Azərbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu



Yüklə 2,27 Mb.
səhifə27/39
tarix26.12.2016
ölçüsü2,27 Mb.
#3518
1   ...   23   24   25   26   27   28   29   30   ...   39
I. LEKSİK ÜSUL

Müxtəlif elm və texnika sahələrində termin yaradıcılığı məsə­ləsinin həllində müxtəlif üsullarla yanaşı leksik üsula da müraciət olunur.

M.Qasımov Azərbaycan dilindəki termin yaradıcılığından bəhs edərək yazır: «Termin yaradıcılığında tətbiq olunan əsas üsullardan biri semantik üsul, yəni dildəki ümumişlək sözlərdən həm də elmi- texniki terminlər kimi istifadə edilməsidir. Terminologiyada ümumişlək sözlərə tamamilə yeni məna ve­rilir»1. Daha sonra müəllif həmin fikrini inkişaf etdirib Aşa­ğıdakıları göstərir… beşik, köynək, pəncə, həyəcan, zaman, kök, düymə, sərğa, yəhər diş kimi bir sıra başqa sözləri hazırda elmi- texniki terminologiyaya gətirmək mümkündür. Başmaq sözü buna misal ola bilər.2

Etnoqrafik leksikaya aid olan sözlər leksik ysulla əsas­lanılmaqla elmi- texniki terminqlər funksiyasında çıxış edir. Belə sözlər sırasında aşağıdakı leksik vahidləri nümunə gətirmək olar: ayna, açar, balta, başmaq, bıçaq, qazan, qayçı, döşək, düymə, ələk, ərsin, kəmər, kürək, kürsü, mətbəx, nimçə, oymaq. Oxlov, ocaq, örtük, sancaq, siyirtmə, sırğa, süzgəc, tava, tana, toxmaq, xəlbir, çəkic, çərçivə, çəngəl və s.

Texniki termin kimi işlənən bəzi etnoqrafizmlərə aid nümu­nələri xatırlatmaq yerinə düşərdi. Düymə: Barmaqla basmaqla elektrik xəttindəki cərəyanı qapamaq, bağlamaq və müxtəlif mexanizmləri işə salmaq üçün mütəhərrik düyməcik: knopka /ADİL, II c., s.172/. Düymə sözü sözyaradıcılığında çox fəal işti­rak edir: düymələmə, düymələmək, düymələnmək, düymələtmə, düymələtmək, düyməli, düyməçə, düyməçələmə, düyməçələmək, düyməçələnmə, düyməçələnmək, düyməçəli, düyməçə.

Kəmər: I. tex. İçərisində su, neft, qaz və s. axıtmaq üçün metal və ya saxsı boru.- Neft kəməri, su kəməri, qaz kəməri. 2. zool. Soxulcanın bədəninin qabaq tərəfində qalınlaşmış hissə.Kəmər. 3. arxit. Qapı, pəncərə və s. üstündə yarımdairə /qövs/ şəklində tac. /ADİL, IIIc., s.45/.

Köynək. 3. tex. Örtük, sipər, sipər… Qoruyucu köynək həncama vasitəsilə birləşdirilmiş, oynaqlı iki yarımhissədən ibarətdir. 4. Baramanın iç qatı // Buğdanın üstündə olan nazik qabıq. 5. məh. Arabanın dəmir oxunun yerləşdiyi ağac hissə /ADİL, IIIc., s.102/.

İndi də texniki termin kimi işlənən etnoqrafizmlərdən ibarət bir sıra söz birləşmələrini nümunə gətiririk:



Açar: Avtoqaz açarı, yönəldici açar, ion açarı, paket açarı, pnevmatik açar, teleqraf açarı, telefon açarı, çağırış açarı, civə açarı, hava açarı, zəngirli açarlar, çeşidləyən açar, kod açarı, uc açarı, teleidarəetmə açarları, tufanötürücü açar, ştanq açarı, açarlı pult və s.

Balta: ekssentrik balta, spiral balta, pərli balta, şaroşkalı balta.

Başmaq: jelonka başmağı, kəmər başmağı, frez başmağı;

Qazan: buxar qazanı, qazan aqreqatı, qazan qurğusu, qazan turbin bloku, elektrik qazanı;

Tava: yoxlama tavası, torfizolyasiya tavası, qaşovlama tavası, üzlük tava, soyutma tavası;

Süzgəc: əks süzgəc, ikibəndli süzgəc, istilik süzgəci, tezlik süzgəci, elektrik süzgəci, avtoparametrik süzgəc.

Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin