Azərbaycan Dövlət Pedaqoji Universiteti


İnqilabi Fransaya qarşı mübarizə



Yüklə 57,41 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü57,41 Kb.
#41508
1   2   3   4   5   6
XVIII əsrdə Rusiyanın xarici siyasəti-1

3.İnqilabi Fransaya qarşı mübarizə. 1789-1794-cü illər Fransa burjua in­qilabı nəinki Fransada, hətta Avro­panın başqa ölkələrində də mütləqiy­yətə və feodalizmə zərbə endirdi. Məhz buna görə də bütün feodal Avropası Fransa inqi­labına qarşı mübarizəyə qalxdı. Rusiya da Avropa əks-inqilabının fəal iştirakçısı idi. O, inqilabçı Fransa üzə­rinə birlikdə hücum etmək üçün Prussiya, Avstriya və İngiltərə ilə danışığa girdi və müdaxiləyə hazırlaşma­ğa başladı. Rusiya bildirdi ki, harda olursa-olsun döv­ləti çəkməçilərin idarə etməsinə yol verə bilməz. II Yekaterina Fransaya qarşı Suvorovun komandanlığı altın­da 60 minlik bir qoşun göndərməyi nəzərdə tutmuşdu. II Yekaterinanm vəfat etməsi bu planların yerinə yeti­rilməsinə mane oldu.

II Yekaterinanm vəfatından sonra Rusiya taxt-ta­cına onun oğlu I Pavel (1796-1801) yiyələndi. I Pavel taxta çıxdığı zaman Rusiya 40 ildən bəri idi ki, arasıkəsilmədən ağır, dağıdıcı və işğalçılıq müharibələri apa­rırdı. Bu müharibələr nəticəsində Rusiya imperiyasının ərazisi 16,8 milyon kvadrat kilometrə çatmış, yəni 2,4 milyon kv. km yeni ərazi işğal edilmişdi.

I Pavelin çarlığı zamanı rus hökuməti burjua Fransası ilə mübarizəni davam etdirirdi. Türkiyənin ra­zılığını alaraq, 1798-ci ilin payızında Rusiya admiral F.Uşakovun komandanlığı altında Qara dəniz eskadrası­nı Aralıq dənizinə göndərdi. 1799-cü il fevralın 18-də fransızların başlıca dayaq məntəqəsi olan Korfu adası tutuldu. Korfu təslim olduqdan sonra rus dənizçiləri İtaliyanın cənubuna qoşun çıxartdılar. Rus desant qo­şunları Neapola və Romaya daxil oldular.

1799-cu ilin aprelində Rus quru qoşunlarının əmə­liyyatı başlandı. A. V. Suvorov İtaliyaya göndərilən rus qoşunlarının başında dururdu. İki ay ərzində rus qo­şunları Şimali İtaliyanı fransız qoşunlarından təmizlə­dilər.

Rusiyanın İtaliyada təsirinin güclənməsindən eh­tiyat edən Avstriya rus qoşunlarının İsveçrəyə göndə­rilməsinə nail oldu. 1799-cu il avqustun 31-də Suvorovun məşhur İsveçrə yürüşü başlandı. Son dərəcə ağır şəraitdə, rus qoşunları Alp dağlarını aşdılar. Sentyabr ayının ortalarında rus qoşunları Sen-Qotard aşırımın­da və Şeytan körpüsü (qorxunc uçqunun dibində axan dağ çayının üstündən salındığına görə belə adlanırdı) yaxınlığında fransızlar üzərində qələbə çaldılar.

Suvorovun İtaliyadakı qələbələri İngiltərə-Avstriya-Rusiya ittifaqının (bu ittifaq 1798-ci ildə yaradıl­mışdı) daxili ziddiyyətlərini üzə çıxartdı. Avstriyalılar Rusiyadan gizli olaraq, fransızlarla sülh haqqında da­nışığa başladılar. I Pavel 1800-cü ilin yanvarında Suvorova qayıtmaq əmri verdi. Suvorov böyük çətinlik­lə rus qoşunlarını İsveçrədən çıxartdı. «Müttəfiqlər» arasında razılıq olmadığını görən Fransa Rusiya ilə ya­xınlaşmağa başladı.

Ədəbiyyat
1. R.Əhmədov.Türk xalqlarının tarixi (XIII-XX əsrin əvvəlləri) .Sumqayıt -2013
2.Mehdiyeva N.C. Türk xalqlarının tarixinə dair materiallar. B., 1994
3.Mehdiyeva N.C. Türk xalqlarının tarixi. Yeni dövr (XIX – XX əsrin əvvəlləri). Ali məktəblər üçün dərslik. B., 2003
4.R.Qurbanov.Türk xalqlarının tarixi. Dərs vəsaiti. II hissə.Bakı, “İqtisad

Universiteti” Nəşriyyatı, 2011





Yüklə 57,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin