AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №3, səh. 34-38 (2015)
34
Azərbaycan florasının Göyzəbankimilər (Boraginaceae Juss.) fəsiləsinin
filogenetik əlaqələri və coğrafi analizi
V.N. Kərimov
AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ1004, Azərbaycan;
Е-mail:vuqarkerimov@mail.ru
Məqalədə Azərbaycan florasının Göyzəbankimilər (Boraginaceae Juss.) fəsiləsi taksonlarının filogene-
tik əlaqələri və genezisi məsələləri təhlil edilir. Fəsilənin növləri müasir florogenetik metodlarla
öyrənilərək müəyyən edilmişdir ki, regionun boragoflorasının formalaşmasında, Qədim Aralıq dənizi
florası əsas rol oynamışdır.
Açar sözlər: Göyzəbankimilər, areal tipi, coğrafi analiz, filogeniya, florogenetika
GİRİŞ
İstər dünya miqyasında, istərsə də Qafqaz və
Azərbaycan floralarında Göyzəbankimilər fəsilə-
sinin (Boraginaceae Juss.) filogenezi haqda çox
sayda fikir ayrılığı vardır. Bu fəsilənin çiçəkli bitki
fəsilələrindən Geraniaceae, Solanaceae, Lamiaceae
və bir çox digər fəsilələrlə filogenetik əlaqələrə
malik olması qeyd olunur (Brand, 1921; Guerke,
1893; Попова, 1995). Lakin, daha çox tədqiqatçılar
Göyzəbanların Lamiaceae fəsiləsi ilə yaxın filo-
genetik əlaqəyə malik olmasını göstərirlər. Mey-
vəsinin yetişərkən 4 eremə (fındıqçaya) bölünməsi
əlaməti və karpoanotomik tədqiqatlar, bu iki fə-
silənin filogenetik əlaqəsini göstərən əsas morfoloji
nişanələrindəndir. Bu cəhətdən göyzəbanlar və ona
yaxın münasibətdə olan dalamazkimilər fəsilələ-
rinin münasibətləri haqda 3 əsas fikir mövcuddur:
1. Lamiaceae bu fəsilənin əcdadı hesab edilir.
2. Lamiaceae-nın bu fəsilədən başlanğıc götürül-
məsi qeyd olunur.
3. Hər iki fəsilənin məlum olmayan bir mənşədən
əmələ gəlməsi göstərilir.
Fəsilədaxili tribaların filogenetik əlaqələr
məsələsində də fikir ayrılıqları vardır. Engler mək-
təbinin davamçıları Göyzəbankimilərin tədqiqatçı-
ları olan Qurke (Guerke, 1893), Brand (Brand,
1921) fəsilədaxili ilkin (qədim) triba olacaq Cyno-
glosseae, ən yüksək inkişaflı triba işə Lithosper-
meae-nı hesab etmişlər.
Əksinə, başqa bir tədqiqatçı alim-Conson
(Johnston, 1924) Lithospermeae tribasını daha
primitiv qrup, Cynoglosseae tribasını isə, nisbətən
proqressiv qrup olaraq dəyərləndirir. A. Fedoseyeva
(Федoсеева, 1935) Göyzəbankimilərin meyvə və
toxumlarının quruluşunu tədqiq edərək, bu iki triba-
nın bir birindən asılı olmayaraq, paralel təkamül
şaxələrində inkişafını göstərmişdir. Fəsilə daxilində
ən primitiv triba Trichodesmeae hesab edilə bilər.
Bu tribanın qədim nümayəndələrində (Caccinia
Savi cinsində) - 3 şırımlı tozcuqlar olduğu halda
digər tribalarda 6-10 şırımlıdır. B.Qrigoryev (Гри-
горьев, 1964) fəsilənin morfoloji təhlilini aparmış
və fəsilə daxilində bir birindən asılı olmadan 3
təkamül şaxəsinin olmasını göstərmişdir. Tricho-
desmeae, Lithospermeae, Cynoglossoideae.
Təkamülün kladegenez (taksonların qohumluq
əlaqələrinin geneoloji ağac formada göstərilməsi)
və retikulyar (filogenetik əlaqələrin torvari, çox
şaxəli göstərilməsi) nəzəriyyələri mövcuddur. Hal
hazırda da bu formalar makrotaksonların təkamü-
lündə istifadə olunur. Taksonların təkamülündə
hibridogen yolla növ əmələgəlmə K.Linneyin vax-
tından məlumdur. Eksperimental yolla Q.Karpe-
çenko (Карпeченко, 1971) bu üsulu təsdiq etmiş-
dir. Sonralar növlərarası hibridləşmə ilə yanaşı
allopoliploid hibridləşmə yolu ilə təbii və kulturada
olan növlərin mənşəyi aydınlaşdırıldı. Lakin, hibrid
mənşəli növlərin sübut edilməsi üçün sonralar bir
sira yeni üsullar müəyyən edildi: DNT-in, toz-
cuğun, meyvələrin səthinin elektron mikroskopla
tədqiqi, zülalların elektrofarezi, hemotaksonomik
öyrənilnə və s. Bundan başqa rusiayalı geobotanik
R.V.Kamelin, Göyzəbankimilər fəsiləsindən olan
Caccineae və Cynoglosseae tribalarının mənşəyi və
florogenetik əlaqələrini öyrənməklə, bu tribaların
fəsilənin ümumi filogenetik sistemindəki düzgün
yerlərini müəyyənləşdirmişdir. (Камелин, 1973).
Bizim tədqiqatlarda da bu üsulların bir çoxundan
istifadə olunmuşdur.
MATERİAL VƏ METODLAR
Rusiya EA Botanika İnstitutu (LE) və AMEA
Botanika İnstitutunun (BAK) Herbariumlarında
saxlanılan materiallar təhlil edilmişdir. Ədəbiyyat,
internet resursları, müəlliflərin təbiətdə apardığı
monitorinqlərin nəticələrindən və toplanılan herbari
materiallarından istifadə olunmuşdur. İşdə müqa-
Azərbaycan florasının Göyzəbankimiər (Boraginaceae Juss.)
35
yisəli morfoloji, sistematik, botaniki, florogenetik
və digər metodlardan istifadə olunmuşdur (Грос-
сгейм, 1936; Портениер, 2000; Riedl,1967; Ed-
mondson,1978). Daha iri florogenetik vahid hesab
edilən areal tipləri daxilində cografi elementlər
ayrılmışdır.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Apardığımız florogenetik təhlilin nəticələri
aşağıda verilir.
Ümumi holarktik areal tipi - Buraya 2 coğra-
fi element daxil edilir: Holarktik və Palearktik.
Holarktik coğrafi elementi. Azərbaycan
florasının Göyzəbankimilər fəsiləsində Holarktik
areala malik növlər bir o qədər də çox deyildir.
Onlar 2 cins üzrə 4 növ təşkil edir: Myosotis caes-
pitosa, M. arvensis, M.palustris və Lappula margi-
nata. Myosotis cinsinin qeyd olunan növləri Ho-
larktik çarlığın tipik boreal elemetləridir. Bu növlər
morfoloji və genetik cəhətdən Avstraliya-Yeni Ze-
landiya cinsi olan Exarrhena R.Br. cinsi növləri ilə
əlaqələndirilir. Onlar Avrasiya dağ sisteminin meşə,
bozqır, çəmən-bataqlıq senozlarında geniş yayıl-
mışlar. Lappulla marginata növünün arealı isə Av-
rasiya, şimali Amerika və Qafqazı əhatə edir.
Palearktik coğrafi elementi. Buraya daxil olan
növlər aşağıdakılardır: Buglossoides arvensis, Myo-
sotis micrantha, Strophyostoma sparsiflora, Cyno-
glossum germanicum,
Lappula squarrosa (Avrasiya-
Turan), Lithospermum officinale və Echium rus-
sicum (Şərqi Avropa-Ön Asiya). Bu növlərin arealı
Holarktik çarlığın Avrasiyada mülayim və subtropik
ərazilərini əhatə edir, birinci 2 növ Qərbi palearktik
ərazilərdə daha geniş yayılmışlar. Bunların ekoloji
baxımdan dağətəyi və düzənlik ərazilərdə, rütubətli
biotoplarda yayılan nemoral və qismən ruderal bit-
kilər olması qeyd olunmalıdır.
Boreal areal tipi.
Avropa-Sibir coğrafi elementi. Bu coğrafi
elementə aid edilən 4 növ qeydə alınıb. Bu növlər
əsasən Sibirin qərb əraziləri ilə sərhədlənir. Bun-
ların bir qismi meşə elementləri olsa da, bəziləri
dağlıq ekosistemlərdə yayılırlar, xüsusən petrofit
biotoplara üstünlük verirlər. Bu qrupa aşagıdakı
növlər daxildir: Nonea pulla, Cynoglossum offi-
cinale, Aegonychon purpureo-coeruleum və Echi-
um vulgare növləri.
Avropa-Aralıqdənizi coğrafi elementi. Bura-
ya aid növlər rütubətli meşəlik, meşəətrafı çəmənlik
ərazilərdə, əsasən dağlıq yerlərdə yayılmışdır. Bu
növlər özlərinə Avropanın cənubunda daha optimal
şərait tapa bilirlər: Cerinthe minor, Anchusa italica,
Myosotis ramossima, Cynoglossum montanum və
Asperugo procumbens növləri məhz Avropa-Aralıq
dənizi areal tipli növlər hesab olunurlar.
Avropa-Qafqaz coğrafi elementi - Buraya
yüksək dağ qurşağının sakinləri olan Myosotis
alpestris, Cerinte glabra növləri və Qafqaza gəlmə
növlər hesab olunan Lycopsis arvensis və Anchusa
officinalis növləri aid edilirlər.
Qafqaz coğrafi elementi. Buraya aid növlər
bəzən İran, Turan, Türkiyə, Krım (Solenanthus
biebersteinii) ərazilərinə də daxil olur. Azərbaycan
daxilində bu qrupa aid növlər, Şərqi və Cənubi
Qafqaz regionlarında cəmləşmişlər. Cənubi Qaz-
qazda növlər nisbətən azsaylıdır. Nonea cyanocalix
(Naxçıvan areallı), N. setosa (Şərqi Zaqafqaziya
areallı) və Nonea bakuenis (Abşeron areallı)
növlərini də şərti olaraq bura aid edirik. İkinci
təkamül qrupunda daha çox -6 növ birləşir: Nonea
alpestris, N.daghestanica, Trygonocaryum invo-
lucratum, Myosotis schistosa, Cynoglossum holo-
cericeum, Omphalodes rupestris. 3 növ Symphytum
caucasicum, Brunnera macrophlla, Lappula hete-
rocantha Qafqazda daha geniş areala malikdirlər.
Qeyd: Qafqaz mənşəli bir çox növlərin coğrafi
elementləri müəyyənləşdirilərkən, M.Popov və
A.Qrossheymin işləri ilə yanaşı, Qafqaz Florasına
aid daha müasir tədqiqat işlərinə də istinad olun-
muşdur (Гулисашвили, 1964; Гагнидзе, 1974; Ке-
мулариа и Нотадзе, 1985; Портениер, 2000)
Qədim Aralıq dənizi areal tipi tədqiqat ərazi-
sində ən iri coğrafi element qrupu hesab edilir.
Buraya daha iri ərazi tutan Qədim Aralıq dənizi
elementi ilə yanaşı, onun əsas florogenetik təkamül
istiqamətləri olan xüsusi Aralıq dənizi elementi
geniş təmsil olunmuşlar. Göyzəbankimilər fəsilə-
sinin görkəmli tədqiqatçısı M.Q.Popov (1983) bu
fəsilənin iri cinslərinin morfoloji əlamətlərini flo-
rogenetik üsulla dərindən təhlil edərək belə nəticəyə
gəlmişdir ki, fəsilənin əksər tribaları polifiletik və
hibridləşmə yolu ilə əmələ gəlmişdir. Bu fikri o
əvvəlcə Qədim Aralıq dənizi Göyzəbankimilərinə,
sonralar yer kürəsində yayılan bütün Göyzəban-
kimilərə aid etmiş və bu fikri elmi sübutlarla əsas-
landırmışdır. M.Popovun bu fikrinin doğru oldu-
ğunu, fəsilənin nisbətən daha cavan və hibrid mən-
şəli cinslərindən hesab olunan Brunnera və Trigo-
nocarym cinslərinin mənşəyinin araşdırılması üçün,
Sankt-Peterburqda Rusiya Botanika İnstitutunun
əməkdaşları ilə birgə apardığımız tədqiqatların ilkin
nəticələri də təsdiqləyir. Hal-hazırda həmin tədqi-
qatlar başa çatmaq üzrədir və ümidvarıq ki, alınmış
elmi nəticələri məqalə şəklində, bu ilin sonuna kimi
nəşr olunacaqdır.
Arealı xüsusi Aralıq dənizindən xeyli kənara
çıxan növlərdən Argusia sibirica, Lycopsis orien-
talis və Nonea melanocarpa növləri göstərilə bilər.
Digər növlər aşağıdakı kimi bölünmüşdur. Qədim
Aralıqdənizi areal tipi daxilində 9 cografi element
ayırd etmək olar:
V.N. Kərimov
36
Aralıq dənizi coğrafi elementi: Buraya yu-
xarıda göstərilmiş 3 növdən başqa, müxtəlif ekoloji
şəraitdə, xüsusən quraq ekosistemlərdə yayılmış 3
cinsə aid, 7 növ də aid edilir: Helotropium euro-
paeum, H. ellipticum, H. suaveolens, H. supinum,
Buglossoides sibthorpiana, B. tenuiflora və Lap-
pula patula.
Şərqi Aralıq dənizi coğrafi elementi: Bu
qrupa daxil edilən növlərin çoxu Ön Asiya-Qafqaz
(xüsusən Cənubi Qafqaz) mənşəlidirlər. Bunların bir
qismi quraqlıq yerlərdə bitən bitkilərdir. Göyzəban-
kimilərin Azərbaycan florasında təmsil olunan Şərqi
Aralıq dənizi elementli növlərinin ümumi sayı 22
növ olub, onlar bunlardır: Nonea lutea, N. rosea, N.
versicolar, N. diffusa, N.ventricosa, Myosotis
lithospermifolia, M. heteropoda, Onosma sericea, O.
dichroantha, O. levinii, O. tenuiflora, Symphytum
asperum, Moltkia coerulea, Alkanna orientalis,
Cynoglossum creticum, Huynhia pulchra, Strophyos-
toma pseudopropinqua, Lapulla barbata, Rindera
lanata, Paracarium strictum, Solenanthus stamineus
və Rochelia retorta.
Qərbi Aralıq dənizi coğrafi elemeti. Buraya
cəmi 2 növ-Echium biebersteinii və Rochelia dis-
perma növləri aid edilir.
İran-Turan coğrafi elementi. Bu elementə
daxil olan növlər eyni adlı floristik vilayətin əra-
zisində, əsasən Turan ovalığı, Mərkəzi Asiya və İran
dağlarını əhatə edir. Ərazinin florası, kserofit bitki-
lərin üstünlüyü ilə səciyyələnir. Burada Acantho-
limon, Cousinia, Artemisia və Calligonum kimi cins-
lərin növləri üstün olurlar. Göyzəbankimilərin bu
ərazidə ekoloji-coğrafi təhlili onların 3 genmərkəz-
lərdə cəmləşdiyini göstərir: İran-Turan, Turan və
İran-Orta Asiya. Növlər bu elementlər üzrə belə
yerləşir. Geniş areallı İran-Turan növləri bunlardır;
Rochelia cardiosepala, Arnebia decumbens, A.line-
arifolia, Heliotropium lasiocarpum, Lappula spino-
carpos, L. consanguinea, Onosma gracilis, O.micro-
carpa və O.isauricum.
Qeyd: Sonuncu iki növ floramız üçün yeni
olduğundan, coğrafi tiplərinin müəyyənləşdirilmə-
sində İran və Türkiyə floralarına müraciət olunmuş-
dur (Riedl, 1967; Edmondson, 1978).
Turan coğrafi elementi-nə aşağıdakı 4 növ-
Nonea caspica, Suchtelenia calycina, Onosma
setosa və O. armeniaca növləri aid edilirlər.
Qeyd: Sonuncu növ, O. armeniaca Klok. ex
M.Pop., nom.nud., in schedis olduğundan, yəni növ
statusu hələlik tam təsdiqlənmədiyindən, biz onu
oxşarı olan O.setosa növü kimi, Turan coğrafi ele-
mentinin tərkibində qəbul etməklə, gələcək araşdır-
malarımızda statusuna aydınlıq gətirməyi düşünürük.
İran-Orta Asiya coğrafi elementinə isə
aşağıdakı 7 növ aid edilir; Lappulla sinacia, L.ses-
siliflora, Heterocaryum rigidum, H.szovitsianum,
H.macrocarpum, Solenanthus circinnatus və Cac-
cinia macranthera.
Atropatan coğrafi elementi. - İran, Türkiyə,
Cənubi Qafqazın arid və subarid regionlarını, Azər-
baycanda əsasən Naxçıvan və Diabarı (Zuvandı)
əhatə edir. Bu elementlərin tipik cinsləri - Astra-
galus, Nepeta, Salvia, Allium və başqalarıdır. Azər-
baycan Göyzəbankimilərdən bu areal tipinə aşağı-
dakı 5 növ daxildir: Heliotropium tzvelevii, H.
szovitsii, Nonea armeniaca, Paracaryum laxiflorum
və Onosma zangezura (Sonuncu növ Naxçıvandan
təsvir olunub və floramızın yeni növü kimi, tərə-
fimizdən ilk dəfə təqdim olunur).
Göyzəbankimilərin areal tipləri üzrə paylanması
Areal tipi və coğrafi element
Növlərin sayı
Ümümi saya görə %-lə miqdarı
Ümumiholarktik areal tipi
Holarktik 4
3,8
Palearktik 7
6,7
Boreal areal tipi
Avropa-Sibir 4
3,8
Avropa-Aralıq dənizi 5
4,7
Avropa-Qafqaz 4
3,8
Qafqaz 13 12,4
Qədim Aralıq dənizi areal tipi
Aralıq dənizi 10
9,5
Şərqi Aralıq dənizi 22
21
Qərbi Aralıq dənizi 2
1,9
İran-Turan 9
8,6
Turan 4 3,8
İran-Orta Asiya
7
6,7
Atropatan 5
4,7
Hirkan 8 7,6
Hirkan-Alban 1
1
Cəmi: 105 100%
Hirkan-Alban coğrafi elementi - Bura cəmi
bir növü, Nonea decurrens növünü aid edirik.
Qeyd: Bu növ, Hirkandan təsvir olunsa da,
əsasən Dağıstanda rast gəlinən və hətta bu növün
Talışda olmasını şübhə altına alan M.Popov tərəfin-
dən (Попов, 1953) Dağıstan endemi kimi qəbul
olunan çox dar areallı və nadir rast gəlinən növdür.
Tərəfimizdən, 2008-ci ildə Şamaxı rayonunun dağ-
Azərbaycan florasının Göyzəbankimiər (Boraginaceae Juss.)
37
lıq ərazilərindən, Nonea decurrens növünə aid her-
bari materialları toplanılmışdır. Ona görə də biz bu
növü, Hirkan-Alban coğrafi elementinə aid etmək
qərarına gəldik və düşünürəm ki, bu məsələyə ay-
dınlığın gətirilməsi, gələcək araşdırmalarımız üçün
yaxşı mövzu olacaqdır.
Hirkan cografi elementi 8 növlə təmsil olu-
nur. Bu növlərin xeyli hissəsi geniş mənada Hirkan
elementi olub, təkcə Azərbaycan ərazisində deyil,
İranın Hirkan meşələrində də rast gəlir. Bir növ isə
(Strophyostoma propinqa) şimal istiqamətlərdə öz
arealını genişləndirir. Echinum amoenum, Symphy-
tum peregrinum, Rochelia persica, Nonea fla-
vescens, N.lencoranica, N.persica, Strophyostoma
propinqua və Solenantus brachystemon.
Yaxın areal tiplərini qruplaşdırarkən məlum
olmuşdur ki, böyük ərazi əhatə edən Palearktik və
Holarktik areal tiplərinə cəmi 11 növ aiddir. Yerdə
qalan növlərin əksəriyyətinin arealları Qədim Ara-
lıq dənizi ərazisində yerləşir. Bu qrup növlər Avro-
Qədim Aralıq dənizi, Avro-Qafqaz, Avro-Aralıq
dənizi qrupları olmaqla Qədim Aralıq dənizinin şi-
mal hissəsini əhatə edir. Həqiqi Qədim Aralıq də-
nizi areallı növlər isə tədqiqat apardığımız ərzinin
Göyzəbankimilərin ümumi sayının 65%-ni təşkil
edir. Beləliklə, məlum olmuşdur ki, fəsiləsinin,
növlərinin əksəriyyəti Qədim Aralıq dənizi təbiətli
coğrafi elementlərə malik növlərdir.
Yuxarıda aparılan analiz M.Q.Popovun (По-
пов, 1983) Boraginaceae fəsiləsinin filogeniyası
haqqında söylədiyi fikirləri təsdiqləyir. M.Q.Popov
fəsilə daxil əksər cinslərin (Onosma, Lappula,
Anchusa, Cynoglossum və s.) florogenetik analizini
apararaq belə bir nəticəyə gəlmişdir ki, bütövlökdə
Boraginaceae fəsiləsinin formalaşmasında Qədim
Aralıq dənizi florasının mühüm rolu olmuşdur.
ƏDƏBİYYAT
Гроссгейм А.А. (1936) Анализ флоры Кавказа.
Труды Бот. инст-та Азерб. фил. АН СССР.
(Баку), 1: 256 с.
Гроссгейм А.А. (1967) Флора Кавказа. Изд-во
АН СССР. М., 7: 240-295.
Григорьев В.Р. (1964) Метод анализа морфоло-
гического строя и его данные к построению
системы семейства бурачниковые (Boragina-
ceae). Автореф. дис…канд. биол. наук. Орджо-
никидзе: 19 с.
Доброчаева Д.Н. (1981) Boraginaceae Juss. –
Бурачниковые. Флора Европейский части
СССР. Л.: 5: 113-179.
Карпаченко Г.Д. (1971) Избранные труды. М.:
304 с.
Кулиев А.М., Халилов Х.Х. (1957) Флора
Азербайджана. Баку: АН Азерб. ССР, 7 и 9:
134-216.
Никифорова О.Д. (2006) Особенности ультра-
скульптуры поверхности эремов у представи-
телей родов Myosotis, Trigonotis Trigonocaryum
(Boraginaceae). Бот. журн, 91(№9): 1389-
1393.
Попов М.Г. (1953) Сем. Бурачниковые – Bora-
ginaceae G.Don. Флора СССР. М.- Л.: 19: 97-
691.
Попов М.Г. (1983) Филогения, флорогенетика,
флорография, систематика. Избр. тр. В 2х ч.
Киев, Ч. 2: 477 с.
Попов М.Г. (1950) О применении ботанико-
географического метода в систематике расте-
ний. Проблемы ботаники (М.; Л.), вып. 1: 70-
108.
Попова Т.Н., Земокова Е.А. (1995) Полино-
морфологическое изучение у некоторых видов
семейства Boraginaceae (подсемейства Boragi-
noideae). Бот. журн., 80(№10): 1-13.
Гулисашвили В.З. (1964) Природные зоны и
естественно-исторические области Кавказа.
М.: Наука, 327 с.
Камелин Р.В. (1973) Флористический анализ
естественной флоры горной, Средней Азии. Л.,
355 с.
Гагнидзе Р.И. (1974) Ботанико-географический
анализ флорценотического комплекса субаль-
пийского высокотравья Кавказа. Тбилиси, 227 с.
Кемулариа Р.И., Нотадзе Л.М. (1985) Ботани-
ческая география и флора Рача-Лечхуми. Тби-
лиси, 347 с.
Портениер Н.Н. (2000) Методические вопросы
выделения географических элементов флоры
Кавказа. Бот. журн, 85(6): 76-84.
Федосоева А.И. (1935) К анатомокарпологичес-
кой характеристике сем. Boraginaceae. Тр.
Воронеж. Гос. Унив., VII: 43-66.
Brand A. (1921)
Boraginaceae – Cynoglosseae.
A.Engler. Das Pflanzenreich. Leipzig, IV. Fam.
252 (Heft 78): 1-183.
Guerke M. (1893) Boraginaceae – Eritrichieae.
A.Engler u. K.Prantl. Die naturlichen Pflanzen-
familien. Leipzig, Teil 4 (3a): 106-112.
Johnston I.M. (1924) Studies in the Boraginaceae
II. 1. A synopsis of the American native and
immigrant borages of the subfamily Boraginoi-
deae. Contr. Gray Herb., 70: 3.
Riedl H. Boraginaceae. In: Reichinger K.M. Flora
Iranica. Graz. No 48: 281.
Edmondson J.R. (1978) In: Flora of Turkey edited
by P.H.Davis Edinburgh, VI: 232-437.
V.N. Kərimov
38
Филогенетическиe Cвязи и Географический Анализ Семейства Бурачниковыx
(Boraginaceae Juss.) Флоры Азербайджана
В.Н.Каримов
Институт ботаники НАНА
В статье обсуждаются филогенетические взаимоотношения и генезис таксонов семейства Бурач-
никовых (Boraginaceae Juss.) флоры Азербайджана. Путем изучения видов семейства современными
флорогенетическими методами было установлено, что в формировании борагофлоры региона
существенную роль сыграла Древнесредиземноморская флора.
Ключевые слова: Бурачниковые, тип ареала, географический анализ, филогения, флорогенетика
Filogenetic Affinity Of Boraginaceae Juss. Family Of the Azerbaijan Flora
And Its Geographical Analysis
V.N.Karimov
Institute of Botany, ANAS
Genetic affinity of Boraginaceae Juss family and genesis of taxons have been discussed. Family species
were studied by modern phylogenetic methods and it was determined that Ancient Mediterranean Sea flora
played the main role in the formation of the regional boragoflora.
Key words: Boraginaceae, type of area, geographical analysis, genetic affinity, floragenetic
Поделитесь с Вашими друзьями: |