Azərbaycan Hüquq Tarixi


Qədim Azərbaycanda məhkəmə və proses



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   2   3   4   5   6   7   8   9   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

3.Qədim Azərbaycanda məhkəmə və proses 

Məhkəmə  qədim  Azərbaycan  quldarlıq  dövlətlərinin  mexanizmdə  mühüm  yer 

tutur.Manna dövlətində ali hakimiyyət şaha məxsus idi.Onun yanında “Databara” ( 

Yeddilər Şurası”) adlı  əyalət divanı fəaliyyət göstərir.Məhkəmə fəaliyyəti “Maqlar 

Şurası”, vilayətlərdə “ belalilər”, icma büdudlarında isə “ bis bətha”lar tərəfindən 

həyata  keçirilirdi.Hökmdarın  başçılıq  etdiyi yüksək  məhkəmə  yerli  məhkəmələrin 

işinə nəzarət edirdi.Məhkəmə kollegiyasının tərkibinə 2 və daha çox hakim daxil ola 

bilərdi.Bu dövrdə qədim arbitraj- məhkəməyəqədər münsiflər baxışı institutunun 

bəzi  elementlərinə  rast  gəlinir.Ədalət  mühakiməsinin  həyata  keçirilməsində 

maqlar-  zərdüştilik  kahinləri  xüsusi  rol  oynayırdılar.Baş  kahin  qanunları  yaxşı 

bilməli,  hakim  qismində  çıxış  edərkən  tərəflər  kahinin  qərarı  ilə  razılaşmalı 

idilər.Qadınlar  və  yetkinlik  yaşına  çatmayanlar  Avesta  qanunlarını  dərindən 

bildikləri halda hakim ola bilərdilər.Qanuna görə şikayət edilə bilən və apellyasiya 

şikayəti verilə bilməyən məhkəmə qərarları mövcud idi.Avestada mülki prosesə və 

cinayət prosesinə bölünmə hiss olunur.Məhkəmə baxışına yönəldilə işlər iki hissəyə 

bölünür:  ümumi  mülkiyyət  haqqında  olan  işlər  və  mülkiyyətlə  əlaqəsi  olmayan 

işlər.Həmçinin  2  növ  sübut  önə  çəkilir:  şifahi  və  maddi  sübutlar.Məhkəmə 

prosesində  bəzən  3  şahidin  olması  tələb  edilir.Müqəssir  bilinən  şəxs  həbs 

edildikdən  sonra,  məhkəmə  onun  öz  təqsirini  tam  etiraf  etməsinə  nail  olmağa 

çalışırdı.Məhkəmə  şikayətlər  həm  şifahi,  həm  yazılı  verilirdi.Avestada  vəkillik 

institutu  özünəməxsus  şəkildə  əks  etdirilmişdi.Bir  çox  hallarda  sübut  qismində 

ordaliya “Allahın mühakiməsi” geniş tətbiq edilirdi.Ordaliyanın üsulları müxtəlif idi. 

“Dinkard”  adlanan  mənbədə  bu  sınağın  33  növü  qeyd  edilir.Onlardan  ən  çox 

yayılanı od və su ilə sıbaqdan keçirmə idi.Belə sınaq xüsusilə din əleyhinə cinayətlər 

üzrə,  cadugərlikvə  gizli  günahların  edilməsi  hallarında  məhkəmə  proseslərində 

tətbiq  edilirdi.Məhkəmə  prosesinin  keçirilməsi  üçün  məhkəmə  xərclərinin 

ödənilməsini  tələb  edirdi.Tərəflər  məhkəmə  xərclərini  ödəməyə  borclu 

idilər.Tərəflərdən hər hansı biri məhkəmə xərclərini ödəməkdən imtina etdiyi halda 

və 


yaxud 

xərcləri 

ödəmək 

imkanı 


olmadığı 

təqdirdə 

proses 



dayandırılırdı.Məhkəməyə  müraciət  üçün  də  tərəflərə  müəyyən  vaxt 

verilirdi.Hökmün  çıxarılması,  şahidlərin  çağırılması  və  ümumiyyətlə  bütün 

məhkəmədəki  prosessual  hərəkətlərin  edilməsi  üçün  müddətlər  müəyyən 

edilirdi.Avesta qanunlarında bir sıra hallarda cinayətkarların cəzalandırılması üçün 

məhkəmə prosesinin keçirilməsinin zəruri olmadığı nəzərdə tutulur. Qanunlardan 

imtina  edən  şəxslərə  qanunlardankənar  edilmişlər  kimi  rəftar  edilir  və  onların 

məhkəməsiz  öldürülməsinə  yol  verilirdi.Qanun  hakimlərdə    düzgün  və  ədalətli 

qərar  çıxarmağı  tələb  edir,  əks  təqdirdə  onların  cəzalandırılmasını  nəzərdə 

tuturdu.Həmçinin  Avesta  da,  hakimlərin  o  biri  dünyada  öz  qərarlarına  görə 

məsuliyyət daşıyacaqlarını qeyd edir. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin