.,

 

Əridilmiş yağ – 30 qr.



 

 

 



Qoyun ətinin yumşaq hissəsi hər paya iki tikə olmaqla doğranır və qızardılır. Buna qızardılmış soğan, 

əvvəlcədən 4-5 saat isladılmış ərik, təzə alça, mixək, zəfəranın, darçının bir hissəsi, bulyon əlavə edilir 

və hazır olana qədər bişirilir. 

Hazırlanmış düyü isti duzlu suda alaçiy bişirilir və aşsüzəndən süzülür. Qazanın dibinə yağz alaçiy 

bişmiş düyü, zəfəran tökülür və kip bağlanmış qapağın altında hazır vəziyyətə gətirilir. 

Süfrəyə verilərkən əvvəlcə ağ düyü, üstündən zəfəranlı düyü və yağ tökülür, yanında meyvə və 

tərəvəzlə qızardılmış qoyun əti qoyulur. Üstündən qoyun ətinin şirəsi tökülür və darçın səpilir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

Ət yeməkləri 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

Piti



 

 

 



Qoyun əti, yaxud dana əti

 

(kürək hissəsi və ya döş əti), – 1 kq,



 

Baş soğan – 1 baş,

 

Noxud – ½ stəkan,



 

Şabalıd - 1 stəkan

 

Qara gavalı – 8-10 əd.,



 

Sarıkök – 3 çimdik,

 

Duz, istiot, sumax– zövqə görə



 

 

 



 

 

 



Təcrübəli aşpazların dediyinə görə, yorğun əsgərlərin, yolçuların, iş adamlarının gücünü tezliklə bərpa 

etməyə ancaq gil küpələrdə (çanaxda, küpədə, dopuda) bişirilən dadlı, ətirli və doyumlu piti (qədim 

türk sözü «pete»–yumşaq, zərif deməkdir) qadirdir. Qədimlərdə bu xörəklə hərbi yürüşlərdə olan 

əsgərləri yedizdirirdilər. Pitinin resepti artıq çoxdan türk dünyasının sərhədlərini aşıb keçmişdir. İndi 

onun oxşarlarına «çanax» adı altında Balkanlarda, Moldovada, Gürcüstanda, Aralıq dənizi ölkələrində 

rast gəlmək olur.

 

Qoyun əti (dana əti) orta böyüklükdə tikələrə doğranır, qazana bütöv soğan quyruğu ilə (dağılmasın 



deyə), əvvəlcədən isladılmış noxud, şabalıd qoyulur və 4 stəkan su tökülür. Buna duz, istiot tökülmür! 

Bulyon şəffaf olmalıdır. Əvvəlcə güclü oda qoyulur, bir neçə dəfə kəfi yığılır. Sonra od azaldılır və qapağı 

qoyulur. Piti 2-3 saata bişir. Hazır olmağına 30 dəqiqə qalmış ona albuxara və sarıkök əlavə edilir.

 

Hazır piti ancaq dərin kasalarda süfrəyə verilir. Onu iki xörək kimi yeyirlər, əvvəlcə kasanın dibinə duz, 



istiot və sumax qoyulur, çörək doğranır və üstünə pitinin suyu tökülür. Doyumlu şorba alınır. Sonra 

küpənin içində qalanlar boşqaba tökülür, duz, istiot, sumax əlavə edilib yeyilir. Piti habelə paylarla 

balaca küpələrdə də bişirilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

10 


Parça-Bozbaş

 

 



 

Qoyun əti (kürək hissəsi və ya  döş əti), – 1 kq.

 

Soğan – 2 baş,



 

Noxud – ½stəkan,

 

Kartof– 4 əd.,



 

Sarıkök – ½ çay qaşığı,

 

Koriandr və ya quru nanə– 2 çay qaşığı,



 

Duz, istiot – zövqə görə

 

  

 



 

 

 



 

Noxud əvvəldən bişirilir. Ət orta böyüklükdə tikələrə bölünür, soğan xırda-xırda doğranır, bunların 

hamısı üstü qızarana kimi yağda qızardılır. Sonra üstünə 4 stəkan qaynar su və ya bulyon tökülür. Duz, 

istiot əlavə edilir və vam odda bişirilir. Hazır olmağına az qalmış ona kartof, sarıkök, koriandr əlavə 

edilir. 

Xörək süfrəyə verilərkən üstünə quru nanə ovuntusu səpilir, yanında təzə çörək (lavaş, yuxa), habelə 

tərəvəz, şorabalar qoyulur. 

 

 



 

 

 



Cız-bız

 

 



 

Qoyun içalatı

 

(ağciyər, qaraciyər, ürək, bağırsaqlar, böyrəklər)– 2 



kq,

 

Qoyun quyruğu – 300 q,



 

Kartof – 6 əd.,

 

Duz – zövqə görə



 

 

 



 

 

 



 

 

«Cız-bız» sözü quyruq qızararkən çıxan səsin təqlidindən əmələ gəlmişdir. Əvvəlcə 150 q quyruq xırda-



xırda doğranır və cızdağ edilir. Məhsullar təmiz suda yaxşı-yaxşı yuyulur, doğranır və hərəsi ayrı-ayrı 

qablara qoyulur. Əvvəlcə quyruqla ağciyərlər, sonra qara ciyər, böyrəklər, ürək qızardılır. Hamısı bir az 

duzlanır və bir yerə yığılır. 

Sonra quyruğun qalan hissəsi də böyük tikələrə doğranır, ya çöpvari, ya da kubiklər şəklində doğranmış 

kartof ilə birgə qızardılır və ümumi tavaya yığılır, hamısı qarışdırılır və daha 5 dəqiqə od üstündə 

saxlanılır (çalışın qurumasın). Hazır cız-bız nimçəyə çəkilir və isti-isti çörəklə, şorabalarla, albalı salatı və 

ya sirkəli salatlarla süfrəyə verilir. 

 

 



http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

11 


Küftə bozbaş

 

 



 

Qoyun əti (tikəsi) – 500 q.,

 

Düyü – 3 xörək qaşığı,



 

Noxud – ½stəkan,

 

Soğan – 2 baş,



 

Quru alça və ya albuxara– 10-15 əd.,

 

Yumurta, kartof, pomidor – hərəsindən 2 əd.,



 

Sarıkök – ½ çay qaşığı,

 

Quru nanə – 2 çay qaşığı,



 

Duz, istiot – zövqə görə

 

 

 



 

Ət soğanla birgə ət maşınından keçirilir, ona çiy yumurta, düyü qatılır, duz, istiot, sarıkök vurulur. Əgər 

ət sümüklü idisə, sümüklər bişirilir, ora artıq bişmiş noxud, yarıya bölünmüş kartof əlavə edilir. Əgər ət 

tikə idisə və sümüklər olmamışsa, onda bütün inqrediyentlər 1½ l qaynar suya tökülür. 

Qiymədən ortasına quru alça və ya albuxara qoymaqla, uşaq yumruğu boyda küftələr tutulur (qalan 

quru meyvələr də bozbaşın suyuna əlavə edilir). 20-30 dəqiqə kartof bişənə qədər bişirilir. Süfrəyə 

verilərkən üstünə quru nanə səpilir. Sumax ayrıca qabda süfrəyə qoyulur. Bu xörəyi habelə dana 

ətindən, mal ətindən və hinduşka ətindən də bişirmək olar. 

 

 

 



 

 

 



 

Bozartma


 

 

 



Qoyun əti, dana əti və ya mal əti

 

(döş, qabırğa) – 500 qram və ya 1 kq,



 

Baş soğan – 2 baş,

 

Kəklikotu – 1 xörək qaşığı,



 

Kartof – 3 ədəd,

 

Alça və ya gavalı qurusu – 10 ədəd,



 

Duz, istiot – zövqə görə

 

 

 



 

 

 



 

“Bozartma” cözü Azərbaycan dilindən tərcümədə “boz rəng alanadək qaynadılan ət” kimi başa düşülür. 

Ət kiçik tikələrə bölünür, soğan xırda-xırda doğranır, qızaranadək qovurur, sonra üzərinə 3 stəkan su 

əlavə edilir. Alça və ya gavalı qurusu əlavə edilir və hazır olanadək buğda bişirilir, duz və istiot əlavə 

edilir. Suyunu çəkdikdən və qatı sous qaldıqdan sonra onun içinə iki yerə bölünmüş kartof qoyulur, 

üzərinə kəklikotu səpilir və kartof hazır olanadək bişirilir. 

Sous əlavə edilir və stola verilir. Sarımsaqlı qatıq isə ayrıca verilir. 

 

 



http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

12 


Buğlama

 

 



 

Dana əti (çanaq-bud hissəsi) – 2 kq,

 

Pomidor – 1,5 kq,



 

Baş soğan – 600 qram,

 

Bibər – 110 qram,



 

Bolqar bibəri – 120 qram,

 

Alça – 230 qram,



 

Duz – 0,30 qram,

 

 

 



 

 

 



“Buğlama” Azərbaycan dilindən tərcümədə “öz buğunda hazırlanmış” mənasını verir. Bu yemək üçün ət 

50-60 qramlıq tikələrə doğranır. Yuyulur və qurudulur. Tərəvəz yuyulur və təmizlənir, nazik halqalarla 

doğranır. Ət tikələri və tərəvəz qat-qat qazanın dibinə düzülür. Duz vurulur. 150 qram su əlavə 

edildikdən sonra qapağı örtülür və hazır olana qədər dəmdə bişirilir. 

 

 

 



Saç içi

 

 



 

Qoyun içalatı

 

(ağciyər, qaraciyər, ürək, böyrək) – 250 qram,



 

Baş soğan – 2 ədəd,

 

Quyruq yağı– 50 qram,



 

Duz – 1 çay qaşığı,

 

Üyüdülmüş qara istiot – ½ çay qaşığı,



 

nar dənələri – 30 qram,

 

Kartof – 2 ədəd,



 

Badımcan – 2 ədəd,

 

Şirin bibər – 1 ədəd,



 

Pomidor – 2 ədəd,

 

Nazik lavaş – 3-4 ədəd. 



 

 

Sac yastı, qalxanabənzər universal çuqun qabdır. Qabarıq üzündə nazik çörək – lavaş bişirilir, digər 



üzündə isə əti və içalatı qovururlar. “Sac içi” sacın içində hazırlanmış yeməkdir. Qoyun əti yuyulmalı, 

qurulanmalı, nazik pərdəsi təmizlənməli və kiçik tikələrə doğranmalıdır. Soğan təmizlənməli, yarımhalqa 

halında doğranmalıdır. 

Dərin tavada və ya qazanda quyruq yağı əridilməli, ət qoyulmalı, nazik qabıq əmələ gələnədək 

təxminən 5-7 dəqiqə güclü odda qızardılmalıdır. Alov azaldılmalı. soğan əlavə edilməli, duzlanmalı və 

istiot vurulmalıdır və hazır olanadək yenə də 20 dəqiqə qızardılmalıdır, sonra isə nar dənələri əlavə 

edilməlidir. 

Kartof və badımcanlar təmizlənməli, iri doğranmalıdır. Bibərlər yuyulmalı, toxumu və aralıqlar 

təmizlənməli, 8 hissəyə bölünməlidir. Pomidorlar yuyulmalı və dairəvi şəkildə doğranmalıdır. 

Qalan piy ayrıca tavada qızdırılmalı, hazır olanadək ayrı-ayrılıqda kartof, badımcanlar, bibər və 

pomidorlar qızardılmalıdır. Süfrəyə verilərkən ət sacın ortasına, tərəvəzlər kənarlarına düzülməli, lavaş 4 

yerə bölünməli və sacın üzərinə qoyulmalıdır. 

 


http://azerbaijan.travel/

 

 



 

 

 



 

 

 



 

13 


Dolma 

 

 



 

 

 



 

 

 



 

 

 



Yarpaq dolması

 

 



 

Qoyun əti (mal əti və ya dana əti ) – 500 q,

 

Baş soğan – 2 baş,



Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə