Azərbaycan Hava Yolları” qsc sərbəst İş Fakültə: Nəqliyyat Texnologiyaları


Kalkulyator, "siçan" və daha nələr - hamısı evi dinləyə bilir



Yüklə 38,2 Kb.
səhifə4/5
tarix02.01.2022
ölçüsü38,2 Kb.
#45040
1   2   3   4   5
referat 6491

Kalkulyator, "siçan" və daha nələr - hamısı evi dinləyə bilir

Adi məişət əşyalarını xatırladan cihazların köməyi ilə evi dinləmək mümkündür. Bunlardan biri də ölçüləri uyğun olan istənilən quruluşdakı kalkulyatorların içinə yerləşdirilə biləcək bir alətdir.

GSM dinləmə cihazı kalkulyatorun yanında iki ədəd, 1 mm ölçüsündə şarj deşiyi ilə heç bir şəkildə diqqət çəkməyən, quruluşu çox özəl olan bir şarj adaptoru da yerləşir. Onun içindəki sim kartın telefon nömrəsini dünyanın harasında olursunuz-olun, hər hansı telefondan zəng edərək 50 kv.m-lik bir ərazini çox rahatlıqla, çox yüksək həssaslıqla dinləyə bilərsiniz.
Kompüterlərin "siçan"ı da zaman-zaman dinləmə cihazı funksiyasına çevrilir. Belə ki, "USB Mouse"un içinə yerləşdirilmiş GSM dinləmə modulu istifadə edildiyi auradakı səslərin məsafə məhdudiyyəti olmadan dinlənilməsini mümkün hesab edir. Cihaza ("mouse"a) SİM kart taxılandan sonra sistem istifadəyə hazırdır. Hər hansı telefondan taxmış olduğunuz karta aid nömrəyə zəng edəndə cihaz avtomatik olaraq açılacaq və yerləşdiyi otağı çox yüksək səs keyfiyyəti ilə dinləməyinizi təmin edəcək. Heç bir formada bayıra səs vermir və fərq edilməsi də mümkün deyil.

Maraqlıdır ki, hətta kompüter söndürüləndə tərkibindəki litium batareya sayəsində 4 gün gözləmə müddətinə malikdir və 4.5 saat müddətində fasiləsiz dinləmə həyata keçirilə bilər. Kompüter işlədiyi müddətdə isə avtomatik olaraq batareyası "zaryadka" yığır və enerji sıxıntısı olmadan dinlənə bilərsiniz.

Eyni dinləmə alətini kompüterin monitorunda da gizlətmək mümkündür. Monitorun içinə yerləşdirilən professional dinləmə cihazına taxılacaq bir SİM kart ilə dünyanın hər yerindən alətin olduğu yeri dinləmək mümkündür. Yüksək səs keyfiyyəti ilə 50 kv. m sahədəki səsləri məsafə məhdudiyyəti olmadan istənilən zaman dinləmək mümkündür. Ofis, ev dinləniləməsi üçün son dərəcə praktik və fərq edilməsi mümkün olmayan bir gizli dinləmə sistemidir. Kompüter daim enerji yığdığı üçün bu dinləmə alətinin də "zaryadka"sız qalma ehtimalı yoxdur. "Adsl" modem dinləmə cihazı, telsiz telefon dinləmə cihazı da bu kateqoriyadandır. Onların içinə də həmin kiçik alətləri yerləşdirməklə müvafiq məkanları dinləmək mümkündür.

Bu gün Azərbaycan dünyanın müxtəlif ölkələri ilə antiterror koalisiyası çərçivəsində, transmilli cinayətkarlığa qarşı mübarizədə yaxın əməkdaşlıq edir. Ona görə də Azərbaycanın xüsusi xidmət orqanları belə xüsusi dinləmə vasitələri ilə təmin edilmiş ola bilər. Bu, nadir hal deyil. Təhlükəsizlik firmaları da bunu edirlər. Üstəlik, baha deyil. Bunlar xüsusi mağazalardan satın alınır. Evdə dinləmə aparılması yeni təcrübə deyil. Sovet dönəmində də evdə dinləmələr aparılırdı. Araşdırma obyekti olan insanların dinlənilməsi üçün evlərinə, iş otaqlarına, daha çox tavanda, ya da divar kağızının altında dinləmə qurğuları yerləşdirilirdi. Bu əməliyyat məxfi şəkildə aparıldığı üçün heç kimin xəbəri olmurdu. SSRİ dövlət təhlükəsizliyi orqanlarının fəaliyyəti qanundan kənar idi. Sonradan qanunda düzəlişlər oldu.

Qanuna əsasən, telefon dinləmələri qanunla mümkün deyil. Amma Azərbaycanda hələ də sovet təcrübəsi tətbiq olunur. Öncə məlumatlar əldə edilir. Sübut-dəlil tamam ayrıdır. Əməliyyat məhsullarının sübut-dəlilə çevrilməsi üçün məhkəmə faktına çevirmək lazımdır. Qanunvericiliyə heç kim riayət etmir. Bu gün əslində dinlənmə ilə bağlı qərar verilirsə, onu iki ay geriyə keçirirlər. Oradakı danışıqlardan sübut kimi istifadə olunur.

Fakt onu göstərir ki, sıravi vətəndaş dinlənildiyindən şübhələnə bilməz. Belə ki, bu, ancaq texniki vasitələrlə mümkündür. O sahədə xeyli inkişaf gedib, artıq dinləmə zamanı klassik qaydada mikrofonlardan istifadə edilmir. Mikrosxem formalı çiplər olur. Məlumatları toplayıb şifrələyir. Çip məlumat ötürdükdə onun fəaliyyəti aşkarlana bilər. Bu isə qeyri-mümkündür. Xüsusi xidmət orqanları peşəkar işləyir.

Bu sayaq dinləmə əməliyyatları faktdan daha çox məlumat əldə etmək üçündür. Məhkəmələrdə çox nadir hallarda videomüşahidə, ya da dinləmə qurğularının fəaliyyəti nəticəsində ortaya çıxan nəticələr fakt kimi təqdim edilir.


Yüklə 38,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin