Azərbaycan Hüquq Tarixi


 Müsəlman hüququnun sistemi, mənbələri, səciyyəvi cəhətləri



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə16/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   12   13   14   15   16   17   18   19   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

10. Müsəlman hüququnun sistemi, mənbələri, səciyyəvi cəhətləri 

Dünyada  geniş  yayılmış  monoteist  dinlərdən  biri  olan  İslamın  öyrənilməsində  şəriət  və 

onun tərkib hissəsi olan müsəlman hüququnun əsaslarını  bilmək mühüm əhəmiyyət kəsb 

edir.  Müsəlman  hüququnun  normaları  Ərəbistan  yarımadası  xalqlarının  adət  hüququ 

əsasında yaradılmışdı. Bəzən isə səhvən şəriət, müsəlman hüququ ilə eyniləşdirilir. Əslində 

isə şəriət daha çox məsələni əhatə edir. Şəriətin tərkibinə 6 elm daxildir: Elm-ət-təfsir ul-

Quran  (Quranın  izah  edilməsi  barədə  elm),  Elm  ül-hədis(Məhəmməd  peyğəmbərin  şəri 

məsələlərə  dair  söylədiklərini  və  göstərişlərini  öyrənən  elm),  Elm  ül-fiqh(təcrübi-tətbiqi 

hüquq  elmi),  Elm  ül-Kəlam(dinin  əsaslarını  öyrənən  elm),  Üsul  əl-fiqh(fiqhin  mənbələrini 

öyrədən 


elm) 

və 


Elm 

ül-fəraiz(ölmüş 

şəxsin 

əmlakının 

varisləri 

arasında 

bölüşdürülməsiqaydalarından bəhs edən elm). Müsəlman hüququ üçün islamın hüquqi və 

dini  göstərişlərinin  sıx,  bölünməz  qarşılıqlı  vəhdəti  xarakterikdir.  Bu  hüququ  xristian 

hüququndan və digər qanunvericiliksistemlərindən ayıran prinsipal fərq budur ki, digər dini 

hüquq sistemləri uzun əsrlər boyu qüvvədə olsa da, onlarla yanaşı mövcud olmuş dünyəvi 

hüquq  normalarını heç vaxt  bütünlüklə əvəz etməmişlər. Halbuki müsəlman dünyası 7-ci 

əsrdə  islam  dini  yaranandan    ta  19-cu  əsrin  ortalarınadək    şəriətdən  başqa  heç  bir    digər 

qanunvericilik  sistemi  tanımamışdır.  Müsəlman  hüququ  5  əsas  qayda  müəyyən  etmişdir: 

vücub(zərurətlər),  nədub(həm  zəruri,  həm  də  qeyri-zəruri  qaydalar),  qəbahət(xoşagəlməz 

əməllərə  görə  qaydalar),  hörmət  və  nifrət.  Buna  rəğmən  mükəlləfin,  yəni  dini  baxımdan 

fəaliyyət qabliyyətli şəxsin hərəkətləri də 4 yerə bölünür. 1) fərz(vacib) əməllər 2)müstəhəb 

əməllər 3)mübah əməllər 4)məkruh əməllər. Müsəlman hüququnun inkişafına onun sonralar 

sünni  və  şiə  qollarının  ayrı-ayrı  məzhəblərinin  də  müəyyən  təsiri  olmuşdur.  8-ci  əsrin 

əvvəllərindən 9-cu əsrin ortalarınadəkolsn dövrdə yaradılmış sünnizmin 4 hüquq məktəbi öz 

adlarının adı ilə hənəfilik, malikilik, şafiilik, hənbəlilikadlandırılmışdır. İslamın şiə qolunun da 

bir sıra məzhəbləri var: zeydiyyə, imamiyyə, ismailiyyə, aramanilik, cəfərilik və s. Şiə hüququn 

fərqləndiricixüsusiyyətlərindən  biri  qiyasın  ümumiyyətlə  müsəlman  hüququnun  mənbəyi 

kimi qəbul edilməməsidir. Şiə hüququnun səciyyəvi və fərqləndirici cəhəti bundan ibarətdir 

ki, onun siyasi bölməsi ali hakimiyyət hüququ icmaya əsaslanır. Ümumiyyətlə göstərilən fərq 

və  ziddiyətlərə  baxmayaraq  istər  sünni  və  şiə  qolları,  istərsə  də  onların  məzhəbləri  bir-

birindən köklü surətdə fərqlənmirlər və demək olar, bütün prinsipal məsələlərdə bir-birlərini 

təkrarlamışlar. Müsəlman hüququ 2 hissəyə ayrılır: üsul əl-fiqh və füru əl-fiqh, Üsul əl-fiqh 

müsəlman  hüququnun  köklərindən,  onun  nəzəri  əsaslarından,  füru  əl-fiqh  isə  onun 

budaqlarından, yəni konkret hüquq institutlarından bəhs edir. Müsəlman hüququnun əsas 

mənbələri  Quran  və Sünnədir.  Quran  Allahdan  onun  sonuncu  peyğəmbərinə-Məhəmməd 

ibn Abdullaha nazil olan vəhylərdən ibarətdir ki, Məhəmməd peyğəmbər sonra bunları şərh 

etmişdir. Quran 114 surədən və 6660 ayədən ibarətdir. Məzmununa və xronologiyasına görə 

Quran  surələri  2  dövrə  ayrılır:  Məkkə  surələri(hicrətdən  əvvəlki  surələr).  Mədinə  dövrü 



surələri. Hüquq normaları əsasən Mədinə dövrü ayələrində öz əksini tapmışdır. Müsəlman 

hüququnun mühüm mənbəyi kimi Quran müxtəlif məsələlər üzrə çoxsaylı hüquq normalarını 

özündə ehtiva edir. Ona görə də təsadüfi deyildir ki, Qurana lap əvvəldən təkcə dini deyil, 

qanunverici  əhəmiyyəti  də  verilir.  Sünnə  ərəbcə  “nümunə”  və  yaxud  da  “adət-ənənə” 

mənasını  verən,  Məhəmməd    peyğəmbərin    hərəkət  və  əməlləri,  həmçinin  onun 

dediklərindən  ibarət  olmaqla,  yazılı  qanunu-Quranı  tamamlayan  mühüm  bir  mənbədir. 

Fiqhdə sünnələr müxtəlif meyarlara görə bir neçə cür təsnif edilir. Başlıca olaraq, sünnələr 3 

qrupa bölünür: qövlüsünnə, feli sünnə,təkriri və ya sükutisünnə. Qövlüsünnə Peyğəmbərin 

sözlə dediyi,felisünnə onun bir işi, bir hərəkəti ilə bağlı, sükutisünnə isə Peyğəmbərin  hər 

hansı işin edildiyini və ya sözün dediyini görsə də, duysa da onu sükutla qarşılaması yoluyla 

qoymuş olduğu sünnədir. Digər tətəfdən, məzmun etibari ilə sünnələr yenə də 3 yerə ayrılır: 

1)Qurana tam uyğun olan sünnələr 2)Quranın yorumundan ibarət olan sünnələr 3) Quranda 

müəyyən edilməyən yeni bir norma yaradan sünnələr. Sünnənin hədislərin əsasında tərtib 

olunması  hesab  edilir.  Hər  bir  hədis  öz  quruluşuna  görə  iki  hissədən  ibarətdir.  Birinci, 

kimlərin həmin hədisi peyğəmbərdən eşitdiyini göstərən isnad(istinad edilən) hissəsi, ikinci 

isə  mətnin,  yəni  hədisin  özüdür.  Hədislər  həmçinin  səhih(sağlam),  həsən(gözəl),  və  zəif 

olaraq  3  qrupa  ayrılmışdır.  Səhih  hədislər  heç  bir  şübhə  doğurmayaraq  tamamilə 

peyğəmbərə  istinad  edilən  hədislərdir.  Həsən  hədislər  hamı  tərəfindən  səhih  qəbul 

edilməyib tam olmayan, lakin məqbul sayılan hədislərə deyilir. Zəif hədislər isə həm mətni 

tənqid olunmuş, həm də danışanların bir və ya bir neçəsi şübhəli olan hədislərdir. Müsəlman 

hüququnun ikinci qrup mənbələrinə daxil olan Qiyas və İcma, əsas mənbələr olan Quran və 

Sünnədən fərqli olaraq bəzi məzhəblər tərəfindən ya qəbul olunmamış, yaxud da qeyd-şərtlə 

qəbul olunmuşdur.  Qiyas hənəfilik və qismən də şafiilik məktəbində öz inkişafını tapmışdır. 

Qiyas  əsasında  bir  qayda  olaraq  Quranda  və  Sünnədə  birbaşa  həlli  nəzərdə  tutulmayan 

məsələlər həll edilir. İcma ərəbcə “əcməə” sözündən olub, hər hansı bir məsələ haqqında 

ümumi rəyə, qərara gəlmək deməkdir. Müsəlman hüququnun köməkçi mənbələrindən olan 

təfsir-Quranın  əsas  müddəalarının  izahını  nəzərdə  tuturdu.  Müsəlman  hüququnun,  adəti 

hüququn  mənbəyi  kimi  tanınmasına  baxmayaraq  adət  islamın  hüquq  sisteminin 

formalaşmasına müəyyən dərəcədə təsir göstərmişdir. Bu mənada adət müsəlman hüququ 

mənbələrinin  üçüncü  qrupuna  daxil  edilə  bilər.  Mövcud  olan  hüquq  institutları 

qruplaşdırılaraq  aşağıdakı  hüquq  sahələrini  əhatə  etmişdir:  1)  Dini  baxımdan  fəaliyyət 

qabiliyyətli  şəxsin  Allah  qarşısındakı  borcunun  yerinə  yetirilməsi  ilə  əlaqədar  məsələləri 

tənzim edən hüquq institutlarından ibarət olan sahə. Bu sahəni əhatə edən normalar fiqhdə 

5 hüquq institutunda toplanmışdır: Təharət, yəni təmizlik. Namaz qılma. Oruc tutma. Zəkat 

vermə. Həccə getmə qaydaları 2) Şəxsin digər şəxslərlə münasibətlərini tənzim edən hüquq 

sahələri. Bu sahələrə mülki hüquqa aid, ailə və nikah münasibətlərini tənzim edən normalar, 

cinayət  hüquq,  prosessual  hüquq  kimi  məsələləri  tənzim  edən  normalar.  3)  Şəxsin  yalnız 



özünə  aid  olan  hüquq  normaları  sistemi,  yəni  ölmüş  şəxsin  əmlakının  Quranın  əsasında 

bölüşdürülməsi qaydaları toplanan sahə. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin