Azərbaycan hava yollari” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi


MÜLKİ AVİASİYA MÜƏSSİSƏLƏRİNDƏ MƏNFƏƏTİN,GƏLİRİN VƏ QAZANCIN HESABLANMASI



Yüklə 131,87 Kb.
səhifə3/7
tarix10.05.2022
ölçüsü131,87 Kb.
#57219
1   2   3   4   5   6   7
referat 1878

MÜLKİ AVİASİYA MÜƏSSİSƏLƏRİNDƏ MƏNFƏƏTİN,GƏLİRİN VƏ QAZANCIN HESABLANMASI
Bazar iqtisadiyyatında müəssisənin həyat qabiliyyəti, onun işgüzar fəaliyyəti, qoyulan vəsaitin maliyyə veriminin nə dərəcədə təmin olunmasından, əldə edilən gəlirin səviyyəsindən, istehsalın gələcək artımına iqtisadi stimulun yaradılmasından çox asılıdır.

Maliyyə planı müəssisəyə daxil olan və ödənilən pulun balansıdır.

Maliyyə əsas və dövriyyə vəsaitinin dövriyyəsi, məhsulun istehsalı və realizasiyası, istehsal sahələrinin, təsərrüfatların, müəssisələrin pul gəlirlərinin və pul resursları fondlarının yaradılması və istifadəsi prosesində iqtisadi münasibətləri pul formasında xarakterizə edir.

Dövlət maliyyəsinin maddi bazasını - sosial sığorta, dövlət əmlakının və ayrı-ayrı şəxslərin sığortalanması, xalq təsərrüfatı sahələrinin, dövlət müəssisələri və təşkilatlarının maliyyəsi təşkil edir.

Dövlət maliyyə sisteminin əsas funksiyaları aşağıdakılardır;


  • təsərrüfat fəaliyyəti prosesində pul vəsaiti fondlarının və pul gəlirinin yaranması;

  • istehsalın inkişafı, büdcə gəlirinin formalaşması və müəssisə işçilərinin maddi maraqlandırılması üçün pul vəsaitinin istifadəsi; pul gəlirinin yaradılmasına, bölüşdürülməsinə və istifadəsinə nəzarət.

Mülki Aviasiyanın maliyyəsi dövlət maliyyəsinin tərkib hissəsini təşkil edir və Azərbaycan Respublikası xalq təsərrüfatı maliyyəsinin tərkibinə daxildir. Onlar Mülki Aviasiya müəssisələrinin istehsal-təsərrüfat fəaliyyəti, pul ehtiyatlarının əmələ gəlməsi, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar; həmçinin dövlətlə, banklarla, başqa təşkilatlarla və öz müəssisə və bölmələri ilə pul münasibətlərini ifadə edir.

Mülki Aviasiya müəssisələrinin dövlətlə pul münasibətləri vergi sistemi vasitəsilə həyata keçirilir.

Müəssisələrin banklarla pul münasibətləri ssudanın alınması, onların qaytarılması, kreditə görə faizin ödənilməsi əsasında qurulur.

Fəhlə və qulluqçularla qarşılıqlı hesablaşma əmək haqqının, pensiyanın verilməsi aparılır. İqtisadi kateqoriya kimi maliyyənin mahiyyəti onların istehsal, bölgü və nəzarət funksiyalarında təzahür edilir.

Maliyyənin istehsal funksiyası - Mülki aviasiya müəssisələrində istehsal fondlarının dövriyyəsinin pul resursları ilə təmin olunmasıdır.

Maliyyənin bölgü funksiyası - məqsədli təyinat üzrə zəruri olan pul vəsaitləri fondunun yaradılması ilə ifadə edilir. Bu pul vəsaitləri sərf edilmiş istehsal vasitələrinin (amortizasiya) ödənilməsinə, işçilərin əmək haqqının ödənilməsinə, sosial sığortaya ayırmalara və mənfəətin əmələ gəlməsinə yönəldilir.

Öz növbəsində mənfəət büdcəyə ödənişlərə və bütövlükdə sahənin və mülki aviasiya müəssisələrinin ehtiyaclarının ödənilməsi üçün istifadə edilən mənfəətə bölünür, (əsaslı qoyuluşun maliyyələşdirilməsi, mərkəzləşdirilmiş fondların yaradılması və s.).

Maliyyənin nəzarət funksiyası - Bu mülki aviasiya müəssisələrinin gəlir və mənfəət, istehsalın inkişaf planının yerinə yetirilməsinə nəzarətin təmin olunmasıdır.

Maliyyə nəzarəti, nəzarətin mühüm formalarından birini təşkil edir.

Mülki aviasiya müəssisələrinin maliyyəsinin təşkili maliyyə planının işlənilməsinə əsaslanır. Bu planda müəssisə fəaliyyətinin bütün tərəfləri mədaxil (gəlirlər) və məxaric (xərclər) balansı şəklində öz əksini tapır.

Gəlir və xərclər balansının mühüm vəzifəsi daxil olan və xərclənən pul vəsaiti arasında uyğunsuzluğa yol vermədən daxil olan və xərclənən vəsaitin sinxronluluğunu təmin etməkdən ibarətdir. Bunlar arasındakı uyğunsuzluq müəssisənin tədiyyə qabiliyyətinin zəifləməsinə səbəb olur.

Maliyyə planında müəssisənin maliyyə resursları ilə istehsal planı arasında, yuxarı təşkilatlarla, dövlət büdcəsi və banklarla qarşılıqlı maliyyə münasibətləri müəyyənləşdirilir.

Maliyyə planı müəssisə kollektivinin sosial inkişafı və aviasiya işlərinin, hava daşıma istehsalının maliyyələşdirilməsi, həmçinin dövlət büdcəsi və banklar qarşısında öhdəliklərin yerinə yetirilməsi üçün pul vəsaitinin tam aşkar olunmasına, onlardan qənaətlə və məqsədyönlü istifadə edilməsinə şərait yaradır. Maliyyə planlaşdırılması istehsal planlaşdırılmasının metod və prinsiplərinə əsaslanır.

Maliyyə planı məhsul istehsalı və reallaşdırılması, istehsalın elmi-texniki inkişafı və onun səmərəliliyinin yüksəldilməsi, maddi-texniki təchizat, mənfəət və rentabellik planları əsasında tərtib edilir.

Maliyyə planı dörd bölmədən ibarətdir:


  1. xüsusi dövriyyə vəsaitinə tələbatın hesablanması;

  2. kredit planı üzrə dövriyyə vəsaitinə tələbatın hesablanması;

  3. məhsulun reallaşdırılması və mənfəətin bölüşdürülməsi planı;

  4. mədaxil və məxaric balansı.

Birinci və ikinci bölmələrdə mövcud xüsusi dövriyyə vəsaiti, müəssisənin kreditə olan tələbatı və onun alınması mənbələri göstərilir.

Üçüncü bölmədə realizə olunan məhsulun həcmi, mənfəət və onun istifadə istiqamətləri hesablanır, mülki aviasiya müəssisələri üçün mənfəət hava gəmilərinin istismarından alınan gəlirin xərclərdən artıq olması kimi təyin edilir.

Maliyyə planının dördüncü bölməsi - mədaxil və məxaric balansı - aşağıdakı üç hissədən ibarətdir.


  1. gəlirlər və daxil olan vəsaitlər;

  2. xərclər və ayrılan vəsaitlər;

  3. yuxarı təşkilatlarla qarşılıqlı münasibət.

Birinci bölmədə - hava gəmilərinin istismarından alınan mənfəət, amortizasiya ayırmaları (əsas vəsaitin köhnəlməsi), sabit passivin artımı və s. mənbələr üzrə daxil olan pul vəsaiti (büdcədən daxil olan və uzun müddətli kreditlər üzrə daxil olan vəsaitdən başqa).

İkinci bölmədə - hava gəmilərinin istismarından plan üzrə itgilər, əsaslı təmir xərcləri, əsaslı qoyuluş, xüsusi dövriyyə vəsaiti normativinin artımı, mədəni-məişət və uşaq bağçalarının saxlanılması xərcləri əks etdirilir.

Üçüncü bölmədə - yuxarı təşkilatlara ödənişlər və habelə yuxarı təşkilatların maliyyələşdirilməsinə yönəldilən vəsaitlər əks etdirilir.

İkinci bölmənin birinci hissəsində mənfəətdən ayırmalar, artıq dövriyyə vəsaiti, istifadə edilməyən amortizasiya ayırmaları və başqa sərbəst vəsait göstərilir.

Mədaxil və məxaric balansının bu bölməsinin ayrı-ayrı maddələri üzrə planlaşdırılan, büdcədən maliyyələşdirmə və büdcəyə ödənişlərin ümumi yekunu haqqında mühakimə yürütmək olar.

Əgər müəssisənin xərci onun gəlirindən çox olarsa, büdcədən maliyyələşmə müəssisənin büdcəyə ödənişindən həmin kəmiyyət qədər artıq olmalıdır.

Maliyyə planında maliyyə resurslarının ümumi həcmi mədaxil və məxaric üzrə balanslaşdırılır, daha doğrusu, istifadə edilən xərclərin cəmi, bu xərclərin mənbələri üzrə ödənilməsinin cəminə müvafiq olmalıdır.

Mədaxil və məxaric balansının sonunda maliyyə planı maddələrinin hesablanılması üçün qəbul edilən əsas göstəricilər (qazanc, gəlirlər, xərclər və s.) əks olunur.




Yüklə 131,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin